Tövsiyə etdiyim kitablar


Həyat mozaikasının 5 əsas fraqmenti (Jim Rohn)

 

 

 

 

 

 

Yəqin ki, bir çoxunuz bilirsiniz ki, insanın müxtəlif növ qidası var:
1. Mənəvi və ya ruh, psixoloji (mədəniyyət, incəsənət məhsulları ilə qidalanma, musiqi dinləməklə, rəsmə baxmaqla, tamaşa və ya film izləməklə və s.);

  1. Fiziki (ərzaq məhsulları və içki);
  2. İntim və ya fiziki təmas.
  3. Yaradıcı beyin (mütaliə, müşahidə, fəlsəfə)
  4. Orqanizmin sağlam qidasının son elementi – idman və gəzinti, istirahət.

Bu qidaların hamısını almayan və ya ala bilməyən şəxs özünü hər mənada tam, mükəmməl və sağlam saya bilməz. Bu qidaların hamısı insan üçün eyni zamanda və paralel olaraq lazımdır. Belə ki, yarımçıq insan da, tam insan da dərhal digərinsanlardan seçilir.

Bu qidaların insan həyatında rolu və zəruriliyini kimsə inkar edə bilməz. Sağlam ruhun və orqanizmin olması üçün hər bir qida növünün əvəzedilməz rolu vardır.

Məsələn, mənəvi və ruh qidası tək rəsmə baxmaq, musiqi dinləməklə, filmə və ya tamaşaya baxmaqla bitmir, həm də özünü bu ruh məhsullarını yaradan sahiblərin yerinə qoymağa və yaratmağa da sövq edir, beləliklə sərf etdiyimiz enerji qəbul etdiyimiz və paylaşdığımız qmənəvi və ruh qidasından asılı olaraq artır, paylaşılan hər şey artır. Neqativ qida olacaq, neqativ artacaq, pozitiv olacaq, pozitiv artacaq. Kimə nə verirsənsə, o daqayıdır. Həyatın bu qanunu insanların özlərinə də birbaşa keçmişdir.

Ya da ki, fiziki qida, ilkin və zəruri qida məhsulu və su olmadan insan yaşaya bilməz, qısa zamanda xəstəlik tapar. Yəni bizim qəbul etdiyim qida məhsulları və suda orqanizmin işləməsi və sağlam qalması üçün lazım olan minerallar, vitaminlər, xeyirli bakteriyalar vardır. Bu isə orqanizmi möhkəmləndirir və insanın yaşamasına səbəb olur.

İntim və fiziki təmas insanın əsas qidalarından biridir, bu qidanı öncə qəbul etmiş şəxslər üçün bu qidasız yaşamaq çətin olur və səhhətinə, əsəb və ruh halına birbaşa təsir edir, hətta xarakterinə də dolayısı təsiri olur. İntim insanın orqanizminə müsbət təsirlər də göstərir, mənfi təsirlər də… Məsələn, qorunmadan, ya da ki, xəstə, infeksion xəstəlik daşıyıcısı ilə əlaqə insanın xəstələnməsinə, uzunmüddətli və davamlı müalicəsinə və digər insanları yoluxdurmasına səbəb ola bilər. Bu qida növü də sağlam olmalıdır ki, orqanizm sağlam olsun.

Ən əsas qida növlərindən biri də yaradıcı qidadır, beynin birbaşa qidalanmasıdır. Bunun üçün isə mütaliə etməlisən, öz zövqünü formalaşdırmalısan, məntiq və fəlsəfəni, düşüncəni qidalandırmalısan. Əks halda, beyin inkişafdan geri qala bilər və insan inkişaf edə bilməz. Çünki insanı onun beyni idarə edir. Beyin ən dəyərli orqandır və onu qidalandırmaq vacibdir. Özü də ki, bu qida sağlam olmalıdır.

Sağlam bədəndə sağlam ruh olar. Sağlam bədən üçün sağlam qidadan əlavə sağlam həyat tərzi sürmək, istirahət etmək, yuxu və yemək rejiminə riayət etmək və idmanla məşğul olmaq lazımdır. İstirahət və idman isə bir-biri ilə birbaşa əlaqəlidir. İstirahətsiz orqanizm tez yorulur, xəstələnir, idmansız isə insan orqanizmi fiziki baxımdan möhkəm ola bilmir, xəstəliklər önündə aciz olur. Səhər tezdən oyanıb idman etmək və ya işdən, dərsdən sonra piyada gəzmək, velosiped sürmək, qaçmaq özü də bir idmandır.

Bütün bu qidaları bir araya gətirmək üçün isə insan bunu istəməlidir. Çünki bu həyatda rəqabətə dözümlü olmaq və mübarizə zamanı məhv olmamaq üçün lazımdır.

Həyata gəlincə, insan və onun xarakteri müxtəlif hissələrdən ibarət mozaika və ya pazldır. Bir yerə yığırsan, düz yığdınsa, bir mənzərə alınacaq, tam və düz yığdınsa, həqiqəti görəcəksən və həyatı, özünü dərk edəcəksən.

İnsanın özünün və həyatının dəyişilməsinə iki amil səbəb qismində təsir edir:

  • Çıxılmaz vəziyyət-neqativ nəticə və amildir;
  • İlham-ruh yüksəkliyi – pozitiv nəticə və amildir.

Mozaikanın əsas 5 elementi-bucağı isə:

  • Fəlsəfə- insanların şəxsi fəlsəfəsi, bilikləri və bu bilikləri əldə etmə prosesindən asılı olaraq formalaşır. Şəxsi fəlsəfə yelkən düzülüşünə bənzəyir. Hər bir insan güclü şəxsi fəlsəfəsini hazırlamalı, yeni informasiya almağa və verməyə hazır olmalı, şəxsi təcrübələrindən dərs almalı, kənar rəylərdən istifadə etməyi öyrənməli, başqa insanların uğursuzluqlarından və uğurundan nəticə çıxartmalı, pozitiv təsirin gücündən istifadə etməli, yaxşı müşahidə etməyi bacarmalı, yaxşı dinləyici olmalı, çox sayda kitab oxumalı, şəxsi gündəlik tutmalı və öz qərarlarını özü verməyi, qəbul etməyi bacarmalıdır;
  • Həyata və özünə münasibət – insan həyatı əhəmiyyətli dərəcədə onun nə bildiyindən asılıdır. Belə ki, verilən qərarlar çox zaman nəzəri və ya praktiki biliklərə əsaslanır. İnsan həm də hiss etdiyindən də çox asılıdır. Həyat və insanın şəxsi fəlsəfəsi əsasən həyatın məntiqi tərəfi-informasiya və ya düşüncə tərzi ilə bağlı olduğu halda, yaşayışına təsir edən emosional tərəfi əsasən həyata, insana münasibət vasitəsilə müəyyən edilir. Bilik fəlsəfəni, hisslər isə münasibəti, rəftar və ya davranışı müəyyən edir. Hisslər də bilik kimi keçmiş, indiki və gələcəyə bölünür. Keçmiş bilik və təcrübəmizdir, nəticədir, indiki zaman yaşam və yeniliklərdir, gələcək isə gözləntilərdir. Münasibət düzgün olarsa, nəticə də pozitiv olar. Unutmaq olmaz ki, ən yaxşı gələcək bu gündən başlayır və bu gün dünənə çevrilir. Deməli, gələcək də keçmiş olacaq. Ona görə də münasibət hər bir zamana uyğun olmalıdır. Hər şey başlanmadan bitir, başlanğıcın sonu vardır. Daha yaxşı gələcəyin öz konstruksiyası, gələcəyin isə öz qiymət cədvəli vardır və bu cədvəldə dəyər və qiymətlər dəyişə bilər. Təkbaşına uğur əldə etmək olar, amma çox çətindir. Öz vacibliyinin dərk edilməsi önəmli addımdır, prosesin başğalnğıcı, özünə baxış seçim mərhələsi, başqaları ilə ünsiyyət və başqalarına münasibət isə hisslərə təsir edir. Ətrafda kimin olması, onların hansı təsiri göstərməsi bu təsirlərin əlverişli və xeyirli olub olmaması önəmli amillərdir. Məhdud ünsiyyətin öz xeyri var, geniş ünsiyyətin isə öz əhəmiyyəti vardır. Yeni və daha təsirli mənbələr daim axtarışdadır. Həyatın dəyişməsi prosesi insanın daxilindən başlayır.
  • Fəaliyyət və ya təcrübə – Həyat öz mükafatlarını ehtiyaca görə deyil, xidmətə uyğun olaraq verir.İnsan həyatın ona verdiyi imkanlardan istifadə etməlidir. Gec-tez bütün bilik və pozitiv baxışlar fəaliyyətə çevriləcək. Ona görə də fəaliyyətə möhkəm və sağlam şəxsi fəlsəfə və həyata düzgün münasibətlə başlamaq lazımdır. Uğur və xoşbəxtlik üçün tək bilik, hiss və dərk etmə, fəlsəfəmiz yetmir, fəaliyyət mütləq olmalıdır. Bəzən insanlar elə ilk mərhələdə ilişib qalırlar, çünki yetərincə cəsarətləri, özlərinə inamsızlığı və maneələrə münasibətdə qorxuları və çoxsaylı bəhanələri vardır. Ən əsası istək və fəaliyyətimiz səmimi olmalıdır. Bəzən insanlar malik olduqların hər şeyi məşğul olduqları işə sərf etmir və işlərini sevmirlər. Ona görə də uğursuz və bədbəxtdirlər. İnsan inadkar və mübariz olmalıdır. Çətinliklərdən qorxmamalıdır. Nəticə əldə etmək üçün fəaliyyətdə olmaq lazımdır. Nəticə əldə edəndən sonra istirahət etmək olar. Öncə zəhmət çək, sonra bəhrəsini gör, daha sonra isə dincəl. Uğura gedən yol qısa olmur, qısa yol varsa, o təhlükəli yoldur. Geri o yolla qayıtması da qısa çəkəcəkdir. Dəyişmə prosesi seçimlərdən və qərarlar, istəklərdən başlayır. Fəaliyyət düşünülmüş olmalıdır. Fəaliyyət planlaşdırılmalıdır. Ən yaxşı plan isə sadə plandır. Fəaliyyət intizamlı olmalıdır;
  • Nəticələr- unutmayın, vaxtında başlanmış istənilən işgüzar və ya şəxsi fəaliyyət, lazımi vaxt keçdikdən sonra gözlənilən nəticəni verəcəkdir. Uyğun vaxt seçimi üçün əsas məhsuldarlıq, fəaliyyətin məqsədi isə nəticələrdir. Nəticələr hər zaman sərf olunan zəhmətlə mütənasiblik təşkil edir. Nəticə- keçmişdə yaranmış imkandan yaxşı istifadə etmiş insanlar üçün mükafatdır. Əldən verilən imkan nəticə verməyəcək. Nəticələr ölçülməlidir. Birinci ölçü vahidi-nailiyyətdir, ikinci yol insanın necə olmasına nəzər yetirməkdir. Hazırda nəyə malikdirsə insan, onu şəxsiyyəti hesabına cəlb edir. Uğurun ardınca qaçmaq yox, onu cəlb etmək lazımdır.  Daha çox inkişaf etmiş insan, şəxsiyyət, daha çox yaxşı nəticələrə nail olur. Gələcəyin mükafatları insanı gözləyir.  Dəyəri ödəyən, perspektivi qazanır. Nəticələr tez-tez yoxlanılmalıdır. Real vaxt ərzində hiss ediləcək uğurlar qazanılmalıdır.Unutmayın, baş verən hadisələr hər kəsin başına gəlir. Etinasızlıq gələcək problemləri artırır. Əminlik nəticələri müəyyən edir. Həyat insana iki seçim verir, bu seçimə uyğun da nəticə verir, maksimum və minimum;
  • Həyat stili-  yekun şəxsiyyət kateqoriyasını müəyyən edən mozaikadır. Necə yaşamağımız və həyatımızı necə qurmağımızdır. Çox adam yaxşı qazanmağı öyrənsə də, yaxşı yaşamağı öyrənə bilmir, öyrənmir. Həyat stili insanın həyata münasibəti və dəyərlərinin əksidir.  Miqdar və məbləğ anlamı deyildir. Həyat stilində mədəniyyət, zövq miqdara daxil deyildir. İnsanın kim və necə olmasının əksidir.  Həyat stilini öyrənmək və təcrübədə tətbiq etmək lazımdır. İstənilən nəyəsə çatan zaman əldə olanla xoşbəxt olmağı öyrənmək lazımdır. Olduğu yerdə olmalıdır insan. Qoy, həyat insana toxunsun.

Biznesdәki uğurun danılmaz vә inkaredilmәz 100 qanunu…

 

 

 

 

 

 

İstәr biznesdә, istәr insan hәyatında, insanlar arasında münasibәtdә 100 qanunu var. Bu qanunları bilib, nәzәrә almaqla, 100% uğur әldә etmәk mümkündür.

Hәr bir uğuru öncәdәn görmәk olar.

Bu uğurun 100 qanunu aşağıdakılardır:

İlk beş qanun hәyat qanunudur:

  1. Sәbәb vә nәticә;
  2. İnam;
  3. Gözlәnti;
  4. Cәlbetmә;
  5. Cavab vermәk.

Uğur qanunları:

  1. Nәzarәt;
  • Tәsadüf;
  • Cavabdehlik;
  • İstiqamәt;
  • Kompensasiya;
  • Xidmәt;
  • Tәtbiq edilәn cәhd vә sәylәr;
  • Artıq kompensasiya;
  • Hazırlıq;
  • Güclәndirilmiş sәmәrә;
  • Qәrar;
  • Yaradıcılıq;
  • Elastiklik;
  • İnadkarlıq.

Biznes qanunları:

  1. Mәram;
  • Tәşkilatçılıq;
  • İnsan vә müştәri mәmnuniyyәti;
  • İnsan vә müştәri;
  • Keyfiyyәt;
  • Köhnәlik;
  • İnnovasiya;
  • Böhran uğur amili;
  • Market vә bazar;
  • İxtisaslaşma;
  • Ayırdetmә;
  • Seqment;
  • Konsentrasiya vә diqqәt;
  • Mükәmmәllik.

Liderlik qanunları:

  1. Dürüstlük;
  • Cәsarәt;
  • Reallıq;
  • Güc;
  • Ambisiya;
  • Optimizm;
  • Hәssaslıq;
  • Möhkәmlik;
  • Müstәqillik;
  • Emosional yetkinlik;
  • Yüksәk icraçılıq;
  • Uzaqgörәnlik;

Pul qanunları:

1.Bәrәkәt;

  1. Mübadilә;
  • Kapital;
  • Zaman perspektivi;
  • Qәnaәt;
  • Konservasiya;
  • Parkinson;
  • Üçlәr;
  • Sәrmayә;
  • Qarşılıqlı faiz vә ya borclar;
  • Toplanma;
  • Cәzbetmә;
  • Sürәtlәnmәni sürәtlәndirmәk vә hipersürәt.

Satış qanunları:

  1. Satış;
  • Müәyyәnlәşdirmә;
  • Ehtiyac;
  • Problem;
  • İnandırmaq;
  • Tәhlükәsizlik;
  • Risk;
  • Etibar;
  • Münasibәt;
  • Dostluq;
  • Yerlәşdirmә;
  • Perspektiv;
  • Öncәdәn planlaşdırma;
  • Yalan motivasiya.

Danışıqaparma qanunları:

  1. Universallıq;
  • Gәlәcәk;
  • Qәlәbә vә ya heç nә;
  • Hüdudsuz imkanlar;
  • Dördlәr qanunu;
  • Vaxt;
  • Şәrtlәr;
  • Öncәdәn hissetmә;
  • Sәlahiyyәt;
  • Әks düşüncә;
  • Daha nәhәng güc;
  • Arzu;
  • Qarşılıq;
  • Çıxıb getmәk;
  • Yekunlaşdırmaq.

Vaxtın idarә edilmәsi qanunları:

  1. Aydınlıq;
  • Üstünlüklәr;
  • İkinci dәrәcәlilәr;
  • Әn dәyәrli mülkiyyәt;
  • Planlaşdırma;
  • Mükafat;
  • Ardıcıllıq;
  • Ling;
  • Vaxtın izlәnmәsi;
  • Tәcrübә;
  • Zaman tәzyiqi;
  • Tәk-tәk hәll etmәk;
  • Sәriştә.

Mәnbә: Brayan Treysi “Uğurun 100 qanunu”

Profaylinq

 

 

 

 

 

 

Profaylinq – qanunsuz hәrәkәtlәrin qarşısının alınması üsullarından ibarәt bir sahәdir. Profil sözündәn götürülmüş vә xarici görünüş, verbal vә qeyri-verbal davranışın tәhlili әsasında insan profilinin psixoloji metodlarla dәyәrlәndirilmәsidir.

İnsanın xarakterinә (insanın daxili vә xaricindә baş verәnlәrә qarşı münasibәti) uyğun psixoloji dildә danışır. İnsanın xarakteri 3 amilin tәsiri ilә formalaşır vә gizli vә ya açıq şәkildә özünü göstәrә bilәr:

  • Genetik;
  • Biogenetik (sinir sistemi vasitәsilә);
  • Sosial (әtrafda baş verәnlәrin tәsiri ilә).

İnsanların psixoloji dili (insanların davranış qaydaları) var vә 8 qrupa bölünür:

  1. İsteroid – daim diqqət mərkəzində olmaq üçün əllərindən gələni edirlər. Geyimləri və seçimləri diqqəti cəlb edir. Ətrafında baş verən hadisələrə səthi yanaşırlar ;

2.Epileptoid – aqressiv və sərt davranışlarına görə digər insanlardan seçilirlər. Həyatını plana uyğun sistemləşdirirlər. Ətrafında olan insanlar hər zaman səliqə – səhmana riayət etməyi tələb edirlər;

3.Paranoyal – güclü daxili qüvvəyə malik olurlar, özlərində liderlik qabiliyyətinə önəm verən insanlardır. Onların məqsədi qlobal, miqyası isə çox genişdir. Onların həyatı prinsiplər üzərində qurulmuşdur;

  1. Emotiv – ətraf aləmi hisslərlə qəbul edən insanlardır. Başqalarını dinləyib dərdlərinə şərik olmağa üstünlük verirlər. Öz rahatlıqlarını qurban verməklə, başqalarını düşünən insanlardır;
  • Hipertim – onlar aktiv həyatı sevən və ətrafında baş verənləri pozitiv qəbul edən enerjili insanlardır. Onlar üçün hazırcavablıq və yumor hissi vacib dəyərlərdən biridir. Ünsiyyəti sevdikləri üçün ətrafında insanlar olur, dostları çox olur;
  • Şizoid – qadağalardan qaçan insanlardır. Onlar həyata qeyri-adi baxışları ilə digərlərindən seçilirlər. Hər bir davranışında azadlıq axtarır, onların bu cür, fərqli yaşamaq haqqlarının olduğunu deyirlər;
  • Hәyәcanlı – Təhlükəsiz həyatı sevirlər. Daxilində stressin əlamətlərini hiss edir, hər zaman ehtiyatlı olmağa üstünlük verirlər. Hər bir addımını atmamışdan öncə çox düşünürlər;
  • Depressiv-kәdәr – həyatını neqativliyin üzərində qururlar. Dərd, çətinlik, sıxılmaq bu kimi düşüncələr onları motivasiya edir. Çünki onların neqativliyi pozitivlik üzərində qurulmuşdur.

Mәnbә: Tәbriz Hacıyev “Profaylinq: 60 saniyәdә insan tanıma sәnәti”

Xarizmatik insansanmı?

 

 

 

 

 

 

Xarizmatik insansanmı?

Bir çox insanlar “xarizma” sözünü düzgün və tam qəbul etmir, anlamırlar…

Xarizma ingilis dilində şarm deməkdir, şarm isə ancaq zahiri görkəmlə bağlı deyil, ümumilikdə  insanları bu və ya digər keyfiyyətlərin ilə cəlb, cəzb etmək, özünə bağlamaq, insanlarla səmərəli ünsiyyət və istəyinə nail olub, bəzən özünə sevdirmək məharəti deməkdir. Bəzi insanar anadangəlmə xarizmatik olur, bəzi insanlarda sonradan formalaşır.

Zəruriyyət təsadüfləri, səbəb nəticələri, sonda isə insanlardan insanlar doğar…Təsadüfi, nəticəsiz nəsə yoxdur… Dünyada ən dəyərli hədiyyə kitab, ən dəyərli sərmayə bilik, bacarıq və təcrübə, ən dəyərli kapital sizin haqqınızda formalaş ictimai rəy, ən dəyərli uğur istənilən nəticəni əldə etmək, ən dəyərli silah təbəssüm və ağıl, səs və sözlər, ən dəyərli məşğuliyyət insanları dinləmək, müşahidə etmək, təhlil etmək, ən dəyərli varlıq isə xarizmadır.

Xarizmatik olmaq – həm zahiri görkəmcə, həm xarakter, düşüncə baxımından fərqli olmaq, qeyri-adiliyini qəbul etdirmək, seçilmək və insanlara təsir etməyi bacarmaq deməkdir.

Anadangəlmə xarizmatik olmaya bilərsiniz. Xarizmatik olmağın sirrləri və alətləri vardır. Xarizmatik olmaq istəyirsinizsə, məqaləni sonadək oxumağınız tövsiyə olunur.

Xarizmatik insanları tapın, seçin, onları müşahidə edin, öyrənin, hissə-hissə öz üzərinizdə təkrarlayın. Xarizma tək əməli hərəkət, siqnal göndərmək deyil, həm də psixoloji özünü izləmə, dərk, qəbuletmə, inkişaf etməkdir.

Unutmayın, xarizma insanların bir neçə anadangəlmə və sonradan formalaşan keyfiyyətlərinin vəhdətidir, məmnunluq doğurur, cazibə gücünə malikdir.

Xarizmatik insan olmağın əsas sirri insanlarla ünsiyyət və davranış zamanı təbii və səmimi olmaq, pozitiv enerji bəxş etmək, insanlara sevinc, təbəssüm verməkdən dərin zövq almaqdır.

Xarizmatik insanlar heyrətləndirməyi, yeniliyi bacarırlar.

Xarizmatik insanlar özlərini vacib hiss etdirməyi bacarırlar.

Xarizmatik insanların cəzb etmək, inandırmaq, heyrətləndirmək modeli olur və fərdidir.

Elə bu gündən xarimzatik insan olmaq qərarına gəlin və insanlarla ünsiyyətdə tətbiq edin.

Xarizmanınızı ölçün, 10 ballıq şkala üzrə özünüzə qiymət verin. Sizi tanıyan bir adamdan sizi qiymətləndirməsini xahiş edin. Onun verdiyi qiymət sizin həqiqi qiymətiniz olacaq.

İnsanın ən dərin istəyi dəyərli olmaq və dəyərləndirilməkdir. Qarşınızdakı insana dəyər verin, onun özünü dəyərli hiss etməsinə şərait yaradın, özünüzə dəyər verin.

Xarizmatik olmağın 5 üsulu var. Hamısını tətbiq etsəniz, xarizmatik insana çevrilə və istənilən sahədə və kəslə ünsiyyətdə uğur əldə edə bilərsiniz.

Əsas onu unutmayın ki, insan özünü sizin yanınızda nə qədər vacib hiss etsə, sizi bir o qədər xarizmatik hesab edəcəkdir.

Üsulları:

Qəbul etmək – qarşınızdakı insana bəxş edəcəyiniz ən dəyərli hədiyyə istənilən vəziyyətdə ona pozitiv münasibət bəsləmək və pozitiv enerji ötürməkdir, insanı olduğu kimi qəbul etmək və dəyişməyə çalışmamaqdır. İdeal insan yoxdur. Sizin nöqsan və çatışmayan cəhətləriniz var, ona görə də başqalarında nöqsan və çatışmayan cəhətləri axtarıb, üzünə vurmağa və ya başına qaxmağa ehtiyac yoxdur. Ən pis vəziyyətində belə gülərüz və xoşniyyətli olun, təbəssümünüzü ona ötürün;

Alqışlamaq – qarşınızdakı insanın gördüyü işin böyük və kiçik olmasından asılı olmayaraq onu hər zaman dəstəkləyin, alqışlayın, ona təşəkkür edin. Eynisini sizə edəndə, özünüzü necə hiss edəcəksinizsə, qarşınızdakı insan da elə hiss edəcəkdir. İnsanlara nə verirsinizsə onu da cavabında alacaqsınız. Pozitiv olun, təbəssüm verin, dəyər verin, xoş təsirlər göstərin;

Təsdiqləmək – başda siz olmaqla, hər kəs həyatı boyu gördükləri iş, hərəkət və davranışlarının, uğur və sözlərinin təsdiqlənməsinə ehtiyac duyur. Onların bu ehtiyacını onlara verin. Yaxşı iş gördüyündə bir insan təşəkkür etdikdən əvvəl və sonra tərifləyin. Tərif yaltaqlığa çevrilməməli, səmimi olmalıdır;

Heyran olmaq – tərif və komplimenti sevməyən insan yoxdur. Komplimentdə həqiqət olarsa, qarşınızdakı insana verdiyiniz dəyəri özündə ifadə edəcəkdir. Yaltaqlıqla, komlimenti qarışdırmayın və şişirtməyin. Komplimentlə qarşınızdakı insanın özünə olan inamını və dəyərini artıracaqdır və onun üçün hər bir başlanğıcda stimul olacaqdır;

Diqqət – ən dəyərli amil və üsul isə diqqətdir. Özünә qiymәti artırır. İnsanlara münasibәtdә daha diqqәtli olsanız, onlar özlәrini daha dәyәrli hesab edәcәklәr. Diqqәtli olduqda, bezdirmәmәyә çalışın vә girici olmayın. Hәtta yaxın olmayan, uzaq tanışınıza belә diqqәtli olun, gördüyünüzdә sevinin. Hәmin anda әn dәyәrli adam mәhz o olsun.

Unutmayın, bu 5 üsulda ifrata varmayın, yaltaq, bezdirici olmayın, tәbii, sәmimi, pozitiv olun.

Dinlәmәyi öyrәnin. Suallar verib cavabları sonadәk dinlәyin.

İnsanlarla emosional bağlılıq yaratmaq bacarığında emosional әmsalı vә intellekt әmsalı uğura gәtirir. Bu uğur sosial emosional intellektdir.

Sәmәrәli dinlәyici olmağın 5 yolu var:

  1. Diqqәtlә qulaq asın. Tәrәf müqabilinizin sözünü kәsmә

2.Gözlәrinizi ona yönәldin.

  1. Cavab vermәyә tәlәsmәyin. Ara verin, nәfәs alın.
  2. Dәqiqlәşdirmәk üçün suallar verin. Mәnasız yox, dәrin, düşündürücü suallar verin.
  3. Eyni fikri öz sözlәrinizlә hәmsöhbәtin özünә qaytarın, sözlәrinә qüvvәt olaraq sözlәr deyin.

Unutmayın, qadınların beynindә 7 mәrkәz, kişilәrdә 2 mәrkәz işlәyir. Ona görә dә qadın daha diqqәtli, dinlәmәyi bacaran olur.

Unutmayın, dinlәdiyiniz zaman eşitdiklәrinizin fәrqinә varın.

Qadınlar xarizmatik kişilәri sevirlәr.

Beş insan qrupu var: müdriklik aşiqlәri, şәrәf aşiqlәri, uğur aşiqlәri, pul aşiqlәri, gözәllik aşiqlәri.

Platon
Mәnbә: Brayn Treysi, Rob Arden: Xarizmanın gücü

Həyatımda Robert Qrinin “Hakimiyyətin 48 qanunu”

 

 

 

 

 

 

Boş vaxtım olanda, mütaliə etməyi sevirəm, hər mövzuda oxuya bilərəm, bircə detektiv, dəhşət filmləri kimi mövzuya malik olmasın, bir də ki, kitabın əvvəlini oxuyanda sonunu bilsəm, kitab maraqsız gəlir, film də həmçinin…

İstirahət zamanı piyada gəzintiyə çıxmağı, parkda gəzməyi, yazı yazmağı, filmə baxmağı, musiqi dinləyib, rəqs etməyi, toxuma sapları ilə yun nə isə toxumağı, yeni reseptləri oxuyub, yeni nəsə bişirməyi çox sevirəm, mənə rahatlıq gətirir, gərginlikdən azad edir məni…

Həmişə eyni şeyi etməyi sevmirəm, darıxdırır fərqlilik olmayanda… Yeniliyə meylliyəm…

Robert Qrinin “Hakimiyyətin 48 qanunu” kitabını dövlət işində işləyən bir təcrübəli tanışım məsləhət bilmişdi, axtardım, Qanun nəşriyyatının sifarişi ilə tərcümə edilmiş kitabı yeni il ərəfəsində “Soyuq əllər, isti ürəklər” xeyriyyə aksiyası zamanı əldə etdim, peşiman deyiləm… Kim oxumayıbsa, məsləhət bilirəm… Çünki burada dövlət hakimiyyəti deyil, insanın özü həyatı və həyatındakılara da hakim olması qanunlarını öyrədir, yəni ictmai və fərdi düşünmək, təhlil etmək lazımdır.

Qanunlar (bəzi qanunlarda ermənilərin davranışını xatırladım):

  1. Kölgən heç vaxt hökdarın üstünə düşməsin- Yəni ki, hökmdarın üzərində hökmən işıq olmalıdır, kölgədə yox, kölgən düşsə, deməli ya onun bərabərindəsən, ya bir addım arxada, bərabərinə gəlib, sonra bir addım öndə ola bilərsən, hökmdarın yadına düşə bilərsən, onu qəzəbləndirə bilərsən;
  2. Dostlara hədsiz dərəcədə etibar etmə, düşmənlərdən yararlanmağa çalış- Fikirlə razıyam, çünki bu günün dostu, sabah yad insana və ya düşmənə çevrilə bilər, düşmənlərindən istifadə etmək lazımdır, düşmənin düşmənlərini bilməklə, onu məğlub etmək olar, düşmənimin düşməni, mənim dostumdur;
  3. Niyyətlərini gizlət- Niyyətlərin məlum olsa, səndən öncə o niyyətini kimsə gerçəkləşdirə bilər, sürpriz olmaz, təəccüb doğurmaz, həm də maraqsız olarsan, sənə lazım olan nəticəni əldə edə bilməzsən;
  4. Həmişə zəruri olduğu güman ediləndən az danış-Danışmaq gümüşdürsə, danışmamaq, susmaq qızıldır, susduqca, qarşı tərəfi dinlədikcə, müşahidə etdikcə, daha çox öyrənirsən;
  5. İşgüzar nüfuzundan həddən çox şey asılıdır, onu həyatın bahasına qoru-Tamamilə doğrudur, ona görə də hər zaman işgüzar ad və nüfuzumu qoruyub saxlayıram, ləkələnməsinə və şər atılmasına icazə vermirəm, qeyri-qanuni nəyəsə getmirəm;
  6. Nəyin bahasına olursa olsun, diqqət qazan-Diqqət qazanmaq uğura gedən yolda addımlardan biri və öndə olanıdır. Diqqət olmadan, gördüyün işlərin mənası yoxdur;
  7. Başqalarını özünə işləməyə məcbur et və nəticələrindən bəhrələn- İndi bir çox insanlar bu qanuna əməl edir və onunla hərəkət edir, işlədir və öz adına çıxır, işlədir və nəticəsinin bəhrəsini özü görür, özü irəli gedir;
  8. Adamları sənə yaxınlaşmağa məcbur et, əgər lazımdırsa, tələ yemi istifadə et- Ətrafına çoxlu insan cəlb et, açıq görsən onlar üçün, cəlb et, cəlb etdikcə, diqqət mərkəzində olacaqsan, “tələ yemi” isə hər bir insanın fərdi marağına uyğun olaraq müzakirə etməyi öyrənməkdir, onlara özünü yaxın bilməkdir;
  9. Qələbəyə dəlillərlə yox, əməllərlə nail ol- Həqiqətən də, qələbə dəlillərlə deyil, əməllərlə əldə edilir, sübut etməyə bilərsən, əsas real faktların əməldə əks edilməsidir, sözün qiyməti indi qalmamışdır;
  10. İnfeksiya: Şən olmayanlardan və bəxti gətirməyənlərdən qaç- Bu qanun da doğrudur, uğursuz və neqativ düşüncə və həyat tərzi olanlar, neqativ əhval-ruhiyyədə olan, şikayət edən, təmbəl edən insanların arasında irəli getmək olmur, dərhal onların təsiri altında, özün də onlar kimi olursan;
  11. Çalış adamlar səndən asılı olsunlar- İnsanların yanında qalması və diqqət mərkəzində, lazımı şəxs kimi gündəmdə qalmaq üçün hökmən insanları özündən asılı vəziyyətə salmalısan, onlar üçün maraqlı olmalısan;
  12. Qurbanının tərkisilah etmək üçün hərdən düzgünlük və səxavət göstər- Həqiqətən də ən uğurlu biclik və məqsədə nail olmaq yollarından biri düzgünlük və səxavətli, əliaçıq olmaqdır, özü də ki, həmişə deyil, arada bir, ardıcıl olaraq, bu yolla onlar səndən asılı vəziyyətə düşəcəklər;
  13. Kömək xahiş edəndə, insanların şəxsi təmənnasına çağırış et, heç vaxt mərhəmətə və ya genişürəkliliyə çağırış etmə- Doğurdan da, fərdiçiliklə, parçalamaqla, qərəzli və təmənna əsaslı maraq yaratmaqla, diqqəti cəlb etmək və köməyə nail olmaq olar. Təmənnasız yaxşılıq və kömək etmirlər, maraqları olmur;
  14. Dost rolunu oyna, xəfiyyə kimi fəaliyyət göstər- Dost olduğun halda belə tam inanma, araşdır, müşahidə et, öyrən, zəif və güclü tərəflərini öyrən, bəlkə dost maskasını geyinən birisidir, nəsə təmənna və məqsədi vardır, səmimi deyildir, sənlə bağlı nəyisə gizlədir;
  15. Düşməni tamamilə darmadağın et- Şübhəsiz onu ağlınla və hərəkətlərinlə elə məhv edə və məğlub edə bilərsən ki, heç ruhu da inciməz;
  16. Öz yoxluğunu, hörmət və şərəfini artırmaq üçün istifadə et- Hər zaman göz önündə diqqət mərkəzində olan insan üçün müəyyən bir müddətə yox olmaq yaxşıdır, sənə tələb artar, sənin üçün darıxarlar, hörmət və qiymətin qalxar;
  17. Başqalarını yerdən üzülmüş vəziyyətdə saxla: hərəkətlərinin öncədən deyilməsi mümkün olmayan mühit yarat-Gözlənilməz insan ol, səni oxuya və tanıya bilməsinlər, səndən nə gözləyəcəklərini bilməsinlər;
  18. Özünü müdafiə etmək üçün qalalar tikmə: təcrid olunmaq təhlükəlidir- Açıq ol ünsiyyət üçün, təcrid olunmaq tənhalığa və depressiyaya gətirir və əsl lider və idarəedici, sosial aktiv, ictimai xadim ictimaiyyətin içindən olur, ictimaiyyət içində olmalıdır. Ən yaxşı müdafiə hücumdur və aktiv olmaqdır;
  19. Kiminlə iş gördüyünü bil: Lazım olmayan adamın xətrinə dəymə- Çünki sabah nə olacağını kimsə bilmir, bu gün lazım olmaya, sabah isə lazım ola bilər. Kiminsə xətrinə dəymə, istənilən insan sənin tərəfdaşın ola bilər;
  20. Heç kim ilə birləşmə- Birləşmək, öz qərar, maraq və mənafelərindən imtina etmək və tabe olmaq, zəifliyini etiraf etmək deməkdir;
  21. Sadəlövhü tovlamaq üçün özünü sadəlövh qələmə ver: Hədəfindən axmaq olduğun təsiri bağışla-  Kim necədirsə, onunla elə münaisbət qur, hər kəsin öz dili var, dtapmaq lazımdır. Nəyəsə nail olmaq üçün bəzən rol oynamaq lazım gəlir;
  22. Kapitulyasiya taktikasından istifadə et: zəifliklərini qüvvəyə çevir – Zəifliklərin səni uğura da, uğursuzluğa da, qələbəyə də, məğlubiyyətə də apara bilər. Zəif tərəflərini bilib, onlardan elə istifadə edə bilərsən ki, onlar sənin güclü tərəflərinə çevrilə bilər;
  23. Qüvvələrini cəmləşdir- Qüvvə, enerjini qorumaq, onları toplamaq, mərkəzləşdirilmiş şəkildə saxlamaq lazımdır. Bir neçə yerə parçalanmaq və bir neçə işi görmək lazım deyildir;
  24. Əsl saray əyani kimi davran- Özünü gözə soxmaq, göz önünə qoyub nümayiş etdirmək lazım deyildir. Qayğısız olmaq lazımdır. Qılığa girəndə həddi aşmamaq gərəkdir.Qayğıya qal ki, nəzərə çarpsınlar səni.  Kiminlə iş görməyindən asılı olaraq, ünsiyyət stilini və dilini dəyişmək lazımdır. Bəd xəbərlər gətirmək olmaz. Öz rəisinlə familyarlıqdan və yaxın olduğunu nümayiş etdirməkdən qaçmaq, özünü kənardan görməyi bacarmaq, öz hisslərinə yiyələnmək, zamanın ruhuna uyğun olmaq, ləzzətin mənbəyi olmaq tələb olunur. Mövqecə yuxarıda olanı heç vaxt tənqid etmək, nəsə xahiş etmək, xarici görkəm və zövqlə bağlı zarafat etmək olmaz;
  25. Özünü yenidən yarat – Cəmiyyətin və insanların sənə sırıdığı rolu qəbul etmək lazım deyil. Özünü yenidən yaratmaq, diqqəti cəlb edəcək, publikanı darıxmağa qoymayacaq fərdiçilliyinizi dünyaya göstərməkdən yorulma;
  26. Əllərini təmiz saxla – Nəciblik və işqabiliyyətliliyinin nümunəsi kimi görünmək lazımdır. Əllər heç zaman səhv və çirkin işlərlə bulanmamalıdır. Ləkəsiz görkəmi qoruyub saxlamaq tələb olunur;
  27. Adamların ehtiyacları üzərində oyna, fanatik tərəfkeşlər ordusunu yarat- İnsanlar nəyə isə inanmağın çox güclü istəyini duyurlar. Onların ardınca düşə biləcəkləri dayaq, yeni inam verməklə, belə bir istəyin obyekti olmaq lazımdır. Nitq az anlaşılan, lakin çox vədli olmalı, entuziazmmı dərrakədən  və düşüncə aydınlığından yüksək tutmaq lazımdır. İmkan daxilində daha sadə, dumanlı olmaq, intellektə əks-taraz olaraq zahiri olan hər şeyə və emosiyalara xüsusi əhəmiyyət vermək, öz qrupuna bir təşkilat strukturu və mpvzu tapmaq, gəlirlərin mənbəyini açıqlamamaq, “kim bizimlə deyil, o bizə qarşıdır” əməliyyatını hazırlamaq  lazımdır;
  28. İşdən tərəddüd etmədən yapış- Əgər işin sən necə gedəcəyinə əmin deyilsənsə, onu başlamamaq lazımdır. Şübhə və tərəddülər işin icrasına mane olur;
  29. Hər şey lap axıradək planlaşdır- Yekunlaşdırma hər şeydir. Ona doğru bütün yolu planlaşdırmaq, bu vaxt özünü bütün zəhməti heçə endirərərk şan-şöhrəti başqasına qismət edə biləcək bütün mümkün nəticə, maneə, fortunanın dəyişkənliyini hesaba almaq lazımdır;
  30. Səylərini büruzə vermədən uğur qazan- Hərəkətlər kənardan təbii və asanlıqla yerinə yetirilən kimi təsir bağışlamalıdır Buna qoyulan zəhmət və tərin hamısını, elə bütün hiyləgər tryuklar kimi gizlətmək lazımdır;
  31. Variantların hamısını nəzarət altında saxla: Qoy başqaları sənin payladığın kartlarla  oynasın- Ən yaxşı başaldatma sənin başqa adama sanki seçimetmək imkanı vermək yalanıdır. Qurbanda seçim azadlığı illüziyası oyanmalıdır. İnsanlara verdiyin seçim sayəsində, nəyi seçsələr belə, sən qalib gələcəksən. Onlar iki şərdən birini seçməyə məcbur et.;
  32. İnsanların fantaziyaları üzərində oyna- Həqiqətdən çox vaxt qaçırlar, çünki o gözəgəlimki və gözəl deyildir. Əgər illüziyaların alt-üst olması üzündən baş verəcək partlayışa hazır deyilsənsə, həqiqətə və reallığa heç vaxt istinad etmə. Həyat o qədər qəddar və acıdır ki, ona romantik fantaziya gətirməyə qabil olan adamlar səhrada oazis kimidirlər və onlara doğru can atırlar;
  33. Hər bir adamın zəif simlərini bil- Hər kəsin zəiflikləri, qala divarında boşluqları var. İnamsızlıq, nəzarət olunmayan emosiyalar və ya arzular, kiçik gizli əyləncələr bunlara aiddir. Hər necə də olsa, zəiflikləri aşkar edəndə, onu özünə xeyirin üçün istifadə edərək, işgəncə silahına çevir;
  34. Öz  təbirincə şahanə ol: özünü kral kimi apar və kral kimi qəbul olunacaqsan- çox vaxt özünü necə təqdim edərsə,onunla da başqaları elə rəftar edəcək;
  35. Vaxtı idarə etmək sənətinə yiyələn- Tələsdiyini biruzə vermək olmaz. Tələskənlik özün və vaxtınla sərəncam verməyi bacarmadığını üzə vurur. Həmişə sakit görünmək lazımdır, hər şey əvvəl-axır öz ayağı ilə əlinə gələcək. Düzgün məqamı seçməyi, zamanın ruhunu tutmağı, səni hakimiyyətə gətirəcək tendensiyaları tutmağı öyrənmək lazımdır;
  36. Nəyə malik ola bilmirsənsə, ona nifrət et: Saya almamaq, ən yaxşı qisasdır – Xırda şeyi problem kimi qəbul etməklə, ona mövcud olmaq hüququnu verirsən, onu qüvvə ilə təmin edirsən. Düşmənə nə qədər çox diqqət ayırsan, o qədər də o güclü olur. Bəzən hər şeyi olduğu kimi saxlamaq lazımdır. Sən nə qədər az maraq göstərsən, bir o qədər əlçatmaz olduğun barədə təəssürat oyadacaqsan;
  37. Unudulmaz tamaşalar yarat- Gur obrazlılıq, simvolik gözəl jestlər hakimiyyətin aurasını yaradır, istənilən adamı özünə tabe edir. Unudulmayan tamaşalar qur, baş rolda ol, unudulma;
  38. Nə istəyirsən fikirləş, amma hamı kimi hərəkət et- Əgər orijinal ideyalar və qeyri-ortodoksal yollarla fors etdiyini, öz zamanını qabaqladığını, əsrə qarşı getdiyini göstərmək istəyirsənsə, adamlar sənin diqqəti cəlb etmək istədiyini, onlara isə yuxarıdan aşağıya baxdığınə düşünə bilərlər.  Bu zaman isə onları səni cəzalandırmaq üçün uyğun zaman və məkan axtarıb tapmağa sövq edəcəkdir. Onlarla qaynayıb qarışmaq, hamı kimi olmaq qat-qat təhlükəsizdir. Orijinal olduğunu isə ancaq çox yaxın olan adamlara açmaq olar;
  39. Suyu bulandır ki, balığı tutasan- Qəzəb və emosiyalar strateji cəhətdən mütləq qaydada səmərəsiz və bəhrəsizdir. Həmişə təmkinli, obyektiv olmaq lazımdır. Sakit davranmaqla da, düşmənlərini qəzəbləndirmək və qalib gəlmək olar. Düşmənləri müvazinətdən çıxartmaq lazımdır. Onların boşluqlarını onlara qarşı istifadə etmək tövsiyyə olunur;
  40. Müftə naharları ikrahla rədd et- Müftə təklif edilən hər şey təhlükəlidir. Bunun arxasında hiyləgər tryuk, gizli öhdəlik dayana bilər. Qiyməti nəyə isə dəyən şeyə görə isə haqq ödməyə dəyər. Çox zaman tam qiyməti ödmək daha doğrudur, səxavətli olmaq hakimiyyətə gəlməyin yollarından biridir;
  41. Dahilərin izləri ilə getməyə çalışma- Həmişə elə gəlir ki, əvvəllər baş verən, sonradan olandan daha yaxşı və orijinaldır.  Əgər istiqaməti dəyişsən, varisi olduğun və ya güclü valideynlərin, nəslin kölgəsindən çıxa bilər və istiqamətini tuta bilərsən, öz adını və şəxsiyyətini yaratmış olarsan;
  42. Pastırı sarsıt və pastva dağılaşacaq- Bəlanı çox zaman güclü şəxsiyyət-araqarışdıran, sakitliyi pozan, özünəəmin olan bambılı gətirə bilər. Əgər belə insanlara meydanı versən, o zaman insanlar onun təsiri altına düşəcəkdir. Onların təsirlərini onları təcrid etmək, qovmaqla neytrallaşdırmaq olar. Onu kənarlaşdırın-ətrafı özü qaçıb dağılacaq;
  43. Ətrafdakıların ürəklərini və beyinlərini qazan- Zorakılıq, özünüzə qarşı yönələcək münasibət doğurur. İnsanların ürəklərini ələ alanda, onlar özləri sənə tərəf hərəkət edəcəkdir.Şirnikləndirə bilmək üstünlükdür. Hisslərə təsir etməklə, müdafiəni yumşaltmaq, insanlara əziz olanların və onların qorxuları üzərində oynamaq lazımdır;
  44. Güzgü effektinin köməyi ilə tərksilah et və qəzəbləndir- Güzgü reallığı əks etdirir. Həm də başaldatmağın mükəmməl silahıdır. Düşmənlərin sənə nə edirsə, güzgü prinsipi ilə geri qaytar, əsl niyyətini gizlət. Güzgü effekti  onları alçaldır, onlara öz hisslərini gizlətməyə mane olur. Güzgünü ürəklərinə tut, dəyərlərini göstər, əməllərinə tut, onlara dərs ver;
  45. Dəyişikliklərin zəruriliyindən danış, amma islahatlara çox da aludə olma – Dəyişikliklərə tələbat hər kəsə aydındır, lakin bir gündə yaşayan adamları vərdişlər formalaşdırır. Köhnə iş metoduna hörmət etmə tamaşasını qur, gözlənilməz dəyişiklikləri bir dəfəyə etmə;
  46. Heç bir halda, həddən artıq müasir olduğun təsiri bağışlama – Başqalarından yaxşı olduğunu göstərmə. Ən təhlükəlisi günah və səhvlərin, zəifliklərin mövcud olmamasıdır. Paxıllıq gizli düşmənlər doğurur. Ağıllı insanlar vaxtaşırı nöqsanlarını göstərir ki, paxıllıq da gizli olmasın;
  47. Qarşına qoyduğun məqsəddən uzağa getmə: qələbə qazananda, nə vaxt dayanmalı olduğunu bil – Qələbə anı daha çox ən böyük risk anıdır. Özünə çox əmin olsan, əsl məqsəddən uzaqlaşa bilərsən. Həddən artıq uzağa gedərək, düşmən qazana bilərsən. Düşünmək, planlaşdırmaq lazımdır. Qarşına məqsəd qoy, ona çatan kimi dayan;
  48. Formanın qeyri-müəyyənliyinə yiyələn – Konkret forma və planlara malik olmaqla, düşmənə açıq olursunuz. Daim hərəkətdə olmaq lazımdır. Müəyyən heç nə yoxdur, həmişəlik qanunlar da özünü müdafiə etməyin ən yaxşı üsulu – su kimi axarlı, formasız olmaqdır.

Bir çox qanunlara şəxsən əməl edirəm və bir çoxu ilə tamamilə razıyam. Bu kitabı oxumağa dəyər.

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma