Qeyri-rəsmi müsahibə – şair, yazıçı, gözəl insan və dost Ramil Mərzili


  Sizin üçün Ramil Mərzili kimdir? Tam səmimi deyəcəm, mən hələ Ramil Mərzilini axtarıram. Çünki, mənim, sənin, onun, digərlərinin gördüyü adam tam olaraq  Ramil Mərzili deyil. Bu aysberqin görünən tərəfidir. Ramil adının mənası “Rəml edən, uzaqgörən, hər şeyi qabaqcadan düşünən” deməkdir, bu sözləri özünüzə aid edirsinizmi? Adımın mənasını bilirəm, amma razılaşmadığım məqamlar var. Rəml atmaq mənlik bir şey deyil, uzaqgörənliyim tam deyil. Çox zaman yanılıram, xüsusən də insanları tanıyanda. Amma üçüncü hissəylə razıyam, hər şeyi qabaqcadan düşünən biriyəm. Sizin üçün uğur düsturunun elementləri nədir? Paxıl olmamaq, dürüstlük, savad, intellekt və zəhmət. Bunlar hansı insanda cəmlənirsə, mütləq o adam uğur qazananlardan … Qeyri-rəsmi müsahibə – şair, yazıçı, gözəl insan və dost Ramil Mərzili oxumağa davam et

O, qayıtdı…


Uzun zaman idi, azmışdım, bilmirdim hara gedirəm, kimlər var yanımda… Doğrudurmu etdiklərim, yoxsa yanlış… Özümdən incimişdim, xarakterimə görə… Az da olsa, vicdanım, əzab verirdi mənə… Hər alınanda, alınmayanda, günahkar bilirdim özümü… Bir yandan susqunluq, durğunluq, ətalət, bir yandan fırtına, inqilab, ziddiyyətlər, mübarizə… Qalib olma istəyi… Bəhsəbəs, öndə olmaq, sanki yarışdır… Kimə deyim, etibar edim, ətrafımda xəyanət, yalan, qısqanclıq, paxıllıq varsa… Özümə güvənməliyəm… Ancaq özümə… Zirvəyə baxmaq, önə addımlamaq, yuxarıya doğru qalxmaq, kənarda tutacaq da yoxdur, nərdivan nazik, yıxılmaq ehtimalı var, amma qorxmuram… Arzular da belədir, həyat da… Bir addımı səhv atdınsa, tutacaq bir dayağın yoxdur, yıxılacaqsan… Haranısa əzəcəksən, haransa çıxacaq, … O, qayıtdı… oxumağa davam et

Bu gün səni qaraladım…


Sabiq dostlarıma ithaf edirəm… Bir zaman “salam”dan başladı ünsiyyətimiz, insanlıq var içimdə, insanlara sevgim də bitəcək bir gün, səbrim tükənsə, düşəcək insanlar qara siyahıma… Günahı özümdə görürəm, insanların mənə mənfi münasibətində… Üzügülər olmağım, zarafatcıl, şən olmağım, saflığım, niyyətimin xoş olması, insanlara bağlanmağım, fədakarlığım, dostcanlığım, mehribanlığım, səmimiliyim əslində mənfi cəhətlərimdir… Çünki başqa cür tanıdır məni insanlara… Yaradıcı və səbrli insanam, amma həssasam, kövrəkəm, tez inciyənəm… Sevmirəm məni aldadanları, xəyanəti, yalan danışanları, yola verənləri… Gözümdən bir dəfə düşdüsə, şans verə bilmirəm, şans verməyim, bağışlamağım başıma bəladır… İnsanlarda tez-tez yanılıram, tez doğma olurlar mənə… Yaxşı insan olmaq, rola girməmək pisdirmi? Olduğum kimiyəm, şişirtmədən, … Bu gün səni qaraladım… oxumağa davam et

Adsızam mən…


Kitab kimi maraqlı və sadiq dostlarıma həsr  edirəm. Yazı: Mənim adım hələ yoxdur, statusum kimi… Amma yəqin ki, tam hazır olanda bir ad və statusum olar. Necə yaranıram mən? Bax belə, bir söz yazılır, dalınca başqa söz, sonra söz birləşməsi, cümlə, tamam və ya natamam… Sonra abzas, sonra bir səhifəlik yazı… Forma baxımından da fərqliyəm… Gah əlyazma şəklində oluram, qaralama halında, gah da noutbukda və ya netbukda yığır məni sahibim, müəllif, əslində hər iki formatda varam, həm real, həm də virtual… Məni yazmaq, yaratmaq çox vaxt aparır… Sahibimin fikri və niyyəti məni kitaba çevirməkdir. Müəllif: Nə baş verir, anlaya bilmirəm, … Adsızam mən… oxumağa davam et

Heyvanlaşmış insanlar, insanlaşmış heyvanlar (təmsil, tənqid)


  Müəllif: Zaman keçir, məkan dəyişir, insanları zaman da, məkan da, digər insanlar da, həyat da, hadisələr də dəyişdirir… Təkamül prosesindən keçən insanların bəzisi inkişaf edir, mükəmməlliyə doğru, zirvəyə doğru addımlayır, bəzisi isə geriyə gedir, inkişafdan geri qalır, deqradasiyaya uğrayır, özü də bilərəkdən, uçuruma doğru gedir… Təsəvvür edin ki, azsaylı və təkamüldən keçən mükəmməl insanlar çoxluğu görəndə, heyvanları görəndə, təbiəti görəndə, çoxluqdan qaçmağa, uzaqlaşmağa çalışır, ya da ki, elə heyvan olmaq istəyir… Mənim əsərimin baş qəhrəmanı Aslan da müsbət bir obrazdır, insan olan və insanlardan uzaqlaşan, heyvanları öyrənən, sevən və insan yerinə heyvan olmağı arzulayan bir insandır. Aslan insanlardan uzaqlaşmaq … Heyvanlaşmış insanlar, insanlaşmış heyvanlar (təmsil, tənqid) oxumağa davam et

Kişi deyil…


Mənim üçün kişi deyil, hər özünü kişi sayan, cinsi kişi olan… Mənim üçün hər yoldan ötən qadın və qıza söz atan və pis niyyətlə baxan, əxlaqsız hərəkət edən kişi deyil… Mənim üçün dost adıyla qadın, qız, gəlin tutmaq istəyən o… lar kişi deyil… Mənim üçün tanımadığı və tanıdığı hər kəsə f… kimi yanaşan və adlar, damğalar vuran, insana qiyməti ağıl və əxlaqına, savadına görə deyil, geyiminə, işinə və sosial statusuna, puluna görə verənlər kişi deyil… Mənim üçün halal xanımını evdə otuzduran, işləməyə qoymayan, qısqanan, paxıllayan, özü isə kənarda ova çıxan ovçu kimi davranan insan kişi deyil… Mənim üçün başqalarının sözü … Kişi deyil… oxumağa davam et

Qaralama bir, iki misra…


Məndən həyat umursan sən, yeni yazı umursan sən? Qınama sən, əziz dostum, həyatdan qalmayıb nəsə… İnsanlar, cəmiyyət, sorğu-suallar, qınaqlar, vurulan damğa, adlar, hücumlar, dostlar, yadlar… Hamısı bir cəbhədə, mən əks cəbhədə, vuruşmalıyam, ya da ki, yox olmalıyam…   Saxlama sәn mәni, tutma әlimdәn, önümdә seçim var, 4 yerә dә yol, çaşdırma, yolumu qoy özüm seçim, mәn özüm bilirәm nә çәkdiyimi.   Kalsın geçmişde yaşanılanlar, kalsın geride tüm olanlar… Çevir sayfanı, yeni bir sayfa, beyazdır hayla, yaz yeni bir şeyler… İstersin, al eline bir pozan, sil getsin, her ne varsa, yeniden başla… Qaralama bir, iki misra… oxumağa davam et

İnsanı vuran ən yaxınıdır…


İnsana ən böyük zərbəni özü vurar, bir də ki, ən yaxın olan insanlar, doğmalar… İnsanın ən böyük düşməni öncə özüdür, sonra doğmalar, yaxınlar… Ən böyük zərbəni məndən valideynlərim aldı, onları tərk etdim, öz ailəmi qurmaq üçün… Ailəmi qurdum, valideynlərimi, vətənimi, işimi, təhsilimi atıb, getdim ərə, köçdüm vətəndən, “Arvad ər olan yerdə olmalıdır” prinsipiylə hərəkət etdim… Ər haqlıdır, onun sözü qanundur axı… Ona görə tərk etdiyim, qurban verdiyim, mübarizə apardığım həyatımda zərbə dalınca zərbə aldım… Özüm özümü cəzalandırdım, zərbə endirdim, sonra doğmalar, sonra uzaq, yadlar, bir də baxdım, hər kəs belimə soxub bıçağı, elə yaralanmışam ki, sağ qalmağım möcüzədir… Cəza dalınca … İnsanı vuran ən yaxınıdır… oxumağa davam et

Kimdir müqəssir?!


Həyatımda nə baş verir, vermirsə, “Axı, niyə?” sualından sonra verdiyim sual “Kimdir müqəssir, nədir maneə?!” olur… Cavab, hərlənib fırlanıb öz üzərimə gəlir, bütün suallarıma cavab, “Mən”dir! Dəlicəsinə, ölümədək, sonsuz sevən mənəm, əzab çəkən, özümü düşünməyib, hər kəsi düşünən, özümü başqalarının yerinə qoyub, kiməsə nəyisə qıymayan, qınamayan kimisə mənəm… Yaxşı insan olmağım, barışmağım, bağışlamağım, zərbələr vurduqca insan, pisliyə pisliklə cavab verməməyimdir məni günahkar edən… Hər kəsi anlamağım, düşünməyim, qəbul etməyim, hörmət etməyim, saflığım, vicdanım, ağlımdır mənə düşmən olan cəhətlərim… Səmimi, ünsiyyətcil olmağımdır məni insanlara pis tanıdan… Sevdiyim zaman sevdiyim insanı xoşbəxt edə bilmirəmsə, onu üzürəmsə, getməyimdir, seçim zamanı qarşıdakının istəyini çox … Kimdir müqəssir?! oxumağa davam et

Fərqliyik səninlə…


Biz səninlə fərqliyik, sanki birimiz zirvəyik, birimiz uçurumdakı son aşağı nöqtə, quyunun dibi… Biz səninlə fərqliyik, sən susan, axırsan öz cığırınla, sakitsən üzdə, mənsə odam, sən mənim odumu söndürməlisən əslində, hirsləndiyim zaman… Sən yağışsan, mən aydın, buludsuz hava… Sən bataqlıqsan sanki, mən güllü, ağaclı, gözəl təbiət… Sən ağ-qara yuxusan, mənsə rənglənmişəm min çalara… Sən sünisən sanki, mənsə təbii… Sən gecikirsən, mən tələsirəm… Sənin addımların yavaş, mənsə sanki harasa qaçıram… Mən yeridikcə, mənə çatmırsan, qalırsan arxada… Sən dayanırsan hər addımında, mənsə irəliyə gedirəm ancaq… Bitmir enerjim, özümə əminəm… Sənsə, tərəddüdlər içindəsən… Sən qəlbləri qırırsan, insanları incidirsən, mənsə ancaq özümü qırıram, özümü … Fərqliyik səninlə… oxumağa davam et

Ermənidən betər həmyerlilərim… 18+


Ermənidən qabaq düşmənlərimiz var öz içimizdə, adını azərbaycanlı, müsəlman, insan qoyan insanlarımız var… Erməni düşmənimizdir, bilirik, tanıyırıq, uzaq dururuq onlardan… Dad bizim içdə olan üzdə dost görsənən həmyerlilərimizin əlindən… Boşanmış, zorlanmış, ayrılmış, dul qalmış qadını bişirmək istəyən, bişirə bilməyən kişilərimiz var, adları və cinsləri guya kişidir… Əldə etməyəndə onlar qadını, istədiyini, başlayırlar arvaddan betər arxaca danışmağa, qeybət etməyə… Bunu bizə erməni yox, özümüzünkü edir… Böyük, kiçik anlamayan, uşaq, yaşlı, qadın qəbul etməyib, son söyüşlərlə söyən, gücünü ağlında deyil, ağılsızlığında, səviyyəsizliyində, əxlaqsızlığında görən həmyerlilərimiz də var, ermənidən betər… Uşağa, qıza, başqasının qadınına tamah salan kişiciklər də erməni deyil, özümüzünküdür… Zorlayanda, zorlanan … Ermənidən betər həmyerlilərim… 18+ oxumağa davam et

Allaha yazdığım son məktubum…


Sənə son məktubumu yazıram… İncimişəm səndən növbəti dəfə… Daha məni eşitmirsən… Daha dayaq deyilsən mənə… İtirdikcə itirirəm, bezdikcə, bezirəm, yoruluram, əzab çəkməyə başladıqca, daha çox əzab çəkirəm, yaşamaqdan usanmışam… Aldıqca, alırsan əlimdən hər şeyimi… Bircə qalıb işim, bir də mənim olmayan ev… İnsanlar da gəlib keçir həyatımdan… Keçmişimə daha çox nəzər salıram, həyatımda olan insanlara, hadisələrə, hər kəsə və hər şeyə… Nəticə çıxarmağa çalışıram… Səhvlərimi təkrarlamamaq istəyirəm, insanlara inanmamaq, sevməmək, sevilməmək üçün özümü qorumağa çalışıram… Sənə yazmaq, səninlə danışmaq da mənasızdır… Öz öhdəmə buraxmısan məni, həyatımı… Daha nə şikayət edə bilirəm, nə də ki, xahiş… İndi daha çox ağlayıram, susuram, … Allaha yazdığım son məktubum… oxumağa davam et

“Dünyanı zənginləşdirən qadınlardır” – Günel Fərhadqızı – MÜSAHİBƏ


Xoshbextqadin.az saytının yeni layihəsi – “Dünyanı zənginləşdirən qadınlardır” Layihə rəhbəri Elməddin Rahiboğlunun ilk müsahibi, Mediada köşə yazarı, risk meneceri, toplumda söz sahibi olan xanımlardan biri Günel Fərhadqızıdır. 1. Günel Fərhadqızı kimdir? – Günel Fərhadqızı mənim üçün vətənpərvər, ziyalı, ali təhsilli bir ailənin övladıdır. Uşaq vaxtından mədəniyyətə, ictimai davranış qaydalarına fikir verməyə, kitab oxumağa, təhsil almağa və insanları, vətəni sevib, onlara xidmət etməyə öyrədilmiş insandır. Geni və ailəsinin təsiri ilə tərbiyəsinin formalaşdığı insandır. Nə istədiyini bilən, mübariz, əməksevər, inadkar, ambisioz, yenilikçi, təşkilatçı və işgüzar insandır, kənardan baxan insanlar üçün Günel, mənim üçün isə daim pozitiv, optimist olmalı, üzügülər, şən, zarafatcıl, səmimi, təmizqəlbli, həssas, … “Dünyanı zənginləşdirən qadınlardır” – Günel Fərhadqızı – MÜSAHİBƏ oxumağa davam et

Özümü bənzədirəm…


Çox düşünmək bəzən insan üçün ziyandır, düşünməmək üçün gərək özünü məşğul edəsən… Bəzi məqamlarda özümü göy qurşağına bənzədirəm, yağışdan sonra alabəzək 7 rəng sanki xarakterim, həyatımın çalarlarıdır, müxtəlifliyi sevirəm… Bəzən özümü klouna bənzədirəm, hamını güldürmək, sevindirməkdir sanki işim, özüm isə gülə bilmirəm… Öz həyatım da gülməli deyildir axı… Bəzən özümü uzaq, yad planetə bənzədirəm, digər planetdəkilər öyrənirlər məni sanki, çox uzağam, yadam, əlçatmazam bəzən… Bəzən özümü meyvələrə bənzədirəm, hər fəsildə ona uyğun bir meyvəyəm sanki… Bəzən özümü qara, yağışa, doluya bənzədirəm, bəzənsə aya, günəşə… Keyfimdən asılıdır nəyə bənzəməyim… Bəzən dəlilərə bənzədirəm, bəzən müdrik filosoflara, bəzən yada, bəzən doğmaya…     … Özümü bənzədirəm… oxumağa davam et

Xəbərsizsən…


Xəbərsizsən… Sən xəbərsizsən… Məndən xəbərsizsən… Hələ də… İlk tanış olduğumuz gündən bu günədək xəbərsizsən məndən… Arada bir yazırsan “Salam, necəsən?!”, vəssalam, bununla bitir sənin məndən xəbər alman… İlk tanış olduğunda da məndən, kimliyimdən xəbərsiz idin, bilmək istədiyini bildin, dərininə varmadan… Kimi sevdiyindən də xəbərsiz idin… Necə yaşayıram, xəbərsizsən… Sağam, ya ölmüşəm, kim bilir, bəlkə xəstəyəm, bu gün və ya sabah, əcəl gələcək dalımca… Ölsəm də, xəbərsiz olacaqsan… Ölsəm də, uzaqda olacaqsan, vecinə olmayacaq… Səni unutmuşam, boşluq var içimdə, tüfeylidir qəlb dünyam, qarışıqdır beynimdəki fikirlərim… Yaşamağa çalışıram, tənha… Xəbərsizsən… Hər gülüşümdə bir göz yaşı var, xəbərsizsən… Hər sevincimdə bir kədər var, xəbərsizsən… … Xəbərsizsən… oxumağa davam et

Sən olmalıydın


Bir dəli etiraf etmək keçir könlümdən… Amma içimə salıb, susuram hər zaman… Özümə belə etiraf etmək istəmirəm… Özümdən, etiraflarımdan ehtiyat edirəm İlkim sən olmalıydın… Hər yerdə, hər işdə, hər arzumda, məqsədimdə… İlkim və sonuncum… İlk sən tutmalıydın əllərimdən… İlk sən öpməliydin alnımdan, gözlərimdən… İlk sən etiraf etməliydin mənə sevgini… İlk səni sevməliydim… İlk dostum, sirdaşım sən olmalıydın… İlk yazdığım yazımı sənə yazmalıydım, sən olmalıydın qəhrəmanım… İlk sən olmalıydın məni qoruyan, qədrimi bilib, xətrimə dəyməyən, əzizləyən… İlk sənin üçün gülümsəməli, ağlamalıydım səninlə birlikdə… İlk gəzintim də, istirahətim də, sənlə olmalıydı… Qəlbimə və evimə ilk sən girməliydin… İlk sən çəkərdin mənim şəklimi… … Sən olmalıydın oxumağa davam et

Sevgi ölçülməməlidir, amma insanlara ölçü ilə verilməlidir (Tanımadığımız tanışlar silsiləsindən XV yazı)


Orijinalın dərc edildiyi kateqoriya Sevincli Dünya:
Deyəsən yavaş-yavaş müsahibənin sonuna yaxınlaşırıq. 25-ci müsahibimlə tanışlıq günüdür bu gün. Müsahibim yenə də gənc bir jurnalistdir. Zümrüd çox bacarıqlı və çalışqandır. Blogger kimi tanıdım, sonra müəyyən münasibətlər fonunda daha da… Sevgi ölçülməməlidir, amma insanlara ölçü ilə verilməlidir (Tanımadığımız tanışlar silsiləsindən XV yazı) oxumağa davam et

Nə var ki…


Foto: Nəriman İsmayılov Yaxşı insan kimi görsənməyə nə var ki, bir, iki yaxşılıq edirsən, üzə gülürsən, olursan, hamı üçün yaxşı… Bacarsan, həqiqətən yaxşı insan ol, hər kəs üçün səmimi, saf, açıq, təbii… Hamını aldatmağa nə var ki, inandırıcı yalan danışırsan, inamlarını qazanırsan, aldanırlar sənə, sənsə basırsan gopa, yalan dalınca danışırsan yalanı… Bacarsan, dürüst ol, aldatma, nə özünü, nə də ki, başqalarını… Hamını güldürməyə, ağlatmağa nə var ki, şükür çoxdur zarafatcıl, şən insanlar, həm də çoxdur klounlar, özünü gülünc yerinə qoyanlar, həm də ki, mərsiyə deyib, ağladanlar da çoxdur, yalandan ağlayırlar ki, insanlar ağlasın… Bacarsan, səmimi qəlbdən, içdən, duyğularınla, ağlınla güldürt, … Nə var ki… oxumağa davam et

Vətənə bizmi övladıq? 03/02/04


Bir  halda ki, vətəndaşıq Bir halda ki, lalıq, karıq Faciəyə göz yumanıq – Vətənə bizmi övladıq?! Qarabağı qorumadıq, Soyqırıma məruz qaldıq Tökülən qana baxmadıq Vətənə layiq olmadıq – Vətənə bizmi övladıq?! Keçmişi tək pozammadıq Tarixi də yaşatmadıq Şəhidlərçün ağlamadıq Dərdimizə heç yanmadıq – Vətənə bizmi övladıq?! Vətən bizi çox yaşatdı Sevgi ilə, hörmət ilə Tarixə bir cümlə yazdı Qana batmış qələm ilə – “Layiqli övladım varmı?!” Torpaqları biz itirdik Sülh əmrinə cavab verdik Qarabağdan sülhlə getdik Soydaşları evsiz etdik – Biz sülhə niyə aldandıq?! Vətən bizim yerimizə Şəhidlərçün yas saxlayır Təbiət də Vətən kimi Illər boyu hey ağlayır Göz yaşını … Vətənə bizmi övladıq? 03/02/04 oxumağa davam et

Ola bilmədim?! 18/09/04


Bir  nəfəs idim mən insan ömründə Bir kədər idim mən tənha qəlblərdə Bir ümid olsam da, ümidsizlikdə Bir inam nədənsə ola bilmədim?!   Bir işıq olmuşkən aylı gecədə Bir ətir olmuşkən göy çəmənlərdə Bir qəzəb olmuşkən düşmənlərimdə Bir zəfər nədənsə ola bilmədim?!   Bir arzu olduqda mənasız gündə Bir tarix olduqda yaddaş içində Bir zaman olduqda öndə gedərkən Bir ibrət nədənsə ola bilmədim?!   Bir cavab olanda  sual önündə Bir qurban olanda əmr ediləndə Bir gerçək olanda yerə enəndə Bir qismət nədənsə ola bilmədim?!   Bir heyrət yaşadım insafsızlıqdan Bir qeyrət oyatdım amansızlıqdan Bir ismət qorudum namussuzluqdan Bir rəğbət nədənsə … Ola bilmədim?! 18/09/04 oxumağa davam et

SEVGİ MƏKTUBU! 22/01/07 (Vətənimə ithaf edirəm)


Əziz TURANIM, necəsən? Əzizim, son məktubunda məni sevmədiyini, mən tərəfindən unudulmaq istədiyini, məndən ayrıldığını, başqasına qəlbini verdiyini bildirmiş və səni daha narahat etməməyimi məndən xahiş etmişdin… Yaxşı yadımdadır, sən hər dəfə məni sınamaq üçün belə mətndə məktublar yazar, ayrıldığını bildirərdin, amma bu sınaqlar uzun sürməzdi, sənə olan sevgimi hər dəfə sübut etdiyim üçün səni geri qaytarırdım. Hər dəfə məndən ayrıldığını söyləyəndə, çox kövrəlir, ağlayırdım, bir gün bu göz yaşlarımı Atan gördü, onu əlləri ilə silib dedi: “- Əsl kişi ağlamaz, göz yaşı axıtmaz, güclü və iradəli olar, hər şeyə dözər! Bir daha nə olursa olsun, ağlama!” Bağışla, söz verdim ki, … SEVGİ MƏKTUBU! 22/01/07 (Vətənimə ithaf edirəm) oxumağa davam et

Nifrətimin 40 səbəbi 23/03/04


İnsana xas olan mənfi emosiyalı hissdir nifrət! Amma bu hiss hər bir kəsdə yaşayır, gec – tez müəyyən amillərin təsiri altında özünü göstərir, bir çox bəlaları özü ilə gətirir. Hər bir kəs nifrət edə bilər, bu insan çox zaman bizim sevdiyimiz şəxslər olur.  Bizi  incitdiklərinə, qəlbimizi yaraladıqlarına, qürurumuza toxunduqlarına, hərdən isə sevgimizi cavabsız qoyduqlarına görə nifrət etməyə başlayırıq, özümüzdən asılı olmayaraq. Kiməsə nifrət edəndə ona bütövlükdə nifrət edirik. Hər bir əlamətdə onu gördüyümüzə görə əlamətlərə də nifrət etməyə başlayırıq. Hirsimizi soyudanadək onunla bağladığımız hər şeyə və hər kəsə nifrət edirik. Mən də insanam və mən də günlərin bir günü nifrət … Nifrətimin 40 səbəbi 23/03/04 oxumağa davam et

Bilsəydim kaş (Qarabağıma ithaf edirəm)


Əzizim, Qarabağ! Əzizim, bir parçam! Sənsiz yarım qalmışam… Sənsiz qalmışam… Acım böyükdür, yaram sağalmazdır… Rəngli idin, indi olmusan ağ, qara, retro filmlərində olduğu kimi xatırlayır bəzisi, bəzisi isə heç görməyib səni, qarabağlı ola-ola… Nə biləydim axı… Səni məndən ayıracaqlar… Nə biləydim, muradıma yetişməyəcəyəm, həsrət qalacağam dünyada məşhur olan Qarabağ atlarına, qalalarıma… Doğma torpağımı yazılarımda, sözlərimdə, xəyallarımda yaşadacağam… Nə biləydim axı, qonşu dediklərim insan olmayacaq… Düşmən olacaq, nifrət edəcək sənə, mənə, özününkü etmək istəyəcək… Nə biləydim axı… Bu qədər yalançı, bədbin, murdar xislətlidirlər, saxtakardırlar, onlara aid olmayan yeri-torpağımı özlərinki edəcəklər… Tarixi şüvənlik və saxtakarlıq, güclü tərfədaşları ilə səni bu qədər il … Bilsəydim kaş (Qarabağıma ithaf edirəm) oxumağa davam et

Haradan biləsən ki…


  Haradan biləsən axı… Bilsən, məndən bilərsən, bilmirsən, çünki susuram. Mən susuramsa, səbəbi var, susmağımın… Haradan biləsən ki, unutmuşam artıq… Yeni həyata başlamağa hazıram… Müşahidə edirəm səni, öyrənirəm səni… Təhlil edirəm… Tanımağa çalışıram, yanılmamaq üçün… İnsanlar məni çox zaman məyus etmişdir, insanlarda çox yanılmışam… Haradan biləsən ki, səni insan kimi çox bəyənirəm, dost kimi çox əziz, doğmasan mənə… Haradan biləsən ki, nigaranam… Haradan biləsən ki, səni sevməyə başlayıram, hələ əmin deyiləm, hisslərimdə, yanıla bilərəm… Haradan biləsən ki, bir baxışın, təbəssümün, səsin mənə bəs edir, özümü güclə saxlayıram… Uzaqlaşıram, soyuq görsənməyə çalışıram, şübhələnməyəsən məndən… Haradan biləsən ki, mənə də sevgi lazımdır, … Haradan biləsən ki… oxumağa davam et

Bir az…


Bəzən bir az susmaq lazımdır, nə bir söz demək, nə də ki, yazmaq… Bəzən bir az kor, kar, lal olmaq lazımdır, diqqətin hər şeyə sıfra ensin gərək… Bəzən bir az  unutmaq lazımdır, format etmək yaddaşı, yenidən sistemini yükləmək, sürətlə işləmək, bəzən dayanmaq, yenilənməmək… Bəzən bir az ağlamaq lazımdır, insanlar çox olan yerdə, səni qəlbsiz bilməsinlər… Bəzən bir az gülmək lazımdır, hamı gülərsə əgər… Bəzən bir az fərqlənmək, seçilmək lazımdır, diqqəti öz üzərinə çəkmək üçün… Bəzən bir azca çox sevmək lazımdır özünü başqalarından… Bəzən qaçmaq lazımdır, bəzən addımlamaq, amma qorxudan qaçmamaq, geri addımlamamaq… Bəzən bir az olanları artırmaq lazımdır, az olduqca, … Bir az… oxumağa davam et

…ağılsız adamlar xoşbəxt olduqlarını anlamazlar… (Tanımadığımız tanışlar silsiləsindən XXIII yazı)


Orijinalın dərc edildiyi kateqoriya Sevincli Dünya:
Bu dəfəki müsahibəmiz elə bir vaxta təsadüf etdi ki, hər birimizin düşünə biləcəyimiz ancaq bir mövzu var – Qələbə! Son günlər çox gərgin günlər yaşadıq, şəhid verdik, dinc əhalidən də həyatını… …ağılsız adamlar xoşbəxt olduqlarını anlamazlar… (Tanımadığımız tanışlar silsiləsindən XXIII yazı) oxumağa davam et

Bilmək istəsən əgər?! (romantik bənzətmə)


-Sənə sualım var, əzizim, cavab verə bilərsən mənə? Baxır sualına… Sən məni istəyirsən? Bəli, çox… Necə axı? Çox deyəndə, o çoxu açıqla mənə… Təyyarə, qatar, avtobus,  gəmi, taksini hərəkətə gətirənlər, idarə edənlər necə sevir öz sərnişinini, mən də səni elə istəyirəm… O necə olur?!  İstəyirsən, bütün vaxtı dolu olsun kabinan, boş yer qalmasın zalında, sərnişinsiz qalmayasan… Yoxsa, zərər olar sənin üçün… Sonra? Qatar relsləri, gəmi dəniz sularını istəyən kimi… Qatar relssiz, gəmi dəniz suyu olmadan hərəkət edə bilməz axı… Rels və su onların yoludur… Yol olmazsa, onlar da yoxdur, mənim kimi… Maraqlıdır, davam elə… Başqa necə?! Yuxu kimi… Vaxtı gələndə, … Bilmək istəsən əgər?! (romantik bənzətmə) oxumağa davam et

Bilirsən, nədir istəyim?!-QARABAĞIM!


İstəyirəm, Qarabağımı! İstəyirəm, kişilərimiz ağzının suyu axmasın erməni qızları üçün! İstəyirəm, nəsli kəsilsin xalqımın düşməninin! İstəyirəm, Qarabağımda dincəlim, getməyim uzağa! İstəyirəm, o qədər həmrəy olaq ki, parçalanmayaq bir daha, ayırmasın başqa səbəblər-bir sevincimiz, qələbəmiz, bir məqsədimiz var-Qarabağ! Bizi birləşdirən dəyərim! Uşaq idim, Qarabağ münaqişəsi başlayan zaman, müharibə illərində, sanki uşaqlıq illərinə dönmüşəm, gecəni yata bilmirəm, həyəcandan, ürəyim səksəkədədir, sevinc dolu, uğur dolu, qələbə dolu xəbərləri oxuyuram, xoşbəxt oluram… Sülh istəyənləri qınamıram, anlamağa çalışıram, amma mən qadın olsam da, hərbi səfərbərlik olsa, qadın batalyonu yaradılsa da, yaradılmasa da, gedərəm ön cəbhəyə vuruşmağa! Bu günü nə qədər gözləmişəm, İlahi! Sənin varlığına və … Bilirsən, nədir istəyim?!-QARABAĞIM! oxumağa davam et


Bilmirəm, nə edim, ağlayım, gülüm?! Sevinim, kədərlənim?! Bir yandan şəhidlər, qəhrəman övladlar, bir yandan torpağıma axır qan… Bir yandan tökülür düşmənin qanı, bir yandan tökülür bizim qanımız… Bir yandan duyuram qürur hissini, bir yandan təşviş içindəyəm, göz yaşları, yaslar, bir yandan ruhumuz yüksəkdir, hamı döyüşə getməyə razıdır, istər kişi, istər qadın… Saxlamayın bizi, qoyun gedək ön cəbhəyə… Rahat ölüm istəmirəm, rahat həyat istəmirəm, Qarabağım yaralıdır, düşmənlərim tapdalayıb! Başımız sağ olsun, Biz sizinlə fəxr edirik, əsgərlikdən qaçanlara, ölümdən qorxanlara, özünü yararsız çıxaranlara, sözüm yoxdur, şərh vermirəm… oxumağa davam et