İstədiyim o idi, yetirdi pərvərdigar… (Qurbanolduğum)


Foto: Nurlan GM Desəm ki, təsadüflərə inanıram, əsla! Təsadüflər zəruriyyətdən doğur. Desəm ki, hər yeni insanla tanışlığım təsadüfi olub, yenə yalan demiş olaram. Desəm ki, hər tanışlığı adi qarşılamışam, sevincək olmuşam, yenə goplamış olaram. Mənim üçün hər tanışlığın bir səbəbi, zəruriyyəti, nəticəsi olur, hər tanışlıqdan bir itkim də ola bilər, bir qazancım da… İtkim vaxt itkisi ola bilər. Qazancım isə dəyərli insanları tanımaq və dost əldə etməkdir. Bəlkə də o dostluq sonra böyüyüb başqa bir münasibətə çevrilə bilər. Bəlkə də, tələsmirəm, hadisələri tələsdirmirəm. Mən gözübağlı, savadsız, nadan biri deyiləm, sadəlövh də deyiləm. Ona görə ilk görüş və tanışlıq mərhələsindən başlayaraq tanış … İstədiyim o idi, yetirdi pərvərdigar… (Qurbanolduğum) oxumağa davam et

Varlığın…


Varlığın tәnhalığımdan daha çox üzür mәni… Varlığın olmadı xilaskarım, olmadı stimulum, varlığın hopmadı ruhuma, mәnә… Varlığın söz vermişdi… Darıxmayacağam… Varlığın yox edir, mәhv edir qәlb dünyamı… Varlığın ürәyimi ağrıdır… Varlığın bәdbәxt edir, ağladır, ağrıdır mәni… Varlığını yoxmuş kimi saymalıyam… Niyә girdi varlığın hәyatıma?! O qәdәr pis insanam ki, nә yaşamağa layiqәm, nә sevgiyә, nә dә xoşbәxt olmağa… Bezmişәm özümdәn, xarakterimdәn, depressiyadayam… Qurtum qurtum içdim sәni ay dәrdim, öncә güldüm ürәkdәn, sonra kövrәldim, ağladım için-için, unutmaq istәdim sәni… Varlığın… oxumağa davam et

Məni bağışla…


  Foto: Nurlan GM Səndən öncə ölsəm əgər, İncimə, məni bağışla, Nə olsun ki, hələ gəncəm, Sən məndən də sağlamsan… Səndən öncə getsəm əgər, İncimə, tap başqasını… Sevən insan gedə bilməz, Gedən insan geri dönməz… Sən söz desən, mənsə sussam, Bil ki, qəlbim qırılmışdır, Çox həssasam, çox kövrəyəm, Göz yaşlarım gizlin axır… Səndən öncə əgər bezsəm, Yazsam sənə son məktubu, Oxumadan cırıb tulla, Boşaltmışam iç dünyamı… Dalaşarsaq bir gün əgər, Küsüb getsəm öz dünyama, Sən toxunma, vaxt ver mənə, Bir az tənha qalmalıyam… Məni bağışla… oxumağa davam et

Evim…


Yenə mən, Yenə tənhayam… Qaçmağa yenə yer axtarıram… Evim olmur son dayanacaq, Bir işarədir mənə evimdə dəli olmaq… Əzbər bilirəm artıq, hər küncünü, yerini… Dəyişsəm də mebellərin yerini… Evim bənzəyir tənhalıq yuvasına, qızınmaq olmur soyuq aylarda… Hər yerdə ətri, xatirə, hər yerdə iz, hər yerdə nəsə qalmış onlardan… Evimdə var hər şeyim, amma yoxmuş kimidir… Yoxdur sevgi, istilik, kimsə məndən savayı… Guya nəsə dəyişib? Hiss edilmir nəsə… Həmənki boşluqdayam… Həmənki yasdayam… Depressiyadayam… Həyatımda o var, ya yoxdur, fərq etmir… Yenə tənha qoyuram başımı yastığa, kimsə qucaqlamaz məni, öpməz yanağımdan yuxuya getməmişdən öncə… Kimsə oyatmaz səhər tezdən… Kimsəylə yemərəm səhər yeməyimi… Yenə danışaram öz-özümlə… Yenə … Evim… oxumağa davam et

Qeyd etmədiyim, qəbul etmədiklərim…


Foto: Valeh Arifoğlu Qeyd etmirəm, ad günümü, bayram günlərini… Adi gün kimi keçib gedər ömrümdən… Fərqliliyi hiss etmək üçün fərqli qeyd etmək lazımdır. Etmirəm… Qeyd etməyə kimsəm yoxdur… Qeyd etmirəm yas günlərini… Hər zaman içimdədir yasım, yasımı saxlayıram gizli olaraq, göstərmirəm, etmirəm reklam… Qeyd etmirəm dövlətin bayramlarını… Hamısı sönük, sıxıcı, sıravi… Hamısı riyakar, yalan, hamısı göstərmə, yamaq… Olmayan nəyisə qeyd etmək absurddur mənim üçün… Qeyd etmirəm ayrılıq günlərini, tanışlıq günlərini… Hər tanışlıq bir ayrılıqdır… Sıravidir deyə dəyməz onu qeyd etməyə… Qələbə və uğurlarımı qeyd etmirəm, susuram… Sözdən, müzakirədən uzaq olmaq istəyirəm sadəcə olaraq mən… Bir də ki, göz və nəzər … Qeyd etmədiyim, qəbul etmədiklərim… oxumağa davam et

Sıradan biri, sıravi…


Foto: Nurlan GM Hər şey sıravi, adidir bu dünyada, Həyatımızda doğulmaqdan ölənədək, Həyat belə sıravidir ölüm kimi… İnsanlar da sıravidir mənim üçün… Hamısı eyni fərqlənmirlər bir-birindən… Sıravidir sevgiləri, yalanları, doğruları, Seçimləri, qərarları, gözlənilən, sıravidir… Darıxıram, bezirəm sıravilikdən, Sıradan biri deyiləm deyə… Gülüşlər də sevinc kimi, Göz yaşı da kədər kimi Sıravidir insanlarda… Sıravidir tənhalıqlar… Ad günləri, toy və yaslar… Sıravilikdən çıxmır kimsə… Simalar da sıravidir… Simada zəhrimar, Şikayətlər də sıravi, Tərif, tənqid də sıravi… Sıradan biri seçiləndə, Sıravi edirik onu da… Fərdi, fərqli olmaq istəyi O da belə sıravidir… Rənglər sıravi, Başlanğıc da, son da… Tanışlıq da, ayrılıq da Hər … Sıradan biri, sıravi… oxumağa davam et

Sən və mən… (davamı)


Foto: Nurlan GM Arzularım, istəklərim gerçəkləşir… Bilirsən, son zamanlar hürkürəm, ehtiyat edirəm… Zamanım keçdikcə, əldə etdikcə, itirdikcə, yaşadıqca, anlayıram həyatımı… Həyatımdan gəlir keçir, sonra gedir insanlar… Sən də onlardan birisən? Bəlkə də… Son 6-7 ildə nələr yaşadığımı özüm bilirəm… Nə uşaq kimi uşaq oldum, nə gənc kimi gənc… Tez böyüdüm, tez tərk etdim… Həyat məni dəyişir ancaq, insanlar deyil… Dəyişmək istəmirəm əslində… Adi gələr bəzən günlər, görüşlər, tədbirlər, yeni tanışlıq… Sıravi olar hər şey… Dəyişmək gücündə olmurlar deyə… Sənsə… Sən başqa mövzusan, sən fərqlisən mənim üçün… Hələ ki… Hələ ki, yanında rahatam, xoşbəxtəm… Hiss edirəm ki, səni sevirəm, sənə bağlanıram… … Sən və mən… (davamı) oxumağa davam et

Səndən mənə qalanlar…


Foto: Çinarə Ömray Səndən mənə nə qaldı? Getməyin, ayrılığın, əzab? Sevməyi və sevilməyi öyrənməyim, dəlicəsinə, bütün varlığımla sevməyi bacarmağım… Saçlarımı əllərinlə daramağın… Əllərimlə saçımı düzəltmək vərdişim… Makiyajsız özümü təbii halda sənin gözünlə özümə baxıb sevməyim… Özümə güvənib kimdənsə asılı olmamağım… Pulu özüm qazana bildiyimi anlamağım… İstedadlı olub yaradıcılığımı davam etdirməyim… Özümlə fəxr etməyim… Güclü olmağım… Kiminsə fikrinə görə keyfimi korlamamağım… Ağrımağı, ağlamağı, gülməyi, amma təklikdə… Tənhalığım…   Səndən mənə qalanlar… oxumağa davam et

40-cı qapı… (tənqidi, fəlsəfi, yumoristik esse)


40-cı qapı… Nağıllarda, həyatda da hər evin, ailənin 40 qapısı olur, 39 hamı üçün açıq, biri isə qapalı… Açıq olanları biləndən sonra qapalıya doğru can atar 40-cı qapı kimidir pul, hamıya maraqlıdır, hamıya lazımdır, hamının üzünə bağlı olduğundan hamı ona doğru can atır, açarını axtarır, əldə edir, sonra isə peşiman olur, özünü söyür… “Pul əl çirkidir” deyənlərin əllərinə pul dəyməyib, dəysəydi, çirkli əllərini elə pulla yuyardılar… Əslində, kim qazana bilmir, özünə təsəlli verir bu cümləylə… 40-cı qapı arxasında gizli və qadağa olunan hər şey vardır. İnsan psixologiyasıdır, nəyi ki bilmir, görmür, əldə etmir, qadağan edilir, onu istəyir, onunla maraqlanır. Azadlıq … 40-cı qapı… (tənqidi, fəlsəfi, yumoristik esse) oxumağa davam et

Qadının gündəliyi… (tənqidi, satirik, yumoristik)


Bir qadın obrazının simasında əksər qadınların iç dünyasını əks etdirən gündəlik qeydləri haqqında hekayədir. Özüm də qadın olduğumdan qadınları yaxşı tanıyıram, müşahidələrim zamanı, kişiləri də tanıyıram. Bu gündəlikdə qadının qeydləri, demək istəyib demədikləri və qadının iki mələyinin- xeyir və şər mələklərinin dialoqları öz əksini tapacaqdır. Bir çox insanlar, cinsindən asılı olmayaraq bu yazıda özünü, öz həyatından bir fraqmenti görə bilər, kimsə inciməsin, tənqidi və yumor hissi ilə qarşılasın. Mən qadınam, hələ qızam… Gündəlik tuturam, səbrim çatanda, istəyim olanda nəsə yazıram, bir əlimdə dama-dama dəftərim, bir əlimdə rəngli qələmim. Yazıram… Gizlədirəm… Kimsə oxumasın deyə… Hamı gündəlik tutur, yazır, hamının deməyə, yazmağa … Qadının gündəliyi… (tənqidi, satirik, yumoristik) oxumağa davam et

Tәnhalığım…


Evdәn işә gec gәlmәyim… Yatağıma girdiyimdә fikirlәrin әlindәn yuxuya gedә bilmәmәyimdir… Tәnhalığım, 4 divarlıq, 4 dar künclü boz evim, sükunәtimdir, künclәrin, divarların üstümә gәlmәsi, sıxması, çıldırmağımdır… Tәnhalığım, evә gәlәndә vaxtımı öldürmәk üçün pәncәrәdәn çölә baxan gözlәrimin yol çәkmәyidir, qulağımın sәsdә, ürәyimin sәksәkәdә olmasıdır… Tәnhalığım oxuduğum kitab, filmdә özümü itirmәyim, ya da tapmağımdır… Tәnhalığım birisi tәrәfindәn tәmәnnasız, qәrәzsiz sevilmәk istәyim, sevmәyә cәhd etmәyimdir… Tәnhalığım özümü bağışlamağım, anlamağım, tanımağım, qәbul etmәyimdir. Tәnhalığım yalanı gerçәkdәn, dünәni sabahdan, xatirәni xәyaldan ayırmağımdır… Tәnhalığım insanların mәni qınamasıdır, mәni tanımamasıdır, dalımca danışmasıdır… Tәnhalığım sevinc vә kәdәr, gülüş vә göz yaşlarımı paylaşmağa birisini tapa bilmәmәyimdir… Tәnhalığım yarımçıq hisslәrim, … Tәnhalığım… oxumağa davam et

Dəyişmir heç nə… Yenə…


Yenə… Yenə sənsiz bitəcəkdir bu günüm… Yenə tənha olacağam evimdə… Yenə sənsiz açılacaq bir günüm… Həmənki iş, həmənki ev, dəyişmir heç nə… Yenə dizlərimi qucaqlayaraq, Başımı qoyanda dizim üstünə, Sinəmdən qəfildən ağrı qopacaq Dözməyir mənimtək zavallı ürək… Yenə səbəbsizdir kədərim mənim, Min cildə girmişdir simam, sevincim… Yenə səbrsizlik, yenə həsrətim, Ağlayır içimdə tənha bir insan… Yenə deyəcəklər: Səni sevirəm… Yenə deyəcəklər: Sən mənə inan… Yenə deyəcəklər: Bağışla məni… Sonra da susaraq tərk edəcəklər…   İnsanlar həyatda da şahmat oyunundakı kimi səhvlər buraxır, öncə onların vurulan vəzirini qaytara biləcək piyadaları önə verib, qurban edirlər, digər fiqurlarının önünü rəqib, düşmən üçün açıq … Dəyişmir heç nə… Yenə… oxumağa davam et

Səni istəyirəm (davamı)


Foto: Nurlan GM Həsrətindəyəm… Bir çox insanların… Bir çox şeylərin… İtirdiyim vaxtımın həsrətindəyəm… Sərf edilən hisslərin həsrətindəyəm… Dəlicəsinə kimisə sevməyimin həsrətindəyəm… Birlikdə kiminləsə nəsə etməyin, həmrəyliyin, birliyin həsrətindəyəm… Ruh əkizimin axtarıram hələ də… Yoxdur hələ… Həsrətindəyəm… Çox vaxt itirdiklərimin, qazana bilmədiklərimin həsrətindəyəm. Peşimançılığın yerinə, özümə təsəlli vermək əvəzinə, həsrətini çəkirəm… Darıxmağın, gözləməyin həsrətindəyəm… Ən əsası əsl və əvvəlki Günelin həsrətindəyəm… Həsrətim artdıqca isə həsrətində olduğum hər şey və hər kəs uzaqlaşır məndən… Səni istəyirəm (davamı) oxumağa davam et

Keçid dövrü- kişilərdə… (qadınların oxuması vacibdir)18+


Foto: Çinarə Ömray Elə bilirsiniz, ancaq qadınlarda yaşla bağlı psixoloji, fizioloji, intim problemlər olur? Yox! Kişilərdə də var. Kişilər bu keçid dövrlərini psixoloji və fizioloji baxımdan daha çətin keçirdirlər. Qadınlar isə daha asan və rahat. Kişilər keçid dövrünü fərqli keçirdə bilər. Kimisi məsuliyyətli, ciddi, işgüzar ola bilər. Kimisi uşaqlaşar, kimisi depressiyaya düşüb zəifləyər, kimisi güclənib məqsədlərinə çatar. Kişilərin keçid dövrləri aşağıdakılardır: 18-20 yaş arasında – uşaqlıq və yetkinlikdən gəncliyə keçid olduğundan daha çox azadlığa meyl edirlər.  Həyat eşqi ilə dolu olurlar. Kimisi ali məktəbə daxil olub elmlə məşğul olur, işləyir, ciddiləşir, kimisi əsgərliyə gedib gələndən sonra iş axtarır, tapa bilməyəndə, … Keçid dövrü- kişilərdə… (qadınların oxuması vacibdir)18+ oxumağa davam et

Sәn vә mәn…


Axı… Sәn kimsәn?! Özün üçün… Mәnim üçün… Nә ad qoyaq buna? Dostluq?! Nәdir mәni hәyatında görmәk istәyin, sәbәbin? Hardan gәlmisәn? Niyә mәhz mәn? Nә zaman seçdin mәni? Kimin yerini tutmalıyam? Sәn varsan, mәn varam… Biz yoxdur amma… Çünki sәn mәnim deyilsәn ruhәn, mәnәn, azad deyilsәn… Keçid dövrü sindromu var sәndә bәlkә dә… Bәlkә dә mәndәn xoşun gәlir hәqiqәtәn dә…  Bilmirәm, әmin deyilәm hәlә… Sәn vә mәn… oxumağa davam et

Allahım, məni daha sınama…


Foto: Lalə İbişova Deyəsən, poçtun, qutun dolubdur sənin… Ya da ünvanını dəyişdirmisən insanların əlindən… Vaxtın azdır… Yazanlarsa çoxdur… Mənim məktubların ya ünvanına çatmır… Ya da çatır, vaxt tapmırsan oxumağa… Nə deyirsən?!Yazmayım daha? Əvvəlki tək danışım səninlə?! Vaxtın olacaq mənə yarım saat?! Nə vaxt düşüm qəbuluna?! İçimdəki səs də qeyb olmuşdur… Beynimə gəlir fikirlər, ideyalar… Ya tam bir cümlə, ya tam bir söz, söz birləşməsi, ya bir mövzu, məqalə… Yazıram dərhal… Yaddaşım pisdir, bilirəm ki, tez unudacağam… Sınama məni… Bezmişəm… Qurban olaram… Olmayım sevimli bəndən… Sadəcə şeytanı uzaq tut məndən… Günahların çoxdur, yüküm ağırdır, onsuz da çəkə bilmirəm artıq… Bir də … Allahım, məni daha sınama… oxumağa davam et

Yerlə göy arasında …


Yerlə göy arasında nə vardır axı? Məsafə… Hava… İnsanlar… Fərq… Bir də ki, bədii təsvir və obrazlı ifadə… Torpaq… Bütün canlılar… Canlıların yaratdığı cansızlar… Yerlə göy arasında müqayisə üslubudur… Biri zirvədir… Biri isə uçurum… Biri xəyaldır… Biri reallıq… Rəngləri də fərqlidir… Tərkibi də… Yeriyə bilməyənlər, uça bilmirlər goydə… Göydə uçanlarsa, yerimək istəməzlər… Uçmağı üstün bilərlər… Yerlə göy sinonim deyillər, omonim deyillər, bəlkə antonimdirlər… Bir-birilərinə əks, ziddilər axı… Bir də bənzətmədir… Hadisələri, insanları, zamanı, məkanı bənzədirik gah yerə, gah göyə… Hislərimiz də, emosiyalarımız da arada qalır çox zaman… Seçimdir insanlar üçün bəlkə də… Yerlə göy arasında boşluq vardır… Heç nə, hər şey, … Yerlə göy arasında … oxumağa davam et

Bir xahişim var səndən, salma yerə…


Foto: Nurlan GM Xahişlərim var səndən… Yaz özün üçün qeyd şəklində… Unutmayasan deyə… Yalan danışma mənə… Məni sevmə… Mənə bağlanma… Məni qaldırma gözündə, qəlbində zirvələrə, gözündən itməyim deyə, sonra düşməyim yerə gurultu ilə… Ayrılsaq əgər, ya da mən ölsəm, əsla ağlama… Peşiman olma, məni tanımağına… Susmağıma can atma, soruş nəsə, danışdır məni… Xəyanət etmə… Yalan danışsan, xəyanət etsən, gizlətmə… Getsəm əgər, saxlama məni… İncisəm, barışma… Səhv etsəm, bağışlama… Ağlasam, gülsəm, düşünmə ki, səmimiyəm… Aldanma mənə… Xoşbəxt olma mənimlə… Axtarışda ol, olsun ehtiyat kimsə… Bir gün olmasam, boşluqda olmayasan, darıxmayasan, kimsə doldursun yerimi, unutdursun sənə yoxluğumu deyə,dostlarından uzaqlaşma Tənqid etmə məni, … Bir xahişim var səndən, salma yerə… oxumağa davam et

Mənim həyatım…


Foto: Çinarə Ömray Ön söz əvəzi: Gözəl qadın bir də ağıllı, savadlı, azad, müasir, ambisiyalı, konkret və işgüzar oldusa, insanları müşahidə, təhlil edib, qənaətə gələr, qərar verər, ehmalca gülümsəyər, zarafat edər, susar, susqunluğunda gizlənər həqiqətlər… Dili və varlığı, baxışları, təbəssümü ölmüş dil kimi olar, hər kəs oxuya bilməz onu… Həyatında birisi olsun, bağlanasan ona… Onun isə işləri o qədər çox olsun ki, Sən yadına düşməyəsən, unudulasan… Nə danışa biləsən onunla, nə də dinləyəsən… Soruşsun, danışsın səninlə başqa dostların… O, olmalıykən ən yaxın dostun… Həyatım çoxsaylı montajlara uğramış, kadrarxası görüntülərlə dolu film kimidir, mənim haqqımda film sənədli film olmalıdır, bədiiliyi sevmirəm. … Mənim həyatım… oxumağa davam et

Aforizmlərim


Foto: Çinarə Ömray 1. 18 yaşımdan bəri 15 ildir hər hansı bir siyasi partiyanın üzvü olmamışam, mitinqlərdə iştirak etməmişəm, siyasətə qarışmamışam, ona görə də müstəqiləm, başım dincdir. 2. Yağış və qar yağan günlərdə işıqforlar işləmir, yəqin beyin və sistemlərinə su damır. 3. Eyib və problemləri görmək üçün onlara öncə kənardan, sonra içindəki episentrindən baxmaq lazımdır. 4. Boşananların və dul qalanların sayları artdıqca, cəmiyyətin gözündə potensial bakirə olmayan f…. say artması kimi görsənir… 5. Bir millәt vә ya xalqın, cәmiyyәtin heç nәyi olmasın ermәni vә farslar kimi, amma özlәrini hәr şeyә malik kimi aparsın, bir dә ki, bizim kimi hәr şeyimiz var, bәyәnmәyib … Aforizmlərim oxumağa davam et

Çinarə Ömrayın “100 suala 101 cavab” layihəsi


Bu həftəki qonağımız yazıçı və tənqidçi Günel Fərhadqızıdır. Ona olan suallarınızı paylaşımın şərh bölməsinə yaza bilərsiniz. 5 günün tamamında suallar yığılıb Günel xanıma veriləcək və onun cavabları ilə birlikdə saytımızda yayımlanacaq. Sonda ən yaxşı sual seçilib qonağımız tərəfindən ona hədiyyə veriləcəkdir. Uğurlar! Media dəstəyi və istinad: http://www.herxeber.com/xeberler/edebiyyat/3681-yz-sualn-yz-bir-cavab-gnel-frhadqz.html Suallarınızı şərhlərdə gözləyirəm Çinarə Ömrayın “100 suala 101 cavab” layihəsi oxumağa davam et

Niyə məhz islamofobiya? -Attila KəskinQılınc ilə həmmüəllif


Attila KəskinQılınc yazır: İslamofobiya sözünün açıqlaması islam qorxusu, islamdan qorxmaqdır. Bir sadə sualı düşünmək lazımdır. İnsanlar sevgi, barış, sülh, ədalət, əminamanlıq dolu tolerant dindən və sevgi dolu, barışcıl müsəlmanlardan niyə qorxurlar? Niyə islamofob olublar? Gəlin xristianofobiyanı, yəni İslam qaydalarının icra olunduğu, islam adət ənənələrinin yaşanıldığı bir regionda xristianlıq yayıldığını təsəvvür edək… Təsəvvür edək ki, xristianlar gəlib İslam adət ənənələrinin yaşanıldığı, hərkəsin azad, firavan yaşadığı bir regionda xristianlıq yaymaq istəyir. Məsələn, meydana böyük kilsə zəngi qoyur və zəngi yüksək səslə çalaraq insaları xristianlığa səsləyir, xristian dindarlar insalara pulsuz İncil paylayır. Təsəvvür edin ki, xristianlar gəlib islam adət ənənələrinin yaşanıldığı, hərkəsin azad, … Niyə məhz islamofobiya? -Attila KəskinQılınc ilə həmmüəllif oxumağa davam et

Kütlә küt olarsa…


​Küt kütlә psixologiyası necә formalaşır? Bir, iki nәfәr küt, savadsız, nadan özünü ağıllı vә bilikli göstәrib, insanların tәhtәlşüuruna yalanını yeridir, beynini yuyur, maariflәnmәmiş kütlә isә onları doğru, haqq davamçıları kimi qәbul edir. Şәbәkә marketinqi prinsipi ilә hәrәsi 3 nәfәr üzәrindә işlәyir, özü dә tәhrif edilmiş şәkildә.  Ölkәmizdә din anlayışı da küt insanlara xas biliklәr әsasәn formalaşıb küt kütlәyә yeridilib vә әsl İslamla heç bir әlaqәsi yoxdur… Aldığın orta vә ali tәhsili vә әldә etdiyi biliyi şübhә altında olan, әlindә mәktәbi bitirmә sәnәdi olan gәnclәrimiz bizim gәlәcәyimizdirmi? Gәlәcәk ekspert, mütәxәssis, peşәkarlarımızdırmı? Yox! Ola bilmәz, olmamalıdır! Kütlәşәn kütlәşmә vә kütlә ilә mübarizә … Kütlә küt olarsa… oxumağa davam et

Ağlaram yerinә millәtim…


Sәn ağlama, sil göz yaşını, ya da ki, boğ, ağla içindә… Qoy yerinә mәn ağlayım, hönkürtüylә, hayqırtıyla, için-için, boğulum göz yaşlarımda… Ağlayım, hündürmәrtәbәli binaların boş qalmış, işıqları sönmüş mәnzillәrә baxaraq… Bir zaman onun yerindә vardı insanlarla dolu mәnzillәr, 4-5 mәrtәbәli binalar… Ağlayım, manatın ölmüş, üzәn cәsәdinә… Ağlayım, gündәn günә, göz önündә qalxan qiymәtlәrә… Ağlayım, sayı artan işsizlәrimә, hәmyerlilәrimin götürüb qaytarmadığı kredit vә borclara… Ağlayım, yeri boş olub dolmuş kimi tәqdim edәn dövlәt himayәsindә olan uşaq bağçalarına, orta mәktәblәrinә, aybaay valideynlәrdәn min bir bәhanәylә yığılan pullara… Ağlayım, alıb verdiyi, çıxarda bilmәdiyi korrupsiya xәrclәrinә… Ağlayım, evindәn didәrgin düşmüşlәrinә, qaçqınlarına, mәcburi köçkünlәrinә… Ağlayım, … Ağlaram yerinә millәtim… oxumağa davam et

Allaha mәktubum


​Allaha növbәti mәktubum… Allahım, hәr dәfә sәnә mәktub yazanda, düşünür vә özümü inandırıram ki, son mәktubumdur… Hәr son bir başlanğıcdır…  Mәni sevdiyini, qoruduğunu, sınadığını bilirәm… Tәbiәtcә tez küsәnәm, özün bilirsәn… Uşaq kimiyәm, böyümәk istәmirәm… İnsanları tanıdıqca, böyüyüb dünyanı, cәmiyyәti dәyişmәyә, düzәltmәyә çalışıram. Bir bәndәn kimi nәyәsә yaramaq istәyirәm… Çox susuram, az danışıram, insanlardan uzaqlaşıram…  Tәk sәn tanıyırsan mәni, bilirsәn hәyat, arzu, niyyәt, әmәllәrimi, oxuyursan fikirlәrimi, xәbәrin var qәlbimdәn, hisslәrimdәn… Sәni sevirәm… Günahım, sәhvim çoxdur, peşimanam… Bilirәm ki, darda qoymazsan mәni… Sevirsәn, qaytara bilәrsәn geriyә itirdiklәrimi… Bilirәm ki, mәni sevirsәn… Qoru mәni… Qoyma batım çirkin dünyada, günahların içindә…  Mәn ölәndәn sonra … Allaha mәktubum oxumağa davam et

Biznesdәki uğurun danılmaz vә inkaredilmәz 100 qanunu…


İstәr biznesdә, istәr insan hәyatında, insanlar arasında münasibәtdә 100 qanunu var. Bu qanunları bilib, nәzәrә almaqla, 100% uğur әldә etmәk mümkündür. Hәr bir uğuru öncәdәn görmәk olar. Bu uğurun 100 qanunu aşağıdakılardır: İlk beş qanun hәyat qanunudur: Sәbәb vә nәticә; İnam; Gözlәnti; Cәlbetmә; Cavab vermәk. Uğur qanunları: Nәzarәt; Tәsadüf; Cavabdehlik; İstiqamәt; Kompensasiya; Xidmәt; Tәtbiq edilәn cәhd vә sәylәr; Artıq kompensasiya; Hazırlıq; Güclәndirilmiş sәmәrә; Qәrar; Yaradıcılıq; Elastiklik; İnadkarlıq. Biznes qanunları: Mәram; Tәşkilatçılıq; İnsan vә müştәri mәmnuniyyәti; İnsan vә müştәri; Keyfiyyәt; Köhnәlik; İnnovasiya; Böhran uğur amili; Market vә bazar; İxtisaslaşma; Ayırdetmә; Seqment; Konsentrasiya vә diqqәt; Mükәmmәllik. Liderlik qanunları: Dürüstlük; Cәsarәt; Reallıq; Güc; … Biznesdәki uğurun danılmaz vә inkaredilmәz 100 qanunu… oxumağa davam et

Profaylinq


Profaylinq – qanunsuz hәrәkәtlәrin qarşısının alınması üsullarından ibarәt bir sahәdir. Profil sözündәn götürülmüş vә xarici görünüş, verbal vә qeyri-verbal davranışın tәhlili әsasında insan profilinin psixoloji metodlarla dәyәrlәndirilmәsidir. İnsanın xarakterinә (insanın daxili vә xaricindә baş verәnlәrә qarşı münasibәti) uyğun psixoloji dildә danışır. İnsanın xarakteri 3 amilin tәsiri ilә formalaşır vә gizli vә ya açıq şәkildә özünü göstәrә bilәr: Genetik; Biogenetik (sinir sistemi vasitәsilә); Sosial (әtrafda baş verәnlәrin tәsiri ilә). İnsanların psixoloji dili (insanların davranış qaydaları) var vә 8 qrupa bölünür: İsteroid – daim diqqət mərkəzində olmaq üçün əllərindən gələni edirlər. Geyimləri və seçimləri diqqəti cəlb edir. Ətrafında baş verən hadisələrə səthi … Profaylinq oxumağa davam et

Dәyişkәn sevgi…


​-Bax, sevgilim, buludlara? -Nә var burada? Yağış yağacaq, yaz yağışı. -Yağışı sevmirәm, soyuyur hava, qalın geyinmәli oluram, ayaqqabım su keçirsә, xәstәlәnirәm. -Eh, su aydınlıqdı, yağış sәrinlәmәkdi, göyün göz yaşlarıdır, yağış tәnhalıqdı, gәzәrkәn yağışın altında. Yağışdan sonra hava açılır, göyqurşağı çıxır, nәm otların iyi, yarpaqlardan damlayan damcılar… -Bir dә yollardakı palçıq, yolla gedәrkәn üşüyәn insanlar, çәtir altında gizlәnәnlәr… Bir dә yağışda görüşümә gәlmәmәyin, mәni tәk qoymağın. Ayrılırıq sevgilim… -Axı niyә?Daha mәni sevmirsәn ki?Sәni sevirәm… -Mәn dә sevirәm sәni… Amma sәn yağışı sevmirsәn mәnim kimi… Sevgin hava kimi dәyişkәndir.Yağışdan belә qorxur, gәlmirsәn görüşümә… Bunun payızı var, bunu qışı var, bunun külәyi var, … Dәyişkәn sevgi… oxumağa davam et

Xarizmatik insansanmı?


​Xarizmatik insansanmı? Bir çox insanlar “xarizma” sözünü düzgün və tam qəbul etmir, anlamırlar… Xarizma ingilis dilində şarm deməkdir, şarm isə ancaq zahiri görkəmlə bağlı deyil, ümumilikdə  insanları bu və ya digər keyfiyyətlərin ilə cəlb, cəzb etmək, özünə bağlamaq, insanlarla səmərəli ünsiyyət və istəyinə nail olub, bəzən özünə sevdirmək məharəti deməkdir. Bəzi insanar anadangəlmə xarizmatik olur, bəzi insanlarda sonradan formalaşır. Zəruriyyət təsadüfləri, səbəb nəticələri, sonda isə insanlardan insanlar doğar…Təsadüfi, nəticəsiz nəsə yoxdur… Dünyada ən dəyərli hədiyyə kitab, ən dəyərli sərmayə bilik, bacarıq və təcrübə, ən dəyərli kapital sizin haqqınızda formalaş ictimai rəy, ən dəyərli uğur istənilən nəticəni əldə etmək, ən dəyərli … Xarizmatik insansanmı? oxumağa davam et

Yadındadır?!


Yadındadır?! Baxışımı sevirdin, özünü görürdün baxışlarımda, bilirdin ki, qәlbimdәsәn… Yadındadır?! Qoxumu sevirdin, qoxlayıb çәkәrdin ciyәrinә, bilirdin ki, sәn sevirsәn әtrimi, dәyişmirdim sәnә görә qoxlayasan deyә… Yadındadır?! Sәsimi sevirdin, asta sәslә, pıçıltıyla deyәrdim adını, sәnsә sevinәrdin adını eşidәndә, bilirdin ki, hәlә dә dilimdәn düşmәyirsәn, әzbәrlәmişәm sәni, fikirlәrimdәsәn… Yadındadır?! Gülüşümü sevirdim… Gülüşüm, tәbәssümüm mәsum idi, rahatlıq gәtirirdi, enerji yığırdın hәr gülüşümdәn, yorğunluğun çıxırdı canından… Bilirdin ki, mәn güldükcә, müsbәt enerjin olacaq, yenilәnәcәksәn… Yadındadır?! Toxunuşumu sevirdin, uşaq kimi nazik, tәmiz dәrim toxunduqca sәnә ürәyin döyünürdü, hәyәcanlanırdın… Bilirdin ki, hәyәcanlana bilirsәn, ürәyin yerindәdir, döyünә bilәr… Yadındadır?! Saçlarımı sevәrdim, oxşayardın sığal çәkәrәk saçlarımı, barmaqlarınla darayardın … Yadındadır?! oxumağa davam et

Mәnim kimi Qadınlar…


Mәnim kimi qadınlar necә olur görәsәn?! Özünә hәm tәlәbı, hәm müәllim, hәm şagird, hәm xәstәdir, hәm hәkim… Dostluq nәdir o bilәr, sevgini dә tanıyar…Dost bildiyi insandan yedikcә zәrbәlәri, soyuyar insanlardan…Dostlarının sayı az olar amma… Sevәndә o çox sevәr, ağlında başlar sevgi… Bitәrsә sevgi әgәr  uzun müddәt o sevmәz… Güclü olur kәnardan, gülәrüz vә şәn… Bәxtәvәrdir deyәrsәn… Tәkliyinә alışan, qucaqlayan özünü, bir küncünә evinin sıxılaraq bürüşәn, ağlayarlar әslindә… Çox adam sevәr onu kişilәrin içindәn… Nә inanar onlara, nә dә ki, sevgilәrә… Qorunacaq deyәrәk birbaşa sәrt sözünü… Kimi dәli deyәcәk, kimi xәstә bilәcәk… Özü kimdir, nә çәkir, ancaq özü bilәcәk… Bezәcәk tәnhalıqdan, … Mәnim kimi Qadınlar… oxumağa davam et

Məmur olacağam… (Çinarə Ömrayın eyni adlı yazısına cavab)


Çox düşünməyə dəyməz. Hər kəsin içində var bu arzu- Məmur olmaq… Səbəbləri çoxdur, hər kəs üçün fərqlidir… Hər məmura da aid deyildir, bu parametrlərə uyğöun gəlməyən məmurlarımız az da olsa, vardır. – Dövlətin, vətəndaşın torpağını qanunsuz yolla əldə etmək, orada villa tikmək, 5 metrdən hündür hasar çəkmək, kameralar quraşdırmaq, villama, şəhərdə və rayonlarda yerləşən lüks evlərimə, mənzillərimə yaxtama, sayını itirdiyim və saymağa barmaqlarım yetməyəcək miqdarda olan biznes obyektlərimə, bağ evlərimə rayondan gətirdiyim tifil günündə qohum, qonşularımı, savadsız, nadan bildiklərimi işə götürüb, əmr etmək, alçaltmaq arzum var axı… – Harasa gedəndə “qara zavodskoy plyonkalı” bahalı avtomobillərimdə sürətlə uçum, yol hərəkəti qaydalarını … Məmur olacağam… (Çinarə Ömrayın eyni adlı yazısına cavab) oxumağa davam et

Ağlaram


Varlığınla sevindirәn Adamım, yoxluğuna bil ki, tәnhalığımla tәk qalaraq ağlaram… Sevgini bәxş edәn doğma Adamım, nifrәtin doğarsa, yadlaşarsan, ağlaram… Hәr görüşә gecikmәdәn gәlәn Adamım, bir gün görüşümә gәlmәsәn әgәr, ağlaram… Hәyata qaytaran, muzam Adamım, bir gün ölsәm sәnin üçün, ağlaram… Gözlәrin gözümә baxan Adamım, o gözlәr baxarsa bir başqasına, susub ağlaram… Danışıb gülmәyi, dinlәmәyi, hәr işi birlikdә görmәyi öyrәdәn Adamım, sussan, hәr işdә sәnsizlik olsa, anlaram sәhvimi, içdәn ağlaram… Gәlişinlә gәtirәn mәnә aydınlıq, işıq, Adamım, aydınlıq yox olsa, dünyam qaralsa, bil ki, ağlaram… İsti nәfәsindә, sevgi dolu qәlbindә mәni qızıdan Adamım, bir gün üşüsәm, soyuqlasam, xәstәlik taparam, yenә ağlaram… Ağlaram oxumağa davam et

Haraya belә?!


​Hara gedirәm? Gedirәm harasa, Bilmirәm hara,  Gah hәyatda yeriyirәm, Gah da gedirәm gora… Gedirәm düzünә,  Yolayrıcında 4 yolum var: Sağa, sola, önә, geriyә… Geriyә getmәyin mәnası yoxdur, Qalır 3 yol, sağa getsәm, sonsuzluqdu… Sola getsәmsә, tupik, sәdd vardır qapısız, geriyә yol da bağlana bilәr, 4 divar vә mәn… Sıxılıram… Düz yol isә maraqsızdır, hәr yer eyni, hәr günüm eyni, getmәyә dәymәz… Haraya belә?! oxumağa davam et

Dost kimi


Dost kimi yazıram sәnә…. Yazıram ki, unutmamışam sәni… Dost kimi başlamışdıq, dost kimi davam edәk… Sevgimiz dә olsun dost kimi…  Sәn dost kimi gәl görüşә… Gedәk kafeyә, bir çay içәk, danışaq indidәn, gәlәcәkdәn, susaq, keçmişimizi salmayaq yada… Yeniliklәrimiz, xәbәrlәrimizi paylaşaq dost kimi… Mәn danışım, sәnsә dinlә, qınama mәni… Dostlar qınamaz… Dost kimi qucaqla mәni, sıx әlimi, öp yanağımdan… Zarafat edәk dost kimi, gülәk, susaq… Düşsün nәsә yadımıza keçmişdәn, susaq… Baxaq kәnara…  Hesabı istәyәk, baxaq bir-birimizә dost kimi… Unudaq bir zamanlar sevgimizi, yaşadıqlarımızı, yaşaya bilmәdiklәrimizi, yarımçıq qoyduqlarımızı bir başqasıyla yaşayaraq davam edәk…  Sirrimizi paylaşaq öz aramızda…  Çıxaq kafedәn, ötürüb  mәni dayanacağa, … Dost kimi oxumağa davam et

Elə bir gün gələr ki… (O, oxusun, ona xitabən)


Foto: Nurlan GM Elə bir gün gələr ki, gecə yuxu getməz gözlərinə… Tez-tez baxarsan saata, vaxtın tez gəlib keçməsini istəyərsən… Sabahın açılmasını, uzaq bir yerə piyada gəzərək getmək istəyərsən… Düşünməmək istəyərsən, səbəbini bilmək önəmli olmaz… Elə bir gün gələr ki, boşluq içində, dərin quyuda olduğunu anlayarsan… Çıxış yolunu yaddaşını, həyatını, olanları və olmayanları format etməkdə, unutmaqda, sıfırlamaqda görərsən… Format edərək, silərək, unudaraq, sıfırlayaraq yaşayarsan ta ölənədək… Elə bir gün gələr ki, ağlamaq istəsən də, ağlaya bilməzsən… Zamanla yığılan, ötürülən siqnalları səhv anladığına, yanıldığına görə özünü qınayar, günahkar bilərsən… Elə bir gün gələr ki, istəməzsən kiminsə səni axtarmasını, unudulmaq istəyərsən, hayqırmalı … Elə bir gün gələr ki… (O, oxusun, ona xitabən) oxumağa davam et

Kişilər haqqında mühazirəm (Aqşin Yeniseyin “Qadınlar haqqında mühazirə” yazısına cavab)


Foto: Nurlan GM Öncə kişilər yarandı, sonra yazdı qanunları… Qanunları qadınlar üçün yazdılar… Sonra qadın yarandı, feministləri yaratdı kişilər qadınları susdurmağa… Hərəkata rəhbəri də başqa qadını qoydular… Qadınlar parçalandı cəbhələrə… Qadınlar tabe olmaq istəmədikcə kişilərin yazdıqları qanunlara, kişilərin özünə, kişilər arasında da narazılıqlar yarandı… Qanunlara yenidən baxıldı bəzi yerlərdə, qadınlara verildi azadlıq, hüquqlar… Kişiləri qocaldan səbəb oldu bəzən qadınlar… Kişilər poliqam olub, aşiq oldular gözəlliyə, dəyişildi zövqləri, dəyişdilər qadınlarını növbə ilə, bəzən ikisi, üçü azlıq etdi, 4 qadın istədilər… Kişinin ürəyi genişdir, hər kəsə yer çatar… Qadınlar rəqabətə dözmədilər… Dalaşdılar… Kişi verdikcə, verdi, qadın aldıqca, aldı, yenə narazı qaldı… Kişilər … Kişilər haqqında mühazirəm (Aqşin Yeniseyin “Qadınlar haqqında mühazirə” yazısına cavab) oxumağa davam et

Yazıçı… (Aqşin Yeniseyin eyni adlı şeirinə cavab)


  Foto: Nurlan GM Ağrılarım kirimir, Göz yaşlarım, Yaralarım, yanğım, Damarımda axan qanım, Yazdıqca yazıram, Kirimirəm, yazıçıyam, Yazmalıyam… Əlimdə qələm, Bloknot, dəftərlər, Yazıram, xətt çəkirəm üstündən Qaralayıram, silirəm yazdığımı… Yazıb peşiman oluram, Həyatımı paylaşıram başqalarıyla… İçmək düzəltmir işimi, İntihar da həll etmir… Bir tək yolum vardır, Yazmalıyam həyatdan… Ağlamaqdan keçibdir, Ürəyim buz bağlayıb, Yazıram mən hisslərdən… Yazıçı… (Aqşin Yeniseyin eyni adlı şeirinə cavab) oxumağa davam et

Tərbiyəsizlik məcəlləsi (Atilla Kəskin Qılıncla həmmüəllif) 18+


Günel Fərhadqızı: Elə bilirsiniz ki, ancaq etika məcəlləsi var?! Yox, yanılırsınız… Belə ki, biz elə cəmiyyətdə yaşayırıq ki, hər mövzuda məcəllə yaza bilərik, yazırıq da… Başı çıxan da yazır, başı çıxmayan da … Ona görə hamısı da bir-birinə ya yamaqdır, ya ziddir, ya da plagiatdır. Bəzi məcəllələr yazılmış qanun kimidir, yazılmış, təsdiq edilmişdir, bəziləri isə yazılmamış qanunlar kimidir. Əslində, Toplumun  Mental Dəyərlər adı altında yazdığı yazılmamış qanunları Tərbiyəsizlik Məcəlləsinin əsasını və əsas maddələrini əhatə edir. Çünki kimə nə xeyir edir onu yazır, təlqin edir, ictimailəşdirib ictimaiyyətə yeritməyə çalışır. Mənim şəxsi fikir və müşahidələrimə əsasən Tərbiyəsizlik Məcəlləsinə aşağıdakı maddələr daxil edilməlidir: Maddə 1. … Tərbiyəsizlik məcəlləsi (Atilla Kəskin Qılıncla həmmüəllif) 18+ oxumağa davam et

Fikirlərim…


Günahkar uman, küsəndədir, niyə özündən savayı kiməsə bu qədər güvənib, yaxın buraxır, kimdənsə nəsə istəyirsən ki, sonra da umasan, küsəsən… Umma ki, sonra da küsməyəsən… Hər şeyin təməlində bir təmənna, bir qərəz, bir ummaq var… Qara bazar, qara insanlar, qara niyyətlər, qara satış, qara qızıl, qara bəxt, Qara bağ, qara zolaq, qara dünya, qara dəri, qara geyim, qara təfəkkür və arzular, qara qüvvələr… Hər rəngdə bir qara vardır, bir də ki, ağ… Ağlamaq istəyərkən, ağlamıramsa, biganə qala bilirəmsə, içimdə qışdırsa, qəlbim donmuşdursa vaxtından öncə, deməli həyat məni daha güclü, dözümlü, biganə, səbrli, iradəli, mübariz etmişdir, robota çevirmişdir. Dəlilik mərhələsini keçmişəm … Fikirlərim… oxumağa davam et

Demirəm ki…


Demirəm ki: – Getmə, dayan… Dön geriyə, bax gözümün sən içinə… Demirəm ki: – Darıxıram, gözləyirəm, kövrəlirəm… Sənsiz həyat bitəcəkdir… Demirəm ki: – Həyat sənsiz maraqsızdır… Həsrətin var, kədərliyəm… Demirəm ki: – Yaralarım sızıldayır, qanım axır su yerinə… Vurdun mənə böyük zərbə… Demirəm ki: – Şans ver mənə… Bağışla, sev… Gəl, barışaq… Qucaqla, öp… Dediyim bir cümlə vardır: – Qapını getdiyin zaman asta bağla, səs gəlməsin, açarı da saxla mənə, sənə lazım olmayacaq… Dalaşmağa yoxdur halım, deməyə də söz gərəkmir… Gedirsənsə, Xudahafiz, ya da ki, Əlvida! Demirəm ki… oxumağa davam et

Adsız – 1 bəndlik şeirlər…


Dar ağacı, Dar ağacım, Büdrəyirəm yeriyəndə, Sabun, kəndir bir əlimdə, Asılım hansı yerindən? Xəyallarım köpükdəndir, Dəymə, özü yox olacaq… Xatirəmsə şar kimidir… Partlayanda səs salacaq… Son zamanlar şam kimiyəm, Yana-yana əriyirəm… Çatanda mən lap dibinə, Özüm sönüb bitəcəyəm… Son zamanlar yol kimiyəm… Gözüm çəkər öz yolumu… Öndə vardır xəbərdarlıq… Yararsızdır, bütün yollar… Dəniz kimi dalğam vardır, Qalxar mavi səmalara… Külək əssə şiddət ilə, Ölüm-itim olacaqdır… Adsız – 1 bəndlik şeirlər… oxumağa davam et

Kiçik dialoqlar… (satirik, yumoristik, tənqidi yazı)


Gəl gedək… Gəl, gedək… Haraya? Hara istəsən. Bir az fikirləşim… Vaxt ver mənə… Yerinə fikirləşmişəm… Gedək zooparka… Oraya niyə? Gör ki, biz insanlardan betər yaşayanlar var… Şükür edək, halımıza… Gəl, gedək… Bu gün haraya? Neft daşları, Günəşli, Çırağa, SOCARA… Niyə? Gedək, baş sağlığı verək, bir molla da götürək, neftimizin, manatımızın birtəhər yasını versin yola… Gəl, gedək bu həftəsonu… Haraya? Öncə bazara, sonra supermarketlərə, qiymətlərə baxmağa… Bəs sonra? Sonra isə qəbristanlığa, özümüzə qəbir qazaq, diri gəzən ölülərdənik… Gəl, gedək nahar vaxtı, ya da sabah… Vergilər Nazirliyinə, Maliyyə Nazirliyinə… Orada nə işimiz var? Büdcəmizə baxaq, nə haldadır? Gəlir gəlirmi, gəlirsə, gedir haraya… … Kiçik dialoqlar… (satirik, yumoristik, tənqidi yazı) oxumağa davam et

Şikayətim var…


Salam versən, almasam, düşünmə ki, qudurmuşam… Yaddaşımdan var bir şikayətim, görüb tanımamışam… Zəng eləsən nömrəmə, verməsəm cavab, incimə məndən… Nömrəni yazmağı unutmuşam, nömrən yoxsa kitabçamda, cavab vermirəm belə zənglərə… Göndərsən dostluq təklifini, qəbul etməsəm, incimə yenə… Üzün, adın tanış gələr, bilmərəm amma kimsən sən… Yazdığın ismarıca cavab verməzsəm, bağışla məni, Oxumaq, cavab yazmaq çıxmışdır yadımdan… Görüş təyin etsən, gəlməsəm, yada geciksəm, bil ki, tapa bilməmişəm həmin məkanı, azmışam demək… Bir sözü min dəfə soruşsam səndən, hirslənmə, unutmuşam deməkdir… Ələ salmıram… Qalarsa sözüm yarımçıq, davamı gəlməzsə, davamını yerimə sən düşün… Davamını yada sala bilmirəm artıq… İşimi qoysam yarımçıq, danlama məni, yadımdan … Şikayətim var… oxumağa davam et

Həyat dediyim … (3-cü hissə)


Həyatı ofşor zonalara bənzədirəm, hamı ona can atır, onda gizli əməliyyatlar gedir, hesabındakı əməllərə görə cinayət işi açılmalıdır, amma bir tədbir görə bilmirik, hər zaman sudan quru çıxa bilir… Həyatı sərmayəyə bənzədirəm, uzaqgörən sərmayədar olmalıdır insan, taktika və strategiyasını düzgün etsə, həyatın sərmayəsi səni qazandıracaq, yanlışın olsa, uduzacaq, itirəcəksən. Həyatı risklərə bənzədirəm, doğulduğun gündən ta ölənədək insanın görə bilmədiyi və görmək istəmədiyi o qədər risk var ki, hansı birini azaldasan. Çoxusunda da insan amili əsas amildir. 4. Həyat mağara kimidir, giriş yeri həm də çıxış yeridir, yolu unutsan, azacaqsan, başladığın yerə qayıtmalısan, çıxmaq üçün… Səsin səda verəcəkdir, qaranlıq, soyuq olacaqdır… Hazır … Həyat dediyim … (3-cü hissə) oxumağa davam et

Şərəfinə…


Qaldıraq badələri, İçək şərəfə, İç ki, içəsən, Səbəbdən çox səbəb… İçək ilk salamın, tanışlığın şərəfinə, Həyatıma girənlərin şərəfinə… İçək vidaların şərəfinə, Bitmiş sonluqların şərəfinə, Gedənlərin şərəfinə… İçək sağlımığızın şərəfinə, Alıb, verdiklərimizin, Qazanıb itirdiklərimizin şərəfinə… İçək, insanların şərəfinə, Sözdə olan dostluğun, Sevginin, təbiətin sağlığına… İçək gözəlliklərin şərəfinə, Gözəl insanların, qəlbin adına… Qaldıraq badələri, süz ki, süzəsən, Sonra itirməyəsən özünü… Rəqs istəyəsən, dinləyəsən musiqini… Ayrılasan bu dünyadan, Səs küy olsa da, eşitməyəsən kimisə, tərki-dünyasan, öz dünyandasan… Düşüncələrin var, bir də sən varsan… Dayanmadan iç, kövrəl, ağla… Etmə etirafları başqalarının yanında, İçdiyində sussan yaxşıdır, İçərkən insan səmimi olar, təbii olar, Saf olar, soruşsalar … Şərəfinə… oxumağa davam et

“Ziyalı” qonşularımız, böyük “poxsan” və “qancıq” məsələsi… 21+


Hörmətli oxucularım, bir zaman yazıçı Anarı qınayırdım ki, ziyalılarımızı pis görkəmdə təqdim edir. “5 mərtəbəli binanın 6-cı mərtəbəsi”ndəki Zaurun və Spartakın anası kimi  ziyalı analar hələ də var, çoxalmışlar. Sanki mən Təhminəyəm, Zaur və Spartaklarını alıram əllərindən… Hörmət hörmətə bağlıdır. Kiməsə yaşına və ya atamın xətrinə dillənmədiyimə və hörmət edib susduğuma görə çox peşiman olmuşam. Şəhərin elə bir yerində yaşayıram ki, anam həmişə istəyib ki, belə yerdə evi olsun, yaşasın. Deyirdi ki, buranın havası yaxşıdır, insanları ziyalıdır, metroya, avtobus dayanacağına yaxındır, infrastruktur var. İnsanlarından savayı hamısıyla tam razıyam… Bizim binada üçüncü mərtəbədə bir qonşu var, Yunus kişi, keçmiş dövlət qulluqçusudur, … “Ziyalı” qonşularımız, böyük “poxsan” və “qancıq” məsələsi… 21+ oxumağa davam et

Həyat dediyim… (ikinci hissə)


Həyat şam kimidir… Qaranlığımda işıq olur bəzən… Bəzən söndürür onu nəfəsim, ya da ki, kənar amillər… Bəzən yandırır məni onu söndürmək istəyəndə… Bəzən isə əsir sağa, sola, gah gur yanır, gah da zəif… Şamın yanmasına baxdığım kimi baxıram həyatıma, nə vaxt əriyəcək şam, nə vaxt bitəcək işığım, həyat… Həyat şar kimidir… Doldurursan içini havayla, şişir, kənardan gözəl görsənir… Bircə zərbə bəs edir ki, partlasın, çilik-çilik olub səpələnsin, baxaraq kənardan bu mənzərəyə məyus olasan… Amma yapışmasın tikələri, şişməsin yenə, olmasın əvvəlkitək gözəl… Həyat dediyim göyqurşağı kimidir, yağışdan sonra çıxır, göz oxşayır, rənglidir, amma tez yox olur… Kim bizi ağrıdırsa, yaralayırsa, deməli … Həyat dediyim… (ikinci hissə) oxumağa davam et

Qınama…


Gedəcəyəm bir gün… Qınama məni… Öləcəyəm bir gün… Məni qınama… Ağlasam yanında, Məni qınama… Soyuğam, bilirəm Məni qınama… Ehtiras oyanmır, Məni qınama… Yoxdur arzularım, Məni qınama… Yoxdur fikirlərim Məni qınama… Sən yoxsan, ya varsan?! Məni qınama, Yaddaşım pozulub, Məni qınama… Zidiyyət, dilemma içindəyəm, Məni qınama… Seçimimi, qərarımı həbs etmişəm, Məni qınama… Qınama, qınamadan sus… Özüm bilirəm, niyə beləyəm?! Qınama… oxumağa davam et

Bir xahişim var səndən…


Bir xahişim var səndən… Qazandınsa sən məni, itirmə barı… Bir xahişim var səndən… Sevdinsə, sus, demə, bitəcək axı… Bir xahişim var səndən… Gülümsə üzümə, kədərlənsən də… Bir xahişim var səndən… Sevdirmə özünü mənə… Bir xahişim var səndən… Toxunma mənə, toxundunsa, qucaqla… Bir xahişim var səndən… Uzatma əlini mənə, tuta bilmərəm… Bir xahişim var səndən… Sevmə məni, sevilməyə layiq deyiləm… Bir xahişim var səndən… Özümə məxsusam, azadlığımı alma əlimdən… Bir xahişim var səndən… Sus, yanımda olmağın yetər… Səni sevirəm… Tut qulaqlarını əllərinlə, Sus, vermə mənə cavab… Bir xahişim var səndən… oxumağa davam et

Bir qızım olsun (Aysel Abdullazadənin eyni adlı şeirinə nəzirə)


  Bir qızım olsun, atasının qızı olsun, Atası xəbərsiz olsun onun varlığından, Almasın məndən qızımızı… Bir qızım olsun, bənzəsin atasına, Atasının gözlərinin rəngi, saçları olsun… Atasını sevdiyim kimi onu da sevim… Atası kimi savadlı, ağıllı olsun… Atası bilməsin bir qızı var, Dəyişməsin həyatı, bağlanmasın bizə, Borclu bilməsin özünü bizə… Bir qızım olsun, adını Banu qoyum, ya da ki, Xatun, Qoymasınlar ona ad, “bic, nigahdankənar” Özüm üçün, tənhalıqdan qurtulmaq üçün, Sevməyə bir kəs olsun deyə, istəyirəm Bir qızım olsun… Hər qucağıma alanda qoxusunu çəkim içimə, Üzümə baxıb gülümsəsin, saçlarımı dartsın, Balaca barmaqları ilə… Evdə doğulsun… Kiməsə verməyim hesabat, Kimsə soruşmasın: “Kimdir … Bir qızım olsun (Aysel Abdullazadənin eyni adlı şeirinə nəzirə) oxumağa davam et

Deyildir axı…


Deyildir Mələk insan, İnsana ad qoysan da… Deyildir insan Mələk, Mələk adlı insanlar… Küsməyin mələklərdən, Yaxşısı var, pisi var… İnciməyin insandan, Yaxşı da var, pis də var, Günahsızdır mələklər, İnsanlardır günahkar… Deyildir insan ali, Deyildir insan adi, Mələk ruhlu insanlar, Mövcud deyildir, bilin Mələklər ruhsuz olar… Mükəmməl olmur insan, Doğrusu var, səhvi var, Qınamayın onları, Səhvlər ona yol cızar… İnsanların səhvində Mələklər aciz olar, Mələklərin tək işi, İnsan əməli yazmaq… Oturarlar çiynində, Baxarlar hər işinə, Biri yoldan çıxartsa, Digəri tənqid edər… Mələkləri qatmayın, Qoy qalsınlar saf, təmiz…     Deyildir axı… oxumağa davam et

Gopa bas… (tənqidi, yumoristik yazı)


Sən bir az gopla, Təriflə ancaq özünü… Bir az sonra bas gopa, Civi sərgüzəştini… Tərifləsin dostların, Kişi bilsinlər səni, Sənin civi bildiyin, Barmağında fırlatsın… Cibin boş, ağzın dolu, Müftəxorsan, ay kişi, Qızlar fırlamır səni, Sənin yoxdur dəyərin… Əlacın qalıb ancaq, İnternetdə yazmağa, Ümidsiz bir insansan, Yuxunda görürsən sən, Gözəl qızlar tutmağı… Nə biliyin var sənin, Nə də həyat təcrübən, Dişləriylə sındırır, Qozu indiki qızlar… Səni aparar suya, Susuz qoyar orada… Bir də gopla bir az da, Guya vardır hər şeyin, Pulun, evin, maşının Səndən qorxar insanlar, Görkəmindən cin hürkər… Mənə düşüb iştahan, Vallah gülməlisən sən… Nəyinə “hə” deyim mən, Məni cəlb etmir gopun… Yalan … Gopa bas… (tənqidi, yumoristik yazı) oxumağa davam et

Axşamçağı… (Aqşin Yeniseyə cavab)


Sənə məktub yazıram, Yazıb, sonra cırıram, Qoymur qürurum mənim, Sənə onu göndərim… Yazıram məktubumda: “İçimdə qış fəslidir, Buz bağlayıb ürəyim, Ərimək bilmir qarı…” Məktubumda edirəm, Səmimi bir etiraf: “Dərdin məni məhv edir, İçirəm səhər, axşam…” Boğuluram qəhərdən, Ağlayıram, yanıram, İçimdəki boşluğu, Siqaret tüstüsüylə, Bəlkə bir az dolduram?! Beynimdəki fikirlər, Qoymur rahat yatmağa, Bəlkə qəlyan çəkim mən?! Beynim sönsün bu axşam… Yazıram məktubumda: “Necə peşimanam mən”, Yazıram hər sətirdə: “Səni çox sevirəm mən” Yazmağa var cəsarət “məni bağışla” yazdım… Nə olsun ki, yazıram, Yollamıram mən axı… Tək yatıb tək durmaqdan, Bezdirmişəm özümü, Yataq da bezib məndən, Saçlarım da tökülüb… Tənha həyat yaramır, … Axşamçağı… (Aqşin Yeniseyə cavab) oxumağa davam et

Qadın etiraf edərsə…


Foto6 Nofəl Ümid Mən sıravi, adi, başqaları kimi bir qadınam… Tənha qadınam… Zamanı qaytarıb, nəyisə dəyişmək istəmirəm… Əsla, yaşadığım yaşanıldı, bitdi… Son zamanlar reallıqlarla xəyallarımın arasındakı uçurumdayam, içimdə elə böyük bir yara, boşluq var ki… Aynabəndə çıxıram, sərin külək toxunur mənə, bir az üşüyürəm, qollarımla qucaqlayıram özümü sanki… Gözlərimi yumuram, sanki o var həyatımda, arxadan sakit, asta addımlarla yaxınlaşıb, qucaqlayır məni, öpür boynumdan, saçlarımdan… Toxunuşu hiss edirəm sanki… Külək dağıdır sağlarımı… Açıram gözlərimi, dönürəm arxaya doğru, yoxdur kimsə… Təxəyyülüm mənimlə oynamışdır sadəcə olaraq… Məyus oluram…Anlayıram ki, tənhayam… Reallıqları bilərək gözlərimi yumuram, yuxuya gedirəm… Yuxumda o  var yanımda…. Uzanmış yanımda, qolunu … Qadın etiraf edərsə… oxumağa davam et

Qadınlarla bağlı fikirlərim…


Ağıllı, güclü, savadlı, işgüzar və özünə güvənən kişilər ağıllı, güclü, savadlı, işgüzar və özünə güvənən qadınlardan qorxmaz. Əksinə, birlikdə əlbir olub, iş görər və irəli gedər, uğur əldə edərlər… Bu cür qadınlardan qorxan kişilərin ciddi problemlərinin olması danılmaz faktdır. Qadın 20 yaşında: Bircə ərə gedim, hər kişiyə potensial ərim kimi baxmalıyam. Qadın 25 yaşında: Yaşım keçir, ərə getməliyəm… Qadın 30 yaşında: Ərə getməyə niyə tələsdim axı?! Gərək tələsməyəydim… Qadın 35 yaşında: Həyatımı məhv etdin, sənə rast gəldiyim gün ölsəydim kaş… Qadın 40 yaşında: Özüm üçün yaşamadım… Qadın 45 yaşında: O yaşım yoxdur artıq… Qadın 50 yaşında: Bircə uşaqlarımı yerbəyer edim, … Qadınlarla bağlı fikirlərim… oxumağa davam et

Bir gün mən də gedəcəyəm… (İlqar Qulusoyun əziz xatirəsinə)


Bir gün mən də gedəcəyəm… Hər kəsi tərk edəcəyəm… Bir gün mən də öləcəyəm… Səssiz, xəbərsiz, bilməsin kimsə… Bir gün mən də gedəcəyəm… Ürəyim bərk ağrıyır… Bir gün mən də biləcəyəm, Bədənimdə yoxdur ruhum… Bir gün mən də gedəcəyəm… Alacağam son nəfəsi… Yazacağam vəsiyyəti… Bir gün… Az qalıbdır… Azacıq səbr etsin hamı… Bir gün mən də gedəcəyəm, Qalmağa yox səbəbim… Mən gedəndə sevinəcək… Bir çox insanlar…   Bir gün mən də gedəcəyəm… (İlqar Qulusoyun əziz xatirəsinə) oxumağa davam et

1, 2, 3… (fəlsəfi, həyati esse)


1, 2, 3… Çox önəmlidir insanlar üçün onların həyatında… Hər bir insan bu üç yerdən birində olmaq istəyər… Hər kəsin arzusunda isə dayanır 1… 1, 2, 3… Nəhayət ki, “Xoş gəlmisən, bala, dünyamıza” “Qədəmlərin mübarək” 1, 2, 3… İlk addımlarındır, ilk cəhdlərin, yıxılmağın, büdrəməyin, qaçmağındır… İlk addımı atmamışdan öncə öyrənirsən ətrafındakıları, maraqlı gəlir sənə, yoxlayırsan əlinlə, ayağınla, alırsan ağzına, dadını bilmək üçün… Oturursan sonra… Yırğalanaraq o tərəfə, bu tərəfə… Başqaları alır qucağına, gah ağlayırsan, gah da gülürsən, dil çıxardırsan… Əlinə veriləni tutmağa çalışırsan, özün yemək, özün içmək istəyirsən… İstəyirsən, cəhd edirsən… 1, 2, 3… Öyrənməyə, müşahidə etməyə, anlamağa çalışırsan ta … 1, 2, 3… (fəlsəfi, həyati esse) oxumağa davam et

Boşananların “Boş” anları və cəmiyyətdəki “boşluq”lar… 18+ (tənqidi yazı)


Bu günkü mövzum çox aktual mövzudur. Bu yazımı yazanadək, çox düşündüm, müşahidə etdim, araşdırdım, qərəzsiz olmaq və reallığı yazmaq üçün 6 aydan çox vaxt sərf etdim. Ətrafımda boşanan qadın və kişilər çoxdur, boşanmaq ərəfəsində olan və ailəli olduğu halda, “subay” kimi gəzən qadın və kişilərimiz  də az deyildir. Statistikaya baxsaq, görərik ki, ölkəmizdə qurulan ailələr arasında boşanma halları artmışdır və artmaqdadır. Boşanma hallarının səbəbələrini bilmək üçün öncə ailə qurmazdan öncəki münasibətləri, ailədaxili münasibətləri və ailənin dağılması səbəblərini, sonda isə boşanmadan sonrakı həyatı araşdırmaq, təhlil etmək, müşahidə etmək lazımdır. Ancaq bundan sonra kimin haqlı, kimin haqsız olduğunu bilmək olar… Əslində hər kəs … Boşananların “Boş” anları və cəmiyyətdəki “boşluq”lar… 18+ (tənqidi yazı) oxumağa davam et

Adını silirəm bu gündən… (adını sildiyim dostlarıma ithaf edirəm)


Çox sağ ol, dostum, Tək qoydun məni dərdlərimlə… Çox sağ ol, gözümü açdın sən, Bildim, kimsən əslində… Çox sağ ol, dostum, Anladım ki, heç kiməm, Bəlkə heç nəyəm… Eybi yox, bu günün vardır sabahı… Adını silirəm bu gündən… Silirəm hər yerdən… Xatirələri də silirəm, Səsini də, baxışını da, Əllə salamlaşmağı da, Zarafatları, təbəssümü də… Silirəm səni, yaddaşımdan, Fikirlərimdən, qalmaram daha nigaran… Bir də qəlbimdən, bir ağrım az olar… Bir yüküm az olar bu gündən belə… Adını silirəm, dost dəftərindən… Harada adın varsa, silirəm… Silsəm yaxşıdır… Sənin öz yolun var, mənim öz yolum… Adını silirəm, borc dəftərindən, Sənə insanlıq borcum qalmayıb… … Adını silirəm bu gündən… (adını sildiyim dostlarıma ithaf edirəm) oxumağa davam et

Safiyam…


Qızım, yazıram sənə növbəti məktubumu… İki ildir həsrətindəyəm… Evə gec gəlirəm… Sənlə bağlı hər şeyi – oyuncaqlarını, sənə kiçik olan paltarlarını, şəkillərini gizlətmişəm gözdən iraq yerə… Gördükcə, havalanmayım deyə… Onsuz da, səhhətimdə ciddi problemlər var… Onsuz da dəli oluram… Qulağımdan səsin, gözlərimin önündən gülüşün, qaçmağın, oynamağın, nazın, burnumdan ətrin getmir ax… Bir də xatirələr… Ən çox üzən odur məni… Bir də ki, birlikdə yaşamaq istədiklərimiz, yaşamadıqlarımız… Dəniz kənarında qumla oynamağın, sudan qorxmağın… Evdə məni gözləyib, qapının önündə dayanıb, babana “aç qapını, anam gəlir” deməyin, əllərini açıb, dodağını büzüb, məni qucaqlayıb öpməyin, hər yerdə dalımca gəlməyin – necə unudum bunları… Bir … Safiyam… oxumağa davam et

Deyirlərsə, inanma…


Deyirlərsə, göz yaşlarının rəngi olmaz… İnanma… Var rəngi göz yaşlarının… Ağrının, içindəki yaranın, kədərin, ölümün və məhv olmuş ümidlərin, yox olmuş etibarın, doğrulmamış etimadın, bitmiş sevginin, sönmüş ehtirasın və axan görünməz qanın, darıxmağın, həsrətin, qaranlığın qarışıq rəngidir göz yaşının rəngi… Ona görə axdığında dərhal seçilir… Ona görə axdığında yandırır dərini… Ona görə qurusa da, yenə bərpa edilir… Deyirlərsə, zaman hər yaranı sağaldır… İnanma… Yara sağalmır, sadəcə müəyyən müddətə ağrımaz qalır, bir az unudursan, unudulursan… Keçmiş qayıdanda isə yaranın üstü yenidən açılar… Yenidən ağrıyar, yenə keçər deyə zamana bağlayırsan ümidlərini… Deyirlərsə, ümid sonda ölür… İnanma… İlk ölən ümid olur… Özünü aldatmaq … Deyirlərsə, inanma… oxumağa davam et

“Bağışla”


Deyirsən mənə, “Bağışla”, Nəyim var ki, bağışlayım?! Ağlım özümə lazımdır, Sözlər isə özgəsinə… Qəlbim özümə lazımdır, Hisslər başqa birisinə… Paylamışam hər şeyimi, Saxlamadım mən özümə, İndi nəyim qalıb axı, Bağışlayım, yenə sənə?! Hər gələnə nəsə lazım, Götürür gedərkən, verməz… Hər gələn nəsə istəyər, Əvəzində heç nə verməz… Verdikcə mən, almamışam, Yığmamışam nələrisə… Bəs sən mənə nə vermisən?! Düşünürəm, axı, heç nə! Əlim boşdur, ürəyim də… Mənə qalan mən özüməm, Özümü də qıymıram mən, Kiməsə vermərəm əsla! Sən nə tək, nə də ilksən, Nə sonuncusan axı, Hər kəs məndən nəsə alsa, Özümə bəs nə qalacaq?! “Bağışla” oxumağa davam et

İnsanların zirvəsi… (fəlsəfi, tənqidi yazı)


Zirvəyə can atanların nəzərinə… Dostum… Əziz dostum… Mənə elə bir söz de, yaz ki, bu vaxtadək heç kimə deməmiş, yazmamış olasan… Varmı mənə elə sözün?! İnanmıram… Mənə elə bax ki, başqasına o baxışla baxmayasan… Çətin ki, elə baxışın olsun… Bütün baxışlarını məşq etmisən ayna önündə, sonra isə insanlara baxıb sınamısan özünü… Mənə uzat əlini, başqaları bilməsin, o əlini uzat ki, o əlinlə günah iş görməmisən… Elə əlin yoxdur, bilirəm… Bütün əllərimizdə var günahlar… Mənə göstər qəlbinin elə tərəfini ki, başqasına göstərməmisən… Çətin elə tərəfi olsun… Hər kəs üçün açıqsan, hər kəs bilir ürəyini səndən də yaxşı… Elə bir sirrinlə paylaş … İnsanların zirvəsi… (fəlsəfi, tənqidi yazı) oxumağa davam et

Müasirliyin sirləri (civilər və loxlar)… 18+ (tənqidi, satirik, yumoristik yazı)


18 Foto: Mülkədar Rüstəmov Biri var idi, biri yox idi… Analoqu olmayan Absurdistan adlı bir ölkənin analoqu olmayan absurd düşüncəli vətəndaşları var idi… Düzdür, hamısı elə deyildi, amma çoxluq elə idi… Azlıqda olanlar da, az olduqlarına görə başlarını girləyirdilər… Bu dövlətin sakinlərinin ağlında “vermək, almaq, tutmaq, qaçmaq, fırlatmaq”dır… Belə də ki, kimsə qınaya bilməz… Azad ölkədir, vətəndaşları da hər mənada azaddır… Bacarana da can qurban, bacarmayan da bacarandan öyrənsə yaxşıdır… Deməli, burdakı qızların dərdi iki yerə bölünür, bircə tez ərə gedim, uşaq doğum, ikinciləri də bircə ərə getməyim, keyf edim, kişilərlə günümü sürüm… Ortalıqda qalan və ər və kişi axtarmayanlara … Müasirliyin sirləri (civilər və loxlar)… 18+ (tənqidi, satirik, yumoristik yazı) oxumağa davam et

Antimental mübarizə… 21+


Bu yazını yaşı 21 yaşdan aşağı, 60 yaşdan yuxarı olanlar, ürəyi zəif olanlar, namus – qeyrətdən dəm vurub, özü bir qəpiklik qiymətə sahib olmayanlar, yanıqlar, yaradıcılığı anlayamayanlar, əsəb xəstələri, ruhi xəstələr, hər kəsə fahişə kimi yanaşanlar oxumasın, ciddi şəkildə tövsiyə edirəm. Bu bir yazıdır, xəyalımın məhsuludur. Kimsə yozmasın… Sadəcə oxumaq istəyən oxusun… Bir qadın olaraq tövsiyəm, maarifləndirici yazıdır… Evli kişilər, xanımlarınızı maarifləndirin, sevgi və həzzi ailənizdə xanımınızla yaşayın, subaylar öyrənin, öyrədin…   I hissə: İlk dəfə… Tanışlıq. Məni sanki 100 ildi tanıyırsan. Elə mən də səni… Bu qədər oxşar, yaxın, doğmalıq var… O gün soyuq ayın günlərindən biri idi. Mən … Antimental mübarizə… 21+ oxumağa davam et

“Civi tutmaq” SSENARİSİ… 18+


“Bəlkə, bir gün görüşək səninlə, Nə vaxtadək virtual dost olmaq olar… Bəlkə oturub bir yerdə yeyib-içək, Kabab, çaxır, şərab, iç ki, içəsən, İstəsən, qəlyan da gələr, çəkərsən, Bəs siqaret hansından çəkirsən?! Harada qalırsan, neçədə çıxırsan işdən? Maşınlayam götürüm səni, görüşək? Səndən xoşum gəlir, sonra nə olar, olar, Bazlıq adi haldır, sən təksən, kişin olaram… Tək qalırsan evdə, harada yaşayırsan, Bəlkə bu gün gəlim sizə, bir çay dəmlə, içək… Çay içim, sözü verirəm, toxunmaram sənə, Sən istəməsən, kişi kimi söz verirəm… Çayımı içim, bir az dərdləşək, sonra çıxıb gedərəm… Ürəyin nə istəyir, nə alım yolda gələndə? Niyə hirslənirsən, yaxşı gedərik bizə, … “Civi tutmaq” SSENARİSİ… 18+ oxumağa davam et

Dərd budur…


Yazıçı, publisist, dramaturq olasan, yaza bilәsәn, amma öz hәyatını öz istәdiyin kimi yazıb yaşaya bilmәyәsәn… Hәyatının bloqu, köşә yazısı belә olmasın… Yazıçı üçün dәrddir… Yazıçı olasan, yaxşı yazasan, yazılarınla yazdığını sevdirәsәn, özünü sevdirәsәn, yazılarında sevgi olar, amma sevdiyin insana sevdiyini deyә bilmәyәsәn, söz tapmayasan, cürәtin olmaya, dәrd burasındadı… Yazıçı olasan, hәr kәsdәn, hәr şeydәn yazasan, tam sәmimi açarsan yazılarındakı obrazları, öz hәyatını tәsvir edә bilmәyәsәn, özün açıla bilmәyәsәn, özünlә bağlı hәr mәqamda susasan, qoyasan üç nöqtә, әsl dәrddir… Rәssam olasan, çәkәsәn gözәl rәsmlәr, valeh edәsәn hәr kәsi, tәk öz hәyatın olsun rәngsiz, rәng tapa bilmәyәsәn sәni ifadә edәcәk, hәyatın olar … Dərd budur… oxumağa davam et

Bir səbəb göstər…


“Bağışla, məni” deyirəm sənə… Niyə? Özümdәn çox sevә bilmәrәm sәni… Qınama mәni… Sabah sәn dә gedәcәksәn, qayıdacaq tәnhalığım, sükunәtim… Әn yaxşısı budur, heç sevmәyim… Mәnә bir sәbәb göstәr, o bir sәbәbindә әks olunsun başqa, yüz, min sәbәbin… O sәbәb ki, inandıra bildirsin mәni… Niyə sevməliyəm səni özümdən artıq… Mənə bir səbəb göstər, o səbəb bəs etsin mənə… Susdursun məni… Cavab olaraq gətirə bilməyim digər səbəbləri, bəhanələri… Mənə bir səbəb göstər, varlığımla təslim olum, vaz keçim sənlə mübarizədən… Mənə bir səbəb göstər, getməyim səndən, buraxmayım əlini… İnad etməyim, rədd etməyim səni, inkar etməyim varlığını… Mənə bir səbəb göstər, özümü, səni unutmamaq … Bir səbəb göstər… oxumağa davam et

Elə birisi olsun ki…


Gözlərinin rəngi olsun fərqli, baxışları olsun fərqli… Baxdıqca baxışlarında batım… İtirim özümü… Əriyib gedim… Deməsin söz, baxışları yetər hirslənəndə də, sevinəndə də, kədərlənən də, sakit olanda da… Bir baxışı yetsin, demək istədiyini anlayım o an… Baxışları ilə “yesin” məni… İmtina edə bilməyim hər baxışında dediklərindən… Saçları cəlb etsin məni, zərif, yumşaq, barmaqlarım olsun daraq yerinə, oynadım saçlarını… Səsi cəlb etsin məni… Səsiylə çağırsın məni… Pıçıldayanda da dəyişməsin səsi… Aparsın səsi məni iç dünyasına… Gülüşü, təbəssümü cəlb etsin məni… Hər təbəssümündə təbii sevinc olsun… Hər gülüşündə sanki bir uşaqlıq olsun… Uşaq kimi məsum, təbii, səmimi gülüş… Toxunuşu cəlb etsin məni… Hər … Elə birisi olsun ki… oxumağa davam et

Göndərməyəcəyim məktub


Musiqi dinləyirəm… Deyəsən gəlib ilham pərilərim, muzalarım… Yazmağa başlayıram… Sənə yazıram… Adını çəkmirəm… Özün biləcəksən “kimə aiddir”… Adını çəkmirəm, adın qalsın hamı üçün bir sirr olaraq… Yazıram məktubumu… Göndərməyəcəyəm… Cəsarət tapıram yazmağa, oxuma ancaq… Sənə yazıram, oxuma ancaq… Oxuma! “Əziz dostum, bilirsən, sanki sənlə həm eyniyik, həm də fərqli… Çəkir sənə məni… Sükunətin, rahatlığın, zarafatın, gülüşün, bir də məsum baxışın… Dostum bilirəm səni… Bir az deyəsən azmışam, itmişəm, itirilmişəm… Sənin yanında kim olduğumu bilmirəm… Yanılmaq da istəmirəm… Hər kəs üçün biz yadıq, özümüz üçün dostuq… Tək mənim üçün özəl birisən, doğmasan… Nəsə demək istəyir baxışlarımız… Çalışıram baxmayım gözlərinin içinə… Batmaq … Göndərməyəcəyim məktub oxumağa davam et

Onlara “Yox” deyəndə, onları rədd edəndə… 18+


Kişilərə qadınlar “Yox” deyərsə, onları rədd edərsə, kişilər nə edər, nə deyər?! Kişi tiplərindən asılı olaraq münasibət və deyilən sözlər dəyişir: Məndən yaxşısını tapacaqsan?! – özündən razı kişilər… Sənə də qalmaz! Bu gözəllik, cavanlıq sənə də qalmaz! – qisascıl kişilər… Elə bil Cey Lo, Ancelina Colisən, nə gündəsən?! Özündən bu qədər razı olma, en aşağı… Səndən yaxşıları ölür mənim dərdimdən – özünə güvənməyən, həyatda özünü tapmayan, zəif kişilər… Mənə vermirsən, çünki başqası var! – qısqanc, paxıl kişilər… Ya mənimsən, ya heç kimin! – qəmiş kişilər… “Dəlisən, xəstəsən, başın xarabdır!”- kobud, qanmaz kişilər… “Vermirsən, vermə, di çürü” – “tezinciyən” kişilər… Qadın … Onlara “Yox” deyəndə, onları rədd edəndə… 18+ oxumağa davam et

Necə deyim sənə…


Sonra gecdir… Necə deyim sənə, “Getmə!”, gedəndən sonra… Necə deyim sənə, “Buraxma əlimi, apar özünlə!”, qıymazsan ölümü mənə… Necə deyim sənə, “Bağışla məni!”, eşitmirsən daha məni, sonradan peşiman olmağın yoxdur dəyəri, faydası… Necə deyim sənə, “Səni sevirəm, sənsiz yaşaya bilmərəm”, sənsiz yaşayıram uzun zamandır, sevgim də verir özümə əzab… Necə deyim sənə, “Ağlama, nigaran qalma məndən”, yerin rahatdır, heç məni düşünmürsən daha… Necə deyim sənə, “Oyan, yuxudasan, suya danış yuxunu, keçib gedəcək”, yuxu deyil axı, gerçək həyatdır, keçəndə də zaman da keçəcək… Necə deyim sənə, “Unutma məni”, yoxsan artıq, bəlkə öz dünyandasan, cənnətindəsən, 4 yanında hurilər, mələklər vardır, düşmürəm yadına… … Necə deyim sənə… oxumağa davam et

Məndən hər evə lazımdır… (qadın necə olmalıdır barədə praktiki məsləhətlər)


Məndən hər evə lazımdır, indiki böhran durumuna, hətta dünya müharibəsinə hazıram… 1. Panika və isterika qopartmıram, çox biganəyəm… 2. Dır-dır etmirəm… 3. Zarafatcılam… 4. Evdarlığı bacarıram… 5. Xəstələnmirəm, dərmanla sağalmıram, dərman xərclərinə qənaət edirəm… Aptekə girməyi və aptekdən alış-veriş etməyi sevmirəm… 2 manatdan baha dərman almıram… 6. Tibbi biliklərim var… Təbii yolla müalicə yollarını bilirəm… 7. Pulun qədrini bilir və qənaətlə xərcləyirəm… 8. Şopoqolik deyiləm… 9. Supermarketə girəndə konkret siyahı üzrə nə lazımdırsa, onu alıram… 10.Kommunal xidmətlərin adından istifadə edirəm… 11. İdmanı və piyada gəzintini sevdiyim üçün evə piyada da gedə bilərəm… 12. Paltar toxumağı, tikməyi, çörək bişirməyi, banka bağlamağı … Məndən hər evə lazımdır… (qadın necə olmalıdır barədə praktiki məsləhətlər) oxumağa davam et

Cəmi bir dəfə…


Görsəydin məni bir dəfə… Cəmi bir dəfə… Gəlsəydin görüşə… Baxsaydın gözlərimin içinə… Bağlayardın bəlkə məni özünə… Qıymazdın mənə… Toxunmazdın… Bilirəm… Səninki deyil şəhvət… Səninki alidən də ali… Cəmi bir dəfə öp alnımdan… Bircə dəfə qoyum başımı çiyinlərinə… Cəmi bir dəfə tut bir əlimdən, al ovcuna əlimi… Təsəlli ver mənə… Cəmi bir dəfə danışanda, gözün baxsın gözlərimin içinə… Dağınıq saçlarıma bircə dəfə çəkəsən sığal… Bir də ki, dinləyim ürəyinin döyüntülərini… Susmaq… Sükunəti dinləmək… Havanı çəkmək ciyərlərimə… Dərin ah çəkmək… Bir-iki göz yaşı damcısını axan kimi siləsən… Və sonda bircə dəfə qucaqlayasan… Cəmi bir dəfə… Sonra get istəyirsənsə… Ya da qal… Bircə … Cəmi bir dəfə… oxumağa davam et

Məni kimsə soruşsa…


Mәni kimsә soruşsa, de ki, yoxam, getmişәm… Ölüm gәlsә, de ki, bir az möhlәt istәyirәm, yaşamağa tәlәsirәm… Yarımçıq qalıb, arzularım, planlarım, işlәrim… Xәstәlik gәlsә, de ki, istәmirәm gәlsin qapıma, qov onu, gәlmәsin daha… Sevgi gәlsә, buraxma, de ki, dәniz kәnarındadır, ruhuyla tәklikdә monoloqdadı… Ümid gəlsə, buraxma, de ki, yoxam, yalanlara, nağıllara inanmıram, ondan bezmişəm… Vicdan gəlsə, buraxma, de ki, yoxam, itirmişəm özümü həyat yolumda, çıxmışam özümü axtarmağa… Ürək gəlsə, de ki, yoxam… Yorulmuşam… Dincəlməyə var ehtiyacım… Qoy o da dincəlsin bir az, son zamanlar yaman narahatdır, yaman ağrıyır… Səbr gəlsə, de ki, yoxam… Getsin, bir də gəlməsin… Tükənmişəm, yoxam artıq… … Məni kimsə soruşsa… oxumağa davam et

Biz elə cəmiyyətdə yaşayırıq ki… (V hissə)


18+ yazı yazan qadın şairə və yazıçıya əxlaqsız yanaşır, yazısını yaradıcılıq məhsulu kimi deyil, müəllifin həyat təcrübəsi kimi qəbul edir və ardıcıl olaraq “bəxtlərini yoxlamaq üçün” müəllifin yazdıqlarından betər təkliflər edirlər… Bəzi kişilər evdəki xanımlarının qorxusundan mobil telefonlarına qadın cinsindən kiminsə nömrəsini yazmaz, evə girən andan qadınla yazışmaz, zəng etməz, zəngə cavab verməz və bununla da evdəki xanımını aldatmış olduğunu düşünər, əslində isə şübhələndirər… Bir çox kişi cinsindən olan nümayəndələrin gecə saat 12-dən sonra mıxı durar və ya darıxmağa başladığını anlayar, telefonunda və sosial şəbəkəsində olan bütün qadınlara ismarıc yazar ki, “Necəsən? Hardasan? Neynirsən?”, guya qadınların gecə məşğuliyyətləri, asudə vaxtlarının … Biz elə cəmiyyətdə yaşayırıq ki… (V hissə) oxumağa davam et

Burulğan…


26 iyul 2016-cı ildə Beynəlxalq Mətbuat Mərkəzinin konfrans zalında ENES.F prodakşının təqdimatı ilə Sevinc Səfərovanın rejissoru, ssenari müəllifi olduğu “Burulğan” filminin təqdimatı oldu. Təqdimatda filmin yaradıcı heyəti, media nümayəndələri, yaxın dostları iştirak etmişdir. Film vətənpərvərlik mövzusunda dram janrında çəkilmişdir. Filmdə müharibə, döyüş, sevgi və intiqam kimi məqamlar öz əksini tapmışdır. Filmin baş qəhrəmanlarının adları da məhz milli adlardı. Filmdə Ukrayna vətəndaşı ukrayna gözəli və döyüşçü, idmançı Azərbaycanlının sevgilisi rolunda oynamışdır. Onu da qeyd edək ki, filmdə həm peşəkar aktyorlar (italyan mafiyasının üzvləri rolunda Lorenzo- Hacıbaba Məmmədov, Nikola-Cavanşir Hadıyev, Sevinc Səfərova), həm də ilk dəfə filmə çəkilən və peşəkarcasına öz rolunun … Burulğan… oxumağa davam et

Biz elə cəmiyyətdə yaşayırıq ki (IV hissə) (satirik, tənqidi, yumoristik yazı)


Biz elə cəmiyyətdə yaşayırıq ki… Dəniz kənarında geyçimlə görsənən və yanında oğlanı olan və olmayan xanımlara pis baxırlar, müazkirəyə, məzxərəyə qoyurlar… Yanında oğlanı varsa, məşuqudur, əxlaqsızdır, yoxdursa, pisdir ki, tənhadır, yoxdur… Ya da ki, oğlan tutmağa gəlib, özünü, bədənini göstərib, toruna kimisə salmaq niyyətindədir… Sanki çimərliyə kostyumda, klassik və ya işgüzar geyimdə gəlmək lazımdır… Kitab təqdimatı və digər ciddi, ictimai tədbirlərə maraqlı və önəmli olduğu üçün deyil, kimisə “tutmaq”, beynini yumaq üçün gedir bir çox insanlar… Bir xoş olmayan xəbərin çıxmasını gözləyirlər ki, onu müzakirəyə qoyub, qulpundan yapışsınlar, qazandırsa, dibi yanana və yanıq iyi çıxanadək bişirsinlər… Metroda eskalatorda sol tərəfi … Biz elə cəmiyyətdə yaşayırıq ki (IV hissə) (satirik, tənqidi, yumoristik yazı) oxumağa davam et

Sabah…


Sabah… Sabah yeni bir gündür sıravi bir gün… Adım qoyulsa da, doğulsam da, fərqlənməz heç nəyi ilə mənim üçün iki ildir… Sabah taxmalıyam yeni maskamı, ən mahir aktrisa kimi ən peşəkar rolumu oynamalıyam… Guya deyiləm tənha, guya xoşbəxtəm, sağlamam… Guya vardır sadiq dostlarım, sevirlər məni… Guya düşəcəyəm yada… Guya… Arzularım gerçəkləşəcək guya… Üzüm güləcək guya… Hamısı guya olacaq bir məndən savayı… Mənsə sıxılacağam… Qapanacağam diqqətin çox olmasından, diqqətsizlikdən, içimdəki real boşluqdan, hisslərimin məhv olmasından, göz yaşlarımın qurumasından, biganəliyimdən… Sabah qaçacağam özümdən, yeyəcəyəm anamın bişirdiyi dadlı yeməklərdən… Bəlkə şərab aldım, içdim ki, unudulub, unudum özümü… Bir az da ayıq olub anlayım … Sabah… oxumağa davam et

FACEBOOKDAN SEÇMƏLƏR – 8


Orijinalın dərc edildiyi kateqoriya Ağaəhməd Göyüşov:
Növbəti 5 status…  Sizlərdə bu silsiləvi yazılarda hansısa statusları görmək və ya şərh olunmağını istəsəz #fbsecmeler haştağından istifadə edə bilərsiz… və ya “Tənqid-Ağanın yazıları” qrupuna,  “Ağaəhməd Göyüşov”  səhifəsinə göndərə bilərsiniz… ? Bir qıza dostluq atmışdım,dostluğumu qəbul etmədən inboxa yazmışdı: “Mən artıq gənc yazarlardan qorxuram,bağışla dostluğu qəbul edə bilmərəm…” Nə deyim vallah eləcə donub qaldım.Azərbayc anda biraz tanınan,biraz sevilən,oxulan gənc qələm sahibləri dostluğundakı bütün qızlara,7- dən 70 -ə hamıya “yatmaq” təklif edir.Sanki artıq hər şey bularınmış kimi zənn edirlər. …Bu arada mən gənc yazar deyiləm,gənc şairəm. —–  … FACEBOOKDAN SEÇMƏLƏR – 8 oxumağa davam et

Məktub ünvana çatmaz… (Əziz dostum İlqar Qulusoya əziz xatirəsinə həsr edirəm)


Məktublar var ünvansız… Məktublar var ünvanı var, amma çatmaz ünvanına… Orada işləməz rabitə, poçt, elektron poçt, telefon… Sözlərimizi də bəlkə eşitmir, yazdıqlarımızı da oxumaz ünvan sahibi, çünki yoxdur o ünvanda həmin insan… Bir məktub yazıram sənə, o dünyaya, kim və necə çatdıracaq məktubumu, bilmirəm hələ: Burda havalar çox istidir, yerlə göy əlbir olub, göydən yerə od ələnir, bəs orada necədir hava? Cənnət deyilən, təsvir olunan kimi gözəldirmi? Kimlər var indi yanında? Tapmısanmı orada dostlar, söz verilən hurilər qulluq edirmi sənə? Bəs darıxmırsan bizim üçün? Yoxsa, düşmürük yadına? Gecə və gündüz varmı?Yağırmı yağış, əsirmi külək, meyvələr də orada daha dadlı olar? … Məktub ünvana çatmaz… (Əziz dostum İlqar Qulusoya əziz xatirəsinə həsr edirəm) oxumağa davam et

3-cü şəxs və ya kimsə


Orijinalın dərc edildiyi kateqoriya Ağaəhməd Göyüşov:
3-cü şəxs və ya kimsə. Əslində insan fitrəti elə yaradılmışdır ki, qarşındakını kiməsə görə, nəyəsə görə sevdikdə, ona daha da bağlanır. Burada əsas şərt, o, kimsə dediyimiz şəxsə görə olan sevgi , qarşımızdakı şəxsə görə olan sevgidən daha çox və daha ali şəkildə olmalıdır. Bu kimsəyə görə, qarşımızdakının bizə qarşı etdiyi səhvlik ki, var? onun bizə etdiyi pislik ki var? onu bağışlamaq daha asan olur. Məsələn, belə bir kiçik bənzətməyə müraciət edək: Fərz edin ki, hansısa bir dövlət məmurunun qızını sevirik. Və biz həmin dövlət məmurunun hörmətinə… 3-cü şəxs və ya kimsə oxumağa davam et

Milli ruhlu təlimçilər Sağlam gələciyimizin təminatçısıdır…


Orijinalın dərc edildiyi kateqoriya Ağaəhməd Göyüşov:
Milli ruhlu təlimçilər Sağlam gələciyimizin təminatçısıdır… Mövcud cəmiyyətimizin böyük bir hissəsini gənclərimiz təşkil edir. Heç birimizədə sirr deyil ki, bu gənclərində müəyyən hissəsi təlimçidir və yüzlərlə, minlərlə gənclərə təlimlər keçir, seminarlar deyir. Və hər birimiz bunuda çox yaxşı bilirik ki, bu cəmiyyətin gələcəyi gənclərimizdən aslıdır. Deməli bu gəncləri hansı düşüncə, hansı ideologiya ilə böyütsək bizim gələcəyimizdə ondan aslı olaraq müsbətə və ya mənfiyə doğru dəyişəcəkdir. Əgər biz gələcəyimizi sağlam düşüncəli gənclərə həvalə etmək istəyiriksə, gənclərimizi sağlam düşüncəli təlimçilərə həvalə etməliyik. Təlimçinin necəliyi təlim iştirakçılarına çox təsir qoyur.… Milli ruhlu təlimçilər Sağlam gələciyimizin təminatçısıdır… oxumağa davam et

Niyə fikirləşdiyimizi etmirik?…


Orijinalın dərc edildiyi kateqoriya Ağaəhməd Göyüşov:
Niyə fikirləşdiyimizi etmirik?… Bir qədər fikirləşib düşündükdə bizə maraqlı gələn suallardan biridə budur: Niyə fikirləşdiyimizi, düşündüyümüzü etmirik? Biz düşündüyümüzü deyildə, düşüncəmizin sanki arxasındakını edirik. Fikirləşib bu qənaətə gəlirik ki, bu işi belə görməliyik və ya sahib olduğumuz, insanları digər canlılardan fəqləndirən ağılında qəbul etdiyi bir sıra məsələlərdə necə hərəkət etməyimiz, nəyin olar, nəyinsə olmazını bir çox hallarda çox gözəl dərk edirik. Amma buna bilərək və ya bilmərəkdən əməl etmirik.  Görəsən buna səbəb nədir? Görəsən niyə axı düz bildiyimiz hərəkəti deyildə bunun əksini edirik? Həqiqətən maraqlı suallardı. Düşünməyə… Niyə fikirləşdiyimizi etmirik?… oxumağa davam et

İşverən


İşverən Bizim işəgötürən sahibkarların savadlı kadr axtarışı zamanı onları tapmamasında əsas səbəblər kimi onu göstərə bilərəm ki, hər hansı vakant yer üzrə işçinin görməli iş, vəzifə üzrə öhdəliklər haqda biliklərin olmaması, vəzifə təlimatlarının düzgün yazılmaması və vakant yer barədə elanda tələblərin düzgün qoyulmamasıdır. İctimaiyyətlə əlaqələr -satışla məşğul olmur, əsasən media, pr ilə məşğul olmalıdır, maliyyəçi – debet, kredit, müxabirləşmə etmir, bunun üçün mühasib var, maliyyəçi mühasib deyildir, təlimçi satış meneceri deyildir, təlim mövzusu üzrə müştəri yığmamalıdır və s. Işverən əslində işəgötürəndir. Sadəcə el arasında başqa mənada işlənir. Bir yandan baxanda, qınamaq olmur. İşverənlərə iş verilir, işverənlər iş verir… Sadəcə verdiyi … İşverən oxumağa davam et

“Yox, olmaz!”


Səbəbsiz olmur bəzən inkarlar, rəddlər, qadağalar… Əsası, səbəbi var hər birinin təməlində, mənalı, mənasız, məntiqli, məntiqsiz… Fərq etməz… Bəzən bizdən asılıdır… Bəzən isə bizdən asılı olmaz… Hər “niyə”nin cavabı “ona görə”, “çünki” ilə başlar… -“Mən səni sevirəm. Mənim olmalısan…” “Yox, olmaz!”, “Çünki evlisən… Evdə səni gözləyir xanımın, uşaqların…” “Mən səni sevirəm. Səni istəyirəm…” “Yox, olmaz!”, “Çünki yaşca məndən balacasan. Get yaşıdlarından birini seç… Mən sənin üçün artıq qocayam…” “Mən səni sevirəm. Mənə ərə get…” “Yox, olmaz!”, “Çünki ya boşanmışam, ya da ki, dulam… Ailən razı olmaz… Adımı qoyublar artıq… Barışmalısan…” “Mən səni sevirəm. Sən arzularımın qadınısan…” “Yox, olmaz!” “Ona görə … “Yox, olmaz!” oxumağa davam et

Xəbərin varmı?


Həyat 2 biletdir, ikinci bilet birdəfəlikdir. Niyə aldın son biletini… İnsanı yalnız o öləndə itirirsən. Səni də belə itirdik… Gir yuxuma, söylə söyləyə bilmədiklərini… Susub deyə bilmədiklərini… Gir yuxuma, təsəlli ver mənə, al könlümü… Dostu itirmək daha ağırdı, hələ ən yaxın dostunu, qardaş bildiyini, sirdaşını daha çətindi… Gəl, birlikdə baxaq futbola, gəl çay içək, doymadan danışaq hər gün… Xəbərin varmı? Birləşdik, biz dostların… Ağladıq… Sındıq, ağrıdıq… Xəbərin varmı? Bizi atdığını… Ruhunu hiss edirəm yanımda… Kaş geri qayıdardı, nə sən qısqanardın mənibaşqa və yeni dostlarıma, nə mən səni… Sən deyirdin axı hər dəfə mən inciyəndə: – Hər şeyin yenisi, dostun köhnəsi… … Xəbərin varmı? oxumağa davam et

Peşimansanmı?!


  Məni məndən aldın dünya, Məndən nəyi almadın ki? Məndə kimi saxladın ki? Bu məqamda susum gərək…   Yol göstərdin, əmr elədin: “Get, bu yolu”, mən də getdim. Nə düz, nə əyri, daş kəsəkli o yolları Yıxılmadan, yorulmadan getməliydim…   İtkiləri, zərbələri, demirəm heç, Təbiidir mənə görə… İnsan varkən itkilərsiz, zərbələrsiz Yaşamağın anlamı nə?   Yalanları, xəyanəti, Riyakarlıq, min sifəti, Paxıllığı, pis xisləti, Gizlətmək də bacarıqdı insanlarda…   Nə deyim mən? Nə yazım mən? Susmalıyam burda artıq, Bilən bilir, Günel kimdir?! Bilməyənlər heç bilməsin…   Soruşuram özümdən: Peşimansanmı? Cavab verir içdəki səs: Yanlışın da, doğrun kimi Sənə məxsus, olma məyus…     … Peşimansanmı?! oxumağa davam et

Səni…


Bilirsən, nədir dərdim? Çətin biləsən axı… Bilsən, belə bu andan, Dəyişən nədir axı? Şeyx olmaq istəyirdin, Şairlərin şeyxiydin, Futbolu çox sevirdin, Bir də balıq tutmağı, Maniyalar var idi, Bir gün xəngəl, bir gün sazan, Şəkillərə baxdıqca, İndi qəlbim sızıldar… İnanmaq olmur axı, Sənin bu yoxluğuna, Barışmaq olmur axı, Sənsizlik boşluğuna… Saçlarını yolduqca, Əsəb, dərdlər, əziz dost, Zahirən dəyişsən də, Daxilin dəyişmirdi… Nə yazım indi sənə, Nə mənası var axı… Toydan sonra nağara, Effektsiz olur axı… Sən yanımda olanda, susurdum niyə axı… Bəlkə bilirdim dəqiq, Xəbərdarsan hər şeydən, Hər şeyə söz gərəkmir… Səni… oxumağa davam et

Bir şəkil çəkdim (İlqar Qulusoyun “Bir şəkil göndər” şeirinə cavab olaraq)


Bir şəkil istəmişdin, Dostlarından şeirində… Altında da yazaq biz: “Bizdən sənə hədiyyə”…   Bir şəkil çəkdirmişdim, Orada tək idim mən, Saçlarım da dağınıq, Daranmamış bir halda…   Bir şəkil çəkdirmişdim, Söykənərək ağaca, Yeni şəkil idi o, Gəlib çatmadı sənə…   Bir şəkil çəkdirmişdim, Yorğun, fikirli idim, Nə idi məni üzən, Özüm də heç bilmirdim…   Bəlkə fikirlərimdə, Səni düşünürdüm mən, Görüş yeri, vaxtını, Xəyalən fərz edirdim…   Tələsən də sən oldun, Gecikənsə, biz dostlar, Qəlbimizə od qoydun, Üzür ağrı, yaralar…   Bir şəkil çəkdirmişdim, Gülərüzlü baxışla, Bir əlim uzanmışdı, Sənsə onu tutmadın…   Bir şəkil çəkdirmişdim, Baxışlarım deyirdi, Dodağım, dilim susur, … Bir şəkil çəkdim (İlqar Qulusoyun “Bir şəkil göndər” şeirinə cavab olaraq) oxumağa davam et

Deyirdin, dostum


Fərqliydin, deyildin sən hamı kimi, İlk gündən bağlandım sənə dost kimi, O qədər doğmaydın, əzizdin mənə, Getdin sən zarafat, bir yuxu kimi…   Deyirdin, gülümsə, ağlama, Günel, Deyirdin, təbəssüm yaraşır sənə… Xətrimi hər kəsdən çox istəyirdin, Dağladın, ağlatdın, gedişin ilə…   Dostlar arasında olar davalar, Küsülü qalmaq da vardı dostluqda, Vidanı qıymadın, tərk etdin məni, Sənə mən möhtac olduğum anda…   Yerinə kimi mən qoyum, de indi, Yerini başqası çətin doldurar, Getdiyin zamandan boşluğundayam, İndi də, gəl məni apar özünlə…   Gir hər gecə yuxularıma, Susma sən, danış mənimlə, De ki, inciklik yoxdur arada, İndi mən çəkirəm vicdan əzabı, Olmadım yanında gözlədiyində…   Deyirdin, bu … Deyirdin, dostum oxumağa davam et

Əgər mən ölsəm… (davamı)


Əgər mən ölsəm, Şərti yoxdur, Güzəşt etməz ölüm kiməsə, Baxmaz yaşına, kimliyinə, Gəldisə, verməz möhlət, aparar özüylə… Əgər mən ölsəm, Kimsə deyəcəkmi “yaxşı insanıydı”, “rəhmətlik”, “yeri cənnət olsun”?! Əgər mən ölsəm, Ağlayan kimsəm olacaqmı görəsən? Lənətləyəcəkmi həyat və ölümü, mənə görə? Kimsə fəxr edəcəkmi, salacaqmı yadına məni, ölümümdən bir il, beş il, on il sonra?! Əgər mən ölsəm, Hökmən öləcəyəm, ölməz deyiləm, Girəcəyəmmi kiminsə qəlbinə, Sevəcəklərmi məni öləndən sonra?! Əgər mən ölsəm, yuxusunda kim görəcək məni, kim hiss edəcək öldüyümü, kim anlayacaq yoxam artıq?! Əgər mən ölsəm, Olacaqmı kimsə məni yolda, küçədə axtaran, xatirələrimlə yaşayan, “heyif, ölməli insan deyildi” düşünən?! … Əgər mən ölsəm… (davamı) oxumağa davam et

Bu da bir zarafatındır, İlqar?! (yaxın dostum İlqar Qulusoyun əziz xatirəsinə)


Cabir Novruz – Sağlığında qiymət verin insanlara Bir arzum var, ay adamlar, qoyun deyim, Sağlığında qiymət verin insanlara, Yaxşılara sağlığında yaxşı deyin, Sağlığında yaman deyin yamanlara. Hər kəs bilsin öz yerini necə sağdır, Bu, pislərin həyatını qısaltmaqdır, Yaxşıların həyatını uzatmaqdır… Bu nədəndir ölən kimi, qəlbimizdə Adamlara sevgi, hörmət aşıb-daşır. Ölən kimi yaxşılar da yaxşılaşır, Yamanlar da yaxşılaşır… Çirkinlər də təmiz olur ölən kimi… Yadlar belə əziz olur ölən kimi… Xatirələr söyləyirik, nekroloqlar qollayırıq, Hamısını ucdantutma yaxşı deyib o dünyaya yollayırıq. Bu gecikmiş xeyir-dua kimə gərək? Bundan məzar böyüyəcək, ya ölənmi diriləcək? Xoşum gəlmir bu köhnəlmiş adətlərdən, xoşum gəlmir…   Giriş: … Bu da bir zarafatındır, İlqar?! (yaxın dostum İlqar Qulusoyun əziz xatirəsinə) oxumağa davam et

Qarışıq misralar


Bilmirəm, hara baxım, kimə baxım?! Hər kəsin üzündən gedib təbəssüm, Sevincin yerini alıb kədər, qayğılar… Bilmirəm, kimin hayına, dadına yetim?! Bilmirəm, olum qorxusuz, qorxum, Sevməyə başlayım, biganə olum, Təbəssüm göstərim yolda hər kəsə, Sonra da desinlər, “qız dəli olub?!”   Əzizinəm, durma, qaç, Aldandınsa, baxma, qaç, Sürətlə qaç, dayanma, Mərdsən, düşüb qaçhaqaç… Əzizinəm, el birdir, Qınamağa güc birdir, Haqqı nahaqdan seçmir, Savabı günah bilir… Əzizinəm, gözəlsən, Balsan, cansan, ürəksən, Gəl, çıx mənlə görüşə, Səbrim yoxdur, mənimsən… Qurban olum cavana, Danışdığı yalana, Özü qalıb kənarda, Başqasına “sevinir”     Qarışıq misralar oxumağa davam et

Hərf və rəqəm insanlar… (tənqidi yazı)


İnsanlara baxanda, hərflər düşər yadıma. Hərflərə bənzədirəm insanları… A- a kimi körpü, keçid dövründə olan başlanğıcdan birbaşa sona çatmaq istəyən insanlar var, özlərini birinci sayanlar… B-b kimi kiçik bir və böyük iki dairəsi olan, təkrara meylli insanlar var… B kimi “bazar adamları” da var b adamları arasında… C- c kimi ciddi və bir az yarımçıq qalmış var, cəld olsalar da, hərəsindən bir azdırlar… Ç- ç kimi çox istəyərlər, amma ç kimi yarımçıq qalmış qəmiş insanlardır… Düşünürlər ki, çoxbilmişdilər, əslində isə çatmır yetərincə bilik və savadları… D- d kimi yarı qəti, yarı yola verən, əyilə bilən, fikrindən dönən insanlar var. Dairəsi … Hərf və rəqəm insanlar… (tənqidi yazı) oxumağa davam et

FACEBOOK-DAN SEÇMƏLƏR – 1


Orijinalın dərc edildiyi kateqoriya Ağaəhməd Göyüşov:
FACEBOOK-DAN SEÇMƏLƏR  – 1 Bu silsiləvi yazılar FACEBOOK -da olan yoldaşların statuslarına ithaf olunacaq 🙂 Baxın görün sizin statusdanda yazmışammı? 🙂 Fikir verərsiz yəqin.. Ucdan tutma Mentaliteti tənqid etməyi bir tərəfə, təhqir edən insanlara… Müasirlik donu geyinib heç kimin özəlinə burun soxmamağı bar-bar bağırırlar amma paylaşımlarının əksəriyyəti tənqid xarakteri daçıyır. Nəbilim filankəslər qara geyinir, filankəslər filam şeyi filancürə qavrıyır, filankəslərin elmi tərəqqisi sıfırdı və.s… Mən sadəcə başa düşə bilmirəm başqalarının həyatlarına butun soxmamağı bar-bar bağıran biri, niyə başqalarının həyatını, baxışını, geyiminu, düşüncəsini tənqid və təhqir edir. Özüdə… FACEBOOK-DAN SEÇMƏLƏR – 1 oxumağa davam et

Mənə görə mən kiməm…


Bir çoxunuza görə mən yazıçıyam, dostam, bacıyam, sevgiliyəm, xoşunuza gələn qadınam, hər kəsəm, hər şeyəm, ya da ki, düşmənəm, yadam, heç kiməm. Özümə görə mən “”Qadınam mən” şeirimin baş qəhrəmanı olan qadındır, ziddiyyətlidir: Makiyaj etməyi sevməyən, bəzən səhər yuxudan duranda belə saçını daramayan (sözə qulaq asan, məni incitməyən saçlarım var) bir insanam, bəzən gözələm, bəzən isə çirkinəm… Bəzən inadkar, bəzən söz eşidənəm; Bəzən tənhalıq və sakitliyi sevən, bəzən tənhalıqdan və sakitlikdən qaçmaq üçün səs-küy olan yerlərə, tədbir, partilərdə əylənən insanam; Bəzən spirtli içkidən və siqaret iyindən zəhərlənən, bəzən isə spirtli içkilərin hamısının dadına baxan, qırmızı şərabı sevən, siqaret və qəlyandan asılılığı olmasa … Mənə görə mən kiməm… oxumağa davam et

Virtual dərəbəylik-real insanların virtual səfehliyi…(Sevincli Dünyaya nəzirə)


  Sevincli Dünyanın eyni adlı yazısına davam, əlavə olaraq yazıram. İnternet İnternet – mənim üçün məlumat əldə etmək, zəruri insanlarla ünsiyyətdə olmaq, onları axtarıb tapmaq, material, kitab yükləmək, məqalə və ya xəbər oxumaq, xəbərləri çatdırmaq üçündür. Kimisə narahat etmədən… Bizdə ən ciddi saytların belə səviyyəsi sıfıra enmişdir, buna görə səviyyəsizlərimizə minnətdar olmalıyıq. Məhz şərq dünyasından olan yaşından asılı olmayaraq, Ərəb, Fars, Pakistan, Əfqanıstan, Türk, Azərbaycan mənşəli vətəndaşların sayəsində bir çox ciddi, işgüzar saytlarda qeydiyyatdan keçməyimə peşiman olmuşam. Aylardır, oradakı səhifələrimə girmirəm və inboksuma yazılanları oxumuram. O qədər bekar, avara, yanıq, psixi, əsəbi xəstə olan, qeyri-etik insanlar var ki, bezdirirlər insanı. … Virtual dərəbəylik-real insanların virtual səfehliyi…(Sevincli Dünyaya nəzirə) oxumağa davam et

Gəl, razılığa gələk


Mixail Baxarev Rus dilindən tərcümə Bu yaxınlarda oturub insanın daxili insanı haqqında düşüncəyə dalmışdım. Fikirləşirdim, bu insan necə bizi hərdən idarə edə, hərdən isə bizə lazım olmayan, ya da bizim üçün təhlükəli olan işləri görə bilər! Hərdən  bizim zahirən göstərmək istədiyimizdən kəskin fərqlənə bilər, məsələn: biz zahirən sakit və səssiz görsənə bilərik, halbuki o, mülayim deyil, dəlisov ola bilər, biz çox gözəl və hətta çox cəlbedici ola bilərik, amma o, qorxunc və iyrənc ola bilər. Bəzən isə, əksinə ola bilər, insan özünü güclü və lazımlı göstərə bilər, halbuki daxilən zəif və inanılmaz komplekslərlə dolu olmasıyla yanaşı, çox gözəl,çox zərif ola  … Gəl, razılığa gələk oxumağa davam et

Tənha qalmaq hüququ


Yazının müəllifi Mixail Baxarev Rus dilindən tərcümə edən mən Bir gün bir insan dəniz sahilinə gəlir və üfüqə doğru, uzaqlara baxmağa başlayır. Ona ikinci adam yaxınlaşır və ondan bir şey soruşmayıb onun kimi edir. Onları və bu mənzərəni görən və kənardan ötüb keçən üçüncü şəxs onlara qoşulmağı qərara alır. Bir müddət keçdikdən sonra dəniz sahilində onlarla insan dayanıb üfüqü seyr edirdi.  Hər kəs öz tərəfinə baxır və özünə məxsus olacaq nəyisə gözləyirdi. Kimsə uzaqlarda gəmini görəcəyinə, ümid edirdi, kimsə sadəcə olaraq üfüqə baxırdı, kimsə nəyinsə baş verəcəyini gözləyirdi. Onlar səssiz çox dayandılar və demək olar ki, cınqırlarını belə çıxartmır, tərpənmirdilər. … Tənha qalmaq hüququ oxumağa davam et

Sadәcә bir dosta var ehtiyacım


Foto: Valeh Arifoğlu Darıxıram, ehtiyacım var bir dosta, әsl dosta, sükunәti mәnlә dinlәyә bilәcәk, mәnim kimi tәnha birisi, tәnhalığın nә olduğunu bilәn, anlayan dost… Susduğumda dindirmәsin, baxışlarımdan oxusun susqunluğumda gizlәtdiyimi… İntim, seks istәmәsin, dost seksi tәklif etmәsin, paylaşdığım sirrlәrimi qorusun, ötürmәsin başqa birinә… Mәni sevsin dost olaraq, dәyәr versin dostluğuma, mәnә, güdmәsin nәsә… Dost kimi sәmimi olsun, pәrdә olmasın aramızda, qucaqlaya bilim onu dost olaraq, gülüm, ağlayım yanında içdәn, qınamasın mәni çox tәbii olmağıma görә… Toxunduqca әllәrinә, saçlarına әllәrim sakitlәşim, valeryanım olsun, bir dә ki muzam, ona baxıb yazım. Zәngin olsun mәnәvi dünyası, әxlaqı, baxışları, sәsi yuxuya aparsın mәni yuxusuz … Sadәcә bir dosta var ehtiyacım oxumağa davam et

Demərəm… (satirik, yumoristik yazı)


Xarici parklara, istirahət obyektlərinə baxıram… Heç bəyənmirəm… Zövqümcə deyil… Əminəm ki, bir çox həmyerlilərim həmfikir olar mənimlə… Xaricdə hər bir universitetin, tələbə şəhərciyində yaşıllıq var, ot, gül-çiçək var, piknik edir, dincəlir, qazonun üstündə otururlar… Görməmişdilər vallah… Yazıqlar bura gəlsələr, dəli olarlar… Bizi müharibə, vətəndaş toqquşması, cahan müharibəsi, axirət qorxutmaz… Biz hər şeyin ən pis halına hazırıq… Mən demərəm: Qıza gözəl demərəm, əgər onda təbii bir cizgi, bədən üzvü qalıbsa… Qızın gözəllik meyarları-tatuaj qaş, şişirtmə dodaq, yumşaq yer, sinə, yanaq, dartılmış üz, dəri, gözlər, kəsilmiş burun, çənədir, bir də ki, qaynaq edilmiş süni saçlar, taxma kirpiklərdir, makiyaj isə o qədər olmalıdır sifətdə … Demərəm… (satirik, yumoristik yazı) oxumağa davam et

Azad deyil…


Eh… İnsan övladının tək arzusu azadlıqdır əslində… O da gerçəkləşməyən ortaq arzudur insanlar arasında… Azad olmur heç kəs… Tam olaraq azad ola bilmir… İNSAN NƏ DOĞULANDA, NƏ YAŞAYANDA, NƏ DƏ ÖLƏNDƏ AZAD OLUR. ÇÜNKİ RUH KÖLƏ OLUR İNSANA DOĞULDUĞU ANDAN ÖLƏNƏ QƏDƏR. İnsan doğulmamış asılılıq, köləlikdə olur, anasından, ana atasından, özündən… Doğulanda asılı olur valideyn, həkimlərdən… Bir az böyüyəndə, yaşayanda asılı olur ailədən, digər insanlardan, fərdlərin yaratdığı cəmiyyətdən, qanunlardan, dindən… Azad olsaydı insan, o zaman nə mübarizə aparardı, nə müqavimət göstərərdi, nə də kimsə idarə etməzdi onu… Qadağalar çoxdur, qəfəslər çoxdur… Yalanlarla bir qəfəsdən daha geniş görsənən digər qəfəsə, bir … Azad deyil… oxumağa davam et

Dur yanımda…


Foto: Mülkədar Rüstəmov Ayaq saxla, dur yanımda, demə ki, varsan, varlığından xəbərdaram, demə ki, mənimləsən çıxdığımız bu yolda, inanmıram, sən çıxıb gedirdin, mən saxlatdım səni, öndəydin, baxmırdın ki, axsayıram, qalmışam arxada… Dur yanımda, getmə önə, tut əlimdən, tələsmə… Tam olaraq tənha qalmaq yaraşmaz mənə, kölgəmsənsə, ötmə məni, qalma arxamda, dur yanımda, düz yanımda… Sən özümsən, bir parçamsan, izimsən məndən qalan, kölgəmsən, tək sirdaşım indi sənsən… Təkrarımsan, bir yarımsan… Sənlə daha güclüyəm sanki… Sanki tənha deyiləm… Vardır məni tərk etməyən birisi… Uzadıram əlimi sənə tərəf, sən də uzat… Əl-ələ tutaraq addımlayaq biz bu yolda… Mən yıxıldım, mən əyildim, sən də yıxıl, … Dur yanımda… oxumağa davam et

Bir az…


Yığ ovcuna bir az suyu, susuzlayan zaman içim ovcundan… Ovcuna yığ bir daha suyu, yuyum əl-üzümü, günahlarımı… Yığ ovcuna bir az torpaq, olsun əsası başlanğıcın, davamın… Yığ ovcuna bir az torpaq,tök yerə, bellə, ağac ək, versin bar… Yığ ovcuna meyvələri, birdən ürəyim yolda istəyər, nəfsim çəkər… Yığ ovcuna meyvələri, xəstəyəm axı, təbii dərmanım olar… Yığ ovcuna pullarını, bax yaxşı, mənə onlar lazım deyil… Yığ ovcuna pullarını, al  hər şeyi, hər kəsi, məndən başqa… Ovcun boşaldısa, yum gözlərini, bağla əlinlə onları… Qaranlıq, zülmət, əsarət, bir azdan gələcək kadr, xəyallar… Tıx qulağının dəliyini, eşitmə, kənar səsləri, dinlə ürəyinin səsini… Qoy əlini ürəyinə, vurur … Bir az… oxumağa davam et

Sanki, kaş ki, bəlkə də…


Hər sözümün ağasıyam, deyənədək mənimdir, susaydım kaş… Yazmazdım, deməzdim, olmazdım peşiman bəlkə də… Bilirdim hər sözüm, cümləm belə tez ünvanına çatacaq… Nəticəsinə, cavabına qatlana bilsəydik, hazır olsaydıq kaş ki… Sən eşitmədin, oxumadın, mən isə susdum, yoxdur söz, cümlələr sanki… Bir peşimançılıq, məyusluq, təsəlli gizlənir “sanki”də, “kaş ki”də, “bəlkə də”də… “Sanki” bənzətmədir təsəlli üçün, bir də ki, xəyal, arzular, sonsuz bədii təsvirlər… “Kaş ki” puç olmuş ümid, bitmiş inam, səbr, peşiman olmaq, darıxmaq… “Bəlkə də” “kaş ki”yə olubdur dərd ortağı, qardaş, sirdaş, yol yoldaşı, yaşanılmalıydı, yaşanılmadı, yaşanmamalıydı, yaşanıldı… Yarımçıqdırlar “bəlkə”lər də, “kaş ki”lər də… “Sanki” bir istəkdir, yoxluğu ilə cəlb edir … Sanki, kaş ki, bəlkə də… oxumağa davam et

Tənha insanlar…


Bir zaman sevən, tənha olmayan insanlardır tənha insanlar… Dostları, rəfiqələri, qohumları, bir zaman ailəsi olan insanlardır tənha insanlar… Hər bir insan tənhadır, tənhalığa məhkum olur doğulduğu andan ölənədək… Geci-tezi var… Qəlb və vicdan var onlarda… Çox istiqanlı, mehribandırlar əslində… Əsl insandırlar tənha insanlar… Səmimi və cəsarətli, azad və doğru, haqqın tərəfdarı olduğundan tənha qalarlar… Hər kəsi anlayar, qınamaz kimisə, qoyar özünü başqalarının yerinə tənha qalanlar… Tənha insanlar mübariz, güclü olarlar, həm də ki, həssas, kövrək… Ziddiyyətli olarlar, hər kəsə fərdi yanaşarlar… Hər kəsə inanmazlar… Bağışlasalar da, barışsalar da, nəticə çıxardarlar… Silərlərsə kimisə, birdəfəlik silərlər, yazmazlar bir daha o insanı həyatlarına… … Tənha insanlar… oxumağa davam et

Çək!


Ey, İnsan! Çək, çək əlini həyatımdan… Yaşamaq istəyirəm, qoymursan! Çək, çək gözlərini məndən… Baxışların “pis”dir, pisliyə yozurlar! Çək, çək şəklimi xəyalında… Alma əlinə vərəq, rəngli qələmlər! Çək, çək mənim yerimə yükümü… Çox ağır olsa da, bax, gör, dözürsən?! Çək, vicdan əzabı, qınadın deyə… Qınamaq asandır kənardan baxsan! Çək, çək mənim yerimdən öz nəfsini… Nəfsin ağırdır, işlərim düz gətirməz… Çək, çək barmaqlarını ciblərimdən… Boş cibdən boşluqdan başqa nə çıxar?! Çək, çək siqaretini içinə… Tüstünü vermə mən tərəfə, həyatım zəhər içindədir… Çək, çək içkini başına, ötür mədənə, yandır özünü… Mənə demə ki, mənəm günahkar! Çək, çək bir film, al əlinə kamera… Həyatımdan … Çək! oxumağa davam et

Bax!


Bax, falıma, ancaq sus, demə mənə, nə olacaq… Gələcəyi bilməsəm mən, rahat olar yaşamağım. Bax, üzümə, gözlərimin düz içinə, danışarkən… Gözlərin düşməsin dodağıma, sinəmə, ayaqlarıma. Bax, ağlıma, düşüncəmə, bədənimi süzmə barı… Nə təsəvvür edirsən sən, təxmin edə bilirəm mən… Bax, yoxdur bir sünilik məndə, inan artıq! Baxışların soyundurmasın məni, salmasın yatağa, Bir az fərqlən, olma başqaları kimi… Təxəyyülün çox zəngindir, Sənə elə gəlir, məncə… Bəlkə artıq baxmayasan?! Bax əlimə, toxunmadan əllərinlə, Bax dağınıq saçlarıma… Yoxdur daramağa həvəs, Əllərin istəyir olmaq darağın yerinə Alnımın qırışlarına bax, Öp alnımdan, bas bağrına, Gör, necə qocalıram anbaan… Sən, təsəvvür edirsən, Sən təxmin edirsən, Mənsə, hələ … Bax! oxumağa davam et

Məni bağışla, ürək…


Məni bağışla, ürək… Səni özümkü edə bilmədim… Səsini dinləmədim, çırpıntılarını, döyüntülərini ciddi qəbul etmədim… Yaraladıqca səni başqaları, dəydikcə sənə, qorumadım səni, bağışladım… Məni bağışla, ürək… Özümü sənə sevdirə bilmədim, səni isə özümə… Ağlım önəmlidir deyib, səni susdurdum, ağladın için-için, boğdum… Səni ciddi almırdım axı, sən varsan, ya yoxsan, fərq etməzdi mənə… Məni bağışla, ürək… Sən məndən daha çox canlısan, vicdanlısan… Sən məndən daha çox şanslısan, etibarlısan… Məni bağışla, ürək… Dözmədin haqsızlığa, ağrıdın, ağrıtdın məni, sonra da sancılar verdin… “Bax, indi sən daşı ağrılarımı, bəlkə anlayarsan, nə çəkdiyimi”, “Mən varam” demək istədin mənə, ürəksiz olmaq istəyirdim axı… “Bu da keçər”, “Müvəqqətidir”, … Məni bağışla, ürək… oxumağa davam et

Bilirsən, nə istəyirəm? (davamı)


Bilirsən nə istəyirəm?! Nə biləsən! Sənin fikirlərin, istəklərin məndən uzaqdır… Sən məndən daha da uzaqsan! Susmaq istəyirəm özüm üçün… Gülmək istəyirəm fikirlərimə, istəklərimə… Ağlamaq istəyirəm ölmüş dünyama… Yas tutmaq istəyirəm itirdiyim insanlara, bir zaman doğma sandıqlarıma… Səni istəyirəm, qürurum olmasa da, Cəsarətim çatmır, sənə deməyə: “Səni sevirəm… Səni sevirəm!” Hüzur var, sükunət, ətalət… Qeybə çıxıb narahatlıq, fırtına, Xeyirdimi görəsən, onların yoxluğu?! Bəlkə ağ zolaqdır həyatımda, Öndədir qara zolaqlar… Bəlkə səni görmək istəmirəm, Pozacaqsan sükunətimi, rahatlığımı, Qala bilməyəcəyəm biganə sənə?! Bəlkə də, bilmirəm hələ, əmin deyiləm… Kimsən indi mənə, doğma, yoxsa yad?! Anlaya bilmirəm, sevinirəm yoxluğuna uşaq kimi, Həyəcan, iztirab, kədər, … Bilirsən, nə istəyirəm? (davamı) oxumağa davam et

Ədəbi məclis:”Ə” dəbli məclis… 18+


Biri vardı, biri yoxdur… Sizə nədən, kimdən danışım?! Hə, bizim müasir ədəbi məclisimizdən və ədəbi məclisin ədəbi məclisə dəxli olan, olmayan, yazan və yazdığını zənn edən ədəbi mühitin adamlarından… Fevral ayından bəri müşahidə etdiklərimdən yazacağam… Yazı tənqidi, yumoristik, satirik yazıdır. Kim incimək istəyir, bəri başdan incisin. Gözlərimin ikisi aydın, eyni anda… Hə, oxucularım, sizə öncə deyim, nədir ədəbi mühit və ədəbi məclis… Ədəbi mühit – atmosferdir, mühitdir, məclis isə məkan və zamanın vəhdətidir. Ədəbi mühitin ədəbi məclisində isə ədəb adamları yığışar. Ədəbi məclis- ədib və ədibliyə yaxın və ya uzaq şəkildə, birbaşa və ya dolayısı yolla aidiyyatı olan, olmayan, yazan, … Ədəbi məclis:”Ə” dəbli məclis… 18+ oxumağa davam et

C hərfi – mənim üçün


  C hərfi – mənim üçün Ciddiyyətə varmaq, sonra çıxmaqdır, Can atmaqdır azadlığa, Cavabıdır mənə verdiyiniz sualların… C hərfi – mənim üçün Cənnət, cəhənnəmdir bu dünyada, Cəmiyyətdi qəbul etmədiyim, Cəsarətdir yazdığım hər bir yazımda… C hərfi – mənim üçün Cəhalətdir insanların arasında, Canıma çevrilən doğmalarımdır, Haqqımda danışdığınız cəfəngiyyatlar… C hərfi – mənim üçün oxumağa davam et

“Q” hərfi


Ramil Mərzilinin eyni adlı şeirinə nəzirə Q hərfi – mənim üçün Qarabağdır, Qara bağdır, Qardaş, qara daşdır, Qandır, qisasdır…     Q hərfi – mənim üçün Qadın, qeyrətdi, Qızım, qazancımdır, Qəbirdir, qazamatdır…   Q hərfi – mənim üçün Qəfəsdir, qəlbimdir… Qənaət etməkdir hisslərimə, Qürurdur həm də…   Q hərfi – mənim üçün Qocalmağa gedən yoldur, Qələbəmdir, quş tək uçmaqdır, Qaçmaqdır hər kəsdən ölümə doğru…   Q hərfi – mənim üçün Qorxmamaqdır ayrılıqdan, Qızınmaqdır soyuqda tək-tənha, Qızımdan uzaqda qəhərdən boğulmaqdır… “Q” hərfi oxumağa davam et

Sevdiyim ikinci kişisən…


Aysel Abdullazadənin eyni adlı şeirinə nəzirə Sevdiyim ikinci kişisən… Niyə ikinci?! Birinci atamdır! Tanısam da, tanımasam da! Atamı çox sevirəm, sonra səni…   Sevdiyim ikinci kişisən… Niyə ikinci?-etirazım var! Haqlısan, amma sual verirəm, “Birinci olmağa layiqsən, səncə?!”   Sevdiyim ikinci kişisən… Sonra olacaq üçüncü kişi, O da səndən doğulacaq oğlum, Sonra olacaq dördüncü kişi, Unutmusan, qardaşım var?! Sevdiyim ikinci kişisən… oxumağa davam et

Bir kişisi olmalı qadının…


Aysel Abdullazadənin eyni adlı şeirinə nəzirə Bir kişisi olmalı qadının, Güclü, ağıllı, cəsarətli, qeyrətli, Bir baxışdan anlayacaq qadınını, Sözlərə qalmayacaq ehtiyac… Üzməyəcək onu, heç bir zaman…   Bir kişisi olmalı qadının, Qoruyacaq onu qalasıtək, Sahiblənəcək ona yadlaşmadan, Olacaq hər kəsi, əri, dostu, Sevgilisi, yol yoldaşı, sirdaşı…   Bir kişisi olmalı qadının, Suallara birgə cavab verəcək, Qadını insan biləcək, əzizləyəcək, Dinləyəcək qadınını, onu sevəcək, Dəyər verəcək, hər kəsdən üstün bilərək…   Bir kişisi olmalı qadının, Qadınına inanan, qısqanmayan, Uğurlarına sevinən, fəxr edən onunla, “Sevgilim, səni sevirəm” deyəcək, Etibarlı, səbrli, hazırcavab, zarafatcıl…   Bir kişisi olmalı qadının, İkinci kişisi, atasından sonra, Ona … Bir kişisi olmalı qadının… oxumağa davam et

Sənə…


Aysel Abdullazadənin eyni adlı şeirinə nəzirə Sənə inandımsa, Bağışla, əgər bacarsan, Təqsir məndədir ancaq, Çox sadə və sadəlövhəm…   Səni sevdimsə, Bağışla yenə, neyləyim axı?! Səni sevməmək günahdır! Günaha bata bilməzdim…   Səni seçdimsə, Bağışla, bu dəfəlik, Seçimlərimdə var doğru, yanlışlar, Sən hansındasan, hələ bilmirəm…   Sənə yazdımsa, Dedimsə sözlərimi, Sus, cavabsız qalsın, Cavabını yaxşı bilirəm… Sənə… oxumağa davam et

Qadın darıxarsa…


Aysel Abdullazadənin “Qadın özlemi” şeirinə nəzirə Qadın darıxarsa, Soruşmayın niyəsini Kimin üçün, nə üçün Darıxdığını, susacaq axı?!   Qadın susarsa, Bitibdir demək ki, sözü, Bəlkə də hazırdır, Getməyə, göz yaşlarıyla…   Qadın ağlayarsa, Toxunmayın, yaxın durmayın Təki ağlasın, boşalsın içi, Bəlkə bağışladı, əfv etdi yenə…   Qadın bağışlayarsa, Məhv olacaq inamı Ehtiyat edəcək, şübhələnəcək, Səhvi bir dəfə etmirlər axı…   Qadın darıxarsa, Susar, ağlayar içində Gülər yalandan üzdə Qəlbində darıxar ancaq…   Qadın darıxarsa, Fikirləri olacaq dağınıq, Əlaqəsiz sözlər deyəcək, Yola verəcək hər kəsi…   Qadın darıxarsa, İçində yanar, İçində olar təlatüm, Fırtınalar, üzdə sussa da…   Qadın darıxarsa, Üzdə … Qadın darıxarsa… oxumağa davam et

Adamım…


Aysel Abdullazadənin şeirlinə nəzirə Eh, insan, Bilirsən, necə sevinər qadın, sevəndə, sevildiyini biləndə?! Dünyalar qədər, sonsuz, ucsuz-bucaqsız? Hələ sevdiyi insanın elçiləri onun qapısına gələndə? Necə həyəcanlanar qadın… Düşünər ki, “birdən atam məni verməz deyə, razı qalmaz oğlanın ailəsindən”… Həyəcandan var-gəl edər öz otağında, nigaran qalar, “nə oldu” deyə… “Çağırmasalar məni otağa, verməsələr şirin çayı oğlan evinə, nə olacaq sonum”? Eh, insan, Verəndə atası sevdiyi oğlana, necə xoşbəxt olar, qadın, sözlə ifadə etmək olmur o anları… Bir də barmağa üzük taxılanda, alnından öpəndə nişanlısı… Toy öncəsi hazırlıqlar, həyəcan, stress… Seçimlər, gözəllik salonu, gəlinlik… Hər qadının arzusudur, ailə qurmaq, ərə getmək, ana … Adamım… oxumağa davam et

Qadınam mən!


Aysel Abdullazadənin eyni adlı şeirinə nəzirə Bir az şirin, Bir az acıdil, Qadınam mən…   Bir az zərif, Bir az kobud, Qadınam mən…   Bir az sakit, Bir az dəcəl, Qadınam mən…   Bir az fahişə, Bir az da mələk, Qadınam mən…   Bir az zəif, Bir az güclü, Qadınam mən…   Bir az xəstə, Bir az sağlam, Qadınam mən…   Bir az sonsuz, Bir az ana, Qadınam mən…     Bir az xoşbəxt, Bir az bədbəxt, Qadınam mən…   Bir az ağır, Bir az yüngül, Qadınam mən…   Həm sevincli, Həm kədərli, Qadınam mən…   Bir az təmbəl, Bir … Qadınam mən! oxumağa davam et

Durğu işarələri… Durğu işarəsi olan insanlar… (Satirik, yumoristik yazı)


  Eh… Nə günə qaldım… Mövzu qəhətdi başıma… Yazıram nədən?! Durğu işarələrindən… Durğu işarələri gizlədir məni, gizlənirəm hər kəsdən… Gizlədirəm hisslərimi, ya fikirlərimi? Bəlkə hər ikisidir? Hələ bilmirəm?! Vardır məndə də üç nöqtə, iki nöqtə, nöqtə, vergül, nöqtəli vergül, sual, nida, suallı nida, defis, tire, dırnaq arası, mötərizə… Daha nələr, nələr… Barmaqlarımın sayı ondur iki əlimdə… Barmaqlarımla belə göstərirəm əksər durğu işarələrini… Əhsən, ey insan sənə! Durğu işarələrində gizlənirəm özümdən, fikirlərimdən, hisslərimdən… Ehtiyat edirəm onlardan  bəzən… Bəlkə də səndən yazıram, bilmirəm hələ?! Bəlkə sən varsan hər durğu işarəsində, sənin fikirlərin, arzuların, hisslərin… Bəlkə də nə mən varam, nə də ki, … Durğu işarələri… Durğu işarəsi olan insanlar… (Satirik, yumoristik yazı) oxumağa davam et

Bəlkə həyatam mən, bəlkə də ölüm… (Bir ailə həyatı dramı)


Hər kəs ölümdən qorxar, bir məndən savayı… Hər kəs ölümdən edər ehtiyat, mənsə etmərəm… Bəlkə əbədiyəm, ölümsüzəm mən, xəbərim yoxdur özümdən?! Bəlkə də, mənəm həyat, ya da ki, ölümün özü?! Bəlkə də! Bəlkə mələyəm mən?! Göylərdə çox idi səhvlərim, düzəltmək üçün, cəza kimi göndəriblər məni yer üzünə?! Bəlkə qanadlarım qırılıb, bəlkə şərlə savaşda yaralanmışam, düşmüşəm buraya?! Səhv salmışam məkanı, zamanı… Bəlkə də, var təyinatım, insanları qaytarmaq haqq yoluna, insanları insan etməkdir əsas təyinatım… Bəlkə də… Bu sirrdir, mənim sirrim, agah olmayacaq artıq kimsəyə… Bu yerdə susmalıyam… Nədir, ey insan, fikrin?! Bezmisən həyatdan? Atırsan özünü maşının altına? Etmə, qurban olaram… Bax, … Bəlkə həyatam mən, bəlkə də ölüm… (Bir ailə həyatı dramı) oxumağa davam et

YAŞAMAĞA NƏ VAR Kİ


Zamiq Mehdisoyun eyni adlı şeirinə cavab Yaşamağa nə vardı ki?! Qoysaydılar, yaşamağa, Ölmək də çox asanlaşıb, Qoymurlar amma ölməyə…   Deyirlər, çəkməliyik əzab, Deyirlər, yara, dərdlər, Xəstəliklər yaraşıqdır, Həm həyata, həm ölümə…   Yaşamağa nə var ki, Hər kəs yaşaya bilsə… Baş qoşmasa, insanlara, Yaşamaq da asanlaşar…   Yaşamağa nə var ki, Öz yükümdür, onun yox, Qoy daşıyım öz yükümü, Çəkisi olsa da ağır   Yaşamağa nə var ki, Tərəzidir daha çox Bir tərəfdə sevincim, Bir tərəfdə kədərim… YAŞAMAĞA NƏ VAR Kİ oxumağa davam et

Vurduğun sillə…


Ramil Mərzilinin “Vurmadığın sillə” şeirinə cavab Bax, dilləndi ağrılarım, Sükunətin içindəykən… Bax, sən vurdun ilk silləni, Silkələdin iç dünyamı… Bax, susmur dərin yaralarım, Kəndir asıram boynuma… Hər sətirdə göz yaşlarım, Hər sətirdə vardır dərdim, Hər sətirdə susmalıyam, Tükənmişdir artıq səbrim… Mən gedirəm addım-addım İrəliyə doğru ancaq… Mən qalxıram pillə-pillə, Zirvədir son təyinatım… İçimdədir, gizli qalan, Sözə gəlməz ah-fəryadım… Bir ayna ver, qoy bir baxım, Həyat məni neyləyibdir? Üzüm qırış, ağdır saçım, Qocalıram gündən günə… Vur yenə mənə bir sillə, Qoy yatmayım, tam oyanım… Vurduğun sillə… oxumağa davam et

Darıxmaq…


Ramil Mərzilinin eyni adlı şeirinə cavab Yenə onsuz darıxırsan, Adı yoxdur Darıxmağın… Səhər gəlir, anlayırsan, Gecə gəlir Darıxmağın…   Bu darıxmaq elə sənsən, Özün üçün darıxırsan… Darıxmağın dadı birdir, Ya şirindir, ya da acı…   Darıxmağın yolu birdir, O da gəlir qəlb, könlündən… Darıxmağa qədər yollar, Üçdür, beşdir, yüzdür, mindir…   Darıxmağın vardır sağı, Darıxmağın vardır solu, Darıxanda, bax yuxarı, Darıxanda, bax aşağı…   Darıxmaqdan asan nə var? Bəs edər bircə xatirə… Darıxmaqdan çətin nə var? Xəyallar verər işgəncə…   Darıxmağın rəngi sənsən, Darıxmağın qoxusu O, Səndən ona əsir külək, Küləkdə də var darıxmaq…   Darıxmağı burax artıq, Darıxmağın özü … Darıxmaq… oxumağa davam et

Əgər mən ölsəm…


Əgər mən ölsəm… Əgəri, şərti yoxdur ölümün, həyatın axı… Hökmən öləcəyəm, geci-tezi var… Nə qalacaq məndən sonra?! Düşünürəm çox zaman… Nə qoyacağam bu dünyada, Ya da kimləri? Canım qızımı, ana, atamı, Bir də bir zaman ən yaxın dostlarım olan doğma qardaşımı və keçmiş həyat yoldaşımı… Bir də yadlar… Oxucularım, məni bəyənməyən oxumayanları… Yazdıqlarım qalacaq məndən sonra, arzusunda olduğum fikir yoldaşım-kitabımı aparmıram özümlə… Heyiflər olsun ki… Çıxartmaq qismətim olmayacaq… Sevgimi, insanlığımı qoyacağam bu dünyada, xatirələr qalacaq mənlə bağlı, məni tanıyanlarda, tanımayanlarda… Həm pis, həm də ki, yaxşı insan olacağam kimlər üçünsə… Kimisə rəhmətlik biləcək məni, kimisə lənətlik… Qismətim budur… Adımı qoyacağam, … Əgər mən ölsəm… oxumağa davam et

Sus, bilməsin kimsə…


Ramil Mərzilinin “Kimsə bilməsin”nə nəzirə Sus, bilməsin kimsə, Yazacağımı, oxuyacağını… Sus, bilməsin kimsə, Sənlə bağlı gizli qalmalı olanları, yoxdur gizli bir məqamlar… Sükunətdə itib batmalı, bizdə qalmalı olan etirafımı, Sus, bilməsin kimsə! Sus, bilməsin kimsə, Özümlə nə aparacağımı, bu dünyadan başqa dünyaya gedirəm hansı yüklə, sirrlərlə… Sus, bilməsin kimsə… Bilməsin kimsə, bizə aiddir bunlar, bizimdir bu həqiqətlər… Bizimdir ancaq… Sən və mən… Etibar etdim, sirrlərimi paylaşdım səninlə… Səs dinlədin, mən danışdım, danışdıqca, ağladım, dinlədikcə, ah çəkdin… Sən və mən… Bir də ki, dostluğumuz, qısa ömrü olan, ölümün apardığı dostluğumuz… Qırıldı yolda… Getmədi bir istiqamətə, olmadı dostluq biz ölənədək bu həyatda… … Sus, bilməsin kimsə… oxumağa davam et

Atalarımız indi belə deyərdi:


Çoxdandır, bu mövzu ilə bağlı yazmaq istəyirdim, nəhayət ki, imkan oldu, vaxt tapdım. Atalar sözü, məsəlləri, aforizmlərin təhlili və müasir zamana uyğunlaşdırılması bu günkü mövzumdur. Bir neçə atalar sözünü qeyd edəcəyəm, müasir zamanda yaşasaydılar, nə deyərdilər? Söz var kəsdirər başı, söz var kəsər savaşı… Söz var, gələr, keçər, söz var, dələr, keçər… Əsli Müasir halı Ev kimindir?- Oturanın. Söz kimindir?- Götürənin. Ev kimindir?- Gələnləri qarşılayan, gedənləri yola salanın. Söz kimindir? – Ev yiyəsinin bütün zibillərindən xəbərdar olanın. Sözün doğrusunu uşaqdan xəbər al. Sözün doğrusunu hirslənən, spirtli içki içib ayıq vaxtı olmayan böyükdən və təzə dil açan uşaqdan soruş. Saqqalım yoxdur, … Atalarımız indi belə deyərdi: oxumağa davam et

Bilirsən, övladım…


Bilirsən, nədir, ən asanı, nədir ən çətini? Ən asanı kənardan baxıb qınamaq, müzakirə etməkdir.. Ən çətini özünü başqa insanın yerinə qoymaqdır… Ən asanı sevib, sevərək ərə getməkdir, xoşbəxt olmaqdır… Ən çətini həyat yoldaşın sənin sevgini öldürəndə, bir ailə olmaqdır, xoşbəxt görsənməkdir, dözməkdir… Ən asanı sevişməkdir, sevdiyin zaman sevdiyin şəxslə, ehtirası yaşamaq, yanmaqdır… Ən çətini sevişməkdir sevmədiyin, nifrət etdiyin, iyrəndiyin şəxslə, sanki hər gün səni ailə daxilində zorlayırlar… Ən asanı ailə quran kimi uşaq istəməkdir, ana olmağa tələsməkdir… Ən çətini ailən dağılanda, ayrılanda, uşağı əmlak kimi bölüşdürmək, övladından ayrı düşmək, övladına yad olmaq, övladını uzaqdan iztirab çəkərək, həsrətində olub sevmək, övladını … Bilirsən, övladım… oxumağa davam et

“Ədəbi təhlil” layihəsi – Sevincin”Günah”ı və ya LGBT həyatı


Sevinc Səfərovanın Günahı gerçək həyatda yaşanılan və hər bir insanın sığortalanmadığını, qarşılaşaca biləcəyi insan həyatı, insan həyatına təsir edəcək amillər, səbəb və nəticələr əks edilmişdir. Əslində, romanda bir neçə yenilik vardır: Müəllif kənardan müdaxilə etmədən bu və ya digər vəziyyəti, hadisəni müşahidə edir, təhlil edir, izah edir, öz fikrini bildirir. Müəllifin fikirləri bir çox məqamlara aydınlıq gətirir. Sanki romanın qəhrəmanlarını da qara dünyadan ağ dünyaya çıxardır. Roman qəhrəmanlarının iç dünyasını daxili səs yeniliyi ilə açır. Daxili dünyalarında baş verənləri oxuculara çatdırır. Yenə bitərəfdir yazıçı… İnsanlara hər bir amilin-insan, ətraf mühit, ailə, dost, yaşam tərzi, pulun necə təsir göstərməsini özündə əks … “Ədəbi təhlil” layihəsi – Sevincin”Günah”ı və ya LGBT həyatı oxumağa davam et

Xırdalanda kitabı xırdalayan xırda adamlar… (Satirik, tənqidi yazı)


Yazı satirikdir, kimsə özünə götürməsin, inciməsin, yumor hissi ilə qarşılasın… Hərçənd ki, sözü zarafatda deyərlər… Yazı tənqidi yazıdır, tənqid isə sağlam olsa, inkişaf üçün yönəldilmişdir və nöqsanlarımızı aşkarlamaq və onları aradan qaldırmaq məqsədini güdür… Xırdalan camaatı (hamısı deyil) , eləcə də yaradıcı mühit söz verib gəlməyənlərdir, nadan və dostluğa sadiq olmayan və söhbət fırladanlardır… 28 may günü Xırdalandakı Heydər Əliyev Parkında insanların  maariflənməsi və gənc şair və yazıçıları tanıtdırmaq məqsədilə iki dostum Səbinə Paşayeva və Zamiq Mehdisoy kitab fleşmobu keçirtdilər… Mən, yaradıcı həmkar və dostlarım Ramil Mərzili, Vüsalə Asif Süleyman, Gülnar Səma, Günay Ümid, Zamiq Mehdisoyun kitablarının öz qiymətindən iki dəfə ucuz … Xırdalanda kitabı xırdalayan xırda adamlar… (Satirik, tənqidi yazı) oxumağa davam et

Bir gecə…


Bir gecə bəs etdi ki, darıxım sənin üçün… Bəs etdi ki, anlayım nə qədər yaxın, həm də uzaq olduğunu… Bəs etdi ki, insanlığını görüm, etibar edim sənə… Bir gecə bəs etdi ki, susum, gözlərimdən oxuyasan demək istədiklərimi, deyə bilmədiklərimi, söylədiklərimin alt mənasını tutasan… Bəs etdi ki, qoxun hopsun mənə, çəkim içimə… Bir gecə bəs etdi ki, yanım ehtirasında, odunda alışım, soyuqqanlığında donum, üşüyüm… Bəs etdi ki, qucaqlayasan məni, buraxmayasan… Hiss edim özümü, qadınlığımı, əsl kişisən, bilim ki, sən varsan, məni qoruyacaqsan. Dəyməz xətrimə, incitməzsən məni… Bəs etdi ki, həm uzaq olum səndən, həm də yaxın, bir az məsafə qalsın aramızda… … Bir gecə… oxumağa davam et

OVÇU VƏ OV (Hekayə, təmsil)


Müəllif: Hər bir insan ovçudur… Nəyisə və ya kimisə ovlamaq, əldə etmək, mənimsəmək, mülkiyyətinə çevirmək istəyər… Ovçu: Bir canımızla gəlirik dünyaya, bir canımızı aparırıq bu dünyadan… Amma bütün həyatımız boyu axtarışdayıq, tapırıq, qaçırıq, tələsirik, piyada gedirik, gecikirik… Ovçu olub ovlayırıq… Ali varlığıq, amma genimizdədir ovlamaq, qanımızdadır ova çıxmaq, əldə etmək istəyi… Gözlərimiz hey axtarır, beynimiz mülahizə, təhlillər edir, skan edir, ovlarımızı… Müəllif: Ovlarımız olur hər şey, nəyi və kimi istəyiriksə… Ovu istəyiriksə, dayanmırıq… O bizim olmalıdır… Bu qədər dəqiq, bu qədər qəti… Ovladıqlarımızı isə burada qoyuruq, ölən zaman, bu dünyada… Niyə bu qədər önəmlidir ovçu olmaq, ovlamaq?! Ovçu: Doğulduğumuz gündən … OVÇU VƏ OV (Hekayə, təmsil) oxumağa davam et

Ölüm səndən mən qorxmuram…


Ölüm, səndən mən qorxmuram… (satirik, yumoristik) İnanmırsan?! Nahaq yerə! Gəlirsən?! Gəl! Xoş gəlmişsən! Açıqdır qapım, keç içəri, Otur lap yuxarı başda… İstəyirsən əcəli də çağır, gəlsin, Etsin sənə – qardaşına indi yardım, Boğsun məni suda, bilir axı, üzə bilmirəm, hələ də…   Ölüm, səndən heç qorxmuram… Düşsə də, başıma özüm boyda daş, Qalım lap daşın altında, nə olsun ki, nə var burda şişirdiləsi, qorxulası?! Vursun maşın, qatar, tapdalasın at, Tikələrim düşsün pərəm-pərəm…   Ölüm, səndən bax, qorxmuram, At məni eyvandan üzü aşağı, Olsun zəlzələ, Dağılsın bina, qalım altında, sağ çıxmayım bircə qorxuram oddan, Yandırma məni, diri-diri, yanmayım sağkən…   Ölüm, səndən … Ölüm səndən mən qorxmuram… oxumağa davam et

Yenə…


Şər qarışıb yenə… Gecədir… Nə ənni var yolda, izdə, nə də cinni… Tənhayam sanki bu böyük şəhərdə… Hər kəs yatır, mənzillərdəki, küçədəki işıqlar yanılı olsa da… Şər qarışıb yenə… Ölüm tək sakitdir hər yer… Təbiətin səsi gəlir qulağıma… Kölgəmi görürəm ancaq, məni izləyir… Baxıram mətbəximdəki pəncərədən küçəyə… Darıxıram… Nəfəs ala bilmirəm sanki… Fiziki ağrıya çevrilib mənəvi ağrılarım… Boşluq belə ağrı verir, boşluq belə bağlayıb irinli yara…Yaralarımı sağalda bilmədikcə, kəsib atıram, spirtləyirəm, duz basıram yerinə, qanını kəsməyə çalışıram… Sanki bu yaralar xərçəng xəstəliyidir bədənimdə olan, metastazdan qorxuram… Rahatlıq buraxmır məni vicdanım… Nəfəs almaq üçün çıxıram balkona… Baxmıram əynimdə nə var, geyimimim … Yenə… oxumağa davam et

Yarımçıq düşüncələrim…


Yenə şər qarışıb… Hava qaralmışdır… Yuxum gəlir bir yandan, yata bilmirəm, bir yandan gələn yuxumu qovuram ki, yatmayım, düşünüm səni… Niyə düşünürəm, bilmirəm, bəlkə içimdəki insan qoymur səni unutmağa… Şəkillərinə baxmıram daha… Çalışıram unudum səni… Nə sənə verim əzab, nə də özümə… Yazmıram səndən daha… Çalışıram yadıma salmayım xatirələrimi… Kövrəlmək, ağlamaq istəmirəm… Hər kəs deyir: “Həyat davam edir, Günel… Yaşamağa davam et, Günel… Vaxt hər şeyi yerinə qoyacaq, Günel. O, sənə qayıdacaq, Günel… Ağlama, Günel”. Yaşamadığını anlamaq, insanın yerinə özünü qoymaq, insanı qınamaq və insana məsləhət vermək kənardan çox asandır. Hər kəs də bir yandan soruşur səni məndən… Mən nə … Yarımçıq düşüncələrim… oxumağa davam et