Qeyri-rəsmi müsahibə-Zemfira Kazımova


zema

Bu günkü müsahibim sosial şəbəkədə tanış olduğum mehriban, xoşniyyətli, səmimi, saf bir insan, xanımdır. O, həm mənim oxucumdur, həm də mən onun sosial şəbəkədəki paylaşımlarının izləyicisiyəm, özü də ki, aktiv izləyicisi. Maraqlı, fərqli düşünmə tərzi vardır, dünyagörüşü, ağlı, savadı olan, işgüzar xanımdır.

  1. Sizin üçün Zemfira Kazımova kimdir?

Sadəcə başqalarının dərdləri və problemləri üçün bu dünyaya gəlmiş biri.

  1. Zemfira adının mənası “göy yaqut” deməkdir, bu sözləri özünüzə aid edirsinizmi?

Yox ” Goy yaqut” sözləri mənə aid deyil)

  1. Sizin üçün uğur düsturunun elementləri nədir?

Ugur düsturunun bircə elementi var mənim üçün. Qələbə çalacağına bütün qəlbinlə inanmaq və sona qədər getmək.

  1. “Qızıl ortaqlıq, hər şey və ya heç nə” prinsiplərindən hansını seçirsiniz?

Ya hər şey ya heç nə. Həyatda ortaqlıq, boz rəng mənə görə deyill. Ya ag ya da qara olacaq hər şey.

  1. Sizcə təsadüflər zəruriyyətdən doğurmu?

Mütləq. Amma bəzən zərurəti olmayan təsadüflər də olub həyatımda.

  1. Həyat bir məktəbdir, bu məktəb sizə hansı dərsləri keçib?

Məktəb mənə hələ də dərs keçir amma mən hələ götürə bilmirəm o dərsləri. Zəif tələbəyəm))

  1. “Hər şərdə bir xeyir var” fikri ilə razısınızmı?

Hər şərdə bir xeyir var amma o xeyiri çox sonra dərk edir insan. Həmin an sadəcə şəri gorursən..

  1. “İt hürər, karvan keçər” bu prinsipə riayət edirsinizmi?

Çox vaxt hə. Amma bəzən iti daşlamaq da lazımdır. Yoxsa, it özünü canavar sanar.

  1. Sonrakı peşimançılıqda fayda varmı?

Sonrakı peşmançılıq bəzən fayda verir. Faydası odur ki bir də o səhvi etmirsən.

  1. Sizcə susmaq razılıq əlamətidir, yoxsa yola vermək və ya mübahisələrdən qaçmaq?

Bəzən susmaq sadəcə danışmaga, söz sərf etməyə belə dəyməz əlamətidir.

  1. Sizin üçün ən uğurlu sərmayə nədir?

Ən ugurlu sərmayəm insanlara etdiyim yaxşılıqlar olub. Sonralar etdiyimdən də çox qazanmışam bunun sayəsində. Yəni bir etmişəmsə, 100 də əvəzini görmüşəm. Hamıya aid olmasa da, mütləq içindən belələri çıxıb..

  1. Sabah öləcəyinizi bilsəydiniz, nə edərdiniz?

Edəcəyim şeylər üçün 1 gün çox azdır. Ona görə heç nə etmədən sadəcə 1 gün həyata baxardım. Sonra bir daha görmək imkanım olmayacağına görə.

  1. Zaman içində səyahət maşınınız olsaydı, hansı dövr və məkana getmək istəyərdiniz və niyə məhz o zaman və məkanı seçirsiniz?

Yalnız  Gələcəyə… Keçmişi artıq görmüşəm. Xoş olan bir şey də yoxdur keçmişimdə((

  1. Əsl dost –xoş günün dostudur, ya dar günün?

Xoş gününü hər dost həzm edə bilmir. Əgər o dostun özünün də xoş günü yoxdursa. Dar günün dostu daha çoxdur məncə.. Yalandan sənə məsləhət verənə bax, yol göstərənə bax, can can deyənlərə bax… Mən xoş günümdə təyin edirəm dostları..

  1. Hansısa bir yaradıcı istedadınız varmı?

Yox. Heç bir yaradıcı istedadım yoxdur. Yaxşı kı,  yoxdur.)))

  1. Tənqidə münasibətinizi bilmək olarmı?

Tənqid yaxşıdır, amma o tənqidi edənin niyyətinə və üslubuna bağlıdır. Bir də ki, məni tənqid edən adam məndən yüksəkdə durmalıdır, tənqid etdiyi movzuda.

  1. Riski sevənlərdənsiniz, yoxsa riskdən qaçanlardansınız?

Mən o qədər riskdən qaçmışam ki indi də risk məndən qaçır)))

  1. Sizcə, Siz özünüzü yaxşı tanıyırsınızmı? Sizin dost və düşməniniz olan cəhətləriniz hansılardır?

İnsanların dediklərinə dərhal, qeydsiz- şərtsiz, muhakiməsiz inanmaq mənim ən pis cəhətimdir. Bəzən sevdiyim insanlara hörmət etdiyimdən onun qüsurlarını görməzdən gəlmək də, sevmədiyim cəhətlərimdəndir. Sonralar o qüsurlar əleyhimə işləyəndə, artıq gec olur. Ən düşmən oldugum cəhətim isə insanları yola verə bilməməyimdir. Reaksiyalarımı gizlədə bilmirəm. Bu da mənə irəli getməkdə mane olur. Deyəsen, hec yaxşı cəhətim yoxdur mənim)))

  1. Sizcə, sizin dost, müştəri Sizin yerinizdə olmaq istəyirlərmi?

Nə deyim. Heç sual verməmişəm heç kimə bu barədə. Məncə, hər kəs öz yerində olsa, yaxşıdır.

  1. İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?

İndiki gəncləri təqdir edirəm. Məncə onlar daha cəsarətlidirlər. Hətta orta nəsildən də, gənclər daha cəsur və qətiyyətlidirlər. Sadəcə olaraq, bir az mənəvi dəyərlərini qorusalar, lap əla olar. Bir şeyə nail olmaq üçün mənəviyyatı xərcləmək olmaz.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma