Mənə bir səbəb ver…


Mənə bir səbəb ver…

Yaşamaq üçün!

Sevmək üçün özümü,

Həyatımı, insanları…

Mənə bir səbəb ver…

İnanmaq üçün əvvəlki kimi

Sevgiyə, səadətə, həyata…

Bir səbəb ver yükümü

atmaq üçün çiyinlərimdənn,

Davam etmək üçün öz yoluma

Səni sevmək, anlamaq üçün,

Dəyərini bilmək üçün,

Qorumaq, itirməmək üçün,

Mənə bir səbəb ver mənə…

Mənə bir səbəb ver…

Hər gecəni sevinərək getmək üçün yuxuya,

Hər səhəri sevgi ilə açmaq üçün…

Bir gün əməl etməyim

verdiyim sözə…

Qaytarmayım geriyə,

imtina etdiyim qəlbimi, vicdanımı…

Qucaqlamağa, sarılmağa,

Ağlamayıb gülümsəməyə,

ruhumu sənə tapşıra bilməyim üçün

Sənin üçün yaşamağa

Bir səbəb ver mənə, xahiş edirəm…

Mələklərim dincəlsin çiyinlərimdə,

Yazmasın əməllərimi…

Bezməyim, inciməyim,

nədənsə, kimdənsə,

Bir səbəb axtar tap,

səbəblərin içindən,

Sıravi olmasın,

inanım ona…

Səbəbim biz olsun,

Bu qədər sadədir,

səndən istədiyim yeganə səbəb…

Bacarırsansa, mənə ver o bir səbəbi…

Başlayaq biz olub birgə yaşamağa…

 

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma