Ailədəki risklərimiz…


kdr_3852

Foto: Nurlan GM

Hər bir insanın həyatında risklər var. Ailə isə insanlardan ibarətdir. Minimum iki, maksimum isə 5-10 nəfərdən.

Bir insanın həyatında bir çox risklər olur. İstənilən yerdə, zamanda, istənilən halda, şəxslərin yanında, tək olanda belə…

Həyatdakı risklərimizdən sığortalanmamışıq.

Risklərimiz idarə edilə də, idarə edilməyə də bilər. Hər şey insanın özündən asılıdır.

Başlayaq elə maliyyə risklərindən.

Kredit riski hər 10 nəfərdən 8-ində var, çünki bir çox insanlar bu və ya digər məqsədlər üçün ya kredit götürür, ya da borc alır, verir. Verilən borc onun aktividir, aldığı borc isə passividir, yəni öhdəliyidir. Kredit riski düzgün idarə edilməzsə, alınan borc və kreditlər verilən və qaytarılma ehtimalı yüksək olan borc və kreditlərdən çox olarsa, kredit riski, ödənilməmə riski, likvidlik riskini yaradır.

Aktivlərin, yəni gəlirlər ilə passivlər, yəni öhdəliklər arasındakı fərq likvidlik qəpini yaradır, aktiv passivdən çox olarsa, ehtiyata pul atılma ehtimalı və ya likvid vəsaitin artıqlığı riski yaranır, aktiv passivdən az olarsa, likvid vəsaitlərin çatışmazlığı riski yaranır.

Kredit və likvidlik riski bazar risklərini də yaradır. Məsələn, valyuta riskini. Ölkədə milli valyuta və inflyasiya kimi iqtisadi, maliyyə risklərinin və ölkə riskinin olduğunu nəzərə alsaq, xarici valyuta ehtiyatı olmayan və xariclə birbaşa münasibətləri olan ailədə valyuta riski yaranır.

Ölkədəki iqtisadi risk kimi inflyasiya riskini nəzərə alsaq, qiymət riski də vardır. Əmək haqqlarının artmaması fonunda qiymətlərin artması ailənin büdcəsinə birbaşa təsir edir. Ailənin üzvlərinin işsizlik riskini də nəzərə alsaq, xərclərə qənaət etmək və ya alternativ gəlir mənbələrini axtarmaq zəruriyyəti yaranır.

Ailələrdə sərmayə riski vardır. Yəni ailə üzvlərinin bir çoxunun iqtisadi təhsilinin olmaması nəticəsində sərmayə düzgün qoyulmur. Pul pulu gətirməli olduğu halda, pul bir yandan xərclənir və gəlir gətirmir, əksinə əlavə xərclər yaradır, ailə ehtiyat vəsaitləri sərf etməli olur.

Maliyyə asılılığı riski vardır. Hər bir ailədə bir nəfərin gəlirlərindən asılıdır və insan amilinin təsiri getdikcə artır.

Qeyri-maliyyə risklərinə gəlincə isə:

Ailələrdə fors-major halların təsiri ilə də risklər vardır. Məsələn, yağışın yağması ilə bağlı problemlər yaranır, əlavə xərclərin çəkilməsinə səbəb olur, təmir xərcləri, nəqliyyat xərcləri.

Nəqliyyat, daşınma, kommunal xərclərlə bağlı daşınar və daşınmaz əmlak xərcləri mövcuddur. Nəzərə alsaq ki, ipoteka kreditinə alınmış ev, mənzillər, kreditlə alınmış avtomobil, mebel, məişət texnikası çoxdur, daşınar və daşınmaz əmlak riski mövcuddur.

Nəqliyyatdan istifadə haqqının artma ehtimalını və ya nəqliyyatdan çox istifadə etməməyi nəzərə alsaq, həm sağlamlıq xərcləri, həm də nəqliyyat xərclərini artırmış oluruq.Eləcə də qeyri-sağlam qida, pis vərdişlər, asılılıqlarımız bizim sağlamlığımıza çəkdiyimiz xərclərimizi artırır.

İnsan ehtiyatları ilə bağlı risklərimiz çoxdur. Məsələn, məsuliyyətsizlik, məlumat təhlükəsizliyi, səriştəsizlik, vəzifəsindən, sosial statusundan sui istifadə, ünsiyyət riskləri, insan çatışmazlığı (tənhalıq, boşanma, dul qalmaq), insan artıqlığı riski (mübahisələr, anlaşılmazlıqların səbəbkarlarının çox olması).

İnformasiya texnologiyaları ilə bağlı risklərimiz var. Məsələn, proqram təminatı ilə bağlı, İT kadr çatışmazlığı, bir İT kadrından asılılıq, virusa yoluxma, komputerin, noutbukun, telefonunxarab olması, kibercinayətkarlıq, outsorsinq riskləri ilə bağlı əlavə xərclərin yaranması riski.

Hər bir ailədə hüquqi riskləri var. Məsələn,  hüquqi biliklərin olmaması, qanuni hüquq və azadlıqları barədə biliklərin olmaması, məhkəmə işləri, məhkəmədə iddiaçı, zərərçəkmiş və ya zərəri törədən, məsul, günahkar, ittiham edilən şəxs qismində çıxış etməsi və s. və bunlarla bağlı xərclərin yaranması.

Nüfuz və reputasiya riski var. Bu və ya digər hərəkət və ya hərəkətsizlik nəticəsində yaranan risklərdir və birbaşa, dolayı yolla insanın nüfuz və adına xələl gətirə bilər, insan haqqında doğru olan və olmayan şaiyələrin dolaşması və pr kampaniyaların aparılması da nüfuz riskini yaradır. Nüfuz riski ailənin dağılması və ailədəki bir çox problemlərin yaranmasına səbəb ola bilər.

İdarəetmə riski var. Ailənin düzgün idarə edilməməsi və ailənin idarəedicisinin müəyyən edilməməsi, məsuliyyət və öhdəliklərin düzgün bölünməsi nəticəsində yarana bilər. Eləcə də, ailənin bu və ya digər vəziyyətə hazır olmaması və problemi həll edə bilməmək qabiliyyəti də idarəetmə riskidir. Səriştəsizlik riskinin yaratdığı idarəetmə riskidir.

Strateji risklər var. Ailə daxilində starteji və əhəmiyyətli qərarların düzgün verilməməsi nəticəsində yaranan risklərdir. Məsələn antiböhran tədbirlərinin olmaması, zəruri olmayan xərclərə yol verilməsi, böhran zamanı xərcləri düzgün idarə etməmək, gəlirlərin azalması, ehtiyat fondunun yaradılmaması, uşaq planlaşdırılmamasının düzgün aparılmaması və s.

 

 

 

 

 

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma