Ədəbi-təhlil


“Ədəbi təhlil” layihəsi- Ramil Mərzili: Kimsə bilməsin…

 

 

 

 

 

 

 

Bu günkü müzakirə obyektim və mövzum Ramil Mərzili, onun kimliyi, yaradıcılığı və “Kimsə bilməsin” kitabı olacaqdır…

İlk növbədə, təbrik edirəm Ramil qardaşımı…

Dünən AYB-də imza günündə iştirak etdim… Çıxış üçün söz verilməliydi, imtina etdim, çünki sözüm çox idi, yazmağı üstün bildim…

Mənim üçün yaradıcı insanın uğuru yaradıcılıq məhsulunu insanlara düzgün çatdıra bilməsi, təqdim etməsi, yaşadıqlarını və nə demək istədiyini ifadə edə bilməsidir. Ramil yaradıcılığında bunu bacarır. Kədəri də, vətən sevgisini də, ailəyə bağlılığı, qadına sevgisi, həsrətini, sevincini də şeirləri vasitəsilə ötürə və yaşatdıra bilmişdir oxucularına…

Kitabını iki dəfə oxudum…

Yaxşı yadımdadır… Bizi birləşdirən dəyər, dəyərli yazar dostumuz, jurnalist, publilist, tənqidçi və yenibaxis.az saytının baş redaktoru və təsisçisi Aysel Abdullazadə olmuşdu… Ramilin Kitabevimdə olan kitab təqdimatına məhz Aysel dəvət etmişdi. Ramili tanımırdım, yaradıcılığı ilə ancaq saytdan tanış idim… Aysel təriflədi, mən inanmadım… İnadkarlıqla deyirdim: “heç bəyənmədim Ramil bəyi, bura sənə görə gəlmişəm Aysel”…

Söz verdi mənə çıxış etmək üçün, şəxsən tanışlığımız olmasa da, kitabın adını düzgün seçmişdi… Kimsə bilməsin… Kitabı oxuyan hər kəs bildi, onun nə demək istədiyini, hiss və fikirlərini…

Deyirlər: “İlk təəssürat aldadıcı olur”… Razıyam… İlk baxışdan çox qəmli, kədərli, soyuq, özündən razı görsənən Ramili bəyənməmişdim… Neqativ enerji gəlirdi mənə… Mən axı pozitiv insanam…

Sonra sosial şəbəkədə dostlaşdıq, ünsiyyətimiz başladı, qısa zamanda dostlaşdıq, yanıldığımı anladım və əslində Ramilin necə insan olduğunu gördüm…

Ramilin kimliyi geniş mövzudur, tənqidçiyəm, tərifləmək istəmirəm… Tənqid edəcəyim bir tərəfi əslində kədərli görsənməsi, kədəri içində yaşaması, əslində isə dostları ilə şən və mehriban görsənməsidir… Kədərli olmasıdır, dərd çəkməsidir…

Ən böyük arzum Qarabağımızın geri qaytarılması, ərazi bütövlüyümüzün bərpası, kitabımın təqdimatının Şuşada edilməsidir… Qarabağımda olmaq istədim… Sağ olsun, dostumuz Ruslan Nadir, təşkil etdi, getdik.

Deyirlər, “filankəs necə adamdır?”, cavabı “yol yoldaşı olmamışam bilmirəm, davada olmamışam, bilmirəm”dir. Qarabağda bizi Ramil və Vüsalə Süleyman, Veys qarşıladı… Ramillə Qarabağda yol yoldaşı da olduq, müharibə şəraitində, təhlükə altında da olduq hər an, qorxmadıq, qaçmadıq…

Kimsə bilməsin… Bir sirrdir… İnsanın həm paylaşmaq istədiyi, həm də paylaşmaq istəmədiyi bir sirr… Stop düyməsi kimi… İstəyirsən, basıb dayandırasan, ya da ki, basmayıb, davamını bilmək istəyirsən… “Kimsə bilməsin” də insanın özünə və ya artıq paylaşdığı gizli sirri haqqındadır… Özünə deyirsən ki, bu yalnız mənə aiddir, kimsə bilməməlidir, ya da ki, dostuna etibar edib, paylaşır, deyirsən, amma şərt qoyursan, xahiş edirsən “kimsə bilməsin”…

Ramilin kitabını oxuduqca, Tənha qadını sevdim, Vurmadığın şilləni sevdim, özümü gördüm… Yaşadım, hiss etdim…

Əsəd Cahangirin dünənki çıxışında sözünə qüvvət olaraq, demək istəyirəm ki, yaradıcı insanın muzası iki halda gəlir: Ya sevinc və xoşbəxtliyin zirvə nöqtəsində, ya da kədər və bədbəxtliyin zirvə nöqtəsində… Hər bir nöqtə maksimum olur, yaşayırsan, yazırsan, yaradırsan… Sevinc və xoşbəxtliyi yaşayanda tənqid, tərif, sevgiyə qovuşma, satira, yumoristik yazılar çıxır, kədər və bədbəxtliyi yaşayanda göz yaşı, dərd, nakam sevgi, həsrət, ayrılıq, iztirab, əzab…

Ramil Mərzilinin şeirlərini oxuduqca, nəzirələr və ya cavab yazmağa, ilhamlanıb o mövzunu inkişaf etdirməyə, həmin mövzu üzrə esse, publisistik məqalə, köşə və bloq yazısı yazmağa başladım… Məsələn Tənha qadın şeirinə…

Ramilin söz ehtiyatı var və mövzunun bədii təsvir imkanları mövcuddur, fikirlərində təkrarlanmır.

Şeirlərində sevgi və qadın obrazına gəlincə, əsl yaradıcı insan odur ki, real həyatda yaşamadığını yaratdığı işdə yaşadır, yaşayır və yaşatdırır… Ramil yazılarında poetik sevgi və poetik qadın obrazını yaratmış və poetik sevgisini poetik qadınına həsr etmişdir…

Şərt deyil ki, yaradıcı insanın yaratdığı və ya yazdığı onun şəxsi həyatı və ya şəxsi iç dünyası ilə bağlı olsun, müşahidə, araşdırma, digər insanların həyatından götürmə halları da ola bilər…

Ramil o qədər həssas, duyğulu və gerçək yazır ki, şeirlərini yaşamamaq olmur, duyğulanmamaq və şeirlərinin təsiri altına düşməmək olmur…

Hər kəsə bu kitabı oxumağı və Ramil Mərzilinin yaradıcılığı ilə tanış olmağı tövsiyyə edirəm.

Gün o gün olsun, növbəti kitablarını Ağdamda, Şuşada, Xankəndində və digər Qarabağ torpaqlarında ardıcıl olaraq təqdimatını təşkil edək.

“Ədəbi təhlil” layihəsi – Sevincin”Günah”ı və ya LGBT həyatı

 

 

 

 

 

 

Sevinc Səfərovanın Günahı gerçək həyatda yaşanılan və hər bir insanın sığortalanmadığını, qarşılaşaca biləcəyi insan həyatı, insan həyatına təsir edəcək amillər, səbəb və nəticələr əks edilmişdir.

Əslində, romanda bir neçə yenilik vardır:

  • Müəllif kənardan müdaxilə etmədən bu və ya digər vəziyyəti, hadisəni müşahidə edir, təhlil edir, izah edir, öz fikrini bildirir. Müəllifin fikirləri bir çox məqamlara aydınlıq gətirir. Sanki romanın qəhrəmanlarını da qara dünyadan ağ dünyaya çıxardır.
  • Roman qəhrəmanlarının iç dünyasını daxili səs yeniliyi ilə açır. Daxili dünyalarında baş verənləri oxuculara çatdırır. Yenə bitərəfdir yazıçı…
  • İnsanlara hər bir amilin-insan, ətraf mühit, ailə, dost, yaşam tərzi, pulun necə təsir göstərməsini özündə əks etdirir…
  • Romanda az sayda mənfi obraz var, ilk mənfi obraz Röyalın doğma atasını qohumlarıdır, onlar haqda qiyabı və qısa məlumat verilmişdir, digəri isə Davuddur, Röyalın ögey atası…
  • Romanda cəmiyyətin insanların həyatına birbaşa təsir və insanları tanımadan qınaması da öz əksini tapmışdır.
  • Çox cəsarətli yazıdır, hələ qadın yazar üçün çox cəsarətli addımdır… Çünki indiki dövrdə şərq cəmiyyətində LGBT, zorlanma, pedofiliya kimi aktual mövzular haqqında yazmaq və qınanılacağını, səhv anlaşılacağını, bir müəllif kimi tənqid ediləcəyini bilərək, yazmaq hər insana xas deyildir…

Saf sevgi, pullu olub dərd çəkmək və pulsuz olub dərd çəkmək, insan həyatlarının fərqli olması ilə yanaşı, oxşarlıqların olması, eyni nəticələrə malik olması real həyatda vardır…

Əslində, ən böyük Günahı Sevincin romanında Röyal və raul deyil, onların həyatlarına ətsir edən canlı amillərdir, Röyalın ögey atası, Raulun anasını onlardan ayıran xəstəlikdir…

İnsan bu həyatda heç nədən sığortalanmamışdır… Kimisə qınamaq düzgün deyildir… İnsanları tanımadan, səbəblərini bilmədən, həyatlarını və nə yaşadıqlarını anlamadan onları qiymətləndirmək, aşağılamaq doğru deyildir…

Hər kəs insandır… Cəsarətli olanı susmur, səmimi olub etiraf edir, cəsarətli olmayan susar, gizlin edər…

Mən LGBT-yə normal yanaşıram, yetərincə tolerantam… Məncə, qadın üçün ən gözəl və təhlükəsiz dost geylər, homoseksuallardır, eləcə də kişi üçün ən yaxın rəfiqə isə Lesbilərdir… Transseksualları da anlayıram… Kimisi kişi kimi yaradılıb, qadın olmaq istəyir, özünü kişi vücudunda narahat hiss edir, kimisi qadın kimi yaradılsa da, kişi olmaq istəyir…

Əsas olanı insanlıqdır, insanların cinsi deyildir…

Həyat ziddiyyətlidir, bəzən insandan asılı olmayan səbəblərdən çıxılmaz vəziyyətdə qalır, seçim edəsi olur, o seçim isə ona yeridilir… Necə ki, Röyala, Yağmura, Raula yeridilmişdir…

Onlar sevirdilər, sevgi üçbucağı vardı… Amma onlar hər birisi nə edirdisə, saf sevgidən, insani keyfiyyətlərinin mövcud olması səbəbindən edirdi…

İnsanları bağışlamaq lazımdır, qınamaq deyil…

Hər kəsə bu əsəri oxumağı tövsiyyə edirəm… Kitab əksər kitab mağazalarında satışdadır…

Burada itkilər vardır, ana, ata itkisi, övlad itkisi, həyat və kimliyin itkisi və sonda əksər qəhrəmanların sevgi yolunda itirilməsi, ölməsi.

“Ədəbi – təhlil” layihəsi – Aysel Abdullazadə üçün”Günəşin düşmədiyi odalar” a baxışım…

 

 

 

 

 

 

 

28 Fevral  bizim hər birimiz  üçün möhtəşəm gün oldu, bizi Kitabevim kitab mağazasında (təşəkkür edirəm onlara) birləşdirən iki dəyər var idi:

Biri Aysel, biri isə kitab…

Mənim üçün Aysel kimdir?Aysel – Ay və Seldir! Ay kimi cəlbedici, valehedici, sevimli, gözəl, qaranlıqda işıq saçan, yolda mayak olan, ictimaiyyət və sosial toplum saydığımız insan okeanında qabarma və çəkilmələrə səbəb olan qadın, yazardır. Sel kimi isə cəsur, önündəki maneələri aşan, yuyub aparan, qorxmaz, mərd, cəsarətli, kəsərli sözü olan, aydın, təmiz, saf su kimi qəlbə malik olan bir xanım, yazardır…

İkinci dəyər olan kitaba gəlincə, həqiqətən də Günəşin düşmədiyi otaqlar var, cavabsız suallar, qaranlıq qalan mətləblər, susulması məsləhət bilinən məsələlər, işıqsız qalan yollar, sevgisiz qalan qəlblər kimi, antonimlər var, qaranlıq və işıq, sevgi və nifrət, yaxşı və pis, xeyir və şər kimi, qadın və kişi kimi…

Aysel xanım və onun yaradıcılığı ilə tanışlıq senzor.org saytı sayəsində olmuşdur.Rüfət Əhmədzadəyə minnətdaram. O saytda yerləşdirilən yazısı və piano arxasında güllü qırmızı don geyinmiş məsum və müsbət enerji, pozitiv verən bir xanım şəkli məni yaxşı mənada cəlb etdi, maraqlandırdı. Onun orada ardıcıl olaraq çıxan üç yazısını oxudum, çox bəyəndim “Çimərlik mədəniyyəti”, “Otel otaqları”, “Kirayələnmış fahişə” yazılarını çox sevdim, sosial şəbəkədə onu axtardım, tapdım, dostluq yolladım, bir həftə o, dostluğumu qəbul etmədi. Sonra isə qəbul etdi, biz dostlaşdıq, yazılarımızı oxuyub, müzakirə edirdik, oxşar fikirlər, düşüncələr, yazı tərzi və xarakterimiz bizi daha yaxınlaşdırdı, dost olduq, bacı olduq… Onun xətrini onu yaxından tanıdıqca, daha çox istəməyə başladım. Bir-birimizdən xəbərsiz bir-birimizi sayt redaktorlarına tövsiyyə edir, yazılarını yerləşdirirdik, ancaq sayta keçidi yollayırdıq sürpriz olaraq…

Aysel geniş qəlbə və tükənməz səbrə malikdir, operativdir. Yenibaxis.az saytının təsisçisi və baş redaktorudur, filoloq olmaqla yanaşı, oz bloq səhifəsi var bloqqer olaraq, ayselabdullazade.blogspot.com. Yazılarımı ilk olaraq, saytında yerləşdirən, redaktə edən, uzun yazılarımı səbrlə oxuyub, fikrini bildirən insandır, tənqidi də yerindədir, tərifi də…

Kitabı oxudum, çox sevinc, sevgi, maraq hissi ilə… Öz dəsti-xətti, üslübu ilə insanın ağlına və qəlbinə yol tapan yazılardır, düşündürən, yaşatdıran, hiss etdirən…

Oxumağa dəyər hər yazısını…

Bir çoxları yazılarına, hayqırtısına, qadın haqqlarını müdafiə etməsinə görə onu feminist və ya kişi düşməni saya bilər və yanılar… Onun ailəsində onun çox sevdiyi iki kişi var, Atası və qardaşı… Aysel, obyektiv insandır, düzü düz, əyrini əyri yazır, tənqid edəndə, qadınları da tənqid edir…

Ona bir yazıya, yazının başlığına görə qiymət verənlər, yazını oxumadan ancaq başlığa görə fikir bildirənlər, rəy və ismarıc yazanlar yanılırlar… Əslində, hər yazısında sevgi var, qayğı var, diqqət var, cəsarət, təbiilik, səmimilik var, məsumluq var… Ən əsası həqiqət var…

Rəsimlərində də rahatlıq, sevgi, gülüşündə səmimilik, baxışında dərinlik var… O, əsl qadındır… Yazılarının bir hissəsində yaşayan və yaşadan ictimaiyyət üçün bir az açıq, bir az qapalı insandır. Kitabı hər kəs oxumaq istər, amma onun dilini bilmək lazımdır, kitabda yazılanları anlamaq üçün hər sözü anlamaq, dərinliklərinə varmaq, o sözləri gerçəkləşdirib təxəyyülündə səhnələşdirmək lazımdır, sanki özünü o şeirdə yaşayan və yaşanılanların yerinə qoyursan, 3 d və 4 d effekti kimi… Bu qədər real, bu qədər canlı…

Şərqdə qadın olmaq çətindir, cəmiyyət, ictimai rəy və qınağa görə…  Qadın doğulmamış, doğulanda da bəzi ailələrdə problem yaradır, yaşayır… Qadın ikinci insan kimi qəbul edilir hələ də… Qadının problemləri çoxdur, qadın doğulmaq çətindir əslində… Qadın doğulduğu andan mübarizədədir əslində… Qadına qoyulan tabu, məhdudiyyət, qadağalar,  adlar, vurulan damğalar, atmacalar, haqsız qınaqlar, “olmaz”lar qadının təbii simasını dəyişməkdədir, qadın sıxıldıqca, təzyiqlərə məruz qaldıqca, deformasiyaya uğrayır sanki, o qədər dəyişir ki, süniləşir…

Aysel xanım, qorxmadan, çəkinmədən aktual sosial problemləri gündəmə gətirir, gündəlik həyatımızda yaşadıqlarımızı qələmə alır… Əslində, çətin nəsə yoxdur, hər şey, dili belə anlaşılandır, yadda qalandır və özünü sevdirəndir…

Paxıl insan deyiləm, yazar, tənqidçi kimi mübarizəmə tək çıxmışdım, zərbələr mənə gəlirdi, dəstəyim az  idi, çox sevinirəm ki, Aysel və onun kimi cinsindən asılı olmayaraq, həqiqəti yazmağı bacaran digər yazar dostlarım- Elməddin Rahiboğlu, Kamran İsmayılzadə, Tural Sahab, Mələk Heydərova, Fatimə Hacıbəyli, Vasif Ayan var, güc birlikdədir, biz mübarizəmizdə tək deyilik, əbəs deyildir…

Bir yazımda yazmışdım, insanlar kitab kimidir, Aysel maraqlı, yeni məlumatlarla dolu, söz ehtiyatı olan, oxunaqlı, zəngin, dəyərli insan kitabdır,  tənqidim odur ki, kitabın kiçikdir, yazıların az deyildir axı… Sən bitməz tomları olan ensiklopediyasan, kitabın da həcmcə böyük olmalıdır.

Onun yaradıcılığında xüsusilə sevdiyim şeirlər var, sanki özümə çox yaxındır, sanki özümü görürəm…

  1. Güclü qadınlar bağışlamaz- bu fikirlə razıyam, güclü qadınlar bağışlamır, unutmur, sadəcə biganə olur və həyatına davam edir;
  2. Sevdiyim ikinci kişisən- söhbət ilk kişi olaraq atadan gedir, qız övladı doğulanda ilk sevdiyi və bağlandığı kişi onun atasıdır, sonra sevgilisi-həyat yoldaşı, uşaqlarının atası;
  3. Gedənlər həmişə unudanlar olmur- çox vaxt kimdən gedirsənsə, o, unudur, gedənlər getsə də, unuda bilmir, nə yaxşını, nə də ki, pisi…
  4. Mən öldürdüyünüz qadınam- şərq dünyasında aktual problem olan-qadınla bağlı problemlər öz yerini tapmışdır;
  5. Göz yaşlarım- düşündürücü, maraqlı yazıdır, eyni adlı yazımı-nəzirəmi yazmağa sövq etdi məni;
  6. Həyat- Həyat dediyim yazısını nəzirə olaraq yazmağa ruhlandırdı məni;
  7. Səninlə yaşlanmaq istəyirəm- hər bir kəs ömrünün sonuna və ölənədək sevəcəyi bir insanın olmasını və onunla yaşlanmaq istəyir. Bu hər bir kəsin arzusudur cinsindən asılı olmayaraq;
  8. Baxış bucağı-çox maraqlı, düşündürücü, əsas problemləri, insanların düşüncələrini əks etdirən yazıdır;
  9. Qadınam mən-çox doğru şəkildə vurğulanmış və cəsur etiraf və çağırışdır;
  10. Məni aldatmaq asandır-sevən və sevməyi bacaran, saf qəlbli insanları sevən zaman aldatmaq çox asandır;
  11. İnsan sifətləri-çox maraqlı, gerçəkliyi əks edən yazıdır;
  12. Hər şey eynidir… Hər şey fərqli-bəzən elə olur ki, həyatımız və özümüzün fərqli olduğunu düşünürük yanlı olaraq, əslində eynidir, eyniyik, bəzən isə eyni olduğumuzu düşünürük, eynidir həyatımız, yanılırıq, əslində, fərqliyik, fərqlidir həyatımız. Hər şey eyni olduğu qədər də fərqli ola bilər və ya əksinə;
  13. Qadın özləmi-qadın sevərsə, gözləyərsə, səbr edər. Səbri tükənməsin təki;
  14. Sona çatmaq yenidən başlamaqdır-hər son yeni bir şeyin başlanğıcıdır;
  15. Sənə inanmaq-hər kəs inanmaq istəyir, aldanmamaq istəyir;
  16. Sonra get-çox cəsarətli bir çağırışdır, “get” sözünü hər kəs cürət etmir deməyə… Tənhalıqdan qorxur bəziləri, bəzisi isə atılmaq, unudulmaq istəmir. Gedəni saxlamazlar;
  17. Get;
  18. Bir qadını olmalı kişinin- qadın və kişi tərs mütənasib, antonim olsa da, bir-birini tamamlayır, hər bir kişiyə qadın, hər bir qadına bir kişi lazımdır;
  19. Bir kişisi olmalı qadının.

Bu tədbirə gələn hər kəsə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Kitabı sevən, mütaliə edən, ziyalı və yaradıcı insanları, onlara dəstək olanları xüsusilə vurğulamaq istəyirəm “təşəkkür ismarıcım”da.

Aysel, valideynlərinə təşəkkür edirəm, vətənimizə belə layiqli, manqurtlaşmayan, vətənini, soykökünü unutmayan, sevən, zəngin mənəvi dünyaya, bitməz enerjiyə və söz ehtiyatına malik olan insan dünyaya gətirdiklərinə, bizi sevindirdiklərinə görə. Təşəkkür edirəm ki, bu gündə səni tək qoymadı ailən, bacın da, qardaşın da gəldi bu xoşbəxt gününə.

Aysel, sənə təşəkkür edirəm, mənə olan etibar, sevgi, qayğı, diqqətinə görə, məsuliyyətli iş olan təqdimatında giriş sözü demək və iki saatlıq təqdimatını aparmaq çox sevincli, fəxr edici bir işdir, həm də çox məsuliyyətli, ciddi… Həyəcanlı idim, kövrəlirdim, ağlamaq istəyirdim sevincimdən, güclə saxlayırdım özümü…

Aysel xanımı ilk kitabını çıxartması münasibətilə təbrik edirəm və uğurlar diləyirəm…

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma