Bunu da unudacağıq…26.05.2015


Odlar Yurdu Azərbaycan – Vətənimdə bəzi həmvətənlərim, sayları günbəgün artan vətəndaşlar unutqanlıq xəstəliyinə düçar olub, amneziya xəstəliyi sanki elə bir infeksion xəstəliyə çevrilib ki, unutqan olmayanları da xəstələndirə bilir. Yaşından, yaşadığı məkandan, zamandan, dinindən, danışdığı dil və irqindən asılı olmayaraq, özünü azərbaycanlı sayan və ya ölkə vətəndaşlığımızı qəbul edənlər bu xəstəlikdən əziyyət çəkir və müalicə oluna bilmir. Həmrəylik gününü ancaq bir gün yeni il öncəsi istirahət gününə düşdüyündən həmrəy qeyd edən, tarixən yanan xalqım, cəmiyyətim pozitiv olub, ümid edirəm ki, hələ hər şey itirilməyib və biz düzələcəyik… Tarixə və keçmişimizə nəzərə salsaq, görərik ki, əslində biz vaxtilə çox mədəni, ziyalı, … Bunu da unudacağıq…26.05.2015 oxumağa davam et

Родиться женщиной…22.05.2015


Родиться женщиной, девушкой иногда слишком трудно… Женщинам, часто их ошибки не прощаются… Для женщин запретов ставится много, общество во многом отнимает у нее права, которые дают законы страны… Женщины, когда любят, верят, их наивно и часто обманывают, часто их надежды, вера, любовь к жизни умирают преждевременно. Женщинам часто делают непристойные предложения, и те же мужчины, потом при отказе начинают ненавидеть женщин и всех женщин считают проститутками или аморальными… Родиться красивой, умной и успешной женщиной еще труднее, когда женщина добивается чего то, то под вопросом становятся то, как она всего этого добивается… Женщинам клянутся в любви и верности, но потом их … Родиться женщиной…22.05.2015 oxumağa davam et

Забери меня к себе 21.05.2015


Мама, рядом ты была всегда, Когда было обидно, больно, Плакала я, ты обнимала, Поцелуем утешив меня, В любви и радости жила я! Здесь темно, холодно, родная, Двигаться не могу, не вижу, Где ты мама, тебя ищу я?! Я же здесь ведь не на долго?! Заберешь назад к себе, да?! Папу тоже я не вижу, Мы играем разве в прятки?! Под землей я ведь лежу, Не нашли меня вы с папой Не хочу играть я в прятки… Мама помнишь, мы гуляли За руку меня держала ты, Папа делал нам подарки?! Прекрасный ужин на столе, Мне сейчас так не хватает! Хочу я … Забери меня к себе 21.05.2015 oxumağa davam et

Bizim bəzi sahibkarlar və sahibkarlıq fəaliyyətimiz… 20.05.2015.


(Bu yazımı bəzi sahibkarlarımız və onların fəaliyyətindən zərər çəkmiş və zərər çəkə biləcək həmvətənlərimə ithaf edirəm…) Maarifləndirmək üçün yazılan bu yazını paylaşın… Mən nə müxalifəm, nə də iqtidar, mən bir insanam və vətəndaşam. İlk növbədə,bu faciə zamanı itkilərin qarşısını alan polis, yanğınsöndürən və kənarda qalmaqla, kifayətlənməyən və bacardığı köməkliyi göstərən, insan həyatlarını xilas edən, öz həyatlarını təhlükəyə atan hər bir şəxsə, vətəndaşa, həmyerlilərimə öz dərin minnətdarlığımı bildirirəm. Xüsusi minnətdarlığımı həm də, yanğından canlarını xilas etmiş və canları xilas edilmiş insanlara maddi və mənəvi dəstək verən, qan verən, xəstəxanaya gələn, yanmış binaya gələn hər kəsə, həmrəy olanlara, biganə qalmayanlara, geyim, ərzaq, … Bizim bəzi sahibkarlar və sahibkarlıq fəaliyyətimiz… 20.05.2015. oxumağa davam et

Bu günümüz də belə keçəcək…19.05.2015


Səhər işə gələndə pozitiv olmağa və ruh yüksəkliyini saxlayıb günü uğurla başa çatdırmağa çalışırsan…Amma alınmır…. Bu gün daha bir faciə baş verdi, 4 nəfəri itirdiyimiz və neçə nəfəri yaraladığımız, 50yə yaxın ailəni evsiz qoyduğumuz, bir qisim insanın kimyəvi və zəhərli tüstüdən zəhərlədiyimiz, yanıqları bəxş etdiyimiz yaşayış binasının sakinləri üzərinə çəkilən keyfiyyətsiz, tezalışan üzlüklərə nifrət etməsin, nə etsin?! Bəlkə də bir qisim orada kirayə qalırdı, bəlkə də bir qismi kreditlə almışdı o evi, onlara kompensasiyanı kim verəcək?Nəzərə alsaq ki, bizdə əmlak sığortası güclü inkişaf etməyib və ümumiyyətlə, nə icbari, nə də könüllü sığorta etdirənlər var, sığortaçılara etibar edənlərin sayı azdır, bu … Bu günümüz də belə keçəcək…19.05.2015 oxumağa davam et

Fanatiklər… 18.05.2015.


Fanatik insanları heç qəbul edə və anlaya bilmirəm… Hər mövzunun ən pik nöqtəsinə çatdığını zənn edib, özünü ideal sayan fanatiklərin məntiq, fəlsəfə və dünyagörüşü və əxlaq mövzusundan çox uzaq olduqlarının fərqində deyillər. Korlar, lallar, kallar onlardan yüz qat üstündülər mənim üçün. Onlar heç olmazsa, özləri kimidirlər…Fanatik deyillər, təbiidirlər… 1. Dini fanatik olub, hər özünü dindar bilənlərin dini məsləhətlər verməsi və dini mövzuları müzakirə etməsini, ərəb dilini bilməyib, Qurani-Kərimi əslindən oxumayan və oxumağı bacarmayan, min cürə təhrif olunan və səhv tərcümə edilən kitabları, hədisləri oxuyan molla və dindarlarımızı qəbul etmirəm… Elələri qadağa qoyanda, dindən danışanda, həm gülürəm, həm də ki, anlayıram… … Fanatiklər… 18.05.2015. oxumağa davam et

Görməmişlər silsiləsi….18.05.2015


Əslində, hər birimizin içində bir görməmiş yaşayır. Hər şeydən kiçik dövlətimiz olan dövlət içində dövlət olan ailədən başlayır… Çünki qadağalar, məhdudiyyətlər, sərt mental tələblər, haqlı və haqsız ictimai rəy və qınaqlar, yazılmamış və şifahi qanunlar üçün yaşayan şərqliinsanlar elə doğulandan görməmiş olmağa öyrədilir. 1. Qonaqpərvərliyimizin maskası altında, hər şeyin ən yaxşısı qonaq üçündür deyib, qonaq gələrkən ən bahalı şirniyyat, konfetləri almağımız, ən dadlı yeməkləri bişirməyimiz, ən bahalı geyim alıb geyinməyimiz, qonaq gedərkən, “əliboş qonaq getmək ayıbdı” qanunu ilə mağazaya gedib qonaq gedəcəyimiz ailənin hər üzvü üçün nəsə almağımız belə görməmişlikdəndir. Niyə axi öz ailəmizin üzvləri üçün, adi günlərimizdə özümüz üçün … Görməmişlər silsiləsi….18.05.2015 oxumağa davam et

Kaş ki…13.05.2015


Allah, niyə qız doğuldum? Qız olmaq yaman ağırdı, Kaş ki, doğulmayaydım… Allah, niyə övlad verdin? Yaxşı ana mən olmadım, Kaş ki, sonsuz olaydım… Allah, niyə həyat verdin, Yaşamağı öyrətmədən? Kaş ki, ölü doğulaydım… Allah niyə güclü oldum? Bariz oldum həyatımda, Kaş ki, ağlım olmayaydı… Allah niyə yaşayıram, Sevgi, sevinc uzaq ikən, Kaş ki, bu gün yox olaydım… Allah, niyə hər şey verdin, Sonra aldın verdiyini? Kaş ki, almaz olaydım… Sənsə, verməz olaydın… Cavanlığı, gözəlliyi, Neyləyim, mən bu həyatda? Qiyməti yox insanların, Dəyəri yox yaxşıların, Kaş ki, unudulardım… Allah, niyə doğruları, Görməz, eşitməz insanlar? Kaş ki, yalan olaydım… Allah, nəyə lazım … Kaş ki…13.05.2015 oxumağa davam et

Bəlkə də…11.05.2015


İçimdə bir hüzn, bir kədər yaşar, Qəlbim kəfənini geyinib çoxdan, Üzümə gülürsən, dalımca deyin Bəlkə də, beləcə xoşbəxt olarsan…. Gözümdən sevinci oxumaq olmur, İçimdə yaralar, həsrət var ikən, Ölmək istəyərkən, ölmək də olmur, Bəlkə də, həyatım sadiqdir mənə… Dostum bir sözümlə olursa düşmən, Yaxınlar qınayıb yadlaşan zaman, Dünyadan, həyatdan niyə inciyim?! Bəlkə də, özümdən inciməliyəm… Nə sözün qiyməti qalıbdır artıq, Nə insan özünə hörmət eləyir, Vəd verir, aldadır, əməldən qaçır, Bəlkə də,özümə güvənməliyəm… Səbr etdim, gözlədim, gözümü yumdum, İçimə mən saldım, susdum, dinmədim, Ey ağıl, ey vicdan, oyanın bəsdir! Bəlkə də, dünyanı xilas edərsiz… Bəlkə də…11.05.2015 oxumağa davam et

Həyat və ölüm


Bu yazını Aytac kimi övladlarımızı qurban edən, sənin qismində bütün özünü etdiyi zorakılıq, söydüyü söyüş və olmayan kişi qüruru, yanaşması və düşüncəsi, mənəviyyatına malik olan, özünü “səviyyəli” sayan bütün “kişi dağarcıqları”na həsr edirəm. Ruhun şad olsun, Aytac…Yerin behiştlik olsun, Aytac! 1. Biz elə bir cəmiyyətdə yaşayırıq ki, zorakılıq hallarının sayı çoxalır, ailə daxili şiddət, insan alqı-satqısı, narkomaniya hallarının, alkoqol içki aludəçilərinin sayı artır, bu hallar adiləşir, bəziləri özlərini “krutoy” bilib dərəbəylikdə yaşadığını zənn edir. Elə bilir ki, bir insana əl qaldırmaq, ona söyüş söymək, ona qarşı zorakılıq tətbiq etmək və ya onun həyatını əlindən almaq “qəhrəmanlıq”dır. Tüpürüm bu cür qəhrəmanlığınıza. … Həyat və ölüm oxumağa davam et

İnsan 24/10/05


İnsan – Ulu Tanrının iradəsi ilə bu dünyaya gələn və bu iradə hesabına buradan köçən bir varlıqdır. O, nə qüsursuzluğu ilə öyünə bilir, nə də tam xoşbəxt olduğunu iddia edir. O, nə əbədi ömrə malik olduğunu sübut edə bilir, nə də  vaxtsız ölümlə barışa bilir. O, həm müsbət, həm də mənfi cəhətlərin bir cisimdə toplaşdığı bir kəsdir. O, öncə: O, mələk kimi olmağı, saf niyyətləri ilə seçilməyi bacarır, rola girir. O, həm gülməyi, güldürməyi, həm ağlayıb ağlatmağı bacaran, sevərək özünü sevdirmək istəyi ilə yaşayandır. O, həm sevinir, həm də özü kimi digər insanların sevincinə şərik çıxır, öz sevincini də onlarla … İnsan 24/10/05 oxumağa davam et

MİLLİLƏŞMİŞ DEMOKRATİYA – ÖZƏL DEMOKRATİYA PAYI 05/10/2006


O – DEMOKRATİYA – gənc nəslin gənc olmayan sözü, arzusunda olduğumuz azadlığın – sərbəstliyin rəmzi, zaman və məkanın mövcudluğuna baxmayaraq hər bir kəsin açıq və gizli mübarizəsinin söz – əməl silahı, o insanların təsiri ilə yalan və doğrunun, gerçək həyat və xəyalın astanasında durmağı bacaran gözəgörünməz varlıqdır. Cəmiyyət və onun ayrı – ayrı üzvləri tərəfindən yanlış olaraq ictimai bazarda əmtəə (mal və xidmət) kimi alınıb – satılmağa alışan bir vaxtlar bizim düşüncələrimizdə uydurma – mənasız bir varlıq və hərif – söz birləşməsi ordusu olsa da, insanlar şəxsi maraqları mənəvi aləmimizdən ayıraraq demokratiyanın digər tərəflərini də görməyə və ona hərtərəfli yanaşmağa … MİLLİLƏŞMİŞ DEMOKRATİYA – ÖZƏL DEMOKRATİYA PAYI 05/10/2006 oxumağa davam et