Pərdələr…18+


Mental dәyәrlәrimizdә önәmli yer tutur onlar… Qalxmazsa, yaxşıdır…

Ailәdә var doğmalar arasında, yadlarla var, dostlarla var… Mental pərdələrdir bu cür pərdələr.

Bağlı qapı kimidir… Sirrlərimizi saxlayır, pərdəarxasında, kölgə və izlərimiz var, bir də qorxularımız…

Pərdə bizim komplekslərimizdir.

Beyindә olarsa, çox tәhlükәlidir… Beyindəki pərdə isə fikirləri bir-birindən gizlədir. Bilmək olmur, əsl niyyəti nədir?!

Bir də qızlıq pərdəsi var namusun işarəsi… Bir o qorunmalıdır. Pozularsa, başqa pərdələr də qalxar… Hamının dərdi, düşündüyü. Kimisi o pərdəni açmaq istəyər, kimisə başqa yollarla görər işini… Bu zaman başqa pərdələr də bağlanar, özəlidir deyə… Əsas qızlıq pərdəsidir, toxunulmazdır. Kişilərin beyni, fikri o pərdədədir ancaq, bir pərdəarxasında başqa bir pərdəni açırlar, başqa bir pərdəylə gizlədirlər onu, sonra başqa bir pərdəylə o pərdəni tikirlər yerinə, heç nə olmamış kimi…

Distant idarә olunar başqaları tәrәfindәn… Qalxması vacibdirsə, qalxar, deyilsə, qalar…

Arada çirklənəndə, ləkə düşəndə, yuyular, ağarar yenə üzümüzə pərdələr. Təmiz, təravətli, gözəl, cəlbedici olmağı ilə bizi çəkər özünə…

Cәmiyyәtin sevdiyi kәlimәdir: Pәrdәlәr…

Yazıram bu mövzudan, eldәn ayıb olsa da, aramızda qışlıq pәrdә olsa da…

Pәrdәlәr qalxdı, oyun, tamaşa başladı…

Bir də tamaşa bitəndə enər aşağı pərdələr, ya da gələr yanlardan, pərdəarxasında qalar oynayan insanlar.

Həyatın da öz pərdəsi var. İnsanların da…

Bir də var ələk pərdələr. Daş duzu, unu, düyünü ələmək üçün… Bu daş duz, təmizlənməmiş un və düyü sanki ələnməmiş insanlardır. Ələnəndən sonra qalar o ələkdə, ilişər pərdədə…

Pərdə arxasında kimsə səni görməz, sənsə azacıq bir kənarından baxarsan hər kəsə… O da ki, gizlin-gizlin…

Pərdə hazırlandığı materiala görə fərqli olur, çeşidbəçeşid, rəngbərəng, hər zövqə uyğun… İstər parça olsun, istər dəmir, istər plastik, istər jalüzi… Əsas pərdə olsun…

Pərdə olsun, qorusun bizi soyuqdan, günəşdən…

Geyim də bir pərdədir, kimisinin bədənini qoruyur, kimisinin geyimi tüldəndir, açıqdır hamıya, kiminsə pərdəsi qısadır, dardır… Ölçüsünə görə deyil sanki…

Kimisinin geyim pərdəsi onun gözəl bədənini gizlədir, kimisinin isə çirkinliyini gözəlləşdirir.

Geyim estetik zövqlə bəzədilmiş pərdədir. Ya cəlb edir, ya da ki, itələyir…

Gecələri bizə pəncərədən baxacaq qonşulardan… Hər kəsə maraqlıdır. Pərdəarxasındakılar. Filmdən çox kadrarxasında qalanlar maraqlı olduğu kimi…

Pərdə arxasında qalanlar, gizlənən insanlar, məşq, hazırlıqlar, danlanmaqlar var… Pərdə müdafiədir bəlkə də…

Kimisi pərdə tikir, torba yerinə… Kimisi komplekssizdir, pərdəsizdir, yoxdur mental dəyərləri… Özü üçün yaşayar. Pərdəsiz olanları qınayar hər kəs… Pərdələr ölkəsində hər kəsin ən azı bir pərdəsi olmalıdır. Evdə, işdə, beynində, ayaqlarının arasında… Fərq etməz. Yazılmamış qan var. Tələb var pərdələrə… Pərdə olan yerdə, yüksək dəyər var…

Kütbeyinləri də örtən qalın pərdələrdir. Bəlkə o pərdə olmasaydı, beyin öz işini görə bilərdi, fəaliyyətsiz dayanmazdı, düşməzdi başdan ayaqlarının arasına…

Pərdələrin sayəsində içimiz özümüzü yandırır, çölümüz özgəni… Gizlidir hər şeyimiz… Bilmirsən, kim necədir?!

Pərdələr var ürəklərdə… Sağla solu ayıran… Nazik pərdə… Bir də damarları da örtür nazik pərdələr… O pərdəni açmalıdır kiminsə qəlbinə girmək istəyən. Aç ki, açasan, bitməz…

Üzümüzü örtəcək pərdələr var, çadramızda, şlyapamızda… Haramıq başqalarına…

Gözümüzü qoruyacaq pərdə var haramlardan… Bu pərdə gün eynəyi kimidir. Başqalarından gizlədər bizi…

Həyatımızın hər yeri, hər zamanı, hər halı üçün bir pərdə var… Dəblə ayaqlaşıb, müasirləşir, göz oxşayır onlar…

Pərdələr qalxarsa, nə olar axı?

Azad, sərbəst, inkişaf etmiş insanlarmı çıxar? Yoxsa, pərdələrin qalxmasına hazır olmayan qorxaq, cəsarətsiz, kompleksli insanlar sanki vəhşi təbiətdən yüksək bir sivilizasiya düşən zaman olduqları kimi apararlar özlərini?

Pərdələr qalxarsa, hər kəsin eybi, günahı hər kəs üçün açıq olar, gizli nəsə qalmaz… Hər kəsin zibili ortalıqda olar. O zaman pərdələri dəbləşdirən, tələb edən, vacib aksesuara çevirən şəxslər üçün, pərdətikənlər üçün bir iş olmaz… O zaman o pərdətikənlərin məhsulları satılmaz. O zaman insanlar daha səmimi, daha təbii olarlar…

Bəzən pərdə arxasında insanlar özləri kimi olur, bu cür insanlar pərdələr qalxanda rola girərlər, sanki həyat tamaşasında özgəsini oynayırlar mahircəsinə… Pərdələrdən bezənlər isə pərdələrin qalxmasını istəyərlər, sadəcə cəsarət edib pərdələrini qaldıra bilməzlər. El qınayar deyə…

Bəzən isə bu pərdələrin qalxmasını səbirsizliklə gözləyənlər var, bu gözləyən şəxslər isə vəhşilərdir. Görməmişlərdir. Pərdəsiz, ya pərdəli, fərq etməz onlara…

Pərdə bir də nə zaman qalxar, öldüyün zaman… Kəfəndə olacaqsan. Əslində o da bir pərdədir… Lüt bədənini gizlədir başqalarından…

Pərdəsiz yaşayanam… Kim hazırdır mənim kimi pərdələrdən imtina etməyə? Kim pərdələrə yox deyə bilər?

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma