Заколебалась… 


Слова. ..  Молчание.. .  Писмы…  Признании…  В одиночестве…  То ли свет, то ли темнота…  То ли я, то ли нет…  Поступки… Результаты то ли негатив, то ли позитив…  Весы…  Лев. ..  Любовь…  Ненависть. ..  Правда или ложь. ..  Партнёрства…  Игры.. .  Стоп! Уходить время…  Скоро и я… И я уйду…  Заколебалась…  Заколебалась…  oxumağa davam et

file378

Qara müraciət məktubum… (satirik, tənqidi yazı)


Qar… Bağışla ki, sənə yazıram… Əlacım tək sənədir… Ümidvaram ki, məni anlayar və qınamazsan… Nə olar… Xahiş edirəm səndən… Yağma… Elə bil bu qış ayından çox yağdın… Yollarımız özünə yenicə gəlirdi… Buzlıar yenicə ərimişdi axı… Bakıya yağma… Hara yağırsan yağ… … Qara müraciət məktubum… (satirik, tənqidi yazı) oxumağa davam et

12696962_1553740301602892_5055621578134648502_o-1

Məni sevindir…


Bilirsən, nə istəyirəm?! Yüzlərlə şəkil qoysunlar önünə… Sənsə kiçik barmaqlarınla onları aralayasan, içindən birini seçəsən, götürəsən, göstərəsən hamıya. Deyəsən: – Bax, budur mənim Anam, anamın rəsmidir… Atan bunu mənə deyəndə, sevinim ki, məni unutmamısan… Simamı, cizgilərimi…   Yüzlərlə zəng gəlsin, … Məni sevindir… oxumağa davam et

16473885_10209174471019219_463563387827537557_n

Söz və söz adamları…


Söz adamının obyekti də, sevgisi də, işi də, subyekti də sözdür… Söz adamının özü sözdür. Eynək, tərəzi, güzgü… Qələm, bloknot, yazılmamış fikirlərim… Eynək-diqqət, tərəzi-çəki, güzgü-real vəziyyətin əksi, gerçəklik, bloknot-boş vərəq, qələm-yazıda cəsarət, hamısı da sözlə bağlıdır, söz adamında olur. Bu … Söz və söz adamları… oxumağa davam et

12696962_1553740301602892_5055621578134648502_o-1

İndiki sevgilər… 


​İndiki sevgilər qar kimidir, soyuq, ayazlı, üşüdən, narın, yağsa da, yerdə izi qalmayan… İndiki sevgilər xarab olub, atılmaması üçün soyuducuya qoyulan yemək kimidir, yeməmişdən öncə hökmən qızdırılmalıdır. Soyuq halda, insana ziyan, səsi boğur, xəstəlik yaradır, dadsızdır… İndiki sevgilər yeni alınmış … İndiki sevgilər…  oxumağa davam et

12696962_1553740301602892_5055621578134648502_o-1


Üç nöqtə bitməmiş fikirdir. Sözlə ifadə edilməyən, davamı gözlənilən fikirdir. Üç nöqtə ehtimaldır, təsəllidir. Üç nöqtə fərziyyədir. Seçimdir. Üç nöqtə. Sonsuzluğa gedən nöqtələrdir. Üç nöqtə təxəyyül, sonu görsənməyən yol, səbəbi nöqtələrdə qalacaq nəticə, nəticənin yaratdığı səbəblərdir. Üç nöqtə susqunluq, sükutdur… … oxumağa davam et

16473885_10209174471019219_463563387827537557_n

Bir insana ağır gəlir…


Bir insana ağır gəlir, Cəmiyyətdə yaşamaq, Seçildiyi bir zamanda, İnsanlardan uzaqlaşmaq, Özünü qorumaq insanlardan…   Bir insana ağır gəlir, Uşaqları anlamaq, Sevənləri bağışlamaq, Sevərkən, susmamaq, Cəsarətli olmaq, sevilmək…   Bir insana ağır gəlir, Başqasının dərdini Öz dərdi kimi yaşamaq, Başqasının … Bir insana ağır gəlir… oxumağa davam et

Azadlıq haqqında…


Azadlıq yoxdur… Tam azadlıq bir mifdir… “Azadsınız” fikri də bir yalandır… İnsanların özlərini və başqalarını aldatmasıdır, insanların təhtəlşüuruna təsir edərək, onları idarə etməkdir azadlıq… Nəzəriyyədə və fəlsəfədə, bəzi qanunlarda azadlıq vardır, təcrübədə isə yoxdur. Bu dünyada azad insan yoxdur. Bu dünyada hər kəs kiminsə əsiridir, kiminsə əsarətindədir. Təbiətdəki bütün canlıların azadlıqlarını biz insanlar məhdudlaşdırırıq… Kimsə tam azad deyil. Konstitusiya və digər ali qanunlar, beynəlxalq konvensiyalarda azadlıq verilsə də, azad deyil kimsə… Çünki hər qanunda bir tərəfdən verilir, digər tərəfdən məhdudlaşdırılır. Qanun, qayda, tələblər olan halda, tam azad olmaq qeyri-mümkündür. Azadlıq insana lazımdırmı? Azad olmağa razı və hazırıqmı? Hər kəs azad … Azadlıq haqqında… oxumağa davam et

Onlar… 


Onlar hər kəsə bir ad verdilər.  Birinə canım, birinə fahişə dedilər… Onlar hər kəsə bir yol çezdilər…  Birinə əyrini, birinə düzü verdilər…  Onlar hər kəsin ev, işinə girişdilər Birinkini gizlətdilər, birinkini ellə bir etdilər…  Onlar hər kəsə həmrəy oldular. ..  Birinin dərdinə həmrəy sevinib güldülər, birinin uğur, sevincinə üzüldülər… Onlar hər kəsə vəd, söz verdilər… Birisinə əməl etdilər, birisinə yox…  Onlar hər kəsdən nəsə istədilər…  Kimisi hər şeyini verdi, kimisi heç nəyini. ..  Onlar hər kəsə öyrətdilər… Kimisinə yalançı səmimiyyəti, süni təbiiliyi, kimisinə rola girməyi, hücum edərək müdafiə olunmağı.. .  Onlar mübarizə apardılar…  Onlarla olanlara yaxşı, dost kimi yanaşdılar, olmayanlara … Onlar…  oxumağa davam et

image

-İndi hara? – İntihara…


Dostum, gəl gedək… İndi hara?! İntihara… İntahası… Giriş sözü: İntihar nədir?! İntihar insanın emosional, hissi, iqtisadi, sosial, siyasi, elmi, mənəvi, psixi, depressiya və narazılığının bitməsi üçün son çıxış yolu kimi ölümü seçmək, özünə qəsd etməkdir. Cinayət tərkibli işdir. Əgər bir … -İndi hara? – İntihara… oxumağa davam et

file534

Görəsən, sənsən?


Bir yuxu gördüm, oyandım… Davamını görmək istəmədim deyə… Bir ismarıc gəldi telefonuma… Baxdım ki, səndən deyil… Oxudum, sildim… Səhər oyananda, gördüm qar yağır, düşdün yadıma… Qarın yerində sən olmalıydın… Yolda baxıram insanlara… Fərqlidirlər, nəsə oxşardır amma… Bəlkə şəhər, bəlkə pul, … Görəsən, sənsən? oxumağa davam et

file645

Yeri gəlməmişlər, yersizlər (milli təfəkkür, təhlil, ssenari-ən yaxşı və pis halda- satirik, tənqidi yazı)


Yersizlər kimdir, yersiz gəlib özünə yer tapan və yersiz olduğunu iddia edənlər, başqasının yerinə göz dikənlər və hər zəbt etdiyi yerdə özünü narahat hiss edənlər, yeni yerlər zəbt etməyə öyrəncəkli olanlardır. Yersizlərin tutduğu hər yerdə özlərini yersiz hiss edirlər, öz … Yeri gəlməmişlər, yersizlər (milli təfəkkür, təhlil, ssenari-ən yaxşı və pis halda- satirik, tənqidi yazı) oxumağa davam et

Sosial Media İdarəçiləri üçün 5 vacib şərt


Salam dostlar, Sosial Media idarətməsi həm yeni hədəf kütləyə çıxmaq üçün,həm mövcud kütləni maraqlandırmaq üçün əlverişli olmaqla bərabər ciddi bir işdir. Sosial Medianın gücü artıq müzakirə olunmayacaq dərəcədə böyükdür. Bundan Mənbə Sosial Media İdarəçiləri üçün 5 vacib şərt Sosial Media İdarəçiləri üçün 5 vacib şərt oxumağa davam et

file632

Müasirliyin sirləri (əcnəbilər əcəbdirlər…) +18 (davamı)


Bu yazımın birinci hissəsi birmənalı qarşılanmamışdır. Əminəm ki, ikinci hissəsi birinci hissədən geri qalmayacaqdır. Əcnəbilər əcəbdirlər, əcaibdirlər, ya necədirlər?! Əslində, müqayisə etmək istəməzdim. Amma niyə seçimlərin məhz əcnəbilərin xeyrinə edildiyini bilmək üçün səbəbləri axtarıb tapmaq lazımdır. Bunun üçün isə müşahidə … Müasirliyin sirləri (əcnəbilər əcəbdirlər…) +18 (davamı) oxumağa davam et

file546

Şahin Sahibzadənin “İnsanlıq axtarışında” adlı sorğu lahiyəsində qonaq kimi…


Adınız, soyadınız, doğum tarixiniz, ixtisasınız, peşəniz və ya fəaliyyətiniz? Ailəniz və ya valideynləriniz haqqında qısaca məlumat verərdiniz zəhmət olmasa. AAS: Günel Fərhad qızı Eminova  (Hakimxocayeva)   Doğum tarixi və yeri: 28 iyul 1983-cü il, Bakı şəhəri   İxtisas, peşə, fəaliyyət:İqtisadçı, … Şahin Sahibzadənin “İnsanlıq axtarışında” adlı sorğu lahiyəsində qonaq kimi… oxumağa davam et

file550

Pərdələr…18+


Mental dәyәrlәrimizdә önәmli yer tutur onlar… Qalxmazsa, yaxşıdır… Ailәdә var doğmalar arasında, yadlarla var, dostlarla var… Mental pərdələrdir bu cür pərdələr. Bağlı qapı kimidir… Sirrlərimizi saxlayır, pərdəarxasında, kölgə və izlərimiz var, bir də qorxularımız… Pərdə bizim komplekslərimizdir. Beyindә olarsa, çox … Pərdələr…18+ oxumağa davam et

file555

Niyə ayrılırıq?! Ayrılmağımızın 30 səbəbi. 14+


Sevgi bir sənət, sevişmək bir məşğuliyyətdirsə, sevmək bir işdir, deməli sevən insanlar bekar olmazlar, çünki sevirlər… Sevdikləri zaman insanların o qədər işi olur ki, tək olanda da, birlikdə olanda da… Bəs niyə ayrılır insanlar? Şəxsən öz həyat təcrübəmdən irəli gələrək, … Niyə ayrılırıq?! Ayrılmağımızın 30 səbəbi. 14+ oxumağa davam et

file548

Zamanə adamı… (satirik, tənqidi yazı)


Vicdanımı bu il asdım dar ağacından, kəndiri də möhkəm etdim, əl-qolunu bağladım ki, qaçmasın, stulunu da özüm itələdim, durub baxdım kənardan, ta ki, boğulub ölənədək. Birdən sağ çıxar, sözünü deyər qərar verəndə… Ürəyimi atdım çaya, bir əlimdə çay daşı, bir əlimdə … Zamanə adamı… (satirik, tənqidi yazı) oxumağa davam et

16142243_881803361921981_774216940001708816_n

NAVRASIN DƏLİSİ (müəllif: Rauf Qərib Alagöz)


Sözlər boğazında düyünlənirdi. Sanki Dardanel boğazından ağır yük tankerləri üzbəüz gəlmiş və günlərcə sürəcək çətin keçmə manevri kimi handan-hana nəsə demək istəyirdi. Amma dinləyən kim? Sözü elə ağzında qalırdı. Bu şəhərə gəldikdən bəri onun qeyri-adi hərəkət və deyimləri ətrafdakılarda ona … NAVRASIN DƏLİSİ (müəllif: Rauf Qərib Alagöz) oxumağa davam et

IMG_6503

Vur… (tənqidi, satirik, kinayəli yazı)


Vurmaq olar… Olduqca isə vurmaq lazımdır… Lazımdırsa, vur… Söz vur, arada sözlə də vur kimdən xoşun gəlmirsə… Üz vur, sal arsızlığına… Borclu çıxart hamını… Nisyə dəftəri tutulsun hər bir məkanda… Ad və siman tanış gəlsin bu ölkədə, məşhurlaş üz vurmağınla… … Vur… (tənqidi, satirik, kinayəli yazı) oxumağa davam et

15317792_1691149904528597_3958197554635157168_n

Neyləmək olar?


Birisini sevəsən, Yaxın dostun ola… Dəyər verəsən, Susasan, için qan ağlaya… Deyə bilməyəsən sevdiyini, Göz-gözə, üz-üzə dayananda… Ölmək istəyəndə, Ölə bilməyəsən, Yaşamaq istəyəndə Öləsən, gözləmədiyin anda… Sevdiyin dayana önündə, Gözlərinin içinə baxa, Bərk qucaqlayıb alnında öpə, Ürəyin həyəcandan tez-tez döyünə, … Neyləmək olar? oxumağa davam et

kdr_3854

Məni zorlamayın…(davamı)


Zorlamaq, fərq etməz hansı növüdür, zorakılıqdır. Şərq cəmiyyətindən qurban günahkar, zorlayan qəhrəmandır. Qınayır hər kəs qurbanı, qınamır kimsə zorlayanı… Zorlayan çox zaman həbs edilmir. Qərb cəmiyyətində qurbanı anlayır, psixoloji müalicə, dəstək olunur, cinayət işinə ciddi yanaşılır, zorlamaq maddəsilə ittiham olunaraq … Məni zorlamayın…(davamı) oxumağa davam et

13179460_10207016509031518_2796508613052158595_n

Təhlükə var! SOS! (satirik, tənqidi, ironik yazı)


Təhlükə var. Həyəcan təbili çalınmalıdır. Təhsilimiz pis gündədir, doğru təhsil verən müəllimlərimizin sayı azalmaqdadır. Təhsil pulladır, kimin pulu var təhsil alır pulu ilə… Pulu olmayan qalır kənarda… Təhsilimizin işi təki silsin beyindəki olan-qalanı, doldursun oranı lazımsız olanı… Kimisi heç təhsil … Təhlükə var! SOS! (satirik, tənqidi, ironik yazı) oxumağa davam et

16142243_881803361921981_774216940001708816_n

MÜSƏLMANIQ BİZ? Müəllif: Rauf Qərib Alagöz


  Haqsızın sözünə “bəli” deyirik, Doğrunu deyənə dəli deyirik, Allahı unudub Əli deyirik, Sonra da deyirik “müsəlmanıq biz”. Ticarət etməkçün həccə gedirik, Saqqalı uzadıb cənnət güdürük. On dənə arvadı “siğə” edirik, Sonra da deyirik “müsəlmanıq biz”. İnsandan ucadı məzar daşları, … MÜSƏLMANIQ BİZ? Müəllif: Rauf Qərib Alagöz oxumağa davam et

IMG-20160324-WA0026

Çıxıb gedəcəyəm bu ölkədən


Bilirəm… Çıxıb getmək çarə deyil… Özündən qaça bilməz kimsə… Hara getsən də, özünü aparırsan özünlə axı… Çıxıb gedəcəyəm bu ölkədən… Zəncirləri qırmaq üçün… Bəlkə taparam özümə uyğun insanları… Azadlığa qovuşmaq üçün… Azad fikirlərimi kimsə anlayar bəlkə, başqa yerdə… Əsəblərim çəkilməz … Çıxıb gedəcəyəm bu ölkədən oxumağa davam et

12695813_637961576335525_1364694939_n

Çəkirsənmi?


Söylə, görüm, çəkirsənmi? Nə çəkirsən, bilmək olar, çəkirsənsə?! Öz yükünü çiyinlərində?! Ağır olmur ki, sənə? Ağrımır ki, çiyinlərin?! Öz şəklini telefonla gün ərzində?! Hər anını, hər gününü salmaq üçün yaddaşına, tarixini yaratmaq üçün, ötürmək üçün, göstərmək üçün insanlara? Dərd çəkirsənmi … Çəkirsənmi? oxumağa davam et

kdr_3910

Həyatımı bənzədirəm…


Mən öz həyatımı mebelə bənzədirəm, bəzən çox bahalı olur, istəməsən də, lazımdır deyə, almalısan həyatın sənə verdiyini… Sonra bir az istifadə edirsən, işinə yarayır, sonra atırsan bir kənara, arxivə, köhnəlir, toz basır. Yadına düşəndə, görürsən ki, çürüyüb, yararsız haldadır. Bir də … Həyatımı bənzədirəm… oxumağa davam et

Çöpçü, falçı, sınıqçı, çıldaqçı, yalançı- FIRILDAQÇI


   Hamısı fırıldaq, yalandır, insanlardan istifadə edib, özünü inandıraraq, pul qopartmaqdır. Birinci falçılardan başlayaq, ağlı və təhlil etmək, məntiqi düşüncəsi olan, mütaliə edən keçmişini, bu gün və sabahını da bilir, proqnoz verə bilər. Psixologiyadan azacıq başı çıxan adam bilir ki, falçılar insanların özlərindən lazım olan məlumatı mahiranə alaraq, özlərinə qarşı silah kimi istifadə edir. Onlara onların eşitmək istədiyindən artıq demir. Bir də ki, təhtəlşüura təsir məsələsi var. İnsanın fikirləri reallaşır. Pis deyəcəksən müştərinə, o da başlayacaq pis düşünməyə və bu gerçəkləşəcək. Bu bir psixoloji təsir və manipulyasiyadır. Bunu anlamamaq gülüncdür. Bir də ki, səni aldadıb, bildiklərini sənə dediyinə görə ətək-ətək … Çöpçü, falçı, sınıqçı, çıldaqçı, yalançı- FIRILDAQÇI oxumağa davam et

Sumqayıt-Bakı, Bakı-Sumqayıt…


Bir dostum Sumqayıtda qalır, eləcə də yaxın və yaradıcı rəfiqəm də Sumqayıtda yaşayır. Keçmiş sevgilim, yəni ailə quranadək sevdiyim və 3 il guya gizli görüşdüyüm insan da məhz Sumqayıtda yaşadığından orada az olmamışam. Sakit, səliqəli şəhərdir. Amma o şəhəri yaxşı tanımadığımdan, məni şəhərə dəvət edən şəxsdən xahiş edirəm ki, qarşılasın. 2006-cı ildə sevgilimlə gizli görüşlər üçün Sumqayıta avtobusla gedirdik. 20 yanvar metrosu tərəfdən ikarus avtobusları gedirdi. Ayrılandan sonra ora getməməyi özümə söz vermişdim. Xatirələrim məni üzməsin deyə, uzaqlaşmışdım. 2009-cu ildən 2016-cı ilədək getmirdim də. Düz 7 illik fasilədən sonra Sumqayıta getdim. Rəfiqəm məni H.Cavidin poeziya günü, yaradıcılıq tədbirinə çağırmışdı. Getdim, … Sumqayıt-Bakı, Bakı-Sumqayıt… oxumağa davam et

15349614_1691150001195254_8913920597049232616_n

Qeyri-rəsmi müsahibə-rəssam, mühəndis Pərviz Əsədov


Bu günkü müsahibim istedadlı, maraqlı gənc, həmsöhbət, rəssam, savadl ımühəndis Pərviz Əsədovdur. Onun mütaliəyə sevgisinin olduğunu bilirəm, çünki bütün istedadlı gənclərin tədbirlərində, kitab təqdimatlarında onu görürəm. Bacardığı qədər yaradıcı, istedadlı insanlara dəstək olur, maraqlı insandır, fərqli, kreativ, yeni düşüncə tərzinə … Qeyri-rəsmi müsahibə-rəssam, mühəndis Pərviz Əsədov oxumağa davam et

Səninlə dostluğum…


Foto: Nəriman İsmayılov Bir qonaqlıqda tanış olmuşduq. Yanımda oturmuşdu. Sonra qonaqlıq bitdi. Martdan bəri ünsiyyətimiz yox idi. Bir neçə dəfə cəhd edib yadına salmaq istədim özümü. Yadına düşmədim. Avqust ayında qonaqlıqdan şəkil göndərdikdən sonra düşdüm yadına… Sonra dostlaşdıq. Yazışdıq. Yadına düşdü ki, kiməm mən… Mən bir çox kişilərin arzusu, bir çox kişilərin ideal qadını, əlçatmaz istəyi, məqsədiyəm…  Onu çox adam ideal hesab edir, ilahiləşdirirdi. Ünsiyyətdə olduqca, dost kimi görüşdükcə, tanıyırdım əslində kimdir.  Görsəndiyi kimi deyildi. Sanki şəxsiyyətinin ikiləşməsi, üçləşməsi vardı… Tez-tez dəyişirdi. Çox fərqli idik. Mən səmimi, açıq, ünsiyyətcil, mehriban, o isə… Çox düşünürdüm onu hansı heyvana bənzədə bilərdim, boyuna … Səninlə dostluğum… oxumağa davam et

kdr_3854

Variantlar… 18+ (satirik, yumoristik, tənqidi yazı)


Söz var kəsdirər başı, söz var kəsər savaşı… Şah İsmayıl Xətai… Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı… (Atalar sözü) Niyə məhz bu iki misalı çəkdim?! Mövzuya nə dəxli var? Yazım, agah olun. İnsanların yalan və variantlarını biləsiniz deyə… Yalan danışmaq … Variantlar… 18+ (satirik, yumoristik, tənqidi yazı) oxumağa davam et

kdr_3923

Dəhşətizm-Absurdistanın dəhşətləri… (kiçik, satirik nağıl) 18+


Biri vardı, biri yoxdu: Bir gün bir filosof, alim, yazıçı, tənqidçi bütün məkan və məmləkətləri gəzməyi qərara alır. Onun çıxdığı məkanın şərqdə yerləşdiyini nəzərə alıb, ilk yolçuluğunu yaxın şərq ölkələrinə etməyi qərara alır. Yola çıxanda, bilmirdi ki, çıxartmaq istədiyi kitab … Dəhşətizm-Absurdistanın dəhşətləri… (kiçik, satirik nağıl) 18+ oxumağa davam et

Bütün civi və loxların şərəfinə…)))


Başqasına yazdın mail, Heç mənə lazım da deyil, Saldın tamah, fikir, meyil, Heç mənə lazım da deyil…   Şəklini çəkdin yarılüt, Beyninsə, deyərdim ki, küt, İnanırsan, baxıb silsin?! Heç mənə lazım da deyil…   Səhv tutacaq hər sözündə, Görüşəcək bir gün sənlə, İçirdəcək bir, beş badə, Sürüyəcək öz evinə… Gözüm aydın, sənki səndə… Heç mənə lazım da deyil)))) Bütün civi və loxların şərəfinə…))) oxumağa davam et

kdr_3852

Özümdən çox səni sevsəydim, əgər….


Qədrimi bilməzdin, sevməzdin məni. .. Dəyərdin bilərək həssas qəlbimə… İtərdim bir müddət incidiyimdən, Sonra da könüllü geri dönərdim… Özümü itirmiş olardım səndə. .. Ağlım da itərdi dəli sevgimdə. .. Hürkərək bezərdin o zaman məndən… Bir səbəb, bəhanə axtarırdım hey, Bunu … Özümdən çox səni sevsəydim, əgər…. oxumağa davam et

14720395_10208333266069621_6364237671744200815_n

İnsanların münasibətini bilirsiniz nələrə bənzədirəm?!


Nəqliyyat vasitəsinə bənzədirəm, dayanacağa gəlir, sərnişin yığır, sərnişini yük və insanlarla ünsiyyətidir, dəyişir tez-tez sərnişinləri, bəzən daimi sərnişinlər olur, bəzən ötəri… Bəzi insanların münasibətlərini mətbəx kombaynına bənzədirəm, münasibətlərinin nəticələrində nə istəsən var. Bəzi insanların xarakterləri blender kimi xırdalayan, mikser kimi qarışdıran … İnsanların münasibətini bilirsiniz nələrə bənzədirəm?! oxumağa davam et

Facebook reklamları və idarəetməniz üçün pulsuz vasitələr


Salamlar dostlar, İlk öncə yeni ilinizi təbrik edir, hər birinizə bol-bol uğurlar arzu edirəm. Xarici ödənişlərə 18%-lik ƏDV-dən sonra bir çox suallar gəldi mənə “bundan sonra necə edəcəyik” və s. Mənbə Facebook reklamları və idarəetməniz üçün pulsuz vasitələr Facebook reklamları və idarəetməniz üçün pulsuz vasitələr oxumağa davam et

Facebook’u işlәtmәyin qızıl qaydaları (Samir Mehdi)


Kişilәrә aid bölmә: 1) Әgәr bir qız profili tәzә açılıb vә tәxminәn 10-15 dәqiqә öncә şәkil qoyub, sizә dostluq atırsa, demәk saxtadır. Ya sizi yoxlayan biri var, ya da dostlarınızdan kimsә mәzәlәnmәk istәyir 2)Statuslarınıza like qoyan, ürәk qoyan qız varsa bu o demәk deyil ki, o sizә “patxod” edir. O sadәcә paylaşımı bәyәnir 3)Әgәr hәmişә bütün statuslarınızı bәyәnәn, rәy yazan bir xanım bir neçә müddәtdir bәyәnmirsә, gözә dәymirsә, demәk sizdәn nәsә incikliyi var, ola bilsin ona kimsә nәsә çatdırıb. 4) Qadınlara şeir yazmaqla nәsә әldә edәcәyinizi düşünmәyin, onlar maksimum şeiri sevә bilәrlәr, sizi sevmәlәri şәxsi kriteriyalara aiddir. Әdәbiyyatı istismar etmәyin. … Facebook’u işlәtmәyin qızıl qaydaları (Samir Mehdi) oxumağa davam et

Aztv


Azdır, sazdır bu tv… Azad söz varmı, deyə bilmərəm… Amma aparıcılarının yeri var… Ölkədən birdəfəlik getmək istəyənlər aeroportda gözləmə zalında bu kanala baxsalar, əminəm ki, biletlərini geri qaytarıb, vətənlərini tərk etməzlər. Vətəndaşlıqdan çıxmaq istəyənlərdən bu kanal müsahibə götürsün, bəs edər, həmin insan nəinki vətəndaşlıqdan çıxar, hətta internetdə oturub ölkəni təbliğ və reklam edər ki, hamı bu ölkənin vətəndaşı olsun… Konkret istirahətdir… Konkret yüksək motivasiyadır. Konkret rahatlıqdır, hipnozdur, fərdi inkişaf proqramı, həyat kouçudur. Aparıcıların və verilişlərdə seçilən mövzu və xarizmanı, informasiyanın təqdim edilməsini hələ heç demirəm. O başqa bir aləmdir. Deyərdim ki, bəlkə bir az yavaşlayaq, sonra düşünürəm ki, mənəvi və … Aztv oxumağa davam et

Nə dəyişəcək ki. .. 


Nə dəyişəcək yeni ildə?  Heç nə. ..  İl növbəti ildir, illər kimi sıravi…  Ötən illərdə olduğu kimi olacaq həyatım…  Azacıq kənarlaşma ola bilər itki və qazanclarımın siyahısında…  Arzularım,  planlarım,  məqsədlərim eynidir ötən ildəki kimi…  Bu ildə də ixtisara salacağam həyatımdakı insanları.. .  ​İnsanlara 50°-lik münasibət bəsləyəcəyəm, kiminsə önünə “-“, kimisinə “+” işarəsi qoymaqla… Ötən ildəki kimi tənhalığımın həm şərəfinə,  həm acığına, içəcəyəm,  içib yatacağam fil qulağında, içib rəqs edəcəyəm dəlilər kimi, içib ağlayacağam ötən illərimi yada salarkən, içib sevinəcəyəm,  ötən illərdəki kədər və itkilərimin acığına. .. Yola verəcəyəm insan və hadisələri həyat yolumda,  yola verəcəyəm zamanımı,  qoy hədər getsin ötən … Nə dəyişəcək ki. ..  oxumağa davam et

wp-1476713065289.jpeg

Cavab gözləyirəm,  Ata… 


1-ci ismarıc: -Salam, ata,  hardasan? Bayram yaxınlaşır,  hamı səni gözləyir. 2-ci ismarıc: Ata,  sənə zəng edirəm, ismarıc yazıram, niyə susursan? 3-cü ismarıc: Tvyə baxırıq,  anamla nənəm xəbərlərdə nə eşitdilərsə, nigarandırlar,  evdə var-gəl edirlər,  anam ağlayır,  nənəm onu sakitləşdirməyə çalışır. Ata, … Cavab gözləyirəm,  Ata…  oxumağa davam et

Qeyri-rəsmi müsahibə-Zemfira Kazımova


Bu günkü müsahibim sosial şəbəkədə tanış olduğum mehriban, xoşniyyətli, səmimi, saf bir insan, xanımdır. O, həm mənim oxucumdur, həm də mən onun sosial şəbəkədəki paylaşımlarının izləyicisiyəm, özü də ki, aktiv izləyicisi. Maraqlı, fərqli düşünmə tərzi vardır, dünyagörüşü, ağlı, savadı olan, işgüzar xanımdır. Sizin üçün Zemfira Kazımova kimdir? Sadəcə başqalarının dərdləri və problemləri üçün bu dünyaya gəlmiş biri. Zemfira adının mənası “göy yaqut” deməkdir, bu sözləri özünüzə aid edirsinizmi? Yox ” Goy yaqut” sözləri mənə aid deyil) Sizin üçün uğur düsturunun elementləri nədir? Ugur düsturunun bircə elementi var mənim üçün. Qələbə çalacağına bütün qəlbinlə inanmaq və sona qədər getmək. “Qızıl ortaqlıq, … Qeyri-rəsmi müsahibə-Zemfira Kazımova oxumağa davam et

Risklərin olduğu məkan-Absurdistan (tənqidi, satirik, yumoristik yazı)


Biri vardı, biri yoxdu… Var olanlar da vardı, var olmalı olanlar da yoxdu, yox olmalı olanlar da vardı, yox olanlar da yoxdu… Yazımdan inciməyin, risk meneceri kimi yazıram… Yazıçı kimi yox… Absurdistan adlı məkan var, bu məkanın o qədər absurd, gülməli riskləri, insan həyatları var ki, elə absurd hadisələr baş verir ki, gülməkdən başqa əlindən nəsə gəlmir, bir də başını götürüb qaçmaqdan savayı… Əlacsızsan… Bu məkanda bir neçə cəbhə var: Pofiqistlər, o qədər biganədirlər ki, nə yaxşı təsir edər onlara, nə də ki pis… Absurdistanın qurucusu, idarə edəni… Absurdistanın iki ayaqlı qurbanları… Qurban olmayıb mübarizə aparanları… Nə idarəedən, nə də … Risklərin olduğu məkan-Absurdistan (tənqidi, satirik, yumoristik yazı) oxumağa davam et

Atalar sözü poetik dildə…


İnsanlar inanıb daşlaşan zaman İnanmaz nəyəsə daşlaşmış insan… İnsanlar küsərlər nəsə umanda, Ummadan küsməyə bəhanə olmaz… İnsanlar səhrada gül, ağac əkir, Cahillər karvanın önündə gedir… “El içində öl içində” deyiblər, El içində ölmüş ata-babamız… Yazılan pozulmaz olsaydı əgər, Danmazdı sözünü yazan insanlar… Qız bəzək, oğul şərəf olarsa, Ailəni gəlin bəzər, ərsə şərəf qoruyar… Oğlanın oyunu oğlan oyunu, Qızın oyununu fələk oynamaz…         Atalar sözü poetik dildə… oxumağa davam et

Rəngimiz “Qara”dır, dır, dır…


Bir cəmiyyətin ki, sevdiyi rəng qaradır, gəlirləri qara rəngli təbii ehtiyatdan gəlir, qara düşüncələr var, insanları qaralamaq əsas məşğuliyyətlərdəndir, qara pərdə arxasında gizlənmək adəti vardır, insanların günü qaradır, qaranlığa öyrəşiblər, qan belə asan şəkildə qaralır, insanlara qaramat deyilir, qara bazarın olmasına niyə təəccüb edirik ki?! Çox adam qara rəngi seçir, geyimi, əmlakındakı mebeli, saçı, avtomobili… Gəlirlər qara rəngli neftdən gəlir, qara rəngli neftin benzini, dizeli, yanacağı olur bizim hərəkət üçün seçimimiz… Qadınları, kişiləri, uşaqları da narazıdır, qara-qara düşünürlər, etiraz edirlər, narazıdırlar… Kimsə xoşa gəlməyəndə qaralayırıq, ya da xoşumuza gələndə, göz götürməyəndə, paxıllayırıq, paxıllıqdan qaralayırıq, kimisə həyatımızdan silirik, yenə üstündən xətt … Rəngimiz “Qara”dır, dır, dır… oxumağa davam et

Allah bilsəydi ki…


Allah bilsəydi ki, onun böyüklüyündən müsəlmanlar necə istifadə edir, edəcək, “Allah böyükdür” deməzdi… Allah bilsəydi ki, müsəlmanlar İslam dinini bu günə qoyacaq, bu dini gətirməzdi yer üzünə. Allah bilsəydi ki, müsəlmanlar “Qurani Kərimi” oxumadığı halda, oxumuş kimi göstərib, dini kitabın buyurduqlarına zidd yaşayaraq, özünü müsəlman sayacaq, bu kitabı müsəlmanlara nazil etməzdi. Allah bilsəydi ki, İslam adı altında müsəlmanlar məzhəb, cərəyan və təriqətlərə parçalanaraq, bir-birinə düşmən olacaq, bir-birini qıracaq, öz müsəlmanlarına qarşı cihad elan edəcək, dini gətirməzdən öncə, min dəfə düşünərdi. Allah bilsəydi ki, namaz qılan zaman, ehsan verən zaman bunun şəkli çəkilərək, paylaşılacaq, müsəlmana bu şərtlərin vacib olmasının yanında şəkil … Allah bilsəydi ki… oxumağa davam et

Uşaqlardan öyrənməliyik…


Foto: Nurlan GM Bir çox şeyləri uşaqlara öyrətməyə bilərik, öyrətməsək də, uşaqlar görürlər, eşidirlər, müşahidə edib öyrənirlər. Uşaqdan uşağa və gendən genə də fərq vardır. Qızımdan çox şeyi öyrənmişəm, öyrətmədiyim halda: – Bir gün qızımla oturmuşdum evin yanındakı parkda skamyada. Qızımla danışırdım, rus dilində sual verirdim, azərbaycan dilində cavab verirdi, farsca deyirdim, rusca cavab verirdi, qızımın xarici dildəki düşüncə, təfəkkürünü yoxlayırdım, mexaniki, ya düşünərək danışdığını bilmək üçün. O zaman qızım uşaq bağçasına gedirdi, məndən də çox danışırdı… Yoxlamamın kuliminasiya nöqtəsində qızım mənə rus, fars və azərbaycanca eyni cümləni dedi: Mən səni sevirəm, ana. Yanımızda əyləşmək üçün orta yaşlı kişi gəldi, … Uşaqlardan öyrənməliyik… oxumağa davam et

İndiki zamanda


Evi sevgi və insan nəfəsi deyil, kombi və ceyran peçi, elektrik soba qızdırır… Sən pulu axtarıb tapan kimi pul səndən qaçır… Işəgötürən və iş səni deyil, sən onları aylar, illər boyu axtarırsan… Əmək müqaviləsi, müqavilə olmadan işləmək 15 yaşında kəbinlə ərə gedib qanunsuz uşaq doğmağa bənzəyir. İnsanlar mebel kimidir, ən yaxşısını istəyərsən, qiymətini biləndə isə vaz keçərsən… Ucuz olanda keyfiyyətinə görə, baha olanda isə şübhələrinə görə. Kişinin ki, ağıl, savad, əxlaq, işgüzarlıq, yumor hissi, emosional cəzbetməsi, istedadı, yaradıcı ruhu yoxdu, sıradan biridir. İndiki zamanda oxumağa davam et

Ədəbi-təhlil


“Ədəbi təhlil” layihəsi- Ramil Mərzili: Kimsə bilməsin…               Bu günkü müzakirə obyektim və mövzum Ramil Mərzili, onun kimliyi, yaradıcılığı və “Kimsə bilməsin” kitabı olacaqdır… İlk növbədə, təbrik edirəm Ramil qardaşımı… Dünən AYB-də imza günündə iştirak etdim… Çıxış üçün söz verilməliydi, imtina etdim, çünki sözüm çox idi, yazmağı üstün bildim… Mənim üçün yaradıcı insanın uğuru yaradıcılıq məhsulunu insanlara düzgün çatdıra bilməsi, təqdim etməsi, yaşadıqlarını və nə demək istədiyini ifadə edə bilməsidir. Ramil yaradıcılığında bunu bacarır. Kədəri də, vətən sevgisini də, ailəyə bağlılığı, qadına sevgisi, həsrətini, sevincini də şeirləri vasitəsilə ötürə və yaşatdıra bilmişdir oxucularına… Kitabını … Ədəbi-təhlil oxumağa davam et

Tövsiyə etdiyim kitablar


Həyat mozaikasının 5 əsas fraqmenti (Jim Rohn)             Yəqin ki, bir çoxunuz bilirsiniz ki, insanın müxtəlif növ qidası var: 1. Mənəvi və ya ruh, psixoloji (mədəniyyət, incəsənət məhsulları ilə qidalanma, musiqi dinləməklə, rəsmə baxmaqla, tamaşa və ya film izləməklə və s.); Fiziki (ərzaq məhsulları və içki); İntim və ya fiziki təmas. Yaradıcı beyin (mütaliə, müşahidə, fəlsəfə) Orqanizmin sağlam qidasının son elementi – idman və gəzinti, istirahət. Bu qidaların hamısını almayan və ya ala bilməyən şəxs özünü hər mənada tam, mükəmməl və sağlam saya bilməz. Bu qidaların hamısı insan üçün eyni zamanda və paralel olaraq lazımdır. Belə … Tövsiyə etdiyim kitablar oxumağa davam et

Qeyri-rəsmi müsahibə


Qeyri-rəsmi müsahibə-rəssam, mühəndis Pərviz Əsədov Bu günkü müsahibim istedadlı, maraqlı gənc, həmsöhbət, rəssam, savadl ımühəndis Pərviz Əsədovdur. Onun mütaliəyə sevgisinin olduğunu bilirəm, çünki bütün istedadlı gənclərin tədbirlərində, kitab təqdimatlarında onu görürəm. Bacardığı qədər yaradıcı, istedadlı insanlara dəstək olur, maraqlı insandır, fərqli, kreativ, yeni düşüncə tərzinə malikdir. Sizin üçün Pərviz Əsədov kimdir? Xəyalındakıları rənglərlə cəmiyyətə göstərmək istəyən biri. Pərviz adının mənası “Qalib gələn, cəsur, qorxmaz, qəşəng, gözəl” deməkdir, bu sözləri özünüzə aid edirsinizmi? Bu sözlər tam məni anlatır Sizin üçün uğur düsturunun elementləri nədir? Özünə inam, “Nə deyərlər?” ideologiyasından uzaq, riski sevmək. “Qızıl ortaqlıq, hər şey və ya heç nə” prinsiplərindən … Qeyri-rəsmi müsahibə oxumağa davam et

Kiçik möcüzə böyüyəndə…


Foto: Nofəl Ümid “Böyüyəndə”… Hər uşağın arzusudur böyümək, böyüklərin arzusudur, böyüyərkən uşaq olmaq… Bu kiçik hekayəmi cinsindən, yaşından, milli mənsubiyyətindən, irqindən asılı olamayraq bütün uşaqlara həsr edirəm. Həyat möcüzədir. Ələxsus da, yeni həyat. Kiçik və yeni həyat… Anama məktub- I hissə: “Ana, bilmirəm indi hardayam… Mələklər dedilər ki, qorxmayım… Onlar məni qoruyacaqlar. Onu da dedilər ki, sən göndərmisən onları mənim yanıma… Bilmirəm, hardayam… Soyuqdur bura, qaranlıqdır, sıxılıram. Bir də üfunət qoxular var… Acmışam həm də… Neyləyim?! Ağlayım ki, gələsən?! Yeni məkandır. Qorxuram. Üşüyürəm. Yemək istəyirəm. Altımı da batırmışam. Bir az da gözləyəcəyəm, gəlməsən, başlayacağam ağlamağa… Ana, yadımdadır, əvvəl başqa məkanda idim, … Kiçik möcüzə böyüyəndə… oxumağa davam et

İnsan olun, heyvan yox… (satirik, tənqidi yazı)


Rəsm: Pərviz Əsədov Foto: Nəriman İsmayılov Mənə çox maraqlıdır, dost və sevgilisinə heyvan adlarını demək və heyvana bənzətməklə, nə demək istəyirlər, qarşı tərəf bu ad və müraciətə niyə belə sevinirlər? Əslində, insan da vəhşi təbiətdən çıxıb və ən ali heyvandır. Sadəcə təkamül prosesi nəticəsində indiki səviyyəyə çatmışdır. Yazı tənqidi, yumoristik yazıdır. Kimsə inciməsin, sadəcə düşünsün. Çünki düşünməyə dəyər. Dost və ya sevgilisinin “Quzum” sözünə sevinən qızlar, böyüyüb qoyun olmaq, qurban bayramında kəsilmək arzusundasınız?! “Dovşanım” sözünə sevinən insanlar, kişilər, yəni belə cəldsiniz, hər yerdə, yataqda belə işinizi 7 saniyəyə görürsünüz? Kişi üçün bundan ağır təhqir ola bilərmi?! “Şirim” sözünə sevinməyinizə səbəb … İnsan olun, heyvan yox… (satirik, tənqidi yazı) oxumağa davam et

Mən uşağam…


Mən uşağam, Balacayam… Döymə məni,  əziz anam Söymə məni, canım atam… Mən uşağam, Böyüməkdir mənim arzum… Böyüyəndə, işləyərək Pul qazanıb, sizə baxım… Mən uşağam, Arzum hələ balacadır, Ağrılarım isə böyük, Yüküm artıq ağırlaşıb… Məni sevmək əvəzinə, Ya atırsan, ya satırsan, Bir mal kimi, zibil kimi Küçələrə, insanlara… Necə qıydın bunu sən Mənim kimi övladına?!   Mən uşağam, Dilənirəm küçələrdə, Havanın da fərqi yoxdur, Qazansam da, qəpik -quruş, Dözməliyəm soyuğa da, İstiyə də, nə edim mən?!   Mən uşağam, küçələrin ortasında, Dilənməyi istəmirəm, Təhsil almaq əvəzinə, İşləməli oluram mən… Yeridilmiş bir seçimdir Uşaq üçün…   Mən uşağam, Yoxsulluğu, Bataqlığı, Çətinliyi görən uşaq, … Mən uşağam… oxumağa davam et

Orada, burada… (satirik, tənqidi yazı)


Foto: Nofəl Ümid Orada, burada odur ki: Burada bir adama bircə dəfə kömək əlini uzadasan, orada o sənə dua etsin, hər yerdə desin ki, “yaxşı adamdır, əltutandır”, səni reklam etsin. Burada mırtlaşmağa, vaxt keçirməyə bir “insan” tutasan, yatağa salasan, dil töküb yalvarasan, orada öz dairəndə isə ağız dolusu danışıb, özünü öyəsən, dost və tanışların desin, “bomba, cool insandır”, avtoritet etsinlər səni, fəxr etsinlər fərasətinə. Burada kimisə atasan pulda, borc alıb, qaytarmayasan, orada desinlər “bacarana can qurban”, əfəli atarlar axı, insanlara güvənmək olmur, nümunə olasan digər fırıldaqçılara… Burada bir kitab oxuyasan, orada müzakirə edib, özünü gözə soxmağa bir mövzu olsun, ağıllı … Orada, burada… (satirik, tənqidi yazı) oxumağa davam et

Qeyri-rəsmi müsahibə – hüquqşünas, filosof Ellada Bayramova


Layihəmin bu günkü qonağı ilə Fərdi İnkişaf təliminin təqdimatı zamanı tanış olsaq da, qısa zamanda yaxın və xoş ünsiyyət yaranmışdır. Bəlkə də oxşarlığımız və ortaq cəhət, fikirlərimiz çoxdur deyə. Bəlkə də, maraqlarımız və ortaq və dəyərli dostlarımız var deyə. Çünki bu cür tədbirlərə yoldankeçmə hər kəs gəlmir, fərd olaraq inkişaf etmək istəyən insanlar gəlir. Layihəmə qonaq edəcək şəxs mənim üçün maraqlı olmalıdır. Verəcəyim suallara cavab vermə iqtidarında olmalıdır. Buna görə də hər kəsi bu layihəmə sala bilmirəm. Ellada xanım, fərqli düşüncə tərzinə görə də maraqlı insandır. İxtisasca hüquqşünasdır və öz biznesi vardır. Sizin üçün Ellada Bayramova kimdir? Tarixə iz sala … Qeyri-rəsmi müsahibə – hüquqşünas, filosof Ellada Bayramova oxumağa davam et

Multimədəniyyət o deyil ki…


Foto: Nurlan GM Hamını müsəlman edəsən, müsəlman olmayanları isə kafir elan edəsən… Hamını özündən aşağı, özünü hamıdan ali hesab edəsən… Sənin sözünün önünə öz sözünü qoyanda, öz fikrini bildirib, səninlə razılaşmayanda, onu təhqir edəsən və özünə düşmən biləsən… Fobiyalarını başqalarına sırıyıb, onu özün kimi edəsən… Pulu sayasan, gəlirlərinə göz dikəsən, borc alıb, mədəni olduğunu nəzərə alıb, atasan ona… Səni tənqid edənin, düz sözü deyənin üzünü göy rəngə boyayasan… Kütləvi dindarlaşma və ya dinsizləşmə prosesini yayasan, fikirlərini deyəsən, beyinləri yumağa çalışasan… 5 manatlıq mal və xidməti özününkünə 15 manata, əcnəbiyə 30 manata sırıyasan, adını da qoyasan “turizmin inkişafı”… Pul qazanıb büdcəyə … Multimədəniyyət o deyil ki… oxumağa davam et

Qar yağanda…


Qar yağanda Qar yağanda sevinmək istəyirəm… Çünki sən doğulanda da qar yağırdı… Doğum evindən çıxanda da… Qar yağanda, sevinmək istəyirəm… Çünki sənin doğulmağın ailə həyatımda olan ən sevincli an idi… Qar yağanda sevinmək istəyirəm… Çünki sənin doğuluşun bizi az müddətə olsa da, birləşdirdi, bir neçə gün dava və mübahisəsiz yaşaya bildik deyə… Qar yağanda sevinmək istəyirəm… Çünki sənin atan da qar yağan gün gəlmişdi Bakıya… Ananla qar yağan gün real olaraq tanış olmuşdur… Qar yağanda sevinmək istəyirəm… Çünki atan da yanvar ayında doğulmuşdur, birlikdə qeyd etdiyimiz ilk bayram onun doğum günü idi… Qar yağanda sevinmək istəyirəm… Amma yadıma əşyalarımı yığıb … Qar yağanda… oxumağa davam et

Pərviz Əsədovun “Experimentum evolutio” adlı fərdi yaradıcılıq sərgisi


Foto: Nəriman İsmayılov azpress.az saytı Rəssam Pərviz Əsədov 1984-cü ildə Neftçala rayonunda doğulmuşdur. Azərbaycan Texniki Universitetini bitirib və ixtisasca mühəndisdir. Həvəskar rəssam Pərviz Əsədov uşaqlıqdan rəsmə olan marağı və həvəsi hesabına bu günümüzdə yeni bir texnikada rəsmlər çəkməkdədir. Rəsm əsərlərini yaradarkən kağız və kətan üzərində rəsm əsərləri ilə kifayətlənməyən rəssam əsərlərini aşılanmış dəri üzərində çəkməyə başlamışdır. Dünya təcrübəsində dəri üzərində rəsm əsərlərinin çəkilməsi var. Rəssamı fərqləndirən əsərlərini dərinin tükləri üzərində çəkməsidir. Özünün dediyinə görə bu incəsənətdə bir tərəqqidir və bu səbəbdən çəkdiyi əsərləri rəsm əsərlərini ictimaiyyətə təqdim etmək üçün keçiriləcək fərdi sərgisini də latıncadan tərcüməsi tərəqqi olan “Experimentum revolutio” adlandırmağı qərara almışdır. Sərgidə rəssamın dəri … Pərviz Əsədovun “Experimentum evolutio” adlı fərdi yaradıcılıq sərgisi oxumağa davam et

Həyat mozaikasının 5 əsas fraqmenti (Jim Rohn)


Yəqin ki, bir çoxunuz bilirsiniz ki, insanın müxtəlif növ qidası var: 1. Mənəvi və ya ruh, psixoloji (mədəniyyət, incəsənət məhsulları ilə qidalanma, musiqi dinləməklə, rəsmə baxmaqla, tamaşa və ya film izləməklə və s.); 2. Fiziki (ərzaq məhsulları və içki); 3. İntim və ya fiziki təmas. 4. Yaradıcı beyin (mütaliə, müşahidə, fəlsəfə) 5. Orqanizmin sağlam qidasının son elementi – idman və gəzinti, istirahət. Bu qidaların hamısını almayan və ya ala bilməyən şəxs özünü hər mənada tam, mükəmməl və sağlam saya bilməz. Bu qidaların hamısı insan üçün eyni zamanda və paralel olaraq lazımdır. Belə ki, yarımçıq insan da, tam insan da dərhal digərinsanlardan … Həyat mozaikasının 5 əsas fraqmenti (Jim Rohn) oxumağa davam et

Neft və neftçilər…


Manat öyrənmədi üzməyi hələ, Neftimiz üzəcək onun yerinə, Əsdikcə bir külək, qalxdıqca tufan, Düşəcək dənizə bizim neftçilər…   Udacaq neftçini dəlisov dəniz Üzməyi bacarmır ümid yerimiz, Bəladır xalqına doğma neftimiz, Bilmirik ağlayaq, ya dua edək…   Əsəcək yenə də güclü küləklər, Aparıb özüylə insan ömrünü, Biz elə millətik, elə insanıq, Sabaha bu olay ötüb keçəcək… Neft və neftçilər… oxumağa davam et

2017-ci il üçün gözlənilən Facebook trendləri


Salam dostlar, Bugün ölkəmizdə ən çox istifadə olunan sosial şəbəkə olan Facebookun 2017-ci il trendləri haqda danışacam. Bildiyiniz kimi 2016-cı il yeni trendlər, gözlənilməz yeniliklərlə dolu bir il oldu. Facebook Mənbə 2017-ci il üçün gözlənilən Facebook trendləri 2017-ci il üçün gözlənilən Facebook trendləri oxumağa davam et

Bir…


Bir baxışla bax mənə, istər düz olsun, istərsə tərs… Baxışlarından qəlbinə gedən yol işıqlı olsun, bir də maneəsiz… Bir öpüşlə öp məni, istər yüngül olsun, əlinlə havadan göndər öpüşü, istər öp əlimdən, yanağımdan, alnımdan, istər saçlarımdan… Öpüşün olsun könüllü, səmimi, doğma… Bir qəlbinlə, ağlın ilə sev məni… Fəth et, zəbt et, sevdir özünü… Ruhun yaşasın, var olsun orda. Ruhunu hiss edim sevgində… Bir söz demə… Deməmişdən öncə, anlayım deyəcəyini, bağrıma basım səni sevindiyimdən… Bacarsan bunu, sevirsən məni… Bacarmasan, unut məni, sənlik deyiləm… Bir… oxumağa davam et

Soxhasoxdur… 18+


  Foto:Nurlan GM Soxhasoxdur ha… Öz aramızdı. Biri mal soxur… Baha qiymətə özününkülərə… Başqası da malı atır xariciyə, babat soxur… Biri bıçaq soxur, biri balta alır əlinə…Sox ki soxasan, qoy axsın adamın qanı, çıxsın canı… Biri özünü soxur… Hara baxırsan, ordadır, elə bil ya klonu var, ya da dublikatı. Təlxəkdir sanki, fərqi yoxdu, hamı gülür ona, o, isə ağlayır öz gününə… Soxmasaydı özünü hər yerə, bezməzdi camaat ondan… Biri burnunu soxur… Burnu girməyən yerə hey soxar, burnunu bəlkə böyüyər yeri, girər boş başı… Boş başı guya dolacaq bununla… Ümidi var, soxduqca burnunu bir yerə, dolsun yekə boş başı… Başı girmir axı … Soxhasoxdur… 18+ oxumağa davam et

İmarət tayfa və ya “arxanda yox, yanındayıq” prinsipini yaşadan azarkeş ordusu…


10 Dekabr 2016-cı il tarixində Qafqaz Baku siti mehmanxasında İmarət tayfa azarkeş qrupunun “Avropa fatehi” adlı illik yekun hesabat tədbiri keçirildi. Mediadakı fəaliyyətimə və azarkeş kimi fəal olmağıma görə bu tədbirə dəvət edildim. Təşəkkür edirəm. Tədbirdə həm azarkeşlər, həm Qarabağ futbol klubunun rəhbərliyi və futbolçuları, həm də xanım azarkeşlər, media nümayəndələri iştirak edirdi. Bir azarkeş olaraq bu tədbirdə olmaqdan fəxr hissi duydum. Tədbiri giriş sözü ilə aparıcı Vasif Qurbanzadə açdı. İlk növbədə, işğal altında olan torpaqlardan çəkilmiş son fotoların əks olunduğu videoçarx təqdim oldundu. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Azarkeşlərin fəaliyyətindən ibarət fotoşəkillər olan videotəqdimat tədbir iştirakçılarına təqdim … İmarət tayfa və ya “arxanda yox, yanındayıq” prinsipini yaşadan azarkeş ordusu… oxumağa davam et

Uzun yollar…


Dekabrın 9 2016-cı il tarixində  Bakı şəhərində yerləşən Alov qülləsindəki Park Cinemada Humanitar Tədqiqatlar İctimai Birliyinin hazırladığı məcburi köçkünlər haqqında “Uzun yollar” sənədli filminin təqdimatı keçirildi. Bu təqdimata məni Eldəniz müəllim dəvət etdi. Saat 17-00-da başlayan tədbirdə media nümayəndələri, QHT təşkilatlarının rəhbərləri iştirak etdi. Film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır. Filmdə əsasən Şuşa, Kəlbəcər, Laçın və Ağdam rayonlarından olan məcburi köçkün düşmüş insanların həyat yolundan, şahidlərin təqdimatlarında həmin rayonların işğalı ilə bağlı tarixi faktlardan danışılır. 40 dəqiqəlik sənədli film işğal olunmuş rayonların şahidlərin xatirələrində əks olunmasından, münaqişənin onların həyatına vurduğu zərərlərdən bəhs edir. … Uzun yollar… oxumağa davam et

Qarabağnamə-uşaqlıq xatirələrim…


Foto: Çinarə Ömray Qarabağıma məktub yazıram. Utanaraq, ağlayaraq… Üzüm gəlmir yazmağa, amma yazmalıyam… Öz adımdan, bir vətəndaş olaraq, bir Qarabağlı olaraq: “Qarabağım, bilirsən, uşaq vaxtından ailəmizdə tərbiyəni anam verirdi, atam işləyirdi, onu gec-gec görürdük, dövlət qulluğunda idi… Həmişə səni düşünürdüm, hələ uşaq yaşlarımdan… Bilmirdim o zamanlar, ana nənəmin Şuşadan olduğunu, bilmirdim ki, Qarabağ xanı İbrahimxəlil xanın nəslindənəm. Qan çəkirdi məni Qarabağa… Uşaq yaşlarımdan anam bizi mühafizəkar, ailə və milli dəyərlərə uyğun, vətənə sevgi və insanlara hörmət hissi ilə böyüdür, tərbiyə edirdi. Qarabağ münaqişəsi başlayanda 5 yaşım vardı. Qarabağımda olmamışdım. Çox balaca idim. İlin ən azı 4 ayını nənəmgildə rayonda keçirərdik. … Qarabağnamə-uşaqlıq xatirələrim… oxumağa davam et

Zibildən də betər insan…


Foto: Nəriman İsmayılov Səndən mənə qalanları Atdım zibil qutusuna… Atdığım o zibillərin İçində var sənin siman… O zibilin içində sən, Axtarırsan öz ruhunu… Axtardıqca zibildə sən, Unutdun kim olduğunu… Yüküm yaman yüngülləşmiş Ağrımaz daha heç yerim, Ağrıların səbəbiysə, Səndən qalan zibil imiş… Zibildən də betər insan, Betər varlıq var dünyada… Səndən betər zibil yoxdur, Deyir səni tanıyanlar… Zibildən də betər insan… oxumağa davam et

Sosial Mediada aktivliyi artırmaq üçün nə etməliyik ?


Salam dostlar, Sosial Media idarəçilərinin ən çox çətinlik çətdiyi problemlərdən biri də səhifədə aktivliyi artırmaqdır. Əlbəttə platformaya pul ödəyərək (ödənişli reklam) bunu əldə etmək mümkündür. Ancaq bu həm məsrəfli həm Mənbə Sosial Mediada aktivliyi artırmaq üçün nə etməliyik ? Sosial Mediada aktivliyi artırmaq üçün nə etməliyik ? oxumağa davam et

Cəmiyyətimizin problemləri


Foto: Nurlan GM Bizim cəmiyyətin ən öndə gedən problemi bilirsiniz nədir? Fərd olaraq ailədə (ailə də kiçik bir cəmiyyətdir və böyük cəmiyyətin üzvüdür) konkret öz və övladı üçün strateji hədəflər seçir, qərarlar verir, uzunmüddətli planlar və strategiyalar hazırlayır, amma anlamır ki, zaman bir yerdə dayanmır, inkişaf etmək və addımlamaq lazımdır, zamana uyğunlaşmaq lazımdır. Bir çox ailədə bu cür düşüncə və strategiya mövcuddur. Bu isə bir -biri ilə əlaqəli kiçik və cəmiyyətlərin birləşərək bir böyük cəmiyyət yaratması deməkdir. Çoxluq yanılarsa, çoxluq düzgün qərar verməzsə, toplumun sonu məhz yaxşı olmayacaq. Əslində, sonluq qorxuducu söz deyil, sonluq nəticə deməkdir. Nəyinsə nəticəsi. Fərd olaraq … Cəmiyyətimizin problemləri oxumağa davam et

21-ci əsrdə artan Populizm yalanı (müəllif: Fərhad Mehdiyev)


Populizm bir məfhum olaraq, siyasət elmində nisbətən yeni bir anlayışdır. Hətta ona hələ də elmi bir izahat verilməmişdir. Jan-Werner Müller adında bir siyasət elmləri üzrə professor bunun haqqında ilk dəfə əsər yazmış insandır. Populist siyasətçilər, demokratiyanın zəif nöqtələrinə vurğu edərək, müxtəlif ideologiyaların (sosial-demokratiya, liberalizm, majoritarizm) yaxşı cəhətlərini şüar edərək, onlardan bir “kokteyl” düzəldərək mövcüd rejimə, ideologiyaya, ya da hökümətə qarşı çıxma, onu tənqid etmədir. Populistlər sağcı və solcu ola bilər. Dindar və ateist. Hər halda, populistlər müxtəlifliyi inkar edir. Populistlər hər fürsətdə müxalifləri “vətənə xainliklə” ittiham etməyi sevir. Çünkü vətənə xəyanət ittihamı olduqça geniş, əhatəedici bir hücum növüdür, digər tərəfdən … 21-ci əsrdə artan Populizm yalanı (müəllif: Fərhad Mehdiyev) oxumağa davam et

Mən ölmək istədikcə…


Mən ölmək istədikcə… Qoymadılar ölməyə… Mən ölmək istədikcə… Yaşatdılar məni… Mən ölmək istədikcə… Yaşamağa tapdın min bir səbəb… Mən ölmək istədikcə… Yadıma düşdü məni sevməyənlər… Mən ölmək istədikcə… Xatırladım ailəmi, dostlarımı… Mən ölmək istədikcə… Arzularım qoymadı ölməyə… Mən ölmək istədikcə… Dəstək oldular yaxınlarım, dinlədikcə məni, ölümdən uzaqlaşdım… Mən ölmək istədikcə… Ölüm məndən uzaqlaşdı… Mən ölmək istədikcə… Allah qoymadı ki, ölüm, xilas etdi hər dəfə… Mən ölmək istədikcə… Anladım ki, ölüm xilas yolu deyil, öləndən sonra düzəlməyəcək nəsə… Mən bu dünyada ölmək istədikcə… O biri iki dünyanın sakinləri dua etdi, qurban kəsdi, əhd edərək nəzir verdi, yalvardı ki, mən ölməyim… Onlar çoxdurlar, mənsə … Mən ölmək istədikcə… oxumağa davam et

Nə oldu bəs?!


Foto: Nəriman İsmayılov Ruhumu ruhuna hopduracaqdın?Nə oldu bəs?Ruhsuzammı?Tapmadınmı ruhumu?Ruhum var, sən axtarmamısan tapmaq üçün… O ruh sənin kimiləri üçün qapalıdır. Mənə uyğunlaşacaqdın sən?Nə oldu bəs?Ayda biri üçün uyğunlaşırsan?Özündən nəsə qalıbmı görəsən? Dinlədiyin musiqidə məni axtarırdın?Nə oldu bəs?Sözlərində məni tapmadın deyəsən?Hələ çox axtaracaqsan… Dinlədiyin o qədər musiqi var ki, hamısının sözünü əzbərləmək, anlamaq vaxtını alacaq əlindən… Ağlıma, savadıma, əxlaqıma, insanlığıma vurulmuşdun, valeh idin? Nə oldu bəs? Söz kimi atırdın sözlərini havaya, inanmırdın dediklərinə… Gözləmirdin ki, bir gün sənin əleyhinə istfadə edilən silaha çevrilər onlar… Birlikdə plan, ideyalarımız vardı, guya əməkdaşlıq edəcəkdik?! Nə oldu bəs? Nə olacaq?! Gördün ki, mənə maraqlı deyilsən, maraqlı … Nə oldu bəs?! oxumağa davam et

Qadınlarla rəftar qaydaları (kişilərin oxuması tövsiyə edilir)


Bu yazını qadınları tanıya bilməyən və daim mübahisə obyekti, subyekti olan kişilər üçün yazmışam. Qadının tiplərini bilməklə, onlarla rəftar qaydalarını müəyyən etmək olar. Kişilər üçün bu yazı bir növ Davranış Məcəlləsi olmalıdır.Çünki yazı apardığım sorğunun və müşahidəmin, araşdırmanın nəticəsidir. Ağıllı, savadlı, müasir və işgüzar qadın: Salamlaşın, salamlaşmadan və özünü təqdim etmədən, ünsiyyətə başlamayın. Aşağı səs tonunda danışın. Gopa basmayın və özünüzü öyməyin. Realist və konkret olun və vaxtınıza qənaət edin. Davranışınızda etika qaydalarına əməl edin. Girişməyin. Ərk edib şit zarafat etməyin. Özünüzü rol oynayan aktyorlar kimi uğursuz və süni aparmayın. Bir sözü deməmişdən öncə yüz dəfə düşünün. Dediyiniz hər sözünüzün təhlil … Qadınlarla rəftar qaydaları (kişilərin oxuması tövsiyə edilir) oxumağa davam et

Sosial şəbəkələrdə yazılmamış qanunlar… (Satirik, yumoristik, tənqidi yazı)


Foto: Çinarə Ömray Mən bu yazımı şəxsi müşahidələrimə və təcrübəmə əsasən yazmışam. Kimsə inciməsin. Profillə bağlı: Kiməsə dostluq yollamamışdan öncə, onun səhifəsinə girsək də, informasiya bölməsinə, xronikasına baxmaq lazım deyil, birdən çaşıb baxarsınız ha, baxsanız, bu bölmələrdə açıq aydın olan məlumatları profil sahibindən soruşmağa, onun və özünün vaxtını almağa, inboksuna dəxlisiz ismarıclar yazmağa hüquqi və faktiki əsasınız olmaz axı… Profil şəklini görən kimi, bəyəndiyin halda kompüterinə, noutbukuna, obil telefonuna yükləyib, dost-tanışına göstərmədinsə, profil sahibinə “Profil şəklindəki insan sizsiniz?” kimi mənasız suallar vermədinizsə, hesab etməliyik ki, digər yaşıd və həmcinslərinizdən inkişaf baxımından geridə qalmısınız. Elə bil ki, profilimə Adriana Lima, Jeniffer … Sosial şəbəkələrdə yazılmamış qanunlar… (Satirik, yumoristik, tənqidi yazı) oxumağa davam et

Nə deyim mən?


Məndən səni soruşsalar, nə deyim mən?! Bilmirəm ki, deyim ki, mənim həyatımdan da ötüb keçmisən… Axtarışdasan, bəlkə də tapmısan yenisini… Məndən soruşsalar, kim idin mənə? Bilmirəm ki, deyim ki, bir tanış idin, sonra dost oldun, sonra alınmadı bu dostluğumuz, mən çıxıb getdim, qayıtmadım, bitirdim… Aldatmadım özümü… Anladım ki, dostluğumuz alınmayacaq… Məndən soruşsalar, hardasan indi? Bilmirəm ki, deyim ki, bir ayağın gordadır, o biri ayağın bataqlıqda… Batmısan çirkaba, çıxa bilmirsən, dartır səni lap dibinə… Gora gedirsən, gora… Məndən soruşsalar, yazmıram səndən, axı niyə? Bilmirəm ki, deyim ki, kim olmusan axı, səndən yazım?! Boş bir yer, heç kim… Vaxtımı sərf etməyə heyfim … Nə deyim mən? oxumağa davam et

Eh…


Elə istəyirəm soyuq havada, Gəzinim, dolaşım boz küçələrdə… Elə istəyirəm, gəzinən zaman, Qarşıma çıxanlar heç üşüməsin…   Elə istəyirəm, qışqırım bərkdən, Dayansın ürəyim qışqıran zaman… Elə istəyirəm ölüm gülməkdən, Kənardan baxanlar “bəxtəvər” desin…   Elə istəyirəm, qaçım, dayanım, Zaman da dayansın, baxım ətrafa… Elə istəyirəm, gülüm bir azca, Gülərkən, göz yaşım gizlin axmasın…   Elə istəyirəm, bir az üşümək, Donmadan qızınsın boşalmış ürək, Elə istəyirəm, ürəyim üçün… Nəhayət layiqli sakin tapılsın… Eh… oxumağa davam et

İnsan istəyəndə… Darıxsam əgər…


İnsan istəyəndə darıxar ancaq, Yadına salanda keçmiş anları… İnsan istəyəndə unudar ancaq, Arzunu gözündə qoyan insanı… İnsan istəyəndə susacaq ancaq, Deyəcək, yazacaq, sonra pozacaq… İnsan istəyəndə davam edəcək, Həyatı yaşamaq eşqiylə birgə… İnsan istəyəndə, xoşbəxt olacaq, Neqativ, pisliyi siləndən sonra… İnsan istəyəndə sağlam olacaq, Özünü sevərək qoruya bilsə… Əgər darıxsam… Əgər darıxsam, pislə onu… Yadıma düşsün, biganə qala bilsəm, darıxmaram… Nifrət edəndə də, sevəndə də, insan darıxar… Əgər darıxsam, çimdiklə məni… Ayılım, gəlim özümə, anlayım ki, gerçəklik, həyatda hər şey başqadır… Əgər darıxsam, qoyma darıxım… Elə et, darıxma səbəbim bir anlıq ərşə çəkilsin, yuxusuz gecəmdə yatmaq istərkən, yuxumu çəkmişdi neçə … İnsan istəyəndə… Darıxsam əgər… oxumağa davam et

Qadınların təsnifatı (Kişilərin ehtiyatda saxladığı qadınlar) 18+


Foto: Nurlan GM Elə bilirsiniz, ancaq qadınlar kişiləri təsnifatlaşdırır, qadınlar ehtiyatda kişi saxlaya bilər? Bu həyatda çox vaxt qarşılıqlıq prinsipi işləyir. Kişilər üçün qadınların təsnifatı var, kişilər hər təsnifatda olan qadınları isə onlara məxsus xarakter və cəhətlərə görə o təsnifat qrupuna daxil edir. Sevgili – kişinin yaşından asılı olaraq bu statusda olan qadınlara münasibət də fərqli olur. Sevgili sevdiyi qadın olur. Kişinin ideallaşdırdığı, yüksək dəyər verdiyi birisi olur. Bəzən statusunu artırır, olur nişanlı və həyat yoldaşı, bəzən isə ayrılır, tutmur xarakterləri. Sevgili olanda hər iki tərəf özünü ideal, mükəmməl göstərir, bəzən daha çox susur, az ünsiyyətdə olur, mübahisə edir ki, … Qadınların təsnifatı (Kişilərin ehtiyatda saxladığı qadınlar) 18+ oxumağa davam et

Deyin ona…


Deyin ona, mənim adımdan, mən hələ sağam, vurulmamışam, yıxılmamışam, sağaldası yaralarım da yoxdur. Narahat olmasın… Deyin ona, nəfəs alıram, verirəm… Həyatımdan xeyli məmnunam… Çox xoşbəxtəm tənhalığıma… Deyin ona, əslində çox sevinirəm… Başqa dostlarım var, məni sevirlər, mən də sevirəm onları… Deyin ona, minnətdaram… Ağıllı olduğuma bir daha əmin oldum, onu tanıdım deyə… Yanıltmadı məni… Deyin ona, mən çox xoşbəxtəm… Qurtuldum deyə… Vaxtında bildim kim olduğunu… Deyin ona, bir az ağlımdan verə bilərəm… Çünki nə varsa, özümünküdür, oğurlamıram, yalan demirəm… Deyin ona… Ruhuna hopdura bilmədi… Ruhuma toxuna bilmədi… Pakdır ruhum… Kirlənmədi… Deyin ona… Yadımda deyil ki, unudam onu… O qədər iş … Deyin ona… oxumağa davam et

Necəyəm indi?


Əslində, mən ayrılıram kimdənsə bir dost olaraq… Səbəbləri çox idi, əsas odur uzaqlaşıram, sakitcə, kiminsəı ruhunu incitmədən… Sənə yazıram: “Bircə dəfə soruşmadın məndən: Necəsən? Guya əziz idim sənə… Sənə maraqlı deyildi, necə olmağım… Necəyəm indi? Desəm ki, pisəm, yalan olacaq… Boşluq var, biganəyəm… Çünki haqlıyam… Səni vaxtında tanıdığıma və haqlı çıxdığıma məyus olmadım… Əksinə çox sevinirəm… Çünki sənə çox bağlanmadım, səni sevmədim… Necəyəm indi? Düşünmə ki, mən vergilərdən vergi nəzarətçisi yoxlamaya gəldiyi üçün narahat olan şirkət rəhbəri və ya baş mühasibi kimi özümü hiss edirəm. Təmizdir işim, qanunsuz nəyimsə yoxdur, Necəyəm indi? Elə bilmə ki, kommunal xidmətlərdən məhrum olmuş bomj həyatını yaşayıram, … Necəyəm indi? oxumağa davam et

Evli kişiləri sevməyin…


Evli kişiləri sevməyin qızlar… Bir zaman əriniz olacaq axı… Evli kişilərə bel bağlamayın… Yarıdan olsaydı, insan olsaydı, Xanımı olardı sevdiyi qadın…   Evli kişilərə siz inanmayın, Aldanıb, qurbanı olmayın barı… Oynayıb sizinlə bir gün atacaq… Evli kişinin də evində vardır, Sizintək bir gözəl, cavan xanımı…   Evli kişilərə siz baş qoşmayın, Sözünün üstündə durmaz çoxusu… Evli kişilərin var bir qanunu: Danışır, vəd verir, amma əməldə, Havadır, küləkdir, boşluq kimidir…   Evli kişilərə siz bulaşmayın, Çirklidir, iyrəncdir, onların qəlbi… Bir şey anlayın, evli kişinin Tualet kimidir sanki bir yeri, Hər kəsə açıqdır onun “qapısı”…   Evli kişiləri rahat buraxın… Ailə dağıtmaq … Evli kişiləri sevməyin… oxumağa davam et

Sevginin qızıl qanunları


    Qanun hər yerdə var. Sevgidə belə… Gedəni saxlamazlar, mən saxlamıram gedən kimsəni, sən də saxlama məni, çünki gedirəm… Ayrıldınsa kiminləsə, onu kiminləsə müzakirə etmə, ondan danışma… Məyus olma, hər son bir başlanğıcdır. Hər tanışlıq bir fürsətdir. Dəyərləndir. Unutmaq üçün yadına salma… Keyfin yoxdursa, başqasını yükləmə, tənhalığına çəkil, kiminsə qəlbinə dəymə… Sevdiyini gizlətmə, susmağı öyrən… Sevdiyini etiraf edəndən sonra susmağa çalış və gözlə… İnad etmə və bezdirici olma… Yalan danışma və etibarı itirmə… Mübahisə etmək, dalaşmaq əvəzinə dialoqa gir, danışıqlar apar… Kimisə özünə borclu bilmə, günahı özündə axtar… Dinlə, sus, təhlil et, düşün… Bəzən gerçəklik gizlənmir, gizlədilir başqası tərəfindən… Sevginin qızıl qanunları oxumağa davam et

Birisi olsaydı…


Foto: Nurlan GM Birisi olsaydı, evimdə pəncərəmin kandarından küçəyə baxmağıma baxsaydı… Birisi olsaydı, işıqları söndürüb kamin peçinin istisində qızınmağa, oduna baxmağa, sükunəti dinləməyə dəvət etsəydi, üstümə üşüməyim deyə bir isti yun yorğan gətirib bürüsəydi… Birisi olsaydı, soyuqdan donan əllərimi alsaydı əllərinin arasına, ovxalasaydı, istini əllərimizlə yaratsaydıq, əllərimin donu açılsaydı… Birisi olsaydı, soyuqdan, ya da istidən qızaran yanaqlarıma baxıb gülümsəyərdi… Birisi olsaydı, evimdəki güzgümə hava üfürüb ora adımı yazsaydı… Birisi olsaydı, baxsaydı mənimlə seçdiyimiz filmlərə, ən maraqlı anında qucaqlasaydı, ən həssas anında, mənə baxsaydı, öpsəydi alnımdan… Birisi olsaydı, bir baxışında rahatlıq tapsaydım… Birisi olsaydı, güldürsəydi üzümü, unutdursaydı ürəyimin ağrısını, şəfa tapsaydım … Birisi olsaydı… oxumağa davam et

Bir bəndlik şeirlərim -2


Özünü öldürdün sevgi dünyamda, Özünü sən sildin fikir, ağlımdan… Özünü yox etdin xəyallarımda, Basdırma özünü məzarlığımda… Bu gündən sən girmə yuxularıma, Getdiyim yollarda çıxma qarşıma, Həyatım bağlandı sənin üzünə, Düşünmə, hirsliyəm, qisas alıram…   Sən səbəb olmusan, mənsə nəticə, Sən qışda gündüzsən, mən uzun gecə… Hər baxış, söz, gülüş, toxunuşumda bir sarkazm, kinayə, ehyam var, anlayan anlayır… Bir bəndlik şeirlərim -2 oxumağa davam et

Nə biləydim, ADAMIM…


Foto: Can Akın Nə biləydim axı… Səni tanıyandan sonra ağlayacağam… Guya ağlamağım kəsmişdi, guya ağlamırdım? Ağlayırdım… Sadəcə əvvəl ağlayırdım kədərdən, indi ağlayıram sevincdən… Nə biləydim axı yazacağam son olaraq bu yazımı, sənə həsr etdiyim son yazı olacaqdır: Sonrakı peşimançılıq verməz bir fayda, Kaş ki, danışmazdın mənə bu qədər yalan… Kaş ki, başlamazdı sevgi dediyin oyunların… Kaş ki, itməzdin, arada salmazdın özünü yada… Atama bənzətmişdim səni…  Bilirsən… Atamı çox sevdiyimi bilirsən… Sonra yanıldığımı anladım. Amm nə məyus oldum mən, nə də ki, təəccüb etdim… Sadəcə ağladım sevindiyimdən… Nə biləydim axı, sən də atam kimi elmli, savadlı, ağıllı olacaqsan… Boyun atam kimi hündür olacaq… … Nə biləydim, ADAMIM… oxumağa davam et

Ailədəki risklərimiz…


Foto: Nurlan GM Hər bir insanın həyatında risklər var. Ailə isə insanlardan ibarətdir. Minimum iki, maksimum isə 5-10 nəfərdən. Bir insanın həyatında bir çox risklər olur. İstənilən yerdə, zamanda, istənilən halda, şəxslərin yanında, tək olanda belə… Həyatdakı risklərimizdən sığortalanmamışıq. Risklərimiz idarə edilə də, idarə edilməyə də bilər. Hər şey insanın özündən asılıdır. Başlayaq elə maliyyə risklərindən. Kredit riski hər 10 nəfərdən 8-ində var, çünki bir çox insanlar bu və ya digər məqsədlər üçün ya kredit götürür, ya da borc alır, verir. Verilən borc onun aktividir, aldığı borc isə passividir, yəni öhdəliyidir. Kredit riski düzgün idarə edilməzsə, alınan borc və kreditlər verilən … Ailədəki risklərimiz… oxumağa davam et

BİR GÜN…


Bir gün getsəm, gözləməsən gedişimi, neylərsən?! Bir gün ölsəm, vaxtsız olsa, bu ölümüm, neylərsən?! Bir gün sussam, baxışlarım biganə, soyuq olsa, neylərsən?! Bir gün səni silmək,  yerini tutsa başqası,  neylərsən? Bir gün anlasam ki,  sən bir heç kimsən,  sıravisən, neylərsən? Bilirəm Cavabını… Həyat davam edir, heç nə… Nə etməliyəm?! Açarım yoxdur deyə, itirmirəm olmayanı. Ürəyim yoxdur deyə, sevmirəm kimisə. İnanmıram deyə, aldanmıram yalanlara. BİR GÜN… oxumağa davam et

Məşuqə olmayın, sevgili olun… 18+


Foto: Nurlan GM Həmişə yazmışam, evli kişilərin, qadınların başqasıyla görüşməsinin, münasibət qurmasının tərəfdarı olmamışam, çünki yalanı sevmirəm. Nə mən yalan danışım, nə mənə yalan danışsınlar. Evli kişilәri sevmәyin, onlardan uzaq olun, onlara inanmayın. Evli kişilәr üçün ikinci qadın sadәcә mәşuqәdi, sevgilisi yox. Evli kişini sevmәyin müsbәt tәrәfi az, mәnfi tәrәfi çoxdur: 1. Sİiz varsınızsa, sizdən öncә dә olmuşdur birisi, bәlkә paralel sizdən savayı, başqa birisi var. 2.Sizi sevmir və sevməyəcək də. Siz ötәri bir әylәncәsiniz. Siz əvəzedilməz deyilsiniz. 3. Sizә görә ailәsini yox, ailәsinә görә sizi atar. 4. O, xәstәlәndiyiniz, ona möhtac olduğunuz, onun üçün darıxdığınız zaman yanınızda olmayacaq. O, ona … Məşuqə olmayın, sevgili olun… 18+ oxumağa davam et

Nəyin qaldısa, apar özünlə…


Ətrin qaldı, apar özünlə… Qalmasın ətrin burnumda… Əlimdən qəlbinə gedən və hopan əlinin toxunuşu…Geri qaytarıram, gəl apar… Öpüşün qaldı dodaqlarımda,  ehtiraslı,  odlu,  sönüblər ikisi də,  dodağına dəymir dodağın,  toxunar bir barmağım,  susmaq üçün… Öpüşün,  dodaqlarımda qalan dodağını apar özünlə…  Nəfəsin qaldı nəfəsimdə,  dilimdə sözün,  adın qaldı,  gəl götür geriyə,  apar özünlə…  Xəyallarımı silirəm  yarımçıqlıq deyə… Öz xəyal payını götür özünlə…  Apar özünlə səndən qalanları,  özümü qaytar,  qoy yerinə…    Nəyin qaldısa, apar özünlə… oxumağa davam et

Hərdən, bəzən…


Bəzən dünya dünyama dar gələr, bəzən nəfəsim kəsilər, bəzən nəfəsini kəsərəm nəfəsimi kəsənlərin… Bəzən susuz qalar boğazım, quruyar ürəyim, qanım azalar, qaralar, bildiyimdən, həqiqətdən dönmərəm… Bəzən susub danışmaram, sadəcə baxaram biganəliklə, bu baxışım bıçaq kimi girər sənin ürəyinə, ruhunu yaralayar… Bəzən düşünərəm ki, nəsə, ya da kimsə çatışmır, bəlkə səni axtararam onların arasında, bəlkə də sevgi, diqqət, qayğını, sonra gülərəm özümə, o, getdi, dönməyəcək, ancaq mən varam… “Bəzən”ləri boş buraxdım, “kaş ki”ləri silmişəm leksikonumdan… Bircə qalıb “ola bilsin ki…” Hərdən, bəzən… oxumağa davam et

Məni özün seçmişdin…


Məni özün seçmişdin, Onların sırasından… Sonra geri qaytardın, Mənsə, qaldım sırasız …   Məni özün seçmişdin, Valeh idin ağlıma… Sonra qərar vermişdin, Yanlış olub seçimin…   Məni özün seçmişdin, Niyə seçmişdin axı? Seçici tək yox idin, Seçki məntəqəsində…   Məni özün seçmişdin, Səni peşiman etmişəm, Dediyim sərt sözlərdən, Yolunla düz getmisən… Məni özün seçmişdin… oxumağa davam et

“Ərə get”dən sonra gələn məsləhətlər, ittihamlar


Foto: Can Akın Bilirsiniz, ailədə niyə problemlər yaranır? Tələsirlər, ailə qurmağa… Düşünmədən verilən qərarlar. Tələskənlik, vaxtın keçməsindən qorxmaq… Tələsirlər, valideyn olmağa… Birdən sonsuz olarlar, birdən yaş keçər valideyn ola bilməzlər… Gec olsalar, bu övladlarının uzunmüddətli planlarını cızırlar, planda övladının və nəvəsinin toyu da var, hökmən… Nə maddi, nə mənəvi, nə psixoloji, nə də fiziki baxımdan ahəngdar olaraq hazırlıqlı olmamaqlarıdır… İstənilən kənar təsirlərin altına düşmələridir. Rəqabət, bəhsəbəs… Paxıllıq, qısqanclıq… Pis xislət… Birinin qızı erkən və kənardan baxanda, guya uğurlu ailə qurub, yaxşı cehizliyi var, ər tərəf yaxşı pay gətirib, xoşbəxtdir. Biz niyə geri qalmışıq axı?! O Əjdahadan  niyə bizdə yoxdur? Nəyi … “Ərə get”dən sonra gələn məsləhətlər, ittihamlar oxumağa davam et

Mən ikiləşmişəm…


Mən ikiləşmişəm… Ziddiyyətliyəm… Ağ – qara kimiyəm… Şahmat taxtası kimi dama-damadır həyatım, addımlar bu damaların üzərindədir… Səhvlər bağışlanmaz… Səhv addımlar uduzdurur məni, itirirəm önəmli fiqurlarımı… Qrim var sanki üzümdə… Bir yarısı gülər, təbəssümlədir. Bir yarısı ağlayar, kədərdən… Sanki iki yerə kəsiblər məni… Tam deyiləm, bölünmüşəm… Digər tayıma birləşməmiş, qanım axacaq su yerinə, çürüyəcəyəm, birləşməsəm… İkiləşmiş simam var… Biri yaxşıdır, biri pis… Həyat kimiyəm… Bir az yumşaq, bir az sərt… İmtahan kimiyəm… Birindən keçirəm, birindən kəsilirəm… Bir tərəfdə işığam, bir tərəfdə qaranlıq… Bir tərəfdə aydın səmayam, bir tərəfdə dolmuş bulud… Özüm də bilmirəm, indi mən kiməm?! Mən ikiləşmişəm… oxumağa davam et

Nə var ki…


Həyatı sevməyən, Deyər: Yaşama, Bu dünya fanidir, İnsanları pis… Yaşamaq istəyən Hər bir insançün, Min səbəb tapılar Yaşamaq üçün… Həyatdan bezənlər Yazıbdır qanun, Girməmiş çıxışı Göstərər sənə… Ölməyə nə var ki, Etdin intihar… Sən öldün, bəs sonra? Kimi ağlayacaq, kimi güləcək…   Həyatın üzünə gülən insanlar, Güzgüdə özünə baxmaz çox zaman… Güzgüdə görsələr, dəyişkənliyi, Ağlamaq gələcək gülmək yerinə… Nə var ki… oxumağa davam et

Kiçicik etirafım…


Bilirsən, nə istəyirəm? Nə biləsən?! Soruşdun ki?!Soruşdun və mən demədim?!Eh… Qulağımda qulaqcıq, mahnı dinləyirəm… Bir az oynaq, bir az romantik, hüzünlü… Keyfim dəyişkəndir… Hava da bir yandan təsir edir mənə… Çox soyuqdur, hamı üşüyür, mənsə üşümürəm… İçimdə elə bir atəş, yanğı var ki, yanır, içimi yandırır, qoymayır üşüməyə… Yandırıram özüm özümü soyuq olanda… Tək özümə güvənirəm… Tənhalığım öyrədib özümlə bağlı hər şeyi… Tənhalıq deyib ki, yalnız sən varsan, qalanları ötəridir, gəlib keçərlər… Ürəyimin yerini elə əzbərləmişəm ki… Hər ağrıdığında anlayıram ki, içimdəki insanlığı hələ də öldürə bilməmişəm… Bir martı sevdim, bir sentyabrı, oktyabrı sevdirmişdin mənə… Sonra nifrət etməyə çalışdım alınmadı… … Kiçicik etirafım… oxumağa davam et

Gecә yarısı…


Sәnә mәktub yazıram: Necә dәyәrliydin sәn, Kim idin mәnim üçün, Bunu tәk mәn bilirәm… Bu gün qara günümdür, Ağlamışam hәsrәtdәn, Sәnә çox inanırdım, Gözlәyirdim, gәlәsәn… Bitdi bu gün oyunun, Anladım hәqiqәti, Heç kim idim әslindә, Fahişәndim sadәcә… Bezmişәm mәn hәyatdan, Bir әlimdә şәrabım, Bir әlimdә siqaret, Sәni unutmalıyam… Önümdә dәrmanlarım,  Qarışdırıb içәcәm Sonra vannaya girib, Damarımı kәsәcәm… Bitәcәk әzablarım, Kәsәcәk ağrılarım… Sonda sәnә yazıram: Sәni çox sevmәyimdәn Gözümdәn düşmәyindәn Hәyatdan bezmәyimdәn… Son sözümdür:әlvida! Gecә yarısı… oxumağa davam et

Bir dostum olsaydı


​Bir dostum olsaydı, Soruşsaydı halımı,  Çatdıraraq özünü Darıxmağa qoymazdı… Bir dostum olsaydı,  Soruşsaydı, hardayam, Sәsimdәki kәdәrdәn Anlayardı, dardayam… Bir dostum olsaydı, Soruşsaydı, nә olub,  Görüşәrkәn mәnimlә Qoymazdı ağlamağa… Bir dostum olsaydı,  Baxan kimi bilәydi, Ürәyim nә istәyir, Qaçırdardı uzağa… Bir dostum olsaydı oxumağa davam et

Bir bəndlik şeirlərim…


Bu nə təbiətdir, bu nə havadır, İnsanın keyfinə sanki bənzəyir Bir gün yağış yağır, bir gün istidir, Bilmirsən qış gəlib, yoxsa payızdır… İnsanın özünün vardır havası, Dəyişir bir anda təbiət kimi, Gah uçur göylərdə, xoşbəxtdir deyə, Gah da ki, quyunun lap dibindədir… İnsanlar ötübdür indi hər fəsli, Qışıtək soyuğu, donduranı var, Payıztək ağlayan, ağladanı var, Yay kimi qızınıb yandıranı var, Yaz kimi qızışar damarında qan… Yaz kimi qalıbdır keçid dövründə… Bir bəndlik şeirlərim… oxumağa davam et

Mənim həyatım bənzəyər…


Həyatım da ata evimdəki həyətimizdə bitən gözəl qoxulu, cəlbedici görkəmli qızılgüllər kimidir, dərmədən tutub qoxlamaq, burnuna yaxınlaşdırmaq, gözəlliyinə valeh olmaq istəyirsən, əlini harasına vursan, tikanı batır əlinə, həyatın gövdəsi də qızılgülün gövdəsi kimidir, tikanlıdır. Məcbur olursan, ilk növbədə tutmaq üçün tikanlarını qırıb barmaq üçün yer edəsən… Hər bir insan uçan və azad kəpənək olmamışdan öncə sürünən tırtıl olmuşdur. Kişilәrin arada bir zarafatla da olsa, beynini xarab etmәk, әsәblәrini korlamaq, qanını içmәk, cırnatmaq feminizmdi?) Mənim həyatım bənzəyər… oxumağa davam et

Nə olar, yandır özünü… Qulu Ağsəsə nəzirələrim


Foto: Nurlan GM Görürəm, insanlar gəlir üstümə, Boğurlar gerçəyi deyən səsimi… Görürəm, axşamdır, tənhalıq yenə Qaranlıq dünyaya aparır məni…   Qara düşüncələr, qara fikirlər, Yuxumu əlimdən alıb çoxdandır, Yuxuya getməyə qorxuram artıq, Yuxuma girəcək ilan, çaqqalı…   Gözümü yumanda ümid edirəm, Qəflətən oyanım bəlkə səs-küyə, Təsəlli olsun ki, ayıq yatıram, Yuxumda ölmədim, hələ ki, sağam…   Səhəri açıram diri gözlərlə, Ağrıyır ilanın sancdığı yerlər, Yuxumda qoruna bilməsəm belə, Bəlkə də çaqqaldan qoruna billəm…   Yenidən qaramat bassa dünyamı, Gözümü yumaram düşünmək üçün, Bir Günəş doğmazsa, kiçik dünyama, Hazıram, özümü yandırmaq üçün…   Qulu Aqsesin eyni adlı şeirinə cavab Nə olar, bir səhər … Nə olar, yandır özünü… Qulu Ağsəsə nəzirələrim oxumağa davam et

Gecikmişəm


Sənə yazıram bu gün: Salam, gəlmişəm yenə, Yenə həmin ünvanda Gözləyirəm səni mən… Baxıram düzdür ünvan, Həmin yer, həmin məkan, Soruşanda qonşundan, Dedilər ki, köçmüsən… Yeni ünvan istədim, Kövrəldi qonşun sənin, Yeni ünvanın artıq, Başdaşısız məzardır…   Bilirəm, gecikmişəm, Bilirəm, səhv etmişəm, Sonra məyus olmağım, Nəyi dəyişər axı? Gecikmişəm oxumağa davam et

İstədiyim o idi, yetirdi pərvərdigar… (Qurbanolduğum)


Foto: Nurlan GM Desəm ki, təsadüflərə inanıram, əsla! Təsadüflər zəruriyyətdən doğur. Desəm ki, hər yeni insanla tanışlığım təsadüfi olub, yenə yalan demiş olaram. Desəm ki, hər tanışlığı adi qarşılamışam, sevincək olmuşam, yenə goplamış olaram. Mənim üçün hər tanışlığın bir səbəbi, zəruriyyəti, nəticəsi olur, hər tanışlıqdan bir itkim də ola bilər, bir qazancım da… İtkim vaxt itkisi ola bilər. Qazancım isə dəyərli insanları tanımaq və dost əldə etməkdir. Bəlkə də o dostluq sonra böyüyüb başqa bir münasibətə çevrilə bilər. Bəlkə də, tələsmirəm, hadisələri tələsdirmirəm. Mən gözübağlı, savadsız, nadan biri deyiləm, sadəlövh də deyiləm. Ona görə ilk görüş və tanışlıq mərhələsindən başlayaraq tanış … İstədiyim o idi, yetirdi pərvərdigar… (Qurbanolduğum) oxumağa davam et

Varlığın…


Varlığın tәnhalığımdan daha çox üzür mәni… Varlığın olmadı xilaskarım, olmadı stimulum, varlığın hopmadı ruhuma, mәnә… Varlığın söz vermişdi… Darıxmayacağam… Varlığın yox edir, mәhv edir qәlb dünyamı… Varlığın ürәyimi ağrıdır… Varlığın bәdbәxt edir, ağladır, ağrıdır mәni… Varlığını yoxmuş kimi saymalıyam… Niyә girdi varlığın hәyatıma?! O qәdәr pis insanam ki, nә yaşamağa layiqәm, nә sevgiyә, nә dә xoşbәxt olmağa… Bezmişәm özümdәn, xarakterimdәn, depressiyadayam… Qurtum qurtum içdim sәni ay dәrdim, öncә güldüm ürәkdәn, sonra kövrәldim, ağladım için-için, unutmaq istәdim sәni… Varlığın… oxumağa davam et

Məni bağışla…


  Foto: Nurlan GM Səndən öncə ölsəm əgər, İncimə, məni bağışla, Nə olsun ki, hələ gəncəm, Sən məndən də sağlamsan… Səndən öncə getsəm əgər, İncimə, tap başqasını… Sevən insan gedə bilməz, Gedən insan geri dönməz… Sən söz desən, mənsə sussam, Bil ki, qəlbim qırılmışdır, Çox həssasam, çox kövrəyəm, Göz yaşlarım gizlin axır… Səndən öncə əgər bezsəm, Yazsam sənə son məktubu, Oxumadan cırıb tulla, Boşaltmışam iç dünyamı… Dalaşarsaq bir gün əgər, Küsüb getsəm öz dünyama, Sən toxunma, vaxt ver mənə, Bir az tənha qalmalıyam… Məni bağışla… oxumağa davam et

Evim…


Yenə mən, Yenə tənhayam… Qaçmağa yenə yer axtarıram… Evim olmur son dayanacaq, Bir işarədir mənə evimdə dəli olmaq… Əzbər bilirəm artıq, hər küncünü, yerini… Dəyişsəm də mebellərin yerini… Evim bənzəyir tənhalıq yuvasına, qızınmaq olmur soyuq aylarda… Hər yerdə ətri, xatirə, hər yerdə iz, hər yerdə nəsə qalmış onlardan… Evimdə var hər şeyim, amma yoxmuş kimidir… Yoxdur sevgi, istilik, kimsə məndən savayı… Guya nəsə dəyişib? Hiss edilmir nəsə… Həmənki boşluqdayam… Həmənki yasdayam… Depressiyadayam… Həyatımda o var, ya yoxdur, fərq etmir… Yenə tənha qoyuram başımı yastığa, kimsə qucaqlamaz məni, öpməz yanağımdan yuxuya getməmişdən öncə… Kimsə oyatmaz səhər tezdən… Kimsəylə yemərəm səhər yeməyimi… Yenə danışaram öz-özümlə… Yenə … Evim… oxumağa davam et

Qeyd etmədiyim, qəbul etmədiklərim…


Foto: Valeh Arifoğlu Qeyd etmirəm, ad günümü, bayram günlərini… Adi gün kimi keçib gedər ömrümdən… Fərqliliyi hiss etmək üçün fərqli qeyd etmək lazımdır. Etmirəm… Qeyd etməyə kimsəm yoxdur… Qeyd etmirəm yas günlərini… Hər zaman içimdədir yasım, yasımı saxlayıram gizli olaraq, göstərmirəm, etmirəm reklam… Qeyd etmirəm dövlətin bayramlarını… Hamısı sönük, sıxıcı, sıravi… Hamısı riyakar, yalan, hamısı göstərmə, yamaq… Olmayan nəyisə qeyd etmək absurddur mənim üçün… Qeyd etmirəm ayrılıq günlərini, tanışlıq günlərini… Hər tanışlıq bir ayrılıqdır… Sıravidir deyə dəyməz onu qeyd etməyə… Qələbə və uğurlarımı qeyd etmirəm, susuram… Sözdən, müzakirədən uzaq olmaq istəyirəm sadəcə olaraq mən… Bir də ki, göz və nəzər … Qeyd etmədiyim, qəbul etmədiklərim… oxumağa davam et

Sıradan biri, sıravi…


Foto: Nurlan GM Hər şey sıravi, adidir bu dünyada, Həyatımızda doğulmaqdan ölənədək, Həyat belə sıravidir ölüm kimi… İnsanlar da sıravidir mənim üçün… Hamısı eyni fərqlənmirlər bir-birindən… Sıravidir sevgiləri, yalanları, doğruları, Seçimləri, qərarları, gözlənilən, sıravidir… Darıxıram, bezirəm sıravilikdən, Sıradan biri deyiləm deyə… Gülüşlər də sevinc kimi, Göz yaşı da kədər kimi Sıravidir insanlarda… Sıravidir tənhalıqlar… Ad günləri, toy və yaslar… Sıravilikdən çıxmır kimsə… Simalar da sıravidir… Simada zəhrimar, Şikayətlər də sıravi, Tərif, tənqid də sıravi… Sıradan biri seçiləndə, Sıravi edirik onu da… Fərdi, fərqli olmaq istəyi O da belə sıravidir… Rənglər sıravi, Başlanğıc da, son da… Tanışlıq da, ayrılıq da Hər … Sıradan biri, sıravi… oxumağa davam et

Sən və mən… (davamı)


Foto: Nurlan GM Arzularım, istəklərim gerçəkləşir… Bilirsən, son zamanlar hürkürəm, ehtiyat edirəm… Zamanım keçdikcə, əldə etdikcə, itirdikcə, yaşadıqca, anlayıram həyatımı… Həyatımdan gəlir keçir, sonra gedir insanlar… Sən də onlardan birisən? Bəlkə də… Son 6-7 ildə nələr yaşadığımı özüm bilirəm… Nə uşaq kimi uşaq oldum, nə gənc kimi gənc… Tez böyüdüm, tez tərk etdim… Həyat məni dəyişir ancaq, insanlar deyil… Dəyişmək istəmirəm əslində… Adi gələr bəzən günlər, görüşlər, tədbirlər, yeni tanışlıq… Sıravi olar hər şey… Dəyişmək gücündə olmurlar deyə… Sənsə… Sən başqa mövzusan, sən fərqlisən mənim üçün… Hələ ki… Hələ ki, yanında rahatam, xoşbəxtəm… Hiss edirəm ki, səni sevirəm, sənə bağlanıram… … Sən və mən… (davamı) oxumağa davam et

Səndən mənə qalanlar…


Foto: Çinarə Ömray Səndən mənə nə qaldı? Getməyin, ayrılığın, əzab? Sevməyi və sevilməyi öyrənməyim, dəlicəsinə, bütün varlığımla sevməyi bacarmağım… Saçlarımı əllərinlə daramağın… Əllərimlə saçımı düzəltmək vərdişim… Makiyajsız özümü təbii halda sənin gözünlə özümə baxıb sevməyim… Özümə güvənib kimdənsə asılı olmamağım… Pulu özüm qazana bildiyimi anlamağım… İstedadlı olub yaradıcılığımı davam etdirməyim… Özümlə fəxr etməyim… Güclü olmağım… Kiminsə fikrinə görə keyfimi korlamamağım… Ağrımağı, ağlamağı, gülməyi, amma təklikdə… Tənhalığım…   Səndən mənə qalanlar… oxumağa davam et

40-cı qapı… (tənqidi, fəlsəfi, yumoristik esse)


40-cı qapı… Nağıllarda, həyatda da hər evin, ailənin 40 qapısı olur, 39 hamı üçün açıq, biri isə qapalı… Açıq olanları biləndən sonra qapalıya doğru can atar 40-cı qapı kimidir pul, hamıya maraqlıdır, hamıya lazımdır, hamının üzünə bağlı olduğundan hamı ona doğru can atır, açarını axtarır, əldə edir, sonra isə peşiman olur, özünü söyür… “Pul əl çirkidir” deyənlərin əllərinə pul dəyməyib, dəysəydi, çirkli əllərini elə pulla yuyardılar… Əslində, kim qazana bilmir, özünə təsəlli verir bu cümləylə… 40-cı qapı arxasında gizli və qadağa olunan hər şey vardır. İnsan psixologiyasıdır, nəyi ki bilmir, görmür, əldə etmir, qadağan edilir, onu istəyir, onunla maraqlanır. Azadlıq … 40-cı qapı… (tənqidi, fəlsəfi, yumoristik esse) oxumağa davam et

Qadının gündəliyi… (tənqidi, satirik, yumoristik)


Bir qadın obrazının simasında əksər qadınların iç dünyasını əks etdirən gündəlik qeydləri haqqında hekayədir. Özüm də qadın olduğumdan qadınları yaxşı tanıyıram, müşahidələrim zamanı, kişiləri də tanıyıram. Bu gündəlikdə qadının qeydləri, demək istəyib demədikləri və qadının iki mələyinin- xeyir və şər mələklərinin dialoqları öz əksini tapacaqdır. Bir çox insanlar, cinsindən asılı olmayaraq bu yazıda özünü, öz həyatından bir fraqmenti görə bilər, kimsə inciməsin, tənqidi və yumor hissi ilə qarşılasın. Mən qadınam, hələ qızam… Gündəlik tuturam, səbrim çatanda, istəyim olanda nəsə yazıram, bir əlimdə dama-dama dəftərim, bir əlimdə rəngli qələmim. Yazıram… Gizlədirəm… Kimsə oxumasın deyə… Hamı gündəlik tutur, yazır, hamının deməyə, yazmağa … Qadının gündəliyi… (tənqidi, satirik, yumoristik) oxumağa davam et

Tәnhalığım…


Evdәn işә gec gәlmәyim… Yatağıma girdiyimdә fikirlәrin әlindәn yuxuya gedә bilmәmәyimdir… Tәnhalığım, 4 divarlıq, 4 dar künclü boz evim, sükunәtimdir, künclәrin, divarların üstümә gәlmәsi, sıxması, çıldırmağımdır… Tәnhalığım, evә gәlәndә vaxtımı öldürmәk üçün pәncәrәdәn çölә baxan gözlәrimin yol çәkmәyidir, qulağımın sәsdә, ürәyimin sәksәkәdә olmasıdır… Tәnhalığım oxuduğum kitab, filmdә özümü itirmәyim, ya da tapmağımdır… Tәnhalığım birisi tәrәfindәn tәmәnnasız, qәrәzsiz sevilmәk istәyim, sevmәyә cәhd etmәyimdir… Tәnhalığım özümü bağışlamağım, anlamağım, tanımağım, qәbul etmәyimdir. Tәnhalığım yalanı gerçәkdәn, dünәni sabahdan, xatirәni xәyaldan ayırmağımdır… Tәnhalığım insanların mәni qınamasıdır, mәni tanımamasıdır, dalımca danışmasıdır… Tәnhalığım sevinc vә kәdәr, gülüş vә göz yaşlarımı paylaşmağa birisini tapa bilmәmәyimdir… Tәnhalığım yarımçıq hisslәrim, … Tәnhalığım… oxumağa davam et

Dəyişmir heç nə… Yenə…


Yenə… Yenə sənsiz bitəcəkdir bu günüm… Yenə tənha olacağam evimdə… Yenə sənsiz açılacaq bir günüm… Həmənki iş, həmənki ev, dəyişmir heç nə… Yenə dizlərimi qucaqlayaraq, Başımı qoyanda dizim üstünə, Sinəmdən qəfildən ağrı qopacaq Dözməyir mənimtək zavallı ürək… Yenə səbəbsizdir kədərim mənim, Min cildə girmişdir simam, sevincim… Yenə səbrsizlik, yenə həsrətim, Ağlayır içimdə tənha bir insan… Yenə deyəcəklər: Səni sevirəm… Yenə deyəcəklər: Sən mənə inan… Yenə deyəcəklər: Bağışla məni… Sonra da susaraq tərk edəcəklər…   İnsanlar həyatda da şahmat oyunundakı kimi səhvlər buraxır, öncə onların vurulan vəzirini qaytara biləcək piyadaları önə verib, qurban edirlər, digər fiqurlarının önünü rəqib, düşmən üçün açıq … Dəyişmir heç nə… Yenə… oxumağa davam et

Səni istəyirəm (davamı)


Foto: Nurlan GM Həsrətindəyəm… Bir çox insanların… Bir çox şeylərin… İtirdiyim vaxtımın həsrətindəyəm… Sərf edilən hisslərin həsrətindəyəm… Dəlicəsinə kimisə sevməyimin həsrətindəyəm… Birlikdə kiminləsə nəsə etməyin, həmrəyliyin, birliyin həsrətindəyəm… Ruh əkizimin axtarıram hələ də… Yoxdur hələ… Həsrətindəyəm… Çox vaxt itirdiklərimin, qazana bilmədiklərimin həsrətindəyəm. Peşimançılığın yerinə, özümə təsəlli vermək əvəzinə, həsrətini çəkirəm… Darıxmağın, gözləməyin həsrətindəyəm… Ən əsası əsl və əvvəlki Günelin həsrətindəyəm… Həsrətim artdıqca isə həsrətində olduğum hər şey və hər kəs uzaqlaşır məndən… Səni istəyirəm (davamı) oxumağa davam et

Keçid dövrü- kişilərdə… (qadınların oxuması vacibdir)18+


Foto: Çinarə Ömray Elə bilirsiniz, ancaq qadınlarda yaşla bağlı psixoloji, fizioloji, intim problemlər olur? Yox! Kişilərdə də var. Kişilər bu keçid dövrlərini psixoloji və fizioloji baxımdan daha çətin keçirdirlər. Qadınlar isə daha asan və rahat. Kişilər keçid dövrünü fərqli keçirdə bilər. Kimisi məsuliyyətli, ciddi, işgüzar ola bilər. Kimisi uşaqlaşar, kimisi depressiyaya düşüb zəifləyər, kimisi güclənib məqsədlərinə çatar. Kişilərin keçid dövrləri aşağıdakılardır: 18-20 yaş arasında – uşaqlıq və yetkinlikdən gəncliyə keçid olduğundan daha çox azadlığa meyl edirlər.  Həyat eşqi ilə dolu olurlar. Kimisi ali məktəbə daxil olub elmlə məşğul olur, işləyir, ciddiləşir, kimisi əsgərliyə gedib gələndən sonra iş axtarır, tapa bilməyəndə, … Keçid dövrü- kişilərdə… (qadınların oxuması vacibdir)18+ oxumağa davam et

Sәn vә mәn…


Axı… Sәn kimsәn?! Özün üçün… Mәnim üçün… Nә ad qoyaq buna? Dostluq?! Nәdir mәni hәyatında görmәk istәyin, sәbәbin? Hardan gәlmisәn? Niyә mәhz mәn? Nә zaman seçdin mәni? Kimin yerini tutmalıyam? Sәn varsan, mәn varam… Biz yoxdur amma… Çünki sәn mәnim deyilsәn ruhәn, mәnәn, azad deyilsәn… Keçid dövrü sindromu var sәndә bәlkә dә… Bәlkә dә mәndәn xoşun gәlir hәqiqәtәn dә…  Bilmirәm, әmin deyilәm hәlә… Sәn vә mәn… oxumağa davam et

Allahım, məni daha sınama…


Foto: Lalə İbişova Deyəsən, poçtun, qutun dolubdur sənin… Ya da ünvanını dəyişdirmisən insanların əlindən… Vaxtın azdır… Yazanlarsa çoxdur… Mənim məktubların ya ünvanına çatmır… Ya da çatır, vaxt tapmırsan oxumağa… Nə deyirsən?!Yazmayım daha? Əvvəlki tək danışım səninlə?! Vaxtın olacaq mənə yarım saat?! Nə vaxt düşüm qəbuluna?! İçimdəki səs də qeyb olmuşdur… Beynimə gəlir fikirlər, ideyalar… Ya tam bir cümlə, ya tam bir söz, söz birləşməsi, ya bir mövzu, məqalə… Yazıram dərhal… Yaddaşım pisdir, bilirəm ki, tez unudacağam… Sınama məni… Bezmişəm… Qurban olaram… Olmayım sevimli bəndən… Sadəcə şeytanı uzaq tut məndən… Günahların çoxdur, yüküm ağırdır, onsuz da çəkə bilmirəm artıq… Bir də … Allahım, məni daha sınama… oxumağa davam et

Yerlə göy arasında …


Yerlə göy arasında nə vardır axı? Məsafə… Hava… İnsanlar… Fərq… Bir də ki, bədii təsvir və obrazlı ifadə… Torpaq… Bütün canlılar… Canlıların yaratdığı cansızlar… Yerlə göy arasında müqayisə üslubudur… Biri zirvədir… Biri isə uçurum… Biri xəyaldır… Biri reallıq… Rəngləri də fərqlidir… Tərkibi də… Yeriyə bilməyənlər, uça bilmirlər goydə… Göydə uçanlarsa, yerimək istəməzlər… Uçmağı üstün bilərlər… Yerlə göy sinonim deyillər, omonim deyillər, bəlkə antonimdirlər… Bir-birilərinə əks, ziddilər axı… Bir də bənzətmədir… Hadisələri, insanları, zamanı, məkanı bənzədirik gah yerə, gah göyə… Hislərimiz də, emosiyalarımız da arada qalır çox zaman… Seçimdir insanlar üçün bəlkə də… Yerlə göy arasında boşluq vardır… Heç nə, hər şey, … Yerlə göy arasında … oxumağa davam et

Bir xahişim var səndən, salma yerə…


Foto: Nurlan GM Xahişlərim var səndən… Yaz özün üçün qeyd şəklində… Unutmayasan deyə… Yalan danışma mənə… Məni sevmə… Mənə bağlanma… Məni qaldırma gözündə, qəlbində zirvələrə, gözündən itməyim deyə, sonra düşməyim yerə gurultu ilə… Ayrılsaq əgər, ya da mən ölsəm, əsla ağlama… Peşiman olma, məni tanımağına… Susmağıma can atma, soruş nəsə, danışdır məni… Xəyanət etmə… Yalan danışsan, xəyanət etsən, gizlətmə… Getsəm əgər, saxlama məni… İncisəm, barışma… Səhv etsəm, bağışlama… Ağlasam, gülsəm, düşünmə ki, səmimiyəm… Aldanma mənə… Xoşbəxt olma mənimlə… Axtarışda ol, olsun ehtiyat kimsə… Bir gün olmasam, boşluqda olmayasan, darıxmayasan, kimsə doldursun yerimi, unutdursun sənə yoxluğumu deyə,dostlarından uzaqlaşma Tənqid etmə məni, … Bir xahişim var səndən, salma yerə… oxumağa davam et

Mənim həyatım…


Foto: Çinarə Ömray Ön söz əvəzi: Gözəl qadın bir də ağıllı, savadlı, azad, müasir, ambisiyalı, konkret və işgüzar oldusa, insanları müşahidə, təhlil edib, qənaətə gələr, qərar verər, ehmalca gülümsəyər, zarafat edər, susar, susqunluğunda gizlənər həqiqətlər… Dili və varlığı, baxışları, təbəssümü ölmüş dil kimi olar, hər kəs oxuya bilməz onu… Həyatında birisi olsun, bağlanasan ona… Onun isə işləri o qədər çox olsun ki, Sən yadına düşməyəsən, unudulasan… Nə danışa biləsən onunla, nə də dinləyəsən… Soruşsun, danışsın səninlə başqa dostların… O, olmalıykən ən yaxın dostun… Həyatım çoxsaylı montajlara uğramış, kadrarxası görüntülərlə dolu film kimidir, mənim haqqımda film sənədli film olmalıdır, bədiiliyi sevmirəm. … Mənim həyatım… oxumağa davam et