Millətin … Müəllif: Rauf Qərib Alagöz (satirik, tənqidi yazı)


Məmur alır, ağa yeyir, qul baxır,
Görə bilmir gözü kordu millətin.
Görənlər də gördüyünü danırlar,
Deyirlər ki: ” halı zordu millətin”.

Əmək ucuz, çörək baha, un baha,
Kərə qalsın , hətta ” Supersun” baha.
Pambıq baha, kətan baha, yun baha,
Geyindiyi ucuz tordu millətin.

Dinsizi var, dindarı var, dini yox,
Cadusu var, cindarı var, cini yox.
Sürü ilə toyuğu var, hini yox,
Qazananı gələn “vordu” millətin.

Biri varsa onu yoxdu, yüzü yox,
Hər şey əyri, bircə dənə düzü yox.
Qərib, dinmə, “yox elə” bu sözü, yox!
Belə getsə sonu gordu millətin.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma