Qeyri-rəsmi müsahibə


Qeyri-rəsmi müsahibə-rəssam, mühəndis Pərviz Əsədov

Bu günkü müsahibim istedadlı, maraqlı gənc, həmsöhbət, rəssam, savadl ımühəndis Pərviz Əsədovdur. Onun mütaliəyə sevgisinin olduğunu bilirəm, çünki bütün istedadlı gənclərin tədbirlərində, kitab təqdimatlarında onu görürəm. Bacardığı qədər yaradıcı, istedadlı insanlara dəstək olur, maraqlı insandır, fərqli, kreativ, yeni düşüncə tərzinə malikdir.

  1. Sizin üçün Pərviz Əsədov kimdir?

Xəyalındakıları rənglərlə cəmiyyətə göstərmək istəyən biri.

  1. Pərviz adının mənası “Qalib gələn, cəsur, qorxmaz, qəşəng, gözəl” deməkdir, bu sözləri özünüzə aid edirsinizmi?

Bu sözlər tam məni anlatır

  1. Sizin üçün uğur düsturunun elementləri nədir?

Özünə inam, “Nə deyərlər?” ideologiyasından uzaq, riski sevmək.

  1. “Qızıl ortaqlıq, hər şey və ya heç nə” prinsiplərindən hansını seçirsiniz?

Hər şey.

  1. Sizcə təsadüflər zəruriyyətdən doğurmu?

Həyatda təsadüflərə inanmıram.

  1. Həyat bir məktəbdir, bu məktəb sizə hansı dərsləri keçib?

Az da olsa dostu düşməndən ayırmağı.

  1. “Hər şərdə bir xeyir var” fikri ilə razısınızmı?

Az da olsa razıyam.

  1. “İt hürər, karvan keçər” bu prinsipə riayət edirsinizmi?

Etmirəm, itləri sevirəm, onları hürdürənlərə dolayısıyla da olsa cavab verirəm.

  1. Sonrakı peşimançılıqda fayda varmı?

Var, növbəti peşmançılıq riskini azaldır.

  1. Sizcə susmaq razılıq əlamətidir, yoxsa yola vermək və ya mübahisələrdən qaçmaq? Əsasən cavab tapılmayanda susursan…
  2. Sizin üçün ən uğurlu sərmayə nədir?

İstedadlara dəstək.

  1. Sabah öləcəyinizi bilsəydiniz, nə edərdiniz?

Sabaha qədər günün keyfini çıxarardım, və tərəddüd etdiklərimlə halallaşardım.

  1. Zaman içində səyahət maşınınız olsaydı, hansı dövr və məkana getmək istəyərdiniz və niyə məhz o zaman və məkanı seçirsiniz?

Bizim Eradan öncələrə, gəlib insanlara dəqiq məlumat verməkçün, görüm dinozavr olub ya yox?!

  1. Əsl dost –xoş günün dostudur, ya dar günün?

Hər zaman yanında olmalıdı, günlərə görə seçim etməməlidi .

  1. Maraqlı rəsmlər çəkmək, fəlsəfəni anlamaq, başqa bir yaradıcı istedadınız varmı?

Arada şer yazıram.

  1. Tənqidə münasibətinizi bilmək olarmı?

Çox sevirəm, hətta kimsə rəy bildirməsə bəzən özüm məcbur fikirlərini alıram.

  1. Riski sevənlərdənsiniz, yoxsa riskdən qaçanlardansınız?

Risk qorxuya qalib gəlməkdi mənimçün.

  1. Sizcə, Siz özünüzü yaxşı tanıyırsınızmı? Sizin dost və düşməniniz olan cəhətləriniz hansılardır?

Yetərli dərəcədə tanıyıram, hər kəsə özüm qədər inanmaq zəif tərəfimdi, dost cəhət isə kimliyindən asılı olmayaraq dil tapa bilmək.

  1. Sizcə, sizin dost, müştəri və rəsm qəhrəmanlarınız Sizin yerinizdə olmaq istəyirlərmi?

Bir çoxları qabiliyyətə görə istəyiblər yerimdə olsunlar, amma rəssamlar sağ ikən varlı olmurlar,ona görə vaz keçiblər yarısı.

  1. İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?

Hazıra Nazir, yorulmaq istəməyən gənclik görürəm, tövsiyəm yapon məktəblilərini biraz araşdırsınlar…

Qeyri-rəsmi müsahibə-Zemfira Kazımova

zema

Bu günkü müsahibim sosial şəbəkədə tanış olduğum mehriban, xoşniyyətli, səmimi, saf bir insan, xanımdır. O, həm mənim oxucumdur, həm də mən onun sosial şəbəkədəki paylaşımlarının izləyicisiyəm, özü də ki, aktiv izləyicisi. Maraqlı, fərqli düşünmə tərzi vardır, dünyagörüşü, ağlı, savadı olan, işgüzar xanımdır.

  1. Sizin üçün Zemfira Kazımova kimdir?

Sadəcə başqalarının dərdləri və problemləri üçün bu dünyaya gəlmiş biri.

  1. Zemfira adının mənası “göy yaqut” deməkdir, bu sözləri özünüzə aid edirsinizmi?

Yox ” Goy yaqut” sözləri mənə aid deyil)

  1. Sizin üçün uğur düsturunun elementləri nədir?

Ugur düsturunun bircə elementi var mənim üçün. Qələbə çalacağına bütün qəlbinlə inanmaq və sona qədər getmək.

  1. “Qızıl ortaqlıq, hər şey və ya heç nə” prinsiplərindən hansını seçirsiniz?

Ya hər şey ya heç nə. Həyatda ortaqlıq, boz rəng mənə görə deyill. Ya ag ya da qara olacaq hər şey.

  1. Sizcə təsadüflər zəruriyyətdən doğurmu?

Mütləq. Amma bəzən zərurəti olmayan təsadüflər də olub həyatımda.

  1. Həyat bir məktəbdir, bu məktəb sizə hansı dərsləri keçib?

Məktəb mənə hələ də dərs keçir amma mən hələ götürə bilmirəm o dərsləri. Zəif tələbəyəm))

  1. “Hər şərdə bir xeyir var” fikri ilə razısınızmı?

Hər şərdə bir xeyir var amma o xeyiri çox sonra dərk edir insan. Həmin an sadəcə şəri gorursən..

  1. “İt hürər, karvan keçər” bu prinsipə riayət edirsinizmi?

Çox vaxt hə. Amma bəzən iti daşlamaq da lazımdır. Yoxsa, it özünü canavar sanar.

  1. Sonrakı peşimançılıqda fayda varmı?

Sonrakı peşmançılıq bəzən fayda verir. Faydası odur ki bir də o səhvi etmirsən.

  1. Sizcə susmaq razılıq əlamətidir, yoxsa yola vermək və ya mübahisələrdən qaçmaq?

Bəzən susmaq sadəcə danışmaga, söz sərf etməyə belə dəyməz əlamətidir.

  1. Sizin üçün ən uğurlu sərmayə nədir?

Ən ugurlu sərmayəm insanlara etdiyim yaxşılıqlar olub. Sonralar etdiyimdən də çox qazanmışam bunun sayəsində. Yəni bir etmişəmsə, 100 də əvəzini görmüşəm. Hamıya aid olmasa da, mütləq içindən belələri çıxıb..

  1. Sabah öləcəyinizi bilsəydiniz, nə edərdiniz?

Edəcəyim şeylər üçün 1 gün çox azdır. Ona görə heç nə etmədən sadəcə 1 gün həyata baxardım. Sonra bir daha görmək imkanım olmayacağına görə.

  1. Zaman içində səyahət maşınınız olsaydı, hansı dövr və məkana getmək istəyərdiniz və niyə məhz o zaman və məkanı seçirsiniz?

Yalnız Gələcəyə… Keçmişi artıq görmüşəm. Xoş olan bir şey də yoxdur keçmişimdə((

  1. Əsl dost –xoş günün dostudur, ya dar günün?

Xoş gününü hər dost həzm edə bilmir. Əgər o dostun özünün də xoş günü yoxdursa. Dar günün dostu daha çoxdur məncə.. Yalandan sene məsləhət verənə bax, yol göstərənə bax, can can deyənlərə bax…. Mən xoş gunumdə təyin edirəm dostları..

  1. Hansısa bir yaradıcı istedadınız varmı?

Yox. Heç bir yaradıcı istedadım yoxdur. Yaxşı kı da yoxdur.)))

  1. Tənqidə münasibətinizi bilmək olarmı?

Tənqid yaxşıdır, amma o tənqidi edənin niyyətinə və üslubuna bağlıdır. Bir də ki, məni tənqid edən adam məndən yüksəkdə durmalıdır, tənqid etdiyi movzuda.

  1. Riski sevənlərdənsiniz, yoxsa riskdən qaçanlardansınız?

Mən o qədər riskdən qaçmışam ki indi də risk məndən qaçır)))

  1. Sizcə, Siz özünüzü yaxşı tanıyırsınızmı? Sizin dost və düşməniniz olan cəhətləriniz hansılardır?

İnsanların dediklərinə dərhal, qeydsiz şərtsiz muhakiməsiz,inanmaq mənim ən pis cəhətimdir. Bəzən sevdiyim insanlara hörməttən onun qusurlarını görməzdən gəlmək də sevmədiyim cəhətlərimdəndir.Sonralar o qusurlar əleyhimə işləyəndə artıq gec olur. Ən düşmən oldugum cəhətim isə insanları yola verə bilməməyimdir. Reaksiyalarımı gizlədə bilmirəm. Bu da mənə irəli getməkdə mane olur. Deyesen hec yaxşı cəhətim yoxdur mənim)))

  1. Sizcə, sizin dost, müştəri Sizin yerinizdə olmaq istəyirlərmi?

Nə deyim. Heç sual verməmişəm heç kimə bu barədə. Məncə hər kəs öz yerində olsa yaxşıdır.

  1. İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?

İndiki gəncləri təqdir edirəm. Məncə onlar daha cəsarətlidirlər. Hətta orta nəsildən də gənclər daha cəsur və qətiyyətlidirlər. Sadəcə bir az mənəvi dəyərlərini qorusalar lap əla olar. Bir şeyə nail olmaq üçün mənəviyyatı xərcləmək olmaz.

Qeyri-rəsmi müsahibə – hüquqşünas, filosof Ellada Bayramova

 

 

 

 

 

 

Layihəmin bu günkü qonağı ilə Fərdi İnkişaf təliminin təqdimatı zamanı tanış olsaq da, qısa zamanda yaxın və xoş ünsiyyət yaranmışdır. Bəlkə də oxşarlığımız və ortaq cəhət, fikirlərimiz çoxdur deyə. Bəlkə də, maraqlarımız və ortaq və dəyərli dostlarımız var deyə. Çünki bu cür tədbirlərə yoldankeçmə hər kəs gəlmir, fərd olaraq inkişaf etmək istəyən insanlar gəlir.
Layihəmə qonaq edəcək şəxs mənim üçün maraqlı olmalıdır. Verəcəyim suallara cavab vermə iqtidarında olmalıdır. Buna görə də hər kəsi bu layihəmə sala bilmirəm. Ellada xanım, fərqli düşüncə tərzinə görə də maraqlı insandır. İxtisasca hüquqşünasdır və öz biznesi vardır.

  1. Sizin üçün Ellada Bayramova kimdir?

Tarixə iz sala biləcək potensialına malik olan bir şəxs

  1. Ellada adının mənası “Mədəniyyət, tərbiyə” deməkdir, bu sözləri özünüzə aid edirsinizmi?

İkinci mənası “sübh çağı” deməkdir )) Özümə aid edirəm,  eyni zamanda her şeyi öz adıyla cağırmağı da üstün tuturam.

  1. Sizin üçün uğur düsturunun elementləri nədir?

Nə qədər əl catmaz olsa da, arzularına çatmaqdan dönməmək……

  1. “Qızıl ortaqlıq, hər şey və ya heç nə” prinsiplərindən hansını seçirsiniz?

Ya hər şey və ya heç nə.

  1. Sizcə təsadüflər zəruriyyətdən doğurmu?

Bəli , təsadüflərə inanmıram.

  1. Həyat bir məktəbdir, bu məktəb sizə hansı dərsləri keçib?

Cox bahalı dərslər kecib, Oksfordda təhsil qiyməti ilə müqaisədə , Oksford heçdir)).

  1. “Hər şərdə bir xeyir var” fikri ilə razısınızmı?

Bəli, praktikada şahidi olmuşam.

  1. “İt hürər, karvan keçər” bu prinsipə riayət edirsinizmi?

98% hə , 2% elə məqamlar var ki, o itlərə həddini bildirmək zərurətdir.

  1. Sonrakı peşimançılıqda fayda varmı?

Xeyr))

  1. Sizcə susmaq razılıq əlamətidir, yoxsa yola vermək və ya mübahisələrdən qaçmaq?

Razılıq əlamətindən savayı, digər  variantların hamısını qəbul edirəm.

  1. Sizin üçün ən uğurlu sərmayə nədir?

Özümə etdiyim sərmayədir, hər zaman bəhrəsini görürəm)))

  1. Sabah öləcəyinizi bilsəydiniz, nə edərdiniz?

“Heç vaxt etmərəm” deyə düşündüklərimi)))

  1. Zaman içində səyahət maşınınız olsaydı, hansı dövr və məkana getmək istəyərdiniz və niyə məhz o zaman və məkanı seçirsiniz?

Dünyanın ilk olaraq yaradılış prosesinin bütün detallarını öz gözlərimlə görmək))

  1. Əsl dost –xoş günün dostudur, ya dar günün?

Xoş günün )) Hər kəs tab gətirə bilmir, ağır imtahandır….

  1. Maraqlı yazılar yazmaq, fəlsəfəni anlamaq, başqa bir yaradıcı istedadınız varmı?

Bəli…   Bir cox yetənəklərim var … Hal- hazırda Almaniya universitetlərində dərs deyən, dünya üzrə məhşur olan alim, fəlsəfə müəllimim nələr deməzdi bu sualın cavabında haqqımda)) ( özümə də maraqlıdır J)

  1. Tənqidə münasibətinizi bilmək olarmı?

Sağlam, tənqid olmasa inkişaf mümkün deyil))

  1. Riski sevənlərdənsiniz, yoxsa riskdən qaçanlardansınız?

Sevənlərdən.

  1. Sizcə Siz özünüzü yaxşı tanıyırsınızmı?

Xeyr…

  1. Sizin dost və düşməniniz olan cəhətləriniz hansılardır?

Insanların qəlblərinin dərinlikdəkilərini oyrənmə qabiliyyətim, buna sevinirəm, bu çox dəyərli etimaddır, eyni zamanda, çox ağır yükdür…

  1. Sizcə, sizin dost və müştəriləriniz Sizin yerinizdə olmaq istəyirlərmi?

Etiraf edənləri desəm, “bəli” demiş olaram…

  1. İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?

Əksəriyyəti çox dayazdır… Tövsiyəm isə mütaliədir … Savadlı genafond qorxulu gücdür.

ТВОРЧЕСТВО

Qeyri-rəsmi müsahibə – “Günah”ları yazan Sevinc Səfərova

 

 

 

 

 

 

  1. Sizin üçün Sevinc Səfərova kimdir?

Sevinc Səfərova mənim üçün – okeanda üzən delfin.

  1. Sevinc adının mənası “Sevinmək, müsbət əhval” deməkdir, bu sözləri özünüzə aid edirsinizmi?

Kənardan xoşbəxt görünsəm də, deməzdim ki, həyat üzümə gülüb, adımla bərabər. Bəzən düşünürəm, adım kədər olsaydı, daha uyğun olardı.

  1. Sizin üçün uğur düsturunun elementləri nədir?

Hər kəs deyəcək ki, savad məntiq, mən isə bir az fərqli yanaşardım. Uğur şansdır, istək öncə olsa da!

  1. “Qızıl ortaqlıq, hər şey və ya heç nə” prinsiplərindən hansını seçirsiniz?

Hər şey. Qızıl ortaqlıq olmur… Ya hər şeyə sahib olursan ya da …Mən hər şeyi seçirəm.

  1. Sizcə təsadüflər zəruriyyətdən doğurmu?

Təsadüflər … Həyatımda gözləmədiyim təsadüflər olub… Məncə, doğrudur…

  1. Həyat bir məktəbdir, bu məktəb sizə hansı dərsləri keçib?

Mənim həyat məktəbim mənə əməlli şəkildə dərs keçib. Gördüyüm hadisələrdən tutmuş yaşadıqlarım məni okeanın dibindən göyün boşluğunacan gətirib çıxardıb.

  1. “Hər şərdə bir xeyir var” fikri ilə razısınızmı?

Baxır vəziyyətə… Hər şeydə xeyir olduğu kimi, hər şeydə 1000 ziyan  var… Yalnız 1000 xeyir bir ziyan ola bilməz.

  1. “İt hürər, karvan keçər” bu prinsipə riayət edirsinizmi?

İt hürər karvan keçər… Bəzən hürən it bizi məğlub edilməyəcək qədər qüvvətli edir.

  1. Sonrakı peşimançılıqda fayda varmı?

Peşimançılıq səhvdən yaranan amildir, faydası da o olar ki, bir də peşman olmamaq üçün o səhvləri etmərik. Burda isə dediyiniz təsadüflər ortaya çıxır… Bilmirik ki, o an yenə hansı gələcək peşimaçılığa yol açacaq.

  1. Sizcə susmaq razılıq əlamətidir, yoxsa yola vermək və ya mübahisələrdən qaçmaq?

Nə deyim?Hər şey vəziyyətdən asılıdır.

  1. Sizin üçün ən uğurlu sərmayə nədir?

Maraqlı sualdır.Bu gün atdığın hər düzgün addım gələcəyin sərmayəsidir.

  1. Sabah öləcəyinizi bilsəydiniz, nə edərdiniz?

Bu haqqda hər gün özümə sual verirəm…Hətta uşaqlıqdan məni izləyən bir sualdır. İllər keçsə də, cavabların bəzisi qalır, məsuliyyət isə artır. Əslində, real o anı hiss etmək xəyaldan və təsafürdən çox uzaqdır.Ona görə də qorxuram bu suala cavab verməyə.

 

  1. Zaman içində səyahət maşınınız olsaydı, hansı dövr və məkana getmək istəyərdiniz və niyə məhz o zaman və məkanı seçirsiniz?

Sürət maşını? Nağıllar aləmini seçərdım. Zamanı və məkanı olmayan yeri.

  1. Əsl dost –xoş günün dostudur, ya dar günün?

Əsl dost hər zaman yanında olmalıdır. Dost elə bir varlıqdır ki, səninlə bərabər yaşayır və ya yaşamır.

  1. Maraqlı yazılar yazmaq, fəlsəfəni anlamaq başqa bir yaradıcı istedadınız varmı?

Maraqlı yazı fəlsəfə olmasa da… Fəlsəfi yazı yazmaq üçün həyatı dərindən anlamaq lazımdır. Onu da yaza bildiyimi bilirəm.

  1. Tənqidə münasibətinizi bilmək olarmı?

Tənqidi sevirəm. Çünki tənqid yalnız insanı prinsipləşdirir, irəli və daha kreativ olmağa vadar edir.

  1. Riski sevənlərdənsiniz, yoxsa riskdən qaçanlardansınız?

Risk yoxdursa, həyatda maraq olmaz. Sevirəm və risk edirəm.

  1. Sizcə Siz özünüzü yaxşı tanıyırsınızmı? Sizin dost və düşməniniz olan cəhətləriniz hansılardır?

Özümü tanımıram bəzən. Dost cəhətimi deyə bilmərəm. Düşmən  cəhətim isə hamıya inanıram. Kimsə “pisdir və ya pis ola bilər” fikirləri məndə olmur.

  1. Sizcə, yazılarınızın qəhrəmanları Sizin yerinizdə olmaq istəyərdimi?Bəs Siz öz yazılarınızın qəhrəmanlarının yerində olmaq istəmisinizmi?

Yazılarımın qəhramanına özüm olmağı arzulamazdım, lakin çox qəhramanlarda özüm varam.

  1. İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyyəniz nə olardı?

Gəncləri daha çox müvəffəqiyyətə doğru gedən görmək istərdim. Sabah utanmadan yaşamaqlarını arzu edərdim.

Çox sağ olun Günel Fərhad qızı. Sizə də uğur və xoşbəxt olmağınız diləyi ilə ayrılmıram, hər zaman yanınızda sevincinizə sevinmək arzusu ilə sağ olun.

Təşəkkür edirəm, Sevinc xanım.

Söhbətləşdi: Günel Fərhadqızı

Qeyri-rəsmi müsahibim- Məşhur repper Ramil Nabran

 

 

 

 

 

 

 

  1. Sizin üçün Ramil Nabran kimdir?

Azərbaycanlı alternativ reper

  1. Ramil adı fars dilindən tərcümədə “rəml edən, uzaqgörən, hər şeyi qabaqcadan düşünən, rəmmal, falçı, qum ilə fal açan.” deməkdir, siz uzaqgörənsiniz? Qəlbinizi dinləyirsiniz, yoxsa ağlınızı?

Həqiqətəndə rəml kimi sehrim var desəm, bəziləri məni anlamayacaqlar. Amma həqiqətəndə intuisiyalı insanam. Qəlbimlə ağlımın ahəngini yaşayıram.

  1. Sizin üçün uğur düsturunun elementləri nədir?

Məqsədyönlülük+öhdəlik

  1. “Qızıl ortaqlıq, hər şey və ya heç nə” prinsiplərindən hansını seçirsiniz?

Qızıl ortalıq. Çünki neytrallıq vacibdir mənə görə. ən azından qızıl ortalıq müntəzəm davamiyyətdir.

  1. Sizcə təsadüflər zəruriyyətdən doğurmu?

Məncə təsadüflər təsadüf deyil.

  1. Həyat bir məktəbdir, bu məktəb sizə hansı dərsləri keçib?

Şeirlə cavab verəcəm.

Həyat həm məktəbdir, həm də ki, müəllim.

Öyrədir bizlərə görüb sevməyi.

Həyatdan öyrəndi mənim gözlərim,

Sənin gözlərinlə həyatı sevməyi.

  1. “Hər şərdə bir xeyir var” fikri ilə razısınızmı?

Bəzən

  1. “İt hürər, karvan keçər” bu prinsipə riayət edirsinizmi?

Etməsəydim indi sənətimin sarbanı deyildim

  1. Sonrakı peşimançılıqda fayda varmı?

Xeyr.

  1. Sizcə susmaq razılıq əlamətidir?

Çox zaman bəli. Nadir hallarda susmaq qətiyyətli yox deməkdir.

 

  1. Sizin üçün ən uğurlu sərmayə nədir?

Bu ölkədə pul.

  1. Sabah öləcəyinizi bilsəydiniz, nə edərdiniz?

Nə eləsəydim onsuzda sona çatdıra bilməyəcəydim. Oqədər borcum var ki, sonrama.

  1. Zaman içində səyahət maşınınız olsaydı, hansı dövr və məkana getmək istəyərdiniz və niyə məhz o zaman və məkanı seçirsiniz?

Hardasa 1978- ci ilin aprel ayının ilk həftəsinə. Həmin ilin sentyabrında vəfat edən mərhum  atamın ad gününə. Mən onu xatırlamıram. O, mənim 10 aylığımda dünyasını dəyişib. Zaman maşını olsaydı, onun 1 gününə baxmağa gedərdim.

  1. Əsl dost –xoş günün dostudur, ya dar günün?

Mənim üçün dar günümün dostu xoş günümün qardaşıdı.

  1. Şeir yazmaq, rep demək və rəqs etməkdən savayı, başqa bir yaradıcı istedadınız varmı?

Rəssam dizaynerəm.

  1. Bir repper kimi sevilməyinizə səbəb nədir? Şəxsi face fakturanız, repə uyğun gələn səsiniz, yoxsa mahnılarınızdakı sözlər? Yoxsa fərqli ifanız?

Siz hamısını sadaladız + sadəliyim.

  1. Tənqidə münasibətinizi bilmək olarmı?

Baxır sübutuna.

Öz növbəmdə, Sizə və dinləyicilərimə bu həyatda və bu dünyada sevinc və xoşbəxtlik diləyirəm. Bu öz əlimizdədir.  Hörmətlə SİZİN Ramil Nabran.

Qeyri-rəsmi müsahibim-mem ustası, yazar Rash Neo

 

 

 

 

 

 

  1. Sizin üçün Rash Neo kimdir?
    – Aktiv Facebook istifadəçisi.
  2. Rəşad adının mənası “düşüncəli, ağılla hərəkət edən,dərrakəli, düzgün davranan, doğru yolda olan, haqq tərəfdarı olan” deməkdir, bu sözləri özünüzə aid edirsinizmi?
    – Məncə, nə isə var.(gülür)
  3. Sizin üçün uğur düsturunun elementləri nədir?
    – Özünə inam, fəaliyyət sərbəstliyi, müəyyən qədər də şərait.
  4. “Qızıl ortaqlıq, hər şey və ya heç nə” prinsiplərindən hansını seçirsiniz?
    – Qızıl ortalıq.
  5. Sizcə təsadüflər zəruriyyətdən doğurmu?
    – Təsadüflərə inanmıram.Hər bir şey qanunauyğundur.
  6. Həyat bir məktəbdir, bu məktəb sizə hansı dərsləri keçib?
    – İstənilən vəziyyətdə özünü əldə saxlamağı.
  7. “Hər şərdə bir xeyir var” fikri ilə razısınızmı?
    – Razı deyiləm.Şərdə xeyir ola bilməz.Dediyim kimi – hər şey qanuna uyğundur.
  8. “İt hürər, karvan keçər” bu prinsipə riayət edirsinizmi?
    – Çox uğurla riayət edirəm.
  9. Sonrakı peşimançılıqda fayda varmı?
    – Baxır peşmançılığa.Faydasını zaman göstərir.
  10. Sizcə susmaq razılıq əlamətidir, yoxsa yola vermək və ya mübahisələrdən qaçmaq?
    – Məndə susmaq yola vermək əlamətidir.Susuramsa, demək yola verirəm.
  11. Sizin üçün ən uğurlu sərmayə nədir?
    – İntellektə qoyulan sərmayə.İntellekt isə gec-tez maddi sərvətə çevrilir.
  12. Sabah öləcəyinizi bilsəydiniz, nə edərdiniz?
    – Pulumu son qəpiyinə kimi əyləncəyə xərcləyərdim.
  13. Zaman içində səyahət maşınınız olsaydı, hansı dövr və məkana getmək istəyərdiniz və niyə məhz o zaman və məkanı seçirsiniz?
    – Öldüyüm günə.Məkan önəmli deyil.Çünki ötən həyatda nə etdiyim mənə maraqlıdır.
  14. Əsl dost –xoş günün dostudur, ya dar günün?
    – Hər iki günün.
  15. Maraqlı yazılar yazmaq, mem hazırlamaqdan savayı, başqa bir yaradıcı istedadınız varmı?
    – Xeyr.Düzünü desəm, özümü istedadlı saymıram.Mem düzəltmək, nə isə yazmaq sadəcə boş vaxtımın çox olmasından irəli gələn bir hobbidir.Hətta, özüm üçün əhəmiyyətsiz hesab etdiyim hobbidir. (gülür) Bunun üçün yumor hissinə malik olmaq + onu maraqlı bir formada çatdırmağı bacarmaq lazımdır.
  16. Tənqidə münasibətinizi bilmək olarmı?
    – Çox müsbətdir.Tənqid ondan nəticə çıxarmaq üçündür, incimək üçün yox.
  17. Riski sevənlərdənsiniz, yoxsa riskdən qaçanlardansınız?
    – Riskdən qaçanlardanam.
  18. Sizcə Siz özünüzü yaxşı tanıyırsınızmı? Sizin dost və düşməniniz olan cəhətləriniz hansılardır?
    – Dost cəhətim səbrli, iradəli, məsuliyyətli olmağımdır, düşmən cəhətim sadəlövhlüyümdür.
  19. İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyyəniz nə olardı?
    – İndiki gənclər tənbəldirlər, öz üzərlərində işləmək istəmirlər.Tövsiyyəm odur ki, daima öz üzərlərində işləsinlər.Hansısa bir sahənin mütəxəssisi olmaq istəyirlərsə o yöndə inkişaf etsinlər, ruhdan düşməsinlər

Qeyri-rəsmi müsahibim, gənc, istedadlı yazar, publisist Aysel Əlizadə

 

 

 

 

 

 

 

  1. Sizin üçün Aysel Əlizadə kimdir?

Ruh.

  1. Aysel adının mənası “Ay işığının seli, ay seli” deməkdir, bu sözlərdə varsınızmı?

Ayda bilmirəm, işıqda varam.

  1. Sizin uğur düsturunuz nədir?

Azadlıq+azadlıq-azadlıq:azadlıq vur azadlıq

  1. “Qızıl orta, hər şey və ya heç nə” prinsiplərindən hansını seçirsiniz?

Elə situasiya var ki, orada mənə heç nə lazım deyil, eləsi  var ki, hər şey lazımdır. Elə də olur ki, qızıl orta ən doğrusudur.

  1. Sizcə təsadüflər zərurətdən doğur?

Məncə, təsadüflərin elə özündədir məna. İnsan zərurəti çox böyüdür. Təsadüfü kiçildir. Vurğu həmişə zərurətə vurulur. Ancaq təsadüf özü mahiyyətcə kiçik proses və anlayış deyil.

  1. Həyat məktəbi  sizə hansı dərsləri keçib?

 Özünü öyrədib.

  1. “Hər şərdə bir xeyir var” fikri ilə razısınızmı?

Çox şərdə  xeyir var. Hər şərdə yox.

  1. “İt hürər, karvan keçər” prinsipinə riayət edirsinizmi?

Bu qədər kobud yox, ancaq artıq səslərə qulaq vermirəm. 

  1. Sonrakı peşimançılıqda fayda varmı?

Var. Təkrarlamamaq.

  1. Sizcə, susmaq razılıq əlamətidir, yoxsa yola vermək və ya mübahisələrdən qaçmaq?

Hər üçü olur. Situasiyadan asılıdır. Bəzən yüngül saqqal olmamaq üçün susursan. Bəzən  danışmağa həvəsin olmayanda. Bəzən anlamsız olduğunu biləndə. Bəzən günahkar olanda. Cəsarətsizlikdən, qorxaqlıqdan da, susanlar olur.

  1. Sizin üçün ən uğurlu sərmayə nədir?

İntellekt.

  1. Sabah öləcəyinizi bilsəydiniz, nə edərdiniz?

Hər gün öləcəyimi düşünürəm və heç nə etmirəm.

  1. Zaman içində səyahət maşınınız olsaydı, hansı dövr və məkana getmək istərdiniz və niyə məhz o zaman və məkan?

Sokratı görmək üçün eramızdan əvvələ  getmək istərdim. Niyəsi bəllidir.

  1. Əsl dost –xoş günün dostudur, ya dar günün?

Əsl dost gərəkli məqamda səninlə bağlı doğru qərar verəndir.

  1. Maraqlı yazılar yazmaq, fəlsəfəni anlamaq… Başqa bir yaradıcı istedadınız varmı?

Televiziya sahəsini yaxşı bilirəm. Aparıcılıq, rejissorluq, ifaçılıq, rəqs, poeziya, tərcümə, azca piano bacarığım var.

  1. Tənqidə münasibətinizi bilmək olarmı?

Professional tənqidə çox açığam. Hətta acam.

  1. Riski sevənlərdənsiniz, yoxsa riskdən qaçanlardansınız?

Nə sevirəm, nə qaçıram. Qarşıma çıxan hər şeyi yaşayıram.

  1. Özünüzü yaxşı tanıyırsınız? Dost və düşmən olan cəhətləriniz hansılardır?

Dost cəhətim sevəncan olmağımdır. Buna görə də yaxşı dostlarım var. Sevilirəm. Düşmən cəhətim xoşgörülü ola bilməməyimdir. Aşırı təklik hissimdir.

  1. Sizcə, yazılarınızın qəhrəmanları yerinizdə olmaq istərdilərmi? Özünüz necə, yazılarınızın qəhrəmanlarının yerində olmaq istəmisinizmi?

Hara çevirsən bir az onlar mənəm, bir az mən onlar. 

  1. Gənclərə nə tövsiyyə edirsiz?

Tövsiyyələrə qulaq asmasınlar. Azadlıq üstəgəl azadlıq çıx azadlıq vur azadlıq böl azadlıq bərabərdi azadlıq…

 

Təşəkkür edirəm, Aysel xanım.

Söhbətləşdi: Günel Fərhadqızı

Qeyri-rəsmi müsahibə-“7-dən 17-yə” Xəyalə Manaflı

 

 

 

 

 

 

Bu günkü qeyri-rəsmi müsahibim səmimi, təbii, gülərüz, mehriban, anlayışlı, üzüyola, təmiz qəlbli və xoşniyyətli, maraqlı və fərqli səs və ifa tərzi olan və mübahisələrdən qaçan dostumuz, yaradıcı və istedadlı insan Xəyalə Manaflıdır.

  1. Sizin üçün Xəyalə Manaflı kimdir?

– Həddindən çox sadə və buna görə özü ilə illərdi mübarizədə uduzan ,    çox səbrli və soyuqqanlı görünən, Təranə xanımla Mübariz bəyin 1985 ci il mart ayının 19-da dünyaya gətirdiyi ilk övladı…

  1. Xəyalə adının mənası “Gerçəkdən uzaq, romantik, təsəvvürdə canlanma” deməkdir, bu sözləri özünüzə aid edirsinizmi?
    – Tamamilə… Bir az da əlavə edərdim .Xəyalpərəst, və arzularının bir gün reallaşacağına ümid edən sadəlövh…
    3. Sizin üçün uğur düsturunun elementləri nədir?
    – Səmimiyyət, etibarlı dostlar. Özgüvən və ailənin dəstəyi.Bir azca da bəxt,naxış, Allah təalanın məsləhəti…
    4. “Qızıl ortaqlıq, hər şey və ya heç nə” prinsiplərindən hansını seçirsiniz?
    – Bir az olsun bəsimdi… Min şükür….
    5. Sizcə təsadüflər zəruriyyətdən doğurmu?
    – Təsadüflər olmur…
    6. Həyat bir məktəbdir, bu məktəb sizə hansı dərsləri keçib?
    – Hələ də məktəbin yuxarı sınıflərində ilişib qalmışam… ))) Çox ləng öyrənirəm. İmtahanlardan kafi alıram, bəzən kəsilirəm… Yeni dövr qanunlarını əzbərləyə bilmirəm… Çox çətindi…
    7. “Hər şərdə bir xeyir var” fikri ilə razısınızmı?
    – Bəli… Hər alınmayan işdə bir xeyir var… Nə olursa yaxşılığa doğru olur…
    8. “İt hürər, karvan keçər” bu prinsipə riayət edirsinizmi?
    – Edə bilmirəm… Alınmır…
    9. Sonrakı peşimançılıqda fayda varmı?
    – Hardasa faydası var. Dərs alırsan. Amma iş işdən keçmiş olur artıq…
    10. Sizcə susmaq razılıq əlamətidir, yoxsa yola vermək və ya mübahisələrdən qaçmaq?
    – Hər kəsdə fərqlidi. Amma məndə MÜBAHİSƏLƏRDƏN QAÇMAQ…
    11. Sizin üçün ən uğurlu sərmayə nədir?
    -İki şəxsin böyük hörmət və sevgi ilə həyata gətirdiyi övlad və ya övladlar…
    12. Sabah öləcəyinizi bilsəydiniz, nə edərdiniz?
    -Ən çox sevdiyim insanlarla bir bir görüşüb söhbətləşərdim, Uşaq evlərinə gedib, balacalarla vaxt keçirərdim. Çox piyada gəzib şəhərimi seyr edərdim.Dəniz sahilində Səma, Günəş, Ay, Ulduzlar Tanrının yaratdıqları ilə söhbətləşərdim. Bir sigaret yandırıb ürəyimdəkiləri yazardım… Məndən sonra hər kəs özünə aid bir fikrimi oxuyub, məni daha yaxşı tanısın deyə…
    13. Zaman içində səyahət maşınınız olsaydı, hansı dövr və məkana getmək istəyərdiniz və niyə məhz o zaman və məkanı seçirsiniz?
    – Heç bilmirəm ki…. Heç bir zamana və məkana istəmirəm… Zamanla, məkanla nə dəyişib ki, dünyada? Heç nə…
    14. Əsl dost –xoş günün dostudur, ya dar günün?
    – Əsl dost elə ƏSL DOSTDUR… Güləndə də, ağlayanda da, susub uzun uzun baxanda da, dayanmadan danışanda da… Çunki O, Əsl dostdur…
    15. Şeir yazmaq, rəsm çəkmək və rəqs etmək kimi başqa bir yaradıcı istedadınız varmı?
    – Şeir yaza bilmirəm, rəsm çəkə bilmirəm, Başqa əlimdən hər şey gəlir… )))
    16. Bir müğənni kimi sevilməyinizə səbəb nədir? Şəxsi face fakturanız, əsl müğənnidə olmalı olan səsiniz, yoxsa mahnılarınızdakı sözlər? Yoxsa fərqli ifanız?
    – İllərlə tamaşaçımın sevgi və hörmətini qazanmışam yalnız səmimiyyətimlə… Necəyəmsə, eləyəm…  Üstəlik, mən çox şanslı sayıla bilərəm, çünki 5-6 yaşlarımda artıq peşəkar səhnədə danışıb oxuyurdum və mənə rəqib yox idi… Mən ilk uşaq estrada ifaçısı və Tv aparıcısı idim…
    17. Tənqidə münasibətinizi bilmək olarmı?
    – Tənqid nəticə verir. Tənqidi qəbul edirəm və səhvlərimi düzəltməyə çalışıram… Ən çox tənqidi də, qəbul edirəm, özümə əziz bildiyim yaxınlarımdan.
    18. Riski sevənlərdənsiniz, yoxsa riskdən qaçanlardansınız?
    – Daha çox qaçanlardanam. Amma 2015-ci ildən risk etməyə başlamışam. Görək, axırı necə olacaq?! )))
    19. Sizcə, Siz özünüzü yaxşı tanıyırsınızmı? Sizin dost və düşməniniz kimlərdir?
    – YAXŞI TANIYIRAM… İl bürcum Öküzdür… Alim Nostradamusun verdiyi xarakteristika tam uyğundur.. Mənim Dost sıralarıma daxil olmaq bu ildən çox çətinləşib…)) Az sayda insan var Əsl DOSTUM dediyim… Düşmən yox, sadəcə gözümdən düşən və sildiyim insanlar da, az deyil… Məni incidən heç bir kəs yaxınıma gələ bilməz…
    20. İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyyəniz nə olardı?
    – Sevin… Mehriban olun.. Xeyirxah olun… Pislik edib, yaxşı görünməyın… İnsana pislik yox, yaxşılıq qalır… Mütleq yaxşılığın əvəzi verilir mükafat olaraq… Bu dünyada da, o biri dünyada da… Alahı sevin, torpağı, havanı, suyu, odu sevin.. Sevərək yaşayın… Xəbis,paxıl və qara qəlbli olmayın… Daha çox gülümsəyin və GÜLÜMSƏYIN HƏR ŞEYƏ RƏĞMƏN…

Təşəkkür edirəm Xəyalə xanım.

Məkana görə “Bizim Məkan”ın rəhbərliyinə təşəkkür edirəm.

Söhbətləşdi: Günel Fərhadqızı

Qeyri-rəsmi müsahibim- pedaqoq, köşə yazarı, jurnalist Aysel Abdullazadə

 

 

 

 

 

 

Qeyri-rəsmi müsahibim layihəsinin bu günkü qonağı, yazar, pedaqoq, sayt rəhbəri və sadəcə gözəl qəlbli, səmimi, təbii, fədakar insan, dost, maraqlı həmsöhbət və fərqli, aktual mövzulara toxunan  köşə yazarı olan Aysel xanımdır.

  1. Sizin üçün Aysel Abdullazadə kimdir? – Öz dünyası olan və o dünyada “təkliyi” ilə yaşayan bir insan…
  2. Aysel adının mənası “Ay işığının seli, ay kimi parlaq, gözəl” deməkdir, bu sözləri özünüzə aid edirsinizmi? – Bəli, tam mənə uyğun olduğunu düşünürəm. Təsadüf deyil ki, Ayı da çox sevirəm, gecələr saatlarla pəncərə önündə oturub izlədiyim olur.
  3. Sizin üçün uğur düsturunun elementləri nədir? – Kitab dostluğu və risk. Kitablar dostunuzdursa və risk etməyi bacaracaq cəsarətiniz varsa, uğurlu ola biləcəksiniz.
  4. “Qızıl ortaqlıq, hər şey və ya heç nə” prinsiplərindən hansını seçirsiniz? – Hər şey və ya heç nə… Ya minimum, ya maksimum prinsipi ilə yaşayanlardanam. Ortalama mənlik deyil.
  5. Sizcə təsadüflər zəruriyyətdən doğurmu? – Məncə, təsadüf anlayışı yoxdur, olan zəruriyyətdir, mütləq bir işə yarayırsa, bu, təsadüf ola bilməz.
  6. Həyat bir məktəbdir, bu məktəb sizə hansı dərsləri keçib? – Bu günkü Aysel Abdullazadə həyat məktəbinin yetirməsidir.
  7. “Hər şərdə bir xeyir var” fikri ilə razısınızmı? – Kəsinliklə! Bunu şəxsi təcrübələrim təsdiqləyib.
  8. “İt hürər, karvan keçər” bu prinsipə riayət edirsinizmi? – İstəməsək də, əməl etməyə bir növ məcbur olmuşuq. Siz də həmkarım olaraq bilirsiniz ki, müəyyən bir oxucu kütləsi var ki, rəyləri ancaq yola verilməlidir və bu prinsiplə qarşılanmalıdır.
  9. Sonrakı peşmanlıqda fayda varmı? – Mütləq var. Peşman olmaq eyni səhvi bir də təkrarlamamağı öyrədir.
  10. Sizcə, susmaq razılıq əlamətidir, yoxsa yola vermək və ya mübahisələrdən qaçmaq? – Məncə, yola vermək. Çünki razılıq əlamətini susaraq bildirmək qeyri-dəqiqdir. Elə olmaya da bilər. Ona görə də susmaq – yola verməkdir.
  11. Sizin üçün ən uğurlu sərmayə nədir? – Yaşamaq üçün pul, arzuları gerçəkləşdirmək üçün pul, irəliləmək üçün pul…
  12. Sabah öləcəyinizi bilsəydiniz, nə edərdiniz? – Lunaparka gedər, əylənərdim.
  13. Zaman içində səyahət maşınınız olsaydı, hansı dövr və məkana getmək istəyərdiniz və niyə məhz o zaman və məkanı seçirsiniz? – Geriyə qayıtmaq kimi bir fikrim yoxdur. Heç vaxt olmayıb. Ancaq və ancaq irəliyə – gələcəyə gedərdim. Bütün arzularımı gerçəkləşdirmək üçün gələcəyə sürərdim o maşını…
  14. Əsl dost – xoş günün dostudur, ya dar günün? – İkisi də. Həm xoş gününə sevinməli, həm də dar günündə dəstək olmalı.
  15. Maraqlı yazılar, şeirlər yazmaq, dərs demək, öyrətməkdən başqa bir yaradıcı istedadınız varmı? – Hobbi olaraq dizayn işini çox sevirəm, xüsusilə də, ev döşəmək qonusunda. Gələcəkdə dəniz kənarındakı evimin dizaynına beynimdə hər gün yenilik edirəm.
  16. Tənqidə münasibətinizi bilmək olarmı? – Sağlam tənqidə hər zaman açığam.
  17. Riski sevənlərdənsiniz, yoxsa riskdən qaçanlardansınız? – Riski sevənlərdənəm. Risk etmədən nəyəsə nail olmaq müşkül məsələdir. Risk bir az da cəsarət işidir. Az olmayıb risklərim…
  18. Sizcə, siz özünüzü yaxşı tanıyırsınızmı? Sizin dost və düşməniniz olan cəhətləriniz hansılardır? – Yetərincə tanıyıram. Məni sıxan, bezdirən şeyləri bilirəm. Bu üzdən bir insanla ünsiyyətdə buna çox önəm verirəm. Sıxıldımsa, alınmaz. Düşmən olan tərəfim tez inanmağımdır, dost olan yanım isə sevgi dolu olmağım…
  19. Sizcə, öyrənmək asandır, yoxsa öyrətmək? – Öyrənci kimi öyrənməyim asandır, öyrətmən kimi öyrətdiklərim deyə bilər. Subyektə görə dəyişən sualdır.
  20. İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyyəniz nə olardı? – Gəncliyimiz, yəni belə desək,1997-ci illərdən bu tərəfə olan gənclik ürəkaçan deyil. Fikirlər bəsitdir, düşüncələr anlamsızdır, yorumlardan utanırıq bəzən gənclik adına. Amma istisnalar var, əlbəttə. Çox mütaliə olunmalı, gənclər tədbirlərdə iştirak etməli, şəxsiyyət kimi formalaşma lazımdır, bir növ bularla eyitilməlidir gənclər.

 

Qeyri-rəsmi müsahibə – şair, yazıçı, gözəl insan və dost Ramil Mərzili

 

 

 

 

 

 

 

  1. Sizin üçün Ramil Mərzili kimdir?

Tam səmimi deyəcəm, mən hələ Ramil Mərzilini axtarıram. Çünki, mənim, sənin, onun, digərlərinin gördüyü adam tam olaraq  Ramil Mərzili deyil. Bu aysberqin görünən tərəfidir.

  1. Ramil adının mənası “Rəml edən, uzaqgörən, hər şeyi qabaqcadan düşünən” deməkdir, bu sözləri özünüzə aid edirsinizmi?

Adımın mənasını bilirəm, amma razılaşmadığım məqamlar var. Rəml atmaq mənlik bir şey deyil, uzaqgörənliyim tam deyil. Çox zaman yanılıram, xüsusən də insanları tanıyanda. Amma üçüncü hissəylə razıyam, hər şeyi qabaqcadan düşünən biriyəm.

  1. Sizin üçün uğur düsturunun elementləri nədir?

Paxıl olmamaq, dürüstlük, savad, intellekt və zəhmət. Bunlar hansı insanda cəmlənirsə, mütləq o adam uğur qazananlardan olacaq.

  1. “Qızıl ortaqlıq, hər şey və ya heç nə” prinsiplərindən hansını seçirsiniz?

Mənim üçün ya hər şey olmalıdır, ya heç nə. Ortaqlığı sevmirəm. Mənim olan tam tamına mənim olmalıdır.

  1. Sizcə təsadüflər zəruriyyətdən doğurmu?

Bəli. Düşünürəm həyatda təsadüf deyə bir şey yoxdur.

  1. Həyat bir məktəbdir, bu məktəb sizə hansı dərsləri keçib?

Həyat mənə 11 yaşımdan bəri elə dərslər keçib ki, mən onu zaman –zaman sosial şəbəkədə öz səhifəmdə bir statusluq xatirəsini yazanda onlarla insan ağlayır, yüzlərlə insan üzülür. İnsan acılardan süzülərək İNSAN kimi formalaşır. Bir gün həyatım haqda kitab yazmağı düşünürəm. Amma hər oxucuya kitabın üzərində babat ağrıkəsici dərman da verməyi düşünürəm.

  1. “Hər şərdə bir xeyir var” fikri ilə razısınızmı?

Nə yalan deyim, razı deyiləm.

  1. “İt hürər, karvan keçər” bu prinsipə riayət edirsinizmi?

Tam əksinə, itləri hürdürməkdən xoşum gəlir.

  1. Sonrakı peşimançılıqda fayda varmı?

Mən bu 35 ildə görmədim. Varsa da mənim rastıma çıxmayıb.

  1. Sizcə susmaq razılıq əlamətidir, yoxsa yola vermək və ya mübahisələrdən qaçmaq?

Hər üçü ola bilir. Baxır məqamına.

  1. Sizin üçün ən uğurlu sərmayə nədir?

İki balamın gözəl təhsil alması və xoşbəxt yaşaması. Nurayımın üzünün  daim gülməsi. Onu ağlayan görəndə, mən ölürəm.

  1. Sabah öləcəyinizi bilsəydiniz, nə edərdiniz?

Bu gün anama onu hər kəsdən çox sevdiyimi deyər, doğmalarımın hamısı ilə görüşər  (qohum yox ha, doğma), dostlarımla bir çay içər, şeirlərimin QADINI ilə göz yaşlarımızı birləşdirər və o dünyada gözləyəcəyimi deyərdim. Vüqara (oğlum) bəzi tapşırıqlar verər, Nuraya (qızıma) sarılar yatardım.

  1. Zaman içində səyahət maşınınız olsaydı, hansı dövr və məkana getmək istəyərdiniz və niyə məhz o zaman və məkanı seçirsiniz?

Zaman maşınım olsaydı, qayıdardım Ağdamlı illərə, uşaqlığıma. Orada bir oyuncağım vardı, məftil maşınım. Onu müharibədən sonra çox arzuladım. Güzgüləri, podpressi qırmızı slyuda şüşədən düzəldilən niva idi. Onu gətirər, saxlardım evimdə. Bir də anamın qara saçların darayardım…  Ehhhhh, mən müharibə uşağı olmuşam. Nə yaşamışam ki.

  1. Əsl dost –xoş günün dostudur, ya dar günün?

Əsl dost hər iki gündə də yanımda olandır. Çoxu deyir dost dar günün dostudur, razı deyiləm. Mənim xeyir işimdə də, dostum yanımda olmalı, təklik sadəcə Yaradana məxsus, Allah bizi dostlarsız etməsin.

  1. Maraqlı yazılar yazmaq, fəlsəfəni anlamaq, başqa bir yaradıcı istedadınız varmı?

Bunları da mən demədim ha, sən dedin. Əlavə edim, çox gözəl sevə bilmək qabiliyyətim var. İstər sevgili kimi, istər dost  kimi, istər övlad kimi, istər ata kimi…

  1. Tənqidə münasibətinizi bilmək olarmı?

Əsaslı və qərəzsiz  tənqid qədər sevdiyim heç nə yoxdur.

  1. Riski sevənlərdənsiniz, yoxsa riskdən qaçanlardansınız?

Riski özüm qədər sevən ikinci insan tanımıram. Həyatda elə risklər etmişəm ki, bu an bu müsahibəni yazmaq şansım belə olmazdı. Dəfələrlə o dünya ilə qovuşmağa  an məsələsi olub, sıyrılmışam. Cavanlıqda  olan gənclik  “səhvlərində”  də olduqca  riskli idim. O vaxt həyacandan dodağımı, dilimi qurudan 3-5 hadisəni indi xatırlayanda gülümsəyirəm.

  1. Sizcə Siz özünüzü yaxşı tanıyırsınızmı? Sizin dost və düşməniniz olan cəhətləriniz hansılardır?

Mən özümü bəzən tanımıram. Bu əsəb hissimin həddindən artıq olması ilə bağlıdır. Ümumilikdə bəli, tanıyıram. Amma vacib olan mənim deyil, yaxın çevrəmin məni necə tanımasıdır.  Dost və düşmən cəhətlərimə gəldikdə isə, bir çoxları kimi əslində xoş xarakteri özümdə bəd xasiyyət kimi “göstərib” gülüş obyektinə çevrilmək niyyətim yoxdur. Çoxu deyir, ən pis xasiyyətim ürəyi yumşaq olmaq, insanlara güvənmək, inanmaq, iki üzlü ola bilməməkdir filan. Səni inandırım ki, onu deyənlərin 99 faizi elə dediklərinin tam əksi olan adamlardı. Nəysə, mətləbdən uzaqlaşmayım. Dost cəhətim-  itirməkdən qorxmaq (insanı), vəfalı və sadiqliyim, cinsimi xarakterimlə bütövləşdirən kişiliyim və öz dostlarım arasında bilavasitə körpü rolu oynamağımdır. Dostlarım da, tələbə yoldaşlarım da, əsgər yoldaşlarım da toplaşanda məni BİZİ BİRLƏŞDİRƏN DƏYƏR olaraq qiymətləndirirlər. Düşmən cəhətim-  tez əsəbləşmək, sonda deyəcəyim sözü bəzən əvvəldə demək  (bunun peşimanlığın o qədər yaşamışam ki), biraz kinli olmaq, mənə olunan pisliyi unutmamaq və sair.

  1. Sizcə, yazılarınızın qəhrəmanları Sizin yerinizdə olmaq istəyərdimi?Bəs Siz öz yazılarınızın qəhrəmanlarının yerində olmaq istəmisinizmi?

Mənim bütün yazılarımın bir qəhrəmanı var. O da özüm. Mən özümü yazıram. Bəzən mələklərə, bəzən insanlara, bəzən hadisələrə, bəzən isə yaratdığım QADIN obrazına və onun özünə olan təmasımı yazıram…

  1. İndiki gəncləri necə təsvir edərdiniz və onlara tövsiyəniz nə olardı?

Mən daim sovet gəncliyinə qibtə etmişəm. Sanki indiki gənclik  internetdən asılı yaşayır. Həyatında bir günlük sosial olmazsa, ölə bilərlər. Oysa həyatda başqa gözəlliklər bəs qədərdir. Sevdiyin kəslərlə görüşmək, çay masasında gözəl müzakirələr (bizdə şeir məclisləri), kinoya, teatra getmək, ən əsası kitabı sevmək, oxumaq. Gənclik uçurumdadır. Ən böyük qəbahətimiz  böyükləri  tanımamağımızdır. Xatirimdədir, kəndimizdə bir neçə ağsaqqal vardı, onların ayaq açdığı qapıda qan da olsa batardı. Ölüm hadisəsində belə ağsaqqalın minnətə gəldiyi evdə söz uzanmazdı. İndi nəinki ağsaqqal, gənclər heç atasını saymır. Bu hamıya şamil edilmir, amma vallah 95 faiz belədir…

 

SONDA  SƏNƏ  TƏŞƏKKÜR  EDİRƏM.  ƏZİYYƏT ÇƏKİB MƏNİ DANIŞDIRDIĞIN ÜÇÜN. NƏZƏRİNƏ  ÇATDIRIMKİ, MƏN DANIŞMAĞI SEVMİRƏM…  SAATLARLA DİNLƏYƏR, SANİYƏLƏRLƏ DANIŞARAM.

Var ol  GÜNEL.

Səninlə tanışlığımı unutmamışam, unudan deyiləm, Ramil, çünki bizi birləşdirən əsl iki dəyər var, dostumuz və gözəl insan Aysel Abdullazadə və kitab, hər ikinizin kitabı…

Təşəkkür edirəm, səmimiliyinə görə…

 Söhbətləşdi: Günel Fərhadqızı

Qeyri-rəsmi müsahibim -deputatlığa namizəd Çingiz Bayramov

 

 

 

 

 

 

Bu günkü müsahibimlə mən düz 14 il bundan əvvəl sosial həyatdakı aktivliyim zamanı ortaq dostlarımın sayəsində tanış olmuşdum, həm çox səmimi, mehriban, ədalətli, fədakar, mədəni, həm qəlbitəmiz, mülayim, həm də ictimai, sosial, siyasi aktiv, çalışqan, əməksevər insandır. Çox maraqlı, öz düşüncə və baxışları olan diplomatik insandır, məsləhət verər lazım olanda, kiminsə xətrinə dəyməz, dəymək istəməz O! Çünki özünə rəva bilmədiyini, başqasına rəva bilməz. 14 ildir dostuq, səmimi, xətrimi istəyən dostum, məni yeri gələndə danlayan, tənqid edən, yeri gələndə isə tərifləyən… Ətimi yesə də, sümüyümü atmaz heç zaman! O, mənim dostum və bu il Milli Məclisə Millət Vəkilliyinə namizəd olan Çingiz Bayramovdur.

Layihəmin şərtlərinə və ideyama xəyanət etmədən başlayıram müsahibəmi.

Çingiz müəllim, bilirəm ki, seçkiqabağı təşviqat və digər tədbirlər, eləcə də ictimai birliyinizin işləri ilə bağlı boş vaxtınız az olur, buna baxmayaraq, mənə vaxt ayırdığınıza və səmimi ünsiyyətə görə Sizə öz dərin minnətdarlığımı bildirirəm.

  • Sizin üçün Çingiz Bayramov kimdir?

Mənim üçün Çingiz Bayramov özünü, həyatını, bütün fəaliyyətini Azərbaycan xalqının uğuru, Azərbaycan gəncliyinin inkişafı üçün həsr edən adi bir Azərbaycan vətəndaşıdır.

Tovuz rayonunda müəllim, ziyalı ailəsində anadan olmuşam. Ali təhsilimi Türkiyə Respublikasının İstanbul Universitetinin Siyasi Elmlər Fakültəsini Dövlət İdarəçiliyi ixtisası üzrə bitirmişəm. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mətbuat Xidməti və Analitik İnformasiya sektorunda böyuk məsləhətçi, “Azərsu” Səhmdar Cəmiyyətində Baş mütəxəssis və bir özəl şirkətdə baş müşavir vəzifələrində işləmişəm. Hal-hazırda “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri və eyni zamanda Azərbaycan Milli QHT Forumunun (MQF) İdarə Heyətinin üzvüyəm.

  • Çingiz adının mənası “dəniz, okean”, “böyük, nəhəng, güclü, yorulmaz”, “səmalar oğlu” kimi anlamları verir, bu mənalardan hansı daha çox Sizə aiddir?

Bu mənalardan ən çox “yorulmaz” anlamı mənə uyğundur, çünki Azərbaycan gəncliyinin uğurlu gələcəyi yolunda ictimai işlərdə çalışdığım zaman qətiyyən yorğunluq duyğusu yaşamıram. Həm də “dəniz, okean” mənasını özümə yaxın görürəm. İctimai işlərdə çalışarkən, millətimə xidmət edərkən ruhumun dəniz kimi dalğalandığını hiss edirəm.

  • Rəsmi olaraq Çingiz Bayramov kimdir?

Hələ Türkiyədəki tələbəlik illərimdə İstanbul şəhərində ali təhsil alan azərbaycanlı tələbələrin ilk tələbə təmsilçisi seçilmişəm. İctimai işlərə marağım sayəsində “TUMİB” təşkilatının rəhbəri kimi yüzlərlə yerli və xarici tədbirin, konfransın təşkilatçısı və nümayəndəsi, milli və mənəvi dəyərləri, azərbaycançılığı, tolerantlığı, Azərbaycan – Türkiyə qardaşlığını, Türk dünyasını təbliğ edən çoxsaylı layihələrin müəllifi olmuşam.  Azərbaycanın ictimai-siyasi həyatında daha aktiv rol oynamaq, millətimə daha yaxşı xidmət edə bilmək üçün 2005-ci ildə 22 saylı Nəsimi rayonu II seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd olmuşam. Hal-hazırda da 16 saylı Yasamal II seçki dairəsindən deputatlığa namizədəm.

  • Sizin üçün uğur düsturunun elementləri nədir?

Mənim üçün uğur düsturunun elementləri – özünə inam, çalışmaq və gələcəyə ümidlə baxmaqdır.

  • “Qızıl orta, hər şey və ya heç nə” prinsiplərindən hansını seçirsiniz? Məncə ictimai-siyasi, ya da şəxsi həyatda “ya hər şey, ya da heç nə” prinsipi doğru deyil, həyatı “qızıl orta” prinsipi üzərində qurmaq lazımdır.
  • Sizcə təsadüflər zəruriyyətdən doğurmu? Həyat bir zərurətlər axımıdır, hətta təsadüf kimi görünənlər də öz başlanğıcını zərurətlərdən götürür.
  • Həyat bir məktəbdir, bu məktəb sizə hansı dərsləri keçib?Həyat məktəbi mənə öz varlığımı millətimin uğurlu gələcəyi yolunda həsr etməyi və bu işdə sonadək mübarizə ruhunu aşılayıb.
  • Həyat bir məktəbdir, bu məktəb sizə hansı dərsləri keçib?  Mənim üçün ən uğurlu sərmayə elm və öz biliyini millətin yolunda sərf etməyə hazır olan insan potensialıdır.
  • Sizin üçün əsl dost kimdir? Əsl dost –xoş günün dostudur, ya dar günün?Məncə əsl dost həm dar gündə, həm də xoş gündə dostunun yanında olan kəsdir.
  • İndiki gəncləri təsvir edin və onlara nə kimi tövsiyələriniz vardır? İndiki gənclər sanki əyləncəyə daha çox düşkündürlər, öz gənclik enerjilərini elm, mədəniyyət, ictimai işlərdən çox şəxsi zövqlərə sərf etməyi sevirlər. Onlara bu güclü enerjilərini öz bilik və savadlarını artırmaq, millətimizin xoş gələcəyi, inkişafı yolunda çalışaraq sərf etmələrini arzulayıram.
  • Gerçəkləşməyən uşaqlıq arzunuz varmı?  Bütöv Azərbaycan arzusu, işğal edilmiş torpaqlarımızın azad edilməsinin gerçəkləşməsinin həsrətindəyəm.
  • Müsahibəyə razılıq verdiyiniz üçün təşəkkür edirəm.Məndən müsahibə götürdüyünüz üçün mən sizə təşəkkür edirəm.

 Müsahibəni götürdü: Günel Fərhadqızı

Qeyri-rəsmi müsahibə – Fuad Musayev ilə

 

 

 

 

 

 

Bu günkü müsahibim, ilk müsahibim elə bir insandır ki, onunla və sənəti ilə hələ 2006-cı ildə magistr buraxılış gecəsini restoranda qeyd etdiyimiz zaman tanış olmuşam, o zaman kim olduğunu bilmirdim, amma onun oxuduğu və çox sevdiyim, qəlbimdən xəbər verən və bu günədək gündəmdə olan Alim Qasımovla duet olan “Ürək” mahnısı  (mahnının sözləri B.Vahabzadəyə) mənə ümid verdi ki, hələ də milli musiqimiz yaşamaqdadır, səviyyəsini qorumaq mümkündür və mən muğamımız və Alim Qasımovun ifasını və yaradıclığını sevməyə başladım. Elə o vaxtlar o, FM Express qrupunu yaratmış və qrupun solisti olmuşdur.

O, özünəməxsus səviyyəli, həzin səsə, gözəl ifaya malikdir, mahnılarını yaşadır, içdən, qəlbən oxuyur, məhz buna görə də mahnıları fərqli, özəl və gözəl, sevimli olur.

O, insan kimi də gözəl qəlbə, yüksək mədəniyyət səviyyəsinə və mənəvi dəyərlərə malikdir… O, bir çox mahnılarının həm də bəstəkarıdır.

“Ürək” mahnısından sonra onun ifasında “Sirli məhəbbətim”, “Sənsizlik”, “Qayıt ömrümə” kimi mahnılarını da dinlədim və çox sevdim, bəyəndim… Hər sevən insanın qəlbindən, həyatından xəbər verir, yaşayırsan o mahnılarla yenidən o həyatını, o hissləri…

İlk növbədə, Fuad Musayevə və FM Express qrupunun üzvlərinə təşəkkürümü bildirmək istəyirəm, görüş və müsahibə almaq, ofis və iş prinsipləri ilə tanış olmaq niyyətimi qəbul etdi, işinin çox olmasına baxmayaraq, mənə vaxt ayırdı.

Çox maraqlı, səmimi, təbii və dostcasına ünsiyyət alındı… Sanki uzun illərin dostları kimi oturub, hər hansı mövzuları müzakirə edirdik.

  1. Sizin üçün Fuad Musayev kimdir?
  • Mənim üçün Fuad Musayev Gəncə şəhərində ziyalı ailəsində doğulub, boya başa çatmış bir insandır, indiki Fuad olmağıma görə valideynlərimə borcluyam. Məhz valideynlərim mənə dəstək olublar, düz yaşamağı, yaxşı insan olmağı, insanlara yaxşılıq etməyi öyrədiblər, valideynlərimin üzərimdə böyük əziyyəti və danılmaz əməyi olmuşdur. Buna görə onlara öz dərin minnətdarlığımı bildirirəm. İnsanlara yaxşılıq etmək mənim həyat prinsipimdir, həmişə çalışmışam əl tutum insanlara. Uşaqlıq illərimə gəlincə, mənim uşaqlıq illərim ağır illərə, müharibə vaxtlarına düşmüşdür, valideynlərim əlindən gələni etmişdilər. Uşaq vaxtı çox nəsə istəmirdim.

Çox tələbkar və çalışqanam, işdən sonrakı və qeyri-iş saatlarında da iş və gələcək planlar, görülməli olan işlər barədə düşünürük ki, nəticə hər kəsi qane etsin.

  1. Fuad adının mənası qəlbdir (ərəb dilindən tərcümədə), qəlbinizi dinləyirsiniz, yoxsa ağlınızı?
  • İlk növbədə, ürək deyir, ürək deyəndən sonra ağıl, şüur işə düşür və ondan sonra qərar verirəm. Amma ürək deyən hər zaman düz olubdur. İntuisiyanın da öz yeri var. Psixologiya da öz rolunu oynayır. Peşəkar səhnədə olan hər kəsdə psixologiya hər zaman yüksək səviyyədə olur və olmalıdır, çünki biz publika ilə işləyirik, fərqli insanlar olur, fərqli dinləyicilər olur, hər kəsin zövqünə uyğun olmaq lazımdır, zövqlərinə oxşamaq lazımdır. Hətta keçirilən tədbir, dəvət edilən yerə uyğun repertuar seçirik, çox çalışırıq. Toy musiqisinin və efir, səhnə mahnıları ayrı olmalıdır, hər birinin öz yeri var.
  1. Bir az da musiqidən danışaq:

İndi cəmiyyətimizdə iki qrup dinləyici var, bir peşəkar və səviyyəli musiqini dinləyənlər, bu cür musiqiyə dəyər verənlər, zövqlü insanlar və zövqü hələ tam formalaşmayan, ara mahnılarını dinləyənlər.

Elə məqamlar olur ki, iştirak etdiyimiz tədbirdə dinləyicilərin sayı çox olub, rəsmi dövlətimizin beynəlxalq  səviyyəli tədbiri olub, müxtəlif xalqların nümayəndəsi iştirak edib. Bu bizim üçün çox məsuliyyətli bir layihə idi, şükür öhdəsindən gələ bildik.

Repertuarımız böyükdür, rus, ingilis və digər dillərdə də mahnı ifa edirik.

Sevindirici haldır ki, indiki gənclərimiz ölkə ərazisindən kənara çıxa bilir, istər təhsil, istər səyahət və turizm məqsədilə, istərsə də işlə bağlı xarici ölkələrə səyahət edirlər, müxtəlif musiqi növləri ilə tanış olurlar, müxtəlif mədəniyyətləri öyrənirlər, musiqi zövqləri müsbət istiqamətdə dəyişir, çünki onların musiqidən anlayışları var.

Mənim fikrimcə, efir mədəniyyəti anlayışı var, bu mədəniyyəti nəzərə almaq lazımdır, efirə hazırlıqsız, məşqsiz getmək düzgün deyildir. Toy mahnısı efirdə deyil, toylarda səslənməlidir.

Toy mahnılarının seçilməsi isə müğənnilərin əsas qazanc mənbəyi olan toylara görə olur, onlara pul lazımdır, pul qazanmaq üçün əsasən toy mahnıları oxuyurlar, peşəkar və səviyyəli mahnılar, klassik musiqi kənarda qalır.

Öz mahnılarımızı isə biz Avropa standartlarına uyğunlaşdırmaq istəyirik, amma burada da maddi problemlər yaranır, xaricdə səsyazma, montaj, klip və reklam edilməsi baha başa gəlir.

Çox istərdim, peşəkar müğənnilərə dəstək olanlar tapılsın və bizi irəli verə bilsinlər, bu insanlar oxuduğumuz mahnıları anlasın və dəyər versinlər.

Bir çox mahnılarımızın bəstəkarı kimi musiqidən öncə onun sözlərinə də önəm verirəm, sözlər insana təsir etməlidir, müğənni onu mahnısında yaşamalıdır və yaşatmalıdır.

  1. Sizin üçün uğur düsturunun elementləri nədir?
  • Mənim üçün uğur düstürumun elementləri istəkdir, əməkdir, sevərək iş görməkdir, keyfiyyətli iş-nəticə göstərməkdir.
  1. “Qızıl ortaqlıq, hər şey və ya heç nə” prinsiplərindən hansını seçirsiniz?
  • Qızıl ortaqlıqdan bir az yuxarı, heç nə prinsipi ilə yaşamıram və çalışmıram, həmişə maksimuma can atmışam, potensial varsa, istək varsa, niyə də olmasın?!Çox prinsipial və əməksevər insanam, çətinliklərdən qorxmuram, məsuliyyətli və tələbkaram.
  1. Sizcə təsadüflər zəruriyyətdən doğurmu?
  • Bəli, təsadüfi heç nə baş verir, əsasında zəruriyyət durur, zəruriyyətin əsasında isə insanın həyatı, seçimlərinə uyğun olaylar, insanlar dayanır, təsir etmək və dəyişmək imkanı olan insanlar və hadisələr…
  1. Həyat bir məktəbdir, bu məktəb sizə hansı dərsləri keçib?

Həyat həqiqətən də böyük məktəbdir, bizim dövrümüzdə məktəblər fərqli idi, təhsil sistemimiz də sonra dəyişdi, indi ayrı sistemdir, müharibə vəziyyətində idi ölkəmiz, o vaxt nə qədər çətin olsa da, o böhrandan çıxdıq, müstəqil olduq. Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində böyük nailiyyətlər əldə etmişik, ölkəmiz inkişaf edir, xaricdə tanınır, qeyri-neft sektoru da inkişaf etməyə doğru gedir, gənclərimiz xaricdə yaşamaq, təhsil almaq imkanını əldə edir, ixtisas seçimi imkanları genişlənir, zövqləri, dünyagörüşləri müsbət istiqamətdə dəyişir. Dövlətin səhiyyə sistemi qanunvericiliklə pulsuz olmuşdur, icbari və könüllü sığorta xidməti vardır, insanların seçim etmə şansı daha da artmışdır. Bizim uşaqlıq və gənclik illərimizdə bunlar yox idi. İndi komendant saatı yoxdur.

Qeyd etmək istəyirəm ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra hər şey yaxşılığa doğru dəyişdi, özbaşınalıq qarşısını alındı, reketizm, banditizm, kriminal halların sayı azaldı.

Varlı olmaq istəyirsənsə, çalışmalısan, cəhd etməlisən, iş görməlisən. Çətinliyi görən insan həyatı yaxşı dərk edir, ağılla hərəkət edir, nə istədiyini bilir, nəyəsə nail olmağa can atır.

Ən böyük arzum isə işğal atında olan torpaqlarımız-Qarabğımız geri qaytarılsın, zəfər mahnısını oxuyaq!

  1. “Hər şərdə bir xeyir var” fikri ilə razısınızmı?
  • İnanıram, bəli. Şər deməsən, xeyir gəlməz, şər olan yerdə xeyir də vardır.
  1. “İt hürər, karvan keçər” bu prinsipə riayət edirsinizmi?
  • Əgər haqsız yerə olursa, məsələn tənqid doğru və sağlamdırsa, nəzərə almışam və nəticə çıxartmışam, öz üzərimdə işləyib, inkişaf etmişəm. Amma haqsız tənqid və ya atmaca, irad olarsa, susmamışam, işimi görmüşəm, dayanmamışam, irəliyə doğru addım atmışam, amma həmin insanlar sözümü də demişəm və susdurmuşam…
  1. Sonrakı peşimançılıqda fayda varmı?
  • Bəli, səhv addım atanda, əziyyətini çəkəndə, mənfi nəticəsini görəndə, əlbəttə ki, peşiman olursan, nəticə çıxardırsan ki, bir də eyni səhvlər təkrarlanmasın.
  1. Sizcə, susmaq razılıq əlamətidir, yoxsa “yola vermək”, dava və mübahisələrə getməmək əlamətidir?
  • Mən heç vaxt susmamışam, çalışmışam sözümü hər zaman deyim, mədəni şəkildə, etik qaydalara əməl edərək, insandan asılı olaraq, sözümü deyirəm.
  1. Sizin üçün ən uğurlu sərmayə nədir?
  • Ailəmə, yaxınlarıma, əgər imkanın varsa, bacardığın qədər ailənə, valideynlərinə, yaxınlarına yaxşılıq etmək, əl tutmaqdır, etdiyin yaxşılıq da cavabsız qalmır, dəfələrlə bunun şahidi olmuşam. Etdiyim yaxşılıqları yadımda saxlamıram və ya minnət qoymuram, əvəzini gözləmirəm, zaman keçir, həyat mənə elə bir xoş sürpriz edir, elə bir yaxşılıq edib, gözləmədiyim anda… İnsan yaxşılıq da edəndə, pislik də edəndə, özünə və yaxınlarına qayıdır, yaxşılığın əvəzi yaxşılıq və mükafat, pisliyin cavabı pislik və cəza olur insanın özünə və ya ona əziz, dogma olan insanlara münasibətdə.

Mən hər kəsin uğurlarına sevinmişəm, paxıllıq etməmişəm, amma sağlam rəqabətin tərəfdarıyam, sağlam rəqabət inkişafa gətirir. Sənət aləmində çox vaxt hər kəs bir-birini izləyir, təki bu rəqabət musiqiçilər arasında sağlam olsun və keyfiyyətli musiqilər yaranaraq dinləyicilərə təqdim edilir. Çox istərdim ki, necə ki, bizdən öncəki nəsil gözəl musiqi yazıb, bizim nəslə, eləcə də bizim nəsil gələcək nəsil üçün də gözəl və keyfiyyətli musiqi tövhə etməli və ötürməlidir.

  1. Sabah öləcəyinizi bilsəydiniz, nə edərdiniz?
  • Arzum budur ki, hamı xoşbəxt olsun, yaxınlarım, doğmalarım xoşbəxt olsun, bilərəm ki, övladlarım, dostlarım, yaxınlarım xoşbəxtdilər, sağlamdırlar. Özünü düşünmək əvəzinə başqalarını daha çox düşünürəm. O başqaları da mənim üçün yad insanlar deyildir.
  1. Zaman içində səyahət maşınınız olsaydı, hansı dövr və məkana getmək istəyərdiniz və niyə məhz o zaman və məkanı seçirsiniz?
  • Öz uşaqlıq illərimə. Həyatda elə bir məqamlar olur ki, düşünürsən ki, əgər o zamana qayıtsaydım, nəyisə etməzdim, dəyişərdim, əsasən də səhvlərimi. Ən çox istərdim, məktəb illərinə qayıdım, o hisslərimə qayıdım, yenidən yaşayım o illəri, o illərdəki məktəb dostlarımın yanında olmaq istərdim.
  1. Kumir və ya şəxsi musiqi seçiminiz?
  • Konkret kumirlərim yoxdur, kumirlərim çoxdur, genişdir, yaxşı haldır ki, ən azı yaxın, qonşu ölkələrin mədəniyyəti ilə tanış olsunlar. Öz təcrübəmdən deyim ki, bir beynəlxalq tədbirə dəvət aldıq, 15 fərqli ölkənin onların mədəniyyətini təmsil edəcək mahnılar repertuarımıza daxil edilməli idi, daxil etdik və 1 ay məşq etdik, hazırlaşdıq və tədbir yüksək səviyyədə keçdi.
  1. Müğənninin ən böyük düşməni nədir?
  • Xəstəlik və insanın qəlbinə dəyməkdir. İnsanın ruh halına təsir edir, qəlbə dəymək…
  1. Əsl dost –xoş günün dostudur, ya dar günün?
  • Mənim həyat yoldaşımdır, çünki ən çətin, dar günlərimdə, anlarımda tərk etməyib məni, yanımda olub, dəstəkləyib, yaxşı günümdə də mənimlə birlikdə olub, yaxşını da, pisi də paylaşa bilmişəm onunla, məsləhət lazım olanda, ən yaxın insan həyat yoldaşı olur, səni anlayır, sənə dəstək olur. Mübahisəli anlar da olub aramızda, razılaşmadığımız anlar da olsa, amma ümumi ortaq nəticəyə gələ bilmişik. Qadının məsləhəti və ya fikri sənin xeyrinədir, niyə də dinləməyəsən, onun məsləhətinə əməl etməyəsən. Mənim həyat yoldaşım əsl dostumdur, ən yaxın dostumdur, yaxşı günün də, pis günün də…

F.M. Express qrupu haqqında arayış:

Qrupun üzvlərinin sayı 8 nəfərdir.

2006-cı ildə Fuad Musayev tərəfindən yaradılmışdır.

  1. Fuad Musayev – vokal;
  2. Leyla Əliyeva – vokal;
  3. Sergey Krasnyanskiy – zərb alətləri;
  4. İsmayıl Yaqubov – gitara;
  5. Şəmsi Tağızadə – saksafon;
  6. Teymur Talışinskiy – klaviş;
  7. Coşqun Dadaşov – klaviş;
  8. Xalid Babayev – perkussiya, nağara;

`Fuad Musayevin gənclərə tövsiyyəsi:

  1. Təhsil alın, təhsil hər kəs üçün önəmlidir, işləməyə tələsməyin, mütaliə edin, dünyagörüşünüzü artırın, güclü, mübariz və çalışqan və məsuliyyətli olun, yaxşı insan olun, insanlara kömək edin, “heç kimdən mənə nəsə edəcək deyə” nəsə güdməyin, kimisə borclu çıxartmayın, minnət qoymayın…
  2. İndiki gənclərimiz əziyyət görməmişdir, bizim gənclik və uşaqlıq illərimiz çətin zamana düşmüşdür, növbələrdə dayanmaq, talonla ərzaq məhsullarını almaq, müharibə və azadlığımızın olmaması və s. Mən həyatda hər şeyə özüm çətinliklə də olsa, nail olmuşam, kimdənsə nəsə ummamışam… İnsan özü nail olarsa, nail olduğunu hər şeyin qədrini biləcək, onu qorumağa çalışacaqdır. İndi şükür müstəqil, dünyavi-demokratik dövlətdir, Ümummilli lider Heydər Əliyevin və İlham Əliyevin əməyi sayəsində indi müstəqilliyimiz qorunub saxlanmaqdadır, ölkəmiz inkişaf edir, ərzaq və geyim məhsullarının satışında növbə və ya talonlar yoxdur, əlçatandır, social layihələr həyata keçirilir, işsizlik problem həll olunur, kim yaxşı və çox işləyirsə, yaxşı da qazanır. İnsan tənbəl olmamalıdır. Təhsil aldıqdan sonra sevdiyi peşə üzrə işləməlidir. Hər kəs əslində gördüyü işi qəlbi ilə görməlidir, sevərək, tək maddiyyat üçün deyildir. İndiki gənclərin bir qismi nə istədiklərini bilmirlər, məqsədləri yoxdur, təhsil almaq, işləmək istəmirlər. Ya social şəbəkələrdə vaxtlarını keçirdilər, qızlar oğlanları düşünür, oğlanlar qızları, əyləncəni, çayxanada vaxtını keçirdir, sonra da zaman keçir, şikayət edirlər ki, heç nəyim yoxdur, özü nail olmamışdır. İndiki gənclərimizin bir qismi çox zəifdirlər. Amma bir qismi çox güclüdürlər, məsələn 700 bal toplayıb, ali məktəbə daxil olmuşdur. Ali təhsil çox önəmlidir.
  3. Elə insanlar var ki, danışır, onun danışdığı yuxu gətirir, maraqsız olur və ya əksinə, çox maraqlı olur, səni söhbət zamanı cəlb edir, nəsə öyrənirsən ondan, vaxtın necə keçdiyini hiss etmirsən.
  4. Mənəvi dəyərləri üstün tutun, maddi dəyərlər müvəqqətidir, bu dünyaya əliboş gəlib, əliboş gedir.
  5. Özünüzə tənqidi yanaşın, başqalarını da tənqid edəndə, sağlam tənqid edin, təhqirə və şəxsiyyətə keçməyin. Özünüzə güvənin, paxıl olmayın, kimsə yıxılıbsa, həyat tərəfdən vurulubsa, sevinmək lazım deyil, əl tutmaq lazımdır.

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma