Facebook’u işlәtmәyin qızıl qaydaları (Samir Mehdi)


Kişilәrә aid bölmә:

1) Әgәr bir qız profili tәzә açılıb vә tәxminәn 10-15 dәqiqә öncә şәkil qoyub, sizә dostluq atırsa, demәk saxtadır. Ya sizi yoxlayan biri var, ya da dostlarınızdan kimsә mәzәlәnmәk istәyir

2)Statuslarınıza like qoyan, ürәk qoyan qız varsa bu o demәk deyil ki, o sizә “patxod” edir. O sadәcә paylaşımı bәyәnir

3)Әgәr hәmişә bütün statuslarınızı bәyәnәn, rәy yazan bir xanım bir neçә müddәtdir bәyәnmirsә, gözә dәymirsә, demәk sizdәn nәsә incikliyi var, ola bilsin ona kimsә nәsә çatdırıb.

4) Qadınlara şeir yazmaqla nәsә әldә edәcәyinizi düşünmәyin, onlar maksimum şeiri sevә bilәrlәr, sizi sevmәlәri şәxsi kriteriyalara aiddir. Әdәbiyyatı istismar etmәyin.

5)Әgәr bir qıza xoşlandığınızı etiraf edib, 1 gün sonra başqa qıza like qoyursuzsa bunu etiraf etdiyiniz qız dәrhal görür, hәtta sizi rәdd etsә belә.

6) Әgәr siz fb’da tanınırsıza, qıza yazdığınız sәmimi mesajlar screenshot şәklindә whatsappda podruqasına gedir.

7) Gecә saat üçdә online olan qıza yazmaq mәcburiyyәtindә deyilsiz. Bәlkә tәxirә salınmaz bir mәsәlәni müzakirә edir.

8) Şәklinә 150+ like gәlәn qıza şәrh yazanda ehtiyatlı olun, o qız cavab vermәyәcәk amma әksәr dostlarınız görәcәk.

9) Әgәr bir fenomen qızın şәklinә yazdığınız rәyi bir neçә oğlan dostunuz bәyәnirsә, bu, o demәk deyil ki, sizin yazınızı bәyәnirlәr, sadәcә demәk istәyirlәr ki, “gördüm haa, qaqaş”

10) Qızla sәmimi söhbәt üçün “abla” falan deyib başlamayın, bәlkә qızın sizdәn xoşu gәlir, bәxtiniz açılar.

Xanımlarq aid bölmә:

1) Facebookda bütün oğlanlar eyni deyil.

2) “Allahın salamı olsun” mesajları hamısı patxod üçündür.

3) “Narahat elәmirәm ki” mesajı patxod üçündür

4) Fb’da fenomen olan oğlan sizә diqqәt göstәrirsә demәk doğrudan da xoşu gәlir. Çünki gözә pis görünmәmәk üçün hәr yoldan ötәnә patxod elәmәz

5)Sevginin yaşı yoxdur. Oğlan yaşda kiçik dә olsa, onun düşünmә tәrzinә nәzәrәn yanaşın

6) Bütün yaraşıqlı oğlanlar qızbaz deyil, içlәrindә homoseksual olanları da var.

7) Әgәr bir oğlanın mesengeri gecә yarı online görünürsә bu o demәk deyil ki, o kiminlәsә danışır, ola bilәr interneti açıq qoyub, yatıb, messenger aktiv qalıb.

8) Gözәl bir qızdan sәmimi mesaj aldıqda oğlanlar screenshot edib dostuna göndәrir vә deyir ki, “bax qardaşıva kim, nә yazıb”

9) Boş ev axtarmayan oğlanlar var. Onlar tәk yaşayırlar.

10) Bir oğlan dostluq atan kimi sәhifәnizi başdan başa bәyәnirsә, tanışlıq mesajından özünüzü qoruyun.

11) Oğlan nömrә istәyirsә bu sadәcә ünsiyyәtin rahat şәkildә whatsappda olması üçündür, buna görә naz etmәyә dәymәz, whatsappdan blok etmәk olur.

12) Maşınla şәkil çәkdirәn oğlanların 50%nin maşını yoxdur.

13) Maraqlanmayın, onsuz da çayçıda oğlanların danışığını qavraya bilmәyәcәksiz.

14) Unutmayın sizi xalanız oğluna verirlәrsә, oğlanların da xalası qızı var 🙂

(C)

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma