Nə yaxşı ki, sən varsan…


Çox vaxt insanlar istəyir, kiməsə demək: Nə yaxşı ki, sən varsan…

Qucaqlamaq bərk-bərk, buraxmamaq, pıçıldamaq qulağına: Nə yaxşı ki, sən varsan…

İnsanları tanıdıqca, layiq bilmirsən kiməsə bu sözləri deməyə… Bəzən isə layiq olanlar olur, amma daimi sakin olmazlar həyatında…

Bir gün gələr, biri gələr, çıxmaz sonra həyatından… Sevincindən ağlayanda, silər əlləriylə göz yaşlarını… Deyər sənə: Nə yaxşı ki, sən varsan…

Hər ötənə demək olmur, dəyərindən salmaq olmur, bu sözləri…

Bəzən olur, çıxır həyat yoluna belə insanlar, deyirsən, sonra çıxıb gedir həyatından, dəyər vermir sözlərinə, o sözlərdə qoyduğun sevgini belə hiss etmir nədənsə… Sənsə peşman olursan, etirafına görə… “Kaş ki, deməzdim, kaş ki, susardım, bilməzdi deyə”özünü danlayırsan…

Hər kimə dəyər verirsən, hər kimin ki, varlığına xoşbəxtsən, sevinirsən, o insanlar tez gedər həyatından, anlamaz səni… Ya da ki, gecikərsən, bunu deməyə, ölərlər sən cəsarət tapıb, bu sözləri deyənədək.

Nə yaxşı ki, sən varsan!- sevgi, cəsaratin, səmimiliyin təzahürüdür. Hər kəs söyləyə bilməz, ya qüruru mane olar, ya da ki, şərait, başqa insanlar.

Ən son anda, aciz olduğunu anladığında, keçərsən aynanın önünə, əllərinlə özünü qucaqlayarsan, sonra isə bir əlinlə yumruğunu vurarsan harasa, ağlayaraq dediyin kəliməyə: Nə yaxşı ki, sən varsan, aynadakı mən!

Tələsməyin, gecikməyin, ey insanlar, demək vaxtı gələndə, susmayın, deyin, nə olar, olar!

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma