Uzun yollar…


Dekabrın 9 2016-cı il tarixində  Bakı şəhərində yerləşən Alov qülləsindəki Park Cinemada Humanitar Tədqiqatlar İctimai Birliyinin hazırladığı məcburi köçkünlər haqqında “Uzun yollar” sənədli filminin təqdimatı keçirildi.

Bu təqdimata məni Eldəniz müəllim dəvət etdi.

Saat 17-00-da başlayan tədbirdə media nümayəndələri, QHT təşkilatlarının rəhbərləri iştirak etdi.

Film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır.
Filmdə əsasən Şuşa, Kəlbəcər, Laçın və Ağdam rayonlarından olan məcburi köçkün düşmüş insanların həyat yolundan, şahidlərin təqdimatlarında həmin rayonların işğalı ilə bağlı tarixi faktlardan danışılır. 40 dəqiqəlik sənədli film işğal olunmuş rayonların şahidlərin xatirələrində əks olunmasından, münaqişənin onların həyatına vurduğu zərərlərdən bəhs edir.

Filmin senari müəllifi, Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov, rejissoru tanınmış jurnalist Eldəniz Elgündür.

Düzü mən filmə baxanda ağlamağı sevmirəm və ağlamıram, soyuqqanlı oluram. Amma bu filmdə gördüklərim məni kövrəltdi, düşündürdü, dərindən fikrə dalmağa, o hadisələrə və o  yerlərə səyahət etməyə sövq etdi.

Düşündüm, düşündükcə, dəhşətə gəldim. Düşündükcə, anladım, özümü Qarabağlıların yerinə qoymağa çalışdım.

Düzgün seçilmiş musiqi, kadrlar, müsahibələr, şəkil və video görüntülər o qədər təsirli idi ki, hələ də o səhnələr gözümün önündən getmir. Hətta film bitəndə artıq göz yaşlarımın axdığını və ağladığımı anladım.

Dəvətə və filmə görə, təsirli ssenari və ideyaya görə Əvəz müəllimə və Eldəniz müəllimə öz dərin minnətdarlığımı bildirirəm.

Baxmağa dəyər. Tövsiyə edirəm.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma