Gecә yarısı…


Sәnә mәktub yazıram: Necә dәyәrliydin sәn, Kim idin mәnim üçün, Bunu tәk mәn bilirәm… Bu gün qara günümdür, Ağlamışam hәsrәtdәn, Sәnә çox inanırdım, Gözlәyirdim, gәlәsәn… Bitdi bu gün oyunun, Anladım hәqiqәti, Heç kim idim әslindә, Fahişәndim sadәcә… Bezmişәm mәn hәyatdan, Bir әlimdә şәrabım, Bir әlimdә siqaret, Sәni unutmalıyam… Önümdә dәrmanlarım,  Qarışdırıb içәcәm Sonra vannaya girib, Damarımı kәsәcәm… Bitәcәk әzablarım, Kәsәcәk ağrılarım… Sonda sәnә yazıram: Sәni çox sevmәyimdәn Gözümdәn düşmәyindәn Hәyatdan bezmәyimdәn… Son sözümdür:әlvida! Gecә yarısı… oxumağa davam et

Bir dostum olsaydı


​Bir dostum olsaydı, Soruşsaydı halımı,  Çatdıraraq özünü Darıxmağa qoymazdı… Bir dostum olsaydı,  Soruşsaydı, hardayam, Sәsimdәki kәdәrdәn Anlayardı, dardayam… Bir dostum olsaydı, Soruşsaydı, nә olub,  Görüşәrkәn mәnimlә Qoymazdı ağlamağa… Bir dostum olsaydı,  Baxan kimi bilәydi, Ürәyim nә istәyir, Qaçırdardı uzağa… Bir dostum olsaydı oxumağa davam et

Bir bəndlik şeirlərim…


Bu nə təbiətdir, bu nə havadır, İnsanın keyfinə sanki bənzəyir Bir gün yağış yağır, bir gün istidir, Bilmirsən qış gəlib, yoxsa payızdır… İnsanın özünün vardır havası, Dəyişir bir anda təbiət kimi, Gah uçur göylərdə, xoşbəxtdir deyə, Gah da ki, quyunun lap dibindədir… İnsanlar ötübdür indi hər fəsli, Qışıtək soyuğu, donduranı var, Payıztək ağlayan, ağladanı var, Yay kimi qızınıb yandıranı var, Yaz kimi qızışar damarında qan… Yaz kimi qalıbdır keçid dövründə… Bir bəndlik şeirlərim… oxumağa davam et

Mənim həyatım bənzəyər…


Həyatım da ata evimdəki həyətimizdə bitən gözəl qoxulu, cəlbedici görkəmli qızılgüllər kimidir, dərmədən tutub qoxlamaq, burnuna yaxınlaşdırmaq, gözəlliyinə valeh olmaq istəyirsən, əlini harasına vursan, tikanı batır əlinə, həyatın gövdəsi də qızılgülün gövdəsi kimidir, tikanlıdır. Məcbur olursan, ilk növbədə tutmaq üçün tikanlarını qırıb barmaq üçün yer edəsən… Hər bir insan uçan və azad kəpənək olmamışdan öncə sürünən tırtıl olmuşdur. Kişilәrin arada bir zarafatla da olsa, beynini xarab etmәk, әsәblәrini korlamaq, qanını içmәk, cırnatmaq feminizmdi?) Mənim həyatım bənzəyər… oxumağa davam et

Nə olar, yandır özünü… Qulu Ağsəsə nəzirələrim


Foto: Nurlan GM Görürəm, insanlar gəlir üstümə, Boğurlar gerçəyi deyən səsimi… Görürəm, axşamdır, tənhalıq yenə Qaranlıq dünyaya aparır məni…   Qara düşüncələr, qara fikirlər, Yuxumu əlimdən alıb çoxdandır, Yuxuya getməyə qorxuram artıq, Yuxuma girəcək ilan, çaqqalı…   Gözümü yumanda ümid edirəm, Qəflətən oyanım bəlkə səs-küyə, Təsəlli olsun ki, ayıq yatıram, Yuxumda ölmədim, hələ ki, sağam…   Səhəri açıram diri gözlərlə, Ağrıyır ilanın sancdığı yerlər, Yuxumda qoruna bilməsəm belə, Bəlkə də çaqqaldan qoruna billəm…   Yenidən qaramat bassa dünyamı, Gözümü yumaram düşünmək üçün, Bir Günəş doğmazsa, kiçik dünyama, Hazıram, özümü yandırmaq üçün…   Qulu Aqsesin eyni adlı şeirinə cavab Nə olar, bir səhər … Nə olar, yandır özünü… Qulu Ağsəsə nəzirələrim oxumağa davam et

Gecikmişəm


Sənə yazıram bu gün: Salam, gəlmişəm yenə, Yenə həmin ünvanda Gözləyirəm səni mən… Baxıram düzdür ünvan, Həmin yer, həmin məkan, Soruşanda qonşundan, Dedilər ki, köçmüsən… Yeni ünvan istədim, Kövrəldi qonşun sənin, Yeni ünvanın artıq, Başdaşısız məzardır…   Bilirəm, gecikmişəm, Bilirəm, səhv etmişəm, Sonra məyus olmağım, Nəyi dəyişər axı? Gecikmişəm oxumağa davam et

İstədiyim o idi, yetirdi pərvərdigar… (Qurbanolduğum)


Foto: Nurlan GM Desəm ki, təsadüflərə inanıram, əsla! Təsadüflər zəruriyyətdən doğur. Desəm ki, hər yeni insanla tanışlığım təsadüfi olub, yenə yalan demiş olaram. Desəm ki, hər tanışlığı adi qarşılamışam, sevincək olmuşam, yenə goplamış olaram. Mənim üçün hər tanışlığın bir səbəbi, zəruriyyəti, nəticəsi olur, hər tanışlıqdan bir itkim də ola bilər, bir qazancım da… İtkim vaxt itkisi ola bilər. Qazancım isə dəyərli insanları tanımaq və dost əldə etməkdir. Bəlkə də o dostluq sonra böyüyüb başqa bir münasibətə çevrilə bilər. Bəlkə də, tələsmirəm, hadisələri tələsdirmirəm. Mən gözübağlı, savadsız, nadan biri deyiləm, sadəlövh də deyiləm. Ona görə ilk görüş və tanışlıq mərhələsindən başlayaraq tanış … İstədiyim o idi, yetirdi pərvərdigar… (Qurbanolduğum) oxumağa davam et

Varlığın…


Varlığın tәnhalığımdan daha çox üzür mәni… Varlığın olmadı xilaskarım, olmadı stimulum, varlığın hopmadı ruhuma, mәnә… Varlığın söz vermişdi… Darıxmayacağam… Varlığın yox edir, mәhv edir qәlb dünyamı… Varlığın ürәyimi ağrıdır… Varlığın bәdbәxt edir, ağladır, ağrıdır mәni… Varlığını yoxmuş kimi saymalıyam… Niyә girdi varlığın hәyatıma?! O qәdәr pis insanam ki, nә yaşamağa layiqәm, nә sevgiyә, nә dә xoşbәxt olmağa… Bezmişәm özümdәn, xarakterimdәn, depressiyadayam… Qurtum qurtum içdim sәni ay dәrdim, öncә güldüm ürәkdәn, sonra kövrәldim, ağladım için-için, unutmaq istәdim sәni… Varlığın… oxumağa davam et

Məni bağışla…


  Foto: Nurlan GM Səndən öncə ölsəm əgər, İncimə, məni bağışla, Nə olsun ki, hələ gəncəm, Sən məndən də sağlamsan… Səndən öncə getsəm əgər, İncimə, tap başqasını… Sevən insan gedə bilməz, Gedən insan geri dönməz… Sən söz desən, mənsə sussam, Bil ki, qəlbim qırılmışdır, Çox həssasam, çox kövrəyəm, Göz yaşlarım gizlin axır… Səndən öncə əgər bezsəm, Yazsam sənə son məktubu, Oxumadan cırıb tulla, Boşaltmışam iç dünyamı… Dalaşarsaq bir gün əgər, Küsüb getsəm öz dünyama, Sən toxunma, vaxt ver mənə, Bir az tənha qalmalıyam… Məni bağışla… oxumağa davam et

Evim…


Yenə mən, Yenə tənhayam… Qaçmağa yenə yer axtarıram… Evim olmur son dayanacaq, Bir işarədir mənə evimdə dəli olmaq… Əzbər bilirəm artıq, hər küncünü, yerini… Dəyişsəm də mebellərin yerini… Evim bənzəyir tənhalıq yuvasına, qızınmaq olmur soyuq aylarda… Hər yerdə ətri, xatirə, hər yerdə iz, hər yerdə nəsə qalmış onlardan… Evimdə var hər şeyim, amma yoxmuş kimidir… Yoxdur sevgi, istilik, kimsə məndən savayı… Guya nəsə dəyişib? Hiss edilmir nəsə… Həmənki boşluqdayam… Həmənki yasdayam… Depressiyadayam… Həyatımda o var, ya yoxdur, fərq etmir… Yenə tənha qoyuram başımı yastığa, kimsə qucaqlamaz məni, öpməz yanağımdan yuxuya getməmişdən öncə… Kimsə oyatmaz səhər tezdən… Kimsəylə yemərəm səhər yeməyimi… Yenə danışaram öz-özümlə… Yenə … Evim… oxumağa davam et

Qeyd etmədiyim, qəbul etmədiklərim…


Foto: Valeh Arifoğlu Qeyd etmirəm, ad günümü, bayram günlərini… Adi gün kimi keçib gedər ömrümdən… Fərqliliyi hiss etmək üçün fərqli qeyd etmək lazımdır. Etmirəm… Qeyd etməyə kimsəm yoxdur… Qeyd etmirəm yas günlərini… Hər zaman içimdədir yasım, yasımı saxlayıram gizli olaraq, göstərmirəm, etmirəm reklam… Qeyd etmirəm dövlətin bayramlarını… Hamısı sönük, sıxıcı, sıravi… Hamısı riyakar, yalan, hamısı göstərmə, yamaq… Olmayan nəyisə qeyd etmək absurddur mənim üçün… Qeyd etmirəm ayrılıq günlərini, tanışlıq günlərini… Hər tanışlıq bir ayrılıqdır… Sıravidir deyə dəyməz onu qeyd etməyə… Qələbə və uğurlarımı qeyd etmirəm, susuram… Sözdən, müzakirədən uzaq olmaq istəyirəm sadəcə olaraq mən… Bir də ki, göz və nəzər … Qeyd etmədiyim, qəbul etmədiklərim… oxumağa davam et

Sıradan biri, sıravi…


Foto: Nurlan GM Hər şey sıravi, adidir bu dünyada, Həyatımızda doğulmaqdan ölənədək, Həyat belə sıravidir ölüm kimi… İnsanlar da sıravidir mənim üçün… Hamısı eyni fərqlənmirlər bir-birindən… Sıravidir sevgiləri, yalanları, doğruları, Seçimləri, qərarları, gözlənilən, sıravidir… Darıxıram, bezirəm sıravilikdən, Sıradan biri deyiləm deyə… Gülüşlər də sevinc kimi, Göz yaşı da kədər kimi Sıravidir insanlarda… Sıravidir tənhalıqlar… Ad günləri, toy və yaslar… Sıravilikdən çıxmır kimsə… Simalar da sıravidir… Simada zəhrimar, Şikayətlər də sıravi, Tərif, tənqid də sıravi… Sıradan biri seçiləndə, Sıravi edirik onu da… Fərdi, fərqli olmaq istəyi O da belə sıravidir… Rənglər sıravi, Başlanğıc da, son da… Tanışlıq da, ayrılıq da Hər … Sıradan biri, sıravi… oxumağa davam et

Sən və mən… (davamı)


Foto: Nurlan GM Arzularım, istəklərim gerçəkləşir… Bilirsən, son zamanlar hürkürəm, ehtiyat edirəm… Zamanım keçdikcə, əldə etdikcə, itirdikcə, yaşadıqca, anlayıram həyatımı… Həyatımdan gəlir keçir, sonra gedir insanlar… Sən də onlardan birisən? Bəlkə də… Son 6-7 ildə nələr yaşadığımı özüm bilirəm… Nə uşaq kimi uşaq oldum, nə gənc kimi gənc… Tez böyüdüm, tez tərk etdim… Həyat məni dəyişir ancaq, insanlar deyil… Dəyişmək istəmirəm əslində… Adi gələr bəzən günlər, görüşlər, tədbirlər, yeni tanışlıq… Sıravi olar hər şey… Dəyişmək gücündə olmurlar deyə… Sənsə… Sən başqa mövzusan, sən fərqlisən mənim üçün… Hələ ki… Hələ ki, yanında rahatam, xoşbəxtəm… Hiss edirəm ki, səni sevirəm, sənə bağlanıram… … Sən və mən… (davamı) oxumağa davam et

Səndən mənə qalanlar…


Foto: Çinarə Ömray Səndən mənə nə qaldı? Getməyin, ayrılığın, əzab? Sevməyi və sevilməyi öyrənməyim, dəlicəsinə, bütün varlığımla sevməyi bacarmağım… Saçlarımı əllərinlə daramağın… Əllərimlə saçımı düzəltmək vərdişim… Makiyajsız özümü təbii halda sənin gözünlə özümə baxıb sevməyim… Özümə güvənib kimdənsə asılı olmamağım… Pulu özüm qazana bildiyimi anlamağım… İstedadlı olub yaradıcılığımı davam etdirməyim… Özümlə fəxr etməyim… Güclü olmağım… Kiminsə fikrinə görə keyfimi korlamamağım… Ağrımağı, ağlamağı, gülməyi, amma təklikdə… Tənhalığım…   Səndən mənə qalanlar… oxumağa davam et

40-cı qapı… (tənqidi, fəlsəfi, yumoristik esse)


40-cı qapı… Nağıllarda, həyatda da hər evin, ailənin 40 qapısı olur, 39 hamı üçün açıq, biri isə qapalı… Açıq olanları biləndən sonra qapalıya doğru can atar 40-cı qapı kimidir pul, hamıya maraqlıdır, hamıya lazımdır, hamının üzünə bağlı olduğundan hamı ona doğru can atır, açarını axtarır, əldə edir, sonra isə peşiman olur, özünü söyür… “Pul əl çirkidir” deyənlərin əllərinə pul dəyməyib, dəysəydi, çirkli əllərini elə pulla yuyardılar… Əslində, kim qazana bilmir, özünə təsəlli verir bu cümləylə… 40-cı qapı arxasında gizli və qadağa olunan hər şey vardır. İnsan psixologiyasıdır, nəyi ki bilmir, görmür, əldə etmir, qadağan edilir, onu istəyir, onunla maraqlanır. Azadlıq … 40-cı qapı… (tənqidi, fəlsəfi, yumoristik esse) oxumağa davam et

Qadının gündəliyi… (tənqidi, satirik, yumoristik)


Bir qadın obrazının simasında əksər qadınların iç dünyasını əks etdirən gündəlik qeydləri haqqında hekayədir. Özüm də qadın olduğumdan qadınları yaxşı tanıyıram, müşahidələrim zamanı, kişiləri də tanıyıram. Bu gündəlikdə qadının qeydləri, demək istəyib demədikləri və qadının iki mələyinin- xeyir və şər mələklərinin dialoqları öz əksini tapacaqdır. Bir çox insanlar, cinsindən asılı olmayaraq bu yazıda özünü, öz həyatından bir fraqmenti görə bilər, kimsə inciməsin, tənqidi və yumor hissi ilə qarşılasın. Mən qadınam, hələ qızam… Gündəlik tuturam, səbrim çatanda, istəyim olanda nəsə yazıram, bir əlimdə dama-dama dəftərim, bir əlimdə rəngli qələmim. Yazıram… Gizlədirəm… Kimsə oxumasın deyə… Hamı gündəlik tutur, yazır, hamının deməyə, yazmağa … Qadının gündəliyi… (tənqidi, satirik, yumoristik) oxumağa davam et

Tәnhalığım…


Evdәn işә gec gәlmәyim… Yatağıma girdiyimdә fikirlәrin әlindәn yuxuya gedә bilmәmәyimdir… Tәnhalığım, 4 divarlıq, 4 dar künclü boz evim, sükunәtimdir, künclәrin, divarların üstümә gәlmәsi, sıxması, çıldırmağımdır… Tәnhalığım, evә gәlәndә vaxtımı öldürmәk üçün pәncәrәdәn çölә baxan gözlәrimin yol çәkmәyidir, qulağımın sәsdә, ürәyimin sәksәkәdә olmasıdır… Tәnhalığım oxuduğum kitab, filmdә özümü itirmәyim, ya da tapmağımdır… Tәnhalığım birisi tәrәfindәn tәmәnnasız, qәrәzsiz sevilmәk istәyim, sevmәyә cәhd etmәyimdir… Tәnhalığım özümü bağışlamağım, anlamağım, tanımağım, qәbul etmәyimdir. Tәnhalığım yalanı gerçәkdәn, dünәni sabahdan, xatirәni xәyaldan ayırmağımdır… Tәnhalığım insanların mәni qınamasıdır, mәni tanımamasıdır, dalımca danışmasıdır… Tәnhalığım sevinc vә kәdәr, gülüş vә göz yaşlarımı paylaşmağa birisini tapa bilmәmәyimdir… Tәnhalığım yarımçıq hisslәrim, … Tәnhalığım… oxumağa davam et

Dəyişmir heç nə… Yenə…


Yenə… Yenə sənsiz bitəcəkdir bu günüm… Yenə tənha olacağam evimdə… Yenə sənsiz açılacaq bir günüm… Həmənki iş, həmənki ev, dəyişmir heç nə… Yenə dizlərimi qucaqlayaraq, Başımı qoyanda dizim üstünə, Sinəmdən qəfildən ağrı qopacaq Dözməyir mənimtək zavallı ürək… Yenə səbəbsizdir kədərim mənim, Min cildə girmişdir simam, sevincim… Yenə səbrsizlik, yenə həsrətim, Ağlayır içimdə tənha bir insan… Yenə deyəcəklər: Səni sevirəm… Yenə deyəcəklər: Sən mənə inan… Yenə deyəcəklər: Bağışla məni… Sonra da susaraq tərk edəcəklər…   İnsanlar həyatda da şahmat oyunundakı kimi səhvlər buraxır, öncə onların vurulan vəzirini qaytara biləcək piyadaları önə verib, qurban edirlər, digər fiqurlarının önünü rəqib, düşmən üçün açıq … Dəyişmir heç nə… Yenə… oxumağa davam et

Səni istəyirəm (davamı)


Foto: Nurlan GM Həsrətindəyəm… Bir çox insanların… Bir çox şeylərin… İtirdiyim vaxtımın həsrətindəyəm… Sərf edilən hisslərin həsrətindəyəm… Dəlicəsinə kimisə sevməyimin həsrətindəyəm… Birlikdə kiminləsə nəsə etməyin, həmrəyliyin, birliyin həsrətindəyəm… Ruh əkizimin axtarıram hələ də… Yoxdur hələ… Həsrətindəyəm… Çox vaxt itirdiklərimin, qazana bilmədiklərimin həsrətindəyəm. Peşimançılığın yerinə, özümə təsəlli vermək əvəzinə, həsrətini çəkirəm… Darıxmağın, gözləməyin həsrətindəyəm… Ən əsası əsl və əvvəlki Günelin həsrətindəyəm… Həsrətim artdıqca isə həsrətində olduğum hər şey və hər kəs uzaqlaşır məndən… Səni istəyirəm (davamı) oxumağa davam et

Keçid dövrü- kişilərdə… (qadınların oxuması vacibdir)18+


Foto: Çinarə Ömray Elə bilirsiniz, ancaq qadınlarda yaşla bağlı psixoloji, fizioloji, intim problemlər olur? Yox! Kişilərdə də var. Kişilər bu keçid dövrlərini psixoloji və fizioloji baxımdan daha çətin keçirdirlər. Qadınlar isə daha asan və rahat. Kişilər keçid dövrünü fərqli keçirdə bilər. Kimisi məsuliyyətli, ciddi, işgüzar ola bilər. Kimisi uşaqlaşar, kimisi depressiyaya düşüb zəifləyər, kimisi güclənib məqsədlərinə çatar. Kişilərin keçid dövrləri aşağıdakılardır: 18-20 yaş arasında – uşaqlıq və yetkinlikdən gəncliyə keçid olduğundan daha çox azadlığa meyl edirlər.  Həyat eşqi ilə dolu olurlar. Kimisi ali məktəbə daxil olub elmlə məşğul olur, işləyir, ciddiləşir, kimisi əsgərliyə gedib gələndən sonra iş axtarır, tapa bilməyəndə, … Keçid dövrü- kişilərdə… (qadınların oxuması vacibdir)18+ oxumağa davam et

Sәn vә mәn…


Axı… Sәn kimsәn?! Özün üçün… Mәnim üçün… Nә ad qoyaq buna? Dostluq?! Nәdir mәni hәyatında görmәk istәyin, sәbәbin? Hardan gәlmisәn? Niyә mәhz mәn? Nә zaman seçdin mәni? Kimin yerini tutmalıyam? Sәn varsan, mәn varam… Biz yoxdur amma… Çünki sәn mәnim deyilsәn ruhәn, mәnәn, azad deyilsәn… Keçid dövrü sindromu var sәndә bәlkә dә… Bәlkә dә mәndәn xoşun gәlir hәqiqәtәn dә…  Bilmirәm, әmin deyilәm hәlә… Sәn vә mәn… oxumağa davam et

Allahım, məni daha sınama…


Foto: Lalə İbişova Deyəsən, poçtun, qutun dolubdur sənin… Ya da ünvanını dəyişdirmisən insanların əlindən… Vaxtın azdır… Yazanlarsa çoxdur… Mənim məktubların ya ünvanına çatmır… Ya da çatır, vaxt tapmırsan oxumağa… Nə deyirsən?!Yazmayım daha? Əvvəlki tək danışım səninlə?! Vaxtın olacaq mənə yarım saat?! Nə vaxt düşüm qəbuluna?! İçimdəki səs də qeyb olmuşdur… Beynimə gəlir fikirlər, ideyalar… Ya tam bir cümlə, ya tam bir söz, söz birləşməsi, ya bir mövzu, məqalə… Yazıram dərhal… Yaddaşım pisdir, bilirəm ki, tez unudacağam… Sınama məni… Bezmişəm… Qurban olaram… Olmayım sevimli bəndən… Sadəcə şeytanı uzaq tut məndən… Günahların çoxdur, yüküm ağırdır, onsuz da çəkə bilmirəm artıq… Bir də … Allahım, məni daha sınama… oxumağa davam et

Yerlə göy arasında …


Yerlə göy arasında nə vardır axı? Məsafə… Hava… İnsanlar… Fərq… Bir də ki, bədii təsvir və obrazlı ifadə… Torpaq… Bütün canlılar… Canlıların yaratdığı cansızlar… Yerlə göy arasında müqayisə üslubudur… Biri zirvədir… Biri isə uçurum… Biri xəyaldır… Biri reallıq… Rəngləri də fərqlidir… Tərkibi də… Yeriyə bilməyənlər, uça bilmirlər goydə… Göydə uçanlarsa, yerimək istəməzlər… Uçmağı üstün bilərlər… Yerlə göy sinonim deyillər, omonim deyillər, bəlkə antonimdirlər… Bir-birilərinə əks, ziddilər axı… Bir də bənzətmədir… Hadisələri, insanları, zamanı, məkanı bənzədirik gah yerə, gah göyə… Hislərimiz də, emosiyalarımız da arada qalır çox zaman… Seçimdir insanlar üçün bəlkə də… Yerlə göy arasında boşluq vardır… Heç nə, hər şey, … Yerlə göy arasında … oxumağa davam et

Bir xahişim var səndən, salma yerə…


Foto: Nurlan GM Xahişlərim var səndən… Yaz özün üçün qeyd şəklində… Unutmayasan deyə… Yalan danışma mənə… Məni sevmə… Mənə bağlanma… Məni qaldırma gözündə, qəlbində zirvələrə, gözündən itməyim deyə, sonra düşməyim yerə gurultu ilə… Ayrılsaq əgər, ya da mən ölsəm, əsla ağlama… Peşiman olma, məni tanımağına… Susmağıma can atma, soruş nəsə, danışdır məni… Xəyanət etmə… Yalan danışsan, xəyanət etsən, gizlətmə… Getsəm əgər, saxlama məni… İncisəm, barışma… Səhv etsəm, bağışlama… Ağlasam, gülsəm, düşünmə ki, səmimiyəm… Aldanma mənə… Xoşbəxt olma mənimlə… Axtarışda ol, olsun ehtiyat kimsə… Bir gün olmasam, boşluqda olmayasan, darıxmayasan, kimsə doldursun yerimi, unutdursun sənə yoxluğumu deyə,dostlarından uzaqlaşma Tənqid etmə məni, … Bir xahişim var səndən, salma yerə… oxumağa davam et

Mənim həyatım…


Foto: Çinarə Ömray Ön söz əvəzi: Gözəl qadın bir də ağıllı, savadlı, azad, müasir, ambisiyalı, konkret və işgüzar oldusa, insanları müşahidə, təhlil edib, qənaətə gələr, qərar verər, ehmalca gülümsəyər, zarafat edər, susar, susqunluğunda gizlənər həqiqətlər… Dili və varlığı, baxışları, təbəssümü ölmüş dil kimi olar, hər kəs oxuya bilməz onu… Həyatında birisi olsun, bağlanasan ona… Onun isə işləri o qədər çox olsun ki, Sən yadına düşməyəsən, unudulasan… Nə danışa biləsən onunla, nə də dinləyəsən… Soruşsun, danışsın səninlə başqa dostların… O, olmalıykən ən yaxın dostun… Həyatım çoxsaylı montajlara uğramış, kadrarxası görüntülərlə dolu film kimidir, mənim haqqımda film sənədli film olmalıdır, bədiiliyi sevmirəm. … Mənim həyatım… oxumağa davam et

Aforizmlərim


Foto: Çinarə Ömray 1. 18 yaşımdan bəri 15 ildir hər hansı bir siyasi partiyanın üzvü olmamışam, mitinqlərdə iştirak etməmişəm, siyasətə qarışmamışam, ona görə də müstəqiləm, başım dincdir. 2. Yağış və qar yağan günlərdə işıqforlar işləmir, yəqin beyin və sistemlərinə su damır. 3. Eyib və problemləri görmək üçün onlara öncə kənardan, sonra içindəki episentrindən baxmaq lazımdır. 4. Boşananların və dul qalanların sayları artdıqca, cəmiyyətin gözündə potensial bakirə olmayan f…. say artması kimi görsənir… 5. Bir millәt vә ya xalqın, cәmiyyәtin heç nәyi olmasın ermәni vә farslar kimi, amma özlәrini hәr şeyә malik kimi aparsın, bir dә ki, bizim kimi hәr şeyimiz var, bәyәnmәyib … Aforizmlərim oxumağa davam et

Çinarə Ömrayın “100 suala 101 cavab” layihəsi


Bu həftəki qonağımız yazıçı və tənqidçi Günel Fərhadqızıdır. Ona olan suallarınızı paylaşımın şərh bölməsinə yaza bilərsiniz. 5 günün tamamında suallar yığılıb Günel xanıma veriləcək və onun cavabları ilə birlikdə saytımızda yayımlanacaq. Sonda ən yaxşı sual seçilib qonağımız tərəfindən ona hədiyyə veriləcəkdir. Uğurlar! Media dəstəyi və istinad: http://www.herxeber.com/xeberler/edebiyyat/3681-yz-sualn-yz-bir-cavab-gnel-frhadqz.html Suallarınızı şərhlərdə gözləyirəm Çinarə Ömrayın “100 suala 101 cavab” layihəsi oxumağa davam et

Niyə məhz islamofobiya? -Attila KəskinQılınc ilə həmmüəllif


Attila KəskinQılınc yazır: İslamofobiya sözünün açıqlaması islam qorxusu, islamdan qorxmaqdır. Bir sadə sualı düşünmək lazımdır. İnsanlar sevgi, barış, sülh, ədalət, əminamanlıq dolu tolerant dindən və sevgi dolu, barışcıl müsəlmanlardan niyə qorxurlar? Niyə islamofob olublar? Gəlin xristianofobiyanı, yəni İslam qaydalarının icra olunduğu, islam adət ənənələrinin yaşanıldığı bir regionda xristianlıq yayıldığını təsəvvür edək… Təsəvvür edək ki, xristianlar gəlib İslam adət ənənələrinin yaşanıldığı, hərkəsin azad, firavan yaşadığı bir regionda xristianlıq yaymaq istəyir. Məsələn, meydana böyük kilsə zəngi qoyur və zəngi yüksək səslə çalaraq insaları xristianlığa səsləyir, xristian dindarlar insalara pulsuz İncil paylayır. Təsəvvür edin ki, xristianlar gəlib islam adət ənənələrinin yaşanıldığı, hərkəsin azad, … Niyə məhz islamofobiya? -Attila KəskinQılınc ilə həmmüəllif oxumağa davam et

Kütlә küt olarsa…


​Küt kütlә psixologiyası necә formalaşır? Bir, iki nәfәr küt, savadsız, nadan özünü ağıllı vә bilikli göstәrib, insanların tәhtәlşüuruna yalanını yeridir, beynini yuyur, maariflәnmәmiş kütlә isә onları doğru, haqq davamçıları kimi qәbul edir. Şәbәkә marketinqi prinsipi ilә hәrәsi 3 nәfәr üzәrindә işlәyir, özü dә tәhrif edilmiş şәkildә.  Ölkәmizdә din anlayışı da küt insanlara xas biliklәr әsasәn formalaşıb küt kütlәyә yeridilib vә әsl İslamla heç bir әlaqәsi yoxdur… Aldığın orta vә ali tәhsili vә әldә etdiyi biliyi şübhә altında olan, әlindә mәktәbi bitirmә sәnәdi olan gәnclәrimiz bizim gәlәcәyimizdirmi? Gәlәcәk ekspert, mütәxәssis, peşәkarlarımızdırmı? Yox! Ola bilmәz, olmamalıdır! Kütlәşәn kütlәşmә vә kütlә ilә mübarizә … Kütlә küt olarsa… oxumağa davam et

Ağlaram yerinә millәtim…


Sәn ağlama, sil göz yaşını, ya da ki, boğ, ağla içindә… Qoy yerinә mәn ağlayım, hönkürtüylә, hayqırtıyla, için-için, boğulum göz yaşlarımda… Ağlayım, hündürmәrtәbәli binaların boş qalmış, işıqları sönmüş mәnzillәrә baxaraq… Bir zaman onun yerindә vardı insanlarla dolu mәnzillәr, 4-5 mәrtәbәli binalar… Ağlayım, manatın ölmüş, üzәn cәsәdinә… Ağlayım, gündәn günә, göz önündә qalxan qiymәtlәrә… Ağlayım, sayı artan işsizlәrimә, hәmyerlilәrimin götürüb qaytarmadığı kredit vә borclara… Ağlayım, yeri boş olub dolmuş kimi tәqdim edәn dövlәt himayәsindә olan uşaq bağçalarına, orta mәktәblәrinә, aybaay valideynlәrdәn min bir bәhanәylә yığılan pullara… Ağlayım, alıb verdiyi, çıxarda bilmәdiyi korrupsiya xәrclәrinә… Ağlayım, evindәn didәrgin düşmüşlәrinә, qaçqınlarına, mәcburi köçkünlәrinә… Ağlayım, … Ağlaram yerinә millәtim… oxumağa davam et

Allaha mәktubum


​Allaha növbәti mәktubum… Allahım, hәr dәfә sәnә mәktub yazanda, düşünür vә özümü inandırıram ki, son mәktubumdur… Hәr son bir başlanğıcdır…  Mәni sevdiyini, qoruduğunu, sınadığını bilirәm… Tәbiәtcә tez küsәnәm, özün bilirsәn… Uşaq kimiyәm, böyümәk istәmirәm… İnsanları tanıdıqca, böyüyüb dünyanı, cәmiyyәti dәyişmәyә, düzәltmәyә çalışıram. Bir bәndәn kimi nәyәsә yaramaq istәyirәm… Çox susuram, az danışıram, insanlardan uzaqlaşıram…  Tәk sәn tanıyırsan mәni, bilirsәn hәyat, arzu, niyyәt, әmәllәrimi, oxuyursan fikirlәrimi, xәbәrin var qәlbimdәn, hisslәrimdәn… Sәni sevirәm… Günahım, sәhvim çoxdur, peşimanam… Bilirәm ki, darda qoymazsan mәni… Sevirsәn, qaytara bilәrsәn geriyә itirdiklәrimi… Bilirәm ki, mәni sevirsәn… Qoru mәni… Qoyma batım çirkin dünyada, günahların içindә…  Mәn ölәndәn sonra … Allaha mәktubum oxumağa davam et

Biznesdәki uğurun danılmaz vә inkaredilmәz 100 qanunu…


İstәr biznesdә, istәr insan hәyatında, insanlar arasında münasibәtdә 100 qanunu var. Bu qanunları bilib, nәzәrә almaqla, 100% uğur әldә etmәk mümkündür. Hәr bir uğuru öncәdәn görmәk olar. Bu uğurun 100 qanunu aşağıdakılardır: İlk beş qanun hәyat qanunudur: Sәbәb vә nәticә; İnam; Gözlәnti; Cәlbetmә; Cavab vermәk. Uğur qanunları: Nәzarәt; Tәsadüf; Cavabdehlik; İstiqamәt; Kompensasiya; Xidmәt; Tәtbiq edilәn cәhd vә sәylәr; Artıq kompensasiya; Hazırlıq; Güclәndirilmiş sәmәrә; Qәrar; Yaradıcılıq; Elastiklik; İnadkarlıq. Biznes qanunları: Mәram; Tәşkilatçılıq; İnsan vә müştәri mәmnuniyyәti; İnsan vә müştәri; Keyfiyyәt; Köhnәlik; İnnovasiya; Böhran uğur amili; Market vә bazar; İxtisaslaşma; Ayırdetmә; Seqment; Konsentrasiya vә diqqәt; Mükәmmәllik. Liderlik qanunları: Dürüstlük; Cәsarәt; Reallıq; Güc; … Biznesdәki uğurun danılmaz vә inkaredilmәz 100 qanunu… oxumağa davam et

Profaylinq


Profaylinq – qanunsuz hәrәkәtlәrin qarşısının alınması üsullarından ibarәt bir sahәdir. Profil sözündәn götürülmüş vә xarici görünüş, verbal vә qeyri-verbal davranışın tәhlili әsasında insan profilinin psixoloji metodlarla dәyәrlәndirilmәsidir. İnsanın xarakterinә (insanın daxili vә xaricindә baş verәnlәrә qarşı münasibәti) uyğun psixoloji dildә danışır. İnsanın xarakteri 3 amilin tәsiri ilә formalaşır vә gizli vә ya açıq şәkildә özünü göstәrә bilәr: Genetik; Biogenetik (sinir sistemi vasitәsilә); Sosial (әtrafda baş verәnlәrin tәsiri ilә). İnsanların psixoloji dili (insanların davranış qaydaları) var vә 8 qrupa bölünür: İsteroid – daim diqqət mərkəzində olmaq üçün əllərindən gələni edirlər. Geyimləri və seçimləri diqqəti cəlb edir. Ətrafında baş verən hadisələrə səthi … Profaylinq oxumağa davam et

Dәyişkәn sevgi…


​-Bax, sevgilim, buludlara? -Nә var burada? Yağış yağacaq, yaz yağışı. -Yağışı sevmirәm, soyuyur hava, qalın geyinmәli oluram, ayaqqabım su keçirsә, xәstәlәnirәm. -Eh, su aydınlıqdı, yağış sәrinlәmәkdi, göyün göz yaşlarıdır, yağış tәnhalıqdı, gәzәrkәn yağışın altında. Yağışdan sonra hava açılır, göyqurşağı çıxır, nәm otların iyi, yarpaqlardan damlayan damcılar… -Bir dә yollardakı palçıq, yolla gedәrkәn üşüyәn insanlar, çәtir altında gizlәnәnlәr… Bir dә yağışda görüşümә gәlmәmәyin, mәni tәk qoymağın. Ayrılırıq sevgilim… -Axı niyә?Daha mәni sevmirsәn ki?Sәni sevirәm… -Mәn dә sevirәm sәni… Amma sәn yağışı sevmirsәn mәnim kimi… Sevgin hava kimi dәyişkәndir.Yağışdan belә qorxur, gәlmirsәn görüşümә… Bunun payızı var, bunu qışı var, bunun külәyi var, … Dәyişkәn sevgi… oxumağa davam et

Xarizmatik insansanmı?


​Xarizmatik insansanmı? Bir çox insanlar “xarizma” sözünü düzgün və tam qəbul etmir, anlamırlar… Xarizma ingilis dilində şarm deməkdir, şarm isə ancaq zahiri görkəmlə bağlı deyil, ümumilikdə  insanları bu və ya digər keyfiyyətlərin ilə cəlb, cəzb etmək, özünə bağlamaq, insanlarla səmərəli ünsiyyət və istəyinə nail olub, bəzən özünə sevdirmək məharəti deməkdir. Bəzi insanar anadangəlmə xarizmatik olur, bəzi insanlarda sonradan formalaşır. Zəruriyyət təsadüfləri, səbəb nəticələri, sonda isə insanlardan insanlar doğar…Təsadüfi, nəticəsiz nəsə yoxdur… Dünyada ən dəyərli hədiyyə kitab, ən dəyərli sərmayə bilik, bacarıq və təcrübə, ən dəyərli kapital sizin haqqınızda formalaş ictimai rəy, ən dəyərli uğur istənilən nəticəni əldə etmək, ən dəyərli … Xarizmatik insansanmı? oxumağa davam et

Yadındadır?!


Yadındadır?! Baxışımı sevirdin, özünü görürdün baxışlarımda, bilirdin ki, qәlbimdәsәn… Yadındadır?! Qoxumu sevirdin, qoxlayıb çәkәrdin ciyәrinә, bilirdin ki, sәn sevirsәn әtrimi, dәyişmirdim sәnә görә qoxlayasan deyә… Yadındadır?! Sәsimi sevirdin, asta sәslә, pıçıltıyla deyәrdim adını, sәnsә sevinәrdin adını eşidәndә, bilirdin ki, hәlә dә dilimdәn düşmәyirsәn, әzbәrlәmişәm sәni, fikirlәrimdәsәn… Yadındadır?! Gülüşümü sevirdim… Gülüşüm, tәbәssümüm mәsum idi, rahatlıq gәtirirdi, enerji yığırdın hәr gülüşümdәn, yorğunluğun çıxırdı canından… Bilirdin ki, mәn güldükcә, müsbәt enerjin olacaq, yenilәnәcәksәn… Yadındadır?! Toxunuşumu sevirdin, uşaq kimi nazik, tәmiz dәrim toxunduqca sәnә ürәyin döyünürdü, hәyәcanlanırdın… Bilirdin ki, hәyәcanlana bilirsәn, ürәyin yerindәdir, döyünә bilәr… Yadındadır?! Saçlarımı sevәrdim, oxşayardın sığal çәkәrәk saçlarımı, barmaqlarınla darayardın … Yadındadır?! oxumağa davam et

Mәnim kimi Qadınlar…


Mәnim kimi qadınlar necә olur görәsәn?! Özünә hәm tәlәbı, hәm müәllim, hәm şagird, hәm xәstәdir, hәm hәkim… Dostluq nәdir o bilәr, sevgini dә tanıyar…Dost bildiyi insandan yedikcә zәrbәlәri, soyuyar insanlardan…Dostlarının sayı az olar amma… Sevәndә o çox sevәr, ağlında başlar sevgi… Bitәrsә sevgi әgәr  uzun müddәt o sevmәz… Güclü olur kәnardan, gülәrüz vә şәn… Bәxtәvәrdir deyәrsәn… Tәkliyinә alışan, qucaqlayan özünü, bir küncünә evinin sıxılaraq bürüşәn, ağlayarlar әslindә… Çox adam sevәr onu kişilәrin içindәn… Nә inanar onlara, nә dә ki, sevgilәrә… Qorunacaq deyәrәk birbaşa sәrt sözünü… Kimi dәli deyәcәk, kimi xәstә bilәcәk… Özü kimdir, nә çәkir, ancaq özü bilәcәk… Bezәcәk tәnhalıqdan, … Mәnim kimi Qadınlar… oxumağa davam et

Məmur olacağam… (Çinarə Ömrayın eyni adlı yazısına cavab)


Çox düşünməyə dəyməz. Hər kəsin içində var bu arzu- Məmur olmaq… Səbəbləri çoxdur, hər kəs üçün fərqlidir… Hər məmura da aid deyildir, bu parametrlərə uyğöun gəlməyən məmurlarımız az da olsa, vardır. – Dövlətin, vətəndaşın torpağını qanunsuz yolla əldə etmək, orada villa tikmək, 5 metrdən hündür hasar çəkmək, kameralar quraşdırmaq, villama, şəhərdə və rayonlarda yerləşən lüks evlərimə, mənzillərimə yaxtama, sayını itirdiyim və saymağa barmaqlarım yetməyəcək miqdarda olan biznes obyektlərimə, bağ evlərimə rayondan gətirdiyim tifil günündə qohum, qonşularımı, savadsız, nadan bildiklərimi işə götürüb, əmr etmək, alçaltmaq arzum var axı… – Harasa gedəndə “qara zavodskoy plyonkalı” bahalı avtomobillərimdə sürətlə uçum, yol hərəkəti qaydalarını … Məmur olacağam… (Çinarə Ömrayın eyni adlı yazısına cavab) oxumağa davam et

Ağlaram


Varlığınla sevindirәn Adamım, yoxluğuna bil ki, tәnhalığımla tәk qalaraq ağlaram… Sevgini bәxş edәn doğma Adamım, nifrәtin doğarsa, yadlaşarsan, ağlaram… Hәr görüşә gecikmәdәn gәlәn Adamım, bir gün görüşümә gәlmәsәn әgәr, ağlaram… Hәyata qaytaran, muzam Adamım, bir gün ölsәm sәnin üçün, ağlaram… Gözlәrin gözümә baxan Adamım, o gözlәr baxarsa bir başqasına, susub ağlaram… Danışıb gülmәyi, dinlәmәyi, hәr işi birlikdә görmәyi öyrәdәn Adamım, sussan, hәr işdә sәnsizlik olsa, anlaram sәhvimi, içdәn ağlaram… Gәlişinlә gәtirәn mәnә aydınlıq, işıq, Adamım, aydınlıq yox olsa, dünyam qaralsa, bil ki, ağlaram… İsti nәfәsindә, sevgi dolu qәlbindә mәni qızıdan Adamım, bir gün üşüsәm, soyuqlasam, xәstәlik taparam, yenә ağlaram… Ağlaram oxumağa davam et

Haraya belә?!


​Hara gedirәm? Gedirәm harasa, Bilmirәm hara,  Gah hәyatda yeriyirәm, Gah da gedirәm gora… Gedirәm düzünә,  Yolayrıcında 4 yolum var: Sağa, sola, önә, geriyә… Geriyә getmәyin mәnası yoxdur, Qalır 3 yol, sağa getsәm, sonsuzluqdu… Sola getsәmsә, tupik, sәdd vardır qapısız, geriyә yol da bağlana bilәr, 4 divar vә mәn… Sıxılıram… Düz yol isә maraqsızdır, hәr yer eyni, hәr günüm eyni, getmәyә dәymәz… Haraya belә?! oxumağa davam et

Dost kimi


Dost kimi yazıram sәnә…. Yazıram ki, unutmamışam sәni… Dost kimi başlamışdıq, dost kimi davam edәk… Sevgimiz dә olsun dost kimi…  Sәn dost kimi gәl görüşә… Gedәk kafeyә, bir çay içәk, danışaq indidәn, gәlәcәkdәn, susaq, keçmişimizi salmayaq yada… Yeniliklәrimiz, xәbәrlәrimizi paylaşaq dost kimi… Mәn danışım, sәnsә dinlә, qınama mәni… Dostlar qınamaz… Dost kimi qucaqla mәni, sıx әlimi, öp yanağımdan… Zarafat edәk dost kimi, gülәk, susaq… Düşsün nәsә yadımıza keçmişdәn, susaq… Baxaq kәnara…  Hesabı istәyәk, baxaq bir-birimizә dost kimi… Unudaq bir zamanlar sevgimizi, yaşadıqlarımızı, yaşaya bilmәdiklәrimizi, yarımçıq qoyduqlarımızı bir başqasıyla yaşayaraq davam edәk…  Sirrimizi paylaşaq öz aramızda…  Çıxaq kafedәn, ötürüb  mәni dayanacağa, … Dost kimi oxumağa davam et