Nə qaldı? Rauf Qərib Alagöz



Şükr eləyin aldığınız nəfəsə. 
Ondan başqa şirin cana nə qaldı? 

Kimlər düşsə bundan qeyri həvəsə,

Ağlayacaq yana-yana, nə qaldı?
Dur kənara, qapan yaman quduzdu,

“Cüt şeş” atan “dübarəyə” uduzdu.

Puldan ayrı qalan hər şey ucuzdu.

Gecə-gündüz yatın, dana nə qaldı?
Çox yeməyin, həm ziyandı, həm baha.

Dərd çəkməyin, çilə baha, qəm baha.

Böləndə də, çıxanda da cəm baha.

Misal bitir, məchul sona nə qaldı?
İşığın var, suyun gəlir, qaz gəlir.

Qulağına mahnı gəlir, saz gəlir.

Səbrli ol, deyirlər ki, yaz gəlir.

Yonca bitib, badımcana nə qaldı?
Hesab- kitab axirətdə olacaq,

Dünya malı bu dünyada qalacaq.

Üç gün idi bu gün, sabah alacaq,

Əcəl qardaş, qəbiristana nə qaldı?

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma