İmarət tayfa və ya “arxanda yox, yanındayıq” prinsipini yaşadan azarkeş ordusu…


10 Dekabr 2016-cı il tarixində Qafqaz Baku siti mehmanxasında İmarət tayfa azarkeş qrupunun “Avropa fatehi” adlı illik yekun hesabat tədbiri keçirildi. Mediadakı fəaliyyətimə və azarkeş kimi fəal olmağıma görə bu tədbirə dəvət edildim. Təşəkkür edirəm.
Tədbirdə həm azarkeşlər, həm Qarabağ futbol klubunun rəhbərliyi və futbolçuları, həm də xanım azarkeşlər, media nümayəndələri iştirak edirdi.
Bir azarkeş olaraq bu tədbirdə olmaqdan fəxr hissi duydum.
Tədbiri giriş sözü ilə aparıcı Vasif Qurbanzadə açdı. İlk növbədə, işğal altında olan torpaqlardan çəkilmiş son fotoların əks olunduğu videoçarx təqdim oldundu. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Azarkeşlərin fəaliyyətindən ibarət fotoşəkillər olan videotəqdimat tədbir iştirakçılarına təqdim edildi.
Daha sonra söz Azarkeş qrupunun yaradıcılarından biri olan Qabil Hüseynə verildi. O, tədbir iştirakçılarına azarkeş qrupunun illik hesabatı ilə bağlı məlumat verdi.
Daha sonra “Qarabağ”ın veteran futbolçusu Gülağa Məmmədov çıxış etdi. O, futbolçu olan zaman Ağdam klubunun keçdiyi ağır dönəmlərdən, “İmarət” xatirələrindən danışdı.
Sonrakı söz haqqını “Futbol+” qəzetinin yazarı Nihat Ağasoy oldu. O, “İmarət”i ölkə futbolunda bir nömrə hesab etdiyini azarkeş qrupunda intellektual gənclərin bir araya gəldiyini, vətənpərvərlik ideologiyasının təbliğatını apardıqlarını xüsusilə vurğuladı.
Günel Fərhadqızı

“Qarabağ” klubundan isə icraçı direktor Əmrah Çəlikəl qonaqları salamladı. Çıxışı zamanı “İmarət”in gücündən söz açan klub rəsmisi, hər zaman fanatların dəstəyini ilin 4 mövsümündə hiss etdiklərini bildirdi.

“CBC Sport”un şərhçisi Rövşən Binnətlinin çıxışı isə tədbirin ən maraqlı anlarından biri oldu. Ağdam futbolunun tarixi ilə bağlı müzakirədə “Qarabağ”ın təsisçisi Adil Nadirovla fikri üst-üstə düşmyən Binnətli çıxışı və səsləndirdiyi faktlarla azarkeşlərin rəğbətini, eyni zamanda gurultulu alqışını qazandı. Bu isə Rövşən bəydən daha öncə çıxış edən Adil Nadirovu incik saldı desək, yanılmarıq.

Tədbirin sonunda isə ilin yekununu ilə bağlı “İmarət” nominasiyalar üzrə mükafatları təqdim edib. Maksim Medvedev “İmarət”in Avropa qolunun seçiminə əsasən “Azarkeşin dostu” mükafatına layiq görülüb. Öz oyunu və vurduğu qollarla fanatların sevimlisinə çevrilən Dani Kintana isə “Qurucu bombardir” mükafatı ilə təltif edilib. Ən maraqlı mükafat isə kapitan Rəşad Sadıqova təqdim edilib. Cəsarəti və fədəkarlığı ilə azarkeşlərin arasında “komandir” kimi bilinən “Qarabağ”ın lideri klubun sabiq baş məşqçisi, milli qəhrəman Allahverdi Bağırovun şərəfinə təsis edilmiş medalla təltif olunub.

Ona “komandir” deyə müraciət edildiyində, qəribə hisslər keçiridyini bildirən təcübəli müdafiəçi karyerasında “Qarabağ”ın mühüm yeri olduğunu söyləyib: “Qarabağ”a gələndə düşünürdüm ki az da olsa komandaya köməyim dəyər, komandanın güclənməsində rolum olar. Amma iş elə gətirdi ki, “Qarabağ” məni gücləndirdi. Bu komandaya gəlməsəydim, bəlkə də karyeramı 28-30 yaşda bitirərdim. Burada karyeramın ən uğurlu hissəsini son 7ildə yaşadım”.

Azarkeşlərin seçiminə görə millət vəkili Fazil Mustafa “Qarabağ”ın dostu”, Futbol11.az saytının əməkdaşı Emin Səfərov isə “Azarkeşin jurnalisti” mükafatına layiq görülüb. Azərbaycan futboluna rəng qatan, yüksək keyfiyyətli çəkilişi ilə göz oxşayan “CBC Sport” da diqqətdən kənarda qalmadı. Belə ki, sözügedən telekanala “Sevimli kanal” mükafatı təqdim olundu. Mükafatı almaq üçün səhnəyə çıxan telekanalın baş direktoru Volkan Üstün də çıxışı yetərincə maraqlı alındı. Vətən uğrunda qazi olduğunu bildirən Volkan bəy, çıxışını “Şəhidlər ölməz, vətən bölünməz” şüarı ilə tamamladı.

“Qarabağ”ın uğurlarının memarı Qurban Qurbanov da ənənəsindən kənara çıxmadı. O, hər dəfə olduğu kimi, bu dəfə də azarkeşlərdən birinə klubun hədiyyəsini təqdim etdi.

Düzü, hədiyyənin nədən ibarət olduğunu bilmədik. Sözsüz ki, bunun bir önəmi də yoxdu. Çünki əsl azarkeşlər üçün ən gözəl hədiyyə komandasının qazandığı uğurlardı.

Xatırladaq ki, bu, “İmarət” azad azarkeş qrupunun sayca 7-ci belə tədbiri idi.

Mənbə və müəllif: Futbol11.az saytı.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma