Bilirsən, övladım…


Bilirsən, nədir, ən asanı, nədir ən çətini? Ən asanı kənardan baxıb qınamaq, müzakirə etməkdir.. Ən çətini özünü başqa insanın yerinə qoymaqdır… Ən asanı sevib, sevərək ərə getməkdir, xoşbəxt olmaqdır… Ən çətini həyat yoldaşın sənin sevgini öldürəndə, bir ailə olmaqdır, xoşbəxt görsənməkdir, dözməkdir… Ən asanı sevişməkdir, sevdiyin zaman sevdiyin şəxslə, ehtirası yaşamaq, yanmaqdır… Ən çətini sevişməkdir sevmədiyin, nifrət etdiyin, iyrəndiyin şəxslə, sanki hər gün səni ailə daxilində zorlayırlar… Ən asanı ailə quran kimi uşaq istəməkdir, ana olmağa tələsməkdir… Ən çətini ailən dağılanda, ayrılanda, uşağı əmlak kimi bölüşdürmək, övladından ayrı düşmək, övladına yad olmaq, övladını uzaqdan iztirab çəkərək, həsrətində olub sevmək, övladını … Bilirsən, övladım… oxumağa davam et

“Ədəbi təhlil” layihəsi – Sevincin”Günah”ı və ya LGBT həyatı


Sevinc Səfərovanın Günahı gerçək həyatda yaşanılan və hər bir insanın sığortalanmadığını, qarşılaşaca biləcəyi insan həyatı, insan həyatına təsir edəcək amillər, səbəb və nəticələr əks edilmişdir. Əslində, romanda bir neçə yenilik vardır: Müəllif kənardan müdaxilə etmədən bu və ya digər vəziyyəti, hadisəni müşahidə edir, təhlil edir, izah edir, öz fikrini bildirir. Müəllifin fikirləri bir çox məqamlara aydınlıq gətirir. Sanki romanın qəhrəmanlarını da qara dünyadan ağ dünyaya çıxardır. Roman qəhrəmanlarının iç dünyasını daxili səs yeniliyi ilə açır. Daxili dünyalarında baş verənləri oxuculara çatdırır. Yenə bitərəfdir yazıçı… İnsanlara hər bir amilin-insan, ətraf mühit, ailə, dost, yaşam tərzi, pulun necə təsir göstərməsini özündə əks … “Ədəbi təhlil” layihəsi – Sevincin”Günah”ı və ya LGBT həyatı oxumağa davam et

Xırdalanda kitabı xırdalayan xırda adamlar… (Satirik, tənqidi yazı)


Yazı satirikdir, kimsə özünə götürməsin, inciməsin, yumor hissi ilə qarşılasın… Hərçənd ki, sözü zarafatda deyərlər… Yazı tənqidi yazıdır, tənqid isə sağlam olsa, inkişaf üçün yönəldilmişdir və nöqsanlarımızı aşkarlamaq və onları aradan qaldırmaq məqsədini güdür… Xırdalan camaatı (hamısı deyil) , eləcə də yaradıcı mühit söz verib gəlməyənlərdir, nadan və dostluğa sadiq olmayan və söhbət fırladanlardır… 28 may günü Xırdalandakı Heydər Əliyev Parkında insanların  maariflənməsi və gənc şair və yazıçıları tanıtdırmaq məqsədilə iki dostum Səbinə Paşayeva və Zamiq Mehdisoy kitab fleşmobu keçirtdilər… Mən, yaradıcı həmkar və dostlarım Ramil Mərzili, Vüsalə Asif Süleyman, Gülnar Səma, Günay Ümid, Zamiq Mehdisoyun kitablarının öz qiymətindən iki dəfə ucuz … Xırdalanda kitabı xırdalayan xırda adamlar… (Satirik, tənqidi yazı) oxumağa davam et

Bir gecə…


Bir gecə bəs etdi ki, darıxım sənin üçün… Bəs etdi ki, anlayım nə qədər yaxın, həm də uzaq olduğunu… Bəs etdi ki, insanlığını görüm, etibar edim sənə… Bir gecə bəs etdi ki, susum, gözlərimdən oxuyasan demək istədiklərimi, deyə bilmədiklərimi, söylədiklərimin alt mənasını tutasan… Bəs etdi ki, qoxun hopsun mənə, çəkim içimə… Bir gecə bəs etdi ki, yanım ehtirasında, odunda alışım, soyuqqanlığında donum, üşüyüm… Bəs etdi ki, qucaqlayasan məni, buraxmayasan… Hiss edim özümü, qadınlığımı, əsl kişisən, bilim ki, sən varsan, məni qoruyacaqsan. Dəyməz xətrimə, incitməzsən məni… Bəs etdi ki, həm uzaq olum səndən, həm də yaxın, bir az məsafə qalsın aramızda… … Bir gecə… oxumağa davam et

OVÇU VƏ OV (Hekayə, təmsil)


Müəllif: Hər bir insan ovçudur… Nəyisə və ya kimisə ovlamaq, əldə etmək, mənimsəmək, mülkiyyətinə çevirmək istəyər… Ovçu: Bir canımızla gəlirik dünyaya, bir canımızı aparırıq bu dünyadan… Amma bütün həyatımız boyu axtarışdayıq, tapırıq, qaçırıq, tələsirik, piyada gedirik, gecikirik… Ovçu olub ovlayırıq… Ali varlığıq, amma genimizdədir ovlamaq, qanımızdadır ova çıxmaq, əldə etmək istəyi… Gözlərimiz hey axtarır, beynimiz mülahizə, təhlillər edir, skan edir, ovlarımızı… Müəllif: Ovlarımız olur hər şey, nəyi və kimi istəyiriksə… Ovu istəyiriksə, dayanmırıq… O bizim olmalıdır… Bu qədər dəqiq, bu qədər qəti… Ovladıqlarımızı isə burada qoyuruq, ölən zaman, bu dünyada… Niyə bu qədər önəmlidir ovçu olmaq, ovlamaq?! Ovçu: Doğulduğumuz gündən … OVÇU VƏ OV (Hekayə, təmsil) oxumağa davam et

Ölüm səndən mən qorxmuram…


Ölüm, səndən mən qorxmuram… (satirik, yumoristik) İnanmırsan?! Nahaq yerə! Gəlirsən?! Gəl! Xoş gəlmişsən! Açıqdır qapım, keç içəri, Otur lap yuxarı başda… İstəyirsən əcəli də çağır, gəlsin, Etsin sənə – qardaşına indi yardım, Boğsun məni suda, bilir axı, üzə bilmirəm, hələ də…   Ölüm, səndən heç qorxmuram… Düşsə də, başıma özüm boyda daş, Qalım lap daşın altında, nə olsun ki, nə var burda şişirdiləsi, qorxulası?! Vursun maşın, qatar, tapdalasın at, Tikələrim düşsün pərəm-pərəm…   Ölüm, səndən bax, qorxmuram, At məni eyvandan üzü aşağı, Olsun zəlzələ, Dağılsın bina, qalım altında, sağ çıxmayım bircə qorxuram oddan, Yandırma məni, diri-diri, yanmayım sağkən…   Ölüm, səndən … Ölüm səndən mən qorxmuram… oxumağa davam et

Yenə…


Şər qarışıb yenə… Gecədir… Nə ənni var yolda, izdə, nə də cinni… Tənhayam sanki bu böyük şəhərdə… Hər kəs yatır, mənzillərdəki, küçədəki işıqlar yanılı olsa da… Şər qarışıb yenə… Ölüm tək sakitdir hər yer… Təbiətin səsi gəlir qulağıma… Kölgəmi görürəm ancaq, məni izləyir… Baxıram mətbəximdəki pəncərədən küçəyə… Darıxıram… Nəfəs ala bilmirəm sanki… Fiziki ağrıya çevrilib mənəvi ağrılarım… Boşluq belə ağrı verir, boşluq belə bağlayıb irinli yara…Yaralarımı sağalda bilmədikcə, kəsib atıram, spirtləyirəm, duz basıram yerinə, qanını kəsməyə çalışıram… Sanki bu yaralar xərçəng xəstəliyidir bədənimdə olan, metastazdan qorxuram… Rahatlıq buraxmır məni vicdanım… Nəfəs almaq üçün çıxıram balkona… Baxmıram əynimdə nə var, geyimimim … Yenə… oxumağa davam et

Yarımçıq düşüncələrim…


Yenə şər qarışıb… Hava qaralmışdır… Yuxum gəlir bir yandan, yata bilmirəm, bir yandan gələn yuxumu qovuram ki, yatmayım, düşünüm səni… Niyə düşünürəm, bilmirəm, bəlkə içimdəki insan qoymur səni unutmağa… Şəkillərinə baxmıram daha… Çalışıram unudum səni… Nə sənə verim əzab, nə də özümə… Yazmıram səndən daha… Çalışıram yadıma salmayım xatirələrimi… Kövrəlmək, ağlamaq istəmirəm… Hər kəs deyir: “Həyat davam edir, Günel… Yaşamağa davam et, Günel… Vaxt hər şeyi yerinə qoyacaq, Günel. O, sənə qayıdacaq, Günel… Ağlama, Günel”. Yaşamadığını anlamaq, insanın yerinə özünü qoymaq, insanı qınamaq və insana məsləhət vermək kənardan çox asandır. Hər kəs də bir yandan soruşur səni məndən… Mən nə … Yarımçıq düşüncələrim… oxumağa davam et

Bəxtsizlik bilirsən nədir? (Satirik, yumoristik)


Mənim saytım Foto: Nofəl Ümid Bəxtsizlik bilirsən nədir?! Hər səbəbdən bəxtim yoxdur deyir bir çox insanlar… Əsl bəxtsizlik qalıb kənarda… Bəzisi üçün bəxtsizlik işə gedəndə, geyinəcəyi dikdaban ayaqqabının evin pilləkanında düşən zaman qırılması, 100 ayaqqabı içində başqasını axtarıb, tapıb geyinməsi və işə gecikməsidir; Bəxtsizlik işə gedəndə İçərişəhər qatarına çatmayıb, 6 dəqiqə növbəti qatarı gözləməkdir ayaq üstə; Saçını bahalı yerdə rənglədəndə, görürsən ki, arada bir iki ağ saç var, tərslikdən başın ön tərəfindədir, gözə girir o saat; İşdən evə qayıdanda, yolun Nərimanov metrosundan sonrakı stansiyalar olanda, qatar boş gəlsin, minmək istəyəsən, sonra biləsən ki, qatar bakmilə gedir; Lazım olmayanda mobil telefonunda … Bəxtsizlik bilirsən nədir? (Satirik, yumoristik) oxumağa davam et

Bizə nə lazımdır?! (tənqidi, realistik)


Foto: Nofəl Ümid Həqiqət – bəlkə də kiməsə lazımdır, amma çoxlarına lazım deyildir. Yalanla yaşayaraq daha rahat və xoşbəxt olurlar. Zərurət – daha çox kiməsə və nəyəsə tələbat və zəruriyyət yaranır. Bu isə müvəqqətidir. Zamanla tələblərimiz və zəruriyyətlərimiz dəyişir. Zehniyyət- beyin və zehin hökmən olmalıdır. Bir çoxunda ya var, istifadə etmir, etmək istəmir, ya yoxdur, olmasını istəsə də, olmasa daha yaxşıdır. Təbiət – təbiət hər kəsin iç və çöl təbiəti var, kimisində süniləşmiş, dağılmış təbiətdi, kimisində təbii, rəngli, cəlbedici… Cəsarət – hər kəsin içində yatıb qalmış, oyana bilməyən bir cəhətdir… Oyansa, insan çox şeyə nail ola və çox şeyi əldə edə, … Bizə nə lazımdır?! (tənqidi, realistik) oxumağa davam et

Şәr qarışanda nә olur axı? 18+


  Şәr qarışanda nә olur axı? Şәr qarışanda nә vaxtdır, qaranlıq düşәndә, ya gecә yarısı? Şәr qarışanda düşürsәn şәrә? Ya düşürәm sәnin yadına? Oyanır ehtirasın şәr qarışanda? Şәr qarışanda qarışırsan qaraya, şәrә, sәbr etmirsәn gәlsin sәhәr, ağ qüvvәlәr? Şәr qarışanda nә olur axı? Xeyir mәlәklәr qaçır, Allah yatır, Şeytan oyanıb, çıxardır insanı yolundan? Şәr qarışanda gәlir ilham pәrilәrin, oluram sәnin muzan, yazırsan mәndәn, istәklәrindәn,18i keçib yaşım, Afәtin oluram ey gәnc şairim… Şәr qarışanda insanlar çaşır, yolunu azır, yuxu gәlmir gözlәrinә, bәlkә acsan, yemәyinin vaxtı çatıb?! Şәr qarışanda, nә olur axı, çıxırsan gәzmәyә, ya da qaçırsan, tәnha olduğunu unutmaq üçün dәnizә, … Şәr qarışanda nә olur axı? 18+ oxumağa davam et

“Ədəbi təhlil” layihəsi- Ramil Mərzili: Kimsə bilməsin…


  Bu günkü müzakirə obyektim və mövzum Ramil Mərzili, onun kimliyi, yaradıcılığı və “Kimsə bilməsin” kitabı olacaqdır… İlk növbədə, təbrik edirəm Ramil qardaşımı… Dünən AYB-də imza günündə iştirak etdim… Çıxış üçün söz verilməliydi, imtina etdim, çünki sözüm çox idi, yazmağı üstün bildim… Mənim üçün yaradıcı insanın uğuru yaradıcılıq məhsulunu insanlara düzgün çatdıra bilməsi, təqdim etməsi, yaşadıqlarını və nə demək istədiyini ifadə edə bilməsidir. Ramil yaradıcılığında bunu bacarır. Kədəri də, vətən sevgisini də, ailəyə bağlılığı, qadına sevgisi, həsrətini, sevincini də şeirləri vasitəsilə ötürə və yaşatdıra bilmişdir oxucularına… Kitabını iki dəfə oxudum… Yaxşı yadımdadır… Bizi birləşdirən dəyər, dəyərli yazar dostumuz, jurnalist, publilist, … “Ədəbi təhlil” layihəsi- Ramil Mərzili: Kimsə bilməsin… oxumağa davam et

Sözlər dilə gələndə…


Mənə nə yaraşır, sevinc, ya kədər? Təbəssüm, göz yaşı, hələ bilmirəm… Mən kövrək, həssasam, tənha biriyəm… Dəyməyin xətrimə, xahiş edirəm… Qısqancdır, paxıldır bəzi insanlar, Üstümə gəlirlər xəbis olanlar… Bilmirəm, dostumu, düşmənimi mən… Bilmirəm kiminlə vuruşmalıyam?! Bu həyat döyüşdür, sınaqdır axı, Şikayət etmirəm həyatımdan mən… Sadəcə bir sual rahat buraxmır: Kimə mən nə pislik etdim dünyada?! Vururlar sağımdan, vururlar soldan, Vururlar arxadan, öndən vururlar, Vururlar ən yaxın, doğma olanlar, Yadı, yağısı da vurmasın niyə?   Bir az kədərliyəm, bir az sevincli, Bir az şükürlüyəm, bir az narazı… Bir az ağıllıyam, bir az da dəli, İlhamım gələndə, yazıram yazı… Bu gün bir … Sözlər dilə gələndə… oxumağa davam et

Bir… İki… Misra…


Yaza bilmirəm mən şeir, söylə, nədən yazım axı, Qafiələr qaçıb gedir, şeir yazmaq mənlik deyil…   “Bəzən” demə mənə, “ola bilsin ki”, “Bəlkə də” bezdirib, “ok”yin ilə… “Baxaram” deməklə, yola verməyin, Bilirsən, qəlbimə necə dağ çəkir?!   Son zamanlar gözüm yaman yol çәkir, yola çıxanım, qonağım varmı? Nigaran qalıram, kimә görәdir, bu qәdәr içimdә tәlaş, hәsrәtim?! Yolun açıq olsun, azma yolunu, qәzadan, bәladan uzaq ol barı, sәninçün mәn yadam, bilirәm artıq, nә olsun, mәnimçün sәn hәlә dostsan… Yaxşı ki, yuxumda görmürәm sәni, y axşı ki, mәnimtәk tәnha deyilsәn, ağlayıb, gülәndә vardır birisi, mәnimsә özümdәn başqa kimim var?!     Öyrәndim … Bir… İki… Misra… oxumağa davam et

Dedilər…


Dedilər, insan olmaq lazımdır, insanlığın əlamətlərini, cəhətlərini deməyi unutdular… Dedilər, vicdanlı olmaq lazımdır, vicdansızların vicdanlarını nümunə kimi göstərdilər bizə… Dedilər, dindar olmaq lazımdır, şəriət qaydalarını, terrorizmi, cihadı, şəhidi din adı ilə sırıdılar… Dedilər, namuslu olmaq lazımdır, namuslu etdilər fahişələri, namusluları isə fahişə etdilər… Dedilər, sədəqə vermək lazımdır, sədəqəni reklam etdilər… Dedilər, namaz qılmaq, oruc tutmaq lazımdır, namazı da özləri üçün deyil, başqalarına göstərmək üçün etdilər, selfi çəkdilər namaz vaxtı, müasirdilər guya, oruc tutmaqla deyil, gözün tox olmayandan sonra qarın da doymaz… Dedilər, pul, mal-mülk önəmli deyil, əsas mənəviyyatdır, deyənlər yığdılar qır-qızıl, pul, aldılar mal-mülk… Kasıb yaşamaq varlılara aid deyildir… Dedilər, … Dedilər… oxumağa davam et

Qaralama…


Sus, danışma, sözlәr mәnasızdır artıq… Sus, danışma, hәr sözündә yalanlar ayaq açıb yeriyir… Sus, danışma, sәn daha heç kimsәn, düşdün gözlәrimdәn, bir vaxt doğma idin, indi yad, yağı… Sus, danışma, nә dәyişәcәk ki, dediklәrinlә. Sus, danışma, danışdıqca, başımı götürüb qaçıram, uzaqlaşıram, iyrәnirәm sәndәn… Bu qәdәr olma ucuz, deyilәm avam, sәfeh… Sus, danışma, hәr şeyi bilirәm… Susuram… Sus, danışma, alma vaxtımı, unutdurma xoş xatirәlәrimi sәninlә bağlı… Sus, danışma, pozma sükunәti… Baxışlarından bilirәm әsl gerçәyi… Hәyatında tәk, özәl, dost deyilәm…   Ürәyimә sәn dağ çәk, keçmiş günahlarıma olsun cәzam… Ürәyimә bir dağ çәk, susmağa olum mәhkum… Ürәyimә bir dağ çәk, unudum unudulmağımı… … Qaralama… oxumağa davam et

Hansı rəngə bənzədim səni?!


Hansı rәngә bәnzәdim sәni? Ağa?!Ağ kimi öncә mәnim üçün pak, tәmiz idin…Tez yığdın lәkәlәri, ağ rәngli libasında günahların, yalanların palçıq kimi yapışıb, yusan da, yenidәn rәnglәsәn dә, gedәn deyil, içinә hopub… Qırmızıya?!Qırmızı kimi çılğın, sevilәn, diqqәt cәlb edәn idin…Nә olsun ki, sonra yaraşdırmadım o rәngi sәnә… Sarıya?!Sarı da ağa bәnzәyәr, amma yarımçıqdır, qarışıqdı…Sarı kimi bircә sarılıq xәstәliyi kimisәn, sәnә yoluxan ömürlük xәstә kimi qalır, müalicә etmir kömәk… Yaşıla?!İslam, tәbiәt rәngidir, sәndә nә imandan iz var, nә dә ki, tәbiilikdәn… Göyәmi?!Göy türkçülük rәngidir, göy dәnizin, saf suyun rәngidir, sәnә uyğun deyil, sәndә nә türkçülükdәn, nә dә dәnizdәn bir parça vardır… Qәhvәyiyə?!Torpaq, … Hansı rəngə bənzədim səni?! oxumağa davam et

Türkiyə’nin 100 meşhur romanı


Orijinalın dərc edildiyi kateqoriya Maraqli Kitablar Yukle ve Oxu:
Türkiyə’nin 100 meşhur romanı: 1. Hüseyn Rahmi Gürpınar “Utanmaz Adam“ 2. Ebubekır Nazim Tepeyran “Küçük Paşa“ 3. Halit Ziya Uşaklıgil “Aşk-ı Memnu“ 4. Mehmet Rauf “Eylül“ 5. Memduh Şevker Esendal “Ayaşlı ve Kiracıları“ 6. Halide Edip Adıvar “Sinekli Bakkal“ 7. Mithat Cemal Kuntay “Üç İstanbul“ 8. Halikarnas Balıkcısı “Aganta Burina Burinata“ 9. “Deniz Gürbetçileri“ 10. Refik Halid Karay “İstanbul’un Bir Yüzü“ 11. Abdülhak Şinasi Hisar “Fahim Bey ve Biz“ 12. Yakup Kadri Karaosmanoğlu “Hüküm Gecesi“ 13. “Sodom ve Gomore“ 14. “Yaban“ 15. “Ankara“ 16. “Bir Sürgün“ 17. Reşat Nuri… Türkiyə’nin 100 meşhur romanı oxumağa davam et

Qadının səsi… III hissə- O, olmasın, bu, olmasın


  Qadınam, utanıram bəzən qadın olmağımdan… Qadın kimi bir gün görmədim axı… Olmasını istəmədim nə onun, nə də ki, bunun… Oldu, o da, bu da… İstəmirdim məni qaçırtsınlar… Qaçırtdıqları günü zorlanım, sonra hədələsin zorlayan şəxslər… Atılım küçəyə… Paltarım çirkli, cırılmış halda… İstəmirdim bu vəziyyətdə qayıdım evə… Bilsin valideynlərim… Qovacaqlar məni, ya da öldürərlər, axı namusum ləkələnim, boyunlarını soxmuşam yerə… İstəmirdim boşalsın içimə ən azı üç oğlan, sonra bilim ki, hamiləyəm… İstəmirdim edim abort… İstəmirdim sonra sonsuz qalmaq… Kişilərdən qorxmaq, iyrənmək, uzaqlaşmaq… İstəyirdim ərə getmək, ana olmaq, toyla, adət-ənənə ilə köçmək sevdiyim insanın evinə, ərim deyərək… Bakirə deyiləm artıq, kimsə bilsə, … Qadının səsi… III hissə- O, olmasın, bu, olmasın oxumağa davam et

Qadının səsi… II hissə-“kimə deyim axı?!”


Kimə deyim axı? Susuram, susduqca, anlamırlar, susmayanda ondan betər… Hər kəs hesabat tələb edir, hər kəs gəlir üstümə, təzyiqlər, təsirlər… Qaçıram insanlardan… Səbəbini özüm bilirəm… Dünyam var, həyatım var, onlar boyda dərdim var… Kimə deyim axı?! Bu gənc yaşımda atılmışam… Kimə deyim axı? Ərim tapdı başqasını, atdı məni də, övladlarını da… Hədələyir ki, evdən bizi çölə atacaqdır… Kimə deyim axı? Övladlarım evdə acdır… Onların qarınlarını doydurmaq üçün işləyirəm iki işdə, evə də götürürəm sifarişləri… Kimə deyim axı? Bəzən evə niyə gec gəlirəm… Kimə deyim axı? Yoxdur evdə kişi… Evin kişisi də mənəm, qadını da… Evdə nəsə sınanda, xarab olanda, usta … Qadının səsi… II hissə-“kimə deyim axı?!” oxumağa davam et

Qadının səsi… I hissə “nə yaşım var ki?!”


Çoxdandır düşünürəm, nə yaşım vardı axı, verdilər məni erkən yaşımda ərə… Nə yaşım vardı ki, ilk toy gecəsində ağrıdı içimdə hər yer, qəlbim belə… Hələ də bu ağrını unutmamışam, bu ağrıyla yaşayıram… Hazır deyildi bədənim nə intimə, nə kişiyə, ana olmağa, uşaq doğmağa… Hazır deyildim, psixoloji baxımdan ailə yükünə, ailə həyatına… Hazır deyildim axı, ata evindən ayrılmağa… Nə yaşım var idi axı, uşaq idim hələ mən… Ər evində oldum qulluqçu, qul, bütün vaxtı edirəm qulluq, yorulsam belə… Yüklədikcə yüklədilər… Hər il bir uşaq doğdurdular, nə təhsil ala bildim, nə də işlədim… Asılı oldum öncə valideynlərimdən, sonra ər və onun ailəsindən… … Qadının səsi… I hissə “nə yaşım var ki?!” oxumağa davam et

Həyat marafonu


“Küləyə qalib gəl” layihəsi çərçivəsində “sağlam həyat sür” şüarı altında 21 km-lik marafon yürüşünə qatıldım… Peşiman deyiləm… Nəzərə alsaq ki, piyada gəzmək və qaçmağı sevirəm, iki gündən bir 5 km-lik məsafədə gəzinti və qaçış edirəm… Bu yarışa qatılmaqda məqsəd yer tutmaq və qalib gəlmək, medal və hədiyyələr əldə etmək deyildi. Əslində, həyat özü bir marafondur, gah qaçırsan, gah da yeriyirsən… Marafon yürüşü və qaçısı nəinki idman növüdür, həm də insan xarakterini öyrənmək və formalaşdırmaq üçün əsas alətdir… Marafonun başlanğıcından sonunadək gedib çatmaq insanın doğulduğu gündən ölənədək həyat yoludur sanki… Bu yolda qarşılaşdığın hər bir şey, səni insanların ötmələri, sənin insanları … Həyat marafonu oxumağa davam et

Qeyri-rəsmi müsahibə – “Günah”ları yazan Sevinc Səfərova


Sizin üçün Sevinc Səfərova kimdir? Sevinc Səfərova mənim üçün – okeanda üzən delfin. Sevinc adının mənası “Sevinmək, müsbət əhval” deməkdir, bu sözləri özünüzə aid edirsinizmi? Kənardan xoşbəxt görünsəm də, deməzdim ki, həyat üzümə gülüb, adımla bərabər. Bəzən düşünürəm, adım kədər olsaydı, daha uyğun olardı. Sizin üçün uğur düsturunun elementləri nədir? Hər kəs deyəcək ki, savad məntiq, mən isə bir az fərqli yanaşardım. Uğur şansdır, istək öncə olsa da! “Qızıl ortaqlıq, hər şey və ya heç nə” prinsiplərindən hansını seçirsiniz? Hər şey. Qızıl ortaqlıq olmur… Ya hər şeyə sahib olursan ya da …Mən hər şeyi seçirəm. Sizcə təsadüflər zəruriyyətdən doğurmu? Təsadüflər … Qeyri-rəsmi müsahibə – “Günah”ları yazan Sevinc Səfərova oxumağa davam et