MÜSƏLMANIQ BİZ? Müəllif: Rauf Qərib Alagöz


 

Haqsızın sözünə “bəli” deyirik,
Doğrunu deyənə dəli deyirik,
Allahı unudub Əli deyirik,
Sonra da deyirik “müsəlmanıq biz”.

Ticarət etməkçün həccə gedirik,
Saqqalı uzadıb cənnət güdürük.
On dənə arvadı “siğə” edirik,
Sonra da deyirik “müsəlmanıq biz”.

İnsandan ucadı məzar daşları,
Ac çoxkən atırıq çölə aşları.
Allahın adıyla kəsib başları,
Sonra da deyirik “müsəlmanıq biz”.

Göstəriş etməkçün geyirik qara,
Din deyib çox “ovu” salırıq tora.
Məsciddən çıxanda gedirik bara,
Sonra da deyirik “müsəlmanıq biz”.

Azandan uzaqdı oxunan avaz,
Quranın yerinə dinləyirik “caz”.
Nə Oruc bilirik, nə də ki Namaz,
Sonra da deyirik “müsəlmanıq biz”.

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma