Atəşpərəst kökümüzdəndir… (satirik, yumoristik)


Odda yanmaz, suda batmaz, yel aparmaz, torpağı qurumaz xalqım…

Ya biz üzməyi öyrənməliyik ki, boğulmayaq, dalğanın öhdəsindən gələk, ya suda boğulub, dalğa tərəfindən udulan birisi olacağıq…

Suyu şirin gələn yerlilərim…

Suyu kiçiyə verərlər ki, böyük yolla gedəndə, kiçik inciyəndə, suyundan içsin…

Ağzına su al, otur dinməzcə…

İçiləsi su bitəndən sonra insanlar bir-birilərinin qanını içəcəklər, qan bitəndən sonra isə ətini yeyəcəklər.

Bulaq başına, suya gedən qızlarımızın eşqi su deyildi, kişi idi, bəxti açıla, kimsə qaçıra…

Ya od parçasıyıq, ya da gözümüzün odunu alırlar.

Ya od olub yandırırıq, ya bizi oda atırlar.

Ya odla oynayırıq, ya da oda yazırıq.

Atəşpərəst kökümüzdəndir.
İnsan da təbiətin 4 ünsürü kimidir.

Su kimi göyərir, od kimi qızarır, saralır, külək kimi rəngsizləşir, vəziyyətə uyğun olaraq rəng alır, ya da torpaq kimi təbiət rəngini götürür özünə…

Öncə su kimi təmiz, saf, çılğın təbiətli olur insan, su çərşənbəsində…Yuyub aparır hər bir pisliyi, neqativi uzaqlara…Sıfırdan başlayır həyatını, vicdanını bəs yuyub aparırmı su?Hərdən su kimi təhlükəli olur, sel kimi dağıdıb aparır önündəkiləri…

Sonra gətirdi odu həyatımıza, od kimi isti, yandıran, ehtiraslı oldu insan, hisslərlə yaşadı, ondan sonra qalan sönən ocaqdan sonra qalan tüstülər oldu…Tez yanıb, tez söndü insan arzu, məqsədlərində, yanıb külə döndü…Niyə belə zəif oldu insan…

Yel-hava və külək… Külək kimi üfürüb apardı insan ona sərf etməyənləri…Üşütdü… Xəstəliklər, dərdlər gətirdi külək ilə…
Torpaq kimi bərəkətli oldu….Təbiətin hər tərəfini yaşatdı bizə insanlar…

Bir də ad qoyduq qıza Bahar, oğlana Novruz…

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma