Kim nə deyər?!


“Kim nə deyər” prinsipi ilə yaşadım, Boşanmadım ki, kim nə deyər, Dözdüm ki, ayrılsam əgər, kim nə deyər, Döyüldüm, söyüldüm, kimsə bilmədi, kim nə deyər, kişi qadınını döyər də, söyər də, öldürər də… Ərə gedib dərhal uşaq doğdum ki, kim nə deyər, sonsuz edərlər məni, birdən sonra gec olar, doğa bilmərəm… Ərə tez getdim ki, kim  nə deyər, sanki evdə qarımışam, Susdum ki, kim nə deyər, düz anlamazlar məni, damğalar vurarlar, adlar qoyarlar, ləkələyərlər… Qorunmadım ki, kim nə deyər, evdə kişin ola – ola arvad kimdir düşə önə, müdafiə edə özünü, ailəsini… İkinci uşağı doğdum ki, kim nə deyər, bir … Kim nə deyər?! oxumağa davam et

Neylərdi İlahi?!


Görəsən, bu və ya digər vəziyyətdə İlahi yerimizdə olsaydı, ya da bizimkilər-şərq əhli onun yanında olsaydı, nə edərdi? Təsəvvür edin ki, İlahi görür şərq əhlini, necə “müsəlmandılar” başını yellənir, əlini havada yellədir, öz-özünə düşünür: Sonrakı peşimançılıq fayda verməz! Təsəvvür edin ki, bir müsəlman namaz qılır bayramdan bayrama, sədəqə verir, zəkat verir yadına düşəndə, o da halal olmayan pulla, özü də ki, ehtiyacı olmayanlara… İlahi bunu görüb, qəzəblənir: – Mən demədim axı, belə edin, sədəqəni halal pulla edin, ehtiyacı olanlara, məzlumlara… Şərq əhli gözəl yaşayır, heç nədən korluq çəkmir, kiməsə kömək etmək lazım olanda, ağlayır ki: Valllah, Billah, Allah haqqı pulum, … Neylərdi İlahi?! oxumağa davam et

Arzularım var, böyüyü, kiçiyi olmaz onların…


Mənim üçün ən böyük hədiyyə – kitab, ən böyük sərmayə – çoxsahəli bilik və təcrübəm, ən uğurlu nəticə-gerçəkləşmiş arzum, əldə edilmiş uğurum, nail olunmuş məqsədim, ən zəruri amil-insan, təbiət, ən önəmli amil-əziz və doğmalarım və mənəvi dəyərlərim, ən böyük inam-özümə güvənim, ən önəmli seçimim-sağlamlıq, ən dəyişməz dəyər-halal zəhmət və biliyim, peşəkar təcrübəmlə qazandığım halal pulum, ən yüksək qiymətləndirdiyim insan cəhəti-əsl insan olmasıdır. Həyat prinsipim: Nə tökərsən aşına, o çıxar qaşığına. Həyat ayna kimidir, necə varsan, səni elə də göstərəcək, elə də yaşayacaqsan. Həyat bumeranq kimidir, etdiyin yaxşılığın da, pisliyin də qayıdacaq özünə və səni vuracaq.Fiziki tələbat, qadın-kişi münasibətləri, şəhvət və … Arzularım var, böyüyü, kiçiyi olmaz onların… oxumağa davam et

Çirkli pullarımızı necə yuyuruq?!


Çirkli pul nədir? Çirkli pul – cinayət nəticəsində, qeyri-qanuni yollarla əldə edilmiş pul, maddi və qeyri-maddi nemətlərdir. cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlak – Azərbaycan Respublikasının Cinayət Məcəlləsində təsbit edilmiş cinayətlərin törədilməsi nəticəsində birbaşa və ya dolayı yolla əldə olunmuş hər hansı pul vəsaitləri, daşınar və ya daşınmaz, maddi və ya qeyri-maddi əmlak, mülkiyyət hüquqlarını təsdiq edən hüquqi sənədlərdir; cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması – cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və ya cinayət törətmiş şəxsin məsuliyyətdən … Çirkli pullarımızı necə yuyuruq?! oxumağa davam et

Risksiz həyat ruhsuz bədən, insan kimidir…


Risk olmayan yerdə proqress və inkişaf da yoxdur… Vikentiy Smidoviç Risk etmədən gəlir əldə etmək, təhlükə ilə üzləşmədən təcrübə qazanmaq, işləmədən mükafat almaq, doğulmadan yaşamaq kimi qeyri-mümkündür… Quti  Risk nədir- istənilən fiziki və hüquqi şəxsin həyat və fəaliyyət dövründə onun gözləmədiyi və gözlədiyi təhlükələrin onu maliyyə və ya qeyri-maliyyə itkiləri ilə üz-üzə qoyması ehtimalıdır. Merfi qanunlarından birində bildirilir: “Əgər hər şey yaxşıdırsa, deməli siz nəyi isə görə bilməmisiniz”. Bu isə riskdir. İnsan doğulduğu gündən ta ölənədək risk edərək yaşayır… Həyatda yaşamağın özü də riskdir… İnsanın doğulması da, ölməsi də risk altında baş verir, risk edib doğuluruq, risk edib ölürük… Risklər … Risksiz həyat ruhsuz bədən, insan kimidir… oxumağa davam et

Bakubus-hələ ki, korlamadığımız avtobus…


Bakubusun avtobuslarının-kart sistemi ilə olan avtobusların xəttə buraxılmasına çox sevindim, çox rahat, təhlükəsiz, hər mənada yüksək səviyyədə xidmət göstərən nəqliyyat vasitəsidir. Çox razı qaldım. Üstün cəhətləri çoxdur: – Ödəniş kartladır, ön qapıdan minib, orta və arxa qapıdan düşürsən; -Dayanacaqdan kənar saxlamır, ancaq öz dayanacağında saxlayır; – Monitor vasitəsilə keçdiyi məkanları görmək və eşitmək olar, dayanacaqların adlarını deyir; – Havalandırma-kondisioner sistemi var; – Avtobusa minmə və düşmə sistemi rahatdır; – Kamera ilə çəkiliş gedir; – Salon və oturacaqlar təmizdir, hələ kimsə tum çıtlayıb tökmür, çeynədiyi saqqızı yapışdırmır, divarları və ya digər yerləri cızıb, öz xatirəsini qoymur, zibil atılmır; -Basabas deyil, planı … Bakubus-hələ ki, korlamadığımız avtobus… oxumağa davam et

Turizmdə tur izlərimiz…


 Neft-qaz ölkəsi əslində, neft və qazın ixrac və satışından gələn gəlirdən asılı olmamalıdır, çünki bu milli sərvətlər tükənən sərvətlərdir. Nə qədər ki, gəlir əldə edilir, onu qeyri-neft sektorunun inkişaf etdirilməsinə yönəltmək və sərmayə etmək lazımdır. Azərbaycanın qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün hər cür şərait vardır. Amma bu sahələrin ayrı-ayrılıqda inkişaf etməsi bəzən mümkün olmur, çünki bir-biri ilə əlaqəli sahələr olur, problemlərlə üzləşir, bir sahədəki problem digərinə də təsir edir. Qeyri-neft sektorunda sərmayə üçün ən əlverişli və gəlirli sahə milli turizm, yeyinti, tekstil, kənd təsərrüfatı, ekologiya, informasiya texnologiyası və telekommunikasiya, rabitə, tibbdir və elmi araşdırmalar və kəşflərin təcrübədə tətbiq edilməsidir (qeyri-maddi aktivlər, daşınar … Turizmdə tur izlərimiz… oxumağa davam et

Əzildikcə, danıldıqca… (Cabir Novruza nəzirə)


Əzildikcə, danıldıqca, Coşub daşıram çay, sel kimi… Qələmi alıram əlimə, Tufanlar qopur içimdə, İç dünyamda baş qaldırır qiyam, Daha kəskin yazmağa başlayıram… Dilə gəlir bütün hisslər, fikirlərim… Mən şairəm, mən yazaram, qınamıram heç kəsi mən, bəxtim, alın yazım, qismətimdir yəqin bunlar… Paydan artıq yemək olmaz… Söyürsünüz, alçaldırsınız, yazdıqca mənə şərh, ismarıc, Yazdıqlarım toxunduqca, simanıza, oxuduqca yazdığımda özünüzü görürsünüz… Qəhrəmansınız özünüz üçün, pis obrazsınız mənim üçün… Əzin məni, danın məni, Söyün məni, təhqir edin… Edin əxlaqsız təkliflər… Öyrəşmişəm artıq sizə, sözünüzə… Boş-boş yazıb, danışmaqdır iş-gücünüz… Əlinizdən bir şey gəlməz! İnsansınız guya ki, Siz?! Şeytansınız, İblissiniz mənim üçün… Siz söydükcə, alçaltdıqca, Ağ … Əzildikcə, danıldıqca… (Cabir Novruza nəzirə) oxumağa davam et

Hamının üzü içindədir (Cabir Novruza nəzirə)


İnsanlara inanmayın! Sözlər yalan, mimika yalan, Jestlər yalan, əməl yalan, Baxışlara aldanmayın! Hisslər yalan, qəlbi yalan, geyib maska… Astarı özündən baha… Axtarma onlarda vicdan… Hamısının üzü içindədir, Gizli qalıb özlərinə… Niyyət yalan, arzu yalan, Məqsəd yalan, seçim yalan, Verdikləri qərar yalan… Çox toxunar qəlbimə, İnciyirəm mən o zaman, Deyəndə kimsə, yazma, baş qoşma, Yazdıqların verməz fayda… Etmə tərbiyə, vermə təklif, Genlərində varsa, yalan, təsir etməz… Dilləri çoxunun uzanıb beş metrə, Dil-dil ötür, vermir aman… Çıxanda önlərinə onlardan betər, Olur quzu, olur dovşan, Rast gələndə zəiflərə, Olur tülkü, şir, canavar… Hamının iç üzü çox dərindədir… Qardaş, bacı, ana, ata, qohum, qonşu, … Hamının üzü içindədir (Cabir Novruza nəzirə) oxumağa davam et

Sevgini öldürməyin əsas 8 “səmərəli” üsulu…


Bu yazı Paritet qəzetinin 11-12 may 2004-cü il buraxılışında dərc edilmişdir. İnsanların əksəriyyətini sevgi və sevgi münasibətləri, aralarındakı münasibətlərin düzgün olub-olmaması düşündürür. Bəs görəsən, bizim insanlar arasında olan münasibətlərimiz düzgündürmü, sevgidirmi? Bir müdrik şəxs sevgini düzgün anlamaq üçün yazmışdır və əsrlərin ötməsinə baxmayaraq, onun sevgiyə verdiyi bu mahiyyət və sözləri öz əhəmiyyətini və mənasını itirməmiş və gündəmdə qalmaqdadır: “Sevgi- çox dözür, güzəştə gedir, paxıllıq etmir, yüksəkliklərə qaldırmır, fəxr etmir, həqiqətə göz yummur, özünküsünü axtarır, qıcıqlanmır, qısqanmır, pis fikirləşmir, yalana sevinmir, həqiqətə həmdəm olur, hər şeyi örtür, hər şeyə inanır, ümid edir, hər şeyə dözərək bağışlayır. Sevgi- heç vaxt əl çəkmir və … Sevgini öldürməyin əsas 8 “səmərəli” üsulu… oxumağa davam et

Yarı həqiqət, yarı zarafat (rubrika)


Paritet qəzetinin 27-29 mart 2004-cü il buraxılışında dərc edilmişdir. Söz oyunu: VERGİ- Varlı ellilərimizin real gəlirlərinin ixtisarı; TOY-təşkil olunmuş yaddaş; SƏS- Sərbəst əməliyyat strategiyası; YAS – yerdəkilərin azalma səbəbi; GÖZ-Gözəlliyi ölçən zərgər; SÖZ- Səslə ötürülən zərbə; PUL- paxıllığı ucuzlaşdırmayan lider; TALE-Tanrıya adamın layiqli ehtiyacı; YUXU – yerdəkilərin uyğunlaş(ma)dığı xəyallar (xatirələri) unutma(ma)sı; SEVGİ- Sevənlərin ehtiyacına varan gizli istək; Yarı həqiqət, yarı zarafat (rubrika) oxumağa davam et

Niyyətim hara, mənzilim ora… (uşaqlıq illərimin xatirələrindən)


Niyyətim hara, mənzilim ora… (uşaqlıq illərimin xatirələrindən)           Bu yazımda uşaqlıq xatirələrimdən və ailəmdən danışacağam, anamdan, atamdan və qardaşımdan… Ailəmə ithaf edirəm…      Hər şey ailədən başlayır, insanın necə olması onun genindən, ailəsindən-valideynləri və bacı, qardaşları ilə münaisbət, ünsiyyət, ona verilən tərbiyə və ictimaiyyətin təsirindən asılıdır. İnsan əgər ictimai mühitə düşməmiş bir insan kimi formalaşıbsa, pisliyə dəyişmə ehtimalı bir o qədər azalır…     Mənim indiki Günel olmağımda əlbəttə ki, gen və ailəmdə gördüyüm tərbiyə və valideynlərimin, məndən yaşca böyük olan və yeganə qardaşım Fuadın böyük əməyi, zəhməti, təsiri olmuşdur… Gen insanınformalaşmasında önəmli amildir, onu əsla danmaq və inkar etmək … Niyyətim hara, mənzilim ora… (uşaqlıq illərimin xatirələrindən) oxumağa davam et

Təsəvvür edirəm…


Təsəvvür edirəm, bu gün doğulmuşam, anamın qucağındayam, yuxuya gedirəm ana südünü içəndən sonra… Təsəvvür edirəm, uşağam hələ, böyüməmişəm, böyümək istəmirəm… Təsəvvür edirəm, 20 yaşım var, artıq sərbəst həyata atılmışam, bir az azadam, böyük olub, uşaqlara baxıram, yenidən uşaq olmaq istəyirəm… Təsəvvür edirəm, hündür bir zirvədəyəm, özüm qalxmışam, arxamda kimsə və ya nəsə var, məni aşağıya itələyib salmaq, yıxmaq istəyir… Təsəvvür edirəm, yatmışam, yuxu görürəm, rəngli yuxu, gerçəkləşəcək yuxu, yuxunun içində yuxu, orada da təkəm… Təsəvvür edirəm, önümdə dayanıb killer, əlində avtomat, məni öldürmək istəyir, düşmənlərim ölümümü sifariş veriblər ona… Təsəvvür edirəm, dörd barmaq arxasında qaranlıq otaqda, kiməsə fikirlərim, yazılarım nədənsə … Təsəvvür edirəm… oxumağa davam et

Dediyin olsun…


Yeni dəb gətirdin doğma elimə, Biz susduq, səni isə lap ağ elədin… Qərbin havasında yaşadı gənclər, məhv oldu millilik, mənəvi dəyər, Haqqı nahaqq kimi qələmə verdin, azadlıq adıyla əxlaqsız həyat, Sırıdın elimə yenə dinmədik, oldu sən etdiyin, keçdi dediyin, idarə etdin sən gənc beyinləri, manqurta çevrildi indiki gənclər, Sildin keçmişimizi, tariximizi, yeni bir tarixi yazdın bu xalqa… Dediyin olsun… oxumağa davam et

İnsandan betər 19/02/2007 (Vaqif Səmədoğluya nəzirə)


İnsan var ki, içindən çürük-çürük, Birisində daha az çürük, Birində daha çox çürük… Çürük var, canlı çürük, Çürük var, cansız çürük… Cansız var, bir gün canlanar, Cansız var, hər zaman cansız qalar… Canlı var, canlı cansızdan betər, Canlı var, canlı canlıdan betər… Betər var, insanı ümidlə yaşadır, Betər var, gələcəyini əlindən alır… Ümid var, qaranlığın son işığı, Ümid var, işığın ilk qaranlığı… Gələcək var, gözləyirsən həyatda, Gələcək var, təsadüfə çevrilər… Həyat var, sevinclə dolu, Həyat var, zəhərlə dolu… Təsadüf var, xoş olar, Təsadüf var, xoşlanmaz… Sevinc var, daimi, Sevinc var, ötəri… Zəhər var, öldürər, Zəhər var, can qurtarar… İnsan var, … İnsandan betər 19/02/2007 (Vaqif Səmədoğluya nəzirə) oxumağa davam et

ONLAR BİZİK, BİZ ONLARIQ?! 31/12/06


Gəldi Bizə bir il daha, sevinirik axı nəyə?! Qarabağı qaytarmışıq?! Var şad xəbər?! Bəlkə yenə itkimizlə barışaraq unutmağa çalışırıq, Özümüzə aynalarda baxaraq Biz, gülərək Biz?! Cavab verin, deyin mənə: Sevinirik axı nəyə?! Kimi xoşbəxt, kimi bədbəxt, hər kəs özünü düşünsə, Kimə lazım olar Vətən?! Ölüb VƏTƏN SEVGİSİ də, Yoxdur GERÇƏK BİR ÜZÜ də, Qeyb olubdur, DÜZ SÖZÜ də, görünmədi insanlara əzab verən VİCDAN İZİ! Öyrənmişik ticarəti, öyrəşmişik alçalmağa, Satıb aldı, alıb satdı, VƏTƏNDAŞLAR! Tükəndikcə nemətimiz saxlamadı özlərinə, Satdı sağa, satdı sola, bu onlara bəs etmədi, Yaltaqlandı sağa – sola, vaxtda ötdü qocaldılar, Dəyişmədən, yorulmadan, zirvələr ucalmadan ONLAR BİZİK, BİZ ONLARIQ?! … ONLAR BİZİK, BİZ ONLARIQ?! 31/12/06 oxumağa davam et

Mən nidanı sevdim, sən üç nöqtəni… 14/02/06


Mən nidanı sevdim, sən üç nöqtəni Mən qəti yazanda sən ah çəkirdin Həyatım bitəcək bilirdim dəqiq Sən isə sonsuzluq dəlisi idin Gerçəyi görməkdən çox uzaq idin… Mən səni sevirdim sən olduğunçün Sevmirdim, pulunu, şöhrət, adını Mən yenə dilləndim susmamaq üçün Səni sevdiyimi gerçəkdi bildim Röyada olmama şübhəm yox idi… Sən susdun, susduqca, dərdlər yaşatdım Sükünət içində mən yalqız qaldım Bu sevgi bitməzdi, davam edərdi Birgə səadətə sahib çıxardıq Xoşbəxt olmağımı sən istəmədin… Sən susdun, bilmədim nədən susursan Günbəgün unutdun yenə də məni Sən susdun, mən qaldım səndən nigaran Sonunda susmaqla etdin intihar Sən nidanı seçdin üç nöqtədənsə… Nə dedin sən … Mən nidanı sevdim, sən üç nöqtəni… 14/02/06 oxumağa davam et

Deyirlər… 01/06/04


Deyirlər, uzundur sevginin ömrü Əzizdir onunla yaşanan hər gün Deyirlər, çatmayır bir insan ömrü Acizdir bir insan tale önündə! Deyirlər, sevərkən əzab çəkməyən Sevginin  bəlkə də qədrini bilməz Deyirlər, həyatda heç səhv etməyən Səhvin qüdrətini yəqin ki, bilməz! Deyirlər, sevərkən sevilmir insan, Deyirlər, gülərkən güldürmür insan Deyirlər, göz yaşı sən axıtmasan Bir insan ömrünü anlamayarsan! Deyirlər, səmimi olmaq gərəkdir Deyirlər, qəzəbi boğmaq çətindir Deyirlər, yalanın qurbanı olmaq Ümidi yenidən üzmək deməkdir! Deyirlər, vaxt ötür, heç dayanmayır Deyirlər, talelər hey təkrarlanır Deyirlər, yaşamaq istəyir hər kəs Amma ki, bu arzu gerçək olmayır! Deyirlər, bu həyat sadə qurulsa, Çətinlik önündə aciz olarıq … Deyirlər… 01/06/04 oxumağa davam et

Qara bağıma – Qarabağıma 19/09/04


Bağışla, Qarabağ – Müqəddəs Vətən Bağışla, qanımız töküldü sənə! Bağışla, ey Ağdam, bağışla, Şuşa Sizi də itirdik yenə də qoşa Bağışla, Ağdərə, bağışla Laçın Bağışla, bir vaxtlar idik çox yaxın Bağışla, ey bizim doğma Kəlbəcər Bağışla, biz səndə çalmadıq zəfər Bağışla, Xocalı, Qubadlı, bizi Bağışla, unutduq faciəmizi Bağışla, Cəbrail, Zəngilan, yenə Qaytara bilmədik sizi geriyə Bağışla, Xankəndi, Fizuli, torpaq Çoxdandır, sizə biz basmırıq ayaq Bağışla, Xocavənd, sən də bağışla Sənin də dərdinə şərik çıxmırıq Bağışla, Vətənim, Qanlı Torpağım, Həsrətlə uzaqdan baxırıq sənə Bağışla, Qarabağ, ağlar övladım Qul oldun amansız düşmənlərimdə Bağışla, Qarabağ, bağışla səni Görünür sülh ilə qaytarmaq olmur Bağışla, … Qara bağıma – Qarabağıma 19/09/04 oxumağa davam et

Vətənə bizmi övladıq? 03/02/04


Bir  halda ki, vətəndaşıq Bir halda ki, lalıq, karıq Faciəyə göz yumanıq – Vətənə bizmi övladıq?! Qarabağı qorumadıq, Soyqırıma məruz qaldıq Tökülən qana baxmadıq Vətənə layiq olmadıq – Vətənə bizmi övladıq?! Keçmişi tək pozammadıq Tarixi də yaşatmadıq Şəhidlərçün ağlamadıq Dərdimizə heç yanmadıq – Vətənə bizmi övladıq?! Vətən bizi çox yaşatdı Sevgi ilə, hörmət ilə Tarixə bir cümlə yazdı Qana batmış qələm ilə – “Layiqli övladım varmı?!” Torpaqları biz itirdik Sülh əmrinə cavab verdik Qarabağdan sülhlə getdik Soydaşları evsiz etdik – Biz sülhə niyə aldandıq?! Vətən bizim yerimizə Şəhidlərçün yas saxlayır Təbiət də Vətən kimi Illər boyu hey ağlayır Göz yaşını … Vətənə bizmi övladıq? 03/02/04 oxumağa davam et

MURADIN “ARZU”SU 08/02/07


MURAD – 36 yaşlı evli bəy; ARZU – 23 yaşlı subay xanım; MURAD – həmişə olduğu kimi öz işi ilə məşğul olur, məqalələr yazırdı, həyatı öz axarı ilə gedirdi, fəal və canlı həyat tərzi sürən və xəyal yox, gerçəkliklə yaşayıb dediyi sözü gerçəkləşdirən, təbii və zarafatcıl təbiəti ilə seçilirdi. ARZU – həmişə olduğu kimi öz işi ilə məşğul olur, esse ve şerlərini yazırdı işləməklə yanaşı, həyatındakı yenilikləri öz əlləri ilə gətirən, gözəl, ağıllı, səmimi, hər vaxt istədiyi nələri və kimlərisə əldə edən, cazibədar, savadlı, fəal və canlı həyat tərzi sürən, təbii və yaradıcı, həyatsevərliyi və nikbinliyi ilə seçilən, xəyalpərvər bir … MURADIN “ARZU”SU 08/02/07 oxumağa davam et

Onlar və Sən – sınmadıq DOSTUM?! 01-06/01/2007


Paritet qəzetinin yanvar 2007-ci il buraxılışında dərc edilmişdir. Həyat çox çətindir, sənə asan görsənsə də, DOSTUM, həyat həm də gözəl və qısadır! Bilirəm buna görə də sən yaşamağa və bu gözəlliklərin hamısını görməyə tələsir, çətinlikləri görməməyə çalışır və asan görsənən həyatını yaşatmağa və özünü aldatmağa çalışırsan. Həyatı anlayırsan, həyatında olan kəsləri isə anlamağa nə qədər çalışsan da, anlamırsan! Çünki həyatın bir üzü var, DOSTUM, o üzünü də görürsən! Həyatında olan kəslərin isə bir neçə üzü var, hər dəfə onların yeni bir üzünü görüb təəccüblənirsən, özünü tanıdığın qədər onları tanımırsan! Qazananda, qalib gələndə sənə titrəyən əlləri ilə verdikləri medalın da ikidən … Onlar və Sən – sınmadıq DOSTUM?! 01-06/01/2007 oxumağa davam et

Xəyalımda yaşadın, gerçəkləşmədin… 01/09/06


Paritet qəzetinin sentyabr 2006-cı il tarixli buraxılışında dərc edilmişdir Sən xəyaldasan, xəyalımda xəyal kimi yaşayırsan, xəyalımla qidalanır, nəfəs alırsan… Sən mənim deyilsən, mənim xəyallarımdasan, gerçək olmadan xəyalımda mövcudsan… Acizəm, sən də digər xəyallarım kimi gerçəkləşməməyə məhkumsan… Mən gerçəyi tanıdım, xəyalı tanımadım, mən doğru olana inandım, xəyallara inanmadım… Xəyallarıma olan inamsızlığı, içimdə yaşatdığım ümidsizliyim məni kədərin qurbanı etdi, sevincdən məhrum edərək, göz yaşalarımla tək buraxdı… O – sənin istədiklərin xəyal idi, mən istədiyimi xəyallarımda canlandırmaqdan qorxdum, sənsə gerçəkləşdirməkdən qorxdun, gizli qorxularımız bizi xəyallarımızdan asılı etdi… Xəyalı yaşadarkən günahsız olsaq da, özümüzü nədəsə və kiminsə önündə günahkar bildik, mən xəyallarımdakıları cəsarət tapıb … Xəyalımda yaşadın, gerçəkləşmədin… 01/09/06 oxumağa davam et

Söz var… 11/04/06


Söz… Söz var, deyilir, Söz var yazılır… Söz var oxunur, Söz var eşidilir… Söz var kimisə dirildər, Söz var kimisə öldürər… Söz var nəyisə tapdırır, Söz var nəyisə itirdər… Söz var nəyisə qaytarar, Söz var nəyisə kiməsə verər… Söz var insanı yaşadar, Söz var qəlb sındırar… Söz var mənən zirvədə, Söz var daim tələdə… Söz var insan güldürər, Söz var insanı inlədər… Söz var xəstəlik olar, Söz var təbibin olar… Söz var səni sevdirər, Söz var nifrət oyadar… Söz var təsəlli verir, Söz var ümidi üzər… Sözü dediyin zaman gerçək yaşasın gərək Hər deyilən sözləri əməllə təsdiq elə… Paritet qəzetinin … Söz var… 11/04/06 oxumağa davam et

O gün… 26/11/05


O gün… O gün də onun həyatında bir gün idi. Həyatında o günün onun üçün fərqlənib fərqlənmədiyini bilmədim o gün! Bunu o bilirdi, bir də ki, onu da, məni də yaradan Tanrı bilirdi o gün! Kimisə, o gündə sevinir, dostlarını, əzizlərini – sevdiklərini yığır başına. O gün onda necə keçdi, bilmədim, yanında olmadım onun o gündə. Kimisi kədərlənir, bir il daha qocaldığını dərk etdiyi, ömründən daha bir ilinin silindiyi, o ilin keçmişə yazıldığını və yalnız xatirə olaraq qırıq – qırıq yada düşərək ani qayıdacağını anladığı üçün kədərlənir. Kimisə, o gün hədiyyə alır, kimisi isə stereotipləri sındıraraq başqalarına hədiyyə verir. Amma … O gün… 26/11/05 oxumağa davam et

Görəsən?! 27/08/05


Paritet qəzetinin sentyabr 2005-ci il buraxılışında dərc edilmişdir. Günəş – Görəsən, tənhalıqdan bir küncə sıxılıb donarkən, məni isitdinmi? Ümidsiz açılan o sayı bilinməyən sabahlarımda həyat yolumu işıqlandırıb mənə ümid verdinmi? Külək – Beynimdə dolaşan pis fikirləri, kədər dolu gözlərimdən oxunan dərdi, qəmi dağıtdınmı? Görəsən, onları məndən uzaqlara uçurtdunmu? Dost  – Sənə ehtiyacım olanda oldunmu yanımda? Görəsən, çətin anlarımda mənə yardım etdinmi? Qaldırdınmı ayağa yıxıldığımda, tutdunmu əlimdən ayaqlarım altında quyular qazılarkən? Həyat – Görəsən, bir anlıq sevincdən sonra təkrarən o sevincimə qaytardınmı məni? Bəlkə üzümdəki təbəssümə əbədi ömür verdin?! Xəbərsizəm?! Tale – Qara zolaqlı gəlişlərindən sonra ağ zolaqlı günlərimi həyatımda çox … Görəsən?! 27/08/05 oxumağa davam et

Təbiətin darıxmağı – Darıxmağın təbiəti 25.01.2005


Paritet qəzetinin fevral 2005-ci il buraxılışında dərc edilmişdir Göy üzünü bulud alsa, gur yağış yağsa, evindəki güllərin bir anda açıb solsa, pəncərəni külək döysə, dəniz ləpələri coşaraq özünü sahilə vursa, bil ki, mənəm, sənin üçün darıxıram! Səhradakı kimi susuzlasan, gecələri yuxuya gedə bilməsən, axşamları öz evində üşüsən, yaxınlarından anbaan uzaqlaşıb darıxmağa başlasan, bil ki, mənəm, sənin üçün darıxıram! Qulaqlarında səslər səsə qarışsa, yaddaşındakı köhnə anlar pozulsa, arzuların sənə tabe olmasa, bil ki, mənəm, sənin üçün darıxıram! Fərqli səbəblərdən hirslənsən, qəzəblənsən, işləmək istəyin yox olsa, itsə, hər şeyə marağın ölsə, bil ki, mənəm, sənin üçün darıxıram! Bir zamanlar gözəl dediyin, sandığın … Təbiətin darıxmağı – Darıxmağın təbiəti 25.01.2005 oxumağa davam et

Haqlısanmı? 31.10.2004


     Paritet qəzetinin noyabr 2004-cü il buraxılında dərc edilmişdir      Xoşbəxtlik – sən səni axtarıb, qazanıb, daha sonra itirməyimi, mənim əlacsız varlıq olduğumu sevgiyə söyləyə bilərsən! Xoşbəxtlik, səncə, sən düşüncələrində yanılmamısan ki? Haqlısanmı? Sevgi – sənin daimi olmayan sevincinə, ölənədək yaşayan əzab və göz yaşlarına, üzüntülərinə tabe olmamağım məni biganə varlığa bənzədiyimi düşünə bilərsən! Səncə, sən doğru yoldasan? Haqlısanmı? Yalan – səni qəbul etməməyimi, səninlə dost kimi davranmamağımı  diqqətə çəkməklə, məni qorxaq varlıq sanmağında yanılmamısan? Haqlısanmı? Xəyanət – heç bir zaman sənə müariət, səndən istifadə etməmişəm, sənlə bərabər olmadığımı deyərkən məni riyakar varlıq olaraq qəbul edərsən? Səncə, bu … Haqlısanmı? 31.10.2004 oxumağa davam et

Unutma ki… 01/01/04


Yaddaş – xoş və ya xoş olmayan anları yadda saxlayır. Xatirə – yaddaşa yazılan anları yada salır, xatırlayır. Xəyal – həqiqətə çevrilmək istəyən arzuların doğulmasına imkan verir. Qəlb –  ən ülvi hisslərlə yaşayır, coşqun sevgiylə çırpınır. Həsrət – göz yaşlarına həmdəm olur. Sevgi – qəlbi canlandıraraq ona yeni həyat bəxş edir. Qürur – insanı bəzən xilas edir, bəzən də uçuruma sürükləyir. Pul – mənəviyyata və əxlaqa ağalıq etmək arzusu ilə yaşayır. Hörmət – layiqli insanları ucaldır. Ağıl – cəmiyyətin gözü önündə insanın qiymətini qaldırır. Cəsarət – ən çətin məqamları məğlub edir, qorxaqlığı məhv edir. Vəfa – insanları bir – birinə … Unutma ki… 01/01/04 oxumağa davam et

Bir tarixin nə faydası var? 18/08/05


Paritet qəzetinin avqust ayı 2005-ci ildə dərc edilmişdir. Tanış olduq, payız fəslinin bir günündə, amma nə faydası oldu? Bir vaxt tanış idiksə, indi bu tanışlığımıza görə peşimanıq. Dost olduq, tanışlığımızın ilk həftəsində, amma nə faydası oldu? Bir vaxt dost idik, sonra yadlaşdıq. Bağlandıq, bir – birimizə bir müddət keçdikdən sonra, amma nə faydası oldu? Bağlandığımıza baxmayaraq bir – birimizdən tez soyuduq, bir – birimizi varlığımızla yorduq. İnandıq, bir – birimizə, amma nə faydası oldu? Əbədi sürəcəyini iddia etdiyimiz münasibətlərimiz uzun sürmədi, bir – birimizə olan inamımız həyatımızdan ötüb keçdi. Ümid etdik, dünyada insanların bizə hələ çox həsəd aparacaqlarına, ideal münasibətlərin … Bir tarixin nə faydası var? 18/08/05 oxumağa davam et

Səbəbi var… 08/04/06 – 23/04/06


Tanrı canlıya həyat verdi, canlı sevməyi öyrəndikdən sonra sevərək cansızı yaratdı, canlı nifrəti öyrəndikdən sonra öldü, sevərək bir vaxtlar yaratdığı cansız yaşamağa davam etdi… Uğur  gəldi, çox tez sevindik, daimi olduğunu zənn edib  qədrini bilmədik, o da bizdən küsüb yerini uğursuzluğa verdi… Həyatda bir xeyir iş gördük, kim və nə iləsə xoş davrandıq, bu zaman bu həyata sevinc daxil oldu, səhv bir iş gördük, mənəvi cinayət törətdik, cəzalandıq, nəticədə sevinc bizi tərk etdi, onu kədər əvəz etdi bu həyatda… Məqsədə çatmaq üçün mübarizə apardıq, düzgün yol seçəndə qələbəyə sahib çıxdıq, yoldan azanda bu qələbə məğlubiyyətə çevrildi… Azadlığa can atdıq, azadlığı … Səbəbi var… 08/04/06 – 23/04/06 oxumağa davam et

Gerçək, ya yuxu?! 05/03/06


Paritet qəzetinin 2006-ci ilin mart ayında dərc edilmişdir. Səhər idi, yuxudan tez durdum. Gecə narahat idim, çətin də olsa, yuxuya getdim. Nigaran idim nədənsə, kimdənsə… Nigaranam, bilmirəm, gördüyüm gerçək idi, yoxsa yuxu?! Tanımadığım bir nəfərin simasını qaranlıqda görməyə çalışdım, bacarmadım… O, tam görünməyən və aydın seçilməyən simanın sahibi mənə qalın, əminliklə dolu səslə dedi: Əlini mənə ver, mənə inan, ardımca gəl! Öncə qorxduğum yadıma gəlir… Sonra öndə işığı görüb qətiyyətləndim, cəsarət tapdım özümdə, bu işıq mənim kölgəmi mənə yol yoldaşı etdi. Tənha olmadığımı zənn edib irəliyə doğru tanımadığım kəsin ardınca addımladım… İşıqda o naməlum şəxs üzünü örtüb mənə tərəf döndü, … Gerçək, ya yuxu?! 05/03/06 oxumağa davam et

Etiraf 25/12/05


Cəmiyyət və Mən – onun bir üzvü!!! Etiraf – etdiyin hər hansı bir pis və yaxşı hərəkəti sözlə öz boynuna almaq deməkdirmi? O, insanların qəlbində yığılıb qalan və azadlığa can atan söz ordusunun əsgərlərindən ibarətdirmi? O, çox zaman həqiqət və gerçəyin köhnə düşməni və yeni dostu, insanın isə köhnə dostu və yeni düşmənidirmi? O, şirin və doğma yalandan, bəzən isə acı və yad gerçəkdən ibarət sözlərdirmi? Çox zaman etdiyimiz etiraf düz anlaşılmır ictimaiyyət tərəfindən, başlayırlar bizi qınamağa, böyük günah sahibi edirlər, səmimi olmağımızı mənfi cəhət kimi qiymətləndirərək bizdən uzaqlaşırlar, sonra isə… Bu dəfə mən etiraf etdim, stereotipləri sındıraraq, cəsarətli olub … Etiraf 25/12/05 oxumağa davam et

Unudulmaz 28/02/05


Bu yazı 2005-ci il Paritet qəzetinin mart ayı buraxılışında dərc edilmişdir. Gül – çiçək olmaq istəmirəm… Onlar əbədi olmurlar, xoş zahiri gözəllik və qoxularını bir vaxt itirirlər, açdıqları kimi bir gün də solurlar… Kiçik ulduz da deyiləm, kiçik ulduzlar daim parlamır, axı… Səhər Günəşin varlığı altında o kiçik ulduzlar öz parlaq işıqlarından məhrum olur, Günəşin batmasınadək onun kölgəsinə çevrilirlər… Od, alov da olmaram… Onlar bir gün yandıqları kimi sönürlər, bir gün varlıqları ilə isitsələr də, bir gün də yoxluqları ilə üşüdürlər… Sevgili də olmaq, sevərək sevilməmək üçün sevmək istəmirəm… Sevgi də insan kimi sonunda ölür, bir başlanğıcı bir sonluq əvəz … Unudulmaz 28/02/05 oxumağa davam et

“Torqovı”dan ötüb keçərkən… 17/01/2004


Keçmiş “Torqovı”, indiki “Nizami” küçəsi… Adı yeni idi, adından başqa bu yerlərdə heç nə dəyişməmişdir. Sadəcə bir neçə yeni müasir üslubda idarə və yaşayış evləri, yeraltı keçidlər tikilməkdədir. Bu hal bizim gözlərimiz üçün adiləşib, çünki yeni tikintilərin olması qeyri – adi hal deyildir, kiçicik torpaq olan yerdə o saat nəsə tikirlər. Dəyişilməz bu küçə əvvəllər olduğu kimi müxtəlif fikirli, amallı, niyyətli və arzulu insanları bir yerə yığır, onları üzləşdirir. Yenə də bu küçə yeni tanışlıqların, yeni günlərin, yeni olay və tədbirlərin tarixi şahidi olaraq qalmağında davam edir. Yenə də “Torqovı” müstəqillik əldə etmiş Azərbaycana gələn çoxsaylı əcnəbi vətəndaşları gülərüzlə və … “Torqovı”dan ötüb keçərkən… 17/01/2004 oxumağa davam et

Unutmaq istədim səni! 07/12/03


Keçmişi unutmaq, gələcəyimi isə sənsiz qurmaq üçün səni unutmaq istədim! Cavabsız sevgimə son qoymaq, tənhalığıma “Əlvida!” demək üçün səni unutmaq istədim! Sevgimin mənə bağışladığı o “şirin” əzablara qarşı çıxmaq, nə vaxtsa dost olduğumuzu yaddaşımdan silmək üçün səni unutmaq istədim! Göz yaşlarımı damla – damla axıtmaqla, həsrətimi boğmaq, yoxluğunla barışmaq, özümü unutmaqla isə səni unutmaq istədim! Viran qoyduğun qəlbimin xarabalıqlarını tarixə yazmaqla, onu qorumaq, sənlə keçirilən hər bir sənsiz günlərimi isə xatirələrimdən silmək üçün səni unutmaq istədim! Yaxın olduğun qədər uzaqlığını, dost olduğun qədər yad və yağılığını, səmimi olduğun qədər yalançı sükunətini pozmaq üçün səni unutmaq istədim! Özümü və qəlbimi sevgim … Unutmaq istədim səni! 07/12/03 oxumağa davam et

Sevdim, məni bağışla… 26/03/06


O gün, zahirən soyuq, mənən eyni dərdli insanları birləşdirən, bir zamanlar sevmədiyim fəslin ilk ayının bir günü idi. Baxışlarımız doğma, yaxın olduğumuzdan xəbər verdi, bu da ilk təəssürat kimi yanlış oldu. Ötəri ilkin baxış davamlı diqqət, maraq dolu baxışlara çevrildi. Yuxudan oyananda danışdıq, güldük, dostlaşdıq, mənən yaxınlaşdıq. O gün gələcəyi düşünmədən doğmalaşdıq. Bitməz sandığımız diqqət, qayğı, maraq ötəri olub ötən ildə bizimlə vidalaşdı. Soyuq, biganə təbiətim də düşünmədən qış fəslində təbiətimi tərk etdi – Mən Sevdim… Sevdim, sevərək sevildiyimi düşünüb sevilmədim… Sevərək sevilmədiyimi anlayanda bir an içində bu sevginin yaratdığı dünyam dağıldı… Sevdim, sevərək öncə sevgimi gizlətdim, etiraf edib onu … Sevdim, məni bağışla… 26/03/06 oxumağa davam et

Nəsə yetmədi… 28/07/06


Bu yazı Paritet qəzetinin 2006-ci il buraxılışında dərc edilmişdir, istinad hüququndan istifadə edirəm. Hər axşam səni unudub yeni həyata başlamaq ümidi ilə yuxuya getsəm də, hər səhər səni unutmayıb boş yerə ümid etdiyimi anladım. Bir ümidim səni unutmağa yetmədi… Hər günümü maraqlı etməyi öyrəndim, hər ötən qısa zamanı xatirələrimdə yaşadaraq uzatdım. Özümü unutmadan, dəyişmədən, təbii qalaraq səndən uzaqlara getdim. Bu uzaq məkanda səninlə bağlı nəsə və kimlərsə olmadı. Amma bu məkan da, zaman da səni yaşatdı, səni düşünərək sevdim, sevərək düşündüm. Özümü səndən çox sevdiyimi anladım bu gün, səni özümdən çox sevməyə bir istəyim, iradəm yetmədi… Özüm üçün yaratdığım geniş, … Nəsə yetmədi… 28/07/06 oxumağa davam et

Qara bənzətdim səni 24/12/03


Bu yazı 2003-cü ildə Paritet qəzetində dərc edilmişdir. Qəzetə istinadən yerləşdirirəm Qara bənzətdim səni, qarla oxşar cəhətlərin çox idi deyə. Qara bənzətdim səni, qar kimi ağ, mənən isə ləkəsiz idin. Qara bənzətdim səni, qar kimi tez əriyirdin, isti Günəşi görəndə. Qara bənzətdim səni, qar kimi soyuq idin, soyudurdun ətrafdakıları. Yalnız qışda üzə çıxır, gəlişinlə hər bir kəsin qəlbinə soyuq qış fəslini gətirirdin. Qara bənzətdim səni, ilin üç ayında gözlərə dəyirdin. Qara bənzətdim səni, sən də qar kimi uşaqları, bəzən isə böyükləri sevindirirdin, ilk dəfə çıxanda. Sonra sən də qar kimi insanların nə vaxtsa sevdiyi oyuncağa çevrilir,  bezdirdikdə isə xoşagəlməz, narahatçılıq … Qara bənzətdim səni 24/12/03 oxumağa davam et

Azəri qızının şəxsi həyatından parçalar…24.09.2011


Bu yazı Paritet qəzetinin 2011-ci il buraxılışında çap edilmişdir, bu buraxılışa istinadən yazıram. Bu yazını bir vaxtlar qədrini bilmədiyim Anama həsr edirəm… Deyiləcək, paylaşacaq o qədər söz, fikir var ki, bilmirsən nədən başlayıb nə ilə bitirəsən… Ailə quranadək olan sadə, dəyişilməz və vahid süjet xətti ilə gedən həyatım iri, bir neçə cilddən ibarət, anlaşılması çətin olan, fəlsəfi romanlara bənzəyən kitab səhifələri kimi darıxdırıcı, gözlənilən idi, ata evində olduğum dövrdə itirdiklərim elə kiçik, mənasız gəlir indi mənə, halbuki bir zamanlar bu hadisələrə görə göz yaşları axıdırdım, həyatımdan anama şikayət edirdim, haqsızlıqla qarşılaşdığımı iddia edir, bu hadisələrlə barışa bilmirdim, itkiləri elə şişirdirdim … Azəri qızının şəxsi həyatından parçalar…24.09.2011 oxumağa davam et

Mübarək! (11 il bundan əvvəlki düşüncələrim və yazdıqlarım)


(bu yazım 6-7 aprel 2004-cü ildə Paritet qəzetinin buraxılışında Ədəbiyyat səhifəsində çap edilmişdir,istinad kimi Paritet qəzetini götürürəm) Hər kəsin hər dəqiqəsi, saatı, günü mübarək ola bilər. Amma bu həftələri, ayları və illəri əhatə etmir, uzunömürlü deyil. “Mübarək!” sözünün də ömrü onun nə və hansı məqsədlə istifadə edilməsindən asılı olduğuna görə ən çoxu bir günlük ömrə malik olur. Mübarək adını daşıyaraq, mübarək adları ilə yaşayan insanlar da, görəsən, bir günlük “Mübarək!” sözünün sahibinə çevrilirlər?! Yoxsa, qismət onların payını öncədən ayırıb?! Bu adı daşıyanları digərlərindən fərqləndirərək daha xoşbəxt edib ki, adlarına layiqli olsunlar?! Varlı olanda bu sözü qulağın çox eşidir, dilin isə tez-tez … Mübarək! (11 il bundan əvvəlki düşüncələrim və yazdıqlarım) oxumağa davam et

Azərbaycanlı olmaq nə deməkdir? III hissə


Korporativ emaildən, iş telefonundan saatlarla şəxsi söhbətləri etmək üçün, qeybət əlaqə vasitəsi kimi istifadə etməkdir; OTKAT-ın hər gün mükəmməlləşmiş və qeyri-adi, mürəkkəb mexanimzləri üzərində düşünmək, axtarmaq və tapmaqdır; Şəbəkə marketinqi və digər maliyyə dələduzları, maliyyə piramidalarına yalan vədlər müqabilində iri məbləğlərdə pul qoymaq və sonra aldadıldığını anlamaq və pulunu geri qaytarmağı istəməkdir; Evdəki qız müəyyən yaşa çatdıqda, ailə qurmayanda, ailədə müəyyən problemlər olduqda, molla yanına gedib dua yazdırmaq, o duanı özünlə daşımaq, insan adını daşıyan pirlərə gedib, insanları Allaha bərabər tutmaq, ölmüş insanlara dua etmək və arzularının gerçəkləşməsini istəmək, falçılara inanmaq və onlara külli miqdarda pul vermək, müsbət nəticəsinin olacağı … Azərbaycanlı olmaq nə deməkdir? III hissə oxumağa davam et

Bilmirəm, nə deyim?!


İrişir, qırışır, o, mənə baxır, Dözməyib sükuta, hələ söz atır, Cavabsız qalanda, dalımca qaçır, Cavabı alanda, mənə şər atır, Bilmirəm, insandır, yoxsa ki, heyvan?! Nə niyyət mədəni, nə var insanlıq, Beynində şəhvətdir, ehtiras, yanıq, Oxuyur hər gecə Kamasutranı, Baxdığı pornodur, erotikadır, Bilərək, heyvani hisslər oyadır… Bilmirəm, nə deyim, susuram hələ… Nə gənc kimi gəncdir, nə yaşlı nəsil, Keçid dövründədir, çıxmaq istəmir, Uşaqtək “məsumdur”, bizi aldadır, Bildiyi bicliklər içdə gizlənir, Yalandır əxlaqı, guya dindardır … Min sima göstərir, başqalarına, Dərs keçir bizlərə namus, qeyrətdən, Yazdığı, dediyi fərqli əməldən, Üzünə tüpürmək lazımdır ancaq, O, mənə nümunə olmaz heç zaman… Sadəcə bir mələk görünüş alır… Adını qoyubdur kişi … Bilmirəm, nə deyim?! oxumağa davam et

Düşünməyə dəyər və ya bilirsinizmi?


4 tip insan var: 1. Kişi və qadın adına ləkə gətirən “yanıqlar”-salam verən kimi özlərini dərhal sırımaq istəyən sadəlövh ovçulardır, dərhal birbaşa mətləbə keçirlər və moment yapışqanı kimi yapışırlar (60%); 2. Ağıllı və dostluğunu qazananlar və zamanla yananlar – öncə salam verir, sonra dost olur, guya dost adıyla zamanla ünsiyyətdə olurlar, sonra guya bağlanırlar, guya xoşlanırlar səndən və sonra zamanla yanırlar və minnətlə ayrılırlar (20%); 3. Geylər və lesbilər – kişi və qadınlardan (1-ci və 2-ci kateqoriyaya aid olanların qurbanına çevrilənlər) üz döndərənlər, elə öz cinsindən olanlara meyl edirlər və dostluğunda möhkəmdirlər və təhlükəli deyillər (10%); 4. Nəsli kəsilməkdə olan … Düşünməyə dəyər və ya bilirsinizmi? oxumağa davam et