Birisi olsaydı…


kdr_3923
Foto: Nurlan GM
Birisi olsaydı, evimdə pəncərəmin kandarından küçəyə baxmağıma baxsaydı…
Birisi olsaydı, işıqları söndürüb kamin peçinin istisində qızınmağa, oduna baxmağa, sükunəti dinləməyə dəvət etsəydi, üstümə üşüməyim deyə bir isti yun yorğan gətirib bürüsəydi…
Birisi olsaydı, soyuqdan donan əllərimi alsaydı əllərinin arasına, ovxalasaydı, istini əllərimizlə yaratsaydıq, əllərimin donu açılsaydı…
Birisi olsaydı, soyuqdan, ya da istidən qızaran yanaqlarıma baxıb gülümsəyərdi…
Birisi olsaydı, evimdəki güzgümə hava üfürüb ora adımı yazsaydı…
Birisi olsaydı, baxsaydı mənimlə seçdiyimiz filmlərə, ən maraqlı anında qucaqlasaydı, ən həssas anında, mənə baxsaydı, öpsəydi alnımdan…
Birisi olsaydı, bir baxışında rahatlıq tapsaydım…
Birisi olsaydı, güldürsəydi üzümü, unutdursaydı ürəyimin ağrısını, şəfa tapsaydım onun varlığı ilə…
Birisi olsaydı, sevgisiylə yaşatsaydı məni…
Birisi olsaydı, məni dəyişməyə cəhd etməsəydi, qəbul etsəydi məni olduğum kimi…
Birisi olsaydı, sığınacağım olsaydı, etibar etsəydim, paylaşsaydım onunla sirrlərimi, qınamasaydı, anlasaydı, bağışlasaydı məni…
Birisi olsaydı, yalanlardan uzaq tutsaydı, doğrunu söyləsəydi mənə…
Birisi olsaydı, yoxdur heyif ki…
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma