Mən uşağam…


kdr_3923

Mən uşağam,
Balacayam…
Döymə məni,  əziz anam
Söymə məni, canım atam…

Mən uşağam,
Böyüməkdir mənim arzum…
Böyüyəndə, işləyərək
Pul qazanıb, sizə baxım…

Mən uşağam,
Arzum hələ balacadır,
Ağrılarım isə böyük,

Yüküm artıq ağırlaşıb…
Məni sevmək əvəzinə,
Ya atırsan, ya satırsan,
Bir mal kimi, zibil kimi

Küçələrə, insanlara…

Necə qıydın bunu sən

Mənim kimi övladına?!

 

Mən uşağam,

Dilənirəm küçələrdə,

Havanın da fərqi yoxdur,

Qazansam da, qəpik -quruş,

Dözməliyəm soyuğa da,

İstiyə də, nə edim mən?!

 

Mən uşağam, küçələrin ortasında,

Dilənməyi istəmirəm,

Təhsil almaq əvəzinə,

İşləməli oluram mən…

Yeridilmiş bir seçimdir

Uşaq üçün…

 

Mən uşağam,

Yoxsulluğu,

Bataqlığı,

Çətinliyi görən uşaq,

Yuyunmuram neçə vaxtdır…

Halal nədir, haram nədir,

bilmirəm mən,

Qarnım acdır,

baxışlarım məsum, ya bic,

Nə fərqi var baxışımın?!

Həyat mənə öyrətmişdir,

Məsumluqdan tez çıxmağı,

Yaşamaqçün vuruşmağı…

 

Mən uşağam,

Tez inciyən,

Tez ağlayan,

İstəyirəm oynayım mən

Hamı kimi oyuncaqla…

Neyləyim mən,

Oyuncağı olmuşam mən

İnsanların…

 

Mən uşağam,

İllər gəlir,

Yaşım üstə yaş da gəlir,

Böyüyürəm…

Qəlbim isə hələ safdır,

Gözlərimsə göz yaşımla qıdalanır…

 

Mən uşağam, böyüsəm də,

İçimdə hələ də vardır,

Böyüməyən kiçik uşaq…

O, uşaqda arzularım,

O, uşaqda ümidlərim,

O, uşaqda uşaqlığım,

O, uşaqda insanlara sevgim vardı,

Böyüdükcə, o, uşaqda öldü onlar…

 

Mən uşağam,

Əl açdıqca insanlara,

Dil açdıqca insanlara,

Harayımı çatdırmağa çalışıram…

Ötən ötür, keçən keçir,

Vecə almır, uşaq olub

Uşaq kimi yaşamaqdan

Məhrum olan bir uşağam…

 

Mən uşağam,

Doğuluram,

Atılıram zibil kimi

Zibilliyə,

Ya ölürəm yerindəcə,

dirəşirəm yaşamaqçün

atıldığım zibillikdə…

 

Mən uşağam,

Bağışlayan,

Atılsa da,

Atasını, anasını

Hər simada axtaran…

Sevgidən məhrum,

qəlbi sınıq məsum uşaq…

 

Mən uşağam,

Günahım doğulmaqdırsa?

Niyə doğurdun axı, mənim anam?

Mən uşağam, sənin qızın,

sənin oğlun, hamı kimi

bir vətəndaş…

 

Mən uşağam,

Bəlkə yetər?!

Dayanmaq vaxtıdır?

Canlıyıq biz, yaşayaraq

sevilmək bizim də haqqımız…

 

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma