Məşvərət məclisinin qərarı: Hamı pul hayındadır! (M.Ə.Sabirə nəzirə)


(Xahiş edirəm, kimsə məndən inciməsin, hər kəsə şamil edilmir) Günlərin bir günü dünyadakı bütün peşə sahibləri yığışıb məşvərət məclisi keçirməyi qərara alırlar. Məşvərət məclisi başlamamış mübahisə başlayır ki, məclisi kim açacaq, kim bağlayacaq, yəni ki, ilk və son söz sahibi kim olacaq, müzakirə mövzusunu kim seçəcək?! Hakim özünü məhkəmədə hiss edib qərar çıxardır ki, ilk və son söz sahibi ən önəmli peşə sahiblərinə verilsin və bu peşə sahiblərini müəyyən etmək üçün hər bir peşə sahibi öz peşəsinin nə dərəcədə önəmli olmasından danışıb əsaslandırmalıdır. Bunların hər birinin sözünə onların ağlı, vicdanı və qəlbi şahidlik etməlidir. Həkim: Mən hamıdan vacib şəxsəm, insan … Məşvərət məclisinin qərarı: Hamı pul hayındadır! (M.Ə.Sabirə nəzirə) oxumağa davam et

Kimdir O?! Şərq Qadını! H.Cavidə nəzirə….24.06.2015


Bir zaman mən kim idim? Şərqin əzilmiş qadını! İndi səs verirəm, hüquq, azadlığım var! Qanunla verilən azadlığımı Əlimdən alır indiki insanlar! Mən nəyəm, kiməm?Sadəcə qadın! Halbuki övladam, ana, bacıyam! Heç fərq etməz, bu dünyada varam, yoxam. Başqaları həll edir taleyimi, həyatımı, Keçmişimdə yoxdur ləkə adımda, kölgə, Amma hər yerdə vardır vicdansızlar! Dedikləri olmayanda, keçirlər hücuma! Bir qadınam, susdurulan, öldürülən, Göz yaşları qurumadan axıdılan, Ümidsiz, inamsız, həyatdan bezən Bir qadın oluram həyatda bəzən! Təhsil almalıyam, işləməliyəm, Asılı olmadan yaşamalıyam, Sınmamalıyam, susmamalıyam! Mən bir Şərq Qadınıyam, insanam! Qadınam, öndə, zirvədə olmalıyam, Ulduz kimi parlamalı, Günəş kimi işıq saçmalıyam ugurlarımla Sevinməliyəm, sevməliyəm, yaşayıb … Kimdir O?! Şərq Qadını! H.Cavidə nəzirə….24.06.2015 oxumağa davam et

Dədə Qorqud silsiləsindən…


Cavana “yanıq” demədim, mən Dədə Qorqud, Bəzisi yandı, kül oldu, tüstüləndi… Qızlara yazıq demədim, mən Dədə Qorqud, Bəzisi ərə getdi, sonra boşandı… Anaya qadın demədim, mən Dədə Qorqud, “Sonsuz” oldu, övlad vermədi ərinə… Xanıma “qorun” demədim, mən Dədə Qorqud, Bəzisi bilməz ki, kimdir, dostu, düşməni Oğluma “boşan” demədim, mən Dədə Qorqud, Evləndi oğul, bəyənmədi arvadını… Qohuma sözbaz demədim, mən Dədə Qorqud, Sözüm gəzdi el-obanı, mən bilmədim… Yazana “pozan” demədim, mən Dədə Qorqud, Yazdılar, pozdular, tüpürüb yaladılar… Tikənə “sökən” demədim, mən Dədə Qorqud, Biri tikir, sonra sökür, yenə tikər, İlahi! Dədə Qorqud silsiləsindən… oxumağa davam et

Biz öləndə “rəhmət” deyin! Cabir Novruza nəzirə (Sağlığında qiymət verin insanlara)


Bir arzum var, vətəndaşlar, Deməliyəm bunu Sizə… Biz öləndə “rəhmət” deyin, “Pis”ləməyin biz öləndə… “Yaxşı insan olub” deyin, Sağlığında “pis” olsa da… Sağlığında dəyər yox insanların?! Heç olmazsa, o öləndə qiymət verin… Sağlığında yaxşılara pis deməyə, Pislərə tərif deməyə, mədh etməyə Öyrəşibdir bu insanlar… Biz öləndə tüpürməyin cəsədlərə… Biz öləndə ağlamayın, sevinməyin… Sağlığında üzümüzə gülməyiniz, Arxamızca söyməyiniz bəsdir bizə, Yetər artıq, hörmət edin özünüzə… Bir “rəhməti”, fatihəni, salavatı qıymayanlar, Bir gün Siz də öləcəksiniz, tələsməyin… Əgər yalan deyiriksə, töhmət edin, Tənqid edin, səhvimizi bizə deyin… Sizdən xahiş edirik biz, bu arzuya Hörmət edin… Sağlığında yaxşılara pis dediniz, azdır Sizə, Yollarını … Biz öləndə “rəhmət” deyin! Cabir Novruza nəzirə (Sağlığında qiymət verin insanlara) oxumağa davam et

Yazmaq istəyirəm… Cabir Novruza nəzirə 22.06.2015


Yazmaq istəyirəm, susuram hələ… Amma yazmamaq da, alınmır məndə… Şerimi yazıram səmimi qəlbdən, İlhama gəldikcə, susa bilmirəm… Bəlkə də, yazmağa mövzular çoxdur, Bu həyat, insanlar, fəlsəfə, baxış! Çox sözlər yığılıb, yaza bilmirəm… Qorxmuram, sadəcə dözə bilmirəm… Yazmaq istəyirəm cəmiyyətimdən… Tənqidlər, təhqirlər gözləyir məni… Susmaqla edərəm bəlkə yaxşılıq, Amma ki, yazmasam, mənə pis olar… Yazmaq istəyirəm müasirlikdən, Nə qərb kimi qərb olduq, nə də ki şərqik, Sevinə bilmirik, uğur, sevincə, Kimisə xoşbəxtdir, biz isə bədbəxt, Gərək paxıllayaq, edək bəhsəbəs… “Hər işdə yarımıq, yarınmamışıq…” Çox adam beləcə düşünür bəlkə.. Tənqidi yazıram ümidlərim var, Bəlkə də, beləcə biz tam olarıq… Yazmaq istəyirəm əlimdə … Yazmaq istəyirəm… Cabir Novruza nəzirə 22.06.2015 oxumağa davam et

İndiki bəzi qızlar …. 19.06.2015 (Hüseyn Cavidə nəzirə)


– Qızım, balam, söylə, adın nədir? – Sənin üçün nə fərqi var, atam yaşındasan qoca kaftar?!Adım, Zəhrimar! – Atan, anan var, yoxsa, təksən bu həyatda? – Bundan sənə nə var, atam da, anam da var! – Ziyalı, ali təhsilli, ağıllı, zəngindirmi bəs onlar? – Hə! Zəngindir, soyköklüdür, vəzifəsi, pulu var! Sual az ver, yoxsa, sənin sonun pis qurtarar! – Niyə belə geyinirsən, qızım, üzündə bu qədər makiyaj, sünilik, neçə yaşın var?! Qızım, hələ çox cavansan, hər meyvənin öz vaxtı var! – Geyimimdən, qızılımdan, üzümdəki makiyajdan sənə nə var?! Get, sən indi öz dərdinə çarə axtar! – Təhsilin var?Hansı peşəni seçmisən?!Kim … İndiki bəzi qızlar …. 19.06.2015 (Hüseyn Cavidə nəzirə) oxumağa davam et

Bankların yarısı ya bağlanmalıdır, ya da birləşməlidir.


Pulumuzu kimə etibar edək, hansı maliyyə qurumuna güvənək?! Əslində, bankların yarısı bağlanmalı və rəsmən müflis elan edilməlidir, çünki bankların bir qismində hələ də məcmu kapitalla bağlı 50 mln manatlıq tələb yerinə yetirilməmişdir, kapital riski var, kredit, likvidlik riski (məhz likvid vəsaitlərin (qısa müddət ərzində aktivlərin pula çevrilməsi məsələsi) çatışmaması riski) var, üstəlik müştərilərin haqlı narazılıqları var, istehlakçıların hüquqları bir çox maliyyə qurumlarında pozulur, istehlakçılara biganə münasibət bəslənilir, əməliyyat riskləri yüksəkdir… Nəzərə alsaq ki, bütün bu risklərlə yanaşı, valyuta riski vardır, bazar riski (xarici valyuta riski, devalvasiyadan sonra qiymət riski (məhsul və xidmətlərin maya dəyərinin artması, bahalanma, inflyasiyadan özünü qorumaq üçün … Bankların yarısı ya bağlanmalıdır, ya da birləşməlidir. oxumağa davam et

Həyat ibarətdir…. 16.06.2015


Həyat qazanıb itirməkdən, Yaratdıqdan sonra dağıtmaqdan Sevincin ardınca gələn kədərdən, Uğurdan sonrakı uğursuzluqdan, Xeyirdən sonrakı şərdən, Davamlı və ardıcıl mübarizədən, Özünü tanımaq və tanıtmaqdan, Sevib sevilməməkdən, Sevməyib sevilməkdən ibarətdir… Həyat inamdan sonra gələn inamsızlıqdan, Doğrunu geridə qoyan yalandan, Ədalətsizlikdən, haqsızlıqdan ibarətdir, Ümidi öldürən ümidsizlikdən, davadan, böhtandan, İkiüzlü insan təbiətlərindən, taxılan maskalardan, Rola girən insanlardan, həyat sevgisini öldürən bezməkdən ibarətdir… Həyat sağlamlığı ötən xəstəlikdən, həyatı bitirən ölümdən, Yalançı xeyirxah simalardan, görüntülərdən, Səbrdən, təmkindən, təbəssümdən ibarətdir… Həyat ürək ağrısı, stressdən, Cavabsız qalan suallardan, Keçmişdən, indidən, gələcəkdən, dünəndən, bu gündən, sabahdan ibarətdir… Həyat canlı, cansızlardan, zaman və məsafədən, bərabərlik və ayrılıqlardan ibarətdir… Həyat … Həyat ibarətdir…. 16.06.2015 oxumağa davam et

Bacım Zivərin Zirvəsi…04.06.2015


(bu yazımı bacım rəhmətlik Zivər Vəkilovanın simasında bütün sağalmaz və ya müalicəsi tapılmayan xəstəlikdən əziyyət çəkən, qeyri-peşəkar həkimlərin səhvi ucbatından, insanların həmrəy olmaması və insanlara inanmamasından rəhmətə gedən gənclərimizə, uşaqlarımıza həsr edirəm) Sosial şəbəkələrdə, mediada kömək hayqırtısı, xəstə insanların müalicəsi üçün yardım müraciətləri dalğası çox yayılmaqdadır. İnsanlar zamanəyə uyğunlaşıb, müasir vasitələrdən istifadə edib, dərdlərinə çarə və kömək axtarırlar, insanlardan anlayış gözləyirlər… Hərdən əbəs yerə, hərdənsə yox! Hərdən səsləri eşidilir, kömək edilir və həyatları xilas edilir… Bəzi vicdansızlar maliyyə fırıldağı və dələduzluq etmək üçün yalan müraciətlər yazır, yayır, pul yığır, onların yalanlarına görə də, digər insanlar o qədər aldadılır ki, həqiqətən … Bacım Zivərin Zirvəsi…04.06.2015 oxumağa davam et