Çox darıxıram


Övladını fiziki və ya mənəvi baxımdan itirən analara, itirilmiş övladlara həsr edirəm… Bilirsən, səni çox sevirdim, sevirəm, sevəcəyəm… Sənin üçün çox darıxdım, darıxıram, darıxacağam… Nə qədər pozitiv insan olsam da, üzüm gülsə də, gözlərim kədərlidir, qəlbimdə sevinc yoxdur deyə… Bilən bilir dərdimi, həsrətimi, bilməyən isə çətin bilər, anlayar… İtirən insan bilər itirdiyinin acısını, kədərini, dərdi, həsrəti… İtirməyən sadəcə kənardan baxar və qınayar, müzakirə edər… Yol ilə gedirəm, hər dəfə yolda uşaq görəndə, sən gəlirsən gözlərimin önünə… Əl-ələ tutub, gəzməyimizi yadıma salıram o an… Hər dəfə anasının əlindən tutan uşaq görəndə, əlimdən tutmağını xatırlayıram… Gəzinti zamanı, bağçaya gedərkən əlimdən tuturdun axı… Hər … Çox darıxıram oxumağa davam et

Biz “Qarabağ”FK-nın Mələkləriyik – “Ladies of Qarabagh”


 Vətəni, Qarabağımızı, onun adını daşıyan futbol komandamızı sevən xanımlardan biri kimi qeyd etmək istəyirəm ki,  futbola, idmana sevgim məhz Qarabağ FK-dan başlamışdır.  Bu günkü müsahibim “Ladies of Garabagh” fan klubunun təsisçisilərindən biri  və klubun direktoru , mediadakı dostumuz Vasif Acalovdur. Onunla tanışlığım təsadüfi olmuşdur. Mediada adını çəkməyəcəyim bir yaxın dostum mənim Qarabağ FK və onun bütün oyunlarına olan maraq və sevgimdən, bütün oyunlarında iştirak etmək istəyimdən xəbər tutdu və bildirdi ki, oyunlara tək getməyə ehtiyac yoxdur, çünki Ladies of Garabagh adlı Azərbaycanda və Qafqazda ilk xanım  fan klubu vardır və ora üzv olmağı, oradakı insanlarla tanış olub, dostlaşmağı tövsiyyə etdi … Biz “Qarabağ”FK-nın Mələkləriyik – “Ladies of Qarabagh” oxumağa davam et

Qəmişlogiya: Di, indi qəmişinizi çəkin…


Yazı satirik, yumoristikdir, gülmək üçün yazılmışdır, mövzu aktualdır, realdır, lakin əsəbləşməyin, hirslənməyin… Gülüş hər kəsə yaraşır və ömrü uzadır… İnsandan əl çəkməyən, onu daim narahat edən, həyasız, üzsüz, “xoşniyyətli” və hər şeyi bilmək istəyən insana qəmiş deyilir… Qəmiş insanları mədəni şəkildə yola salmaq istəyəndə, o, qəmiş insan şüvən insana çevrilir… Qəmiş sözünün kökü qamışdan gəlir, qamış otunun xüsusiyyətləri insana keçdiyindən, qamış otundan keçən xəstəliklə yoluxmuş insana qəmiş deyirlər… Qəmişləri öyrənən elmə qəmişlogiya deyilir… Qəmiş insanları öyrənməmiş, müşahidə etməmiş, təhlil etməmiş, onların kimliyini, niyyətlərini bilmək və onlarla mübarizə aparmaq çətin olur… Qəmiş insanlar bezdirici, darıxdırıcı, yorucu, inad, qırsaqqız , zəhlətökən təbiətə … Qəmişlogiya: Di, indi qəmişinizi çəkin… oxumağa davam et

Özümdən narazıyam, günahkaram…(Bəxtiyar Vahabzadəyə nəzirə)


İnsanların min üzü var, fərqlənirlər rənglər kimi, Təbiət də min rəngdədir, canlısı da, cansızı rənglər kimi, Fərqlənirlər, özəldirlər, oxşamazlar bir-birinə… Mənim davam özümlədir, narazıyam mən özümdən… Bəyənmirəm mən özümü, acı dilli, sərt baxışlı bir insanam! Bəyənmirəm mən özümü, sevməsinlər deyə məni, İnsanlardan, təbiətdən, canlılardan gündən-günə soyuyuram… Mən özümdən narazıyam, həyatımı bəyənmirəm, Mən özümü bəyənmirəm, günahkaram hər səhvimdə… Arzularım, istəklərim, həyat tərzim, məqsədlərim Qane etmir daha məni, onlardan da narazıyam… Susmağımdan, yazmağımdan, yaşamaqdan narazıyam… Uğurlarım, zirvələrim, sevinclərim yetmir mənə, Daha da çox istəyirəm, ətaləti bəyənmirəm, sükunətdən narazıyam… Geniş qəlbim, həssas qəlbim, kövrək ruhum, narazıyam mən sizdən də… Nəyə gərək olsun ağıl, məntiq, vicdan, … Özümdən narazıyam, günahkaram…(Bəxtiyar Vahabzadəyə nəzirə) oxumağa davam et

Şüvənəlogiya II hissə (satirik, yumoristik yazı)


Şüvən yazarlar- intriqada olan, birinin yazısı digərini qane etməyən, dava və atmacalı sözlərlə gündəmə gələn, özünü qara pr ilə reklam etdirən, yazarlığın qiymətini, sözün dəyərini ucuz tutan şüvənlərdir ki, onların yaradıcılıqları da, bir qara qəpiyə dəymir, belə yazarsınız, yaradıcı insansınızsa, gedin öz yaradıcılığınızla məşğul olun, kim nə yazır, necə yazır, niyə yazır, yaşayır, Sizə nə dəxli var? Guya belə mükəmməlsiniz?! Tənqid etmək olar, amma şəxsiyyətə keçmək, təhqir etmək, söymək Sizin olmayan səviyyənizi, dar düşüncə tərzinizi göstərir. Elə yazarlarımız da var ki, şöhrət naminə nəsə hökmən yazmalıdır… Bəlkə də, öz fikirləri deyil, bəlkə də öz sözləri deyil, amma “hamı yazır, məşhur olur, … Şüvənəlogiya II hissə (satirik, yumoristik yazı) oxumağa davam et

Maliyyə üçbucağı


Maliyyə üçbucağı – istənilən yol və qaydalarla, mexanizmlərlə daha çox nağd və nağdsız pul maliyyə vəsaiti əldə etmək, onu gizlətmək, vergidən yayınmaqdır, vergidən yayındıqca, onu elə artırmaqdır. gəlirlər az olsun, xərclər çox, mənfəətə çıxmaq mümkün olmasın… Bu üçbucaqda üç tərəf var: Rezident fiziki və hüquqi şəxs; Dövlət və onun büdcəsi; Qeyri-rezident fiziki və hüquqi şəxs, offshore, shell şirkətlər; Üçbucağın obyekti nağd və nağdsız pul, maliyyə vasitələridir, qanunvericilikdir, subyektləri istənilən vətəndaş, hüquqi və fiziki şəxs, sahibkardır, Maliyyə üçbucağı oxumağa davam et

Səhərdən axşamadək…


  Səhər tezdən baxıram simanıza ey insanlar, Yağır çoxunuzun üzündən böyük zəhrimar… Ciddi, narazı mimika, izləmələr, sərt baxışlar… Səhərdən axşamadək girmisiniz artıq rola… Tanış, dostu görəndə belə gülmür üzünüz… Elə bil ki, dəli sanacaq sizi başqa insanlar… Bir xoş söz, xoş baxış, təbəssümə qalıb həsrət, Ailəniz, dostlar, həmkarlar, bir də uşaqlar… Sanki düşəcək xəncərinizdən yekə bir daş Ya da ki, başınıza özünüz boyda düşəcək daş, Olsanız, bir az səmimi, mehriban, gülərüz Düşəcək el içində sanki xəyali nüfuzunuz, Sizi sevəcək kimsə daha az, sevmişsə əgər bir zaman! Mübahisə, davalar üçün sanki çıxmısınız küçəyə İtlərdən fərqiniz yoxdur sizin, mənimçün əsla… Almısınız it sifəti, hazırsınız it … Səhərdən axşamadək… oxumağa davam et

Bizdən adam olmayacaq…


Uşaqlar bizim gələcəyimizdir… Tərbiyə, biliklərin, əxlaqın, mənəvi dəyərlərin əsasları uşaq doğulmamışdan öncə və doğulandan ölənədək qoyulur, gen özünü göstərir, ailə tərbiyəsi təsir edir, ətraf mühit, ətrafındakı insanlar, dost-tanış, ictimaiyyətin rəyi çox böyük təsir göstərir insanın fərdiləşməsi prosesinə… Valideynlərin önəmi böyükdür, valideynləri seçmək imkanımız çox zaman bizə verilmir… Bəzən elə valideynlər verilir ki, uşaqlara onları qınamaq olmur, o uşaqlar, ya elə pis insan olurlar ki, qınaya bilmirsən, çünki vaxtında, uşaq olarkən lazımı olanları almamışlar valideynlərindən, ya da ki, elə yaxşı insanlar olurlar ki, valideynlərinin təsirinin olmaması sevindirir adamı… Elə də olur ki, valideynsiz qalır uşaqlar, kimsəsiz, doğulduğu gündən həyatda həyata atılmış … Bizdən adam olmayacaq… oxumağa davam et

İnsanlar var ki…


İnsanlar var ki, pislədiyimiz heyvan kimidir, heyvan ondan yaxşıdır… Heyvanın adı çıxmışdır… İnsanlar var ki, zombidir, qan içir, özü var, zahirən, rəngsiz, ruhsuz, insanlıq yoxdur… Adı insandır sadəcə… İnsanlar var ki, zibil kimidir, atılmalıdır zibil qabına, zibil qəbristanlığına və orada məhv edilməlidir, yenidən istifadə edilməsin, istifadə etməsin deyə… İnsanlar var ki, sağalmaz xəstəlik kimidir, sağalmır, keçmir, böyüyür, üzür, incidir, tərk etmir, yayıldıqca, yayılır, metastaz verir pislikləri… İnsanlar var ki, zəli, ağcaqanad, vampir kimidir, qanımızı içir, əsəblərimizi korlayır, həyatımızı zəhərləyir, yapışır və əl çəkmir… İnsanlar var ki, yaşamır, canlı deyil, ölüdür sanki, elə bilirsən, ölübdür, hər şeyə biganə, soyuq, susqun… Bilmirsən, nə … İnsanlar var ki… oxumağa davam et

Sən yat, ay kişi, oyanma, əsla və ya qızlar, öz aramızdır… (satirik, yumoristik yazı)


Əgər bir kişidə bahalı avtomobil, ev, mobil telefon varsa, bu o demək deyil ki, o varlıdır, bu o deməkdir ki, onun maaşı 2000 manat ola bilər, aylıq ipoteka krediti üzrə minimum 400 manat, avtomobil krediti üzrə 400 manat, mobil telefon üzrə minimum 200 manat istehlak və ya məişət krediti var, yəni ay ərzində 2000 manat maaşın minimum 1000 manatı hər ay kredit ödəməyə gedir, aldığı ev, avtomobil ödəniş təminatı kimi girovda ola bilər… Ehtiyatlı olun, aldanmayın…)))) P.S. O, qeyri-qanuni gəlir mənbəyinə də sahib ola bilər ki, bu da vergidən yayınma deməkdir və maliyyə cinayətidir, inzibati və cinayət məsuliyyətinə cəlb edilə bilər… … Sən yat, ay kişi, oyanma, əsla və ya qızlar, öz aramızdır… (satirik, yumoristik yazı) oxumağa davam et

Məni qınama…


Məni qınama, əsla… Qınayan çoxdur məni, yetər mənə… Atama verdiyin sözü unutdun,  söz vermişdin ki, məni tərk etməyəcəksən, sevəcəksən, qoruyacaqsan, xoşbəxt edəcəksən… Bu sözünə əməl etmədin, bağışladım, göz yumdum, dağıtmadım ailəmi… Sənə görə vətənimi, dostlarımı, karyeramı, ailəmi tərk etdim, imtina etdim çox şeydən, qurbanlar verdim, güzəştlərə getdim, dəyərimi bilmədin mənim, borclu çıxartdın… Yenə bağışladım, səni sevirdim deyə… Öz vətəninə dönəndə, tam başqa insan oldun, dəyişdin, hər kəsə inandın, danladın, qorumadın… Özüm özümü qoruduqca, müdafiə olunduqca, məndən uzaqlaşdın, qınadın, günahkar bildin, susdurmaq istədin… Yenə susdum, ayrılmadım, bağışladım… Qadın olaraq haqqlarımı tapdaladın, azadlığımı aldın, istəklərimlə hesablaşmadın, arzularımı puç etdin… Dilləmədim, bağışladım… Haqqımda olmayan … Məni qınama… oxumağa davam et

Ancaq Azərbaycanda (davamı)


Yağış və qar yağanda (əridikdən sonra) Bakının mərkəzi küçələrində belə (gözdən uzaq, könüldən iraq yerləri və rayonları hələ demirəm, orada Nuhun gəmisi üzə bilər) avarçəkmə yarışlarını keçirtmək üçün hər cür şərait olur… Toplum halında olan piyadalar avtomobil və piyadalar üçün nəzərdə tutulmuş işıqforları estetik gözəl varlıq kimi qəbul edir və işıqforun xidmətindən istifadə etmir, sonra maşın onu vuranda, avtomobil sürücüsündən polisə şikayət edir və məhkəməyə verir… Bir deyənin olar, min yeyənin… Yıxılanda yerə zirvədən, əslində haqqında nə düşünürlər bilirsən, özün haqqında elə şeyləri, faktları bilirsən ki, xəbərsiz olursan onlardan, şokda olursan… Tənha yaşayan zaman səni o qədər adam qınayır ki, … Ancaq Azərbaycanda (davamı) oxumağa davam et

Özümlə bacarmıram…


Bacarmıram özümlə… Ağlım deyən olanda, qəlbimi üzürəm, bir də ki, ətrafımdakı insanları… Üç nöqtə qoyuram, demək istədiyim sözləri deməmək, yazmamaq və susmaq üçün… Bacarmıram özümlə… Qəlbimi dinlədikcə, uçuruma doğru gedirəm, iti bıçağın sanki kəsən tərəfi ilə yeriyirəm, yaralayıram özümü, özümə əzab verirəm… Özümü incidirəm, özümlə bacarmadıqca… Bacarmıram özümlə… Vicdanımı dinlədikcə, gərək heç nə deməyim, etməyim, ətalət qalib gəlsin… Ürəyim partlasın, fikirlərim isə mənə rahatlıq verməsin gərək, vicdanımı dinləyən zaman… Bacarmıram özümlə, məntiqi dinlədikcə, çox ağıllı, soyuqqanlı oluram, kənardan insan yerinə, robota bənzədirlər məni… Məntiq işə düşəndə, müşahidə edirəm, təhlil edirəm, qərarlarım daha aydın, qəti olur… Onsuz da, kimin haqqımda nə … Özümlə bacarmıram… oxumağa davam et

Bilə bilmədim


Sən mənə kim idin, kim oldun axı?! Anlaya bilmədim, dost, ya sevgili? Mənimçün əziz idin, dostdan da əziz, sevgili olmağa layiq deyiləm… Sən məni bəlkə də çoxdan sevirdin, biganə deyildin ilk tanışlıqdan… Mən isə sevirdim səni dostumtək, amma gizlədirdim, susurdum mən… Nə sən təksən, nə də mən təkəm, var həyatımızda başqa insanlar Bağlandıq dost kimi bir-birimizə, bəlkə də əslində heç dost deyildik?! Anlaya bilmirəm, nə səni, nə də özümü, anlaya bilmirəm, qəlbimi… Anlaya bilmirəm ağıl nə deyir, vicdansa susur, yatmaq istəyirəm, oyatma məni… Sən məni çoxdandır tanıyırsan, dünən deyil, bu gün deyil tanışlığımız, Sən məni məndən də yaxşı bilirsən, bilirsən, … Bilə bilmədim oxumağa davam et

Tayın deyiləm…


Sən yaxşısan, mənsə pis… Sən dindarsan, mən kafir… Səbrim yoxdur, tükənmiş… Tayın deyiləm sənin… Sən çox safsan, mənsə bic… Ağıllısan, mənsə gic… Haqq yolundan azma sən… Gəl, mənə baş qoşma sən… Sən mələksən, mən şeytan… Sən doğrusan, mən yalan… Mən qocayam, sən cavan… Tayın deyiləm sənin… Sən ağırsan, mən yüngül, Mən tikanam, sənsə gül… İncimə sən, bari gül… Çox fərqliyik səninlə… Tayın deyiləm… oxumağa davam et

Şüvənəlogiya (satirik, yumoristik yazı)


Ağrımayan başı ağrıdan, qanamayan yeri yaraya çevirən və qan çıxardan, problem olmayan yerdə problemi yaradan, mübahisəni başlayan və həll edilməsini istəməyən və qarışqadan fil düzəldən şəxsə şüvən deyilir. Şüvən salanları, şüvənləri və şüvən vəziyyətini, şüvən prosesinin yaranmasını,  predmetini, obyekt və subyektlərini, həlli yollarını öyrənən elmə şüvənəlogiya deyilir. Bu elm Şərqdə yaranmışdır və konfliktologiyanın və insanlar arası münasibətlər sahəsində fəlsəfənin əsasını təşkil edir. Şüvən salan, qoparan adam, onun şüvənində iştirak edən hər kəs, hər bir canlı şüvənəlogiyanın əsas subyektidir.  Bu elmin predmeti şüvəndir. Şüvən vəziyyəti şüvən qoparanın haqlı və ya haqsız olaraq yaratdığı vəziyyətdir. Bu elm ta qədimdən yaranmışdır, Adəm və … Şüvənəlogiya (satirik, yumoristik yazı) oxumağa davam et

Cəmiyyət: Bakirə deyilsən, tənha qadınsan, sən fahişəsən!


Yazımı ümumi müşahidə və başqa şəxslərin real həyat hekayələri üzərində qurmuşam, fantaziyam deyil, öz həyatım deyil… Odur ki, xahiş edirəm, təhqirə keçməyin… Bu yazını 18 yaşdan kiçik olanlar, əsəbi, ruh halı zəif olanlar, ürəyi xəstə, psixoloji problemləri olanlar oxumasın… Bu yazımı sözün əsl mənasında fahişə kateqoriyasına aid edilməyən insanlara həsr edirəm… O insanlara ki, bu sözə layiq deyillər, amma bu adı cəmiyyət onlara vurur, çünki onun kimi olmaq istəyir, ola bilmir, paxıllayır, qısqanır… Azad ola bilməyən, asılı, tənbəl olan insanların işi başqalarına baxıb, onlara qara yaxmaq, damğa vurmaqdır, avara adamlar boş vaxtlarını, asudə vaxtlarını nə iləsə doldurmalıdırlar axı… Şərq cəmiyyətində … Cəmiyyət: Bakirə deyilsən, tənha qadınsan, sən fahişəsən! oxumağa davam et

Qeyri-rəsmi müsahibim- Məşhur repper Ramil Nabran


1. Sizin üçün Ramil Nabran kimdir? Azərbaycanlı alternativ reper Ramil adı fars dilindən tərcümədə “rəml edən, uzaqgörən, hər şeyi qabaqcadan düşünən, rəmmal, falçı, qum ilə fal açan.” deməkdir, siz uzaqgörənsiniz? Qəlbinizi dinləyirsiniz, yoxsa ağlınızı? Həqiqətəndə rəml kimi sehrim var desəm, bəziləri məni anlamayacaqlar. Amma həqiqətəndə intuisiyalı insanam. Qəlbimlə ağlımın ahəngini yaşayıram. Sizin üçün uğur düsturunun elementləri nədir? Məqsədyönlülük+öhdəlik “Qızıl ortaqlıq, hər şey və ya heç nə” prinsiplərindən hansını seçirsiniz? Qızıl ortalıq. Çünki neytrallıq vacibdir mənə görə. ən azından qızıl ortalıq müntəzəm davamiyyətdir. Sizcə təsadüflər zəruriyyətdən doğurmu? Məncə təsadüflər təsadüf deyil. Həyat bir məktəbdir, bu məktəb sizə hansı dərsləri keçib? Şeirlə cavab … Qeyri-rəsmi müsahibim- Məşhur repper Ramil Nabran oxumağa davam et

Keçmiş olsun


Nə deyim, yazarın sözü tükənməməlidir… Sözlər su kimi mənbəyini götürüb, axır mənsəbinə doğru… Sözü də atırsan, özü gedib, tutur yolunu və mənsəbə çatır… Keçmiş olsun deyirəm, bəzi insanlara, özünü həmvətənlim sayanlara… Sonuncu yolu tutub, hər şeyin sonuna çıxmasanız, bağrınız çatlayardı yəqin… Qulaq gündə bir söz eşitməsə, göz bir şey görməsə, burun bir iy iyləməsə, əllər, ayaqlar toxunmasa, olmaz… Bəzi insanlarda düşüncə də, olmayan ağlı da, sonunda-bədəninin qurtaracağında yerləşir deyə, o “son ağıllarına” gələn ideyaları da absurd, gülməli olur… Tarix boyu çadırda qadın, kişilər ayrı olub, toyda və yasda ayrı-ayrı yığışıblar, bir zamanlar radikal dindarlarımız onların məktəblərini belə ayırmışdılar… O qədər … Keçmiş olsun oxumağa davam et