2015-2016


2015- ci il nə qaldı səndən yadigar, nə verdin mənə, nə aldın məndən?! Səndən yadigar çox xatirələrim var, üzüntülərim də oldu, sevincim də, göz yaşlarım da oldu, gülüşüm də, çətin və rahat günlərim də oldu… Danmıram, gizlətmirəm, peşiman deyiləm ki, bu həyatda varm, gözəl insanlarla tanış oldum, dostlaşdım, hər şeydə bir xeyir vardır, pozitivəm həmişə… Yeni layihələr, yeni ideya və işlər oldu… Əziz dostlarım yenidən girdi həyatıma sevindirdi məni… Söz-söhbət, paxıllıq, intriqasız da ötmədi bu il, söyən də oldu, təhqir edən də… Nə olursa olsun,  hər şeyə görə sevincliyəm, şadam, əsas sağlam olum, əzizlərim sağlam olsun… Gözüm açıldı, insanları tanıdım, … 2015-2016 oxumağa davam et

Sevgili, məşuqə olmağın qızıl qaydaları (satirik, yumoristik)


Evli kişilərdən uzaq olun. Evli kişilər çətin ki, boşanar, sizə çox vaxt ayıra bilməz. Ailəsi öndə olar. Siz hər zaman ikinci və ikinci planda olacaqsınız. Sizi atıb, yeni məşuqə tapa bilər. Siz əvəzedilməz deyilsiniz. Subay kişi yaşca sizdən kiçikdirsə və ya çox böyükdürsə, yaxın buraxmayın. Subay yaşda sizdən kiçik olan kişi, sadəcə təcrübənizə və bəzi seksual fantaziya, biliklərinizə və yüngül yataq və ehtirasa görə yanınızda olacq, bir gecəlik ola bilərsiniz… Onlardan ciddi münasibət və davamlı hiss və sevgi gözləməyin. Evlənəcək və evləndiyi insan siz olmayacaqsınız… Subay yaşca sizinlə yaşıd oğlanlar gec-tez evlənəcəklər, özü də ki, başqa biriylə, sevəcəyi bir xanımla … Sevgili, məşuqə olmağın qızıl qaydaları (satirik, yumoristik) oxumağa davam et

Arzuya bax sevgilim… (satirik, yumoristik yazı)


Oğlan: – Allah, nə olar, bu yeni ildə qarşıma bir “g…lü, başlı” qız çıxart, sevib evlənim… Allah: – Oğlum, xəyal plox yemə, g…lü qızın “başı” olmur…   Qız: -Allah, elə et ki, bu yeni ildə mənim önümə elə oğlan çıxart ki, onun evlənməmişdən öncə artıq “novostroykada” 3 otaqlı mənzili, maşını olsun, ona ərə gedim … Allah:- Qızım, de ki, ona evlənməmiş ipoteka, avtomobil krediti yükləyim də… Bu işə mən baxmıram, krediti sağa-sola paylayan banka yaxınlaş, müştərilərdən birini yönləndirsin sənə…   Qız: İstərdim,sevdiyim  ərim şair, ya da yazıçı olsun, məni hər gün gözəl sözlərlə vəsf eləsin… Allah: Boş sözlərlə qarın doymaz, … Arzuya bax sevgilim… (satirik, yumoristik yazı) oxumağa davam et

Şair, Afət və Şaxta Baba…


Yumoristik yazım: Şair bu yerdә yaxşı deyib, Bazar və marketlərdə  yumurtanın 2,50-3 manat (ədədi 25-30 qəpik arası)  olması onların qeyri-adi kənd toyuq vә xoruzdan olmasındandır. Yaxşı ki, toyuq və xoruzlarımız qızıldan deyil, onun qızıl yumurtasını o zaman neçəyə satardıq?!)) Afәt:-Şair,vәsf elә mәni… Şair:- Get, Afət, AzTV vәsf etsin sәni, vəsf etmək AzTVnin əsas işidir)))   -Şair, niyə bu gündəsən? -Bankdan gəlirəm, kredit borcumuzu bağlayırdım…   -Şair, gəl bayramı bağ evində keçirdək, kabab da çəkərdik, -Eh, Afət, yenə o bağ olaydı, yenə çəkərdim kabab, bir neçə tikəni atardım tulaya…   -Şair, Afәt hardadı bәs, dәymir gözümә? -Afәt yığıb hәr şeyini köçüb … Şair, Afət və Şaxta Baba… oxumağa davam et

Qeyri-rəsmi müsahibə-“7-dən 17-yə” Xəyalə Manaflı


Bu günkü qeyri-rəsmi müsahibim səmimi, təbii, gülərüz, mehriban, anlayışlı, üzüyola, təmiz qəlbli və xoşniyyətli, maraqlı və fərqli səs və ifa tərzi olan və mübahisələrdən qaçan dostumuz, yaradıcı və istedadlı insan Xəyalə Manaflıdır. Sizin üçün Xəyalə Manaflı kimdir?        – Həddindən çox sadə və buna görə özü ilə illərdi mübarizədə uduzan ,    çox səbrli və soyuqqanlı görünən, Təranə xanımla Mübariz bəyin 1985 ci il mart ayının 19-da dünyaya gətirdiyi ilk övladı… 2. Xəyalə adının mənası “Gerçəkdən uzaq, romantik, təsəvvürdə canlanma” deməkdir, bu sözləri özünüzə aid edirsinizmi? – Tamamilə… Bir az da əlavə edərdim .Xəyalpərəst, və arzularının bir gün … Qeyri-rəsmi müsahibə-“7-dən 17-yə” Xəyalə Manaflı oxumağa davam et

Mən səni necə sevirəm?!


Yazı yumoristik, satirikdir, gülmək üçün yazılmışdır, kimsə ciddi qəbul etməsin və inciməsin… Bəzən mənə sahibim deyirsən, demə, çünki sən nə cinsən ki, sənə üç arzumu deyim, gerçək edəsən, sonra geri evinə dönəsən, nə qızıl balıqsan, bəxtimə çıxasan və səndən də daha üç arzumu gerçək etməyini istəyim, feodal və quldarlıq dövrü də deyil ki, qulum olasan, olum sahibin… Sən mənim muzamsan, ilham pərimsən, deyirsən mənə, ancaq onlar da hər zaman olmaz yaradıcı insanların yanında… Onlar da keyfləri olanda, istədikləri zaman gələrlər, sonra tərk edərlər… Onları tutub saxlamaq olmur, axı… Sən məni öncə pul kimi sevdin, öncə milli valyutan oldum, bu il … Mən səni necə sevirəm?! oxumağa davam et

Səni istəyirəm… 21+


Bu yazıda cəmiyyətimizdə diri-diri basdırdığımız ayrılmış, boşanmış, dul qalmış, tənha və gənc xanımlarımızın həsrətində olduğu bəzi hisslərdən, istəklərdən bəhs edilir… Bilirsən, səni çox istəyirəm, həm fiziki cəhətdən, həm xətrini, həm mənəvi zəngin dünyası olan, xaraktercə necə varsansa, elə bir əsl insan kimi… Evə işdən qaçaraq gəlmək, səndən tez içəri girib, evə işdən qayıtmağını gözləmək, səni gülərək və bərk qucaqlayaraq, öpərək qarşılamağın və ya işdən məni işin önündə gözləməyini, işdən götürüb birlikdə gəzməyimizin həsrətindəyəm… Doyunca hər mövzuda danışaq, arada mübahisə edək, zarafatlaşaq, bəzi zarafatlarına görə səndən bilərəkdən inciməyimin, incidiyimi bilən zaman könlümü almağının həsrətindəyəm… İsti duş qəbul etməyi çox sevirəm, saatlarla … Səni istəyirəm… 21+ oxumağa davam et

Qeyri-rəsmi müsahibim-mem ustası, yazar Rash Neo


Sizin üçün Rash Neo kimdir? – Aktiv Facebook istifadəçisi. Rəşad adının mənası “düşüncəli, ağılla hərəkət edən,dərrakəli, düzgün davranan, doğru yolda olan, haqq tərəfdarı olan” deməkdir, bu sözləri özünüzə aid edirsinizmi? – Məncə, nə isə var.(gülür) Sizin üçün uğur düsturunun elementləri nədir? – Özünə inam, fəaliyyət sərbəstliyi, müəyyən qədər də şərait. “Qızıl ortaqlıq, hər şey və ya heç nə” prinsiplərindən hansını seçirsiniz? – Qızıl ortalıq. Sizcə təsadüflər zəruriyyətdən doğurmu? – Təsadüflərə inanmıram.Hər bir şey qanunauyğundur. Həyat bir məktəbdir, bu məktəb sizə hansı dərsləri keçib? – İstənilən vəziyyətdə özünü əldə saxlamağı. “Hər şərdə bir xeyir var” fikri ilə razısınızmı? – Razı deyiləm.Şərdə … Qeyri-rəsmi müsahibim-mem ustası, yazar Rash Neo oxumağa davam et

Qeyri-rəsmi müsahibim- pedaqoq, köşə yazarı, jurnalist Aysel Abdullazadə


Qeyri-rəsmi müsahibim layihəsinin bu günkü qonağı, yazar, pedaqoq, sayt rəhbəri və sadəcə gözəl qəlbli, səmimi, təbii, fədakar insan, dost, maraqlı həmsöhbət və fərqli, aktual mövzulara toxunan  köşə yazarı olan Aysel xanımdır. Sizin üçün Aysel Abdullazadə kimdir? – Öz dünyası olan və o dünyada “təkliyi” ilə yaşayan bir insan… Aysel adının mənası “Ay işığının seli, ay kimi parlaq, gözəl” deməkdir, bu sözləri özünüzə aid edirsinizmi? – Bəli, tam mənə uyğun olduğunu düşünürəm. Təsadüf deyil ki, Ayı da çox sevirəm, gecələr saatlarla pəncərə önündə oturub izlədiyim olur. Sizin üçün uğur düsturunun elementləri nədir? – Kitab dostluğu və risk. Kitablar dostunuzdursa və risk … Qeyri-rəsmi müsahibim- pedaqoq, köşə yazarı, jurnalist Aysel Abdullazadə oxumağa davam et

Satın getsin… (yumoristik, satirik, tənqidi yazı)


Təklif edirəm, suyumuzu (dağ başındakı qarı əritməklə, Xəzəri təmizləməklə), alternativ enerji mənbələrimizi sataq, külək var, günəş var, dağlarımızı yol çəkmək adı altında yaraq, görək, nə tapıb, satırıq xaricə?!Neftdən əlinizi üzün artıq! P.S. Əvvəl acından günorta oyanırdıqsa, indi ya axşam şam yeməyinə oyanarıq, ya da ayağımızı uzadıb, ölərik, fatihəsiz, molla da xidmət haqqını qaldırmış olacaq))) Yeni ildən tarif şurası kommunal xidmətlərin haqqını qaldıracaq, bu rəsmən əhalinin sayının azaldılması üzrə islahatların uğurla aparılması deməkdir…50% inflyasiya, 50% işsizlik, məhsul qıtlığı və spekulyasiyalar… Hazırlaşın)))2020-ci ilədək il ildən ağır gələcək)))   Satın getsin… (yumoristik, satirik, tənqidi yazı) oxumağa davam et

Manatı ağlar ikən…


Başın sağ olsun Manat, Yasın tutulsun Manat… Ay neft belin qırılsın, Qırıldı belin Manat… Ağı deyirəm sənə,  Mərsiyəm bitməz sənə  Nə yaşın vardı sənin? Ölüm yaraşmır sənə! Kaş bu neft olmayaydı, Satışda olmayaydı… Sən bitirdin büdcəni, Sənsiz kəsir olmazdı… Belin büküldü, xalqım, Qiymətlər birdən qalxdı, Köhnə ilin ayağı, Oldu bizdən də ağır… Yeni ilin sevinci Haramıza yaraşıb?! Manat çox ucuzlaşıb, İşsizlik həddi artıb! Manat neylədik sənə, Xarakiri elədin? Manat bizdən küsmüsən?! Bəlkə geri dönəsən? Özünü at dənizə, Görək üzə bilirsən? Üzə bilməsən əgər, Səni boğacaq “dəniz”… Gəl çıx, qara bazara, Alıb-satsın oğrular, Olan millətə olsun, Varlı yenə varlansın… Manatı ağlar ikən… oxumağa davam et

Allaha yazdığım məktub…


Allah, sənə yazıram məktubu, əslində yazmaya bilərəm, sən onsuz da hər şey bilirsən, fikirləri oxuyursan… Əslində, bu məktubu göndərməyəcəyəm, nə ünvanını bilən var, nə də ki, etiraz etmirəm, mən yazdıqca, sənin oxumağına… Allah, o qədər deyiləsi söz, veriləsi sualım var ki, məndən öncə və yaxşı bilirsən demək istədiklərimi, vermək istədiyim sualları… 5 günə yaratdığın dünyanı indi niyə 7 günlük etmisən?! Sən məni niyə çox sevirsən axı?!  Niyə səndən incidiyim vaxt, üz döndərdiyim vaxt, dinə nifrət etdiyim halda, insanlardan uzaqlaşdığım halda, məni tək qoymadın, darda qoymadın, eşitdin özüm üçün istədiklərimi, susaraq dilə gətirmədiklərimdən xəbərdar olub, məni bağışlamağını, şans verməyini, hələ də … Allaha yazdığım məktub… oxumağa davam et

Cərimələyin getsin…. (çərləyin, mələyin getsin…)


Yazı yumoristik, satirik, tənqididir, inciməyin və ciddi qəbul etməyin… Yeni cərimə mənbələri-obyektlərini təklif edirəm. Ümidvaram və inanıram ki, dövlət büdcəsi üçün bu cərimələr yeni qeyri-neft sektorundan daxilolma hesab ediləcək… Yeni vergitutma obyektlərini təklif edirəm… Cərimələyin getsin, Vergiləri yükləyin, getsin… Azərbaycan Respublikasının yeganə mənbəyi-Azərbaycan xalqıdır… Nəzərə alsaq ki, bizim insanların əlindən telefon, planşet, qulaqlarından qulaqcıq düşmür, təklif edirəm ki, ictimai yerdə əlində telefon, planşet kim görünsə, onu cərimələsinlər, həmin məhsulun 25% məbləğində cərimə tətbiq edilsin, qulağında qulaqcıq olan şəxslər aşkarlanan zaman 50-100 manat arasında cərimələnsin… İctimai yerlərdə olan skamyalar ödənişli olsun, yanına aparat qoyulsun, parkinq kimi, hər oturan adam 10 dəqiqə … Cərimələyin getsin…. (çərləyin, mələyin getsin…) oxumağa davam et

– Molla әmi, sәn bilәrsәn… Müəllif Rash Neo


              Rəşad bizim ən yaxın dostumuz və çox maraqlı, yaradıcı, yumor hissi olan dostumuzdur. Onun yazısı ilə tanış edirəm oxucularımı, çünki mən onun yaradıcılığı ilə tanışam və çox bəyənirəm, dəstəkləyirəm… (Günel Fərhadqızıdan) – Molla әmi, sәn bilәrsәn, kofe həlaldır, yoxsa hәram? – Bismillah-ir-rahman-ir-rahim.Əlbәttә ki, hәramdır.Oğlum, zəhmət olmasa, ordan xanıma de, mənim fincanımda bir dənə espresso hazırlasın – Molla әmi, sәn bilәrsәn, masaj həlaldır, yoxsa hәram? – Bismillah-ir-rahman-ir-rahim.Oğlum, әlbәttә ki, hәramdır.Bir az, bir az aşağı…oxaaay…bax elə… – Molla әmi, sәn bilәrsәn, Topazda şot yazmaq hәlaldır yoxsa hәram? – Bismillah-ir-rahman-ir-rahim.Oğlum, әlbәttә ki, hәramdır.Oğlum, sәncә Real-Barsa bolşe gәlәr? … – Molla әmi, sәn bilәrsәn… Müəllif Rash Neo oxumağa davam et

Gözləmə, əsla…


“Salam”dan sonra sənə nə deyim, “Gözləmə”, ən son sözüm olsun “Əlvida!” Səninlə xatirəm azdır, bilirsən, birgə şəklimiz belə olmadı ki, baxım silim onları noutbukumun, planşetimin, telefonumun yaddaşından ayrıldığımızı anladığım zaman… Hədiyyən də yoxdur ki, atım onu zibil qabına hirsləndiyim zaman…  Tək bir xahişim var: Gözləmə! Sənə hər davamızdan, anlaşılmazlıqdan, mənə olan haqsız davranışından sonra zəng edəcəyimi gözləmə, əsla! Heç nə olmamış kimi hər şeyi unudub birinci ismarıc yazacağımı da gözləmə məndən! Sən zəng etdiyində, dəfələrlə nömrəmi yığanda, zənginə cavab verəcəyimi gözləmə…   Yazdığın ardıcıl və çoxsaylı ismarıclarına da cavab yazacağımı gözləmə… Susqunluğumu və incikliyimi anladığın zaman qapımı döydüyün zaman qapının … Gözləmə, əsla… oxumağa davam et

Sakın…


Sakın, “Seni seviyorum”, “Affet beni” söyleme bana… Sakın, özür dileme, affettim zaten, unuttum seni… Sakın, benden bir şans daha dileme, sana çok şanslar verdim, olmadı… Sakın, geri dönmemi isteme benden, ben dünümle yaşamıyorum, ben senle olan dünlerimi hatira olarak, sakladım hafızamda, seni artık sevmiyorum, anlasana… Senle yaşanılan hoş ve acı günlerim geçmişte kaldı… Yeni hayata başladım, hayatım devam ediyor, orada sen yoksun, tamam mı?   Sen çocuğumun babası, eski eşimsin, bir zaman delicesine aşik olduğum birisin… Geçmiş geçmişte kaldı… Bu gün ve yarınımız var hayatımızda… Kızmıyorum sana, kendime de… İkimizin de yanlış ve doğruları oldu, mukaddes degiliz, aslında, “senden daha iyiyim” bile … Sakın… oxumağa davam et

Bir gün…


Bir gün məni darda qoy ki, sınmayım, Bir gün məni ağlar qoy ki, ağlayım, Bir gün məni, oda at ki, tez yanım, Bir gün məni, sənsiz qoyma həyatım… Bir gün məni adsız qoy ki, soylanım, Bir gün məni pulsuz qoy ki, varlanım, Bir gün məni mənsiz qoy ki, dayanım, Bir gün məni xəstəliklə buraxma… Bir gün məni qoy səbrsiz, ağrıyım, Bir gün məni qoy canlısız, canlanım, Bir gün məni qoy səbəbsiz, axtarım, Bir gün məni sevginlə tək buraxma…   Bir gün məni qoy nəfəssiz yaşayım, Bir gün məni suya at ki, paklanım, Bir gün məni günahsız qoy, ruhlanım, Bir gün … Bir gün… oxumağa davam et

Təbiətin vurduğu zərbə…


(şəkil apa.az saytına məxsusdur) Bir vaxtlar dənizi çox sevərdim, rahatlıq verərdi mənə… Təbiəti də çox sevərdim… İndi isə… Dənizə baxanda ürəyim ağrıyır, göz yaşlarımı saxlaya bilmirəm, necə çıxım dənizkənarı parka gəzintiyə, hansı üzlə?! Təbiət bizə zərbə vurdu sanki… Neft və qaz kimi təbii sərvətlərimiz bizə itkilər verdi… İnsan itkisi, ətraf mühitə dəymiş zərər, büdcəmiz… Təbiətin küləyi, dənizi məhv etdi vətəndaşlarımızı… Çətin və təhlükəli şəraitdə işləyən və evinə çörək aparan, kredit ödəyən insanlarımızı… Kimisə çox cavan idi evlənməmişdi, kimisə övladına toy edəcəkdir, kimisə evdə yolunu gözləyən övladını evinə dönməyi ilə sevindirəcəkdir… Dəniz uddu onları… Torpağa basdırmalıydıq sizi, tapa bilsək, ruhunuz rahatlıq … Təbiətin vurduğu zərbə… oxumağa davam et

Yeri var … 18+ (davamı)


Səndən yazdım, səni düşünərək yazdım, səni düşünməyin, səndən yazmağın öz yeri var… Sənin yanında olmağın, sənə vaxt, diqqətini ayırmağın, səndən nigaran qalmağın, öz yeri var… Sənin zarafatlarına gülməyin, sənlə zarafat etməyin öz yeri var… Yorğun olduğunda massaj etməyin, sənə qulluq etməyin də öz yeri var… İşdən yorğun çıxanda səninlə gəzib, dərdləşib, paylaşıb, qınanılmamağın, qısqanılmamağın öz yeri var… Yorğun olduğum zaman səni bərk qucaqlayıb, əllərinin arasında yuxuya getməyin də, öz yeri vardır… Səninlə sevincimi paylaşıb, ürəkdən gülməyin, təbii, səmimi, qeyri-rəsmi münasibətimizin, ünsiyyətimizin bizə verdiyi pozitiv enerjinin də, öz yeri var… Hər səni görəndə, hər sənlə görüşdən həzz almağın, sevinməyin, varlığınla öyünməyin … Yeri var … 18+ (davamı) oxumağa davam et

Yeri var… 18+


Arzular gerçəkləşir, bilirsən?! Bilməmiş olmazsan! Axtaran da tapır… Təsadüflər də zəruriyyətdən doğur… Səni əslində heç axtarmırdım, təsadüfən tanış olduq, heç dost deyildik, əslində, ancaq “salam, sağ ol”umuz var idi səninlə… Amma ən yad insan belə elə bir an olur ki, doğmalaşır insana… Yadlar doğma olur, sonra isə yadlaşır yenə də… Bilirsən, həyatımızda nə baş verirsə, nə baş vermirsə, yeri var, deməli belə olmalıymış, amma insanın özündən çox asılıdır onun həyatı… İnsan özü seçir, özü qərar verir, özü yaşayır öz həyatında… Bilirsən, belə doğma olacağımızı gözləmirdim, amma təəccüblənmədim də… Çünki özümü yaxşı tanıyıram… Məni bir günə tanımaq olur, mənə bir gündə bağlanmaq … Yeri var… 18+ oxumağa davam et

Oradan-buradan


  Zəhləm gedir, virtual dərəbəylikdən… Zəhləm gedir, qondarma insanlardan… Zəhləm gedir, məni sevdiyini deyən kişilərdən… Zəhləm gedir, məni avam bilənlərdən… Zəhləm gedir, qadına seks obyekti kimi yanaşanlardan…   Nə istəyirsən, nə lazımdır sənə? -Heç nə! Bəlkə bir az səbr, bir az inam, bir az ümid, bir az da sevinc və xoşbəxtlik, bir də ki, azadlıq… Bunlardan bir az sevgidə var, sənə sevgi lazımdır, sevgi istə… Nə?! Sevgi?! Sevgidən nifrətə bir addım yol var! Olmaz, sevgidən və sevilməkdən zəhləm gedir…   Kişilər də var ki, mən onları kişi saymıram, onlar elə bilirlər ki, sevgili və ya həyat yoldaşlarını atıb gedəndən, boşanandan … Oradan-buradan oxumağa davam et

Yerin görsənir Ana… (övladlarımızın dili ilə)


Ayrılmış, bir valideynindən ayrı yaşayan övladın fəryadına, övladımızın arada qalmasına həsr edirəm… Ana, bir ildən çoxdur ki, yanımda deyilsən, səninlə bir aydan artıq bir dəfə ayrı qalmışdım axı… İndi bir ildən çoxdur ki, sənsizəm Ana! Bir gün belə ayrı qala bilmirdim sənsiz… İndi necə qalıram sənsiz, bilirsən, Ana?! Necə qıydınız mənə… Siz atamla ayrıldınız… Öncə atam ayrıldı bizdən, atasız qaldım bir ilə yaxın… Hər gördüyüm uşağın atasına doğru qaçırdım, məni də qucaqlasın öz balası kimi deyə… İstəyirdim, atam yanımda olsun, sən də yanımda olasan Ana! Siz mələklərimsiniz, mələklər insanın yanında olmalı deyildir məgər?! Ana, sənsiz yuxuya gedə bilmirəm, atamı da … Yerin görsənir Ana… (övladlarımızın dili ilə) oxumağa davam et