Pərviz Əsədovun “Experimentum evolutio” adlı fərdi yaradıcılıq sərgisi


Foto: Nəriman İsmayılov azpress.az saytı

Rəssam Pərviz Əsədov 1984-cü ildə Neftçala rayonunda doğulmuşdur. Azərbaycan Texniki Universitetini bitirib və ixtisasca mühəndisdir.

Həvəskar rəssam Pərviz Əsədov uşaqlıqdan rəsmə olan marağı və həvəsi hesabına bu günümüzdə yeni bir texnikada rəsmlər çəkməkdədir.

Rəsm əsərlərini yaradarkən kağız və kətan üzərində rəsm əsərləri ilə kifayətlənməyən rəssam əsərlərini aşılanmış dəri üzərində çəkməyə başlamışdır. Dünya təcrübəsində dəri üzərində rəsm əsərlərinin çəkilməsi var. Rəssamı fərqləndirən əsərlərini dərinin tükləri üzərində çəkməsidir.

Özünün dediyinə görə bu incəsənətdə bir tərəqqidir və bu səbəbdən çəkdiyi əsərləri rəsm əsərlərini ictimaiyyətə təqdim etmək üçün keçiriləcək fərdi sərgisini də latıncadan tərcüməsi tərəqqi olan “Experimentum revolutio” adlandırmağı qərara almışdır.

Sərgidə rəssamın dəri üzərində işlənmiş 30-a yaxın əsəri nümayiş olunmuşdur.

Sərgi 11 dekabr 2016-cı il saat 16-00-da Bakı şəhərində İrşad mehmanxanasında təşkil edilmişdir. Onu da qeyd edək ki, bu sərgi rəssamın ölkədə ilk sərgisidir.

Sentyabr ayında rəssamın ABŞda eyni adlı və rəsmlərindən ibarət fərdi sərgisi keçirilmişdir və rəsmləri izləyiciləri tərəfindən maraqla qarşılanmışdır.

İndi isə sərgi zamanı rəssamdan aldığım müsahibə ilə oxucularımı tanış etmək istəyirəm. Çünki ölkədə dəri üzərində rəsm çəkmək yeniliyi və kreativ ideya məhz ona məxsusdur. Məncə, bu yeniliyi maraqlı alınmışdır və özünü doğrultmuşdur. Buna görə ona öz dərin minnətdarlığımı bildirirəm.

  1. Pərviz müəllim, niyə məhz seçiminiz dəri olmuşdur?

Çoxlu sınaqlardan sonra dərini seçdim. Mən də bütün rəssamlar kimi əvvəlcə kağız və kətan üzərində rəsm əsərlərimi işləyirdim. Sonra fərqli bir şey istədim, düşündüm və dərini seçdim. Bu seçimi etmə səbəblərimdən biri həm də dərinin üzərindəki tüklərin fakturasının cəlbedici olmasıdır. Bundan başqa, bildiyiniz kimi tarix bpyu dəri üzərində rəsm və yazılar gəlib indiki dövrümüzədək çıxmışdır. Dərinin material olaraq dözümlü olması, tüklərinin gec çürüməsi və daha çox müddətə rəsm əsərini saxlaması funksiyasıdır. Bununla da rəsm əsərləri bir neçə əsrə belə ötürülə bilər. Kətan üzərində ötən əsrdə çəkilən rəsmlərin restavrasiyaya ehtiyacı var, dəridə rəsmlər üçün bu təhlükə yoxdur. Həmçinin ixtisasca mühəndisəm, bunun seçimimi edərkən öz köməyi olmuşdur. Belə ki, deformasiya olanda, dərinin tükləri üzərində rəsmdə hər hansı bir dəyişiklik olmur.

Onu da qeyd edim ki, dərin üzərində işləmək kətan və ya kağız üzərində işləməkdən daha çətindir. Dərinin tükündə tükün bitmə istiqaməti var. Ona görə də məcbur olursan ki, tüklərin bitmə istiqamətinə uyğun olaraq, rəsmi çəkəsən. Amma kətanda istənilən bir istiqamətdə rəsmi çəkə bilərsən. Burada bunu etmək mümkün deyildir.

İkinci çətinlik isə odur ki, burada səhv etmək şansın azdır. Rəsmi çəkən zaman səhv etməməlisən. Çünki səhvini poza və ya redaktə edə bilməyəcəksən.

Üçüncü çətinlik odur ki,  eskiz etmək, kağıza cızıb çəkmək şansın yoxdur, birbaşa dəri üzərində işləməlisən.

Bütün bunlara baxmayaraq, bu yeniliyi gətirməyə peşman deyiləm. Çünki gənclər üçün nümunədir, gənclərə göndərilən “çətinliklərdən qorxmamaq və onlardan qaçmamaq ” ismarıcıdır. Məhz buna görə də sərginin adını “Experimentum revolutio” qoymuşam.

4 ildir ki, bu rəsmə meylliyəm, çəkib sınayırdım.

  1. Rəsmlərinizin qəhrəmanı niyə heyvanlar olmuşdur və niyə məhz həmin heyvanlar olmuşdur?

Heyvanlar və təbiət haqqında, ekologiya haqqında yazıçılarımız, alimlərimiz yazmışdılar, biz rəssamlar isə fırçamızla rəsmlərimizə alırıq. “Təbiəti qoruyaq, heyvanları qoruyaq” ismarıcını verməyə çalışmışam. Burada həm ev  heyvanları, həm vəhşi təbiətin heyvanları vardır. Hər bir heyvanın da insana sanki ötürdüyü bir xüsusiyyət vardır.

Ölkəmizdə bu cür sərgim ilk dəıfə olsa da, daha öncə bu ilin sentyabr ayında ABŞ – da Kaliforniyada fərdi sərgim olaraq keçirtmişdim və sərgidə fərqli və maraqlı insanlar iştirak etmişdir və maraqla qarşılanmışdır.

Onu da qeyd edim ki, dəri üzərində rəsm həm də çox bahalıdır. Çünki həm əl əməyi zamanı qarşılaşdığın çətinlik və zəhmət, həm də dərinin çətin tapılması və baha olması şəklin qiymətində özünü göstərir. Bir inəyin dərisi bir inəyin özündən bahadır.

Seçdiyim heyvanların özü də bir ismarıc verir. Çoxusu tüklü heyvanlardır. Amma bir çox tüklü heyvanlar qalmışdır. Bu sərgidə 22 ədəd rəsm əsəri vardır.

  1. Bir rəsminiz amma digərlərindən daha çox fərqlənir. Arxa fonda Azərbaycan bayrağı olan qartal şəkli. Bu şəkildə siz ölkəmizi nəzərdə tutmusunuz? Abşeron yarımadasını?

_azpressaz_ressam_perviz_esedov_sergi_aztu_29

Bildiyiniz ki, Abşeron yarımadasını daha çox qartal dimdiyinə və başına bənzədirlər. Eləcə də qartal əzəmətli, zəhmli bir quşdur.

Hər heyvan seçimimdə elə heyvanları seçmişəm ki, insanlara bənzərliyi var, insanları hər hansı bir xarakterinə görə bu heyvana bənzədir və ya onunla müqayisə edirlər. Məsələn, it-sadiqliq, dostluq, bozqurd-türkçülük, şir-liderlik, at-murad, pişik-dəlisovluk, tabe olub olmamaq, tülkü müdirklik və biclik,  bəbir-mübarizlik, bayquş-tənhalıq,  qoyun-dini bayram olan qurbandır, zebra-həyatın özüdür. Fikir vermisinizsə, şəkillərdəki heyvanlar aqressiv deyildir, yırtıcı olsalar da, mülayimdirlər və baxışları da yumşaqdır, sevgi doludur.

Bundan başqa bir ismarıc da odur ki, heyvanları ovlamayaq, onlar da bizim kimi canlıdırlar.

Heyvanların baxışlarına baxsanız, hər bir heyvanın insana yolladığı bir ismarıc var.

Bayquşun baxışında “qəti olun”, pişiyin baxışında “diqqətli və qayğıkeş olun”, bəbirdə “özünüzü qoruyun”, atda “arzularınıza doğru can atın”, itdə “sadiq olun”, tülküdə isə “əlacsız, bic olmayın” kimi ismarıclar vardır.

Müsahibəyə və səmimi cavablara, sərgiyə dəvət etdiyinə görə Pərviz Əsədova, şəkillərə görə azpress.az saytının foto-müxbiri Nəriman İsmayılova öz dərin minnətdarlığımı bildirirəm.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma