Özümüz olmadıq…


Biz özümüz olmadıq, olmuruq, olmayacağıq da… Çünki asılıyıq başqalarından… Yoxdur öz fikrimiz, qərarlarımız, seçimimiz… Az qalmışdır ki, yaşamağa da başqalarının istək və sifarişi, sözüylə davam edək… Özümüz olmadıq, doğulduğumuz andan… Övlad olduq, danlandıq təbii olduğumuz zaman… Qadağalar gəldi bir-birinin ardınca… Başqalarına nümunə, fəxr və qürur mənbəyi olmaq üçün unutduq özümüzü, kimliyimizi…  Onların çəkdiyi rəsimdəki, yazdığı əsərdəki baş qəhrəman olduq, fərdi olduq, ictimailəşdik, amma özümüz olmağı bacarmadıq… Övlad olduq, valideyn dediyi kimi yaşadıq, düşündük onları, zərbə altına salmamaq üçün onları, adlarını, ailənin başını ictimaiyyətin seçdiyi qınaq dili ilə  desək, “başını aşağı salmadıq”, onların arzuları ilə yaşadıq, onların aldıqları geyimləri geyindik, onların aldıqlarını … Özümüz olmadıq… oxumağa davam et

Dostum var…


Bir dostum var… 15 ildir dostluq edirik… Təsadüflərə inanmıram, təsadüflər zəruriyyətdən doğur… O, bizdə ADİU-da maliyyə -kredit fakültəsində oxuyurdu, iki kurs məndən böyük idi… Onunla tələbə elmi cəmiyyətinin iclasında tanış olub, dostlaşmışdıq. Çox savadlı, sağlam düşüncəli, maraqlı insandır… O, xətrimi çox istəyir, hər zaman yaradıcılığımı, ictimai fəaliyyətimi izləyir, nəzərində saxlayır, ailəvi dostuq… Məni və ailəmi yaxından tanıyır, doğru çıxan proqnoz və məsləhətləri ilə hər zaman yanımdadır, ona etibar edə bilirəm… Onunla istənilən mövzuda müzakirə və mübahisə edə bilirik… Həmişə deyir ki, mənimlə dostluq etməyi ilə fəxr edir, mənimlə qürur duyur, qarşılıqlıdır dostum… Həyat elə gətirdi ki, onunla tədris növbəmiz fərqləndi, … Dostum var… oxumağa davam et

Bəzən istəyirəm…


Bәzәn elә istәyirәm ki, birisi olsun hәyatımda, qucaqlayım yatım, birisi üçün fәrqli vә dadlı yemәklәr bişirim. Birisiylә paylaşım, mәslәhәtlәşim, işә birisiylә gedim vә onunla qayıdım, saçlarımla oynasın, öpüb, әzizlәsin, vurğun baxışlarla baxsın… Birisini sevim vә o, mәni sevsin, o, birisi mәnә yanlışımla doğrularımı desin, o qәdәr doğma, o qәdәr yaxın olsun ki, hәyatıma çevrilsin, ayrılmasın, dәyişmәsin mәni, olduğumtәk qәbul edib, anlamağa çalışsın, o, kişi әsl kişi olsun, xoşbәxt olum onun yanında, onun varlığına sevinim… Birisi olsun, qәrarları bir verәk, bir az nazımla oynasın, bir az zәhmiylә vurğununa çevirsin, ağlıyla ağlımı, qәlbiylә qәlbimi, ruhuyla ruhumu alsın mәndәn, yarım olsun, mәni tamamlasın. Bəzən istəyirəm… oxumağa davam et

Bankların bağlanmasının mənfi və müsbət tərəfləri


Bankların bağlanmasının mənfi və müsbət tərəfləri var. Mənfi tərəflər aşağıdakılardır: İşsizlik – banklar bağlanan zaman filiallar da bağlanır, istər Bakıda, istərsə də rayonlarda, nəzərə alsaq ki, işçilərin əksəriyyəti gənclərdir, hər bankın filialında ən azı 10 işçi var, bir bankın üzərinə ən azı 100 filial işçisi düşür, 6 banka minimum 600 işçi düşür, minimum bir bankın filial sayını 10 hesablasaq, 6 banka 60 filial düşür, deməli regionlarda da, gənc kadrların işsizlik problemi olacaq, yeni iş tapmaq da çətindir, nəzərə alsaq ki, banklarda əmək haqqı digər şirkətlərə baxanda yüksək idi, gənclərin işsiz qalmağına yanıb tökülmək lazımdır; Problemli kreditlərin payının artması hər işsiz qalanın ipoteka, … Bankların bağlanmasının mənfi və müsbət tərəfləri oxumağa davam et

AR-nın prezidentinə beynəlxalq əməkdaşlıq çərçivəsində təkliflərim


Qısaca olaraq bu təklifləri aşağıdakı kimi təsnifləşdirək: Heydər Əliyev Fondunun Tacikistanda və ya digər Orta Asiya ölkəsində nümayəndəliyinin (Orta Asiya üzrə ilk Nümayəndəlik) açılması; Tacikistan (eləcə də digər Orta Asiya ölkələri üçün) və Azərbaycan arasında Mədəniyyət və Dostluq Mərkəzinin açılması; Orta Asiyada yaşayan azərbaycanlılarının həmrəyliyini təmin etmək; Vahid diaspor qrupunu təşkil edib inkişaf etdirmək; Qafqaz (Azərbaycan) və Orta Asiya (Tacikistan) və Avropa ölkələri gəncləri arasında dostluq əlaqələrinin qurulması, gənclər arasında ideya, təhsil, istedad, təcrübə və bilik mübadiləsinin təmin olunmasına yardımçı olmaq; Azərbaycan mətbəxi ilə (milli xörək, şirniyyat, içkilər) tanışlığı təmin etmək; Alternativ enerji mənbələri (külək, günəş) sahəsində elmi və nəzəri … AR-nın prezidentinə beynəlxalq əməkdaşlıq çərçivəsində təkliflərim oxumağa davam et

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə müraciət məktubu


Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə Azərbaycan Respublikasının vətəndaşı Müraciət məktubu             Möhtərəm, Cənab Prezident, Son  zamanlar ölkəmizə xarici ölkələrin marağının böyük olmasını, ölkəyə sərmayə vəsaitlərinin axınının həcminin yüksək olmasını, beynəlxalq tədbirlərin həyata keçirilməsi ilə ölkənin tanıdılmasını nəzərə alaraq, beynəlxalq əlaqələrin genişlənməsi, ölkədə iqtisadiyyatın güclənməsi, layihə menecmenti və sahibkarlığın inkişaf etdirilməsi məqsədilə, təklif edirəm ki, “Biznes-mələklər və Vençur Kapitalı Assosiasiyası” yaradılsın. Məlumat üçün bildirmək istəyirəm ki, biznes mələklər – fərdi sərmayədar olub, innovasiya, nou-hau layihələrə, startuplara, yeni yaranan şirkətlərə ilkin mərhələdə sərmayə qoyuluşu edir, Biznes mələyin qoyduğu vəsaitin geri qaytarılmasını və şirkətin kapitalında iştirakını nəzərdə tutan bu sərmayə növü sərmayədarın … Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə müraciət məktubu oxumağa davam et

Son sevgi məktubu – daha bir ayrılıq məktubu…


Bilirsən, ayrılıq məktubu həm sevgi məktubudur, həm də ki, son məktubdur… Bilirsən. son məktubumdur indi yazdığım, sənə həsr etdiyim, sənə aid olan son yazım, deyəcəyim son sözlərimdir… Bilirsən, çox kişilərin arzularının qadınıyam, olmuşam, olmaqdayam və olacağam… Bİlirsən, məni çox adam sevib, sevir, sevəcək də, istəyib, istəyir, istəyəcək də, istər evli olsun, istər subay kişi… Nə olsun ki, nə fərq edər, nə mənası var?! Bilirsən, bu qədər kişilərin, namizədlərin içində səni seçdim, seçirəm, seçəcəyəm də… Bilirsən, mən səni sevirdim, sevirəm, sevəcəyəm də… Sənə inanmışdım, səninlə xoşbəxt olacağıma ümid etmişdim, inanmışdım… Bilirsən, peşiman deyiləm, yeni bir dərs, yeni bir təcrübə oldu mənim … Son sevgi məktubu – daha bir ayrılıq məktubu… oxumağa davam et

Qışın təsviri…


Bakıya yenә gәldi çovğun, yağdı qar, buz bağladı uzun, әyrimçә yollar, sürüşkәndi döşәnәn asfalt, mәrmәrli parklar, qaldı işıqsız, qazsız binalar, söyür bir nәfәri yazıq insanlar, susur hamı halımıza, olmuşuq, lal, kor, kar, donur küçәdә soyuqdan, evsiz, atılmış insanlar, yada düşür kredit, borclar, bir yandan yeni xәstәlik, viruslar, bir yandan bezdirir spekulyantlar, kirayә, icarә haqqını qaldıranlar, bizә suptropik qurşaq yaraşar?! Bizә lazımdı iki fәsil, qurşaqtәk ekvatorial, cәngәlliklәr, vәhşi tәbiәt, cır hal, ac qalanda yeyilәr yabanı bitki, meyvә,otlar… Qışın təsviri… oxumağa davam et

Hәyatımdan var istәyim


Hәyatımdan var istәyim: Boşa mәni, boşadınsa, minnәtdaram, boşadınsa, öldür mәni, öldürdünsә, ruhumu da, sal didәrgin, sürgün elə, bu dünyadan, qayıtmasın “cansız” cana, dirilmәsin can bir daha… Əmin olum, ölmüşəm mən… Ruhum uçsun uzaqlara, baxsın ordan bu dünyaya, insanlara, istəmirəm “o” dünyanı… diriltmә sәn, yaşatma sәn, ölümdәn dә acı olan varlığımı, xatirәni… Bitsin daha, gәlsin sonu, çәkilmәsin adım mәnim… Bu da olsun hәyat yolum, Kimsə məni yad etməsin…   Hәyatımdan var istәyim oxumağa davam et

Bəzən elə sevərsən ki…


Bəzən elə sevirsən ki, özündən də çox… Özünü də unudarsan… Varlığını bağlarsan sən tək varlığa, ona olan duyğulara… Bilirsən ki, bu sevginin başlanğıcı varsa, sonu da olacaq… Hazır olmalısan bitməsinə, bitməsini istəməsən də… Bəzən elə sevirsən ki, birgə çəkilən fotolara baxanda da, ağlayırsan, o fotodakı xoşbəxt anların, sevincin düşür yadına… İçdən dərin bir ah çəkirsən… Nə olsun ki, bu ah bizə qaytarmır həyatımızdan gedənləri… Bəzən elə sevirsən ki, ölümü gözə alırsan… Evlənməsən də, pis günündə də, xoş günündə də yanında olursan… Anlamağa çalışırsan, anladığını düşünürsən, əslində isə yanılmış olursan… Bəzən elə sevirsən ki, əvəzini gözləmədən sevirsən, verirsən… Verdikcə də, sevdikcə … Bəzən elə sevərsən ki… oxumağa davam et

Multi mədəni niyyətimiz-multi mədəniyyətimiz


Bu günkü mövzumuz bu ilin sonunadək aktual olan mövzudur. Söhbət multi mədəniyyətdən gedir… Ölkəmizdə bu ilin multi mədəniyyət ili seçilməsindən… Bu mövzu ilə bağlı müsahibim Əli Fərhadovdur, 1975-ci ildə anadan olmuşdur. Türkiyə Respublikası Mərmərə Universitetində dinşünaslıq üzrə bakalavr, sosiologiya və mədəni antropologiya üzrə magistr təhsil almışdır. Hal-hazırda Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi və dissertantıdır. O, 2015-ci ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Azərbaycan multikulturalizmi” fənni üzrə kurs keçmişdir. 40-a yaxın elmi məqaləsi ölkə daxilində və xaricində, 3 tərcümə kitabı isə Azərbaycanda və Türkiyədə nəşr olunmuşdur. Sizin üçün “Multikulturalizm” sözü hansı mənanı ifadə edir? Multikulturalizm fərqli din, irq, millət və mədəniyyət qruplarına hörmətlə yanaşmaq və onların … Multi mədəni niyyətimiz-multi mədəniyyətimiz oxumağa davam et

Ax sevgi, sevgi… (aforizmlərim)


Әsl Kişi dә, әsl qadın da o vaxtadәk sevir ki, onun әsl istәk vә niyyәtini, arzusunu bilmir, sirlidir, çәkir özünә… Sirliliyini itirәn, bilinәn insana qarşı sevgi yox olur. Sevgi bestseller kitab kimidir, satışda var, satılır, ötürülür, hәdiyyә edilir, yeni tirajla dәrc edilir, әsl sevgi isә elә bir kitabdır ki, hamı adını eşidib, oxumaq istәyir, amma heç yerdә tapa bilmir, nә satışda var, nә tirajla buraxılışı, nә dә hәdiyyә edilir, ötürülür, amma hәr kәs ondan danışır, çox maraqlıdır… Kişilәr bilir ki, әksәr qadınlar pul, şöhrәt, maddiyyәt, hәdiyyә düşgünüdür vә özünü bilmәdәn vә ya bilәrәkdәn satır, ona görә dә qadına bunları verәndәn … Ax sevgi, sevgi… (aforizmlərim) oxumağa davam et

Ərə get… 18+


Yazı aktual mövzudur, satirik, yumoristik üslubda yazılmışdır və kiminsə xətrinə dəymək məqsədini güdmür. Həkimə və ağbirçəklərimizə inansaq, onların məsləhətlərinə əməl etsək, sağlam olarıq, özü də tam sağlam…Bütün xəstəliklər əsəbdən yaranır və beyinin təsiri altında olur və qadınlar üçün hər bir xəstəliyin dərmanı “ər” və “ərə getmək”dir… Qız həddi buluğuna çatıb, “oyandı”sa, orqanizmində hormonal dəyişikliklər gedəcək, təbii prosesdir. Amma bu məsləhət verirlər aaa… 13 yaşın tamam olan kimi “ərə get”, 20 yaşın olanda “ərə get”, 25 yaşın olanda “evdə qarımısan, tez çıx get ərə”, 30 yaşı və daha sonrası “uşaq doğa bilməyəcəksən, get ərə, birini qapazla get ərə”. Necə deyərlər, hamı … Ərə get… 18+ oxumağa davam et

“Mən” dən “Bizə”, təkdən cəmə…


Əslində eqoizm pozitiv anlayışdır, fərdiçilik və Özlük deməkdir. İnsan Mənlə gəlib bu dünyaya, Mənlə gedir bu dünyadan… Mәn gizlәtmirәm, eqoistәm, fәrdiçilikdәn ictimailәşmәyә doğruya getməyin tərəfdarıyam, hәr şey Özdәn başlayıb, Özdә bitir… Hər bir insan Mәni bilmәlidir ki, Bizi dә bilsin… Cәmiyyәt özü ayrı-ayrı Mәnlәrdәn ibarәtdir, ailә belә әn azı iki Mәnin Biz ola bilmәsidir… Ola bildisә, ölәnәdәk birlikdә Bizdirlәr. Ola bilmәdilәrsә, yenә Bizdәn Mәnә keçirlәr… Sәn belә öz prizmasında vә özü üçün Mәndir, Mәn kimin üçünsә Sәn olub, özüm üçün Mәn olan kimi… Mәndәn sonra gәlәn Sәn vә O olur, ya da cәm halı, amma yenә hәr birisi özünә görә Mәndir, demәli … “Mən” dən “Bizə”, təkdən cəmə… oxumağa davam et

Məni zorlamayın… 18+


Ey insanlar, insanları, heyvanları, təbiəti zorlamayın… Zorla gözəllik, sevgi, anlayış, hörmət, iş, tanışlıq, dözüm olmaz… Quyuya su tökməklə də quyu dolmaz… Kişilər qadınları, qadınlar kişiləri zorlamayın, uşaqları, beyinləri, qəlbləri, vicdanları zorlamayın… Kənar yerdə də düşmən axtarmayın, düşmən göz önündə, mən, sən, o, biz, siz, onlar, hamımız əslində bir-birimizə düşmənik, paxıllıq olan yerdə, həmrəylik olmayan halda, qeybət, şər-böhtan olduğu zaman, xoşniyyət, yaxşılıq olmayan qəlb və ağıllarda insan başqasını zorlayır, həm mənəvi dünyasını, həm də fiziki baxımdan… Qadınlar dul qalanda, boşananda iş anketində ailə durumuna yazır ailəli, gizlədir ailədəki gerçək statusunu, yazmır dul və ya boşanmış… İctimai qınaq, əxlaqsız baxış, təkliflər, pisxislətli … Məni zorlamayın… 18+ oxumağa davam et

26 illik dərdimiz-Qara Yanvar, ağla, Qərənfil, ağla…


Çox unutqanıq, unutmadığımızı və unutmalı olmadığımızı dediyimiz günləri tez unuduruq, bir yandan qınamıram, dərd üstünə dərd, bir yandan qınayıram, tariximizdir bu günlər, şəhidlərimizin qanı var, cənnətə getsələr də… İndi şükür demokratik, dünyavi, müasir dövlətimiz var, müstəqilik, amma unutmuşuq necə nail olmuşuq bütün bunlara… Vətənpərvər gənclərimizin qanı bahasına, ana və bacılarımızın övlad, qardaş-bacı fəryadı, ər-arvad itkisi hesabına… Onlar bizim soydaşlarımız olmuşdur… Yadlar yox… Onlar bizdən biri olmuşlar… Qarabağda da, 20 yanvarda da, Xocalı soyqırımında da, 31 mart soyqırımında da, itirdiyimiz hər bir Qarabağ şəhər və rayonlarında da, İrəvanda da tarixən axıdılna qanlar biz azərbaycan türklərinin, türklərin qanı olmuşdur… Daşnak ermənilər, sovet … 26 illik dərdimiz-Qara Yanvar, ağla, Qərənfil, ağla… oxumağa davam et

İqtisadi tərs mütənasiblik (satirik, yumoristik yazı)


Dünya iqtisadiyyatı və nəzəriyyələrini və tədqiqat, araşdırmalarını qoyaq kənara, çünki ölkəmizdə bunların heç biri keçərli deyil, bizdə şəxsi mənafe və məqsədlər, monopolistlər və onların fikri və istəyi, təcrübə, fərdi psixoloji amillər daha çox keçərlidir. Ajiotaja, panikaya, isterikaya meylli fərdlər, bunu bilən spekulyantlar, monopolistlər, manipulyatorların birləşdiyi bir məkandayıq… Real olaq… Necə deyərlər, lalın dilini bilmək üçün gərək dilini öyrənəsən, mən də elə… Ölkədə baş verənləri anlamaq, təhlil etmək, araşdırmaq və proqnoz vermək üçün başlamışam müvafiq şəxslər kimi düşünməyə… Məni qınamayın, başqa cür iqtisadi proqnoz vermək qeyri-mümkündür… Misal üçün, artıq bilirəm ki, ayın 21 qeyri- iş günü  (bazar günü olması daha müvafiqdir … İqtisadi tərs mütənasiblik (satirik, yumoristik yazı) oxumağa davam et

Ayrılıq “salam”dan başlar…


  Foto: Nəriman İsmayılov, azpress.az saytı Ayrılıq “salam”dan başlar… Salam Allahın adıdır əslində… Tanışlıq Allahla başlayıb, Allahla bitər… Çünki tanışlıq “salam”dan başlar… Allah istəyib yəqin tanışlığımızı, sonra da ayrılmağımızı… “Salam”dan başlayıb ya davam edər, ya da “salam”dan başlayıb yerində bitər, “sağ ol, əlvida” olmadan… Maraqlı olar insan sənə… Onun haqqında hər şeyi bilmək istəyərsən, ortaq maraqlar, mövzular axtarıb taparsan… Kitab kimi maraqlı olar, oxuduqca, oxuyarsan, kitab da bitir, maraqlı olduqca, tez oxuyub tez də bitirirsən… İnsanlar da elədir məncə, maraqlı olur sənə, nə qədər tez tanıyırsan, bir o qədər bitir sənin üçün, maraqsız olur sənə… Düşünmürsən ki, bəlkə o insan … Ayrılıq “salam”dan başlar… oxumağa davam et

Bizim Məkan


13 Dekabr 2015-ci ildə Xəyalə Manaflı dostları ilə birlikdə yeni məkan sahibəsi oldu və açılış etdi. Məkanın adı Bizim Məkan… 13 Yanvar Bizim Məkan Grill and Barın 1 ayının tamam olması qeyd edildi. Bu məkan həqiqətən də Bizim Məkandır. Hər kəsin zövqünə oxşayan, göz yormayan, zamanla ayaqlaşan dizayn və musiqisi ilə insanı rahat, qəlbə yaxın bir dünyaya, öz məkanına aparır. Məhz bizim məkanda dostlarımla oturub səmimi, qeyri-rəsmi, təbii mühitdə, xoşagələn aurada istirahət edir, əylənir, ünsiyyətdə oluram və hər kəsi də dəvət edirəm Bizim Məkana. Yeməkləri dadlı, çoxlarının maddi imkanına uyğun, baha olmayan qiymətlərlə, yüksək səviyyəli xidmət göstərməklə, hər bir müştərisinə qarşı … Bizim Məkan oxumağa davam et

İkitərəfli və ya birtərəfli sanksiyanın “gizli” tərəfləri (satirik, yumoristik yazı)


ABŞ ölkәmizә iqtisadi sanksiya tәtbiq etsә, nə olar, görəsən?! Bilməyənlər bilsin. ABŞ, Avstraliya, Kanada Böyük Britaniya krallığı tərəfindən idarə olunur. Prezidentlər sadəcə tamaşa və görünüş xətrinə təyin edilmişdir. Unutmayın ki, bizim neftimiz London Fond Birjasında satılır. Əlaqəni tutdunuzsa, afərin, deməli, bizim neftimizin qiymətdən düşməsi, ABŞ-dan çox İngiltərəyə də sərfəlidir. ABŞ sanskiya tətbiq etsə, Böyük Britaniya krallığı tərəfindən idarə olunan digər dövlətlər və böyük səkkizliyə daxil olan digər dövlətlər və eləcə də Avropa Birliyinə daxil olan bütün dövlətlər bu sanksiyanı dəstəkləyəcəklər. Nəzərə alsaq ki, bizim ixrac üzrə tərəfdaşlarımız arasında AB ölkələrinin sayı az deyildir, nəticəsini və təsirini düşünmək çətin olmaz. Sanksiya tətbiq … İkitərəfli və ya birtərəfli sanksiyanın “gizli” tərəfləri (satirik, yumoristik yazı) oxumağa davam et

Gəlir…


Kimә baxırsan olub yazar, jurnalist, iqtisadçı, burnu girmәyәn yerә başını soxur, tutmayın mәni, qaçmağım gәlir . Hәr mövzuda alim olub tәhlil edir, proqnoz verir, ekspert olub, kül başıma, yazığım gәlir. Nadanları, insanları tanıdıqca, gördükcә mәn, hayqırıram içimdә mәn, nә gündәyәm, yox olaram bir gün mәn dә, itməyim gəlir… Saxlamayın, düz anlayın, eybinizi görmürsünüz, tәrif, pullar, yaltaqlıq, gözünüzü kor elәyib, yazmağım gәlir… Sözün, pulun, insanların, bu hәyatın dәyәrini saldınız gözümdәn, utanıram, siz olan yerdә, deyim ki, onun kimi mәn dә yazar, jurnalistәm, maliyyәçi, tәlimçiyәm, bu gәnc yaşda ekspertəm… Axı mәn ilk növbәdә, bir insanam, әsl peşәm, öhdәliyim insanlıqdır. İnsan ola bilmәdimsә, … Gəlir… oxumağa davam et

Ailədə antiböhran tədbirləri


Foto: azpress.az Nəriman İsmayılov Şəxsi təcrübəmə əsaslanan məsləhətlərdir. Şəxsi büdcənizi tərtib edin, gəlir və xərclər bölməsində gəlirləri-cari və kənar və ya sabit, qeyri – sabit gəlirlərə, xərclər bölməsini isə zəruri və zəruri olmayan xərclər altbölməsinə bölün, xərcləriniz gəlirlərinizi üstələyərsə, qeyri-sabit gəlirlər altbölməsinə alternativ gəlir mənbələrini əlavə edin, zəruri olmayan xərclərinizi azaldın. Məsələn, bıstroff-Mac Donalds, KFC xərclərini azaldın, azaltdığınız xərc məbləğinin 20%-ni  bazarlıq xərclərinə əlavə edin. Qənaət edin. Kommunal xidmətlərdə qənaət edin, elektrik enerjisi çox istifadə edən məişət texnikasından istifadə etməyin, etməmək mümkün deyilsə, minimuma endirin, minimum həftədə bir dəfə paltaryuma, ütü işini görün, tv-yə baxmırsınızsa, söndürün, işıqlarınızı saat 17-00-dək istifadə … Ailədə antiböhran tədbirləri oxumağa davam et

İqtisadi təhlil və gözləntilərim


Neftimizin qiyməti dünya və ya xarici bazarda aşağı düşdükcə, neft şirkətləri zərəri örtmək üçün daxili bazara güc verəcək, yəni yanacağın qiyməti artacaq daxili bazarda. Yanacaq qalxdığı zaman nəqliyyat və kommunal ödənişlərin də haqqı artacaq… Hazır olun. Mərkəzi Bankın saytında məzənnə bölməsində əvvəl rastlaşmadığım bir məlumat var, qeyd edilib ki, 2006-cı ildə manat denaminasiya edilmişdir, bu bir ehyamdır, belə getsə, manat o qədər devalvasiya edəcək, dəyərdən düşəcək üzdükcə, inflyasiya və ölkədə manat qıtlığı üzündən manatın emissiya edilməsi amilləri cəmiyyətdə ajiotaj yaradacağından denominasiya edib manatı yenidən dəyərə mindirəcəklər… Hazır olun. Devalvasiya səbəb ölkədə olan pul qıtlığındandır həmçinin, manatları yığmaqla dövlət büdcədəki manat … İqtisadi təhlil və gözləntilərim oxumağa davam et

Qardaşımdan öyrəndiklərim


Qardaşım Fuad, adının mənası qəlbdir, həqiqətən də doğru seçilmiş addır, adınla böyümüsən… İndiki dövrdə mehriban bacı qardaş tapmaq çətindir, bizi isə valideynlərimiz elə tərbiyə etmişdir ki, dalaşsaq da, küssək də, mübahisə etsək də, həmişə doğma olduğumuzu unutmazdıq, aramızdan nə külək əsə bilərdi, nə də su axa bilərdi… Sən məndən yaşca böyük olduğundan nümunə idin mənim üçün, çox şeyi sən mənə öyrədirdin, çox şeyi səndən xəbərsiz özüm öyrənirdim… Həddən artıq geniş qəlbə, tolerant, demokratik baxışa malik olan bir qardaşsan… Çox sağ ol, buna görə… Genetik amilləri də nəzərə alsaq, səndən yaradıcı olmağı, yazmağı öyrəndim… Səndən kitab oxumağı, mütəliə etməyi, kitab almağı … Qardaşımdan öyrəndiklərim oxumağa davam et

Kənd təsərrüfatında sərmayə problemi…


Qeyri-neft sektorunun turizmdən sonra ən gəlirli və perspektivli sahəsi və iqtisadiyyatın inkişafı və büdcəyə gəlirlərin gəlməsi üçün potensial sahələrdən biri də kənd təsərrüfatıdır. Nəzərə alsaq ki, kənd təsərrüfatının bir çox sahələri yeyinti və tekstil sənayesi ilə sıx əlaqəlidir, onun inkişaf etməsi və etdirilməsi zəruridir. Əsas məsələ orasındadır ki, kənd təsərrüfatı qısamüddətli deyil, uzunmüddətli sərmayə tələb edir, özü də ki, ardıcıl olaraq, genişləndirilməsi və inkişaf etdirilməsi üçün səbrlə yanaşı, pul tələb edir. Kənd təsərrüfatı ilə fermer təsərrüfatı, bir az torpağı və işçi qüvvəsi olan kiçik sahibkarlar, fərdi sahibkarlar məşğul olur və məşğul olmağa maraqlıdır. Amma nəzərə alsaq ki, bizdə biznes inkubatorlar, … Kənd təsərrüfatında sərmayə problemi… oxumağa davam et

Sağlam olun…


Əziz oxucularım, bilirsiniz ki, mən obyektiv, tənqidçi, cəsarətli insan və yazaram, ağı ağ, qaranı qara görüb yazıram, reklam, yaltaqlığı da sevmirəm. Hər şey sağlamlıqdan başlayır, sağlam bədəndə sağlam ruh olar, sağlam olmasaq, tam xoşbəxt ola bilmərik… Mənim üçün mənim sağlamlığım çox önəmlidir, ölkəmizdə səhiyyəmizin səviyyəsini nəzərə alaraq, bir çox insanların xaricdə müayinə və müalicə olunduğunu danmaq olmaz… Gizlətmirəm, mən yerli həkimlərimizə canımı və səhhətimi, sağlamlığımı etibar etmirəm, onların yazdıqları və səhhətə ziyan olan dərmanları da almıram, qəbul etmirəm, yazdıqları reseptləri isə zibil qabına tullayıram, çünki çoxusu beynəlxalq farmaseptik şirkətlərlə və bir sıra bahalı apteklərlə əlbir olub, bahalı və müalicə etməyən, … Sağlam olun… oxumağa davam et

Kaş ki, heyvan olardım… (satirik, yumoristik)


Bəzən məyus oluram, insan olduğuma, insan kimi yaradıldığıma görə, adi və vəhşi təbiətdə heyvan olsaydım, daha yaxşı olardı… Çünki insanları yaxından tanıdıqca və insan olaraq əsl insanlığımızı itirdiyimizi anladıqca, heyvanları daha çox sevirəm, insan deyil, heyvan olmaq istəyirəm, kaş ki, təkamül prosesindən keçməyəydik, ali Homo Sapiens olmazdıq, aliləşdikcə, təbii xislət və köklərimizdən, təbiətdən uzaqlaşırıq… İnsanları söyəndə onları heyvan hesab edərək, heyvan bilib, it və s. kimi söyüşdə istifadə etməyək, bu heyvanlar üçün təhqirdir, insanlar üçün isə layiq olmadıqları tərif… Heyvan olaydım kaş, insanlardan uzaq və insan ayağı dəyməyən bir yerdə yaşayardım kaş… İt olaydım kaş, onun kimi sadiq, cəsur, qorxmaz, … Kaş ki, heyvan olardım… (satirik, yumoristik) oxumağa davam et

Çağrılmamış qonaqlar və qonaqlıq (satirik, yumoristik yazı)


Valideynlərim, keçmiş ərimin özü və ailəsi çox qonaqpərvər insanlardır, mənsə yox… Uşaq vaxtından gözümüzü açandan evimizdə həmişə qonaq olub, ata evimiz ikiotaqlı həyət evi idi, qonaq gələn günü biz arxa otağa keçərdik, sakitcə oturardıq, anamız konservativ insan olduğundan, sözə qulaq asmadığımız zaman döyüldüyümüzdən canımızın canı çıxsa da, qonaq evdə olanadək səsimiz çıxmazdı, qonaq elə bilərdi ki, biz evdə yoxuq… Qızımı döyməsəm də, öyrətmişdim ki, qonaq gedəsi və ya gələsi olsa, sakit otur, sonra nə istəyirsən et… Bəxtim gətirib ki, qızım çox sakit uşaqdır, sözümə qulaq asandır… Yazıq uşaq harasa gedəndə elə sakit oturardı ki, qoyduğun yerdən tərpənməzdi, oynamaq üçün də … Çağrılmamış qonaqlar və qonaqlıq (satirik, yumoristik yazı) oxumağa davam et

Mən axı kiməm… 18+


Əslində, mən kiməm axı… Mən uşaq vaxtından fərqli düşünən, yaradıcılığa, sevgiyə, təbiətə, fəlsəfəyə vurğun olan bir insanam… Mən dəliyəm, ağlı oxuduqca, yazdıqca “qıcqıranlardanam”, dəli olduğumu gizlətmirəm, dəli olduqca, dəli edirəm hər kəsi… Mən qan azlığı və allergiyanın nə olduğunu uşaq vaxtından bilən insanam… Qanım az olduğundan qanımı artıran hər nə varsa, yemişəm, içmişəm, peşiman deyiləm… Allergik olduğum üçün çox yeməkdən məhrum olmuşam, həssas orqanizmim məhdudiyyətlər qoyurdu mənə… Mən uşaq vaxtından şıltaqlığı içində yatan, odunu gizlədən, sakit bir insanam… Mən kişiləri qanımı artıracaq qırmızı şəraba bənzədirəm, içirəm qanlarını, bitir, mənə isə təsir etmir, itirmirəm açarımı, ağlımı… Mən kişiləri qəlyana bənzədirəm, beynin … Mən axı kiməm… 18+ oxumağa davam et

Sən məni sevmirsən…


Sən məni sevmirsən, əsla! Sən bilirsən sevgi nədir?!Əslində, insan necə sevməlidir?! Bilmirsən! Mənsə yazım, sən bil, necə sevmək lazımdır, sevgi nədir, mən sevəndə necə sevirəm?! Mən sevəndə kimisə necə sevirəm! Sevgi, sanki Vivaldinin “İLİN FƏSİLLƏRİ”dir,  hər fəsli fərqli notlar, musiqidir, amma yaşanılan, sevilən, doğmadır… İnsan özünü görür hər fəslində sevginin, insan sevərkən qəlbi də, ağlı da, iç təbiəti də hər fəsli yaşayır, sevginin başlanğıcında bahar, zirvə nöqtəsində, kuliminasiyasında yay, biganəlik və soyuqluq mərhələsində payız, sevginin öldüyü zaman isə qış fəsli… Sevgi, sanki peşəkar pianoçu və skripkaçı, gitara çalandır, musiqi və notu bilə-bilə, dəfələrlə bu musiqini ifa edə-edə yalnış və saxta … Sən məni sevmirsən… oxumağa davam et