Azərbaycanlı olmaq nə deməkdir? II Hissə


Avtobusa dayanacaqdan kənarda saxladıb düşmək, minmək, dayanacaqdan kənarda saxlamayan sürücüləri borclu çıxartmaq və narazılığını bildirməkdir; Bakirəlik tələbinə görə min oyundan çıxmaq, bakirəliyini qorumaq, ərə getmək və ya ərə getməmişdən öncə cərrahiyyə əməliyyatı vasitəsilə özünü bakirə etməkdir və gələcək ailə üzvlərini aldatmaqdır; Yasda ağlamaq istəməsən də, özünü ağlamağa məcbur etməkdir, iki damcı axıdıb, gözünü qızartmaq, şişirtməkdir, sonra salfetka ilə o iki damcını yanağından silməkdir və tanımadığın yasına gedib, salavat çevirmək, Allahdan rəhmət diləməkdir; Toyda gələn gedəni müzakirə etməkdir, toyda özünə xanım, gəlin, ər, sevgili axtarışına çıxmaqdır; İnsanlara geyiminə görə qiymət verib, qarşılayıb insanları, geyiminə görə də yola salmaqdır; Dənizkənarı çimərliyə qaralmaq, … Azərbaycanlı olmaq nə deməkdir? II Hissə oxumağa davam et

Mən öləndə ağlamayın… (Rəsul Rzaya nəzirə)


Vəsiyyət edirəm bu gündən… Mən öləndə ağlamayın… Atam ağlama, qızım ağlama… Anam onsuz da ağlamaz, qardaşım da ki, ölsəm də, xəbər tutmaz… Sabiq sevgilim, ərim sevinər ki, canı məndən qurtarıb… Onsuz da mən öləcəyəm bir gün… Ölüm haqqdır… Ağlayanım çətin olar, bilirəm, əminəm… Çünki məni sözdə sevənlər çoxdur, amma qəlbən sevənlər yoxdur, çoxunu qəlbən sevsəm də mən… Dost saydığım insanlar belə səmimi, açıq sözlü, cəsur ola bilmirlər… Məyus olursan, peşiman olursan, susursan, içinə salırsan, üzülürsən, təklikdə ağlayırsan… Mənə lazımdır bu?! Əsla! Mən öləndə şəriət qanunları ilə basdırmayın məni… Dua oxumayın qəbrimin üstündə… Ruhumu dualar xilas etməyəcək… Günahlarım savablarımdan çoxdur, yerim cəhənnəmdir, onsuz … Mən öləndə ağlamayın… (Rəsul Rzaya nəzirə) oxumağa davam et

Bundan sonra susacağam…


Romantik deyiləm… Sevgiyə inansam da, nə sevmək istəyirəm, nə kiminsə məni sevməsini istəyirəm… Kimsə mənə bağlanmasın, mənim üçün darıxmasın… Uzun müddət tanıdıqların da xətrinə dəyə bilər, kimisə özünə yaxın bilmə ki, sonra əzab çəkib, məyus olub, peşimançılıq acısı ilə ağlamayasan… Kənardan çox güclü, iradəli, sərtəm, məni tanımayanlar üçün, tanıyanlar əslində bilir, necə kövrək, həssas, tez inciyənəm… Çox danışırdım, yazırdım öncə, paylaşırdım, istəmirdim içimdə qalsın nə yaxşı, nə pis, istəyirdim, ruhum, qəlbim, ağlım azad olsun yükdən, daşımasın içim, bədənim bu ağırlıqdakı yükü… Son zamanlar insanları tanıdıqca, anlayıram ki, sussam, özümə qapansam daha yaxşıdır… Son zamanlar heyvanları daha çox sevməyə başlamışam, onlara … Bundan sonra susacağam… oxumağa davam et

Azərbaycanlı olmaq nə deməkdir? (Həmmüəllif Raş Neo) I hissə


Azərbaycanlı olmaq yaxşıdır, çox gözəldir, fəxr edirəm ki, Azərbaycanlıyam, Azərbaycan Vətəndaşıyam… Azərbaycanlı olmağın nə olduğunu həm də digər tərəfdən təhlil edək, həm tərifləyək, həm də tənqid edək… Tərəzidə çəki eyni olsa da, olmasa da, yazacağam, Azərbaycanlı olmaq nə deməkdir?! Bu yazımı yazmağa ideyanı mənə dostum Raş Neo vermişdir ki, ona burdan öz dərin minnətdarlığımı bildirirəm. Ən pis halda: Azərbaycanlı olmaq -günəbaxan tumunu çıtlayıb, qabığını yerə tüpürməkdir, atmaqdır, çeynədiyin saqqız çənəni yorduğu zaman istənilən yerə yapışdırmaqdır; Qız görən oğlanın, oğlan görən qızın qarşısındakını gözləri ilə sanki rentgen, MRT və KT aparatı ilə nəzərdən keçirtməkdir; Azərbaycanlı olmaq – ictimai nəqliyyatda oturarkən, qarşısında durmuş … Azərbaycanlı olmaq nə deməkdir? (Həmmüəllif Raş Neo) I hissə oxumağa davam et

Bir kes var hayatımda…


Bir kes var hayatımda, mutlu olurum yanında, hüzur içinde, yüzüm güler o varken, Onun ismi Esl İnsan! O, bir arkadaşım, o bir dost, bir şey beklemez benden, ne aşk ister, ne başka bir duygu, anlar bir bakışdan, söz gerekmez onun için, bir bakışdan anlar ruhi-halimi… Bir kes var hayatımda, yanında olarken kötü ne varsa, unutursun, ancak iyi ne varsa hatırlarsın… Kendini bile unutursun, rahatlık verer, onunla konuşmak guzel bir duygu, onunla konuşdukca, zaman anlamadan öylə hızla gider ki, seni çekib götürer onunla olan özel dünyana… Bir kes var hayatımda, gerçek bir insan, gerçek dost, iyiden de iyi, sanki varlığı bir … Bir kes var hayatımda… oxumağa davam et

İndi hər kəs hər şeydən danışır (M.Ə.Sabirə nəzirə)


Dəyişib indi zəmanə, hər kəs haqdan danışır, Alır əlinə qələm, yazır, pozur, həm də danışır… Kimdə nə yoxdursa, olmayan şeydən danışır Kasıb puldan, varlı əxlaq, vicdandan danışır… Pis yaxşıdan, yaxşı pisdən hər gün danışır, Heyvandan betər insanlar heyvandan danışır… Bir zaman bizdə kimsə bəyənmirdi xaricini İndi hamı müasirdir, yabançı dildə danışır… Hərf, rəqəm bilməyən elm, bilikdən danışır, Savadı olmayan da, hər mövzudan danışır… Nadan savaddan, molla günahdan danışır… Yaşlı cavandan, cavanlar qocadan danışır… Sevib-sevilməyən insan da sevgidən danışır… Sevməyənlər Leylidən, Məcnundan danışır… Qız dərs adıyla görüşür oğlan ilə, ondan danışır, Oğlan isə dost yanında “sevdiyi” qızdan danışır… Müsəlman indi olub … İndi hər kəs hər şeydən danışır (M.Ə.Sabirə nəzirə) oxumağa davam et

Bir neft nağılı olarsa gerçək…


Biri var idi, biri yox idi… Milli sərvətlərlə dolu bir ölkə var idi… Ölkənin inkişaf etməsi üçün bütün imkanlar olsa da, çoxluq bunu istəmirdi… İqtisadi, siyasi, maliyyə, sosial, psixoloji təfəkkür tərzi, savadı olmayan bu xalq özü özünə quyu qazmağı, yorğanına görə ayaqlarını uzatmayıb, sonra üşüdüb xəstələnməyi, sonra həkimləri, dövləti günahkar bilməyi çox sevərdi… Hər yerdə özünə düşmən axtaran və pisi yaxşıdan ayırmağı bacarmayan toplum, yazar dostum Elmin dediyi kimi “sürü psixologiyası” ilə bildi-bilmədi, fikir yürütməyi, söz deməyi, qərar verməyi və seçim etməyi çox sevərdi… Quyuya su tökməklə, quyu dolmadığı kimi, özünə qazdığın quyudan quyunu lap dərin qazmaqla, quyudan çıxmağın mümkünsüz … Bir neft nağılı olarsa gerçək… oxumağa davam et

Qadının ən böyük düşməni…


Qadının ən böyük düşməni… Bu yazımda bütün qadınlar, kişilərin, ümumiyyətlə insanların adından danışmıram… Yazımdakılar heç də bizim cəmiyyət və ya qadınlardan bəhs etmir… Bütün dünyada qadınların bir çoxunun düşməni ümumilikdə götürülmüşdür… Düşünürəm ki, bu yazım istər qadın, istər kişinin qadınları anlamağa kömək edəcəkdir… Qadının ən böyük düşməni nə və ya kimdir? Qadının özü – cinsindən asılı olmayaraq bütün insanların ən böyük dostu və düşməni onun özüdür… İnsan özünə həm yaxşılıq, həm də pislik edə bilər… Ona görə də insan özünü tam dərk etmədiyindən özünü sevməkdən savayı, özündən də ehtiyat etməlidir… İnsanın özünə etdiyi pisliyi kənar şəxslər edə bilməz… Çünki kənar şəxslər … Qadının ən böyük düşməni… oxumağa davam et

Bir zaman dəbdə idi…


Bir zaman dəbdə idi qonaq getmək… Həyətdə yığışıb kabab çəkmək… İndi isə dəbə minib restoranlar… Ev yeməyi yavaş-yavaş düşür dəbdən  … Bir zaman dəbdə idi səmimilik… İçdən gülüb-ağlayardıq insan yanında… İndi isə dəbdə olub “maskalar, rollar” Dost, düşməni ayırd etmək çox çətindi… Bir zaman dəbdə idi təbiət, təbiilik, Dincələrdik, gəzərdik biz dostlar ilə… İndi dəbdədir son zaman pikniklər… Piknikə yeməyə pizza, qril, içməyə cola alırıq… Bir zaman yay girəndə gedirdik dincəlməyə… Dincəlib gələrdik, razı qalardıq gəzməkdən… İndi dəbə minib səyahətlər, selfi şəkillər… Şəkil çəkməyə poza, yerlər axtarırıq… Kim hara gedir, izləyirik instagramda, Sonra dərhal ora getməyə biz vaxt tapırıq… Yay girəndə dəniz kənarı gəzinti, … Bir zaman dəbdə idi… oxumağa davam et

Yazılmamış qanunlarımız (II hissə)


 Yazılmamış o qədər qanunlarımız var ki… Saymaqla bitməz… 1. Toylarımıza getmirəm, çağıranda pul göndərirəm… Çünki məncə toya elə adamları çağırmaq lazımdır ki, çox yaxın, əziz, doğma insan olsun, tanısın səni və toyunda olmasını istəyəsən sidqi-qəlbdən… Bizdə dost, düşmən, tanıdın, tanımadın hamını toya çağırırlar… Toy süfrəsində o qədər yemək düzülür ki, çoxusu stolda qalır, toxunulmur, o qədər yemək ziyandır, bizim bəzi insanlarımız, gün ərzində heç nə yemir ki, axşam toya gedirəm, orda yeyərəm, sanki oruc tutur, bir səhər nəyi var yeyir, bir də axşam, yatmamışdan öncə, sonra da deyir ağrıyıram, ağırlıq var, zəhərlənmişəm, ürəyim sıxılır, yata bilmirəm… Toylardakı musiqini demirəm hələ… … Yazılmamış qanunlarımız (II hissə) oxumağa davam et

Uşaqlara öyüd və nəsihətlərim…


Uşaqlar bizim gələcəyimizdir, amma indiki uşaqlarımızın valideynləri olan bəzi gənclərimizi görəndə, bizi necə bir gələcək gözlədiyini gözlərimin önünə gətirəndə, ehtiyat etməyə başlayıram… Nəyisə dəyişməsək, cəmiyyətimizdə Apokalipsis baş verəcək… Əziz uşaqlar, mən də anayam, bir qızım var, buna baxmayaraq, bütün uşaqlarımızı öz övladım bilirəm, ona görə də, sizə öyüd, nəsihətim və vəsiyyətim vardır… Yazdıqlarımı oxuyun, oxusa kimsə diqqətlə dinləyin… Biri var idi, biri yox idi. Azərbaycan adlı bir məmləkət vardı, onun ərazisində yaşayan insanlara azərbaycanlı deyərdilər… Günlər, aylar, illər ötdü, insanlar dəyişdi, cəmiyyətdə, məmləkətimiz də inkişaf etdikcə, rayon və şəhərlərimiz də müasirləşdi, gözəlləşdi, dilimiz də dəyişməyə doğru getdi… Ən azı 10 … Uşaqlara öyüd və nəsihətlərim… oxumağa davam et

Heç mənə lazım deyil… (yarı satirik, yarı tənqid, yarı gerçək)


Oldum səndən ötür veyil, Heç mənə lazım da deyil, Yazdım, səni tənqid elədim, Təhqir dolu cavab verdin… Heç mənə lazım da deyil, Mənə lazım da deyil… Çox istədim, qaldırım mən səviyyəni, Adam edim, kişi, qadın, mən səni… Nadan qalmaq özün istədin, aciz insan, Yazmağımın mənə xeyri indi nədir?! Səndən yazıb vaxtımı mən sərf elədim, Heyif yazdıqlarımdan, heyif səndən… Qoyun kimi otarsınlar, insan olma, əsla sən… Sonrakı peşimançılığının, Mənə yalvarmağının xeyri nədir?! Get gəz min oğlanla, yat, dur, xəstələn… Sonra bir lox tap, ona ərə getmə, evlən… Yüz dəfə qal hamilə, elə abort, sonsuz qal, Heyif çox gəncsən, heyif səndən… Ərin qoyun, özün … Heç mənə lazım deyil… (yarı satirik, yarı tənqid, yarı gerçək) oxumağa davam et

Yazılmamış qanunlarımız


Yazılmamış qanunlarımız var, kimə hansı xeyir edir, əlində yazılmış qanun kimi qələmə verib yellədir, lap bayraq kimi yellədir… Xeyir etməyəni də görməzdən gəlirlər… Öz bildikləri kimi qəbul edib yeridirlər insanların beyninə… Qonaq getməyi və qonaq qəbul etməyi heç xoşlamıram… Qonaq gələr 2-3 saat oturar,yeyib-içər, söhbətini edər, sonra çıxıb gedər… Hələ kirayədə qalan, 1  otaqlı evi olan, evində azyaşlı uşağı olan evə qonaq gəlib gecəni orda qalanları anlamıram… Həsənsoxdu dəyirmanıdır? 1 otaqda 3 nəfər özləri, üstəlik 3 nəfər siz?! Otaq rezin deyil, dartdıqca, doluşduqca, böyüsün… Xəstə olanda, hökmən qonaq getməliyik ki, biz xəstəyik, qoy hamı xəstə olsun… Yoluxdurmalıyıq… Hələ gəlib evində … Yazılmamış qanunlarımız oxumağa davam et

Əsl qadın nə istəyir? (əsl qadınlara ithaf olunur)


Çox insanlar düşünürlər, qadınların fikirlərini oxumağa çalışırlar, tək bir suala cavab tapmaq üçün: Əsl qadın nə istəyir?! Bəzi insanlar yazılarıma görə məni feminist, aqressiv biri olduğumu, kişilərə nifrət etdiyimi düşünərlər. Yanılırsınız, çünki ən uzunmüddətli, dözümlü, sarsılmaz və səmimi dostlarımın əksəriyyəti adı üstündə olan əsl kişilərimizdir, düzdür, nəsilləri kəsilməkdə olsalar da, var əsl kişilərimiz… Əsl kişilik ayaqların arasında deyil, əsl kişilik mənəviyyat, düşüncə, yanaşma və sürdüyü həyat tərzində və insanlara münasibətindədir… Mənim mənfi münasibətim və mübarizəm cinsindən, kimliyindən, yaşından, milliyyətindən, irqindən, dinindən, dilindən və yaşam tərzindən asılı olmayaraq əsl insanlıq adına ləkə gətirən, cahil olub, nadan olub, səviyyəsiz, əxlaqsız olub hamını … Əsl qadın nə istəyir? (əsl qadınlara ithaf olunur) oxumağa davam et

İndiki zamanədə…


İstəmirəm, olum qul… Oğru, dələduz, quldur… İstəmirəm sələm verim, İnsanları tez-tez soyum… İstəmirəm, girim borca, Qazandığım beş, on manat, Sərf olunsun kreditə, borca… İstəmirəm, maşın almaq, Bahalı telefon, iphone, ipad, Blackberry, nokia lumia… Acıq verim kimlərəsə, Özüm isə ölüm acından… İstəmirəm, kobud olmaq, Tənqid etmək, dava etmək… İstəmirəm, insanlardan Mən qorunmaq… İstəmirəm, xəyanət, yalan, Vəd vermək, boş-boş danışmaq, Sonra fikrimdən daşınmaq, İnsanları inandırıb, darda qoymaq… Tərif, oda, mədhiyyələr, Ağlaşmalar, mərsiyyələr… İstəmirəm nə döyülmək, nə də döymək… İnsan kimi insan olmaq istəyirəm mən ölənədək… İndiki zamanədə… oxumağa davam et

Onlar da yaşamaq, böyümək istəyirlər?! (Uşaqlarımız bizim gələcəyimizdir)


Gəlin, onların bu istəklərini əllərindən almayaq! Onlar da dünyanı öyrənmək istəyirlər?! Gəlin, onların bu istəyini birlikdə gerçəkləşdirək! Onlar gülmək, sevinmək, gülərək bizi güldürmək, sevinərək bizi sevindirmək istəyirlər?! Gəlin, bu işdə onlara kömək edək! Axı, biz də uşaq olmuşuq, bir vaxtlar biz də kiminsə gələcəyi olmuşuq?! İndi bəs niyə onlar da bizim kimi yaşamasın, böyüməsin, dünyanı öyrənməsin, sevinməsin, gülməsin, kiminsə gələcəyi olmasınlar ki?! Onlar da yaşamaq, böyümək istəyirlər?! (Uşaqlarımız bizim gələcəyimizdir) oxumağa davam et

Dəb xətrinə bəhsəbəs…


Bəhsəbəs xarakterimiz belə dəb xətrinədir… İndiki zamanədə insanın ayağının altında qazmaq, mane olmaq, təhqir etmək, söymək, döymək, öldürmək, intihar etmək, dalaşmaq da dəb xətrinədir, bəhsəbəsdəndir… Gözə girmək, tərif etmək, tənqid etmək, ismarıc yazmaq, yaltaqlanmaq, gündəmdə olmaq, reytinq qaldırmaq üçün, yazmaq, oxumaq, oynamaq da dəb xətrinədir, bəhsəbəsdəndir… Modernləşmə, konservatizm də, şərqdən qərbə addımlamaq, hər şeydə yaxşını oyub pisi axtarıb, tapmaq və özünə tətbiq etmək, pislik etmək, pis insan olmaq da, insanlarda dəb xətrinədir, bəhsəbəsdəndir… Müasir, dəblə və yaraşdı, yaraşmadı geyinmək, bağlı geyinmək, dindar olmaq, müsəlman olmağını əlində bayraq edib, başqalarına pis baxmaq da, dəb xətrinədir, bəhsəbəsdəndir… Müsəlmansan, xristiansan və s. çox gözəl, hər kəsin … Dəb xətrinə bəhsəbəs… oxumağa davam et

Bəzən…


Bəzən hər kəs istər tək qalmağı, istər qısa müddətə, istər uzun müddətə, tək qalarkən yaşadığı sakit, hüzur, rahat və azad həyatı… Bəzən insan kimi söz, hərəkət, seçim və qərarlarında sərbəst olmaq istəyir, kiminsə və nəyinsə səni idarə etməsinə, həyatına müdaxilə etməsinə, onu dəyişməsinə çalışmasını istəyər insan… Bəzən hər kəsin arzusu olar təklikdə düşünmək, özü üçün yaşamaq, öz həyatını yaşamaq, hər kəsi və hər şeyi unutmaq… Bəzən qorxularımız və qorxaraq yaşamağımız, yaşatmağımız, həyatın nə qədər qısa və gözəl olmasını anlamağa mane olur… Bəzən insan sevgidən, sevməkdən, sevilməkdən, anlaşılmazlıq, mübahisə və müharibələrdən, tənha qalmaqdan, insanlardan, heyvanlardan, təbiətdən, təbii fəlakətlərdən, fors-majordan hadisələrdən, risklərdən, … Bəzən… oxumağa davam et

Səbəbi var hər bir şeyin


2 ili tamam olur, həyatımdan sən getmisən, sevdiyini deyə-deyə tərk etmisən, Məni tənha qoymaqla sən, nə vermisən mənə sən? İnam, sevinc, güc, azadlıq?! Sevməməyi, tənha qalıb yaşamağı öyrənmişəm sən gedəndən, vuruşmuşam, çarpışmışam, Özümə dayaq olmuşam, yıxıldıqca, ayaq üstə mən durmuşam, zirvələrə tək qalxmışam…. Səndən mənə de, nə qaldı yadigar?! Dilimdən bir zaman düşməyən adın, gözlərimin önündən getməyən siman, birgə çəkdirdiyimiz fotolar, yazdığım romantik yazılar, yazışmalar, öldürərək basdırdığım duyğular,  puç olmuş ümid, tükənən inam, gerçək olmayan arzular… Ötən günlər, xatirələr, dünənlərim, viranə qəlbimın qəbristanlığında qəbir daşın,yalan sevgin, verdiyin vədlər, sözlər, birgə həyata nifrət, tənhalığa olan sevgim, kimisə sevməmək, kiminsə sevgisinə və … Səbəbi var hər bir şeyin oxumağa davam et

Cəmiyyətdəki ikiayaqlı, homosapiens viruslarla mübarizə niyə çətindir?!


Bu məqalədə söhbət bizim cəmiyyətdən getmir, ümumilikdə mədəniyyətin, əxlaqın, mənəviyyatın formalaşdığı, qədim tarixə malik deqradasiyaya uğrayan şərq cəmiyyətindən gedir (Yaponiya və Koreya cəmiyyəti istisna olmaqla). Biologiya, zoologiyada yeni virus növü aşkarlanmışdır, özlərini əsl bioloji virus kimi aparan cəmiyyətdəki ikiayaqlı, homosapiens virusları -“ali insanlar”… Belə viruslar da, cəmiyyətdə yeni xəstəlik yaratmışdır – “İnsanlıqdan çıxma”… Ən “kiçik mikroorqanizm” olan virusun ən qəribə cəhəti bilirsiniz nədir?!Onlar həm canlı, həm də cansız ola bilirlər, ikiayaqlı viruslarda da bu var, ikiüzlülük, gah guya “insan” olurlar, gah da əsl virus! Canlı olmadıqda, kristal hala düşürlər, qorunurlar, canlı hüceyrəyə çevriləndə, kristal forma dağılır və canlanır…. Əsl virus … Cəmiyyətdəki ikiayaqlı, homosapiens viruslarla mübarizə niyə çətindir?! oxumağa davam et

İnsanlar və dualar…


Dinsiz, imansız, ateist, deist, dindar olan və olmayan hər kəsin inandığı və dua etdiyi nəsə, hansısa qüvvə vardır. Təsəvvür edin ki, Siz dua edilən həmin qüvvəsiniz, hər kəsin duasını eşidir, görür, bilir, anlayırsınız, onların Sizə olan inamını doğrultmaq üçün pozitiv və ya neqativ, niyyətinin xoş və xoş olmamasından, arzusundan asılı olmayaraq hər bir insanın duasını gerçək etməlisiniz… Siz insanların dualarının mətnini bilmək və onları gerçək etmək gücünə maliksiniz, diskriminasiya edərək, dualarını gerçək edərdiniz, yoxsa hamını dualarına çatdırardınız? Siz insanların əsl simasını görürsünüz, əsl niyyətini bilirsiniz, nə edərdiniz bu halda?Nəyisə dəyişərdiniz, yoxsa olduğu kimi saxlayardınız ki, “vaxtı gələndə mükafatlandıracağam onu, ya da … İnsanlar və dualar… oxumağa davam et

Allahım, nə verirsən ver, bircə vermə…


Allahım, Yaradan bu dünyaya hər nə verirsən ver, bircə vermə bu dünyaya bəzi insanları… İnsanlara ağıl ver, pul verdiyin zaman, ağıl verməsən, pulu da vermə… Bəzi insanlar olub heyvanlardan betər, içlərində yaşayır heyvani hisslər, xarakterlərində heyvani amillər… İnsanlara heyvani təbiət vermə Vicdan ver bəzi insanlara, mənəviyyatı, insan olduqlarını unutduqları zaman onlara bunu xatırla, amneziya xəstəliyini vermə onlara… Mənə ağılı, qəlbi, mənəviyyatı, vicdanı sən ver, nadanlıqdan uzaq elə, özün mənə kömək et, möhtac etmə başqa insanlara… Pis insan dünyada əslində yoxdur, sadəcə sevilmək istəyən, bədbəxt, paxıl, tamahkar insan var, qəlbinin dərinliyində bəlkə də gözəl insandır, oyatsan yaxşı cəhətlərini olar o da başqaları … Allahım, nə verirsən ver, bircə vermə… oxumağa davam et

Sənə məktubum


Salam, sevgilim, Çox çətindir, bu sözləri yazmaq, üz-üzə olanda gözlərinin içinə baxıb sənə demək daha da çətindir. Etiraf etmək, səni əvvəlkindən də çox sevdiyimi, səhv etdiyimi, səndən uzaq düşməyimdə özümün günahkar olduğumu etiraf etmək, səni və özümü üzdüyümü etiraf etmək. Düşünürdüm ki, sən olmasan, uzaqda olsan, tək qalsam, xoşbəxt olacağam, tənhalıq, sakitlik, azadlıq mənim üçün ən böyük xoşbəxtlik olacaq, səni sevməsəm, unutmağa çalışıb yeni tənha həyata başlasam, eqoist olub ancaq özümü sevsəm, daha yaxşı olacaq mənə.  Bacarmadım, özümü sevməyi də bacarmadım, azadlığımdan da istifadə etmək istəmədim. Etiraf edirəm, zaman keçdikcə, anladım, sən mənim xoşbəxtliyim idin, səni həyatımdan qovmaqla, özümü, səadətimi, … Sənə məktubum oxumağa davam et

Biz elə cəmiyyətdə yaşayırıq ki… (son)


Parklarda fontanı gec işə salırlar, işə salanda da, kaş işə salmaz olsunlar, onsuz da döşəməsi sürüşkən olan parklarımızda fontanın suyu bütün parkı sulayır, park ərazisi elə sürüşkən olur ki, nə yerimək olur, nə də sürünmək, qanad taxıb uçmalısan, ya da gəzmək, keçmək, istirahət etmək üçün gərək alternativ yollar seçəsən… İnsanlar arasında dələduzluq, yalan, mədəniyyətsizlik, xəyanət, tamahkarlıq, şorğözlük və həyasızlığın yüksəlmə tempi artmaqdadır… Yola öncə zebra və digər yol xətlərini çəkirlər, sonra üstündən yenidən asfalt çəkirlər, zebra və yol xətləri qalır alayarımçıq… Sosial şəbəkələri ancaq tanışlıq məqsədilə istifadə edirlər, milli öndə mobil nömrə hesabını ödəyən zaman ardınca növbə yaranır və hər kəs … Biz elə cəmiyyətdə yaşayırıq ki… (son) oxumağa davam et