“Ədəbi – təhlil” layihəsi – Aysel Abdullazadə üçün”Günəşin düşmədiyi odalar” a baxışım…


  28 Fevral  bizim hər birimiz  üçün möhtəşəm gün oldu, bizi Kitabevim kitab mağazasında (təşəkkür edirəm onlara) birləşdirən iki dəyər var idi: Biri Aysel, biri isə kitab… Mənim üçün Aysel kimdir?Aysel – Ay və Seldir! Ay kimi cəlbedici, valehedici, sevimli, gözəl, qaranlıqda işıq saçan, yolda mayak olan, ictimaiyyət və sosial toplum saydığımız insan okeanında qabarma və çəkilmələrə səbəb olan qadın, yazardır. Sel kimi isə cəsur, önündəki maneələri aşan, yuyub aparan, qorxmaz, mərd, cəsarətli, kəsərli sözü olan, aydın, təmiz, saf su kimi qəlbə malik olan bir xanım, yazardır… İkinci dəyər olan kitaba gəlincə, həqiqətən də Günəşin düşmədiyi otaqlar var, cavabsız suallar, … “Ədəbi – təhlil” layihəsi – Aysel Abdullazadə üçün”Günəşin düşmədiyi odalar” a baxışım… oxumağa davam et

Fərqli cəhət… 16.04.2003/19.04.2003


Bu dünyada həyatın rəngləri kimi fərqli cəhətlərə malik insanlar vardır. Sən isə onlardan biri idin, təzə tanış olan anda. Bu təəssüratların aldadıcı olması fikri yanlışdır. Sən həqiqətən də rəngarəng xasiyyətə maliksən. Səni gördüm, elə ilk anlarda anladım ki, həyatımı işıqlandıracaq bir dosta rast gəlmişəm… Səni gördüm, birdən-birə həyatımdakı ağ və qara rənglər digər rənglərlə əvəz olundu, daha da sevindirdi, gözəoxşayan oldu, həyatımı maraqlı etməyə başladı.Sanki, sənin həyatıma daxil olmaq üçün atdığın ilk addım mənim həyatımı daha rəngarəng, daha əyləncəli, daha mənalı və işıqlı etdi. Sanki sənin həyatıma daxil olmaq üçün qarşına qoyduğun yeganə məqsəd həyatımı müsbət istiqamətdə dəyişmək, məni xoşbəxt … Fərqli cəhət… 16.04.2003/19.04.2003 oxumağa davam et

Çətindir… 11.01.2004


İnanın, çətindir onu unutmaq, Yaxında olarkən ondan soyumaq, Çətindir, qəlbimdə sevgini boğmaq, Nə vaxtsa, “Sevirəm!” sözünü danmaq…   Çətindir, sevərək hey sevilməmək, Sevgili önündə biganə durmaq, Ağlayan qəlbinlə hey gülümsəmək, Çətindir, yalqızkən keçmişi pozmaq…   Çətindir dünyada tənha yaşamaq, Qayğısız. tufansız gələcək qurmaq, Çətindir, dostlardan hey uzaqlaşmaq, “Sevirəm” sözünə sabahı satmaq…   Çətindir, yalana gözləri yummaq, Xəyaldan, yadaşan zamanı pozmaq, Çətindir, verilən sözlərdən qaçmaq, İndiki insanda vicdanı tapmaq…   Çətindir, sevilmək, çətindir sevmək, Çətindir, kiməsə etibar etmək, Çətindir, həyata sadiq görünmək, Çətindir, üzümə təbəssüm vermək…   Çətindir, ağlamaq, çətindir, gülmək, Çətindir, bir qəlbə hökmünü etmək, Sevməyən bir kəsə sevgi öyrətmək, … Çətindir… 11.01.2004 oxumağa davam et

Təsadüflər


Paritet qəzetinin 10-11 iyun 2004-cü il buraxılışında dərc edilmişdir. Mən təsadüflərin təsadüfən olduğuna inanmıram, əlaqə vardır, səbəb və nəticə əlaqəsi və onlar mütləq zəruriyyətdən doğur. Nəticə və səbəbindən asılı olmayaraq, hər bir təsadüf insana bir dərs keçir… İnsan həyatının bir parçası və daim burada təkrarlanan ani və daimi hadisə və proseslərin məcmusudur.  Insanın dəyişə və təsir göstərə bilmədiyi qismətində təbiətən öz axarı ilə gedən suya bənzər təbii addımlardan biridir.  Biz isə onu dəyişmək üçün nə qədər mübarizə aparsaq da, heç bir nəticəni əldə etmirik. Çünki təsadüflər digər təbii hadisələr kimi təbiətlə birbaşa əlaqədardır. İnsan hansısa bir təsadüfü dəyişmək iqtidarında deyil. … Təsadüflər oxumağa davam et

İradən zəif olanda, dayan…


Onlar ayıq vaxtlarında normal, bəlkə də çox gözəl insanlar olurlar… Ayıq olmayanda isə… Onların alkoqol içki asılılığına, narkotik vasitələrində istifadəsinə haqq qazandırmaq olmaz… Amma səbəbsiz nəsə olmur… Hər bir insanın bu və ya digər yaxşı və pis əməllərinin arxasında bir əsas, səbəb dayanır. Axı insan doğulduğu gündən narkoman və alkoqol içki aludəçisi olmur… Müəyyən səbəb və şəraitdən sonradan yaranır bu asılılıqlar… Bir də mərc oyunlarının, riskin asılılığına düşənlər, mərc edənlər, pulla oyun oynayıb udub, uduzanlar var… Uduş və qələbə xəyalı və inamı ilə bir dəfə udub, dalbadal uduzmaqlar var… Uduzduqca, itirənlər olur hər şeyini, həyatındakı hər kəsi… Bir də görür narkomanlar, içki … İradən zəif olanda, dayan… oxumağa davam et

Программы, гаджеты на моем телефоне…


У меня на телефоне Самсунг есть программа Ассистент, часто издеваюсь над ней, ну типичная секретарша-референт-ассистентка, короче, ей задаю часто вопросы: – Скучаю, скучно, что мне делать? – Иди в кинотеатр, смотри кино. – Мне не охота, другой вариант? – Иди на прогулку. – Одна не хочется… – Встречайся с друзьями и иди в ресторан. – Денег нет, куда и с кем идти? – Ну, тогда я не могу тебе помочь)))) Или ж: – Где найти настоящюю любовь и мужчину? – Я тоже не знаю… Потом переходит в гугл поиск на сайты знакомств)))  Был на телефоне фейсбук и фейсбук месенджер, заскачала … Программы, гаджеты на моем телефоне… oxumağa davam et

Həyatımda Robert Qrinin “Hakimiyyətin 48 qanunu”


Boş vaxtım olanda, mütaliə etməyi sevirəm, hər mövzuda oxuya bilərəm, bircə detektiv, dəhşət filmləri kimi mövzuya malik olmasın, bir də ki, kitabın əvvəlini oxuyanda sonunu bilsəm, kitab maraqsız gəlir, film də həmçinin… İstirahət zamanı piyada gəzintiyə çıxmağı, parkda gəzməyi, yazı yazmağı, filmə baxmağı, musiqi dinləyib, rəqs etməyi, toxuma sapları ilə yun nə isə toxumağı, yeni reseptləri oxuyub, yeni nəsə bişirməyi çox sevirəm, mənə rahatlıq gətirir, gərginlikdən azad edir məni… Həmişə eyni şeyi etməyi sevmirəm, darıxdırır fərqlilik olmayanda… Yeniliyə meylliyəm… Robert Qrinin “Hakimiyyətin 48 qanunu” kitabını dövlət işində işləyən bir təcrübəli tanışım məsləhət bilmişdi, axtardım, Qanun nəşriyyatının sifarişi ilə tərcümə edilmiş … Həyatımda Robert Qrinin “Hakimiyyətin 48 qanunu” oxumağa davam et

İkimizin Yerinə- qızıma məktub


Əziz qızım, bir az böyü, unutmasan ananın doğma dilini, oxuyub anlayacaqsan, nədən yazdığımı… Ağlama qızım, heç vaxt ağlama, mənə görə ağlama, mən ağlayıram, mən ağlayım, ikimizin yerinə… Üzülmə, həsrətimdə olma, yeni ana gəlir, tənha deyilsən artıq, mən üzülürəm, həsrətindəyəm ikimizin yerinə… Tapmasın səni azar, tapsın məni, xəstələnim, yolum olsun məzar, ya da ki, külə dönmüş xatirələr kimi özüm də kül olum yanaraq… Üzmə atanı, incimə kimdənsə, incitmə kimisə, mən üzərəm özümü, inciyərəm özümdən, incidərəm özümü ikimizin yerinə… Atan da, nənən də səni çox sevər… Kimisə bilmə günahkar, cəzalandırma doğma atanı, nənəni, yeni ananı, günahkar mənəm, məni bağışlama, məni sevmə, bil məni … İkimizin Yerinə- qızıma məktub oxumağa davam et

Qanımı qaraltma…


Əslində, mən əsası, izahı olmayan və inanmadığım və inana bilmədiyim nəyəsə inanmıram. Sübutu olmayan nəsə mövcud ola bilər axı? Bircə inandığım bürclər, numerologiya və qan qrupudur. Sadaladıqlarıma inanadək nə qədər kitab, elmi məqalə oxumuşam, təcrübələr keçirtmişəm, praktikada yoxlamışam. Şənbə günü SƏnan müəllimin “Fərdi inkişaf” mövzusunda təlimləri zamanı Mirzə Ələkbər Fondunun Direktoru Sevda Tahirlinin müəllifi olduğu kitabın Qanımızın səsi” kitabı ilə tanış olduq, təqdimat zamanı qan qrupları ilə bağlı maraqlı faktlar əldə etdim. Doğurdan da, mənim qan qrupum I qrupdur, xaraktercə “ovçu” siyahısına düşürəm, kitabla tanış olduqda, nə qədər gerçək faktların olduğunu anladım, xarakterim, qidalanma, peşə seçimi, xəstəliklər, hamısı mənə uyğun … Qanımı qaraltma… oxumağa davam et

Heykəl kimi insan…


Foto: Nəriman İsmayılov O, bir insandır əslində, kənardan hər kəs onu heykəl bilir, kimin üçün isə sadəcə büstdür, sinədən yuxarıya baxır hər kəs ona, bir də kişilərin bəzisi üçün arzulanan qadındır, “dır-dır etmir”, susur, danışmır… Hiss və həyəcanları, fikirləri içindədir, onun dilini kimsə anlamır, səsini kimsə eşitmir… O, içində ağlayır, bəzən yağış yağanda bəxti gətirir, üstü su olduğundan, kimsə anlamır ki, o, ağlayır, hər kəs onun simasındakı suyun yağışın suyu zənn edir… O, bir qadındır… Cəmiyyətdə öz sözünü demiş, seçilmiş qadın… Kimin üçün isə dostdur, kimisi onunla fəxr edir, kimisi anlamayıb təhqir edir, söyür, heykəllərimizi də ələ salan, təhqir edənlər, … Heykəl kimi insan… oxumağa davam et

Vəsiyyət edirəm bu gündən…


Foto: Nəriman İsmayılov Həyatın işini bilmək olmur, bəlkə bu gün öldüm, bəlkə də sabah… Vəsiyyət edim bu gündən, gec olmamışkən… Vəsiyyət edirəm, ağlamayın yoxluğuma, ağlayanın dalınca gələcəyəm, rahat buraxın məni o dünyada… Vəsiyyət edirəm bu gündən dalımca danışmayın, çəkməyin adımı, deməyin həyatda necə olmuşam, onsuz da öləndən sonra da dalımızca pis danışırsınız, söyürsünüz… Sadəcə susun… Basdırmayın məni torpağa, sağlam daxili orqanlarımı verin donor kimi, satmayın amma… Sonra krimatoriyada yandırın məni, cəsədim olsun toz-kül halında… Yas məclisi qurmayın, ehsan verməyin, dua oxunmasın mənə… Vaxtınıza və pulunuza qənaət edin… Haqqınızı istəsəniz, halal etməyin… Haqqınızın halal olmasını istəmirəm bəlkə… Cəhənnəmdir yerim… Xilas etməz … Vəsiyyət edirəm bu gündən… oxumağa davam et

O, qadın…18+


Foto: Nəriman İsmayılov O, sənin arzularındadır, o, sənin xəyallarındadır… O, qadındır… Sənin istədiyin, arzuladığın, xəyal etdiyin… Bəlkə yanılırsan?! Bəlkə, o, deyildir, başqa birisidir? Və ya əksinə, o, sənin arzuladığın, xəyal etdiyin, istədiyin insandır… O, kişidir… Bəlkə yenə yanılırsan?! O, yataqda səni anlayır,  arzularını gerçəkləşdirir, həzzə qovuşdurur… O, ehtirası ilə səni dəli edir, yandırır, sənsə onunla birlikdə yanmaqdan həzz alırsan, dayanmasın, bitməsin istəyirsən… Onunla dəlilik etmək istəyirsən, ova getmək, meşədə azmaq, istiqaməti tapmaq, otların üstündə uzanıb, təmiz havanı ciyərlərinə çəkmək, orada ona baxıb, dəlicəsinə sevişmək istəyirsən… Sən onunla qürur duyursan, qısqanırsan onu, mülkiyyətinə çevirirsən, məhdudlaşdırırsan, azadlığını alırsan əlindən… Onu sevdiyini sözlə deyil, hərəkətlərinlə, baxışlarınla, … O, qadın…18+ oxumağa davam et

Sağlam ruhumuz


Nə canımız sağlamdır, nə bədənimiz, nə xarakterimiz, nə ağlımız, beynimizdəki fikirlərimiz, düşüncələrimiz, qərarlarımız, nə qəlbimiz, qəbimizdəki hiss və duyğularımız… Sağlam bircə bu bədənimizi tərk etməyə tələsən ruhumuzdur… Nostalji hisslər, musiqi, gözlərimizdəki itkini, dərin yaralarımızı, kədərimizi unutmuruq, unudulmuruq, unuda bilmirik… Unutmuruq ki, sağalmasın əzab çəkək, ağrıtsın, xoşbəxt olmayaq… Layiq bilmirik özümüzü xoşbəxtliyə, bir səbəb axtarıb tapırıq… Yaxşı insan deyilik, nümunə deyilik kiməsə… OLmaq da istəmirik…Bizə hər kəsin ərk edib verdiyi sual, ərkyanə məsləhətləri bizi bezdirir…Susmaq istəyirik… Susduqca, daha çox əzab çəkmək, itkilərimizi unutmamaq, səhvlərimizlə yaşamaq istəyirik… “Bizi sevməyin”-deyirik… “Sevginizə layiq deyilik”-deyirik… Bunu Sizə əminliklə deyirik… Ruhumuzu xilas etmək, sağlam qalmasını təmin … Sağlam ruhumuz oxumağa davam et

Peşəkar təlimçi-Sənan Nəcəfov


Məni tanıyan hər kəs bilir ki, mən haqqın tərəfindəyəm, mədhiyyələr, tərifnamələr, yaltaqlıq mənlik deyil… Həmçinin onu da bilirlər ki, hər zaman axtarışdayam və bilik, təcrübə əldə etmək mənim ən böyük uğurum və sərmayə obyektimdir. Təlim və seminarlara getməyi sevirəm, çünki bildiyim sahə olsa da, yeni nəsə öyrənirəm, bildiklərimlə paylaşıram, təcrübədə rastlaşdığım hallarla paylaşıram… Sənan Nəcəfovu sosial şəbəkədən tanıyırdım, dost siyahımda var idi… Çox ünsiyyətdə deyildik, çünki ikimiz də işgüzar insanlarıq və boş vaxtımızı səmərəli istifadə edirik, vaxtımıza qənaət edirik, vaxtımızı düzgün idarə edirik. Zəruri hallarda, zəruri mövzuları müzakirə edirdik. Mən onu çox savadlı, işini sevən, paxıl olmayan və işinin peşəkarı, … Peşəkar təlimçi-Sənan Nəcəfov oxumağa davam et

Bakıda gecə… Melanxoliya… Həyat davam edir…


Foto: Nəriman İsmayılov Qulağımda qulaqcıq… Həzin, instrumental musiqi dinləyirəm… Melanxoliya, öz dünyama səyahət… Avtobusdayam, sanki bu dünyadan təcrid olunmuşam, ruham, gözə görünməzəm… Avtobusun pəncərəsindən gecə vaxtı Bakının mənzərəsinə H.Abdullayevin pianoda ifa etdiyi musiqi sədaları altında baxıram… Kövrəlirəm… Kövrək qəlbliyəm, son zamanlar… Həssasam… Təsiri altında qala bilərəm kitabda yazılanların, xəbərlərin, musiqi notlarının, paylaşılan insan həyatının… Qaranlıqdır küçələr… Gözüm sanki yol çəkir… Düşüncəli, dərin, kədərli baxışlarım, susqunluğum sanki bir-biri əlbir olub ahəngdarlıq yaradırlar… Unudulduğumu düşünürəm, kənar baxışları üzərimdə hiss edirəm… Sanki görmürəm, hiss etmirəm…  Öz dünyamdayam… Qəlbimin musiqisi, səsi gözlərimdəki baxışlarda sözlərə çevrilmişdir… Bəzən susmaq daha yaxşıdır… Həyat davam edir… Dostum, sus, … Bakıda gecə… Melanxoliya… Həyat davam edir… oxumağa davam et

Həyat dediyim…


Foto: Nəriman İsmayılov Həyat uşaq kimidir, nəyin olmasını istəmirsənsə, nəyə qadağa qoyursansa, o hökmən olmalıdır, baş verməlidir, onu həyat bizə etməlidir… Nə ki, “Yox, olmaz” kateqoriyasına daxildir, o mütləq olacaqdır.. Həyat zebra kimidir, ağ-qara zolaqlı yolları var, işıqfor var yolayrıcında, sənin yolun olanda keçməlisən o keçid yoldan-zebradan, həyatda piyadasan… Cərimələnməmək, problemlər tərəfindən vurulmamaq, sağlam qalmaq üçün yolu düz və vaxtında keçməlisən… Həyat bina kimidir, daş üstə daş qoyub, min bir əziyyətlə tikirsən evini, evin olur, sonra bir səhvin, kənar amillərin təsiri ilə tikdiyin evin dağılır, qalırsan evsiz… Həyat reklam kimidir, sənə lazım olmayanları gündəmə gətirir, şüuraltına təsir edib, onu əldə … Həyat dediyim… oxumağa davam et

Allaha məktub III hissə…


Foto: Nəriman İsmayılov Allahım, sənin yaratdığın bir bəndəyəm, hər kəs kimi… Sənin qəlbimdən, əməl və niyyətlərimdən xəbərin var, sən məni görür, bilir, eşidir, tanıyırsan… Allahım, axtarışdayam… Kitablarda, dində, insanlarda, təbiətdə, qanunlarında axtardım, tapa bilmədim… Allahım, səni çox insanlarda tapa bilmədim, bir çox insanlar peşəkar yalançıdırlar… Sənə inandığını, səni sevdiyini, sənin qanunların ilə yaşadığını deyirlər, görüntüsünü yaradırlar, gerçək olanı bir sən bilirsən, bir də ki, mənim kimi bəzi insanlar… Onlar özlərini aldadırlar, mənim kimi insanları və səni aldatmaq mümkün deyildir. Allahım, susuruq… Ancaq susmaq inanmaq əlaməti deyildir… Susmaq razılıq əlaməti də deyildir. Susmaq biganəlik də deyildir.Susmaq bəzən ümidsizlik, inamsızlıq, mübahisəyə girməmək və … Allaha məktub III hissə… oxumağa davam et

Mən O, anayam…


Mən o, anayam ki, ərim xarici olsa da, xaricdə yaşasam da, öz doğma dilimdə danışmağı unutmurdum… Qızımla doğulmadan doğma dilimdə danışırdım… Mən o, anayam ki, qızıma klassik və instrumental azəri musiqilərini dinlədirdim, himnimizin sözlərini unutmurdum… Mən o, anayam ki, qızıma 3 yaşına kimi ana südü vermişəm… Mən o, anayam ki, qızım doğulan andan ona ana dilimdə Sarı gəlin, Qəmgin mahnını oxuyurdum, milli və doğma dilimdə laylalarımla qızımı sakitləşdirirdim, yatızdırırdım… Mən o, anayam ki, qızımın 3 dili bilməsinə baxmayaraq, iki doğma dili olmasına baxmayaraq, ona millilik, vətənpərvərliyi öyrədirdim… Mən o, anayam ki, qərib ölkədə yaşasam da, vətənim haqqında, Qarabağ işğalı haqda ünsiyyətdə … Mən O, anayam… oxumağa davam et

Qız övladı atasını daha çox sevər…


Bu yazımda psixologiyadan, Freyd nəzəriyyəsindən danışmayacağam… Hər şey onsuz da məlumdur savadlı və dünyagörüşü olan insan üçün… Kişi, ata çox zaman oğlan övladının doğulmasını istəyər, qızının olmasını istəməz… Qızı doğulanda isə onu daha çox sevər… Qadın, ana çox zaman qız övladının doğulmasını istəyər, oğul övladının doğulmasını ata qədər çox istəməz… Oğlan doğulanda isə oğlunu qızından daha çox sevər… Oğlan uşaqları da ataya daha yaxın olmaqdansa, anaya daha yaxın olar, eləcə də qız övladı anaya daha yaxın olmaqdansa, ataya daha yaxın olar… Qız uşaqları atasını, oğlan uşaqları daha çox anasını sevər… Bunu özümdən çıxartmıram, müşahidə etmişəm, araşdırmışam, müxtəlif kitabları oxumuş və … Qız övladı atasını daha çox sevər… oxumağa davam et

Pula çevrilmiş insanlar… (satirik, tənqidi yazı)


İnsanlar da pul kimidir… Funksiyaları var… Pula çevrilib bəzi insanlar… Pul əlində çox olduqca, pul funksiyalarını daşıyır onlar… Pulla bu həyatda az qala hər şeyi almaq olar… Pula satılır… Bəzi insanlar belə pula satılır… Xoşbəxtliyini də pulla ala bilərsən… Sağlamlığını da… Pulun olmayanda xoşbəxt ola bilmirsən, pulla satılanları ala bilmirsən deyə… Ac qarnına xoşbəxtlik olacaq qida?Əsla! Pulsuz olsan, sağlamlığın da, gedər əlindən… Pulsuz səni nə müayinə edərlər, nə müalicə, nə də cərrahiyyə əməliyyatına salıb, qurtararlar həyatını, pulsuz ölümə məhkumsan, xəstəsənsə… Pulla sevgini də almaq olur… Az olub məgər pula görə sevənlər, ailə quranlar, pula görə boşanan, ailəsini atanlar? Hətta balaca … Pula çevrilmiş insanlar… (satirik, tənqidi yazı) oxumağa davam et

Hər şeyə söz gərəkmir…


Hər şeyə söz gərəkmir… Bəzən lazımdır susmaq… Hər şeyə söz gərəkmir… Sözlər insana yetmir… Gərəkmir bəzən sözlər… Bəzən söz tapmaq olmur… Duyğu, hisslər, həyəcan Qəlbimdə bloka düşər… Hər şeyə söz gərəkmir… Bir baxış, əməl yetər… Hər şeyə söz gərəkmir… Sözün öz dəyəri var… Sus, dinləyirəm qəlbimin səsini… Sus, vicdanımın var öz seçimi… Ən sonda ağlım verir əmrini… Mənə nə söz, nə şərh gərəkir… Hər şeyə söz gərəkmir… oxumağa davam et

Adəmi adəm eyləyən paradır, Parasız adəmin üzü qaradır (M.Ə.Sabirə nəzirə)


Adəmin əlində varsa, para, Olacaq adam, rəngisə bəyaz.. Verəcək dəyər insana para… Çoxaldıqca, ağ günə çıxacaq…   Əsil-nəcabət, nədir, o, olmazsa olar… O, Abrın varlığını, zamanla unudar… Pulu qurtarsa, əgər, hər kəs onu unudar… Qalar əlacı şərə, böhtana Adəmin…   Üz-baş iyrənc, o, oxşamaz insana… Eybinə kor olmayır, qoca kaftar… Özünə gündüz-gecə vurğun olar, Kaş olaydı, o, bu gündən lal, kor, kar…   Nə vardır səsi, ağlı, idrakı, Nə tənqidi yanaşar özünə, Para alıb başından olanını… Para  alsın kaş çürümüş canını…   Özünü hamıdan üstün bilər o, Hər kəs pisdir, ancaq o, huri-mələk, Yeni ad qoymuşdur bu gün özünə “Müqəddəs peyğəmbər!”, olma mübarək!   Nəyə lazım ona vicdan, insaf … Adəmi adəm eyləyən paradır, Parasız adəmin üzü qaradır (M.Ə.Sabirə nəzirə) oxumağa davam et

Gidiyorum


Bu hayatta gidiyorum, yine tekbaşıma, yalnız… kendi yolumdayım yine… Gidiyorum, baze kaçıyorum, kendimden, bazen her kesden… Gidiyorum, akılsızlık, kalbsizlik olan yere… Gidiyorum, kendimi savunmamak için, kiminse bilemeyeceyi, beni bulamayacağı bir dünyaya… Gidiyorum, kendi aklımın, kalbimin dünyasına… Her kes için artık kapalı bir dünyaya… Gidiyorum kendi kalbime, oradakı dağıntıları temizlemek için, mezarlıkları yok edip, yerine bahçeler salmak için… Gidiyorum, yeniden yeni bir hayata başlamak için… Gidiyorum, kendi aklıma, fikirlerime düzen vermek için… Fikirlerimi kendi yerlerine koymak için… Ölmüş fikirleri yeni doğmuş fikirlerle değiştirmek için… Gidiyorum, yalnızım, bir kendim varım, bıksam da, bıkmasam da, kendim içindi o kendim… Gidiyorum, gittiyim yer çok … Gidiyorum oxumağa davam et

Qeyri-rəsmi müsahibim, gənc, istedadlı yazar, publisist Aysel Əlizadə


Sizin üçün Aysel Əlizadə kimdir? Ruh. Aysel adının mənası “Ay işığının seli, ay seli” deməkdir, bu sözlərdə varsınızmı? Ayda bilmirəm, işıqda varam. Sizin uğur düsturunuz nədir? Azadlıq+azadlıq-azadlıq:azadlıq vur azadlıq “Qızıl orta, hər şey və ya heç nə” prinsiplərindən hansını seçirsiniz? Elə situasiya var ki, orada mənə heç nə lazım deyil, eləsi  var ki, hər şey lazımdır. Elə də olur ki, qızıl orta ən doğrusudur. Sizcə təsadüflər zərurətdən doğur? Məncə, təsadüflərin elə özündədir məna. İnsan zərurəti çox böyüdür. Təsadüfü kiçildir. Vurğu həmişə zərurətə vurulur. Ancaq təsadüf özü mahiyyətcə kiçik proses və anlayış deyil. Həyat məktəbi  sizə hansı dərsləri keçib?  Özünü öyrədib. … Qeyri-rəsmi müsahibim, gənc, istedadlı yazar, publisist Aysel Əlizadə oxumağa davam et

Göz yaşları…


Gözlər qəlbin aynasıdır…  Göz yaşları da qəlb dünyasını ifadə edər… Peşəkar yalançı deyilsə, insanı gözləri, baxışları, göz yaşlarından tanımaq, anlamaq olar… Baxış, gözlər, göz yaşları olan yerdə, əlavə sözə yoxdur ehtiyac… Göz yaşları… Onlar mənim sevincim, onlar mənim kədərimdir… Göz yaşları… Onlar mənim neqativim, onlar mənim pozitivimdir… Göz yaşları… Onlar mənimdir, paylaşmıram, paylaşmaram kiminləsə, nə xoş günümdə, nə də ki, dara düşəndə… Göz yaşlarımda yaşayar uğurum, uğursuzluğum… Qazancım da, itkim də göz yaşlarımda gizlənər çox vaxt… Göz yaşlarım axar xoş günümdə də, xoş olmayan günümdə də… Göz yaşlarımda var xoşbəxtliyim, gizlənmişdir bədbəxtliyim… Söz gərəkməyən, sözlə ifadə edilməyən göz yaşlarımda vardır … Göz yaşları… oxumağa davam et

Allaha məktub (II hissə)


Allahım, növbəti məktubumu yazıram sənə… Ürəyim doludur… Ağlımı fikirlər, düşüncələr, qəlbimi hisslər, duyğular rahat buraxmır… Vicdanım haqqında susuram hələ… Ağlımdakı fikir və düşüncələri bəzən anlaya, qəbul edə bilmirəm, hissləri və duyğuları bəzən yaşaya və yaşada bilmirəm… Bu təbiidir? Belə olmalıdır?! Son zamanlar ruhum mən yatarkən bədənimi tez-tez tərk edir, səyahətə çıxır, ayılmaq və tərpənmək istəyirəm, alınmır, sanki ölmüşəm, özümü kənardan yatarkən görürəm… Özümü keçmişdəki həyat videoma baxdığım zaman kənardan görürəm, niyə axı?! Sənin xəbərin, razılığın olmadan ruh bədəni tərk edə bilməz, zaman və məkan səyahətinə çıxa bilməz… Nə demək istəyirsən, bununla axı?! Nəyə işarə edirsən?! Hətta bir neçə dəfə ruhum … Allaha məktub (II hissə) oxumağa davam et

MY LOVE əl işləri sərgisi


          13 Fevral 2016 – cı il tarixində saat 11.00-dan axşam saat 19.00-a kimi “Hyatt Regency” otelinin “Kişmiş” zalında 100-ə yaxın yerli sənət adamının maraq dünyasını əks etdirən fərqli və müxtəlif əşyaların nümayişi təşkil olunacaq.             Sərgidə sənət ustalarının dekor, şüşə üzərində çəkdikləri 3D görüntülü şəkillər, qoz, fındıq, fıstıq ağacları üzərində oyma işləri, müalicəvi və kosmetik sabunlar, şokoladdan hazırlanmış müxtəlif dekorlar və bişmiş gildən hazırlanmış bəzək əşyaları nümayiş olunacaq.          Sərginin kiçik yaşlı tamaşaçılarını məşhur nağıl qəhrəmanları əyləndirəcək.          Hər kəsi bu sərgiyə dəvət edirəm. MY LOVE əl işləri sərgisi oxumağa davam et

İnandığınız İnanclarınız… (satirik, yumoristik)


Kimsə inciməsin, sağlam düşüncəmlə, könüllü yazmışam, araşdıraraq yazmışam, bir çoxunu öz üzərimdə yoxlamışam… Yazı yumoristikdir, satirikdir, tənqididir, kimsə inciməsin… İnanclara inanmıram və inananları təmbəl, bir işə yaramayan, qorxaq insanlar hesab edirəm. Bu qədər də sadəlövh olmayın… Özü də ki, bu cür inanclar əsasən şərq ölkələrində var… Məncə, düşünməyə dəyər… Qara pişik önümüzdən keçdi, işimiz düz gətirməyəcək, birincisi pişiyə qarşı niyə diskriminasiya edirən ki, işin tərs gətirməlidirsə, ağ, boz pişik keçsə də, ümumiyyətlə pişik keçməsə də, tərs gətirəcək… Şəxsən özüm yoxlamışam, absurd bir şeydir… Paltarı tərs üzünə geyinməklə, iş düz gətirməz, şərə düşmək olar… Üst paltarını tərs geyinmisinizsə, sizə tərs-tərs baxacaqlar, … İnandığınız İnanclarınız… (satirik, yumoristik) oxumağa davam et

Bir az düşünək…


Была любовь, она прошла, ее больше нет, жизнь коротка, научись стать счастливой когда ты одна, не жди чудес, надейся на себя, не доверяй кому то… Bu dünyada günәş kimiyәm, isidirәm, yoluna işıq saçıram… Bu dünyada gün kimiyәm, dünәninә çevrilirәm yaşandıqca, bu günündә varam, sabahında olmasam, bil ki, dünәninә çevrilmişәm… Bu dünyada qar kimiyәm, gözәl, bәyaz, cәlbedici, sevimli, toxunduqca, әl donduran, әlә gәlmәyәn, әriyib suya çevrilәn, ayaq altda qalıb әzilәn…Bu dünyada torpaq kimiyәm, baxıb qulluq etsәn, sevsәn, bәhrәsini görәcәksәn, mәhsuldar olacağam, baxmasan şoranlaşacağam, yararsız olacağam… Mәn sәni çox sevdim, özüm bildim, içimә çәkdim, qәlbimә salıb, kilidlәdim,mәn sәni çox sevdim, özümdәn dә … Bir az düşünək… oxumağa davam et

Gülünc insanlar. 18+..


Mədəniyyət sahəsində, ümumiyyətlə hər sahədə o qədər gülünc insanlar var ki… Ad çəkməyəcəyəm, hələ sübut etsin ki, mən onu nəzərdə tutmuşam, sübut edə bilməsə, mən onu məhkəməyə verəcəyəm, bəlkə onun kimi zibillərin və millətin adından danışan, hər kəsi aldadanların payını kimsə verər, yerində otuzdura bilər… Özünə ad qoymaqla, başqalarını zəif bilib, şantaj etməklə, deyil, özünə bax, gör nə gündəsən, ağıldan əsər-əlamət belə yoxdur səndə və sənin kimilərdə… Kənardan çox gülünc görsənirsiniz, nəyinizə paxıllıq edək biz, əxlaqsız olmağınıza, bununla fəxr etməyinizə? Yoxsa qudurğanlığınıza, yaltaq və cinayət ruhlu, pisxislətli ruhunuza, olmayan ağlınıza?! Vallah millət bezib, sizin kimilərin əlindən! Sizin kimiləri ləkədir bu … Gülünc insanlar. 18+.. oxumağa davam et

Bayatılar…


Əzizinəm, Naxçıvan, İçirik, Badamlı, Sirab Yerli brenddir Naz-Lifan… Qiymət sərfəli bazarda… Əzizinəm Səhiyyə, Şükür edək təhsilə… Yerli dərman buraxdıq, Zəhərlənib ölək kaş… Əzizinəm, Can Bakım, Köhnə Bakım, Bakılım… Kimlər getdi, kim qaldı?! Bakım artıq daraldı… Əzizinəm, Bakılı Bakımda qalıb Bakılı? Köhnə bina, abidə? Yenilənib, bax, Bakım! Bayatılar… oxumağa davam et

Naz -Lifanın şərəfinə


  Azsamand qalıb kölgədə, Lifandır indi gündəmdə, Şamaxını unutmuşuq, Naxçıvandır indi öndə… Lifan yerli istehsaldı, Xammal idxal olunandı, Lifan nazdı, Lifan sazdı, Lifan hər kəsə yaraşdı… Naz-Lifanı verək önə, Yarışlara getsə bəlkə, Çalarıq biz də qələbə… Lifanı bizə çox görmə… Naxçıvan Baş Tacımız, Bizimdir Gəncə, Şamaxı, Ora da maşın buraxır, Reklamı gedir Lifanın… Naz-Lifanın Şərəfinə, Qaldıraq Gəncədən badə… Şərab, Şampan, yemək sadə… Gəlsin qapıma Naz-lifan.. Gərək alaq, Naz-Lifanı, Dəstəkləyək, yerli malı… Naz-Lifandı, nazlı maşın… Yerli malım tez qurtardı   Naz -Lifanın şərəfinə oxumağa davam et

Çağrılmamış qonaqlar və qonaqlıq (II Hissə- qonaqlıq mədəni niyyətimiz)


Birinci mövzumun davamı olaraq yazıram bu yazımı, satirik, yumoristikdir, inciməsin kimsə… Çox adət-ənənə, yazılmamış qanuna gülürəm, ələxsus da, hər səbəbə görə qonaqlıq vermək öhdəliyini insanın boynuna mahircəsinə qoyulmasına daha çox gülürəm… Qonaqlığı da elə boynuna qoymağa çalışırlar ki, sanki dədələrinə borcun var, hansı səbəb qonaqlıq verməlisən, “yumalısan”, onlar edib, onların zəhmətiylə edilib… Dəli üçün hər zaman bayramdır… Uşaq kimi doğulursan, qonaqlıq, sanki bunlar məni doğuzdurub, yaranmağıma səbəb olub… Ölürsən, ehsan qonaqlığı, sanki sevinirsən ki, canımız qurtardı, bizi də sevindirdin, özünü də… Ad günün olur, yenə qonaqlıq, xəstələnirsən, xəstəxanadan çıxırsan, yoluxmaq adıyla qonaqlıq, bağçaya gedirsən, qonaqlıq, məktəbə daxil olursan, qonaqlıq, instituta … Çağrılmamış qonaqlar və qonaqlıq (II Hissə- qonaqlıq mədəni niyyətimiz) oxumağa davam et

Qadın sahibkarlığının problemləri


Qadın sahibkar kimi şəxsən qarşılaşdığım problemlərlə, araşdırmalarımın nəticələri ilə oxucularımı tanış etmək istəyirəm… Düşüncə (qadın düşüncəsi, kişi düşüncəsi)- qadının işgüzar və sahibkar qadına münasibətdə düşüncəsi, kişinin  işgüzar və sahibkar qadına münasibətdə düşüncəsi bir az oxşar, bir az fərqlidir. Qadın adi və gündəlik dövlət və ya qeyri-dövlət işindədirsə, sadəcə maaş hesabına dolanırsa, ya da təqaüdə çıxırsa, ya da ki, heç işləmirsə, o zaman o qadının işgüzar və sahibkar qadına münasibətdə düşüncəsi çox zaman paxıllıq, qeyri-sağlam münasibətdə olur, düşünür ki, məndə niyə yoxdur, alınmır, mən buna niyə nail olmamışam, ola bilmirəm, ola bilməyəcəyəm, onda isə alınır. Düşünürlər ki, hər işgüzar, uğurlu, öz biznesi … Qadın sahibkarlığının problemləri oxumağa davam et