Arzularım var, böyüyü, kiçiyi olmaz onların…


Mənim üçün ən böyük hədiyyə – kitab, ən böyük sərmayə – çoxsahəli bilik və təcrübəm, ən uğurlu nəticə-gerçəkləşmiş arzum, əldə edilmiş uğurum, nail olunmuş məqsədim, ən zəruri amil-insan, təbiət, ən önəmli amil-əziz və doğmalarım və mənəvi dəyərlərim, ən böyük inam-özümə güvənim, ən önəmli seçimim-sağlamlıq, ən dəyişməz dəyər-halal zəhmət və biliyim, peşəkar təcrübəmlə qazandığım halal pulum, ən yüksək qiymətləndirdiyim insan cəhəti-əsl insan olmasıdır. Həyat prinsipim: Nə tökərsən aşına, o çıxar qaşığına. Həyat ayna kimidir, necə varsan, səni elə də göstərəcək, elə də yaşayacaqsan. Həyat bumeranq kimidir, etdiyin yaxşılığın da, pisliyin də qayıdacaq özünə və səni vuracaq.Fiziki tələbat, qadın-kişi münasibətləri, şəhvət və intim və digər maddi amillər önəmli deyil, yaşaya bilərəm onlarsız…

  1. Arzum var, Qarabağım və digər tarixən bizim olan torpaqlarımız geri qayıtsın, o torpaqlara ayaq basarkən sevincdən, xoşbəxtlikdən hönkür-hönkür ağlayım, qorxmayım ki, düşmən var yanımda, öz torpağımda təhlükəsizlikdə olmaq istəyirəm;
  2. Arzum var, gənc və uşaqlarımız təhsil alsın, vətəni haqda məlumatı olsun, milli mənəvi dəyərlərini, tarixini, keçmişini qorusun, manqurtlaşmasın, unutmasın, unutdurmasın, yaşayıb yaratsın;
  3. Arzum var, velosipeddə hərəkət etməyi və onu idarə etməyi öyrənim və uzaq məsafələri belə velosipedlə qət edim;
  4. Arzum var, Vətənimi yaxşı mənada dünyada tanıdım, reklamını edim, turizmini inkişaf etdirməkdə olsun əməyim;
  5. Arzum var, səyahət edim, ilk başlayım doğma yurdumdan, rayonlarını səyahət etməkdən, bir kitab yazım, dərc etdirim Vətənim və rayonları haqqında, turistlər üçün məlumat kitabı;
  6. Arzum var, balıq tutmağı öyrənim, ilk tutacağım balıq olsun qızıl balıq, 3 arzu tutum ürəyimdə və qulağına pıçıldayım;
  7. Arzum var, bayramları təklikdə qeyd etməyim, küsülü olduğum əzizlərimlə barışım, onlarla qeyd edim bayramları, fərqli, özəl, maraqlı və sevgi dolu anlar yaşayım;
  8. Arzum var, qızım mənimlə fəxr etsin, anasının adını eşidəndə, desin ki, mənim anamdır, anamı çox sevirəm, nümunə olum ona, yaxşı mənada;
  9. Arzum var, yazacağım bir və yeganə, son romanıma film çəkilsin, özüm baş rolda oynayım;
  10. Arzum var, gəlirim xərclərimi üstələsin, mənəvi mənfəət hər zaman olsun, böhran olmasın;
  11. Arzum var, rəqs edim, ürəkdən, ictimai yerdə, heç kim mənə pis baxmasın, qınamasın;
  12. Arzum var, buz üstə sürüşüm, çıxıb dağım ən hündür zirvəsinə, uçmağa cəhd edim, yuxarıdan aşağı baxım, külək əssin, məni yıxmağa çalışsın, bəzi insanlar kimi, mənsə ayaqda qalım, yıxılmayım, məğlub olmayım;
  13. Arzum var, arzulamaqdan yorulmayım, gerçəkləşdikcə arzularım, yeniləri doğulsun, arzularla yaşayım;
  14. Arzum var, insanlar sevincimə, uğuruma şərik çıxmaqdan, tərəfimi açıq saxlamaqdan ehtiyat etməsin, qorxmasın, səmimi olsun, özünü sıxmasın;
  15. Arzum var, hər kəs öz ailəsində sağlam, xoşbəxt olsun, sevinc, sevgi, xoşbəxtliyi kənarda axtarmasın;
  16. Arzum var, pulum çox olanda, xeyriyyə fondu açım, insanlara “yox” deməyib, kömək edim insanlara;
  17. Arzum var, xəstələnməyim, sağlam olum, əzizlərimi üzməyim, sevinc bəxş edim onlara;
  18. Arzum var, üzməyi öyrənim, dənizdə üzüm, dalğalar hündür zirvəyə qalxdığında, kənardan baxmayım;
  19. Arzum var, qaçım, sürətlə qaçım, dayanmadan, yıxılmadan, yorulmadan, qaçım, amma özümdən qaçmayım;
  20. Arzum var, insanlar olduqları kimi görsənsin, göründükləri kimi olsunlar, rola girməsinlər, səmimi olsunlar.
Advertisements

Arzularım var, böyüyü, kiçiyi olmaz onların…” üzərinə 13 şərh

      1. Salam. Üzürlü səbəbdən çoxdandır yazılarınızı oxuta bilmirəm. İnşAllah yenidən izləməyə davam edərəm. ☺️Ən əsas sağlamlıqdır, bunu doğru yazmısınız. Sağlamlıq olmadısa, arzuların qanadı qırıldı demək..

        tərəfindən bəyənildi 1 şəxs

  1. Deyəsən biz anlaşa bilmədik… 🙂 “deneme” sözünün özündən bəhs edirəm Gunel xanım… Yəni öz yazdığımı ” arasına salmışam çünki anadolu türkçəsindədir. Umid edirəm indi anlaşıldım…:)

    tərəfindən bəyənildi 1 şəxs

    1. anladım, elə bildim o sözü mənim yazıma aid etmisiniz)))deneme bilirem ki, türk sözüdür, cəhd deməkdir, ona görə soruşdum ki, niyə bu yazını cəhd kimi qiymətləndirirsiniz)))

      Bəyən

Şərh üçün bağlıdır.