Nə oldu bəs?!


Foto: Nəriman İsmayılov Ruhumu ruhuna hopduracaqdın?Nə oldu bəs?Ruhsuzammı?Tapmadınmı ruhumu?Ruhum var, sən axtarmamısan tapmaq üçün… O ruh sənin kimiləri üçün qapalıdır. Mənə uyğunlaşacaqdın sən?Nə oldu bəs?Ayda biri üçün uyğunlaşırsan?Özündən nəsə qalıbmı görəsən? Dinlədiyin musiqidə məni axtarırdın?Nə oldu bəs?Sözlərində məni tapmadın deyəsən?Hələ çox axtaracaqsan… Dinlədiyin o qədər musiqi var ki, hamısının sözünü əzbərləmək, anlamaq vaxtını alacaq əlindən… Ağlıma, savadıma, əxlaqıma, insanlığıma vurulmuşdun, valeh idin? Nə oldu bəs? Söz kimi atırdın sözlərini havaya, inanmırdın dediklərinə… Gözləmirdin ki, bir gün sənin əleyhinə istfadə edilən silaha çevrilər onlar… Birlikdə plan, ideyalarımız vardı, guya əməkdaşlıq edəcəkdik?! Nə oldu bəs? Nə olacaq?! Gördün ki, mənə maraqlı deyilsən, maraqlı … Nə oldu bəs?! oxumağa davam et

Qadınlarla rəftar qaydaları (kişilərin oxuması tövsiyə edilir)


Bu yazını qadınları tanıya bilməyən və daim mübahisə obyekti, subyekti olan kişilər üçün yazmışam. Qadının tiplərini bilməklə, onlarla rəftar qaydalarını müəyyən etmək olar. Kişilər üçün bu yazı bir növ Davranış Məcəlləsi olmalıdır.Çünki yazı apardığım sorğunun və müşahidəmin, araşdırmanın nəticəsidir. Ağıllı, savadlı, müasir və işgüzar qadın: Salamlaşın, salamlaşmadan və özünü təqdim etmədən, ünsiyyətə başlamayın. Aşağı səs tonunda danışın. Gopa basmayın və özünüzü öyməyin. Realist və konkret olun və vaxtınıza qənaət edin. Davranışınızda etika qaydalarına əməl edin. Girişməyin. Ərk edib şit zarafat etməyin. Özünüzü rol oynayan aktyorlar kimi uğursuz və süni aparmayın. Bir sözü deməmişdən öncə yüz dəfə düşünün. Dediyiniz hər sözünüzün təhlil … Qadınlarla rəftar qaydaları (kişilərin oxuması tövsiyə edilir) oxumağa davam et

Sosial şəbəkələrdə yazılmamış qanunlar… (Satirik, yumoristik, tənqidi yazı)


Foto: Çinarə Ömray Mən bu yazımı şəxsi müşahidələrimə və təcrübəmə əsasən yazmışam. Kimsə inciməsin. Profillə bağlı: Kiməsə dostluq yollamamışdan öncə, onun səhifəsinə girsək də, informasiya bölməsinə, xronikasına baxmaq lazım deyil, birdən çaşıb baxarsınız ha, baxsanız, bu bölmələrdə açıq aydın olan məlumatları profil sahibindən soruşmağa, onun və özünün vaxtını almağa, inboksuna dəxlisiz ismarıclar yazmağa hüquqi və faktiki əsasınız olmaz axı… Profil şəklini görən kimi, bəyəndiyin halda kompüterinə, noutbukuna, obil telefonuna yükləyib, dost-tanışına göstərmədinsə, profil sahibinə “Profil şəklindəki insan sizsiniz?” kimi mənasız suallar vermədinizsə, hesab etməliyik ki, digər yaşıd və həmcinslərinizdən inkişaf baxımından geridə qalmısınız. Elə bil ki, profilimə Adriana Lima, Jeniffer … Sosial şəbəkələrdə yazılmamış qanunlar… (Satirik, yumoristik, tənqidi yazı) oxumağa davam et

Nə deyim mən?


Məndən səni soruşsalar, nə deyim mən?! Bilmirəm ki, deyim ki, mənim həyatımdan da ötüb keçmisən… Axtarışdasan, bəlkə də tapmısan yenisini… Məndən soruşsalar, kim idin mənə? Bilmirəm ki, deyim ki, bir tanış idin, sonra dost oldun, sonra alınmadı bu dostluğumuz, mən çıxıb getdim, qayıtmadım, bitirdim… Aldatmadım özümü… Anladım ki, dostluğumuz alınmayacaq… Məndən soruşsalar, hardasan indi? Bilmirəm ki, deyim ki, bir ayağın gordadır, o biri ayağın bataqlıqda… Batmısan çirkaba, çıxa bilmirsən, dartır səni lap dibinə… Gora gedirsən, gora… Məndən soruşsalar, yazmıram səndən, axı niyə? Bilmirəm ki, deyim ki, kim olmusan axı, səndən yazım?! Boş bir yer, heç kim… Vaxtımı sərf etməyə heyfim … Nə deyim mən? oxumağa davam et

Eh…


Elə istəyirəm soyuq havada, Gəzinim, dolaşım boz küçələrdə… Elə istəyirəm, gəzinən zaman, Qarşıma çıxanlar heç üşüməsin…   Elə istəyirəm, qışqırım bərkdən, Dayansın ürəyim qışqıran zaman… Elə istəyirəm ölüm gülməkdən, Kənardan baxanlar “bəxtəvər” desin…   Elə istəyirəm, qaçım, dayanım, Zaman da dayansın, baxım ətrafa… Elə istəyirəm, gülüm bir azca, Gülərkən, göz yaşım gizlin axmasın…   Elə istəyirəm, bir az üşümək, Donmadan qızınsın boşalmış ürək, Elə istəyirəm, ürəyim üçün… Nəhayət layiqli sakin tapılsın… Eh… oxumağa davam et

İnsan istəyəndə… Darıxsam əgər…


İnsan istəyəndə darıxar ancaq, Yadına salanda keçmiş anları… İnsan istəyəndə unudar ancaq, Arzunu gözündə qoyan insanı… İnsan istəyəndə susacaq ancaq, Deyəcək, yazacaq, sonra pozacaq… İnsan istəyəndə davam edəcək, Həyatı yaşamaq eşqiylə birgə… İnsan istəyəndə, xoşbəxt olacaq, Neqativ, pisliyi siləndən sonra… İnsan istəyəndə sağlam olacaq, Özünü sevərək qoruya bilsə… Əgər darıxsam… Əgər darıxsam, pislə onu… Yadıma düşsün, biganə qala bilsəm, darıxmaram… Nifrət edəndə də, sevəndə də, insan darıxar… Əgər darıxsam, çimdiklə məni… Ayılım, gəlim özümə, anlayım ki, gerçəklik, həyatda hər şey başqadır… Əgər darıxsam, qoyma darıxım… Elə et, darıxma səbəbim bir anlıq ərşə çəkilsin, yuxusuz gecəmdə yatmaq istərkən, yuxumu çəkmişdi neçə … İnsan istəyəndə… Darıxsam əgər… oxumağa davam et

Qadınların təsnifatı (Kişilərin ehtiyatda saxladığı qadınlar) 18+


Foto: Nurlan GM Elə bilirsiniz, ancaq qadınlar kişiləri təsnifatlaşdırır, qadınlar ehtiyatda kişi saxlaya bilər? Bu həyatda çox vaxt qarşılıqlıq prinsipi işləyir. Kişilər üçün qadınların təsnifatı var, kişilər hər təsnifatda olan qadınları isə onlara məxsus xarakter və cəhətlərə görə o təsnifat qrupuna daxil edir. Sevgili – kişinin yaşından asılı olaraq bu statusda olan qadınlara münasibət də fərqli olur. Sevgili sevdiyi qadın olur. Kişinin ideallaşdırdığı, yüksək dəyər verdiyi birisi olur. Bəzən statusunu artırır, olur nişanlı və həyat yoldaşı, bəzən isə ayrılır, tutmur xarakterləri. Sevgili olanda hər iki tərəf özünü ideal, mükəmməl göstərir, bəzən daha çox susur, az ünsiyyətdə olur, mübahisə edir ki, … Qadınların təsnifatı (Kişilərin ehtiyatda saxladığı qadınlar) 18+ oxumağa davam et

Deyin ona…


Deyin ona, mənim adımdan, mən hələ sağam, vurulmamışam, yıxılmamışam, sağaldası yaralarım da yoxdur. Narahat olmasın… Deyin ona, nəfəs alıram, verirəm… Həyatımdan xeyli məmnunam… Çox xoşbəxtəm tənhalığıma… Deyin ona, əslində çox sevinirəm… Başqa dostlarım var, məni sevirlər, mən də sevirəm onları… Deyin ona, minnətdaram… Ağıllı olduğuma bir daha əmin oldum, onu tanıdım deyə… Yanıltmadı məni… Deyin ona, mən çox xoşbəxtəm… Qurtuldum deyə… Vaxtında bildim kim olduğunu… Deyin ona, bir az ağlımdan verə bilərəm… Çünki nə varsa, özümünküdür, oğurlamıram, yalan demirəm… Deyin ona… Ruhuna hopdura bilmədi… Ruhuma toxuna bilmədi… Pakdır ruhum… Kirlənmədi… Deyin ona… Yadımda deyil ki, unudam onu… O qədər iş … Deyin ona… oxumağa davam et

Necəyəm indi?


Əslində, mən ayrılıram kimdənsə bir dost olaraq… Səbəbləri çox idi, əsas odur uzaqlaşıram, sakitcə, kiminsəı ruhunu incitmədən… Sənə yazıram: “Bircə dəfə soruşmadın məndən: Necəsən? Guya əziz idim sənə… Sənə maraqlı deyildi, necə olmağım… Necəyəm indi? Desəm ki, pisəm, yalan olacaq… Boşluq var, biganəyəm… Çünki haqlıyam… Səni vaxtında tanıdığıma və haqlı çıxdığıma məyus olmadım… Əksinə çox sevinirəm… Çünki sənə çox bağlanmadım, səni sevmədim… Necəyəm indi? Düşünmə ki, mən vergilərdən vergi nəzarətçisi yoxlamaya gəldiyi üçün narahat olan şirkət rəhbəri və ya baş mühasibi kimi özümü hiss edirəm. Təmizdir işim, qanunsuz nəyimsə yoxdur, Necəyəm indi? Elə bilmə ki, kommunal xidmətlərdən məhrum olmuş bomj həyatını yaşayıram, … Necəyəm indi? oxumağa davam et

Evli kişiləri sevməyin…


Evli kişiləri sevməyin qızlar… Bir zaman əriniz olacaq axı… Evli kişilərə bel bağlamayın… Yarıdan olsaydı, insan olsaydı, Xanımı olardı sevdiyi qadın…   Evli kişilərə siz inanmayın, Aldanıb, qurbanı olmayın barı… Oynayıb sizinlə bir gün atacaq… Evli kişinin də evində vardır, Sizintək bir gözəl, cavan xanımı…   Evli kişilərə siz baş qoşmayın, Sözünün üstündə durmaz çoxusu… Evli kişilərin var bir qanunu: Danışır, vəd verir, amma əməldə, Havadır, küləkdir, boşluq kimidir…   Evli kişilərə siz bulaşmayın, Çirklidir, iyrəncdir, onların qəlbi… Bir şey anlayın, evli kişinin Tualet kimidir sanki bir yeri, Hər kəsə açıqdır onun “qapısı”…   Evli kişiləri rahat buraxın… Ailə dağıtmaq … Evli kişiləri sevməyin… oxumağa davam et

Sevginin qızıl qanunları


    Qanun hər yerdə var. Sevgidə belə… Gedəni saxlamazlar, mən saxlamıram gedən kimsəni, sən də saxlama məni, çünki gedirəm… Ayrıldınsa kiminləsə, onu kiminləsə müzakirə etmə, ondan danışma… Məyus olma, hər son bir başlanğıcdır. Hər tanışlıq bir fürsətdir. Dəyərləndir. Unutmaq üçün yadına salma… Keyfin yoxdursa, başqasını yükləmə, tənhalığına çəkil, kiminsə qəlbinə dəymə… Sevdiyini gizlətmə, susmağı öyrən… Sevdiyini etiraf edəndən sonra susmağa çalış və gözlə… İnad etmə və bezdirici olma… Yalan danışma və etibarı itirmə… Mübahisə etmək, dalaşmaq əvəzinə dialoqa gir, danışıqlar apar… Kimisə özünə borclu bilmə, günahı özündə axtar… Dinlə, sus, təhlil et, düşün… Bəzən gerçəklik gizlənmir, gizlədilir başqası tərəfindən… Sevginin qızıl qanunları oxumağa davam et

Birisi olsaydı…


Foto: Nurlan GM Birisi olsaydı, evimdə pəncərəmin kandarından küçəyə baxmağıma baxsaydı… Birisi olsaydı, işıqları söndürüb kamin peçinin istisində qızınmağa, oduna baxmağa, sükunəti dinləməyə dəvət etsəydi, üstümə üşüməyim deyə bir isti yun yorğan gətirib bürüsəydi… Birisi olsaydı, soyuqdan donan əllərimi alsaydı əllərinin arasına, ovxalasaydı, istini əllərimizlə yaratsaydıq, əllərimin donu açılsaydı… Birisi olsaydı, soyuqdan, ya da istidən qızaran yanaqlarıma baxıb gülümsəyərdi… Birisi olsaydı, evimdəki güzgümə hava üfürüb ora adımı yazsaydı… Birisi olsaydı, baxsaydı mənimlə seçdiyimiz filmlərə, ən maraqlı anında qucaqlasaydı, ən həssas anında, mənə baxsaydı, öpsəydi alnımdan… Birisi olsaydı, bir baxışında rahatlıq tapsaydım… Birisi olsaydı, güldürsəydi üzümü, unutdursaydı ürəyimin ağrısını, şəfa tapsaydım … Birisi olsaydı… oxumağa davam et

Bir bəndlik şeirlərim -2


Özünü öldürdün sevgi dünyamda, Özünü sən sildin fikir, ağlımdan… Özünü yox etdin xəyallarımda, Basdırma özünü məzarlığımda… Bu gündən sən girmə yuxularıma, Getdiyim yollarda çıxma qarşıma, Həyatım bağlandı sənin üzünə, Düşünmə, hirsliyəm, qisas alıram…   Sən səbəb olmusan, mənsə nəticə, Sən qışda gündüzsən, mən uzun gecə… Hər baxış, söz, gülüş, toxunuşumda bir sarkazm, kinayə, ehyam var, anlayan anlayır… Bir bəndlik şeirlərim -2 oxumağa davam et

Nə biləydim, ADAMIM…


Foto: Can Akın Nə biləydim axı… Səni tanıyandan sonra ağlayacağam… Guya ağlamağım kəsmişdi, guya ağlamırdım? Ağlayırdım… Sadəcə əvvəl ağlayırdım kədərdən, indi ağlayıram sevincdən… Nə biləydim axı yazacağam son olaraq bu yazımı, sənə həsr etdiyim son yazı olacaqdır: Sonrakı peşimançılıq verməz bir fayda, Kaş ki, danışmazdın mənə bu qədər yalan… Kaş ki, başlamazdı sevgi dediyin oyunların… Kaş ki, itməzdin, arada salmazdın özünü yada… Atama bənzətmişdim səni…  Bilirsən… Atamı çox sevdiyimi bilirsən… Sonra yanıldığımı anladım. Amm nə məyus oldum mən, nə də ki, təəccüb etdim… Sadəcə ağladım sevindiyimdən… Nə biləydim axı, sən də atam kimi elmli, savadlı, ağıllı olacaqsan… Boyun atam kimi hündür olacaq… … Nə biləydim, ADAMIM… oxumağa davam et

Ailədəki risklərimiz…


Foto: Nurlan GM Hər bir insanın həyatında risklər var. Ailə isə insanlardan ibarətdir. Minimum iki, maksimum isə 5-10 nəfərdən. Bir insanın həyatında bir çox risklər olur. İstənilən yerdə, zamanda, istənilən halda, şəxslərin yanında, tək olanda belə… Həyatdakı risklərimizdən sığortalanmamışıq. Risklərimiz idarə edilə də, idarə edilməyə də bilər. Hər şey insanın özündən asılıdır. Başlayaq elə maliyyə risklərindən. Kredit riski hər 10 nəfərdən 8-ində var, çünki bir çox insanlar bu və ya digər məqsədlər üçün ya kredit götürür, ya da borc alır, verir. Verilən borc onun aktividir, aldığı borc isə passividir, yəni öhdəliyidir. Kredit riski düzgün idarə edilməzsə, alınan borc və kreditlər verilən … Ailədəki risklərimiz… oxumağa davam et

BİR GÜN…


Bir gün getsəm, gözləməsən gedişimi, neylərsən?! Bir gün ölsəm, vaxtsız olsa, bu ölümüm, neylərsən?! Bir gün sussam, baxışlarım biganə, soyuq olsa, neylərsən?! Bir gün səni silmək,  yerini tutsa başqası,  neylərsən? Bir gün anlasam ki,  sən bir heç kimsən,  sıravisən, neylərsən? Bilirəm Cavabını… Həyat davam edir, heç nə… Nə etməliyəm?! Açarım yoxdur deyə, itirmirəm olmayanı. Ürəyim yoxdur deyə, sevmirəm kimisə. İnanmıram deyə, aldanmıram yalanlara. BİR GÜN… oxumağa davam et

Məşuqə olmayın, sevgili olun… 18+


Foto: Nurlan GM Həmişə yazmışam, evli kişilərin, qadınların başqasıyla görüşməsinin, münasibət qurmasının tərəfdarı olmamışam, çünki yalanı sevmirəm. Nə mən yalan danışım, nə mənə yalan danışsınlar. Evli kişilәri sevmәyin, onlardan uzaq olun, onlara inanmayın. Evli kişilәr üçün ikinci qadın sadәcә mәşuqәdi, sevgilisi yox. Evli kişini sevmәyin müsbәt tәrәfi az, mәnfi tәrәfi çoxdur: 1. Sİiz varsınızsa, sizdən öncә dә olmuşdur birisi, bәlkә paralel sizdən savayı, başqa birisi var. 2.Sizi sevmir və sevməyəcək də. Siz ötәri bir әylәncәsiniz. Siz əvəzedilməz deyilsiniz. 3. Sizә görә ailәsini yox, ailәsinә görә sizi atar. 4. O, xәstәlәndiyiniz, ona möhtac olduğunuz, onun üçün darıxdığınız zaman yanınızda olmayacaq. O, ona … Məşuqə olmayın, sevgili olun… 18+ oxumağa davam et

Nəyin qaldısa, apar özünlə…


Ətrin qaldı, apar özünlə… Qalmasın ətrin burnumda… Əlimdən qəlbinə gedən və hopan əlinin toxunuşu…Geri qaytarıram, gəl apar… Öpüşün qaldı dodaqlarımda,  ehtiraslı,  odlu,  sönüblər ikisi də,  dodağına dəymir dodağın,  toxunar bir barmağım,  susmaq üçün… Öpüşün,  dodaqlarımda qalan dodağını apar özünlə…  Nəfəsin qaldı nəfəsimdə,  dilimdə sözün,  adın qaldı,  gəl götür geriyə,  apar özünlə…  Xəyallarımı silirəm  yarımçıqlıq deyə… Öz xəyal payını götür özünlə…  Apar özünlə səndən qalanları,  özümü qaytar,  qoy yerinə…    Nəyin qaldısa, apar özünlə… oxumağa davam et

Hərdən, bəzən…


Bəzən dünya dünyama dar gələr, bəzən nəfəsim kəsilər, bəzən nəfəsini kəsərəm nəfəsimi kəsənlərin… Bəzən susuz qalar boğazım, quruyar ürəyim, qanım azalar, qaralar, bildiyimdən, həqiqətdən dönmərəm… Bəzən susub danışmaram, sadəcə baxaram biganəliklə, bu baxışım bıçaq kimi girər sənin ürəyinə, ruhunu yaralayar… Bəzən düşünərəm ki, nəsə, ya da kimsə çatışmır, bəlkə səni axtararam onların arasında, bəlkə də sevgi, diqqət, qayğını, sonra gülərəm özümə, o, getdi, dönməyəcək, ancaq mən varam… “Bəzən”ləri boş buraxdım, “kaş ki”ləri silmişəm leksikonumdan… Bircə qalıb “ola bilsin ki…” Hərdən, bəzən… oxumağa davam et

Məni özün seçmişdin…


Məni özün seçmişdin, Onların sırasından… Sonra geri qaytardın, Mənsə, qaldım sırasız …   Məni özün seçmişdin, Valeh idin ağlıma… Sonra qərar vermişdin, Yanlış olub seçimin…   Məni özün seçmişdin, Niyə seçmişdin axı? Seçici tək yox idin, Seçki məntəqəsində…   Məni özün seçmişdin, Səni peşiman etmişəm, Dediyim sərt sözlərdən, Yolunla düz getmisən… Məni özün seçmişdin… oxumağa davam et

“Ərə get”dən sonra gələn məsləhətlər, ittihamlar


Foto: Can Akın Bilirsiniz, ailədə niyə problemlər yaranır? Tələsirlər, ailə qurmağa… Düşünmədən verilən qərarlar. Tələskənlik, vaxtın keçməsindən qorxmaq… Tələsirlər, valideyn olmağa… Birdən sonsuz olarlar, birdən yaş keçər valideyn ola bilməzlər… Gec olsalar, bu övladlarının uzunmüddətli planlarını cızırlar, planda övladının və nəvəsinin toyu da var, hökmən… Nə maddi, nə mənəvi, nə psixoloji, nə də fiziki baxımdan ahəngdar olaraq hazırlıqlı olmamaqlarıdır… İstənilən kənar təsirlərin altına düşmələridir. Rəqabət, bəhsəbəs… Paxıllıq, qısqanclıq… Pis xislət… Birinin qızı erkən və kənardan baxanda, guya uğurlu ailə qurub, yaxşı cehizliyi var, ər tərəf yaxşı pay gətirib, xoşbəxtdir. Biz niyə geri qalmışıq axı?! O Əjdahadan  niyə bizdə yoxdur? Nəyi … “Ərə get”dən sonra gələn məsləhətlər, ittihamlar oxumağa davam et

Mən ikiləşmişəm…


Mən ikiləşmişəm… Ziddiyyətliyəm… Ağ – qara kimiyəm… Şahmat taxtası kimi dama-damadır həyatım, addımlar bu damaların üzərindədir… Səhvlər bağışlanmaz… Səhv addımlar uduzdurur məni, itirirəm önəmli fiqurlarımı… Qrim var sanki üzümdə… Bir yarısı gülər, təbəssümlədir. Bir yarısı ağlayar, kədərdən… Sanki iki yerə kəsiblər məni… Tam deyiləm, bölünmüşəm… Digər tayıma birləşməmiş, qanım axacaq su yerinə, çürüyəcəyəm, birləşməsəm… İkiləşmiş simam var… Biri yaxşıdır, biri pis… Həyat kimiyəm… Bir az yumşaq, bir az sərt… İmtahan kimiyəm… Birindən keçirəm, birindən kəsilirəm… Bir tərəfdə işığam, bir tərəfdə qaranlıq… Bir tərəfdə aydın səmayam, bir tərəfdə dolmuş bulud… Özüm də bilmirəm, indi mən kiməm?! Mən ikiləşmişəm… oxumağa davam et

Nə var ki…


Həyatı sevməyən, Deyər: Yaşama, Bu dünya fanidir, İnsanları pis… Yaşamaq istəyən Hər bir insançün, Min səbəb tapılar Yaşamaq üçün… Həyatdan bezənlər Yazıbdır qanun, Girməmiş çıxışı Göstərər sənə… Ölməyə nə var ki, Etdin intihar… Sən öldün, bəs sonra? Kimi ağlayacaq, kimi güləcək…   Həyatın üzünə gülən insanlar, Güzgüdə özünə baxmaz çox zaman… Güzgüdə görsələr, dəyişkənliyi, Ağlamaq gələcək gülmək yerinə… Nə var ki… oxumağa davam et

Kiçicik etirafım…


Bilirsən, nə istəyirəm? Nə biləsən?! Soruşdun ki?!Soruşdun və mən demədim?!Eh… Qulağımda qulaqcıq, mahnı dinləyirəm… Bir az oynaq, bir az romantik, hüzünlü… Keyfim dəyişkəndir… Hava da bir yandan təsir edir mənə… Çox soyuqdur, hamı üşüyür, mənsə üşümürəm… İçimdə elə bir atəş, yanğı var ki, yanır, içimi yandırır, qoymayır üşüməyə… Yandırıram özüm özümü soyuq olanda… Tək özümə güvənirəm… Tənhalığım öyrədib özümlə bağlı hər şeyi… Tənhalıq deyib ki, yalnız sən varsan, qalanları ötəridir, gəlib keçərlər… Ürəyimin yerini elə əzbərləmişəm ki… Hər ağrıdığında anlayıram ki, içimdəki insanlığı hələ də öldürə bilməmişəm… Bir martı sevdim, bir sentyabrı, oktyabrı sevdirmişdin mənə… Sonra nifrət etməyə çalışdım alınmadı… … Kiçicik etirafım… oxumağa davam et