Azadlıq haqqında…


Azadlıq yoxdur… Tam azadlıq bir mifdir… “Azadsınız” fikri də bir yalandır… İnsanların özlərini və başqalarını aldatmasıdır, insanların təhtəlşüuruna təsir edərək, onları idarə etməkdir azadlıq… Nəzəriyyədə və fəlsəfədə, bəzi qanunlarda azadlıq vardır, təcrübədə isə yoxdur. Bu dünyada azad insan yoxdur. Bu dünyada hər kəs kiminsə əsiridir, kiminsə əsarətindədir. Təbiətdəki bütün canlıların azadlıqlarını biz insanlar məhdudlaşdırırıq… Kimsə tam azad deyil. Konstitusiya və digər ali qanunlar, beynəlxalq konvensiyalarda azadlıq verilsə də, azad deyil kimsə… Çünki hər qanunda bir tərəfdən verilir, digər tərəfdən məhdudlaşdırılır. Qanun, qayda, tələblər olan halda, tam azad olmaq qeyri-mümkündür. Azadlıq insana lazımdırmı? Azad olmağa razı və hazırıqmı? Hər kəs azad … Azadlıq haqqında… oxumağa davam et

Onlar… 


Onlar hər kəsə bir ad verdilər.  Birinə canım, birinə fahişə dedilər… Onlar hər kəsə bir yol çezdilər…  Birinə əyrini, birinə düzü verdilər…  Onlar hər kəsin ev, işinə girişdilər Birinkini gizlətdilər, birinkini ellə bir etdilər…  Onlar hər kəsə həmrəy oldular. ..  Birinin dərdinə həmrəy sevinib güldülər, birinin uğur, sevincinə üzüldülər… Onlar hər kəsə vəd, söz verdilər… Birisinə əməl etdilər, birisinə yox…  Onlar hər kəsdən nəsə istədilər…  Kimisi hər şeyini verdi, kimisi heç nəyini. ..  Onlar hər kəsə öyrətdilər… Kimisinə yalançı səmimiyyəti, süni təbiiliyi, kimisinə rola girməyi, hücum edərək müdafiə olunmağı.. .  Onlar mübarizə apardılar…  Onlarla olanlara yaxşı, dost kimi yanaşdılar, olmayanlara … Onlar…  oxumağa davam et