Səninlə dostluğum…


img_4020

Foto: Nəriman İsmayılov

Bir qonaqlıqda tanış olmuşduq. Yanımda oturmuşdu. Sonra qonaqlıq bitdi. Martdan bəri ünsiyyətimiz yox idi. Bir neçə dəfə cəhd edib yadına salmaq istədim özümü. Yadına düşmədim. Avqust ayında qonaqlıqdan şəkil göndərdikdən sonra düşdüm yadına… Sonra dostlaşdıq. Yazışdıq. Yadına düşdü ki, kiməm mən… Mən bir çox kişilərin arzusu, bir çox kişilərin ideal qadını, əlçatmaz istəyi, məqsədiyəm…  Onu çox adam ideal hesab edir, ilahiləşdirirdi. Ünsiyyətdə olduqca, dost kimi görüşdükcə, tanıyırdım əslində kimdir.  Görsəndiyi kimi deyildi. Sanki şəxsiyyətinin ikiləşməsi, üçləşməsi vardı… Tez-tez dəyişirdi. Çox fərqli idik. Mən səmimi, açıq, ünsiyyətcil, mehriban, o isə… Çox düşünürdüm onu hansı heyvana bənzədə bilərdim, boyuna görə zürafəyə, xarakterinə görə tülküyə?! Hansı bitkiyə bənzədim onu alaq otuna, sarmaşığa? Vallah, düşünürəm təhqir olar tülkü üçün də, sarmaşıq üçün də… Tülküdən də betərdir, alaq otundan da…

Dostluq mənim üçün heyvandır, bitkidir. bağdır, meşədir sanki. Qulluğa, qayğıya, sevgiyə ehtiyacı var… Amma baxır kimə… Hər adama edəndə, dəyərini bilmir, ona görə də etməsən, yaxşıdır.

Son görüşümüz idi onunla. Bilirdim ki, vidalaşırıq. Özüm onu bu dostluğu bitirməsi üçün ardıcıl səbəblərlə təmin edirdim. Son görüşdə parkda gəzindik. İlk dəfə idi özündən danışmırdı. İlk dəfə idi fəlsəfi, dərin söhbət edirdik. Ağacları göstərirdi mənə. Təhlil və təsvir edirdik, insanlara bənzədirdik. Bilmədiyi bir şey var idi. Mən onunla dostluğumuzu qurumuş, ömrünü başa vurmuş, beli bükülmüş ağaca bənzədirdim. O ağacın ki, ömrü bu qışda bitəcəkdir. Çünki yaşadığını yaşamışdı o ağac, lap bizim avqustdan bəri başlayan dostluğumuz kimi… Çox qayğı göstərmədik, ya da ki, işığı, suyu, gübrəsi çox oldu. Nə fərqi var… Çürüdü… İçdən çürüdü…
“Dostum… İlk və son görüş idi, özündən danışmadın. İlk dəfə idi ki, səni dinləmək məni yormadı. İlk dəfə idi ki, özünü tərifləmirdin, goplamırdın. Sanki hiss edirdin ki, vidalaşırıq… Sən məni gözlədin sonra… Mənsə gəlmədim, bildim ki, dəyəcəyəm xətrinə… Bildim ki, qırmalıyam qəlbini… Bu dostluq bitməlidir. Bu dostluq səhvdir. “

Adamlar var ki, şar kimidir, iynəsini vuranda, bir az sıxanda, partlayır, pis hala düşür, görkəmini dəyişir, içindəki hava isə çıxır və bilirsən ki, sadəcə hava ilə dolu imiş, hava da çıxandan sonra heç nə qalmır, cırılmış şardan başqa…

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma