Risklərin olduğu məkan-Absurdistan (tənqidi, satirik, yumoristik yazı)


11222352_10205547441225741_7108343685235543154_n

Biri vardı, biri yoxdu…

Var olanlar da vardı, var olmalı olanlar da yoxdu, yox olmalı olanlar da vardı, yox olanlar da yoxdu…

Yazımdan inciməyin, risk meneceri kimi yazıram… Yazıçı kimi yox…

Absurdistan adlı məkan var, bu məkanın o qədər absurd, gülməli riskləri, insan həyatları var ki, elə absurd hadisələr baş verir ki, gülməkdən başqa əlindən nəsə gəlmir, bir də başını götürüb qaçmaqdan savayı… Əlacsızsan…

Bu məkanda bir neçə cəbhə var:

  • Pofiqistlər, o qədər biganədirlər ki, nə yaxşı təsir edər onlara, nə də ki pis…
  • Absurdistanın qurucusu, idarə edəni…
  • Absurdistanın iki ayaqlı qurbanları…
  • Qurban olmayıb mübarizə aparanları…
  • Nə idarəedən, nə də qurban olanı, öz işində olanı, spekulyasiya, manipulyasiya edib, yaxşıdan da, pisdən də mənəvi və maddi mənfəət götürəni, güdəni…

Bura elə məkandır ki, doğrunu deyəni daşa basırlar, həqiqəti yazanı təhqir edirlər, söyüş söyməyəni, qəmiş olmayanı, şüvənliyə salmayanı, yaltaqlanmağı, sabunla və ya sabunsuz yumşaq yerə girməyəni, işverənlik etməyəni hörmətli insan, ziyalı saymaq qeyri-mümkündür…

Bura elə məkandır ki, gəncləri başını götürüb qaçır, qaçmaq istəməyəni ya susmalıdır, ya da aqibəti yaxşı bitməz… Hər kəs bilir ki, o, gənc haqlıdır, yenə də düşəcəklər üstünə, ətini didməyə…

Bura elə məkandır ki, çoxluq bədbəxtdir, çünki xoşbəxt olanda, bilmir ki, xoşbəxtdir, tox olmur nə gözləri, nə mədəsi, nə də ki, cibləri…

Bura elə məkandır ki, hər cür risk var, böyüyündən tutmuş kiçiyinədək… Risklər də ki, göz qabağındadır, maliyyəsi də var, maliyyə olmayan, mənəvisi də…

Bura elə məkandır ki, savadsızlıq və nadanlıq dəb halını almışdır. Dəblə ayaqlaşmayana deyirlər ki, “bizdən deyilsən, bas bayıra”…

Bura elə məkandır ki, absurdluq yarışı keçirilir, hər il iki kərə, özü də absurd məbləğlər sərf edilir absurd yarışlara…

Bura elə məkandır ki, gənclər yaşlıları bəyənmir, yaşlılar gəncləri, ortada isə orta nəsil qalır, onu də nə gənclər bəyənir, nə də yaşlılar, tərəf tutmadıqlarına və bitərəf olduqlarına görə…

Bura elə məkandır ki, gah paz olur, gah lox, gah da ki, soxan… Bunların da qurbanı var və olacaq… Çünki bura Absurdistandır. Hər kəsin də tükənməz yaradıcı düşüncəsi və təxəyyülü vardır…

Bura elə məkandır ki, tənqidçiləri də absurdcasına tənqid edir, yaltaqlananları da absurd yaltaqlanaraq tərif edir… Amma bu absurdluq fərqli, özəl və seçici olduğundan, həm absurd tənqidlər, həm absurd təriflər söz yiyəsindən dərhal ünvanına çatır. Arada absurd poçt ünvanları olur, saxta ünvanlar, bəzən absurdcasına səhvən o ünvanlara gedir, onlar da absurd qəmiş və şüvən olanların ünvanları olur…

Bura elə məkandır ki, qiymətlər qalxır, maaşdan savayı, amma hər kəs absurdcasına həyatından razıdır, narazı olanlar belə elə yaşayır ki, razı olanlar onların narazılığını absurdcasına anlaya bilmir və daha absurd təklifləri ilə onları real narazıçıya çevirməyə çalışırlar. Onlar isə yenə də narazı qala -qala razı həyatı yaşayırlar. Bilirəm, absurd mənzərədir. Amma Absurdistanda absurd olmalıdır axı…

Bura elə məkandır ki, absurd yarış və tədbirlərin absurd liderləri və qalibləri olur. Düşünürsən ki, bu hara, bu yarış hara, bu qələbə hara?! Sonra xatırlayırsan ki, Absurdistandasan…

Bura elə məkandır ki, gözəgirmək və irəli getmək üçün ilk növbədə absurd fikirlər səsləndirməli, absurd ittihamlar etməlisən… Absurdluqla ancaq absurd zirvələrə sahib olmaq olar…

Absurdistanın riskləri də absurddur, hər kəsin xəbəri var, amma heç kim heç nə etmir… Çünki bilir ki, risklər belə absurd olduğunu anlayıb, başını götürüb qaçacaq Absurdistandan, üzü qərb ölkələrinə doğru…

Absurdistanın sərhədlərini keçən kimi səni salamlayacaqlar:

  • Absurdistana xoş gəlmişsiniz, yerli və xarici qonaqlar…

 

 

 

 

Advertisements

Risklərin olduğu məkan-Absurdistan (tənqidi, satirik, yumoristik yazı)” üzərinə 2 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma