Hər kəsin içində bir uşaq yaşar! İnfantilik hər birimiz…


Hər kəsin içində bir uşaq yaşayır, yaşımızın üstünə yaş gəldikcə, içimizdəki o uşaq böyümür və böyümək istəmir Balaca, körpə uşaqları müşahidə etməyi çox sevirəm. Əslində, ən dəcil və yad olduğum uşaqlar belə məni sevir və bağlanır… Deyirlər, bir heyvanlar, bir də uşaqlar həssas olur və insanları tanıyır… Yaxşı insanı yaxına buraxır, pisi isə yox… İçimizdəki uşaq da belədir… Bəzi insanlarda bu uşaq ona bir insan kimi formalaşmağa çox təsir edir, bəzi insanlarda isə o, o qədər də təsir etmir… Qış yuxusunda olur və ya passiv fəaliyyətdə olur… Hər bir insana həyatında ən azı bir dəfə də olsun deyiblər ki: Uşaqlıq etmə! Uşaq … Hər kəsin içində bir uşaq yaşar! İnfantilik hər birimiz… oxumağa davam et

Мысли в слух:


-“Тараканы” в голове женщин питаются исключительно нервными клетками мужчин; -В каждом человеке есть частички ада и рая,зла и добра; -Каждый человек хочет иногда остаться один и громко кричать и горько рыдая плакать и так освободится от негатива; -Нынче у людей зависимость от секса, раньше были зависимы от наркотиков и алкоголя; Мысли в слух: oxumağa davam et

Ancaq Azərbaycanda… (satirik, yumoristik müşahidələrim)


  Bu yazıda hər qoyulan nöqtədən sonra smile (:-D) olduğunu vizual təsəvvür edin və gülməyə çalışın… Yazı satirik, yumoristikdir, subyektiv müşahidələrim nəticəsində yazılmış faktlardır… Məndən inciməyə dəyməz… Ancaq Azərbaycanda: Güclü yağış yağma, külək əsmə mövsümü başlayanda kabel və peyk televiziyasının siqnalı itir, sanki məlumat sakit hava durumu ilə ötürülür,  dam örtüyümüzün su buraxdığını anlayır və təmir etmək üçün pul yığır, yağış, qar, sulu qar yağa-yağa təmir edirik… Hava isti olanda bunu anlamaq və təmiri etmək qeyri-mümkündür. İctimai nəqliyyat vasitələrində (avtobus və metroda) pik vaxtlarda hər dayanacaqda nəqliyyat vasitəsindən 20 nəfərə yaxın adam düşsə də, nəqliyyat vasitəsinə 5 adam zorla girə və … Ancaq Azərbaycanda… (satirik, yumoristik müşahidələrim) oxumağa davam et

Bir tərəfdə rekviem… Bir tərəfdə elegiya…


Rekviem… Elegiya…Qəlbimin səsində rekviem notları hiss edilir… Gözlərimdəki baxışlar, dediyim sözlərdə isə hüznlü elegiya… Qəlbim rekviemi dinlər… Ağlım elegiyanı seçər… Üzdə pozitiv hər kəs üçün, içimdə neqativəm özüm üçün… Hamı üçün cənnətəm, mələyəm, özüm üçün cəhənnəm, cin… Qəlbim yas saxlayar, qan ağlayır, üzümsə gülür, kədərli baxışlar məni ələ verir… Vicdanımı dinləmək istəmirəm, içimdə fırtınadı, qasırğadır, qanlı sel dağıdır dünyamı, qəlbindəki qəbristanlıqdanlığımı da sel yuyub aparıb, yerlə-yeksan etmişdir… Qəlbimi necə dinləyim axı, mərsiyyə, şüvən olub sakini… Notları bilmirəm əzbərdən… Musiqini içimdə yaşayıram, anlayıram dinlədikcə, sümüyümə düşdükcə, sanki transa düşüb rəqs edirəm… Hər yeni nəsə musiqidə də, yaradıcılıqda da, sözlərdə də, yaxşı unudulmuş … Bir tərəfdə rekviem… Bir tərəfdə elegiya… oxumağa davam et

İn-Yan


Qadın çox ağıllı, savadlı, kompleksiz, azad, gözəl, işgüzar və eqoistdirsə, ona güvənməyin kişilər… Belə qadın kişisiz də yaşaya bilər deyə, istənilən vaxt sizi tərk edə bilər… Belə qadınlara sizi tərk etmək üçün bəhanə axtarmaq lazım deyil, axtarmasa da, bəhanələr göz önündə olacaq… Hər bir əsl qadına bir kişi lazımdır xoşbəxt olmaq üçün, amma əsl kişi, hər kişi adını daşıyan və cinsi kişi olanlar deyil…   Hər bir əsl kişiyə də, əsl qadın lazımdır xoşbəxt olmağa, amma əsl qadın, qadın adını daşıyıb, qadınlığa ləkə olanlar deyil…   Əsl qadın əsl kişini, əsl kişi əsl qadını tapdığı zaman ölənədək xoşbəxt ola bilər… … İn-Yan oxumağa davam et

Əslində, mən… Mən hələ də səni sevirəm…


Musiqi notları, ritmi, sən, alaqaranlıq otaq, sənin isti nəfəsin isidir məni, ürəyinin tez-tez döyünməsi, səssizliyi bölən pıçıltın-“Səni sevirəm” və əlinin musiqiyə uyğun hərəkəti, təmasın, mən əriyirəm, bu deyildirmi arzuladığım?! Seçdiyin musiqinin sədaları altında rəqs edirik… Mənsə, içimdəki Günel ilə ünsiyyətdəyəm… Səndən xəbərsiz dialoq gedir aramızda, əslində otaqda tək deyilik, sən, mən və o-içimdəki səs, birlikdəyik… Mən sənin gözlərinin içinə baxaraq, deyirəm özü özümə: “Sən istədiyim insansan deyəsən…” Sonra içimdəki səs müdaxilə edir fikirlərimə: “Yox! Dayanmalıyam, oyanmalıyam, yuxu görürəm… Belə kişi qalıb görəsən?!” Özüm özümə deyirəm, içimdəki səsi dinləyirəm: “Səni sadəcə istəyirlər… Sevmirlər… Onlar ehtirasın qurbanıdırlar, onlar gözəlliyinə vurulublar, ötəridir, şəhvətdir, … Əslində, mən… Mən hələ də səni sevirəm… oxumağa davam et

Kişi dediyim insan…


Mənim üçün əsl kişi həmişə avtoritet olub, kişi mənim üçün ilk növbədə, atam, qardaşım, uşağımın atasıdır… Mənim üçün əsl kişi:  namus, qeyrət, əxlaq və mənəviyyat qoruyucusudur, ailəsindəki qadınların və uşaqların müdafiəçisidir… “Qorxma, səninləyəm” və “kişi olan yerdə özünü niyə oda atırsan” deyən birisidir… Başqasının halalına göz qoymayan və qadınına sadiqdir… Əsl kişi qadının ən etibarlı siması və ən yaxın dostudur; Dinləməyi və anlamağı bacaran və məsləhətləri ilə doğru yolu göstərən mayakdır sanki… Elə zəhmli və güclüdür ki, doğmaları özünü təhlükəsizlikdə və əmin-amanlıqda hiss edir, əzizləri haqqında kimsə artıq əskik danışa bilmir, ondan ehtiyat edir; – Əzizlərindən şikayət etmir, əzizlərini müzakirə etmir, intriqalara … Kişi dediyim insan… oxumağa davam et

Təkliflərim…


Azərbaycan Respublikası Vergilər Nazirliyinə bir təklifim var: Bu ad günü, toy və yas mərasimləri üçün pul yığılır, ordan gəlir, ödəmə mənbəyindən vergi tutulsun, bəziləri bununla pul qazanır deyə, onları lap sadələşdirilmiş vergiyə cəlb etsinlər, rübdə bir dəfə pul ödəsin… Büdcə dolar, tanıdı-tanımadı və yer dolsun, zalda çoxluq olsun, çox pul yığsın deyə hər kəsi məclisə çağırmaz, canımız da qurtarar… Bakı Metropoliteninə təklifim budur ki, metroda düşənləri gözləməyən, özünü soxan, düşənləri geri vaqona itələyən və eskalatorda qaçıb hər kəsi yeli ilə vuran, başqasına xalq düşməni kimi baxan, ortada boş yer olmasına baxmayaraq qapının önündə dayanıb, mumiya kimi tərpənməyən və giriş-çıxışa mane … Təkliflərim… oxumağa davam et

Arabaçılar, kimdir onlar… (Arabaçı TV-yə, həmkarlarıma həsr edirəm)


Onlarla mən 27 sentyabr 2015-ci il Park İnn mehmanxanasında keçirilən xeyriyyə sərgisində tanış olmuşdum. Sevinc Əlizadəyə o tədbiri təşkil etməsinə və belə gözəl insanlarla tanış etməsinə və bu cür insanların olmasını bilmək imkanımı yaratmasına görə öz dərin minnətdarlığımı bildirirəm… Bu tədbirə məni istedadlı gənc rəssam Ceyhun Ənvərzadə və jurnalist Sevincə Əlizadə dəvət etmişdir. Onlarla ikinci görüşüm Xalçaçılıq muzeyində keçirilən sərgiyə dəvət aldığım və iştirak etdiyim zamanı oldu… Getdim və təkrarən onları gördüm… Elə o gündən onlarla dostluğun və yaxından tanış olmağın vaxtı gəldiyini, bir qismət olmasını anladım… Arabaçı TV-nin təsisçisi İlham Məhərrəmov, İcraçı Direktoru Amid bəy və Texniki direktoru Asif Qasımovla gerçəkdən … Arabaçılar, kimdir onlar… (Arabaçı TV-yə, həmkarlarıma həsr edirəm) oxumağa davam et

Dilənirəm


Dilənirəm… Özüm üçün dilənmirəm… Dilənirəm insanlarçün… Mələklərdən dilənirəm saflığı mən uşaqlara vermək üçün… Dilənirəm mələklərdən qanadları uçmaq üçün səmalara, baxmaq üçün yuxarıdan aşağıya… Bir insandan başqasına vermək üçün vicdan, ağıl dilənirəm… Dilənirəm şairlərdən, yazarlardan yeni sözlər yazmaq üçün insanlardan… Yeni sevgi dilənirəm sevənlərdən sevməyənə göstərməkçün… Dilənirəm diləkləri uşaqlardan böyüklərə vermək üçün… Dilənirəm həyatı mən ölənlərdən dirilərə vermək üçün… Dilənirəm dayanmadan, yorulmadan, bu həyatda hər kəs üçün… Dilənirəm xoşbəxtlərdən səadəti bədbəxt olan insanlar üçün… Dilənirəm sağlamlardan sağlamlığı xəstələr üçün… Dilənirəm cavanlardan cavanlığı qocalarçün… Dilənirəm əməyi mən, güc, qüvvəti, tənbəllərdən menden olsun bir hediyye… Dilənmirəm pul, mal-mülkü, vəzifəni, şöhrəti mən… Dilənmirəm maşını … Dilənirəm oxumağa davam et

Mən səni sevirəm! Vətən!


Tolerant, dünyavi, demokratik və sağlam düşüncəli bir gənc kimi (hərçənd ki, gənclər haqqında qanuna uyğun olaraq gənc deyiləm artıq) yerlipərəstlik, qohumbazlıq və s. kimi insan cəhətlərindən və yanaşmalarından xoşum gəlmir, qınamıram kimisə… Əziz xalqım, həmvətənlilərim, torpaq və vətənimiz vahiddir, bölünməməlidir, onun hər rayonu, hər torpaq dənəsi bizimdir, biz onu vahid və tam sevməliyik, doğulduğumuz rayona və ya kəndə, şəhərə görə deyildir. Sizin məntiqinizə qalsa, mənim onda gərək 3 vətənim olsun: Azərbaycan, Gürcüstan və Tacikistan Azərbaycanda mən doğulmuşam, Gürcüstanda valideynlərim, Tacikistanda övladım… Hər dəfə real və ya virtual həyatda mənə sual verəndə haralısan, deyirəm azərbaycanlı! Çünki ən doğru cavab budur, çünki … Mən səni sevirəm! Vətən! oxumağa davam et

Campuslife Cafe Bakı- öz evimdə hiss edirəm özümü sanki…


Bakı şəhəri, Mirzə Ibrahimov 18 ünvanında (İsr Plaza’nın arxası) yeni kafe – Campus life  kafe açılmışdır, açılışında mən də iştirak etdim, etiraf edirəm, çox bəyəndim… Menülər ayrı-ayrıdır, yemək, içki, qəlyan, spirtli içki, desert hər birisi yüksək keyfiyyət və münasib qiymət məncə müştərilərin və insanların istəyinə uyğun nəzərə alınmışdır. Dizayn və zahiri görkəmi müasirliklə tarixiliyin, biznes mühiti ilə ev mühitinin ahəngidir. Canlı musiqi, həm sakit, həm diskoteka musiqisi, 24 saat açıq olması, isti-soyuq yeməklərin, müxtəlif çeşidli qəlyan və içkilərin olması ürək açır. Burda hər kəs üçün yer vardır. Dincəlmək üçün ən uyğun məkandır. Romantik şam yeməyi, dostlarla yığışmaq, partilərin, ad günlərinin təşkil … Campuslife Cafe Bakı- öz evimdə hiss edirəm özümü sanki… oxumağa davam et

Bilirsən, bezmişəm…


Bezmişəm, mənə deyilən yalanlardan, dediyim yalanlardan… Bezmişəm, üzümə gülənlərdən, dalımca danışan qorxaqlardan… Bezmişəm, içimdə kədər olan zaman gülümsəmək və gülməkdən… Bezmişəm, bədbəxt olduğum halda, xoşbəxt görsənməkdən… Bezmişəm, hər dəfə yazmaqdan, sonra pozmaqdan… Bezmişəm, yazmaqdan,  yaratmaqdan, bezmişəm oxumaqdan… Bezmişəm, düşünməkdən, düşündürməkdən… Bezmişəm, dərd çəkməkdən, dərdə salmaqdan… Bezmişəm, maska taxmaqdan, rola girməkdən, düşmənləri sevindirməmək üçün… Bezmişəm, özümdən, həyatımdan, təbiətdən, insanlardan… Bezmişəm sevgidən, sevilməkdən, tənhalıqdan, cüt olmaqdan… Bezmişəm, xəstələnməkdən, sonra sağalmaqdan… Bezmişəm, yuxarı qalxmaqdan, yıxılmaqdan, yenidən ayağa qalxmaqdan… Bezmişəm, sıfırdan başlamaqdan, bitirməkdən… Bezmişəm, uğur və uğursuzluqlardan… Bezmişəm, hər dəfə tanış olmaqdan, yaxın bilməkdən, sonra uzaqlaşıb soyuqlaşmaqdan… Bezmişəm, od olub yandırmaqdan, yanmaqdan… Bezmişəm, sevincdən, … Bilirsən, bezmişəm… oxumağa davam et

Məndən sənə nə qaldı?!


Məndən sənə nə qaldı?! Səndən mənə qalanları unutmaq istəyirəm… Unutmaq istədikcə, unuda bilmirəm, üzür məni unutmaq istəyim… Məndən sənə nə qaldı?! Özümdən soruşuram! Sənin əvəzinə cavab verirəm! Yadındadır, ilk görüşümüzdə səndən ayrılıqla bağlı soruşanda, əlimlə ağzımı tutub, susdurmuşdun məni, qucaqlamışdın, demişdin ki, “sevənlər ayrılmaz, biz bilirik sevgi nədir, çox sevirik bir-birimizi, ayrılmarıq…” Nə oldu bəs?! 6 ay keçmədi dediyin sözdən, ayrılmaq istəyi gündəmə gəldi, 3 il çəkdi nigahımız… Küsürdük, dalaşardıq, sevənlərdə olur bunlar… Sonra isə barışardıq… Deyirdin ki, “çox ehtiraslıyam, çox gözələm, unudulmazam, məni kimsəyə verə bilməzsən, yanımda olacaqsan” Sonda nə oldu bəs?! Söndü ehtiras odumuz, öldü sevgimiz, nifrət aldı … Məndən sənə nə qaldı?! oxumağa davam et

Mən həmin Güneləm, dəyişməmişəm…


Mən həmin Güneləm, həmin insanam, Sənin tanıdığın, aşiq olduğun, darıxdığın… Mən həmin Güneləm, dəyişmir insan, Məkan da, zaman da dəyişilməmiş… Mən həmin Güneləm, şıltaq, səmimi Hirslənən, odlanan, yandıran səni… Mən həmin Güneləm, zahirən belə, Xatirən yenə də aldatmır səni… Mən həmin Güneləm, sənin günəşin, Mən həmin Güneləm, sənin oba, elin… Mən həmin insanam, atıb getdiyin, Sən getdin, mən isə həmin Güneləm… Həyatımda nə dəyişdi, bilmirəm?! Qəlbimdə viranə ruhum yaşayır, Tənhayam, təklikdə ağlayıram mən! Qoy, kimsə görməsin göz yaşlarımı… Səndən öncə, sən var ikən, səndən sonra sevdilər, sevirlər hələ də məni… Qadınıyam çoxunun arzuladığı, Sənin qismətindim, bunu bilmədin, Mən getdim, sən … Mən həmin Güneləm, dəyişməmişəm… oxumağa davam et

Qeyri-rəsmi müsahibim -deputatlığa namizəd Çingiz Bayramov


Bu günkü müsahibimlə mən düz 14 il bundan əvvəl sosial həyatdakı aktivliyim zamanı ortaq dostlarımın sayəsində tanış olmuşdum, həm çox səmimi, mehriban, ədalətli, fədakar, mədəni, həm qəlbitəmiz, mülayim, həm də ictimai, sosial, siyasi aktiv, çalışqan, əməksevər insandır. Çox maraqlı, öz düşüncə və baxışları olan diplomatik insandır, məsləhət verər lazım olanda, kiminsə xətrinə dəyməz, dəymək istəməz O! Çünki özünə rəva bilmədiyini, başqasına rəva bilməz. 14 ildir dostuq, səmimi, xətrimi istəyən dostum, məni yeri gələndə danlayan, tənqid edən, yeri gələndə isə tərifləyən… Ətimi yesə də, sümüyümü atmaz heç zaman! O, mənim dostum və bu il Milli Məclisə Millət Vəkilliyinə namizəd olan Çingiz … Qeyri-rəsmi müsahibim -deputatlığa namizəd Çingiz Bayramov oxumağa davam et

Biz elə “tolerantıq” ki…


Bizdə ali və ya orta məktəbdə rus bölməsini bitirənlər azərbaycan bölməsini bitirənlərə “çuşka” və “geridə qalmış” kimi baxır… Qızlarımız xarici vətəndaşa ərə gedəndə, qınanılır, onlara pis baxırlar, oğlanlarımız xarici vətəndaşlarla ailə quranda “bomba oğlan, qaqaş” sayılırlar… Özümüz sünni-şiə davası etdiyimiz halda, başqalarını da müsəlman edirik, xristian, yəhudiyə, ateist və deistə, buddistə yolundan azmış kimi yanaşırıq… Boşanan, zorlanan, dul qadına bakirə olmadığını bildiyimiz andan, pulsuz seks obyekti kimi yanaşırıq; Xarici vətəndaş görəndə, deyirik ki, “Hara baxırsan, hara tüpürürsən, bu zibillər çıxır qarşıma”; Fiziki imkanları məhdud olanlara qüsurlu və əlil kimi yanaşırıq;  Anasını və ya atasını itirənlərin üzünə “yetim” deyirik, kimsəsiz demək … Biz elə “tolerantıq” ki… oxumağa davam et

Ana dediyim insan… (bütün analara və ana olacaq şəxslərə həsr edirəm)


Əziz anam, indiyədək yadımdadır, sənlə xasiyyətim tutmurdu, səndən tez-tez inciyirdim, səni anlaya bilmirdim, dediklərini, məsləhətlərini, hərəkətlərini… Əzizim, anam, sənin hər zaman haqsız olduğunu, məni sevmədiyini düşünürdüm… İndiyədək yadımdadır, dediyin söz və etdiyin hərəkətlərini qəbul etmədiyim zaman, səninlə mübahisə edərkən, deyirdin mənə: – Ana olanda anlarsan məni, qızım. Arzum budur, qızın olsun və sənə oxşasın… Haqlı idin, ana, dediyin çox sözlərdə, etdiyin bir çox davranış və hərəkətlərində, verdiyin məsləhətlərində… Qədrini o zaman bilmirdim mən, inadkar idim, azad olmaq istəyirdim deyə… Ana oldum, arzun çin oldu, qızım oldu, səni ana olandan sonra daha yaxşı anlamağa başladım… Qadağalarını da, məhdudiyyətlərini də, məsləhətlərini də… … Ana dediyim insan… (bütün analara və ana olacaq şəxslərə həsr edirəm) oxumağa davam et

Azərbaycanlı olmaq nə deməkdir?! V hissə (Rash Neo və onların dostları ilə birlikdə)


Sol əlini maşının pəncərəsindən çölə çıxarıb maşın sürməkdir (Rash Neo); Doğma və təbii dişləri guya xarabdır bəhanəsi ilə çıxardıb onu qızıl diş ilə əvəz etməkdir və tez-tez gülümsəyib, o qızıl dişi göstərməkdir; Hər iki əldə çeçələ barmaqda dırnaqları uzatmaq və bu barmaqlar ilə burun və qulağın içini təmizləməkdir (Rash Neo ilə birlikdə); Qadınların ailə statusunu qaşlarından təyin eləməkdir (Rash Neo); Toyları daha çox şәnbә-bazar günlәrinә salmaqdır ki, “işdəyəm, icazə ala bilmirəm, işdən sonra iclasım var” və s. bu kimi bəhanələrlə toydan qaçan olmasın, sanki iməciliyə gedirsən (Rash Neo); Azərbaycanlı olmaq zibili balkondan aşağı tullamaq, qonşular söyəndə, boyun ardına vurmaqdır (Rash Neo); … Azərbaycanlı olmaq nə deməkdir?! V hissə (Rash Neo və onların dostları ilə birlikdə) oxumağa davam et

Kişilər də var ki… (kişilərin “xəyanəti”-davamı)


Elə kişilər var ki, qadını hər tərəfli maariflənmiş olur, evdar olur, işgüzar olur, qızıl insan olur, əksər kişilərin arzuladığı qadın olur, amma yenə də o evdəki mükəmmələ çox yaxın qadınını bəyənməyib, xəyanət edir ona… Yaş fərqinə görə – adətən kişi qadından yaşca bir az böyük olsa yaxşıdır, həm formalaşmış olur, həm müəyyən baxış, bilik və həyat təcrübəsinə malik olur. Özündən yaşca çox kiçik olanda kişi bir müddətdən sonra cavan və ya yaşıdı olan qadın axtarır. Qadın yaxşı gün görəndə cavanlaşır, gözəlləşir, pis gün görəndə qocalır, yaşlaşır, gözəlliyi solur… Kişi keçid dövründə olarsa, daha çox özündən yaşca kiçik qadınlara meyl edəcək, … Kişilər də var ki… (kişilərin “xəyanəti”-davamı) oxumağa davam et

Qeyri-rəsmi müsahibə – Fuad Musayev ilə


Bu günkü müsahibim, ilk müsahibim elə bir insandır ki, onunla və sənəti ilə hələ 2006-cı ildə magistr buraxılış gecəsini restoranda qeyd etdiyimiz zaman tanış olmuşam, o zaman kim olduğunu bilmirdim, amma onun oxuduğu və çox sevdiyim, qəlbimdən xəbər verən və bu günədək gündəmdə olan Alim Qasımovla duet olan “Ürək” mahnısı  (mahnının sözləri B.Vahabzadəyə) mənə ümid verdi ki, hələ də milli musiqimiz yaşamaqdadır, səviyyəsini qorumaq mümkündür və mən muğamımız və Alim Qasımovun ifasını və yaradıclığını sevməyə başladım. Elə o vaxtlar o, FM Express qrupunu yaratmış və qrupun solisti olmuşdur. O, özünəməxsus səviyyəli, həzin səsə, gözəl ifaya malikdir, mahnılarını yaşadır, içdən, qəlbən … Qeyri-rəsmi müsahibə – Fuad Musayev ilə oxumağa davam et

Azərbaycanlı olmaq nə deməkdir? IV hissə


Bütün nöqsan, çatışmazlıqlara və mənfi tərəflərə baxmayaraq vətənin və həmvətənlərinlə, Azərbaycanlı olmağınla fəxr etmək deməkdir;  Himn səslənəndə sözlərini fəxrlə oxuyub, kövrəlməkdir, bayrağımızı öpmək və dalğalandırmaqdır; Qarabağ futbol klubuna azarkeşlik etmək, Qarabağla bağlı xatirələrinlə, arzularınla yaşamaq, ümid etməkdir, səsin batsa belə, “Qarabağ bizimdir, qələbəyə doğru birlikdə olaq!” çığırmaqdır; Futbola gələn qıza qeyri-adi baxmaq və tanış olmağa çalışmaqdır; Yaşından asılı olmayaraq, dolu avtobusa, qatara özünü soxmaq, qapıların arasında qalmaqdır; İctimai nəqliyyat vasitələrində sürücü üçün canlı gps naviqator və üstəlik məsləhətlər verməkdir, bəzisinin ixtiyarı olsa, lap dayanacaqları da, marşrutu da o müəyyən edər; Yeni bakubus avtobusda kameranın yerləşdiyini bilə-bilə günəbaxan tumunu çıtlayıb, guya … Azərbaycanlı olmaq nə deməkdir? IV hissə oxumağa davam et

Baxım sağa, baxım sola, bəlkə taparam kimisə kənarda… (kişilərin sola getməsi, “xəyanəti”)


Poliqamlıq – kişilər bir az realist, bir az romantik, gözəlliyə vurğun, xəyalpərəst, daha çox isə poliqam olurlar. Kişilərinizi itirmək istəmirsinizsə, onları olduqları kimi qəbul edin, dəyişməyə çalışmayın, əksinə onun poliqam olması və digər cəhətlərindən özünüz üçün istifadə edin, hər gün bir obrazda olun, təəccübləndirir, maraqlandırın özünüzlə, hər dəfə bir başqa insan, bir başqa qadın olun, fərqli, özəl, unudulmaz və arzuolunan… Unutmayın, ən sakit və rahat kişi belə ehtiraslıdır. Siz oyatmasanız bu ehtiras və marağı, siz yandırmasanız onun içindəki odu-alovu, o kənarda axtaracaq sizdə axtarıb tapa bilmədiklərini… Söhbət təkcə intim həyatdan getmir, həm də adi insani münasibətlərdən gedir… Hər dəfə onun … Baxım sağa, baxım sola, bəlkə taparam kimisə kənarda… (kişilərin sola getməsi, “xəyanəti”) oxumağa davam et

Müəllim dediyim…


Müəllim dərs deyir, məktəbdə bizə nəyisə öyrədir, maarifləndirir, əslində həyat məktəbdirsə, dərs keçirsə, o dərsi bizə mühazirə kimi dərs deyir, sonra məşğələdə nə öyrəndiyimizi soruşur bizdən, hələ evə tapşırıqlar da verir, praktiki, əyani, nəzəri və ya yazılı… Bəs bizə həyat məktəbində kim dərs deyir? Təbiət və təbiətin bütün canlı varlıqları-insanlar, heyvanlar, bitkilər, canlı varlıqların hamısı… Əslində bu gün həm də onların bayramıdır… Çünki biz dünyaya göz açdığımız andan, öyrənirik, müşahidə edirik, təhlil edirik, nəticə çıxardırıq, dərs alırıq, öncə özümüz öz müəllimimiz oluruq, sonra valideynlərimiz, sonra orta və ali məktəblər, tək dəyişməz məktəb var, doğulduğumuz andan öləcəyimiz anadək bizə dayanmadan və … Müəllim dediyim… oxumağa davam et

“Əsl Dost” dediyin…


“Əsl Dost” dediyin, danlayar səni, Tərifi az edər, tənqid isə çox, “Əsl Dost” dediyin, qınamaz səni, Oxuyar içində gizlətdiyini… “Əsl Dost” dediyin, sən ağlayanda, Bağrına bərk basar, sakitləşdirər, “Əsl Dost” dediyin, kömək əlini Təmənna güdmədən hər vaxt uzadar… “Əsl Dost” dediyin, gözləyər səni, Görüşə geciksən, inciməzsən səndən, Bilər ki, gec gəlmə səbəbin vardır, Anlayar halını, sussan, dinməsən… “Əsl Dost” dediyin, qoymaz minnəti, Başına qaxmaz edərsə kömək… “Əsl Dost” dediyin, dar günündə də, Xoş günün olduğu kimi davranar… “Əsl Dost” dediyin, gözündən yaşını silər, Yıxılan bir zaman yanında olar, Uzadar əlini, dartıb qaldırar, deməz ki, Niyə sən özün qalxmırsan, yıxılmısan?! “Əsl Dost” … “Əsl Dost” dediyin… oxumağa davam et

Onlara əlil deməyin!


27 sentyabr 2015-ci ildə Sevinc Alizadənin təşkil etdiyi Park İnn mehmanxanasında “Onların sizə ehtiyacı var: Gəlin birlikdə yardım edək!” adlı sağlamlıq imkanları məhdud olan insanların əl işlərindən ibarət xeyriyyə sərgisinə dəvət aldım, sevərək iştirak etdim, peşiman da olmadım. Çünki orada gözəl insanlarla, yaradıcılıqları ilə, əl işləri ilə tanış oldum, yeni və maraqlı, gözəl qəlbli dostlar əldə etdim. Onların əl işləri, istedad, insani keyfiyyətləri, gülərüz olmaları məni çox sevindirdi,  məyus edən isə gələnlərin, qonaqların sayının az olması oldu, məşhur xeyriyyəçilərdən kimisə görmədim desəm, yanılmaram… Niyə axı biz tolerant ola bilmirik, niyə damğalar vururuq?! Onlara əlil deyirik, qüsurlu deyirik! Həyat hər kəsi təəccübləndirə, məyus … Onlara əlil deməyin! oxumağa davam et