Mənə söz vermə


kdr_3923

Foto: Nurlan GM

Mənə söz vermə, çıxış etməyə, tərif deməyə. Susmaq istəyirəm, incimə məndən…

Mənə söz vermə, öz məclisində, yadlara qoşulub içki içərkən….

Süzərək qədəhə dadlı zəhəri, qan bilib içirəm şərabı axı…

Şərəfə, sağlığa qalxsa da badəm, gördün ki, məstəm mən, mənə söz vermə

Dediyim hər kəlmə, hər sağlıq sözüm kiminsə xətrinə hökmən dəyəcək…

Söz vermə sən mənə, çox yorulmuşam, deyilən sözlərin yoxdur dəyəri…

Susaram yanında söz verən zaman, bu anda qoyuram son bir işarə,

Qədəhi başıma çəkəndən sonra yadigar qalacaq nöqtə və nida…

Mənə söz vermə, and içmə, bəsdir, əhdlərin,vədlərin borctək yığılıb,

İncimə, dözməyib bir gün tonqal qalasam mən söz borclarından,

Ya da ki, yığaraq söz borclarını, “ödəmək vaxtındır” deyərəm bir gün…

Odur ki, sən mənə söz vermə daha…

 

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma