wp-1476713065289.jpeg

Cavab gözləyirəm,  Ata… 


1-ci ismarıc: -Salam, ata,  hardasan? Bayram yaxınlaşır,  hamı səni gözləyir. 2-ci ismarıc: Ata,  sənə zəng edirəm, ismarıc yazıram, niyə susursan? 3-cü ismarıc: Tvyə baxırıq,  anamla nənəm xəbərlərdə nə eşitdilərsə, nigarandırlar,  evdə var-gəl edirlər,  anam ağlayır,  nənəm onu sakitləşdirməyə çalışır. Ata, … Cavab gözləyirəm,  Ata…  oxumağa davam et

Qeyri-rəsmi müsahibə-Zemfira Kazımova


Bu günkü müsahibim sosial şəbəkədə tanış olduğum mehriban, xoşniyyətli, səmimi, saf bir insan, xanımdır. O, həm mənim oxucumdur, həm də mən onun sosial şəbəkədəki paylaşımlarının izləyicisiyəm, özü də ki, aktiv izləyicisi. Maraqlı, fərqli düşünmə tərzi vardır, dünyagörüşü, ağlı, savadı olan, işgüzar xanımdır. Sizin üçün Zemfira Kazımova kimdir? Sadəcə başqalarının dərdləri və problemləri üçün bu dünyaya gəlmiş biri. Zemfira adının mənası “göy yaqut” deməkdir, bu sözləri özünüzə aid edirsinizmi? Yox ” Goy yaqut” sözləri mənə aid deyil) Sizin üçün uğur düsturunun elementləri nədir? Ugur düsturunun bircə elementi var mənim üçün. Qələbə çalacağına bütün qəlbinlə inanmaq və sona qədər getmək. “Qızıl ortaqlıq, … Qeyri-rəsmi müsahibə-Zemfira Kazımova oxumağa davam et

Risklərin olduğu məkan-Absurdistan (tənqidi, satirik, yumoristik yazı)


Biri vardı, biri yoxdu… Var olanlar da vardı, var olmalı olanlar da yoxdu, yox olmalı olanlar da vardı, yox olanlar da yoxdu… Yazımdan inciməyin, risk meneceri kimi yazıram… Yazıçı kimi yox… Absurdistan adlı məkan var, bu məkanın o qədər absurd, gülməli riskləri, insan həyatları var ki, elə absurd hadisələr baş verir ki, gülməkdən başqa əlindən nəsə gəlmir, bir də başını götürüb qaçmaqdan savayı… Əlacsızsan… Bu məkanda bir neçə cəbhə var: Pofiqistlər, o qədər biganədirlər ki, nə yaxşı təsir edər onlara, nə də ki pis… Absurdistanın qurucusu, idarə edəni… Absurdistanın iki ayaqlı qurbanları… Qurban olmayıb mübarizə aparanları… Nə idarəedən, nə də … Risklərin olduğu məkan-Absurdistan (tənqidi, satirik, yumoristik yazı) oxumağa davam et

Atalar sözü poetik dildə…


İnsanlar inanıb daşlaşan zaman İnanmaz nəyəsə daşlaşmış insan… İnsanlar küsərlər nəsə umanda, Ummadan küsməyə bəhanə olmaz… İnsanlar səhrada gül, ağac əkir, Cahillər karvanın önündə gedir… “El içində öl içində” deyiblər, El içində ölmüş ata-babamız… Yazılan pozulmaz olsaydı əgər, Danmazdı sözünü yazan insanlar… Qız bəzək, oğul şərəf olarsa, Ailəni gəlin bəzər, ərsə şərəf qoruyar… Oğlanın oyunu oğlan oyunu, Qızın oyununu fələk oynamaz…         Atalar sözü poetik dildə… oxumağa davam et

Rəngimiz “Qara”dır, dır, dır…


Bir cəmiyyətin ki, sevdiyi rəng qaradır, gəlirləri qara rəngli təbii ehtiyatdan gəlir, qara düşüncələr var, insanları qaralamaq əsas məşğuliyyətlərdəndir, qara pərdə arxasında gizlənmək adəti vardır, insanların günü qaradır, qaranlığa öyrəşiblər, qan belə asan şəkildə qaralır, insanlara qaramat deyilir, qara bazarın olmasına niyə təəccüb edirik ki?! Çox adam qara rəngi seçir, geyimi, əmlakındakı mebeli, saçı, avtomobili… Gəlirlər qara rəngli neftdən gəlir, qara rəngli neftin benzini, dizeli, yanacağı olur bizim hərəkət üçün seçimimiz… Qadınları, kişiləri, uşaqları da narazıdır, qara-qara düşünürlər, etiraz edirlər, narazıdırlar… Kimsə xoşa gəlməyəndə qaralayırıq, ya da xoşumuza gələndə, göz götürməyəndə, paxıllayırıq, paxıllıqdan qaralayırıq, kimisə həyatımızdan silirik, yenə üstündən xətt … Rəngimiz “Qara”dır, dır, dır… oxumağa davam et

Allah bilsəydi ki…


Allah bilsəydi ki, onun böyüklüyündən müsəlmanlar necə istifadə edir, edəcək, “Allah böyükdür” deməzdi… Allah bilsəydi ki, müsəlmanlar İslam dinini bu günə qoyacaq, bu dini gətirməzdi yer üzünə. Allah bilsəydi ki, müsəlmanlar “Qurani Kərimi” oxumadığı halda, oxumuş kimi göstərib, dini kitabın buyurduqlarına zidd yaşayaraq, özünü müsəlman sayacaq, bu kitabı müsəlmanlara nazil etməzdi. Allah bilsəydi ki, İslam adı altında müsəlmanlar məzhəb, cərəyan və təriqətlərə parçalanaraq, bir-birinə düşmən olacaq, bir-birini qıracaq, öz müsəlmanlarına qarşı cihad elan edəcək, dini gətirməzdən öncə, min dəfə düşünərdi. Allah bilsəydi ki, namaz qılan zaman, ehsan verən zaman bunun şəkli çəkilərək, paylaşılacaq, müsəlmana bu şərtlərin vacib olmasının yanında şəkil … Allah bilsəydi ki… oxumağa davam et

Uşaqlardan öyrənməliyik…


Foto: Nurlan GM Bir çox şeyləri uşaqlara öyrətməyə bilərik, öyrətməsək də, uşaqlar görürlər, eşidirlər, müşahidə edib öyrənirlər. Uşaqdan uşağa və gendən genə də fərq vardır. Qızımdan çox şeyi öyrənmişəm, öyrətmədiyim halda: – Bir gün qızımla oturmuşdum evin yanındakı parkda skamyada. Qızımla danışırdım, rus dilində sual verirdim, azərbaycan dilində cavab verirdi, farsca deyirdim, rusca cavab verirdi, qızımın xarici dildəki düşüncə, təfəkkürünü yoxlayırdım, mexaniki, ya düşünərək danışdığını bilmək üçün. O zaman qızım uşaq bağçasına gedirdi, məndən də çox danışırdı… Yoxlamamın kuliminasiya nöqtəsində qızım mənə rus, fars və azərbaycanca eyni cümləni dedi: Mən səni sevirəm, ana. Yanımızda əyləşmək üçün orta yaşlı kişi gəldi, … Uşaqlardan öyrənməliyik… oxumağa davam et

İndiki zamanda


Evi sevgi və insan nəfəsi deyil, kombi və ceyran peçi, elektrik soba qızdırır… Sən pulu axtarıb tapan kimi pul səndən qaçır… Işəgötürən və iş səni deyil, sən onları aylar, illər boyu axtarırsan… Əmək müqaviləsi, müqavilə olmadan işləmək 15 yaşında kəbinlə ərə gedib qanunsuz uşaq doğmağa bənzəyir. İnsanlar mebel kimidir, ən yaxşısını istəyərsən, qiymətini biləndə isə vaz keçərsən… Ucuz olanda keyfiyyətinə görə, baha olanda isə şübhələrinə görə. Kişinin ki, ağıl, savad, əxlaq, işgüzarlıq, yumor hissi, emosional cəzbetməsi, istedadı, yaradıcı ruhu yoxdu, sıradan biridir. İndiki zamanda oxumağa davam et

Ədəbi-təhlil


“Ədəbi təhlil” layihəsi- Ramil Mərzili: Kimsə bilməsin…               Bu günkü müzakirə obyektim və mövzum Ramil Mərzili, onun kimliyi, yaradıcılığı və “Kimsə bilməsin” kitabı olacaqdır… İlk növbədə, təbrik edirəm Ramil qardaşımı… Dünən AYB-də imza günündə iştirak etdim… Çıxış üçün söz verilməliydi, imtina etdim, çünki sözüm çox idi, yazmağı üstün bildim… Mənim üçün yaradıcı insanın uğuru yaradıcılıq məhsulunu insanlara düzgün çatdıra bilməsi, təqdim etməsi, yaşadıqlarını və nə demək istədiyini ifadə edə bilməsidir. Ramil yaradıcılığında bunu bacarır. Kədəri də, vətən sevgisini də, ailəyə bağlılığı, qadına sevgisi, həsrətini, sevincini də şeirləri vasitəsilə ötürə və yaşatdıra bilmişdir oxucularına… Kitabını … Ədəbi-təhlil oxumağa davam et

Tövsiyə etdiyim kitablar


Həyat mozaikasının 5 əsas fraqmenti (Jim Rohn)             Yəqin ki, bir çoxunuz bilirsiniz ki, insanın müxtəlif növ qidası var: 1. Mənəvi və ya ruh, psixoloji (mədəniyyət, incəsənət məhsulları ilə qidalanma, musiqi dinləməklə, rəsmə baxmaqla, tamaşa və ya film izləməklə və s.); Fiziki (ərzaq məhsulları və içki); İntim və ya fiziki təmas. Yaradıcı beyin (mütaliə, müşahidə, fəlsəfə) Orqanizmin sağlam qidasının son elementi – idman və gəzinti, istirahət. Bu qidaların hamısını almayan və ya ala bilməyən şəxs özünü hər mənada tam, mükəmməl və sağlam saya bilməz. Bu qidaların hamısı insan üçün eyni zamanda və paralel olaraq lazımdır. Belə … Tövsiyə etdiyim kitablar oxumağa davam et

Qeyri-rəsmi müsahibə


Qeyri-rəsmi müsahibə-rəssam, mühəndis Pərviz Əsədov Bu günkü müsahibim istedadlı, maraqlı gənc, həmsöhbət, rəssam, savadl ımühəndis Pərviz Əsədovdur. Onun mütaliəyə sevgisinin olduğunu bilirəm, çünki bütün istedadlı gənclərin tədbirlərində, kitab təqdimatlarında onu görürəm. Bacardığı qədər yaradıcı, istedadlı insanlara dəstək olur, maraqlı insandır, fərqli, kreativ, yeni düşüncə tərzinə malikdir. Sizin üçün Pərviz Əsədov kimdir? Xəyalındakıları rənglərlə cəmiyyətə göstərmək istəyən biri. Pərviz adının mənası “Qalib gələn, cəsur, qorxmaz, qəşəng, gözəl” deməkdir, bu sözləri özünüzə aid edirsinizmi? Bu sözlər tam məni anlatır Sizin üçün uğur düsturunun elementləri nədir? Özünə inam, “Nə deyərlər?” ideologiyasından uzaq, riski sevmək. “Qızıl ortaqlıq, hər şey və ya heç nə” prinsiplərindən … Qeyri-rəsmi müsahibə oxumağa davam et

Kiçik möcüzə böyüyəndə…


Foto: Nofəl Ümid “Böyüyəndə”… Hər uşağın arzusudur böyümək, böyüklərin arzusudur, böyüyərkən uşaq olmaq… Bu kiçik hekayəmi cinsindən, yaşından, milli mənsubiyyətindən, irqindən asılı olamayraq bütün uşaqlara həsr edirəm. Həyat möcüzədir. Ələxsus da, yeni həyat. Kiçik və yeni həyat… Anama məktub- I hissə: “Ana, bilmirəm indi hardayam… Mələklər dedilər ki, qorxmayım… Onlar məni qoruyacaqlar. Onu da dedilər ki, sən göndərmisən onları mənim yanıma… Bilmirəm, hardayam… Soyuqdur bura, qaranlıqdır, sıxılıram. Bir də üfunət qoxular var… Acmışam həm də… Neyləyim?! Ağlayım ki, gələsən?! Yeni məkandır. Qorxuram. Üşüyürəm. Yemək istəyirəm. Altımı da batırmışam. Bir az da gözləyəcəyəm, gəlməsən, başlayacağam ağlamağa… Ana, yadımdadır, əvvəl başqa məkanda idim, … Kiçik möcüzə böyüyəndə… oxumağa davam et

İnsan olun, heyvan yox… (satirik, tənqidi yazı)


Rəsm: Pərviz Əsədov Foto: Nəriman İsmayılov Mənə çox maraqlıdır, dost və sevgilisinə heyvan adlarını demək və heyvana bənzətməklə, nə demək istəyirlər, qarşı tərəf bu ad və müraciətə niyə belə sevinirlər? Əslində, insan da vəhşi təbiətdən çıxıb və ən ali heyvandır. Sadəcə təkamül prosesi nəticəsində indiki səviyyəyə çatmışdır. Yazı tənqidi, yumoristik yazıdır. Kimsə inciməsin, sadəcə düşünsün. Çünki düşünməyə dəyər. Dost və ya sevgilisinin “Quzum” sözünə sevinən qızlar, böyüyüb qoyun olmaq, qurban bayramında kəsilmək arzusundasınız?! “Dovşanım” sözünə sevinən insanlar, kişilər, yəni belə cəldsiniz, hər yerdə, yataqda belə işinizi 7 saniyəyə görürsünüz? Kişi üçün bundan ağır təhqir ola bilərmi?! “Şirim” sözünə sevinməyinizə səbəb … İnsan olun, heyvan yox… (satirik, tənqidi yazı) oxumağa davam et

Mən uşağam…


Mən uşağam, Balacayam… Döymə məni,  əziz anam Söymə məni, canım atam… Mən uşağam, Böyüməkdir mənim arzum… Böyüyəndə, işləyərək Pul qazanıb, sizə baxım… Mən uşağam, Arzum hələ balacadır, Ağrılarım isə böyük, Yüküm artıq ağırlaşıb… Məni sevmək əvəzinə, Ya atırsan, ya satırsan, Bir mal kimi, zibil kimi Küçələrə, insanlara… Necə qıydın bunu sən Mənim kimi övladına?!   Mən uşağam, Dilənirəm küçələrdə, Havanın da fərqi yoxdur, Qazansam da, qəpik -quruş, Dözməliyəm soyuğa da, İstiyə də, nə edim mən?!   Mən uşağam, küçələrin ortasında, Dilənməyi istəmirəm, Təhsil almaq əvəzinə, İşləməli oluram mən… Yeridilmiş bir seçimdir Uşaq üçün…   Mən uşağam, Yoxsulluğu, Bataqlığı, Çətinliyi görən uşaq, … Mən uşağam… oxumağa davam et

Orada, burada… (satirik, tənqidi yazı)


Foto: Nofəl Ümid Orada, burada odur ki: Burada bir adama bircə dəfə kömək əlini uzadasan, orada o sənə dua etsin, hər yerdə desin ki, “yaxşı adamdır, əltutandır”, səni reklam etsin. Burada mırtlaşmağa, vaxt keçirməyə bir “insan” tutasan, yatağa salasan, dil töküb yalvarasan, orada öz dairəndə isə ağız dolusu danışıb, özünü öyəsən, dost və tanışların desin, “bomba, cool insandır”, avtoritet etsinlər səni, fəxr etsinlər fərasətinə. Burada kimisə atasan pulda, borc alıb, qaytarmayasan, orada desinlər “bacarana can qurban”, əfəli atarlar axı, insanlara güvənmək olmur, nümunə olasan digər fırıldaqçılara… Burada bir kitab oxuyasan, orada müzakirə edib, özünü gözə soxmağa bir mövzu olsun, ağıllı … Orada, burada… (satirik, tənqidi yazı) oxumağa davam et

Qeyri-rəsmi müsahibə – hüquqşünas, filosof Ellada Bayramova


Layihəmin bu günkü qonağı ilə Fərdi İnkişaf təliminin təqdimatı zamanı tanış olsaq da, qısa zamanda yaxın və xoş ünsiyyət yaranmışdır. Bəlkə də oxşarlığımız və ortaq cəhət, fikirlərimiz çoxdur deyə. Bəlkə də, maraqlarımız və ortaq və dəyərli dostlarımız var deyə. Çünki bu cür tədbirlərə yoldankeçmə hər kəs gəlmir, fərd olaraq inkişaf etmək istəyən insanlar gəlir. Layihəmə qonaq edəcək şəxs mənim üçün maraqlı olmalıdır. Verəcəyim suallara cavab vermə iqtidarında olmalıdır. Buna görə də hər kəsi bu layihəmə sala bilmirəm. Ellada xanım, fərqli düşüncə tərzinə görə də maraqlı insandır. İxtisasca hüquqşünasdır və öz biznesi vardır. Sizin üçün Ellada Bayramova kimdir? Tarixə iz sala … Qeyri-rəsmi müsahibə – hüquqşünas, filosof Ellada Bayramova oxumağa davam et

Multimədəniyyət o deyil ki…


Foto: Nurlan GM Hamını müsəlman edəsən, müsəlman olmayanları isə kafir elan edəsən… Hamını özündən aşağı, özünü hamıdan ali hesab edəsən… Sənin sözünün önünə öz sözünü qoyanda, öz fikrini bildirib, səninlə razılaşmayanda, onu təhqir edəsən və özünə düşmən biləsən… Fobiyalarını başqalarına sırıyıb, onu özün kimi edəsən… Pulu sayasan, gəlirlərinə göz dikəsən, borc alıb, mədəni olduğunu nəzərə alıb, atasan ona… Səni tənqid edənin, düz sözü deyənin üzünü göy rəngə boyayasan… Kütləvi dindarlaşma və ya dinsizləşmə prosesini yayasan, fikirlərini deyəsən, beyinləri yumağa çalışasan… 5 manatlıq mal və xidməti özününkünə 15 manata, əcnəbiyə 30 manata sırıyasan, adını da qoyasan “turizmin inkişafı”… Pul qazanıb büdcəyə … Multimədəniyyət o deyil ki… oxumağa davam et

Qar yağanda…


Qar yağanda Qar yağanda sevinmək istəyirəm… Çünki sən doğulanda da qar yağırdı… Doğum evindən çıxanda da… Qar yağanda, sevinmək istəyirəm… Çünki sənin doğulmağın ailə həyatımda olan ən sevincli an idi… Qar yağanda sevinmək istəyirəm… Çünki sənin doğuluşun bizi az müddətə olsa da, birləşdirdi, bir neçə gün dava və mübahisəsiz yaşaya bildik deyə… Qar yağanda sevinmək istəyirəm… Çünki sənin atan da qar yağan gün gəlmişdi Bakıya… Ananla qar yağan gün real olaraq tanış olmuşdur… Qar yağanda sevinmək istəyirəm… Çünki atan da yanvar ayında doğulmuşdur, birlikdə qeyd etdiyimiz ilk bayram onun doğum günü idi… Qar yağanda sevinmək istəyirəm… Amma yadıma əşyalarımı yığıb … Qar yağanda… oxumağa davam et

Pərviz Əsədovun “Experimentum evolutio” adlı fərdi yaradıcılıq sərgisi


Foto: Nəriman İsmayılov azpress.az saytı Rəssam Pərviz Əsədov 1984-cü ildə Neftçala rayonunda doğulmuşdur. Azərbaycan Texniki Universitetini bitirib və ixtisasca mühəndisdir. Həvəskar rəssam Pərviz Əsədov uşaqlıqdan rəsmə olan marağı və həvəsi hesabına bu günümüzdə yeni bir texnikada rəsmlər çəkməkdədir. Rəsm əsərlərini yaradarkən kağız və kətan üzərində rəsm əsərləri ilə kifayətlənməyən rəssam əsərlərini aşılanmış dəri üzərində çəkməyə başlamışdır. Dünya təcrübəsində dəri üzərində rəsm əsərlərinin çəkilməsi var. Rəssamı fərqləndirən əsərlərini dərinin tükləri üzərində çəkməsidir. Özünün dediyinə görə bu incəsənətdə bir tərəqqidir və bu səbəbdən çəkdiyi əsərləri rəsm əsərlərini ictimaiyyətə təqdim etmək üçün keçiriləcək fərdi sərgisini də latıncadan tərcüməsi tərəqqi olan “Experimentum revolutio” adlandırmağı qərara almışdır. Sərgidə rəssamın dəri … Pərviz Əsədovun “Experimentum evolutio” adlı fərdi yaradıcılıq sərgisi oxumağa davam et

Həyat mozaikasının 5 əsas fraqmenti (Jim Rohn)


Yəqin ki, bir çoxunuz bilirsiniz ki, insanın müxtəlif növ qidası var: 1. Mənəvi və ya ruh, psixoloji (mədəniyyət, incəsənət məhsulları ilə qidalanma, musiqi dinləməklə, rəsmə baxmaqla, tamaşa və ya film izləməklə və s.); 2. Fiziki (ərzaq məhsulları və içki); 3. İntim və ya fiziki təmas. 4. Yaradıcı beyin (mütaliə, müşahidə, fəlsəfə) 5. Orqanizmin sağlam qidasının son elementi – idman və gəzinti, istirahət. Bu qidaların hamısını almayan və ya ala bilməyən şəxs özünü hər mənada tam, mükəmməl və sağlam saya bilməz. Bu qidaların hamısı insan üçün eyni zamanda və paralel olaraq lazımdır. Belə ki, yarımçıq insan da, tam insan da dərhal digərinsanlardan … Həyat mozaikasının 5 əsas fraqmenti (Jim Rohn) oxumağa davam et

Neft və neftçilər…


Manat öyrənmədi üzməyi hələ, Neftimiz üzəcək onun yerinə, Əsdikcə bir külək, qalxdıqca tufan, Düşəcək dənizə bizim neftçilər…   Udacaq neftçini dəlisov dəniz Üzməyi bacarmır ümid yerimiz, Bəladır xalqına doğma neftimiz, Bilmirik ağlayaq, ya dua edək…   Əsəcək yenə də güclü küləklər, Aparıb özüylə insan ömrünü, Biz elə millətik, elə insanıq, Sabaha bu olay ötüb keçəcək… Neft və neftçilər… oxumağa davam et

2017-ci il üçün gözlənilən Facebook trendləri


Salam dostlar, Bugün ölkəmizdə ən çox istifadə olunan sosial şəbəkə olan Facebookun 2017-ci il trendləri haqda danışacam. Bildiyiniz kimi 2016-cı il yeni trendlər, gözlənilməz yeniliklərlə dolu bir il oldu. Facebook Mənbə 2017-ci il üçün gözlənilən Facebook trendləri 2017-ci il üçün gözlənilən Facebook trendləri oxumağa davam et

Bir…


Bir baxışla bax mənə, istər düz olsun, istərsə tərs… Baxışlarından qəlbinə gedən yol işıqlı olsun, bir də maneəsiz… Bir öpüşlə öp məni, istər yüngül olsun, əlinlə havadan göndər öpüşü, istər öp əlimdən, yanağımdan, alnımdan, istər saçlarımdan… Öpüşün olsun könüllü, səmimi, doğma… Bir qəlbinlə, ağlın ilə sev məni… Fəth et, zəbt et, sevdir özünü… Ruhun yaşasın, var olsun orda. Ruhunu hiss edim sevgində… Bir söz demə… Deməmişdən öncə, anlayım deyəcəyini, bağrıma basım səni sevindiyimdən… Bacarsan bunu, sevirsən məni… Bacarmasan, unut məni, sənlik deyiləm… Bir… oxumağa davam et

Soxhasoxdur… 18+


  Foto:Nurlan GM Soxhasoxdur ha… Öz aramızdı. Biri mal soxur… Baha qiymətə özününkülərə… Başqası da malı atır xariciyə, babat soxur… Biri bıçaq soxur, biri balta alır əlinə…Sox ki soxasan, qoy axsın adamın qanı, çıxsın canı… Biri özünü soxur… Hara baxırsan, ordadır, elə bil ya klonu var, ya da dublikatı. Təlxəkdir sanki, fərqi yoxdu, hamı gülür ona, o, isə ağlayır öz gününə… Soxmasaydı özünü hər yerə, bezməzdi camaat ondan… Biri burnunu soxur… Burnu girməyən yerə hey soxar, burnunu bəlkə böyüyər yeri, girər boş başı… Boş başı guya dolacaq bununla… Ümidi var, soxduqca burnunu bir yerə, dolsun yekə boş başı… Başı girmir axı … Soxhasoxdur… 18+ oxumağa davam et

İmarət tayfa və ya “arxanda yox, yanındayıq” prinsipini yaşadan azarkeş ordusu…


10 Dekabr 2016-cı il tarixində Qafqaz Baku siti mehmanxasında İmarət tayfa azarkeş qrupunun “Avropa fatehi” adlı illik yekun hesabat tədbiri keçirildi. Mediadakı fəaliyyətimə və azarkeş kimi fəal olmağıma görə bu tədbirə dəvət edildim. Təşəkkür edirəm. Tədbirdə həm azarkeşlər, həm Qarabağ futbol klubunun rəhbərliyi və futbolçuları, həm də xanım azarkeşlər, media nümayəndələri iştirak edirdi. Bir azarkeş olaraq bu tədbirdə olmaqdan fəxr hissi duydum. Tədbiri giriş sözü ilə aparıcı Vasif Qurbanzadə açdı. İlk növbədə, işğal altında olan torpaqlardan çəkilmiş son fotoların əks olunduğu videoçarx təqdim oldundu. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Azarkeşlərin fəaliyyətindən ibarət fotoşəkillər olan videotəqdimat tədbir iştirakçılarına təqdim … İmarət tayfa və ya “arxanda yox, yanındayıq” prinsipini yaşadan azarkeş ordusu… oxumağa davam et

Uzun yollar…


Dekabrın 9 2016-cı il tarixində  Bakı şəhərində yerləşən Alov qülləsindəki Park Cinemada Humanitar Tədqiqatlar İctimai Birliyinin hazırladığı məcburi köçkünlər haqqında “Uzun yollar” sənədli filminin təqdimatı keçirildi. Bu təqdimata məni Eldəniz müəllim dəvət etdi. Saat 17-00-da başlayan tədbirdə media nümayəndələri, QHT təşkilatlarının rəhbərləri iştirak etdi. Film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanmışdır. Filmdə əsasən Şuşa, Kəlbəcər, Laçın və Ağdam rayonlarından olan məcburi köçkün düşmüş insanların həyat yolundan, şahidlərin təqdimatlarında həmin rayonların işğalı ilə bağlı tarixi faktlardan danışılır. 40 dəqiqəlik sənədli film işğal olunmuş rayonların şahidlərin xatirələrində əks olunmasından, münaqişənin onların həyatına vurduğu zərərlərdən bəhs edir. … Uzun yollar… oxumağa davam et

Qarabağnamə-uşaqlıq xatirələrim…


Foto: Çinarə Ömray Qarabağıma məktub yazıram. Utanaraq, ağlayaraq… Üzüm gəlmir yazmağa, amma yazmalıyam… Öz adımdan, bir vətəndaş olaraq, bir Qarabağlı olaraq: “Qarabağım, bilirsən, uşaq vaxtından ailəmizdə tərbiyəni anam verirdi, atam işləyirdi, onu gec-gec görürdük, dövlət qulluğunda idi… Həmişə səni düşünürdüm, hələ uşaq yaşlarımdan… Bilmirdim o zamanlar, ana nənəmin Şuşadan olduğunu, bilmirdim ki, Qarabağ xanı İbrahimxəlil xanın nəslindənəm. Qan çəkirdi məni Qarabağa… Uşaq yaşlarımdan anam bizi mühafizəkar, ailə və milli dəyərlərə uyğun, vətənə sevgi və insanlara hörmət hissi ilə böyüdür, tərbiyə edirdi. Qarabağ münaqişəsi başlayanda 5 yaşım vardı. Qarabağımda olmamışdım. Çox balaca idim. İlin ən azı 4 ayını nənəmgildə rayonda keçirərdik. … Qarabağnamə-uşaqlıq xatirələrim… oxumağa davam et

Zibildən də betər insan…


Foto: Nəriman İsmayılov Səndən mənə qalanları Atdım zibil qutusuna… Atdığım o zibillərin İçində var sənin siman… O zibilin içində sən, Axtarırsan öz ruhunu… Axtardıqca zibildə sən, Unutdun kim olduğunu… Yüküm yaman yüngülləşmiş Ağrımaz daha heç yerim, Ağrıların səbəbiysə, Səndən qalan zibil imiş… Zibildən də betər insan, Betər varlıq var dünyada… Səndən betər zibil yoxdur, Deyir səni tanıyanlar… Zibildən də betər insan… oxumağa davam et

Sosial Mediada aktivliyi artırmaq üçün nə etməliyik ?


Salam dostlar, Sosial Media idarəçilərinin ən çox çətinlik çətdiyi problemlərdən biri də səhifədə aktivliyi artırmaqdır. Əlbəttə platformaya pul ödəyərək (ödənişli reklam) bunu əldə etmək mümkündür. Ancaq bu həm məsrəfli həm Mənbə Sosial Mediada aktivliyi artırmaq üçün nə etməliyik ? Sosial Mediada aktivliyi artırmaq üçün nə etməliyik ? oxumağa davam et

Cəmiyyətimizin problemləri


Foto: Nurlan GM Bizim cəmiyyətin ən öndə gedən problemi bilirsiniz nədir? Fərd olaraq ailədə (ailə də kiçik bir cəmiyyətdir və böyük cəmiyyətin üzvüdür) konkret öz və övladı üçün strateji hədəflər seçir, qərarlar verir, uzunmüddətli planlar və strategiyalar hazırlayır, amma anlamır ki, zaman bir yerdə dayanmır, inkişaf etmək və addımlamaq lazımdır, zamana uyğunlaşmaq lazımdır. Bir çox ailədə bu cür düşüncə və strategiya mövcuddur. Bu isə bir -biri ilə əlaqəli kiçik və cəmiyyətlərin birləşərək bir böyük cəmiyyət yaratması deməkdir. Çoxluq yanılarsa, çoxluq düzgün qərar verməzsə, toplumun sonu məhz yaxşı olmayacaq. Əslində, sonluq qorxuducu söz deyil, sonluq nəticə deməkdir. Nəyinsə nəticəsi. Fərd olaraq … Cəmiyyətimizin problemləri oxumağa davam et

21-ci əsrdə artan Populizm yalanı (müəllif: Fərhad Mehdiyev)


Populizm bir məfhum olaraq, siyasət elmində nisbətən yeni bir anlayışdır. Hətta ona hələ də elmi bir izahat verilməmişdir. Jan-Werner Müller adında bir siyasət elmləri üzrə professor bunun haqqında ilk dəfə əsər yazmış insandır. Populist siyasətçilər, demokratiyanın zəif nöqtələrinə vurğu edərək, müxtəlif ideologiyaların (sosial-demokratiya, liberalizm, majoritarizm) yaxşı cəhətlərini şüar edərək, onlardan bir “kokteyl” düzəldərək mövcüd rejimə, ideologiyaya, ya da hökümətə qarşı çıxma, onu tənqid etmədir. Populistlər sağcı və solcu ola bilər. Dindar və ateist. Hər halda, populistlər müxtəlifliyi inkar edir. Populistlər hər fürsətdə müxalifləri “vətənə xainliklə” ittiham etməyi sevir. Çünkü vətənə xəyanət ittihamı olduqça geniş, əhatəedici bir hücum növüdür, digər tərəfdən … 21-ci əsrdə artan Populizm yalanı (müəllif: Fərhad Mehdiyev) oxumağa davam et

Mən ölmək istədikcə…


Mən ölmək istədikcə… Qoymadılar ölməyə… Mən ölmək istədikcə… Yaşatdılar məni… Mən ölmək istədikcə… Yaşamağa tapdın min bir səbəb… Mən ölmək istədikcə… Yadıma düşdü məni sevməyənlər… Mən ölmək istədikcə… Xatırladım ailəmi, dostlarımı… Mən ölmək istədikcə… Arzularım qoymadı ölməyə… Mən ölmək istədikcə… Dəstək oldular yaxınlarım, dinlədikcə məni, ölümdən uzaqlaşdım… Mən ölmək istədikcə… Ölüm məndən uzaqlaşdı… Mən ölmək istədikcə… Allah qoymadı ki, ölüm, xilas etdi hər dəfə… Mən ölmək istədikcə… Anladım ki, ölüm xilas yolu deyil, öləndən sonra düzəlməyəcək nəsə… Mən bu dünyada ölmək istədikcə… O biri iki dünyanın sakinləri dua etdi, qurban kəsdi, əhd edərək nəzir verdi, yalvardı ki, mən ölməyim… Onlar çoxdurlar, mənsə … Mən ölmək istədikcə… oxumağa davam et