Tək istəmək yetmir bəzən…


Tək istəmək yetmir bəzən… İstəklərimi sənlə paylaşmağı istədin məndən… Yadındadır?Mən isə sənə yazmışdım, gizli qalan və bizlə bağlı istəklərimi… Sənsə özünü görmüşdün, gerçək edəcəyini inandırmışdın mənə… Mən səni sevmək və sən tərəfdən sevilməyi istədim sadəcə olaraq… Sevməyi, sevilməyi mənə çox gördün… Uşaq deyiləm, artıq gənc də deyiləm, yaşım da gedir zaman ötdükcə, ömrümdən alır günlərimi, anlarımı, mənsə bu anlarımı səndən uzaqda, sənsiz keçirdirəm… Gözlədim, inandım, inanmaq istədim, ümid etdim, başqalarından fərqli olduğunu düşünüb, sənə qəlbimi bağışlamaq istədim… Sənə isə mən, sevgim, qəlbim lazım deyilmiş…Olmadın yanımda dar günümdə, olmadın xoş günümdə, unutdurmaq istədin özünü mənə… Uzaqlaşdıqca məndən, uzaqlaşdırdın məni özündən…Mən odam, … Tək istəmək yetmir bəzən… oxumağa davam et

Harada “müsəlman” görürəm, qorxuram…M.Ə.Sabirə nəzirə


Harada “müsəlman” görürəm, qorxuram… M.Ə.Sabirə nəzirə Düşsəm də vəhşi təbiətə, vəhşi heyvanların içinə, Qorxmaram onlardan, bir an belə mən, aliyəm onlardan, Qorxmaram, flora, fauna, dünya, təbii fəlakət, təbiətdən Bir tək qorxum var, onun adı – insan, adi müsəlman! Qorxmaram, ötən zaman, vaxtdan, dağılan məkandan, Qorxmaram, cansızlardan, canlı varlıqlardan yenə Tək bir qorxum var, adı şərq insanı, “dindar”, “mollalar”… Qorxmaram, başqa dinlər, dillərdən, xalq, millət, irqlərdən, Tək qorxduğum şərq xalqları, insan dili, “müsəlmanlar”… Mən dinsiz, imansız, avam, cahil insan deyiləm, Allahımın, onun elçilərinin, din və dini kitabları tanıyır, sevir, qəbul edirəm. Lakin mən indiki vəziyyətə gəlib çıxardılan “qondarma İslamın” tərəfdarı deyiləm, … Harada “müsəlman” görürəm, qorxuram…M.Ə.Sabirə nəzirə oxumağa davam et

28 iyul tarixdə bir gün kimi


İlk növbədə, bildirirəm ki, bu gün mənim doğum günümdür, şir bürcünə düşür, günəş və odun himayəsi altında olan bu bürcün nümayəndəyis kimi 1 rəqəmi altında doğulmağım bəlkə də heç də təsadüf deyildir. Təsadüflər zərurətdən doğur. Bu zərurəti və doğum tariximi araşdırmaqla tairixn mənim ilə əlaqəsini müəyyən etmək istədim. Tarixə bu gün hansı hadisələrlə düşmüşdür: Perunun ispanlardan azad olma və müstəqilliyini elan etdiyi gün; Ümumdünya hepatitlə mübarizə günü; Mayami şəhərinin əsası qoyulduğu gün; Birinci Cahan müharibəsinin başlandığı gün; Rusiyanın vəftiz edildiyi gün; San-Marinoda faşizm üzərində qələbə günü; London şəhərinin şəhər statusunun aldığı gün; Rusiyada PR mütəxəssisləri günü; Britaniya və İrlandiyaya kartofun … 28 iyul tarixdə bir gün kimi oxumağa davam et

ƏGƏR?ONDA!


Xarici vətəndaşlar, xaricilərlə nigaha girmək istəyənlər üçün praktiki məsləhətlər Əgər əcnəbi vətəndaşı sevmişsinizsə, onunla ailə qurub, onunla bərabər onun vətəninə, digər ölkəyə köçmək niyyətindəsinizsə, o zaman bu praktiki məsləhətləri oxuyub, nəzərə almağı tövsiyyə edirəm. Yazımı işgüzar keyfiyyətlərimi, risk inzibatçı olmağımı nəzərə alıb, mövcud risklərə görə təsnifləşdirmişəm, “ən pis” halda, “ən yaxşı” halda, ssenari təhlilini aparmışam: Münasibətlərinizin ilkin mərhələsində və ya sevginizin başlanğıcında: Onun vətəni və adət ənənələri haqqında geniş ilkin məlumat əldə edin, mülki, cinayət qanunvericiliyi (Mülki, Cinayət, Ailə, Mənzil Məcəllələri, vətəndaşlıq haqqında qanun, miqrasiya ilə bağlı qanunvericilik) ilə tanış olun; Həmin ölkənin dini ilə maraqlarının, dilini öyrənin (ən çətin … ƏGƏR?ONDA! oxumağa davam et

Əgər mən olmasaydım…


Bilmirəm, haradandır çoxdan yatmış bu romantika, hardan alıram ilhamımı… Nədənsə, arada romantik tərəfimi də göstərib sevgidən, pozitivdən, mənəvi dəyərlərdən və insan, həyatdan xoş hisslərlə yazmaq istəyirəm… Bəlkə də, sevmək və sevilmək istəmədiyimi söyləmək və əsl sevginin varlığını sözdə inkar etməklə, əksinə sevginin varlığına inanır, əslində sevmək və sevilmək istəyirəm?! Hərdən təsəvvür edirəm ki, sevgi də var, sevdiyim insan da… O zaman O, insana olan platonik, əlçatmaz, ülvi istək, arzu, sevgim, xoş niyyətlərim fəallaşır və reallaşmaq istəyir, təxəyyül, xəyallar gerçəkləşərək yaşanmaq və yaşamaq istəyir… Maraqlıdır, görəsən sevənlər və sevilənlər bir-birilərinə çox tez-tez mi bu sualı verir: Əgər mən olmasaydım… Əgər sən … Əgər mən olmasaydım… oxumağa davam et

Mədəniyyətimiz-mədəni niyyətimiz (II hissə)


Bu mövzuya o qədər aktual problemləri, müzakirə edilməli mövzuları salmaq olar ki… Amma ikinci hissəsini yazıb bu mövzunu tam bitirmək istəyirəm… Nədənsə, cinsindən asılı olmayaraq aptekə vaxtından asılı olmayaraq, girib hamiləlik əleyhinə dərman, qoruyucu vasitə, hamiləlik testi alanda, həm aptekin işçiləri, həm də müştərilər bu alıcıya elə baxırlar ki, elə bil ki, alıcı yadplanetdən düşüb, kitabxanaya gəlib kitabxanadan kitab əvəzinə, bistroff məhsulu götürmək istəyir, hələ üstəlik alıcını pərt etmək və borclu çıxartmaq istəyir və qınayırlar… Sanki biz bu cür məhsulları aptekdən deyil, başqa yerdən almalıyıq… Bu da bizim indiki “mədəni niyyətimiz”dən və “mədəniyyətimiz”dəndir. Arıq və gözəl bədən quruluşuna malik insanlara … Mədəniyyətimiz-mədəni niyyətimiz (II hissə) oxumağa davam et

Mədəniyyətimiz – “mədəni niyyətimiz”


Cəmiyyətimiz əvvəllər çox mədəni idi, niyyəti də xoş idi, sonra dövlətimiz, iqtisadiyyatımız elə sürətlə inkişaf etməyə və irəli getməyə başlayıb ki, cəmiyyətimiz bu sürətə öyrəşə bilməyib, hələ də geridə qalır… Söhbət müasirlikdən, qərbləşib qəribləşməkdən və s. getmir. Söhbət əvvəllər insanlarımıza, ölkəmizə və cəmiyyətimizə xas olan mədəniyyətdən gedir. Unutmayaq ki, ölkəmiz şərqdə ən demokratik, ən mədəni dövlətlərdən biri olub, qadın hüquqları, qadına hörmət, namus, qeyrət və əxlaq, özünə tənqidi yanaşmaq mövcud idi, nöqsanlarımızı düzəltməyə çalışırdıq, yaxşı insan olmağa, insanlara kömək etməyə çalışırdıq. Bəs indi necə olmuşuq biz insanlar, bu cəmiyyəti formalaşdıranlar… Hər şey insanın ilk növbədə, özündən, sonra kiçik dövlət olan … Mədəniyyətimiz – “mədəni niyyətimiz” oxumağa davam et

Bilirsən, nə istəyirəm?!


Bilmirsənsə, yazım, sən bil… İstəyirəm, bu dünyada insanlardan uzaq olmaq, yalnız qalmaq, sən və mən, ikimiz. Nə mobil telefon olsun, nə planşet, noutbuk, internet, unutsun bizi bir neçə günlük hamı… Yada düşməyək az müddətə olsa belə… İstəyirəm, təbiəti, meşələri, şəlaləni, çaya tullanmaq, şəlalənin altında dayanmaq, su yuyub aparsın məni aydınlıq dünyasına, ağaca çıxmaq, oradan meyvə dərib yemək, sənin üçün aşağıya atmaq, gur səslə qışqırmaq, sonra ağlamaq, göz yaşlarım bitincə, içdən dərin bir ah çəkmək, sonra heç nə olmamış kimi sənin gözlərinin içinə baxmaq, gülümsəmək… İstəyirəm, dağa çıxmaq, zirvəyə qalxmaq, yuxarıdan aşağıya baxıb, yaxşı insan olmağıma və həyatımda olanlara şükür etmək, … Bilirsən, nə istəyirəm?! oxumağa davam et

İstəmirəm…10.07.2015


Sevmək, sevilmək, ağlamaq, gülmək, Yalan söz eşitmək mən daha istəmirəm… Xəyanət, ümid, acılar, puç olmuş bütün arzular, vədlər, sözlər, yox etibar, sevilməyi istəmirəm… Əbəs yerə vaxtım gedir… Əsəb, səhhətimi məhv edir, dava, mübahisələr edəndə, belə sevgi istəmirəm… Qısqanclıq, inamsızlıq, zəiflik, iradəsizlik, qeyri-ciddi hisslər, səbrimi tükəndirir, qalmır güman, bu cür həyat istəmirəm… İstəmirəm…10.07.2015 oxumağa davam et

Maliyyə təhlili


Mediada xəbərlər yayılıb ki, bəzi nazirlik və komitələr ya ləğv ediləcəkdir, ya da birləşdiriləcəkdir, işçilərin kütləvi ixtisarı başlayacaqdır. Mənim maliyyə proqnozlarım düz çıxdı: Mən hələ fervral ayında devalvasiya zamanı demişdim, bu hələ ilk mərhələdir, şükür etmək lazımdır. Çünki dövlət büdcəsinin əsas gəlir mənbəsi neft və qazın satışından gələn gəlir və vergi, dövlət rüsumu, gömrük rüsumlarıdır. Büdcə gəlirləri azaldığı halda, büdcə kəsirinin çox olmaması üçün iki metod var, ya yeni gəlir mənbələri tapmaq, gəlirləri artırmaq, ya da xərcləri minimuma endirmək, xərc maddələrində qənaət etmək. Hər iki istiqamətdə işlər gedir. Bu cür vəziyyət hələ gələn ilin ortalarınadək (minimum 1 il) davam edəcək, … Maliyyə təhlili oxumağa davam et

Ziddiyyətli Dilemma


Bəzən bəzi insanlar çox zaman olduqları kimi görsənmirlər, sanki daxili və zahiri aləmində ziddiyyətli dilemma vardır, gerçək düşündüklərini demir, yazmır, seçimlərində bəzən məyus, bəzən isə yanılmış, peşiman olsalar da, bu ziddiyyətli dilemma zamanı öz seçimini edirlər. Hər bir insan həyatında ən azı bir dəfə ziddiyyətli dilemma və qərar önündə qalmış olmuşdur. İndi isə elə düşünün ki, biz insanlar arasında gerçəyi bilən və fikirlərinizi oxumağı bacaran insanlar var, müəyyən bilikləri vasitəsilə sizi və fikirlərinizi oxuyurlar. Təsəvvür edin ki, sizin ən yaxın dost, rəfiqəniz,  sizi heç tanımayan və yoldan keçən bir insan sizi kitab kimi oxuyur və sizin bundan xəbəriniz yoxdur! O, … Ziddiyyətli Dilemma oxumağa davam et

Ön cəbhədə 27-29/03/05


Ağıl gerçəyi bilər, qəlbsə daim səhv edər Eybi yox, qəlb səhvini vaxtla ağıl düzəldər Qəlb yağıdır ağıla, öz bildiyini edər Qəlbə qulaq asanlar tələdə ömür sürər İnsan həyatı boyu qəlblə vuruşmalıdır. Qəlblə qərara gələn düşüncəsiz insandır İnsana əzab verən vicdan vardır hamıda?! Düşüncəsiz insanı vicdan məhv edər hər an Ağıl sahibi əlbətt daim olacaq öndə Qəlbdə yaşasa nifrət, öldürər ağlı dərhal Sındıranda sən qəlbi qürura toxunursan Qürur oyanan zaman qəzəblənir insanlar İnsan qəzəb içində qisas almaq istəyir Qisas işə düşəndə dünyanı tək dağıdar Ön cəbhədə 27-29/03/05 oxumağa davam et

Deyəsən, dəli oluram….06.07.2015


Alıb hər kəs əlinə qələm, Nəsə Yazır, kimsə pozur, qaralayır, Oxuyanda yazarların, şairlərin yazdıqlarını… Havalanıram, dostlar, dəli oluram… Dilini bilməyənlər, dilə yeni sözlər yamaqlayır… Özü kimi yazıları yamaq-yamaq, şit, bayağı… Hər kəs özünü sayır müğənni, xalq tanımır onları, Alır ad ya əməkdar artist, ya da xalq… Xalqın adından danışır, deyir ki, onu sevirlər… Eybi demək olmaz üzə, günahdır, ayıbdır dostlar, Aynaya baxın, təbii deyilsiniz artıq, taxdığınız maskalar, Sizi çoxdan qocaltmışdır… Girdiyiniz, oynadığınız min cür rollar Sizi Sizdən alıbdır… Xanım deyirsiniz özünüzə, makiyaj əlindən üzünüz mərsiyə deyib ağlar… Üzünüzü yusanız, bəlkə özünüzdən qorxmuş olarsınız… Xanım zərif olar, mədəni, gözəl, Sizsə, özünüzdən … Deyəsən, dəli oluram….06.07.2015 oxumağa davam et

Ola bilmədim?! 18/09/04


Bir  nəfəs idim mən insan ömründə Bir kədər idim mən tənha qəlblərdə Bir ümid olsam da, ümidsizlikdə Bir inam nədənsə ola bilmədim?! Bir işıq olmuşkən aylı gecədə Bir ətir olmuşkən göy çəmənlərdə Bir qəzəb olmuşkən düşmənlərimdə Bir zəfər nədənsə ola bilmədim?! Bir arzu olduqda mənasız gündə Bir tarix olduqda yaddaş içində Bir zaman olduqda öndə gedərkən Bir ibrət nədənsə ola bilmədim?! Bir cavab olanda  sual önündə Bir qurban olanda əmr ediləndə Bir gerçək olanda yerə enəndə Bir qismət nədənsə ola bilmədim?! Bir heyrət yaşadım insafsızlıqdan Bir qeyrət oyatdım amansızlıqdan Bir ismət qorudum namussuzluqdan Bir rəğbət nədənsə ola bilmədim?! Bir nifrət … Ola bilmədim?! 18/09/04 oxumağa davam et

Mən də varam…05/09/2006


1 gün gəldi, səhər açıldı, Günəş şüası üzümə güldü. Onun təbəssümündə səni yaşatdım. Sən təbiətin hər məkanında, hər zamanında, varlığında yaşadın. Bəs mən? Mən də varam! Susmaq istədim, kənardan sükunət daha gözəl, cəlbedici görsənirdi. Təbiətin canlı varlığı olduğum üçün içimdəki fırtınanı boğmayıb sükunəti pozdum. Mən də varam! Təbiətən təbiət təbii gözəl olduğundan canlı varlıqlar gözəlliyə vuruldular, ilk zahiri gözəllik mənəvi gözəlliyə qalib gəldi. Mənəviyyat dilə gəldi: Mən də varam! Canlılar göyə baxdı, əlçatmaz zirvədə olub yuxarıdan aşağıya baxıb ayrıseçkilik etdi. Xəyala daldı, xatirə ilə ovunub arzu ilə yaşadı, gerçəyi unutdu, yolunu da azdı. Gerçək buna dözmədi, dilləndi: Mən də varam! … Mən də varam…05/09/2006 oxumağa davam et

Axı niyə məhz sən? 19.09.2004


Qəlbin qapısı döyülür. Qapının arxasından qəlb qərib qonağa səslənir: Kimdir? Qapının arxasından qərib qonaq cavab verir: Sənin qəlbində yaşamayan yad, amma sehirli bir duyğular dünyasının şahzadəsiyəm! Adın nədir? Sənə bir vaxt doğma olan – Məhəbbət! Məndən nə istəyirsən? Sənin gözlərini açmaq istəyirəm! Səndə məskən salıb səni sevindirmək istəyirəm! Axı, bu mənim borcumdur. Niyə məhz məndə? Çünki sən sevməyi bacarmadığını düşünürsən, məni özünə yaxın buraxmaqdan qorxursan! Sən mənim təmiz varlığıma inanmırsan! Sən məndən uzaq gəzirsən! Bəli, sən haqlısan! Mən onlara inanmıram. Səncə, mən bu seçimi etməkdə yanılmışam? Əlbəttə! Bütün insanlar qeyri – ciddi və yüngül əxlaqlı olmurlar ki… Sən axı niyə … Axı niyə məhz sən? 19.09.2004 oxumağa davam et

Nifrətimin 40 səbəbi 23/03/04


İnsana xas olan mənfi emosiyalı hissdir nifrət! Amma bu hiss hər bir kəsdə yaşayır, gec – tez müəyyən amillərin təsiri altında özünü göstərir, bir çox bəlaları özü ilə gətirir. Hər bir kəs nifrət edə bilər, bu insan çox zaman bizim sevdiyimiz şəxslər olur.  Bizi  incitdiklərinə, qəlbimizi yaraladıqlarına, qürurumuza toxunduqlarına, hərdən isə sevgimizi cavabsız qoyduqlarına görə nifrət etməyə başlayırıq, özümüzdən asılı olmayaraq. Kiməsə nifrət edəndə ona bütövlükdə nifrət edirik. Hər bir əlamətdə onu gördüyümüzə görə əlamətlərə də nifrət etməyə başlayırıq. Hirsimizi soyudanadək onunla bağladığımız hər şeyə və hər kəsə nifrət edirik. Mən də insanam və mən də günlərin bir günü nifrət … Nifrətimin 40 səbəbi 23/03/04 oxumağa davam et

Həyatın təzadlı qanunları 20/08/05


Qəlbimizi zəbt edən sevgi itmədi, qarşı tərəfin təzyiqləri altında itirildi. Həqiqət ölmədi, o insanların eqoist istəkləri hesabına öldürüldü. Biz ağlamaq istəməsək də, ağlatmasaq da, bizləri bizə əziz olan insanlar aglatdılar. Qazandığımız nəyisə itirməkdən qorxsaq da, onu mütləq itirmiş olduq. Həyatımızdakı itkilər bizim iradə və istəklərimizə tabe olmadı. Bizlərə əziz olanları varlığımızla yormadığımızı zənn etdik, zaman ötdü yanıldığımızı anladıq, bizdən yorulan kəslər bizi həyatından pozdu bizim xəbərimiz olmadan. Mehriban insan olduğumuz halda, insanları isitməkdənsə, soyutduq. Ağlımız və gücümüzlə insanları qorxutduq. Səmimi olduq, qarşılığında da səmimiyyəti görəcəyimizi düşündük, amma nəticədə insanlar tərəfindən düzgün anlanmadı bu səmimiliyimiz. Bizi sevəni sevmədik, onların qarğışı bizi … Həyatın təzadlı qanunları 20/08/05 oxumağa davam et

Həyat var ki… 15/08/2007


Hüseyn Cavidə nəzirə İnsanlar var ölüm yolunu çox gözlər… Həyatından gör necə bezib zavallı… Ölümü qurtuluş qəbul edəndə… Sevinər ölümün ilk qədəminə… Ölüm var ki, həyat qədər dəyərlidir kiməsə… Həyat var ki, ölümdən də zəhərlidir nədənsə… Yaşamaq xoş olur xoşbəxt insana… Bəs yazıq bədbəxtlər necə yaşasın? Zəhərli həyatdan necə kam alsın? Bu günkü əhvalına üzüldüm, Səsin çıxmırdı, gözlərin parlamırdı, Üzün gülmürdü, niyə? Buna səbəb mənəm görəsən? İnanmıram, mənə görə keyfin pozula, Axı mən zəifəm, balacayam, cılızam sənin gözlərində, Axı mən təbii fəlakətəm, dəhşətəm, dözülməzəm… Dönməyini istəmirəm, bu sənə xoş deyil… Mənsə sən sevinəndə sevinərəm, Güləndə gülərəm, sənə qıymaram, keyfini pozmağa, … Həyat var ki… 15/08/2007 oxumağa davam et

Unuduram 15/08/2007


Nüsrət Kəsəmənliyə nəzirə Özümə söz verdim, daha zəng etməyəcəm, Nə işinə, nə də mobil nömrənə… Siləcəm səni yaddaşımdan, Siləcəm sənlə bağlı hər şeyi hər bir yaddaşdan… Sənə söz verirəm… Sənin üçün darıxmayacağam, səni düşünməyəcəyəm, Səni unuduram… Bunu sən istədin!!!!! Nə telefonuna, nə elektron ünvanına ismarıc yollayacağam… Rahat ola bilərsən… Mənə inana bilərsən… Rahat buraxacağam səni, Dünyanla, təbiətinlə, təzadlarınla baş-başa… Təki sən rahatlıq tapasan, üzünə əvvəlki təbəssüm, qəlbinə sevinc qayıtsın… Pəncərədən baxıram, maşınlara, insanlara, dünya tələsir, İnsanlar yaşamağa tələsir, mənsə, ölməyə tələsirəm! Səsin, ünsiyyətin, baxışın, gəzişin, davranışın… Mənə doğma idilər onlar əvvəllər, bir vaxtlar… İndi məni incidirlər onlar… Eybi yox, zaman … Unuduram 15/08/2007 oxumağa davam et

Bir salama dəymədi 14/08/2007


Bəxtiyar Vahabzadəyə nəzirə Yeni bir gəlişin, yeni bir görüş, Baxmadın mən tərəfə… Bu da sənə bəs etmədi… Salam da vermədin… Bir salamına dəymədim… Deyirsən göz yaşları, ağlamaq zəiflikdir?! Qoy, zəif olum, amma qadın, qız kimi qalım, zərif, Kövrək, ağrılara dözmək üçün ağlayan, Təki kobudluqdan, soyuqluqdan uzaq olum, Özüm özümü anlayım, Özümə yadlaşmayım, Öz qəlbimi yaralamayım, öz xətrimə dəyməyim… Özümü qoruyum yeni zərbələrdən… Təki ağlayım, bulud kimi boşaldım pis emosiyaları növbəti xoş və parlaq gələcəyə sevinmək, gülümsəmək üçün, amma sınmayım, sındırılmayım, özümü sındırmayım! Güclü olmağımı istəyirsən? Onda de ki, kişi kimi olum?! Yox, buna razı ola bilmərəm! Nə edirəm, bəyənmirsən, bir … Bir salama dəymədi 14/08/2007 oxumağa davam et

Yenə olaydı… 31/12/06


Mikayıl Müşfiqə nəzirə Yenə o VAXT olaydı, keçmişə dönərək biz, Qarabağa gedəydik, birgə ömür sürəydik! Yenə o YER olaydı, qovardıq düşmənləri Qana batmış bağımdan, qoymazdıq onu ağlar! Göz yaşını silərdik, əgər bunu bacarsaq. Yenə o GÜC olaydı, vuruşardıq, Geriyə daha biz qaçmayaydıq! İrəliyə addımı kaş biz həmrəy atardıq, Qaytarardıq geriyə bizə məxsus olanı! Qoruyardıq, onu biz növbəti hücumlardan… Yenə o SÖZ olaydı, Kəsəydi qılınc kimi kökünü düşmənlərin! Saxta tarix önündə, güclü silah olaydı… O, söz agah olaydı, bizə qarşı çıxana, O, söz sübut, dəlildir, bizə inanmayana! Yenə İNAM olaydı, yenə həmrəy olaraq Zirvələrə qalxaydıq, gözü götürməyəni, Yenə saymaz olardıq! Mənən … Yenə olaydı… 31/12/06 oxumağa davam et

Unudulmaz 28/02/05


Gül – çiçək olmaq istəmirəm… Onlar əbədi olmurlar, xoş zahiri gözəllik və qoxularını bir vaxt itirirlər, açdıqları kimi bir gün də solurlar… Kiçik ulduz da deyiləm, kiçik ulduzlar daim parlamır, axı… Səhər Günəşin varlığı altında o kiçik ulduzlar öz parlaq işıqlarından məhrum olur, Günəşin batmasınadək onun kölgəsinə çevrilirlər… Od, alov da olmaram… Onlar bir gün yandıqları kimi sönürlər, bir gün varlıqları ilə isitsələr də, bir gün də yoxluqları ilə üşüdürlər… Sevgili də olmaq, sevərək sevilməmək üçün sevmək istəmirəm… Sevgi də insan kimi sonunda ölür, bir başlanğıcı bir sonluq əvəz edir, öləndə o da insan kimi unudulur… Ruh da deyiləm… Ruh … Unudulmaz 28/02/05 oxumağa davam et

Ayrılıq…23.02.2015


Bu gün bildim, anladım mən, Yerim yoxdur həyatında, Qərar verdin bu gecə sən, Məni daha sən sevmirsən… Bu gün bildim, baxışından, Ölüb artıq mənə sevgin… Anladım mən duruşundan, Başqası var həyatında… Üzülmürəm, ağlamıram, Bilirdim ki, gedəcəksən, Səni güclə saxlamıram, Qalmağınçün yalvarmıram… Gəldi artıq vida anın, Yığmısan sən əşyaların, Susma, sonda xoş söz de ki, Yeni bir həyat başlasın… “Sənki səndə, mənki məndə”, “Xoşbəxt ol” deyirəm sənə, Qəlbim ağlar, üzüm gülər, Sənsiz necə yaşayım mən? Qürurumu susdurmuşam, Qəlbimi də sındırmışam, Bilirəm ki, bədbəxtəm mən, Sənsiz çoxdan məhv olmuşam… Ayrılıq…23.02.2015 oxumağa davam et

Bu da etirafım… 05.05.2015


İçimdə ziddiyyət yaşar, tufan dolaşar,  Qəlbimdə dərin yaralar, sızlayar,ağlar Boşluğu doldurmaz soyuq baş daşı,  Qəbrini qazdığım, ölmüş həyat var, Sevgi var, ümid var, inam var orda…. Qəlbimdə kədərlə hüzün var ikən, Gözlərim aldada bilmir kimsəni Üzümdə təbəssüm olsa da belə, Çoxları bilir ki, xoşbəxt deyiləm Uzaqda bir parçam, sevərkən məni…. Edirəm etiraf, susmaqdan bezdim, Verilən suallar, qınaqlar da var, Cəmiyyət, insanlar, həyatda varkən… Eqoist olaraq susmağın mənası var? Sevgi, sevmək, sevilmək günahsa, Onda altruizmin nə mənası var? Bu da etirafım… 05.05.2015 oxumağa davam et

Yetər artıq….17.03.2015


Yetər yalan təbəssüm üzünüzdə, Üzümə gülməyin, bezdim mən sizdən… Riyakarlıq, yalan, intriqa, vədlər… Bezmədiniz insanlar özünüzdən? Yanımda oynamayın siz oyunlar Taxdınız yanımda yüz cür maskalar… Nə olsun ki, təbii, səmimiyəm, Gəlin minim boynuma, çıxın başıma… Nə qədər dözüm mən bisavadlara, Haqsızlıq, böhtanlar, əxlaqsızlığa…. Satılmıram, satmıram, sizdən uzağam, Söyüb döymürəm, durun məndən uzaq…. Xoşbəxtəm, bədbəxtəm, tənhayam, mən, Sevdiyim var ya yox, sizə dəxli var? Hesabat vermirəm, cavabsız qalsın Maraq üçün verdiyiniz suallar… Yetər artıq….17.03.2015 oxumağa davam et

Mən! 06.07.2015


Biri girər həyatıma biri çıxdığı zaman, Bir insan silinir, o birisi yaddaşa yazılarkən, Biri unudulmayan, başqa birisi unudulan insan… Sevən də insan, sevilən də, sevməyən də, sevilməyən də… “Girmə həyatıma, tənhalığımı çox sevirəm, özümü sevirəm!” dedim, Eşitmədin, eşitmək istəmədin, qəbul etmədin, keçdi zaman, dəyişdi məkan, Məndən hamıya şikayət etdin ki, eqoistəm… Mən də sənin kimi bir insanam, amma başqalarına inanmayan bir insan… Bağlanmaq istəməyən, sevmək istəməyən, sevgiyə güvəni olmayan… Mən özümə ancaq inanıram, özümü tanıyıram, özümü qəbul edənəm… Dostum dostdur bir gün, bir günsə yadlaşar, bir günsə olar düşmən… Tənhayam, tənhalığım mənə zərbə vurmur insanlar vurduğu zaman… Yıxıldığım zaman tənhalığım … Mən! 06.07.2015 oxumağa davam et

Ən uğurlu sərmayə 01.07.2015


İnkişaf etmiş ölkələrdə varlıların niyə varlı olduğunu bilmək istəyirsiniz?! Onlar işçilərinə dəyər verirlər, onların biliklərinə, korporativ dəyərlərə, işçi və müştərilərinə qarşı sosial məsuliyyətə, işçilər arasında münasibətlərə üstünlük verirlər, korporativ birgə tədbirlər, aksiyalar keçirilir, birgə istirahət mərkəzləri, gəzintilərə, nahar və ya şam yeməklərinə gedirlər, asudə vaxtlarını belə dost mühiti şəraitində keçirirlər. Onlıarda iş yoldaşın həm də dostun olur… Onlar öz işçilərinə xərc çəkməkdən, onların yüksək nəticə verən işlərini mükafatlandırmaqdan ehtiyat etmirlər. Bizdə real vəziyyətin necə olduğunu çox adam bilir. Düzdür, istisna hal kimi, bəzi holdinq şirkətlər, xarici kapitala malik şirkətlər bu model ilə gedirlər və işçilərinə dəyər verirlər və onları stimullaşdırırlar, … Ən uğurlu sərmayə 01.07.2015 oxumağa davam et