Borçalı-Sarvan eli


Gözəl məkan, ana yurdum, təmiz hava, təmiz qida, meşəli, çaylı, dağlı Borçalım… Səndə keçib uşaqlığım, dincəlirdim tez-tez sənin yay aylarında qızınan qoynunda… Nənəmgilə gedərdik qonaq hər yayı, olmasaydı 20 yanvar 1990-cı ildə, sonra yad etmədik səni… Anam, atam gedərdi, toyda, yasda olardı orda… Biz isə qalardıq Bakıda… Mənə söz vermisən Borçalı, bitməz söz ehtiyatı, musiqini sevdirmisən… Mənə vermisən istedad, yaradıcılıq… Sevdirmisən özünü… Yayda gələndə, o qədər sevərdim orada qalmağı, yaşamağı, qayıtmaq istəməzdim Bakıya, atam darıxardı bizsiz, işdə idi Bakıda… Zəng edərdi tez-tez, soruşardı, nə vaxt dönəcəyimizi, deyərdik ki, “icazə ver, bir az da qalaq”… Nənəm əsl türk, azəri qızı olub, … Borçalı-Sarvan eli oxumağa davam et

Niyə müsəlman deyiləm?


1.Siğəni və erkən nigahı dəstəkləmirəm. Elm tərəfdarıyam. 2.Görmədiyi şeytana daş ataraq, insanların ağıllanacağına və haqq yoluna qayıdacağına, şeytana bir müsbət təsiri olacağına və insanlardan əl çəkəcəyinə inanmıram. 3.Məkkədəki daş ətrafında ziyarəti absurd və gülünc, büdbərəstliyin əlaməti hesab edirəm.Ərəblərə halal olsun, bu qədər insanı barmağında fırladıb, biznes qurub. 4.Oruc tutmaq da, gülüncdür, bütün günü yemə, içmə, sonra evdə nə var ye, iç,  bir səhər ye, bir də axşam, bütün günü arvadına əlini vurma, diqqətsiz qoy, sonra əvəzini qarnın tox, partlamada olanda, çıx, yaxınlıq edərək, arıqlamağa, yediklərinin kalorisini əritməyə çalış, ürək kimi digər daxili orqanlar buna necə dözə bilər? 5.Namaza gəlincə, duamı … Niyə müsəlman deyiləm? oxumağa davam et

Mənim üçün bayram


-Bilirsәn, bayram nәdir? -Yemәk, içmәk, istirahәt?! -Yox, ailәli vә işgüzar insanlara ailәsi, sevdiklәri ilә olmaq üçün, vaxt ayırmaq üçün onlara, sevgilәrini sübut etmәk üçün verilәn şansdır… Mәnә bayram demә, nәyi qeyd edim?Mәni tәbrik etmә, kimlә qeyd edim?Mәni çağırma qonaq, haraya gedim?İç dünyamda azmış, tәnha insanam…       Mənim üçün bayram oxumağa davam et

Qarışıq şeirlərim- qaralamalar


Umma mәndәn, umma dostum, şeir umma, esse umma, umma, sәndәn nәsә yazım, umma, sözüm tükәnmişdir… umma sevgi, ümid umma, inam umma, sәbri umma, umma, ruhum mәndә deyil… umma acam, umma, toxam, umma, varam, umma, yoxam, umma hәr şey, umma heç nә, umma mәndәn,yarımçığam… bir az azam, bir az çoxam, çıx, üstәgәl, bölmә, vurma, hәm sakitәm, hәm dә dәli, mәni mәndәn umma dostum… umma, vermә bәxtәvәrlik, umma mәndәn sәn xoşbәxtlik, umma mәndәn birdәfәlik, sәnә axı nә verim mәn?!     Danış görüm nәdir dәrdin, nәdir sәni içdәn üzәn? qapanma sәn aç sirrini, sәni mәndәn alan nәdir? özün boyda vardır qәlbin, bir tәnhalıq, … Qarışıq şeirlərim- qaralamalar oxumağa davam et

Mənə aşiqsən?! 18+ (Satirik-yumoristik yazı)


Mənə aşiqsən?! Hə, ya yox?! Çox nahaq yerə! Nə aşiq ol, nə də ki, olma… Mənə baş qoşma… Məni istəyirsən?! Buna əminsən? Hə, ya yox?! Lap belə, gözüm aydın olsun! Verdin şad xəbər! Ol biganə, toxunma mənə… Durmur əllərin, bir yerin dinc! Qalxıb, enib, hərəkətdədir?! Hə, ya yox?! Vecimə deyil! Əcəb edirsən! Davam elə, məndən uzaqda, 5 km uzaqlaş sonra… Rədd ol, gözüm səni görməsin… Gözələm, cəlb edirəm səni?! Hə, ya yox?! Bax, sənə nə?! Sənin ki, deyiləm, özümə aidəm… Sən keyfində ol, mən öz keyfimdəyəm, tənhayam, azadam, yalnızam, sağam, ölüyəm, heç sənlik deyil! Sənsiz də xoşbəxtəm, sənsiz də sağlamam! … Mənə aşiqsən?! 18+ (Satirik-yumoristik yazı) oxumağa davam et

Çağrılmamış qonaqlar və qonaqlıq… III hissə (satirik, yumoristik yazı) Qonaqlara tələblərim…


Əslində, qonaqpərvər insan olmuşam, ərə gedəndə evimiz həsən soxdu dəyirmanı idi, gecə saatlarınadək evimizdə qonaq olardı, elə ata evimdə də, gələn və gedən, bəziləri isə gələndən sonra təkrar bir də gəlməyən qonaqlarımız olmuşdur… Zaman və insanlar, cəmiyyət insanı dəyişər, insanı yox, fikirlərini və qərarlarını… Son zamanlar cəmiyyətə və dostlara bir az güzəştə getmək, açılmaq istəyirəm, evə qonaq dəvət etmək və dəvət etdiyim yerə getmək məsələsində… Amma evimə qonaq çağıracağım şəxslər üçün şərtlərim var, qəbul edirlərsə, dəvət edəcəyəm, özü də hər kəsi deyil, məsləhət və layiq bildiyim insanları… Evə mən dəvət etməsəm, özüm çağırmasam, öncədən təsdiq etməsəm, gəlmək və beynimi xarab … Çağrılmamış qonaqlar və qonaqlıq… III hissə (satirik, yumoristik yazı) Qonaqlara tələblərim… oxumağa davam et

Tənha qalmaq istəyirsən?


Çox adam tənha olmaq istəyir, müəyyən bir vaxt ərzində tənha qalmaq istəyir, bezir insanlardan, hər kəsdən, bəzən elə sakitlik istəyirsən ki, başını götürüb harasa qaçmağı arzulayırsan, tənha, adamlar olmayan yerə… Fikirlərini, hisslərini yerbəyer etmək, həyatını, gələcəyini planlaşdırmaq üçün tənha qalmaq istəyirsən… Tənha qalmaq bəzən yaxşıdır, uzun müddətə deyil, qısa müddətə… Tənha qalmaq nə deməkdir?Tənhalıq! Tənhalıq tək ağlamaqdır, başını boynuna qoyacaq, sarılacaq və birgə ağlayacağın bir kimsənin olmamasıdır; Tənhalıq etibar edib, paylaşacağın. məsləhətləşəcəyim kiməsə ehtiyac duymaqdır; Özündən asılı olmaqdır; Xəstələnəndə xəstə hal, qızdırmayla yemək bişirmək, çay dəmləmək, aptekə gedib dərman almaqdır; Tənhalıq marketə, bazara tək gedib, tək özün üçün bazarlıq etmək, … Tənha qalmaq istəyirsən? oxumağa davam et

Güntay da çağrılan ağayi-Məniçöhrə dil dərsi


Orijinalın dərc edildiyi kateqoriya Ağalar Qutun bloqu:
Ağalar QUT Ağayi-Məniçöhr! Bir həftə qabaq mənim haqqımda verdiyin müsahibən yanlışlarla doludur. Mən sənə cavab yazmazdım, heç indi də ürəyimcə deyil sənə yazmaq, di gəl yazmasaydım, bu, bir sıra oxucuları yanılda bilərdi. Ancaq mən sənin məni sırf incitməyə və alçaltmağa hesablanmış sözlərinə yox, dil haqqında dediklərinə qısa cavablar verəcəyəm. 1. Demisən: Ağalar kişi Türkiyədəki dil inqilabını tənqid edərkən Geoffrey Lewis-dən “etkilənib.” O kimdir? Google-dan da soruşdum, 2-3 cümləlik məlumat verdi. Sən belə müəllifləri hardan tapırsan?! 2. Demisən: “Kaşqarlıdan sonra dilimizə ikinci ən böyük xidmət edən şəxs Dilaçar (Aqop Martayan –… Güntay da çağrılan ağayi-Məniçöhrə dil dərsi oxumağa davam et

Atam…


O, mənim qürur mənbəyimdir, ona həm zahirən, həm xaraktercə oxşamağımla da fəxr edirəm… O, mənim atamdır, ailədə ən çox sevdiyim insan… Danlasa da, tənqid etsə də, dalaşıb, küsüb, barışsa da, atamdır mənim… O, azsaylı insandır ki, ona “qızıl adamdır” deyir onu tanıyan hər kəs… Onunla bir gündə doğulmuşam mən, 30 yaşı olanda, hədiyyə olmuşam ona… Övladlar hər zaman nümunə olaraq valideynlərini götürərlər özlərinə, ya anaya oxşamaq istəyərlər, ya da ataya… Nədənsə, mən atamı seçdim, atamın qızıyam… Ondan çox şeyi öyrəndim, elmə maraq, kitablara maraq, özünə güvənmək, mübariz olmaq, mədəniyyət, səbr… Ondan öz gücünə, tapşırıqsız, pulun olmadan savad və biliyinlə irəli … Atam… oxumağa davam et

Yemin ettim bir kendime, bir de sana…


  Yemin ettim bir kendime, bir de sana… Yemin ettim, farklı yeminlerdir amma…Yeminlerimde vardır yalan… Yeminlerimle kendimi de, aldattım, seni de… Sana yemin ettim ki, mutlu olacağım, yalan, kendime ettiyim yeminde vardır mutsuzluk… Sana yemin ettim ki, seni unutacağım, yalan, kendime ettiyim yeminde sensizlik olsa da, seni unutmayacağım… Sana yemin ettim, yeni hayata başlayacağım, bitireceyim seni içimde, yalan, kendime etdiyim yeminimde bitirmedim seni, yeni hayatıma başlamadım henüz… Sana yemin ettim, yeniden aşik olacağım, yalan, kendime yemin ettim ki, sevmeyeceyim bir daha, sen son sevgimsen, davamı olmaz… Sana yemin ettim, gülecek yüzüm, kalbim sevinecek, yalan, kendime yemin ettim ki, yüzüm yalandan … Yemin ettim bir kendime, bir de sana… oxumağa davam et

Bir zaman onlara “Fahişə” dedik…


Bir zaman qadın, qızlarımız şalvar geyindi, onlara “fahişə” dedik, indi gözümüzə az dəyir don, ətək geyinən qadınlar, kişilər geyinər onları… Bir zaman yazıçı, şairə qadınlara dedik “fahişə”, “həyatında yaşayıb, yazıbdır” dedik, indi nə qədər qadın şairə, yazıçı qadın var… Bir zaman restorana, kafeyə gedən xanımlara “fahişə” dedik, indi restoran, kafedən çıxmaz xanımlar… Bir zaman 18-20 yaşında sevən qızlarımıza dedik “fahişə”, rayonda 13-14 yaşında qızları ərə verən biz deyilik, qızışanlar namusludur, təhsil almaq əvəzinə, kişi axtarır gözləri… Bir zaman avtomobil alıb, sürən qadınlara “fahişə” dedik, indi öz bacımız, anamız sükan arxasındadır… At çapan qadınlar bizdən deyilmiş… Bir zaman musiqiyə, rəqsə gedənlərə … Bir zaman onlara “Fahişə” dedik… oxumağa davam et

Yeni günün (Novruzun) 30 çaları (satirik, yumoristik yazı)


Novruz yeganə bayramdır ki, qeyd edirəm, çünki mənim üçün təbii, səmimi və təbiətlə birbaşa bağlı olan, soykökümüzə bağlı olan, dindən uzaq bir bayramdır. Novruz insanları birləşdirən bayramdır. Hamımız təbiətin övladlarıyıq, od da, su da, hava da, torpaq da biz canlılar üçün mövcuddur, yaşamağımıza yardımçıdır. Zaman keçdikcə, od, su, torpaq və havadan özümüz üçün istifadə etməyi, onların xeyrini və dəyərini anlamağa başladıq, odda ət qızartdıq, yemək bişirdik, torpağı əkib becərdik, bizə məhsul verdi, havanı təmiz saxladıq ki, ciyərlərimizə oksigen getsin, zəhər yox, syu içdik ki, susuz qalmayaq, su ilə torpağımızı suladıq, su ilə aydınlığa çıxdıq, su ilə yanan odu söndürdük, su ilə … Yeni günün (Novruzun) 30 çaları (satirik, yumoristik yazı) oxumağa davam et

Qızıma yazdığım məktub


Salam, qızım, İlk sözüm sənə, “Bağışla, məni”dir. Niyəsini zamanla anlayacaqsan… Küsgünsən, məndən ayrılıqda, uzaqda çəkdirdiyin şəkillərə baxıram, göndərilən audiosəslərə qulaq asıram, videogörüntülərdə görürəm səni… Mənim kimi üzün gülmür, qapanmısan, kədərlisən… Mənim kimi insanlardan uzaqlaşırsan, kövrəksən, küsgünsən, fikir içindəsən, kədərli düşüncələr dünyasındasan, xəyallardasan, yoxsa mənli xatirələrində, bilə bilmirəm… İtirmişəm səni, inamımı, sevincimi, xoşbəxtliyimi, ümidimi, səninlə qovuşacağım günə ümidimi itirmişəm artıq, gücümü itirmişəm, mübarizəm dayanmışdır… Bağışla ki, məndən öyrənəcəyin, nümunə götürəcəyin az şeylər olacaq, ana kimi nümunə olmadım, ideal, mükəmməl olmadım… Məndən ana olmağı, övlad sevgisini və ailənin dəyərini bilməyi öyrənə bilmədin… Qadın olmağı, sevməyi, sevilməyi, kişilərlə anlaşmağı, insanlarla dil tapmağı öyrənmədin… … Qızıma yazdığım məktub oxumağa davam et

Sevməyi kimdən öyrəndim?!


Ailə kiçik bir dövlətdir, öz qanunları olan. Bəzi qanunları yazılmış olur, bəziləri yazılmamış. Ailə ilk keçdiyin məktəbdir, uşaq bağçası, orta və ali məktəbdən öncə. Ailə uşağın həyat məktəbinin başlanğıc sinifləridir. Ailən sağlam olarsa, valideynlərin tərəfindən sevgi, tərbiyə görərsənsə, ailədə öyrədilən hər şeyi unutmazsan, başqa təsirlərə məruz qalmazsan. Çünki əsl ailə alınmaz qaladı. Çünki əsl ailə elə möhkəm olur ki, kənar təsirlərə məruz qalmır, qoruna bilir. Mən ailəmlə, valideynlərimlə fəxr edirəm, anam da, atam da  ali təhsillidir, indi Bakı Dövlət Universitetinin məzunlarıdır. Atam ixtisasca iqtisadçıdır, anamsa indi evdar qadın, öncə olub, coğrafiyaşünas. Ana nənəm də, ana babam da təhsilin tərəfdarı olub, … Sevməyi kimdən öyrəndim?! oxumağa davam et

Qurban olaram…


Sənin öz dilin var, mənim öz dilim, Səninki nifrətdir, mənimki sevgi, Səninki təhqirdir, mənimki sivil, Özünü sırıma, qurban olaram…   Sənin öz fikrin var, mənim öz fikrim, Azadıq düşüncə, fikirlərdə biz, Sənin öz hissin var, mənim öz hissim, Fikrimə, hissimə qurban olaram…   Dava səninkidir, güzəşt mənimki, Sürünmək səninki, uçmaq mənimki, Səndə böhrandırsa, məndə bayramdı, Ömrümü qısaltma, qurban olaram…   Səninki puldursa, mənimki ağıl, Səninçün asandır, mənimçün ağır, Səninçün soyuqdur, mənimçün isti, Bağlama yolumu, qurban olaram…   Səninki qorxudur, məndə cəsarət, Səninki oğurluq, məndə mənimki, Səndə min sima var, mənimki təkdir, Riyakar olmasan, qurban olaram…   Qurban olaram… oxumağa davam et

Kitab dediyim


Mənim üçün kitab bilik mənbəyidir, janrından və mətnindən asılı olmayaraq… Kitabı oxuduqca, yeni nəyisə öyrənirsən, oxuduqca, yeni nə ilə isə tanış olursan… Bir kitabda yazılanlardan özünü görürsən, başqasında başqa insanı… Bəzən deyil, çox zaman kitablar gerçək həyatdan götürülərək yazılmış olar… İnsan özü də kitab kimidir, yazırlar onu, ya da ki, özü yazır özünü… Kitab yazmaq asan deyil, oxucu üçün oxumaq bəzən asan olmadığı kimi… Kitab yazarkən tək yazar deyil, həm də oxucu olmalısan, yazdıqca oxumalısan yazdıqlarını… Kitab bir həyatdır, bir kitabda minlərlə həyat vardır, kitab obrazsız, insansız olmur, ən azı heyvanlar var kitabda təmsillərdəki kimi… Kitabı yazan da insandır axı… … Kitab dediyim oxumağa davam et

Günümüzün yazarı, Anarı-yada salanı, unutmayanı…


Öncə Anar müəllimi təbrik edirəm, ad gününüz mübarək… Mən tənqidçiyəm və tərifləməyi sevmirəm, düzü düz, əyrini əyri yazmağı sevirəm.. yazını da oxucu yığmaq, diqqəti cəlb etmək üçün etmirəm… Yetərincə oxucum da var, 20 ilə yaxın yaradıcılığım da, yaradıcılığımla maraqlananlar, oxumuşlar, yaradıcı fəaliyyətimlə də tanışdırlar. Anar adının mənası – yada salan, unutmayan, yaddan çıxartmayan, xatırlayan, anan deməkdir. Anar müəllimin kim olması bir çoxlarına məlumdur, Wikipedianı yaradanın canı sağ olsun… Soykökü ilə işim yoxdur, yaradıcı, ziyalı nəslindəndir, yazılarını da oxumuşam, bəyəndiklərim də olub, bəyənmədiklərim də… Özümü dahi saymıram, peşəkar da saymıram, həvəskar yazaram… Amma bir oxucu, vətəndaş kimi həqiqəti yazmaq istəyirəm… Anar müəllim … Günümüzün yazarı, Anarı-yada salanı, unutmayanı… oxumağa davam et

Pul (Ülviyyə Heydərovanın eyni adlı yazısına nəzirə)


Pul (Ülviyyə Heydərovanın eyni adlı yazısına nəzirə) http://www.azadliq.org/content/article/25475300.html Ülviyyə Heydərovanın 2006-cı ildə yazdığı pul hekayəsinə davam olaraq… 10 il keçdikdən sonra həmin pulun aqibətini yazmağı qərara aldım… Zaman keçdi mən elə kitabın arasında qalmaqda idim, o gün mənə sahiblənən və kitabın arasına qoyan baba kitabını 10 ildən sonra nəvəsinə ad günündə oxumağa hədiyyə kimi verməsəydi, oradaca darıxmağa və bütün funksiyalarımı itirib, xəstəlik tapmağa davam edəcəkdim… Babanı qınamıram, onun kitabdan başqa nəyi var idi, aylarla gecikərək aldığı pensiyasından savayı, o pensiyanın da məbləği elə idi ki, yolda yarım gün dilənən dilənçi ondan çox qazanır… Nəvə atasına kitabı verdi və dedi: -Ata, … Pul (Ülviyyə Heydərovanın eyni adlı yazısına nəzirə) oxumağa davam et

Sevgimi bənzətsəm əgər… (satirik, yumoristik yazı)


Elə sevdirt ki, özünü, bənzədim sənə olan sevgimi, vəsf edim səni, bir az düşündürsün sevgimiz, bir az sevindirsin, güldürsün, bir az da ağlatsın… Sevdirtsən özünü əgər, bənzədərəm sevgimi mən də… Qanım düşəndə aşağı səni nar, alma, üzüm kimi axtararam… Qaraltma ancaq qanımı… Ürəyim ağrısa reyhandan düzəltdiyim şərbətim kimi olarsan, içərəm səni… Heyva kimi dərib yeyərəm səni, keçər ürək sancılarım… Qalxsa, qızdırmam, moruq, zoğalım ol, mürəbbə kimi çayıma qatıb, isti-isti içim səni… İmmunam düşsə, xəstələnsəm, soğan, sarımsağım ol, sitrus meyvəm ol, qaytar sağlamlığımı mənə… Ölüm gəlsə dalımca, suyum ol, bir qurtum içim, sonra sən bağla gözlərimi… Ağrısa böyrəyim, soyuqlasam, qarpıza olacaq … Sevgimi bənzətsəm əgər… (satirik, yumoristik yazı) oxumağa davam et

İstəmirəm olmaq…


İstəmirəm olmaq yazar, şair, yazdıqlarım ünvanına çatmırsa, yazdıqlarım öz üzərimə geri qayıdırsa…. İstəmirəm olmaq kitab, oxuduqca məni yorulursansa, maraqlı deyiləmsə, anlamırsansa, bir kənara atırsansa… İstəmirəm olmaq xəyal, ya xatirə, biri yaşanılmamış sabah, ümidlər, sərmayədir, digəri isə yaşanılmış real həyat, dünən, təcrübədir… İstəmirəm olmaq həyatında yol nişanı, xəbərdarlıq, kimdir axı ona baxan?! İstəmirəm olmaq ümid, inam, səbr, sevgi, gec-tez məni itirəcəksən, bunu bilirsən məndən də öncə… İstəmirəm olmaq zaman, dünənində olmaq peşimançılıq, məyusluq, təəssüf, keçmişin, silmək istədiyin tarixin, həyatda yaşamadığın öz həyatın, gerçək etmədiyin öz arzuların, itkilərin və qazancın, sabahında qeyri-müəyyənlik, şübhələr, ehtimallar, ehtiyatlanmalar, sığortalanma, bu günündə sabah kimi başlayıb dünən … İstəmirəm olmaq… oxumağa davam et

Tənha qadın…


Mən tənha qadınam… Qadın olmaqdan öncə insanam… Tənha insan… Bayramları sevmirəm son 3 ildir ki, qeyd etmirəm, bayram günlərində evdə olarkən daha da tam olaraq anlayıram tənhalığımı, qəbul edirəm ki, mən tənhayam… Tənha qadın kimdir?! Hər kəs kimi o, da insandır, sadəcə bu həyatda o, tənhadır… Tənha qadın içində tez inciyən, gizlin ağlayan, qapalı, kədərli qadındır, Azad həyatı, sınıq ruhu, viranə qəlbi, ağlındakı dağınıq fikirləri olan bir qadındır tənha qadın… Tәnha qadın hәr kәs üçün güclü, mübariz, әlçatmaz, nümunәvi ola bilәr, özü üçün o, itkilәri, zәrbәlәri, yaraları, dәrdlәri, zәifliklәri ilә evinin bir küncünә sıxılmış, dirənmiş kövrәk qәlbli qadındır… Sevmәk, inanmaq, … Tənha qadın… oxumağa davam et

Səndən sonra…


Yadımdadır, münasibətlərimiz dostluqdan başlamışdı, dostluq da çevrildi sevgiyə, sonra ailəmizi qurduq, nə sən tərəf razı idi, nə mən tərəf bu nigaha, bu sevgiyə, bu dostluğa… Sən ərəb əsilli fars, mənsə türk əsilli azərbaycanlı… Çox şeyimi sevmişdin mənim… Saf qəlbimi, səmimiliyimi, sadəlövhlüyümü, gülərüz, zarafatcıl olmağımı, məntiqli düşünmə qabiliyyətimi, İQ səviyyəmin yüksək olmasını, yaradıcılığımı, inadkarlığımı, o zaman olan gözəlliyimi… Evdar deyildim, dözürdün buna, işinlə, təhsilinlə bağlı tək yaşadığından evdarlığı bacarırdın, birlikdə öyrəndik, evi təmizləməyi də, qab yumağı da, paltar yumağı da, yemək bişirməyi də, birlikdə kvas da hazırladıq, banka da bağladıq, çörək də bişirdik… Həmişə mənə stimul verərdin, yeməyim dadsız və ya … Səndən sonra… oxumağa davam et

Çox istəyirəm…


Çox istəyirəm, səni… Sən varsansa, axtar tap məni… Qoyma gözüm qalsın yollarda, yol çəksin gözlər gözləməkdən… Çox istəyirəm, pəncərədən təbiət mənzərəsinə birgə baxaq, həyata baxdığımız kimi… İstəyirəm, sənin olum, səninlə olum, paylaşdıqca, zəifliklərimi də biləsən, ağlamağımı və kövrəkliyimi zəiflik bilib, qınamayasan… İstəyirəm, qəlbimi xilas edəsən məzara gedən yoldan, biganəlikdən, sevgisizlikdən… İstəyirəm, ruhumuz bir-birinə qovuşsun, desinlər ki, torpağımız bir yerdən götürülüb bizim… İstəyirəm, unutdurasan mənə keçmişimi, günahlarımı bağışlayasan, etiraflarımı düz anlayıb sirri kimi saxlayasan özündə… İstəyirəm, xəzinən olum, xəzinəm olasan, əlçatmaz olaq başqaları üçün… İstəyirəm, hər gün bir-birimizi yenidən kəşf edək… İstəyirəm, insanlar, xəstəliklər bizi ayırmasın, soyutmasın, dalaşdığımızda belə yatağımızı ayırmayaq, yataqda … Çox istəyirəm… oxumağa davam et

Mənə bir az ondan danış


Mәnә bir az ondan danış, pulsuz, işsiz qalmağından, Mәnә bir az ondan danış, banka olan borclarından, Girovdakı maşınından, mәnzilindәn, әldәn gedәn qır-qızıldan… Mәnә bir az ondan danış, bir tәrәfdә yoxsul, yetim, Bir tәrәfdә kök buraxmış rüşvәtxorlar, Mәnә bir az ondan danış çirkli pulu yumağından, Çıxardırsan vәtәnindәn, büdcә qalıbdır manatsız…. Mәnә bir az ondan danış, küçә olub ev-eşiyin, Qışda yayı, yayda qışı gözlәmәyin, Olub sәnin tәk istәyin, ötüb keçir vәtәndaşlar Vecә almır, onlar üçün yoxsan sanki… Mәnә bir az ondan danış, dәrd әlindәn bezәnlәrdәn, Hәll yolunu intiharda görәnlәrdәn, vәtәnindәn gedәnlәrdәn, Mәnә bir az ondan danış, zorla әrә gedәnlәrdәn, Evdә şiddәt görәnlәrdәn, susma … Mənə bir az ondan danış oxumağa davam et

O-peşəkar musiqinin yaradanı, bəstəkar, gözəl insan


Onun internetdə mövcud olan bütün mahnılarını (instrumental musiqilərini) yükləyib, hər gün dinləyirəm… Dinlədikcə, yeni hisslər yaşayıram, yeni fikirlər doğur beynimdə… Onun musiqi mədəniyyətimizdən uzaq düşməsi, qürbət eldə yaşaması musiqimizə öz təsirini göstərmişdir. Səviyyəli, həzin, mənalı, fəlsəfi, həssas musiqiləri dinləməkdən məhrum olmuşuq… Onun “Həyat davam edir” melodiyası həyatı həm mənfi, həm müsbət tərəfdən yaşadır, həyatın davam etməsi səbəblərini notlara köçürmüşdür, sözsüz musiqi daha çox söz söyləyər… Susmaq, sükunət, musiqi min sözü ifadə edər, dinləmək yetər,  özü də ki, bir, iki dəfə deyil, dəfələrlə dinləmək lazımdır yeni məqam, nüansları kəşf etmək üçün… Bu musiqini dinlədikcə, ölmək deyil, yaşamaq istəyirsən… Onun “Doğma diyarı” … O-peşəkar musiqinin yaradanı, bəstəkar, gözəl insan oxumağa davam et

Kişilərin təsnifatı və qadınların ehtiyatda saxladıqları kişilər… 18+


Elə bilirsiniz, ancaq kişilər xəyanət edir, ancaq kişilər ehtiyatda adam saxlayır, qara günü üçün, axtarışdadır? Xeyr! Qadınlar da xəyanət edir, ailə və ya münasibətlərdən kənarda da başqa kişilərlə münasibət qurar… Nə tökərsən aşına, o çıxar qaşığına prinsipi… Düzdür, heç bir hala, xəyanəti dəstəkləmirəm, amma kişilər kimi qadınlar da axtarışadırlar, ehtiyat variantları olur, “olmadı belə, olsun belə”, “o, olmasın, bu, olsun” şüarı, həyat devizi altında yaşayanlar çoxdur… İndiki zamanədə, qadınlarımız da doymurlar, nə gözləri, nə ehtirasları, nə cibləri doymur… Düzdür, indiki qadınlarımızı da tam razı salmaq olmur, hey nədənsə narazıdırlar… Kişi tiplərini təsnifatlaşdırmaqla, hansı kişilərin ehtiyat variantda saxlanıldığını bilərik. Əfəl, sakit … Kişilərin təsnifatı və qadınların ehtiyatda saxladıqları kişilər… 18+ oxumağa davam et

Fuad Musayev: Bizim şou biznes başımızın bəlasıdır…


Bu günkü müsahibim bu ilin may ayının birində konsert verməyi nəzərdə tutan “FM Express” qrupunun solisti, banisi Fuad Musayev və qrupun üzvləridir. Bu dəfə müsahibə mövzumuz müasir yerli şou-biznesdən gedəcəkdir. Fuad bəy, öncə ürəkdən oxuduğunuz, ürəklə oxudunuz “Ürək” Sizi 10 il ərzində hara apardı? 10 il bundan əvvəl oxuduğum bu mahnı mənə çox şey verdi, vizit kartım oldu, ilk uğurum oldu. Musiqi yolunda çox dəyişikliklər oldu. “Ürək” mənə uğur gətirdi, solo karyeramda önəmli yer tutdu, gözəl insanlarla tanış etdi, əməkdaşlıq etməyə başladım,  Bu mahnıdan sonra solo karyeramdan uzaqlaşdım, canlı ansamblın yaranmasına – “FM Express” qrupunun formalaşmasına səbəb oldu. Hər mənada … Fuad Musayev: Bizim şou biznes başımızın bəlasıdır… oxumağa davam et

Vətən həsrəti dediyim…


Vətənindən qaçanları, qaçmaq istəyənləri, qərib ölkələri üstün bilib, vətənini aşağılayanları anlamıram… Vətənini sevən insan vətən həsrəti, acısının nə qədər ağır, ağrılı, dərdli olduğunu anlayır… 2 il vətənimdən uzaq yaşadım… Bilirəm, nədir ayrılıq, vətən həsrəti… Vətən həsrəti qərib ölkədə nə qədər səni qəbul etsələr, sevsə də qəriblilər səni, özünü yad hesab etməkdir… Vətən həsrəti doğma dilində danışmaqdan məhrum olmaq deməkdir… Vətən həsrəti vətənində yaşadığın hər anı yada salmaq, xəyallarında yenidən yaşamaqdır… Vətən həsrəti milli yeməklərin üzünə həsrət qalmaqdır… Vətən həsrəti doğma torpağının dənəsinə həsrət qalmaqdır… Vətən həsrəti hər gün vətənə bir gün dönəcəyinin həsrət dolu ümidi ilə yaşamaqdır… Vətən həsrəti vətənində son dəfə … Vətən həsrəti dediyim… oxumağa davam et

Olmur, olmasın (M.Ə.Sabirə nəzirə)


Kişi: Ay molla, qız hələ uşaqdır axı? Günah olmaz, olacaqmı bunun savabı? Olsa da, günah, yoxsa savab, istəyirəm onu almaq, olmur olmasın! Molla: Allah yerinə mən verim sənə halallıq, vardır savab, qızışmaz qız uşağı! Qız nədir, təhsil, məktəb nədir, getsin ərə, doğsun uşaq!Savad olmur olmasın! Gənc: Ay ata, girmir beynimə, bu kitab, yorub məni təhsil, oxumaq! İstəyirəm gəzmək, əyləncə, qızlar, oyunlar, təhsil olmur olmasın! Ata: Gir ali məktəbə, getmə əsgərtək hərbi xidmətə, bir az səbr elə! Sonra özüm oxudaram səni, beynində nəsə olmur olmasın! Ər: Arvad dinləmir məni, deyir sözünü, gündə dır-dır, davadayıq! Evdə var bir arvad, evdən kənar başqaları, sevgi olmur olmasın! … Olmur, olmasın (M.Ə.Sabirə nəzirə) oxumağa davam et

Uşaqdır uşağım… (M.Ə.Sabirə nəzirə)


Olsa da, işsiz, cibində vertu, çoxlu para, Sürsə də, son model avtomobil, özü avara, Yaramaz bir işə, olmaz dərman yaralı barmağa, Uşaq mənimdir, toxunma, uşaqdır uşağım…   Getsə də, piyada yolundan, vursa da, adamı, Çəksə də, kameralar, sus, dinmə, uşaqdır o, hələ Qanmaz, savadsız, qudurğan olsa da, mənimdir, Tək övladım, oğlum, qızım, varlığım, uşağım…   Yolda döysə də, kimisə, atsa da atəş kiməsə, Neyləyim, ərköyündür, yetimdir bir tərəfdən, Böyüyüb tək, tükənməyən pul içində, uşağım, Döymə, tutma, toxunma, uşaqdır uşağım…   Qoy kəssin kiminsə yolunu, alsın onun pulunu, Qoy öldürsün, yaralasın kiminsə qızını, oğlunu, Salsın dava, söysün qadını, milləti, var-yoxunu, Dəymə, anlamır, “çox sadədir” mənim uşağım… … Uşaqdır uşağım… (M.Ə.Sabirə nəzirə) oxumağa davam et

Ağlaşma (M.Ə.Sabirə nəzirə)


Hazırdır hərə ağlaşmağa, mərsiyyəyə ”Peşimansan, verəsən sual “Necəsən?” Danışar sənə nağıl, rəvayət, hekayə, Sonra da, ağlayar ki, “acından ölürəm”… Villada yaşayıb, nökər tutan daydaylar, Məcburi köçənlər, qara camaat, qaçqınlar, Hamısı bir çənlik göz yaşı töküb ağlayar, Hər kəs “qırılır acından”, ağlaşma qurar, Bircə gəlməsin gözə, “ay aman kim nə deyər?” Dövlət eyləyir güzəşt sahibkara, Verir kredit, udur qrantlar, subsidiya, Ödəməz vergisini, gizlədər gəlirini, ağlayar “Zərərim var” deyib, öz cibini doldurar! Kreditlə təmir edər mənzilini, Kreditlə alar evə mebelini, Kreditlə alır planşet, mobilniki, Az qala kreditlə alır alt paltarını Sonra qaytarmaz krediti banka ki, “Yoxdur pulum, çoxdandır işsizəm”… Qorxusundan açar xaricdə … Ağlaşma (M.Ə.Sabirə nəzirə) oxumağa davam et

Mən çox sevirəm…


Pəncərədən baxmağı çox sevirəm… Pəncərə də insan kimi gah qapalı olur, gah da ki, açıq… Pəncərə insan qəlbi kimidir, gah plastikdəndir, sünidir, gah da ki, şüşədən, tez qırılandır… Pəncərə kimi şüşəsi gah tünd olur insan, qapanır, hamını görür, hamı üçün görünməzdir… Pəncərə kimi açıq rəngli şüşədən olanda hamı üçün açıq olur, hamını da görür, qarşılıqlıdır. Qəlb də pəncərə kimi bəzən kənar səsləri buraxır, bəzən təcrid edir bizi o səslərdən… Pəncərə də qapalı olanda insan kimi arxasında gizlənirik, müdafiə olunuruq, tünd şüşədən görürük hər yeri, qara rəngdə, bizi isə kimsə görmür, qorunuruq soyuqdan, yağışdan, qardan, küləkdən, baxıb müşahidə etsək də, bizim üçün … Mən çox sevirəm… oxumağa davam et